Əsas » Məqalə » Azərbaycan tarixi

A. Bakıxanov-Gülüstani–İrəm-3

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 >>


    Müəllif deyir: dörd-beş il bundan əvvəl, o Qeydin özülü bir yerindən sökülmüşdü. Bu sökükdən məlum oldu ki, böyük daşları dəmir millər ilə bir-birinə möhkəm bənd edib, aralarına da əridilmiş qurğuşun töküblər. Əbu Müslim əmr verdi ki, bütün Dağıstandan toplanan xəracı, - istər pul olsun, istərsə mal, - ehtiyac zamanı Dərbənd əhalisinə və mühafizlərinə paylamaq üçün ambarlarda saxlasınlar. Xülasə, Dərbənd əhalisinin çoxunu müsəlmanlardan təşkil edib, şəhəri yeddi məhəlləyə böldü. Hər məhəllə tayfası üçün bir məscid tikdirib, onun adı ilə adlandırdı: 1) Xəzər məscidi, 2) Fələstin məscidi, 3) Dimişq məscidi, 4) Həmməs məscidi, 5) Qeysəriyyə məscidi, 6) Cəzair məscidi, 7) Mosul məscidi.
    Bunlardan əlavə, cümə namazı üçün böyük bir məscid tikdirdi ki, indi də qalır. Şəhərə 6 dərvaza qoydurdu: 1) Babülmühaçir - indi Carçı qapı adlanır, 2) Babülcəhad - indi Qırxlar qapı adlanır, 3) Babülüms - indi Yeni qapı adlanır, 4) Babüssəğir - indi Türkmən qapı adlanır, 5) Babülməktub - indi Bayat qapı adlanır, 6) Babüləlqəmə - indi Narınqala qapı adlanır.

    Əbu Müslim Dərbənd işlərini nizama saldıqdan sonra, Qumuq tərəfinə səfər bayrağını açdı. Oranın əmirləri və əhalisi, bir çox müharibədən sonra, aman istəyib müsəlman oldular. O, Qaziqumuq şəhərinin ortasına böyük bir came məscidi və bir neçə başqa bina tikdirdi. Onlar indi də durur. Şahbal və ya Şahi-Bəəl ibni-Əbdüllah ibni-Qasım ibniƏbdüllah ibni-Abbas ibni-Əbdülmütəllibi onlara hakim təyin etdi, islam dininin şərtlərini əhaliyə təlim etmək üçün də onun yanında bir qazi qoydu. Oradan Qaytağa gəldi, buranın əhalisi şiddətli vuruşma və çoxlu tələfatdan sonra, islam dinini qəbul etdi. Qaytaq əhalisi islam dinini qəbul etdikdən sonra, Əbu Müslim öz qohumlarından Əmir Həmzə adlı bir nəfəri buraya hakim təyin etdi. Bundan sonra, əhalisinin çoxu yəhudi və dinsiz olan Təbərsəran üzərinə yürüdü. Bunlar da əvvəlcə müdafiəyə başladılar. Lakin, hakimlərinin öldürüldüyünü və bir çoxlarının tələf və əsir edildiyini görüncə, müsəlman oldular... Məhəmməd Məsum adlı bir nəfəri burada hakim qoydu. Şəriət əhkamını təlim etmək üçün də iki qazi təyin etdi. Əmr verdi ki, bütün Təbərsəran əhalisi Məsum və qazilərin hökmünə əməl etsinlər. Bu nahiyələrin mühüm işlərini yoluna qoyduqdan sonra, Tav (yəni dağ) və Avar əhalisi üzərinə hərəkət edib, onları qılınc gücü ilə müsəlman etdi. Onlar üçün məscidlər tikdirib, qazilər təyin etdi. İndiki halda, Aqquşə kəndi Tavın, Xumzaq şəhəri isə Avarın mühüm yerlərindəndir. Gürcüstan hüdudundan başlayıb, Qıpçaq çölünə qədər, Dağıstanın bütün hakimlərinə və qazilərinə, Şahbala tabe olmağı əmr etdi. Buyurdu ki, əgər Xəzər tayfası Dərbəndin üstünə gəlsə, onlar ona qarşı dursunlar. Xəzər tacirlərini şəhərin bir ağaclığında saxlayıb alver etdikdən sonra, geri qaytarsınlar. Dərbəndlilərdən ticarət qəsdilə Xəzər vilayətinə gedən olsa, onun malının üşrünü (onda birini) alsınlar. Elçi gələrsə, onu gözü bağlı şəhərə gətirsinlər, qayıtdığı zaman da bu cür yola salsınlar. Ta ki, onlar Dərbəndin vəziyyətindən xəbərdar olmasınlar. Bütün Dağıstan əhalisi üzərinə vergi təyin edib buyurdu ki, Təbərsəran, Köbəçi və Qaytaq əhalisi hər il onu gətirib Dərbənd hakiminə versinlər. O da özünə və Əmir Həmzəyə düşən hissəni götürüb, qalanını Dərbəndin mühafizlərinə və füqərasına sərf etmək üçün ambarda saxlasın. Əgər hakim özü üçün müəyyən miqdardan artıq götürüb ədalətsizlik etmiş olsa, o zaman qoşun rəisləri onu vəzifədən xaric etsinlər. Həmri, Kürə, Quba, Qülhan, Qürah, Axtı, Xnav, Rütul, Zaxur, bütün Qumuq, Avar, Qərax, Hidat, Tarxu, Əhran və İndiri əhalisi öz xəraclarını Şahbala versinlər. Əgər Şahbalın üzərinə düşmən hücum etsə, yaxud o kafirlərlə müharibəyə getsə Qaytaq, Təbərsəran hakimləri öz qoşunları ilə onun köməyinə gəlsinlər. Dərbənd hakimi həmişə şəhəri mühafizə edib, heç bir yana getməməlidir, cümə günləri məscidicamedə imam olaraq namaz qılmalıdır.
    Katib Çələbi Cahannüma adlı əsərində Əbu Hamiddən belə nəql edir: "Dərbənd işləri nizama salındıqdan sonra, Hişam özü bu şəhərə gəlmişdir. Əhalinin xahişinə görə, öz qılıncını yadigar olaraq, Dərbəndin yaxınlığında bir yerdə qoydu. Bu yer indi də o ölkə əhalisinin ziyarətgahıdır”.
    Müəllif deyir: Əhalidən mötəbər kimsələrin dediklərinə görə Xəraq mahalında, Yuxarı Təbərsəranda, Curdaf kəndi yanında mağara içərisində bir xəncər vardır. O ətrafın xalqı qurban və sədəqələr aparıb onu ziyarət edib və bu yerin ətrafını müqəddəs hesab edir. Buna görə burada, oğruya çal-çap etdiyi mal üçün cəza verilməz və qatildən də qisas alınmaz. hətta bir adam cəsarət edib oranın meşələrindən bir ağac budağı belə kəsə bilməz. Demək olar ki, həmin xəncər Hişamın qılıncıdır. Lakin aradan uzun bir zamanın keçməsi və yerin uzaqlığı ilə əlaqədar olaraq, xəncər qılınc deyə məşhur olmuşdur.
    Hicri 120-ci (=739) ildə Mərvan ibni-Məhəmməd, Hişam tərəfindən Dərbəndə hakim göndərildi. O, Əbu Müslimin qoyduğu qərarlar üzrə rəftar edirdi. Təbərsəran əhalisi hər il növbə ilə Dərbəndin küçə və məhəllələrini təmizləyirdi.
    Hicri 132-ci (=751) ildə xilafət əməvilərdən abbasilərə keçdi, Əbül-Abbas Səffah1 Dərbəndin vəziyyətini yaxşılaşdırmaq və hüdudunu mühafizə etmək barəsində son dərəcə səy edirdi. Hicri 136-cı (=755) ildə, Əbu Cəfər Mənsur2 xilafətə oturunca, Yəzid ibni-Əsədi Dərbəndə hakim göndərdi. Bunun zamanında xəzərlər külli qoşunla gəlib Dərbəndi mühasirəyə aldılar. Onlar bir gecə hasarın dibinə xeyli ağac yığıb, bu vasitə ilə hasarın üzərinə çıxmaq istədilər, qaladakılar xəbərdar olub ağacların üzərinə neft tökərək yandırdılar. Xəzərlər məqsədlərinə nail olmadan geri qayıtdılar. Əbu Çəfər Mənsur, Yəzid ibni-Əsədi hüzuruna çağırıb soruşdu: - Dərbənd üzərindən xəzərlərin şərrini hansı tədbir ilə dəf etmək mümkündür? Yəzid ərz etdi: - Dərbəndin ətrafında xarab olmuş çoxlu qala vardı, əgər bunlar təmir edilib, hər birinə qarovulçular təyin edilərsə, o zaman Dərbəndin mühafizəsi asanlaşmış olar. Xəlifənin əmrilə Yəzid gəlib qalaların və yaşayış məntəqələrinin təmirilə məşğul oldu. O cümlədən, Süvar, Müta, Kemax və indi Çerkəni adlanan Süfnan qalalarını təmir etdi. Bundan başqa Dərvaq, Ersi və Hümeydi kəndlərini abad etdirib Şam, Cəzirə və Mosuldan 7000 ailə gətirib buralarda yerləşdirdi. Yəzidiyyə və Sirməkiyyə adlı iki qala da bina etdirdi. Öz qəbiləsindən bir dəstə adam köçürüb buralarda yerləşdirdi. Məqatir və Mehraqəni abad edib hər yerdə qoşun qoydu. Bu qayda ilə Dərbəndi asayiş və rahatlıq içində mühafizə edirdi, xəzərlər Qoysu çayından keçə bilmirdilər.
    Hicri 170-ci (=787) ildə, Harunərrəşid3 Cəyun ibni-Nəcəmi Dərbəndə hakim göndərdi və ona tapşırdı ki, bu yerin intizamını keçmişdə olduğu kimi saxlansın. Cəyun, qala və hasarın möhkəmliyinə arxalanıb zülm və əxlaqsızlığa başladı, ölkənin idarə işlərinə göz yumdu. Dərbənd əhalisinin çoxu qaçıb-dağılmağa üz qoydu. Bu xəbər Harunə yetişdi.
    O, Rəbiətülbahilini Dərbəndə hakim təyin etdi. Rəbiə, Cəyunu həbsə alıb, Bağdada göndərdi. hicri 173-cü (=790) ildə, Xüzeymə ibni-Cazim harunərrəşid tərəfindən 12000 qoşunla Dərbənd əyalətinə gəlib, hasar və burcların xaraba yerlərini təmir etdi. Bir neçə müddətdən sonra, harunərrəşid özü Dərbəndə gəlib oranın vəziyyətini yoxladı. Rubas çayından bir bənd çəkdirib şəhərin kənarına su gətirtdi. Burada bağlar, bostanlar saldırdı və dəyirmanlar tikdirdi. Bunların mədaxilini Dərbənd yoxsullarına vəqf etdi. Həfəsə ibni-Öməri Dərbəndə hakim təyin edərək, ona lazımi göstərişlər və nəsihətlər verib Bağdada qayıtdı. Deyirlər ki, Dərbəndin şimal tərəfində, Qırxlar dərvazası qarşısında bir daş günbəz vardır.
    Harunərrəşidin oğlu burada basdırılmışdır. Məşhur olduğu üzrə, Harunərrəşidin arvadı Zübeydə xatun bint-Əbucəfər Mənsur, uzun sürən bir qızdırma xəstəliyinə mübtəla idi. O, ab-havasının lətafətilə məşhur... olan Təbrizdə bundan səhhət tapdı. Buna görə, hicri 175-ci (=792) ildə, bu şəhəri yenidən bina etdirib adını da Təbriz qoydu. Bu əhvalatdan və harunərrəşidin oğlunun Dərbənddə vəfat etməsindən anlaşılır ki, Zübeydə xatun da öz ərilə bu ölkəyə gəlibmiş.
    Hicri 180-cı (=797) ildə, xəzərlər hücum edib bütün Dağıstanı, dərbəndi və Şirvanı istila etdilər. Katib Çələbinin yazdığına görə, bu müharibədə 140000 nəfər müsəlman tələf oldu. hələ bu vaxta qədər islam aləmində belə bir hadisə görünməmişdir. Əbu Müslimin əmirliyə təyin etdiyi Məsum, şahbal və Əmir həmzə övladının başına bu hadisələr zamanı nələr gəldiyi məlum deyildi. İslam dinini qəbul edən Dağıstan tayfaları da xəzərlərin istilası və müsəlmanların məhv edilməsi nəticəsində yenə bütpərəstliyə qayıtdılar. Hər guşədə bir əmir və hər nöqtədə bir şərir meydana gələrək, fitnə-fəsad törətməyə başladılar. Bu zaman Şirvan vilayətində Fərruxzad Əxşican oğlu1 hökmran idi.
    Bakıda Bibiheybət kəndində, onun əmrilə bina edilmişbir məscid üzərindəki kitabədə onun ləqəbi: - əmirülmömininin yardımçısı böyük sultan deyə yazılmışdır. Bundan məlum olur ki, o, müsəlman olub abbasi xəlifəsinə tabe imiş. Bundan sonra Filanşah hökmranlıq etmişdir.
    Hicri 210-cu (=826) ildə, Bəyləqan tərəflərində, atəşpərəstlərdən Babək adlı bir nəfər meydana çıxdı. O, atəşpərəstlik məzhəblərindən Xürrəmkiş adlı bir məzhəbin əsasını qoydu. Bu məzhəb, ... Məzdək dininin əslini yeni bir şəklə salmaqdan başqa bir şey deyildi. Babək öz başına çoxlu tərəfdar topladı... Ardı-arası kəsilməyən müharibələrlə Azərbaycanı ələ keçirib həmədan və İsfahanı da fəth etdi. Mötəsim2 xəlifə İshaq ibni-Müsəəbi çoxlu qoşunla İraqi-Əcəm hüduduna göndərdi, İshaq onlardan 60000 nəfər qırdısa da yenə bir nəticə əldə edilmədi. Axırda, hicri 221 -ci (=836) ildə, Mavəraünnəhr əyanlarından Aqşın ləqəbli Heydər ibni-Kavus, saysız bir qoşunla Babəki dəf etməyə təyin edildi.
    Müharibə iki il davam etdi. Babək məğlub olub, bir neçə nəfərlə Ermənistana, Səhəl Sunbat oğlunun yanına qaçdı. Aqşın etimad etdiyi bir nəfəri 4000 qoşunla Babəki tələb etmək üçün göndərdi. Səhəl Babəki qolu bağlı Aqşının yanına gətirdi.
    Səhəl təltif edildi. Babək də Bağdada göndərilib orada böyük bir əziyyətlə öldürüldü. Ehtimala görə, Azərbaycan sözü "Azər-Babəkan” sözünün ərəbcələşdirilmiş şəklidir. Azərbaycan bunun və ya başqa bir Babəkin adından alınmışdır. Məşhur olduğu üzrə, atəşpərəstlik dini bu ölkədə zühurə gəlmiş və yayılmışdır. Riyazüssəyahə3 müəllifi Azərbaycanı Azərbayəkanın ərəbcələşmişi sayır. Bu da qədim fars dilində atəşgah mənasındadır. Xülasə, bu yol ilə Azərbaycan və Ermənistan ölkələri, yenə xəlifənin ixtiyarına keçdi. Muğanda xaraba qalmış Bərzən şəhərini Aqşın abad etdi, indi yenə viran bir haldadır. hicri 230-cu (=845) ildə, Mötəsimin oğlu Vasiq- Billahın4 xilafəti dovründə, Filanşahi Şirvani itaətə gəldi, Dərbənd də xəlifənin təsərrüfünə keçdi. hicri 270-ci (=884) ildə Mötəmid5 xəlifənin hökmü ilə Bakı Neft və duz mədənlərinin mədaxili, Dərbənd mühafiz və əhalisinə maaş təyin olundu. Məhəmməd ibni-Əmmar təhvildar idi, hər il mədənlərin mədaxilini təyin edilən miqdar ilə təqsim edirdi.
    Hicri 290-cı (=903) ildə Haşim adlı bir nəfər Dərbəndə hakim gəldi. Müktəfi6 xəlifə qəramitələr ilə hərb etməkdə idi, xilafət işlərində də bir çox qarışıqlıq hökm sürməkdə idi. Haşim istifadə edərək bütün təyin edilmiş maaşları, mədənlərin mədaxilini və Dərbənd əhalisinə yetişəsi olan kənd məhsullarını özü mənimsədi. Dərbənd əhalisi naçar qalıb, alver və qəsbkarlıqla məşğul oldu. Əxlaqsızlıq onların arasında yayıldı. Xəzərlər yenə gəlib, Dərbəndi almaq üçün çox çalışdılar. Müsəlmanlar xaricdən və daxildən hücum edərək onları məğlub etdilər.
    Bu zaman Rus tayfası, Xəzər padişahından icazə alıb, 500 gəmidə 50000 qoşunla Atil çayından Xəzər dənizinə girdi. Bu şərtlə ki, ələ keçirəcəkləri qənimətləri onunla bölsünlər. Onlar Mazandarandan başlayıb Dərbəndə qədər, dəniz sahillərində olan şəhər və qəsəbələrdən bir çox qənimətlər əldə etdilər. Dəniz sahilində yaşayan əhali isə xəzərlərin gəmiləri olmadığını bildiyindən, belə bir təhlükəni gözləmirdi.
    Əbülqasim Yusif ibni-Əbüssac, xəlifə Müqtədir-Billah7 tərəfindən, hicri 296-cı (=909) ildə 306-cı (=919) ilə qədər - on il - Ermənistan və Azərbaycan valisi idi. Şirvan da onun hökmü altında idi. O, öz cəmiyyətini toplayıb, Şirvan vilayətinə daxil olan Əli ibni-Heyşəm tərəfindən idarə edilən neft mənbəi sahilinə, yəni Bakıya gəldi.
    Ruslar, bundan sonra, Bakıya yaxın adalarda sakin olmuşdular. Onların bu adalarda sakin olmasına aid bəzi izlər indi də mövcuddur...
    Hicri 332-ci (=944) ildə, Məsudi bu əhvalatı yazdığı halda, İbnələsir8 öz tarixində bundan bir kəlmə də olsun bəhs etməmişdir. Lakin İbnələsir deyir: Rus tayfası hicri 332-ci (=944) ildə, Ərranın paytaxtı olan Bərdə şəhərini almaq üçün qayıqlarla dənizdən və Kür çayından keçib gəldilər. Buranın hakimi 5000 nəfər qarşıya çıxdı və məğlub olaraq geri qayıtdı. Ruslar Bərdəni alıb, əhaliyə aman verdilər. Əhali müxalifət göstərdi, ruslar bir həftə içərisində şəhəri boşaltmağı onlara əmr etdilər... Mərzban ləqəbi ilə məşhur olan Azərbaycan valisi Məhəmməd ibni- Müsafir, 30000 nəfər qoşunla gəldi. Ruslar bir ildən artıq burada qaldılar, sonra Mərağəyə səfər etdilər. Bu səfər əsnasında çoxlu meyvə yediklərindən, aralarına şiddətli xəstəlik düşür. Mərzban bu dəfə hiylə ilə müharibəyə başladı, azacıq müqavimətdən sonra qaçmağa üz qoydu. Ruslar da onları təqib etməyə başladılar. Mərzban qayıdıb hücum etdi və pusquda qoyduğu qoşun da, rusların arxasına keçdi... Bu hadisə münasibətilə qoşunla Səlmas nahiyəsinə gedən Mərzban, Şəhristanı mühasirə etmək üçün bir dəstə qoşun qoydu. Ruslar bir gecə dəyərli şeylərini çiyinlərinə alaraq, özlərini Kür çayı kənarına yetirdilər və qayıqlara minib vətənlərinə qayıtdılar.
    Müəllif deyir: Ehtimala görə, bu iki hadisə haman bir səfər əsnasında vaqe olmuşdur. Lakin müəlliflərin aldıqları xəbərlər müxtəlif olduqundan, bir-birinə zidd olaraq yazılmışdır. Məsudinin yazdığına görə, hicri 332-ci (=944) ildə, Əbdülməlik adlı bir şəxs Dərbəndə, qardaşı oğlu da Təbərsəran da hökmran idi.
    Bundan sonra, islam ölkələrində get-gedə qarışıqlıq və hərc-mərclik baş verdi. Bağdad xəlifələri öz qoşunlarının öhdəsindən gələ bilmədilər. Bu ölkənin işləri də nizamdan düşdü, Dərbəndə tabe olan qalalar və kəndlərdə də üsyan qalxdı. Dağıstan əmirləri isə bir-birilə müxalifətə və qovğaya başladılar.
    Mərdavic ibni-Ziyad sülaləsinə mənsub və Gilanın qədim hakimləri nəslindən olan Deyləm padişahları, hicri 315-ci (=927) ildə, Təbərsəranda xüruc etdilər. Bunlardan 6 nəfəri İran vilayətlərində bir çoxunda 150 il hökmran olmuşlar. Məlum olduğu üzrə, onlar bu tərəflərə də əl atmışdılar. Çünki bu sülalənin ikinci padişahı olan və hicri 323-cü (=935) ildən başlayaraq 33 il hökumət sürən Şəmkir ibni-Ziyad, Gəncə yaxınlığındakı Şəmkir şəhərini öz adına bina etdirmişdir. Şəhərin asarı: məscid güldəstəsi olan ikiqapılı uca bir minarə, körpü və qala xarabası indi də qalır. Bu şəhər Əmir Teymur Kürəkən dövründə və ondan sonrakı dövrlərdə də abad idi.
    Axtınamədə deyilir: xəzərlər Şirvanı istila etdikləri zaman, öz əmirlərindən Səmsam adlı bir şəxsi, bir dəstə ilə indiki Mikrağ kəndinin yerində sakin etdilər. Şam əhlindən Əmir Kağı adlı bir şəxsi də ona vəzir təyin etdilər. Səmsama kömək olmaq üçün xəzərlər Samur çayının sol kənarında başqa bir şəhər də saldılar. Tərsa dedikləri bu şəhər əhalisini indiki Qızlardan gətirmişdilər. Səmsam, Şəhbani qalasını almaq və Şəhbani nəslindən olan bu yerin əmiri Dərvişaini tələf etmək istəyirdi. Dərvişai 3000 əşrəfi göndərib Tərsa əmirlərini özünə tərəf çəlb etdi. Səmsam üç dəfə bu qalanı mühasirə etdisə də, məqsədinə çatmadan qayıtdı. Birinci dəfə mühasirənin müddəti bir ay çəkdi. Qala əhli üçün Axta çayından su gətirmək çətin idi, buna görə də, onlar suyu çox əziyyətlə Samur çayından gətirirdilər. Səmsam qayıdandan sonra, Dərvişai üç ayın müddətində qaladan Axtı çayına örtülü bir yol çəkdirdi. Yolun və yol üzərindəki burcun asarı indi də qalır. İkinci dəfə mühasirənin müddəti altı ay davam etdi, lakin qaladakılar darlıq çəkmədilər. Səmsam üç ildən sonra, üçüncü dəfə olaraq yenə gəldi. O, bu dəfə yuxarı tərəfdən gəlib qalanın yanında yeddi il dayandı. Dərvişai çarəsiz qalıb Tərsanın əmirlərini və Rütul, Cınıq və Rüfuqun təcrübəli adamlarını köməyə çağırdı. Yeddi ay da bu müharibə davam etdi. hər iki tərəfdən çox adam öldü. Dərvişainin oğlu Şah Qasım da bu müharibədə məğlub olub, öldürüldü.
    Axırda Səmsam məğlub olub geri qayıtdı və 15 il sakit olaraq öz yerində oturdu. Bir gecə Səmsam öz qoşunu ilə qəflətən Tərsa kəndi üzərinə tökülüb əhalini qırdı. Mal və əyallarını qarət və əsir edib apardı. Bundan doqquz il keçdi, Dərvişai Dərbəndə, Əbu Müslimin yanına gəlib, ondan kömək istədi, Əbu Müslim də öz baçısı Ümmülmöminatı, müsəlman olan Dərvişaiyə verdi, onu qoşunla bərabər göndərdi ki, gedib Səmsam şəhərini alsın və xəzərlərin kökünü kəssin. Müharibə yeddi ay uzandı, heç bir nəticə əldə edilmədi. Axırda, Dərvişai Şeyxşahi-Əlbürzinin obasına gəldi. Bu adam Qüreyş tayfasından olub, Əlbürz ölkəsində yurd saldığından bu ləqəblə tanınırdı. Ətəyində yaşadığı dağ da onun (Şeyxşahın) adı ilə şöhrət tapmış və çox işlənmək nəticəsində Şalbürz olmuşdur. Şeyxşah gizlicə bir nəfər göndərib Səmsamın vəziri şamlı Əmir Kağını öz yanına dəvət etdi. Bunlar məşvərət edərək, Səmsamın əleyhinə ittifaq bağladılar. Əmir Kağı şəhərdəki təbəələrini xəbərdar etdi. Dərvişai cümə gecəsi dərvazanın yanına gəldi. Əmir Kağının təbəələri onları şəhərə buraxdılar. Əmir Kağı onlardan on nəfərlə gedib Səmsamı öldürdü. Dərvişai [61 - 62] divanxanaya gəlib, xalqı islama dəvət etdi. İslamiyyəti qəbul edənlər öz mallarına sahib oldular. Qəbul etməyənləri öldürüb mal və ya əyallarını qənimət olaraq apardılar. Şəhər də Əmir Kağının adı ilə adlandı. Bir zaman keçdikdən sonra, bu ad Mikrağ şəklinə düşdü. Sonra Dərvişai, Əmir Kağı və Şahi-Əlbürzi Dərbəndə Əbu Müslimin yanına getdilər. Əbu Müslim bunlara çox nəvaziş etdi.
    Şəhbani kəndini də Üxti, yəni bacıya mənsub deyə adlandırdı. Bu da çox işlənmə nəticəsində Axtı şəklini almışdır. Əhalinin dediyinə görə, Axtı məscidinin cənub divarı Əbu Müslim tərəfindən bina edilən divarın qalığıdır. Bu zaman Səmsamın qaçıb qurtaran adamlarından beş nəfəri Şahi-Əlbürzinin obası üzərinə tökülüb, onun bir oğlunu öldürdülər, iki qızını da mal və dövlətilə bərabər əsir apardılar. Arvadı ikinci oğlu ilə qaçıb qurtardı. Buna görə, Şahi-Əlbürzi Əmir Kağı şəhərindən Qüreyş obasına 30 ev köçürüb, oranı özü üçün oturaq seçdi. Samur çayının sol tərəfində, Kələkürənin qarşısında olan bu obanın adı - çox işlənmək nətiçəsində - indi Quruş şəklinə girmişdir. Qıpçah adlı yerdə bir şəhər xarabası vardır ki, xalq tərəfindən Qəmqam adlanır. Bura Tərsa əmirlərinin məskəni olmuşdur. Bu yerin Qıpçah adlanması əhalisinin keçmiş vətəni olan Qıpçaq adından alınmış ola bilər. Çox ehtimal vardır ki, bu əhvalat hicri 5-ci əsrdə Şeyx Əbu Müslimin dövründə olmuşdur; çünki o, öz ailəsi ilə bu ölkədə sakin idi. Daş bir günbəz altında olan qəbri də Xumzaq qəsəbəsində məruf və məşhurdur. Bizcə bu Şeyx Əbu Müslim xəlifənin qardaşı Əbu Müslim deyildir; çünki xəlifənin qardaşı öz qoşunu ilə gəlib yenə geri qayıtmışdır. Onun öz bacısını gətirib burada ərə verməsi də ağlasığan bir məsələ deyildir.
    Məhəmməd Rəfi Əbdürrəhim oğlu Şirvani hicri 712-ci (=1313) ildə bir tarix kitabı yazmışdır. O, bu kitabı yazmaq üçün qədim məktub və vəsiqələrdən, bir də hicri 318-ci (=931) ildə yazılan bir əsərdən istifadə etmişdir.
    Müəlifin haman tarix kitabının 1030-cu (=1617) ildə yazılan nüsxəsində belə deyilir: həmzənin qızı Ümmatın nəslindən olan Şeyx Əbu İshaq İbrahim, Şeyx Əhməd və Şeyx Əli, Abbas ibni-Əbdülmütqəlibi - Qüreyşi övladından Şeyx Məhəmməd, Şeyx Nasirəddin ilə bərabər, hicri 200-cü (=816) ildə hərəmeyndə, yəni Məkkə və Mədinədən çıxdılar.
    Onlar 2000 nəfər əqrəba və tabelərilə Şam ölkəsinə gəldilər. Bir neçə ildən sonra 5000 nəfərlə Misrə gedib bir neçə il də orada qaldılır, bir çox ölkəyə səfər etdilər. Sonra, o dövrdə müharibə meydanı olan Çərkəz ölkəsinə gəlib çıxdılar. Bunlar uzun müddət cəhad edib, Əmir Əzzalı öldürdülər, onun mal və dövlətini qənimət aldılar. Buradan da Qaytaq vilayətinə gəlib, onun əmiri Qəzənfəri öldürdülər. Mal-dövlətini və xəzinəsini ələ keçirib əhalini də müsəlman etdilər.
    Ərəblərin adətinə görə qəbilə içərisində yaşca böyük olanlar əmir olurdu, o biriləri də danışıqsız və boyun qaçırmadan ona itaət edirdilər.
    Bu dövrdə Əmir Çoban Sultan Əli bəy oğlu onların rəisi idi. Təbərsəran əhalisinin çoxu müsəlman oldu. Əmir Çoban öz qızını Təbərsəran əmiri Məsum bəyə verdi və onun qızını da özü üçün aldı. Qaytaqda bir çox kənd saldırıb, Qumuq əmirləri ilə əhdnamələr bağladı. Bir neçə müddətdən sonra öz əhdini sındırıb, qəflətən onların üzərinə hücum etdi. Əmirlərdən bir çoxunu öldürdü və şəhərlərini ələ keçirərək əhalisini islam dininə gətirdi. Öz qohumlarından, Şam vilayətinin Xal kəndində doğulmuş və babasının adı ilə adlanan Şamxalı o yerlərə əmir təyin etdi. Bundan sonra cənubdakı dağlara tərəf gəlib Qəbələ mahalından sayılan Maza şəhərini aldı və buranı özü üçün məskən intixab etdi. Bu kəndin kişi və qadınları onun qulu idi. Maza ərəbcə bir söz olub "Bu nədir” deməkdir.
    Əmir Çoban kafirlərin ətrafda olan bir çox kəndlərini xarab etdi. Quruş əmirlərindən İsmayıl bəy və Həsən bəylə əhdnamə bağladı. O, Şamaxı nahiyəsinə qədər bütün dağ əhalisindən xərac, cizyə və dəhyek alırdı. Məktublaşma və elçilər vasitəsilə Şirvanşah Sultan Fridun ilə barışıq etdi. Qızını onun oğlu Keyqubada verdi və onun qızını da oğlu Sultan Süleyman üçün aldı. Bir müddət bunların arasında dostluq davam etdi. Axırda xərac və dəhyek üstündə aralarında ədavət düşdü, bir neçə vaxt hərb etdilər, sonra yenə barışdılar. Qumuq şəhəri türklər tərəfindən xarab edilən zaman, Həsən - Ələvi - Səfəvi burada qazi idi. O, Məhəmməd Rəfi Şirvaninin yuxarıda adı çəkilən tarixindən istifadə edərək başqa bir əsər yazmışdır. Dağıstanda çox yayılmış olan əsərdə, yuxarıda söylənilən hadisələr bəzi fərqlərlə daha geniş bir surətdə təsvir edilən. Bu əsərdə göstərdiklərimizdən əlavə deyilir: İndi Xumzaq yaxınlığında bir kənd vardır. Bu kənd keçmişdə Avarın qədim paytaxtı Tanıs şəhəri idi. Burada Süraqə adlı şövkətli və şücaətli bir əmir olurdu. O, müsəlmanlıqdan dönüb bütpərəst olmuşdu. Ləqəbi Novsal idi. Avarlılar padişahlarına bu ləqəbi verdilər.
    Müəllif zənn edir ki, onun nəsəb silsiləsi (şəcərəsi) doğru deyildir. Buna da bəzi halların və adların münasibətsizliyi səbəb olmuşdur. hər halda, bu əmir, Süraqə ibni-Sərətan ibni-Urusxan ibni-Ümməxan ibni- Firuzşahdır, özü də, Ərəskani nəslindəndir. Şamaxı hüdudundan Çərkəz vilayətinə qədər olan sahəni öz idarəsi altına almışdır. O, Əkərə qəsəbəciyindən başqa bütün əmirliklərdən və camaatdan vergi olaraq hər cür mal, pul, taxıl, mal-qara, qumaş, meyvə, hətta yumurta da alırdı. Vergilərin miqdarı bu qədər idi: ildə hər ailədən üç dirhəm gümüş və ya bu qiymətdə qızıl; bir kil1 ən çox sərf edilən taxıl; hər bir tacirdən iki top bez; hər bağdan bir çuval üzüm; hər bir qatildən 100 qoyun; cani və oğrudan bir öküz; hər bir kənddən yeni taxtda oturan padişahı təbrik etmək üçün biri qara və dördü sarı olmaqla beş tülkü dərisi və beş qoyun; vəfat edən padişahın basdırılması üçün bir at; padişah ailəsində edilən toy üçün bir öküz və iki qoç.
    Qumuq və Qaytaq ölkələrinin ayrı-ayrı əmirləri var idi. Qaytaq əmiri çox şövkət və əzəmətə malik Qəzənfər adlı bir şəxs idi. Misir və Şamdan cəhad edərək, Rum və hindistan hüduduna qədər getmiş olan Həmzə və Abbasın xələfləri, axırda Şirvana gəlmişdir. Səfər tədarükü görüb yaxşı fillər, dəvələr və atlarla cəhad üçün Dağıstana yürüş etdilər.
    Bunların gəlmək xəbərini eşidən Dağıstan əhalisi və Rus tayfası Çur və ya Sur şəhəri yaxınlığında tam mənasilə toplaşdılar. Müsəlmanlar düşmənin vəziyyətini öyrənmək üçün igid adamlarından 100 nəfərini kəşfiyyata göndərdilər; düşmənin çoxluğundan və qüvvəsindən qorxuya düşdülər. Vəziyyətdən çıxmaq üçün belə bir hiylə düşündülər: bir xeyli xörək bişirib ona zəhərli ot qatdılar və az bir mal ilə onu ordugahda qoydular. Hərbə girişincə qaçmağa başladılar.
    Düşmən qoşunu ordukahı aldı və xörəkləri yedi. Onlardan saysız-hesabsız adam tələf olub, dağılmağa üz qoydular. Müsəlmanlar qələbə qazandılar. Əvvəlcə Qaytaq vilayətini alıb viran etdilər. Əmir Çoban Sultan Əli bəy oğlu burada hakim oldu. O bir çox kənd saldırdı, o cümlədən Qüreyş qalasını bina etdirərək özünə hökumət mərkəzi təyin etdi.
    Burudan Avara getdi. Bu yerin əmiri Bayar Süraqə oğlu özünə tabe olan Tuş nahiyəsinə qaçdı. Müsəlmanlar ardı-arası kəsilmədən qalib gəlirdilər. Bir zaman keçdikdən sonra, onların xələfləri Krımı da ələ keçirdilər. Xülasə, Avarda bir çox kəndi viran etdilər. Xumzaq şəhərini güclə alaraq kişiləri öldürdülər, onların arvadlarını və mallarını isə qənimət olaraq apardılar. Bu ölkənin hamısı müsəlmanların ixtiyarına keçib əhalisi müsəlman oldu.
    Şeyx Əhməd övladından Məsum bəy adlı bir nəfər əmirliyə keçdi, bu yerin fəzilətli alimlərindən Əbu Müslim də ölkənin qazisi və imamı oldu. Bütün Dağıstan, bir qismi müharibə və təxribatla, bir qismi də sülh ilə bunların ixtiyarına keçdi. Sonra bunlardan Şamxal adlı bir nəfər Qumuq şəhərində bütün Daqıstana əmir oldu. Bu zamandan etibarən "şamxal” sözü mənsəb və vəzifə mənasında işlənib bütün canişinlər də bu adla adlandılar. O, bütün ölkələrdən vergi, xristian və yəhudilərdən cizyə, gəlib-gedənlərdən dəhyek, müsəlmanlardan da zəkat alırdı. Bütün vergilərin beşdə birini götürər, qalan beşdə dörd hissəsini Həmzə və Abbas övladı arasında bərabər bölərdi. Başqa bir nüsxəyə görə, Bağdad xəlifəsinin həmişə göndərdiyi hədiyyələri də bu qayda ilə paylardı. Bu xanədana mənsub şəxslər bütün vergilərdən azad idilər. O əsrdə yaşayan Abbas övladından Hacı Məhəmməd, Əbülqasim, Şeyx Əli, Mənsur və Həsənin vəziyyəti və nəsli haqqında heç bir şey məlum deyildir.
    Müəllifin zənnincə, Şamxalın Dağıstandan topladığı daimi vergi, hicri IX və ya X əsrlərdə belə olmuşdur: mal otarmaq üçün, Həbələl camaatından hər 4 ildə ev başına bir qoyun, Qəraxi camaatından hər ildə 500 qoyun, Kərxi camaatından 300 qoyun, Ğrim1 üçün də 400 qoyun, Kərxidəki bir dağ camaatdan 1000 qoyun, Ğrim üçün də 30 öküz;
    Cəmüləl camaatından 500 qoyun; Təndib nahiyəsindən 20 öküz; indi Qaziqumuğa tabe Ərçub kəndindən 130 qoyun, Ğrim üçün də 30 qoç, ikinci ildə 10 qoyun; Xumzaq nahiyəsində 700 qoç, 700 kil buğda və 60 kil bal. Əndib nahiyəsindən bir öküz və 8 keçə. Ğədər və Hirkəs şəhərlərinin hər birindən Xumzaqdan alınan verginin yarısı miqdarında, avarlıların Tomıl deyə adlandırdıqları qaziqumuqlulardan hər ev başına bir qoç və bir kil buğda: Şamxalın xüsusi mülkü olan Mıçıqıçdan hər ev başına bir qoyun; Küstək şəhərindən hər ev başına bir balıq; Tarxu şəhərindən hər ev başına iki sa2 düyü; Kübdən kəndindən 100 qoç, Qaytaq əhalisindən 170 camış; Aqquşa və İsişə kəndlərindən 100 öküz, Züdəqər kəndindən 50 öküz; Sürhidən hər ev başına bir dirhəm; Cümcüqat və Kəkuba kəndlərindən - ehtimal ki, indi Qaziqumuğa mənsub olan Şəkbadır - yağla yüklü altı eşşək; Zirihkəran kəndindən 30 tüfənk, Sumbat dağlarından 50 qoç, İrhani kəndindən hər ev başına bir kil ən çox sərf edilən taxıl; Jəntab dağından 80 qoyun, Bəqtüləl camaatından 30 öküz və 30 quzu; Zaxiru və Qülədi daşarından, yəni Şamxalın xüsusi mülkü olan Cardan 50 qoyun; indi Qaziqumuq rəiyyəti sayılan Rüsür camaatından və Mukruqdan 70 qoç; Kürələl, yəni Kürədən 100 at və 100 madyan.
    Avar ölkəsi uzun müddət Həmzə övladının təsərrüfündə idi. Axırda, Tuş sakini Əmir sultan ibni-Bayar, ibni- Süraqə, Zümtaldan başlayaraq, Ariştinin son hüduduna qədər olan yerlərdən qoşun toplayıb, qaranlıq bir gecədə gizlicə Xumzaq nahiyəsinə gəldi. O, öz xanədanına tərəfdar olan islamı ürəkdən qəbul etməyən adamlarla ittifaq etdi. Qoşununu da onların mənzillərində gizlətdi. Bunun sabahı, Əbu Müslim ibni-Yusif ibni-Məhəmməd ibni-Şeyx Əbu Müslim guya bu əhvalatı bildirən bir yuxu gördüyü üçün, Qumuq tərəfinə qaçdı. Ertəsi gecə sübh açılmadan, Əmir sultan qoşunu ilə Xumzağa daxil oldu. Müsəlmanların əmiri Əhməd ibni-Çoban ibni-Sultan ibni-Məsum bəyi öldürüb başını qalanın divarından asdırdı. Bu qəsəbədə yaşayan müsəlmanların hamısı öldürüldü. Əmir sultan ata-babasının taxtında oturdu. Bu ölkə əhalisindən islama daxil olanları yenə bütpərəstliyə qaytardı. Bunlarla müsəlmanlar arasında ardı-arası kəsilməyən müharibələr 24 il davam etdi. Axırda, Avar əhalisi məişətin pisliyindən və azuqənin azlığından təngə gəlib islam dinini qəbul etdilər. Bu səbəbə görə, düşmənçilik aradan qalxdı və uzun bir zaman sülh və asayiş bərpa olundu. Axırda, yenə şəxsiqərəzlik və çəkişmələr nəticəsində Qumuq və Qaytaq əmirləri arasında ədavət, Abbas və Həmzə övladı arasında ayrılıq düşdü. Qaytaq əmirlərindən Məhəmməd xan, Əmir xan və Əmir Həmzə Avar padişahının yanına gedib ondan kömək istədilər və ittifaq bağladılar. Onlar uzun illər idi ki, Qumuq əmirləri ilə müharibə vəziyyətində idilər.
    Nəhayət, Avar padişahı Sərətan, türk Kövsər şahın yanına mötəbər elçilər göndərdi, onunla dostluq əhdnaməsi bağladı. Kövsər şahın tayfası Ömər ibni-Xəttab dövründə islam dinini qəbul etmişdir. Kövsər şah, Məlik Sərətanın qızını öz oğlu üçün aldı, öz bacısını da onun oğluna verdi. Bu qohumluq səbəbilə dostluqları son dərəcədə möhkəmləşdi.
    Kövsər şah türk qoşunu ilə şərq tərəfdən, Məlik Sərətan Avar qoşunu və Qaytaq əmirləri ilə qərb tərəfdən Qumuq üzərinə hücum etdilər.
    Bu hadisə Şeyx Nəcməddinin sağlığında olmuşdur. Kəkəli məscidinin yuxarısındakı qalada 70 nəfər gənc qəhrəmancasına döyüşüb həlak oldu. Qumuq şəhəri viran edildi və əmirləri qaçdılar. Kövsər şah və Məlik Sərətan geri qayıtdılar. Qaytaq sultanları da öz irsi əmirliklərində qaldılar.
    Müəllifin zənnincə, Əmir Çoban hicri 5-çi əsrin axırlarında vəfat etmişdir, çünki hicri 1030-cu ildə (tərtib olunan) şəcərədə o, 10-cu cərkədə, Şeyx Əbu İshaq İbrahim isə 19-cu cərkədə qeyd edilmişdir. Xülasə, Harunərrəşiddən sonra, abbasilərin istiqlaliyyəti binövrəsinə rəxnə düşdü. İslam əmirləri hər tərəfdə xəlifkalərin istibdadından danışır, ancaq zahirdə onların hakimiyyətini tanıyırdılar. Xəlifələr əmirlərin öhdəsindən gələ bilmirdilər, ancaq onlara fəxri ləqəblər verməklə kifayətlənirdilər. Bu səbəbə dövlət işləri nizamdan düşdü. Şərq və şimal tayfaları bir çox vilayətə, xüsusilə də Şirvan və Dağıstan ölkələrinə təcavüz etdilər. Müsəlmanlar da öz sərhədlərini müdafiə edirdilər. Lakin çox təssüflər olsun ki, bu əsrlərin hadisələri haqqında lazımi dərəcədə məlumat yoxdur. Bir zaman gəldi ki, səlcuqi sultanları İranda iqtidar sahibi oldular, bunların çoxu Şirvana və Dağıstana da əl atdı. Bu dövrdə dağ əhalisinin çoxu islam dinini qəbul etdi.
    Məşhur tarixçilərin dediyinə görə, Səlcuq Tatar qəbilələrindən birinin başçısı idi. Bunun Mikail və İsrafil adlı iki oğlu var idi. Sultan Mahmud Qəznəvidən icazə alaraq böyük bir cəmiyyət təşkil edən qəbilələrlə Ceyhun çayının bu tərəfinə keçdilər.
    Hicri 432-ci (=1041) ildə, Mikail oğlu Tuğrul bəy Sultan Mahmud Qəznəviyə qalib gəldi. Xorasan, Fars, İraq, Kürdüstan və Azərbaycan ölkələrinə padişah oldu. Onun vəfatından sonra, hicri 442-ci (=1051) ildə qardaşı oğlu Alp Arslan İran şahı oldu. Xəlifə Qaim li-əmrillah1 ona İzzüddin ləqəbi verdi. O, Gürcüstanda və ətrafında bir çox qabiliyyətə nail oldu. Sonra Ermənistan vilayətinə keçdi. Oranın padişahı ilə sülh edib qızını aldı. Onun vəfatından sonra, hicri 454-cü (=1062) ildə, Məlikşah Alp Arslan oğlu atasının vəziri Nizamülmülkün gözəl tədbiri və himməti sayəsində, ölkəni nizama saldı və tərifə sığmaz bir istiqlaliyyət əldə etdi. O, öz qızını xəlifə Müqtədi-Billaha2 verərək, Nizamülmülk ilə Bağdada göndərdi. Deyirlər ki, nəfis qumaşlar və qızıl-gümüş şeylərlə yüklənmiş ağır qiymətli cavahiratla dolu 12 gümüş sandıq, yəhərləri dürr, yaqut və sair qaş-daşla bəzənmiş 33 at; başlarında mürəssə cilov, ayaqlarında cəvahirat nəsb edilmiş xalxalları olan üç dəvə və bu dəvələr üzərində qiymətli qaş-daşla bəzənmiş üç kəcavə qızla bərabər cehiz olaraq göndərilmişdir. Sultanın qızı bu böyük təzyinatla Bağdada varid oldu. Ona böyük bir toy etdilər, bu toyda 40.000 batman şəkər sərf olundu.
    Məlikşah Rum, Gürcüstan və Şirvan ətrafında bir çox müharibələr etdi. Bu padişahın səltənət dövrü, əsirlərin ən gözəli idi. Bu dövrdə ölkənin abadlığı və millətin asayişi tam mənasilə bərqərar və Nizamülmülk kimi misilsiz vəzir də ixtiyar sahibi idi.
    O, həmişə alimlər və şairlərlə oturub-durardı. Bəzən şer söyləməyə də həvəs edərdi. Bu rübai onundur:
    Dünən sevgilim gözumdən bir öpuş aldı,
    O getdi, amma gözum onun ardınça yaşlı qaldı.
    Sevgilim gözumdən ona görə, öpdü ki,
    O öz çamalını mənim gözumdə görmuşdu.
    Məlikşahın dövründə Həsən Səbbah, bir çox xüsuslarda xürrəmilərin qanunlarına əsaslanaraq, mülhidlərin çirkin məzhəbini meydana atdı. O, ətrafına canından keçən bir çox fədai toplayıb fitnə-fəsad yolu ilə öz əzəmət və istibdadını Nizamülmülk işdən kənar edildi və bir il sonra Nəhavənd şəhərində Həsən Səbbahın fədailəri tərəfindən pıçaqla öldürüldü. Vəfat etdiyi zaman bu qitəni yazıb, padişahın hüzuruna göndərdi:
    Ey gənç taleli şahım!
    Sənin xoşbəxtliyinlə qırx il,
    Dünya üzündən zülmun tozunu sildim.
    Əz-qəza ömrüm 96-ya çatınca,
    Səfərdə, bir bıçaq zərbəsindən öldum,
    Niknamlıq və səadət fərmanını,
    Sənin imzanla səma padişahının huzuruna apardım.
    Bu qədim vəzifəni oğluma tərk etdim,
    Onu da, allah və padişaha tapşırdım.
    Nizamülmülkün vəfatından 40 gün sonra, Məlikşah da hicri 482-ci (=1089) ildə, Bağdad yaxınlığında vəfat etdi.
    Böyük oğlu Börküyarıq taxta oturdu. Gəncədə sakin olan Azərbaycan, [68 - 69] Ermənistan və sair yerlərin hakimi Məhəmməd Məlikşah oğlu üsyan bayrağı qaldırdı. Sultan Börküyarıq qardaşının şərrini dəf etmək üçün hərəkət etdi. Bir gün, onun qoşun başçıları iğtişaş salıb, sultanın çadırında baş vəzir qumlu Məcdəddini öldürdülər. Padişah belə bir cəsarətdən qorxuya düşüb İraq Quhistanından Rey (mülkünün) mərkəzinə qaçdı. Məhəmməd maniəsiz və zəhmətsiz səltənət taxtında oturdu. Daha sonra, iki qardaş arasında iki dəfə müharibə oldu. Bunlar gah qalib, gah məğlub oldular, nəticədə sülh etdilər. Şam, Diyarbəkir, Azərbaycan, Muğan, Şirvan və Ermənistan vilayətləri Sultan Məhəmmədə, İranın sair vilayətləri isə, Börküyarığa çatdı. Hicri 489-cu (=1096) ildə Börküyarıq vəfat etdi. Sultan Məhəmməd bütün ölkədə müstəqil oldu. hicri 491-ci (=1098) ildə Bağdada gedib xəlifə Müstəzhir Billah1 ibni-Müqtədi Billahdan NasiriƏmirəlmöminin ləqəbini aldı. Bunun vəfatından sonra hicri 502-ci (=1109) ildə Sultan Səncər Məlikşah oğlu, BürhaniƏmirəlmöminin ləqəbilə səltənət taxtına oturdu. 40 il müstəqil olaraq səltənət sürdü.
    Mahmud Sultan Məhəmməd oğlu, əmisi Sultan Səncər tərəfindən İraq, Ermənistan və Azərbaycan ölkələrinə həkim təyin olundu. Dövlətşah Səmərqəndi2 təzkirəsinin qeydinə görə, o, bu yerlərdə 8 il, Rövzətüssəfanın yazdığına görə isə 11 il padişahlıq etmişdir. Şirvan və Dağıstan işləri də onun ixtiyarında idi. Axırda o, hicri 519-cu (=1126) ildə öz əmisinə qarşı üsyan etdi, nəticədə məğlub oldu. Sultan Səncər isə onun taqsırından keçdi və adı çəkilən vilayətlərdən başqa, Şam mülkünü də onun ixtiyarına verdi. Bundan əlavə iki qızını da - birincisi vəfat etdikdən sonra ikincisini - ona verdi. Özü isə Xorasan və Mavəraünnəhrdə olurdu.
    Sultan Mahmud səltənətə keçincə, kiçik qardaşı Məsud onunla müharibəyə başladı. Bir müddət iki qardaş birbirilə vuruşaraq bu ölkənin nizamsızlığına və xaraba qalmasına səbəb oldular. Gürcülər bundan istifadə edib Tiflis şəhərini və ətrafını ələ keçirdilər. Sultan Mahmud vəfat etdi, oğlu Tuğrul taxta çıxdı. O da, çox keçmədi həmədan şəhərində vəfat etdi, Sultan Məsud ölkədə müstəqil oldu.
    Bunun dövründə sultan Səbbahın fədailəri İraq və Azərbaycan hüdudunda zülm və tüğyana başladılar. Xəlifə Müstərşid3 hicri 5344-cü (=1140) ildə, bunları dəf etmək məqsədilə o tərəfə hərəkət etdi. Bəzi səbəblərə görə xəlifə ilə Sultan Məsudun arasına ziddiyyət düşüb müharibə ilə nəticələndi. Xəlifə məğlub və əsir oldu. Xorasandan Sultan Səncərin yazdığı məzəmmət və nəsihət nəticəsində, Sultan Məsud xəlifəni çox izzət və ehtiramla Bağdada yola saldı.
    Lakin fədailərdən bir dəstə yolda fürsət tapıb, bıçaqla onu öldürdülər və özləri də Sultanın qəzəb və əzabına düçar oldular.
    Bəzi tarixçilərin qeydinə görə, xəlifənin öldürülməsi Sultan Məsudun işarəsilə olduğu halda, fədailərin adına isnad verilmişdir. Xülasə, bu xəbər Bağdada çatınca, Raşid Billah1 ibni-Müstərşid Billah xilafətə keçdi. Sultan Məsud onun ardınca Darülxilafəyə (Bağdada) hərəkət etdi. Raşid Billah ona qarşı müqavimət göstərə bilməyəcəyindən, Mosula getdi. Bir ildən sonra Azərbaycan və İraq ətrafında sərgərdan gəzirdi. İsfahanın yaxınlığında fədailər tərəfindən bıçaqla öldürüldü.
    Sultan Məsud Bağdada daxil olandan sonra, Müqtəfi li-Əmrillahı2 xilafətə oturtdu və özü də ona beyət etdi.
    Lakin buna baxmayaraq o, hər bir xüsusda müstəqil hökm sürürdü. Deyirlər ki, Sultan Məsud elçi vasitəsilə xəlifədən soruşdu: "Ona məsarif üçün nə qədər pul lazımsa (desin) təyin edək”. Xəlifə cavabında: "hər gün su daşımaq üçün 40 baş qatır lazımdır, qalan mayehtacı da buna əsasən təyin etsin” - dedi. Sultan dedi: "Bəh-bəh! Əcəb cəlal sahibini xilafətə orurtmuşuq, allah onun şərrini müsəlmanların başından götürsün”.
    Sultan Səncər səltənətinin axırlarında, Quz tayfası Ceyhundan keçdi. Sultan Səncər də onların müharibəsinə gedib, məğlub oldu və əsir düşdü. Bir müddətdən sonra qaçıb qurtardı, intiqam almaq tədarükündə ikən, hicri 542-ci (=1148) ildə vəfat etdi...
    Sultan Məsud, onun vəfatından sonra, 12 il də müstəqil səltənət sürdü. O, hünər və şücaət sahibi olub rəhmdil və rəiyyətpərvərlikdə [70 - 71] məşhur idi. Onun hökmranlıq dövrünün axırlarında, Məlikşah ibni-Sultan Mahmud Həmədanda üsyan etdi. Sultan gəlib fitnəni yatırtdı. Sultan Məsud hicri 554-cü (=1159) ildə vəfat etdiyi zaman, II Məlikşah ibni-Mahmud taxtda oturdu. Son dərəcə eyş-işrətə aludə olduğundan, səltənət əlindən çıxdı. Qardaşı II Məhəmməd padişahlıq taxtına oturdu. O, öz əmisi Süleyman ibni-Sultan Məhəmməd ilə Arazın kənarında müharibə edib qalib gəldi.
    Bəzi səbəblərə görə, onunla xəlifə Müstəncid Billah3 ibni-Müqtəfi Billahın4 arasında ədavət törədi. Bir neçə gün Bağdadı mühasirə etdikdən sonra, xəlifənin qızı Kirman xatunu alıb sülh etdi. Ondan sonra, hicri 556-ci (=1161) iddə, Süleyman ibni-Məhəmməd ibni-Məlikşah taxta oturdu. O, boşboğaz və əyyaş olduğu üçün altı ay sonra həbsə alındı.
    Arslan ibni-Tuğrul ibni-Mahmud hökmranlığa keçdi. Nizami, Zəhir və Ənvəri tərəfindən mədh edilən Arslan alim, adil, ağıllı, təcrübəli və xeyirli işlər görən bir padişah idi. Ondan sonra, hicri 571-ci (=1176) ildə oğlu Tuğrul taxta oturdu.
    Əmisi Məhəmməd ibni-Tuğrul da ona vəzir oldu. Məhəmməd vəfat etdikdən sonra, qardaşı Qızıl Arslan onun yerinə keçdi. Axırda, dostluq düşmənçiliyə çevrilib, Qızıl Arslan xəlifənin köməyilə müharibədə qalib gəldi. Tuğrulu həbsə alıb özü səltənətə keçdi. Qızıl Arslan vəfat etdikdən sonra, Tuğrul ikinci dəfə səltənətə keçdi.
    Deyirlər ki, Tuğrul elmi, hünəri sevən və himayə edən bir padişah olub, bəzən şer də söylərmiş...
    Tuğrul hicri 590-cı (=1194) ildə, Təkəş xan Xarəzmşahın müharibəsində öldürüldü. Bu sülalənin səltənəti də bir neçə il ondan əvvəl Fars və Xorasana sahib olan xarəzmşahlara çatdı. Bu sülalənin qısaca tarixi belədir:
    Məlikşah Səlcuqinin qulamlarından Ənuştəkin adlı bir şəxs, Xarəzm əyalətinə hakim təyin olunmuşdur. Ondan sonra, oğlu Qütbəddin Məhəmməd də Xarəzmşah ləqəbi bu mənsəbə keçdi. Sultan Səncər Quz tayfası əlində əsir olduğu zaman, Məhəmməd sikkəni öz adına vurdurub, xütbəni öz adına oxutdu. Ondan sonra, oğlu Adsız və ondan sonra da Sultan şah, Təkəş xan və El Arslan bir-birinin ardınca səltənət sürdülər. hicri 596-cı (=1200) ildə, xarəzmşahlardan Məhəmməd Təkəş oğlu taxta oturdu. hicri 617-ci (=1221) ildən başlayaraq 4 il davam edən Çingiz xan hadisəsi zamanında, qaçıb Mazandaranın Abesikun adasında vəfat etdi. Onun böyük oğlu Cəlaləddin səltənət taxtına oturdu. Gürcüstanı almaq üçün gəldiyi zaman Şirvan və Dağıstana da hücum etmiş olduğu məlum deyildir.

ÜÇÜNCÜ FƏSİL

MOĞOL İSTİLASINDAN SƏFƏVİLƏRİN ZÜHURUNA QƏDƏR ŞİRVANŞAHLAR SÜLALƏSİ VƏ ONLARIN SƏLTƏNƏTİNƏ AİD HADİSƏLƏR HAQQINDA


    Hülaku xan bin-Tuluy bin-Çingiz xan, öz qardaşı Mənku qaan zamanında İrana gəldi. hicri 656-cı (=1258) ildə xəlifə Müstəsim Billahı1 öldürərək abbasilər dövlətini dağıtdı. Sonra özü ilə bərabər gətirdiyi 200.000 türk ailəsini müxtəlif yerlərdə yerləşdirdi. İran səltənətini öz əlinə alıb möhkəmləndirdi. Lurlar və kürdlərdən başqa İran köçəri qəbilələrinin əksəri bunların nəslindəndir. Şam ölkəsinin o başından (Əqsayi-Şamdan) Ceyhuna, Ümmandan Dərbəndə qədər onun hakimiyyəti altında idi. Hülaku xan çox əzəmətli olub bir çox məziyyətlərə malik idi. Elm və hikmət sahiblərinin ehtiramını saxlar, ümumun mənfəətinə aid müəssisə və binalar tikdirməyə son dərəcə səy edərdi. Paytaxtı Təbriz şəhərində, ali bir imarət tikdirdi. Hülaku xana çox yaxın olan Xacə Nəsirəddin Məhəmməd Tusi, onun əmrilə Mərağada bir rəsədxana bina etdirdi. Hicri 663-cü (=1265) ildə səltənəti oğlu Abaqa xana tərk edib vəfat etdi. Bu da Şirvan, Ermənistan və Azərbaycanın idarəsini qardaşı şahzadə Eşmuta tapşırdı. Bu zaman Qıpçaq padişahı Cağatay xanın oğlu Bərəkə xan, şahzadə Buğanı Dağıstan yolu ilə Azərbaycanı almağa göndərdi. Eşmut hicri 664-cü (=1266) ilin əvvəllərində Dərbənd yaxınlığında onu məğlub edib geri qayıtdı.
    Bu məğlubiyyətdən sonra Bərəkə xan 300.000 atlı yolu ilə Dərbənd yolu ilə gəldi. O, Kür çayı kənarına çatıncaya qədər atının cilovunu çəkmədi. Abaqa xan da külli qoşunla Kürün o biri tayında düşüb onu çaydan keçməyə qoymadı. Bərəkə xan körpüdən keçmək üçün Tiflisə üz qoydu. Lakin xəstələndiyindən yolda vəfat etdi. Buna görə də qoşunu dağılıb öz yurdlarına qayıtdı. Abaqa xan hicri 681-ci (=1282) ildə vəfat etdi.
    İslam dinini qəbul etdikdən sonra Sultan Əhməd adını alan Nikudar bin-Hülaku xan, İraq və Azərbaycanda rəyasət və ədalət taxtına oturdu. İki il sonra Abaqa xanın oğlu Arqun onu öldürüb özü onun yerinə keçdi. Arqun zamıl və xain bir padişah idi. Hicri 690-cı (=1291) ildə vəfat etdi. Onun yerinə keçən qardaşı Keyxatu eyş və işrətlə məşğul olub əmirlərinin irz və namusuna təcavüz edirdi. Bunların (əmirlərin) təhriki ilə Baydü ibni-Taraqay ibni-Hülaku xan Bağdaddan qoşun çəkib gəldi. Keyxatu Muğana qaçdı. Əmirlər Baydu xanın əmrilə onu təqib edərək hicri 694-cü (=1295) ildə əsir edib öldürüldü.
    Bu hadisədən sonra, islam dinini qəbul edib Sultan Mahmud adını alan Xorasan hakimi Qazan ibni-Arqun xan, Keyxatunun intiqamını almaq üçün Baydu xanın üzərinə hərəkət etdi. Əvvəlcə sülh və sonra hərb etdilər. Baydu xan qaçıb Naxçıvanda Əmir Novruzun əlində öldü. Qazan xan hakimiyyət başına keçdi...
    O vəfat edəndən sonra, hicri 703-cü (=1304) ildə, Ulcaytu Məhəmməd Xüdabəndə ibni-Arqun xan taxta oturdu. Sultaniyyə şəhərini bina və özünə paytaxt etdi. O, ədalətli və xeyirli işlər görən bir padişah idi. Onun adı Bakı şəhərində bina etdirdiyi burç və məsçidlər üzərindəki kitabələrdə indi də durur. Hükəmanın təhqiqatına və alimlərin söhbətinə çox mail idi. Şiəliyi qəbul etdi və sikkəni on iki imamın adına vurdurdu. Bir çox həkimanə sözləri vardır, bunları fazil adamlar toplamışlar...
    Ondan sonra, hicri 716-cı (=1317) ildə, 13 yaşında olan böyük oğlu Sultan Əbusəid taxta oturdu. Bunun dövründə Cüci ibni-Cingiz xan nəslindən Qıpçaq padişahı Özbək xan - Özbək qəbiləsi bunun adı ilə adlanmışdır – hicri 718-ci (=1319) ildə Dərbənd yolu ilə Azərbaycanı almağa gəldi. Sultan Əbusəid müqavimət məqsədilə çıxıb Qarabağ düzündə qışladı. Özbək qoşunları Şirvanda qətl-qarətlə məşğul idilər. Əmir Çoban 20000 qoşunla sultanın köməyinə gəldi. Özbəyin qoşunu müqavimət göstərə bilməyib qaçmağa başladı. Əmir Çoban onları təqib edərək bir çoxunu öldürdü. Özbək şah hicri 735-ci (=1335) ildə təkrar həmin yol ilə Azərbaycana yürüş etdi. Sultan Əbusəid yenə müqavimət məqsədilə qarşıya çıxdı. havanın istiliyi və üfunəti üzündən Şirvanda xəstələnib hicri -736-cı (=1336) ildə vəfat etdi. Müasirlərindən biri yazdığı bir şerdə onun Qarabağda vəfat etdiyini qeyd etmişdir. Qarabağ çox vaxt Şirvan üstündə sayıldığından, tarix kitablarında Şirvan adı ilə şöhrət tapmışdır.
    Zəfərnamənin müqəddiməsində deyilir: (Əbusəidin) arvadı Bağdad xatun, Əmir Çoban qızı və keçmişdə Şeyx Həsən Elxaninin arvadı idi. Sultan ona aşıq olub, zor ilə təlaq verdirərək almışdı, atasını və qardaşını da öldürmüşdü. Bağdad xatun, Özbəyin təhrik və təşviqi ilə, Sultana zəhər verdi. Bundan sonra, Tulu Çingiz xan oğlu nəslindən olan Arpa xan səltənətə geçdi. Özbəyi məğlub edərək Şirvan və Dərbənddən çıxartdı. Bu zaman Musa ibni-Əli ibni-Baydu xan üsyan edib, Arpa xanı öldürdü. Hülaku xan nəslindən Məhəmməd də buna qarşı üsyan etdi. Daha sonra, bu sülalədən bir neçə nəfər bir-birilə vuruşaraq, öz nəsillərinin kəsilməsinə və ölkənin xaraba qalmasına səbəb oldular. Bunların Azərbaycan və İraqdakı əzəmətli dövləti elxanilərə keçdi.

    Bu sülalənin əhvalatı belədir: Ağ Buğa ibni-Elxan ibni-Cəlayir Keyxatu dövründə əmirülümarə olub Baydu xan hadisəsində öldürüldü. Oğlu Əmir Hüseyn Arğun xanın qızını aldı. Bunun oğlu Şeyx Həsən, Sultan Əbusəid dövründə Rum valisi idi. Əbusəid öləndən sonra, Şeyx Həsən onun arvadı Dilşad xatunu aldı. Bu arvad Əmir Çobanın oğlu Xacə Dimişqin qızı idi. Musiqi elmində, rəssamlıqda öz əsrinin nadiri və gözəllikdə büqün dünyada məşhur olan Şeyx Üveys bundan doğulmuşdur. O, hicri 757-ci (=1356) ildə İraqi-Ərəb səltənəti taxtına oturdu.
    Hülaku övladı səltənətinin sarsıldığı və elxanilər dövlətinin hələ müstəqil olmadığı bir zaman idi. Zalım və qəddar bir şəxs olan Şeyx Həsən ibni-Teymurtaş ibni-Əmir Çoban yeddi il onun ölümündən sonra uğursuz qardaşı Əmir Əşrəf 13 il Təbriz mülkünü və sair yerləri istila etdilər. Bunlar həddən artıq zülm edib saysız-hesabsız mal və dövlət topladılar. Bu zaman Bərdəli Mühiyyəddin Dəşti-Qıpçağa, Cücü ibni-Çingiz xan övladından ədalətli, maarifpərvər və pərhizkar bir padişah olan Canibəy xanın yanına getdi. Gözəl nəsihət və mövizələrlə onu vadar etdi ki, gedib Əşrəf zalımı cəzalandırsın. Canibəy 300.000 qoşun götürüb Dərbənd yolu ilə gəldi. Şirvanşah Kavus ibni-Keyqubad, bu gözəl səfərdə ona qarşı çox xidmətlər göstərdi. Buna görə, Moğol və Tatar tayfası, zatən talançı olsalar da, xərmən vaxtı kimsənin taxılına əl uzatmadılar. Canibəy Təbrizə gəlib Əşrəfi öldürdü və onun xəzinələrinə sahib oldu. İndi də xalq arasında belə bir məsəl məşhurdur:
    Eşşək Əşrəfi gördünmu nə etdi?
    O özu ilə lənət apardı, Canibəy isə altun.
    Bu hadisədən sonra, oğlu Bərdi bəyi Azərbaycanda canişin qoyub, öz paytaxtına qayıtdı. Bərdi bəy atasının bərk xəstələndiyi xəbərini alınca, moğollardan Axıcıq adlı bir nəfəri Təbrizdə naib qoyub getdi. Axıcıq da 15 ilə yaxın Əşrəf kimi, zülmkarlıq edib Təbriz əhlini təngə gətirdi. Təbrizlilər Müizziddin Üveys Elxanidən kömək istədilər. O, çoxlu qoşunla gəldi. Axıçıq onun qarşısına çıxdı və məğlub oldu, Naxçıvana qaçdı. Buradan da Qarabağa gəldi. Sultan Üveys onu təqib etdi, tutub boynunu vurdu. hicri 775-ci (=1374) ildə, İraqi-Əcəm və Azərbaycanı aldıqda, Şirvan valisi Huşənk ibni-Kavus da ona tabe oldu. Bu səfərdən Bağdada xəstə qayıtdı. O biri il, çox gənc ikən vəfat etdi... Sonra oğlu Sultan Hüseyn padişahlığa çatdı. O, ölkə və ordu işlərində qəflət edərək, eyş-işrətlə məşğul idi.
    Qardaşı Sultan Əhməd, hiçri 784-cü (=1383) ildə, türkmən qaraqoyunlu Qara Məhəmmədin köməyilə onu öldürdü. Qardaşı Şeyx Əliyə də qalib gəldi. Şirvan valisi Huşəng Kavus oğlunun vasitəsilə o biri qardaşı Sultan Bayəzidlə də Azərbaycanda sülh edib, səltənət taxtına oturdu. Bu zaman, ölkələr fatehi Əmir Teymur Kürəkən xüruc etdi...
    Bir çox tarixçilərin yazdığına görə o, Çingiz xanın böyük əmirlərindən Qaracar noyanın oğul nəvəsi, moğolların Barlas qəbiləsi əmirlərindən Əmir Turağayın oğludur. hicri 736-cı (=1336) ildə Keş nahiyəsində Şəhrsəbzdə anadan olmuşdur. Çox tərəqqi etdi, Əmir Hüseynin damadı olduğundan, Kürəkən deyə şöhrət tapdı. Əmir Hüseynə də qalib gəlib, 35 yaşında Mavəraünnəhrin padişahı oldu. Moğolustanı, İranın bir çox vilayətlərini, hətta Gilan və Azərbaycanı da aldı, sonra yenə Mavəraünnəhrə qayıtdı.
    Hicri 787-ci (=1386) ilin qışında, Toxtamış xan 90000 qoşunla Dərbənd yolu ilə Şirvan və Azərbaycana soxuldu, qarət və təxribatdan sonra, yenə həmin yol ilə geri qayıtdı. Zübdətüttəvarix1 müəllifinin yazdığına görə, Çingiz övladından Toxtamış xan, keçmişdə Urus xan tərəfindən məğlub edilmişdi, hicri 782-ci (=1381) ildə, Əmir Teymurun köməyilə Qıpçaq padişahlığına yetişdi. Ertəsi il Əmir Teymur İrana yürüş etdiyi zaman, Xorasanda ona xəbər çatdı ki, Sultan Əhməd Cəlayir Elxani Bağdaddan Təbrizə hərəkət etmişdir. Hacı Seyfəddin adlı birisini bir dəstə qoşunla onu dəf etmək üçün göndərdi. Əmir Teymurun gəlmək xəbərini eşidərək qayıtmaq fikrində olan Sultan Əhmədə, Naxçıvan duzlağında çatdı. Müharibə başlandı. Sultan Əhməd, nicatı qaçmaqda gördü, qoşunlarından bir dəstəsi öldürüldü və ordusu talan edildi. Əmir Teymur özü Təbrizə gəldi, məşhur adamlardan bir çoxunu öldürdü və bir çoxunu da cərimə etdi. Bu şəhərin tanınmış sənətkarlarını yığıb Səmərqəndə göndərdi. Payız fəslində Naxçıvan və Qars qalalarını aldı. Qarsı viran edərək, Gürcüstana hərəkət etdi.
    Buranın valisi Əmir Baqrat müqavimət göstərdi, məğlub olub əsir düşdü. Əmir Teymur buradan Qarabağa gəlib, islam dinini qəbul edən Baqrata öz irsi mülkünü qaytardı. Şirvan valisi Əmir İbrahim, öz ölkəsini qurtarmaq məqsədilə, ləyaqətli töhfələr və hədiyyələr Əmir Teymurun hüzuruna gəldi. Sahibqran tərəfindən mehribanlıqla qarşılandı və Şirvanşah ləqəbini aldı.
    Bahar zamanı, Teymurun ordusu Araz kənarından Gəncəyə yetişdikdə xəbər çatdı ki, Toxtamış xan tərəfindən Şirvana külli qoşun gəlmişdir. (Əmir Teymur), oğlu Miranşahı onları dəf etməyə göndərdi. Miranşah onları məğlub edib Dərbəndin o biri tərəfinə qədər qovdu və çoxlu qənimət ələ keçirdi. Dövlətşah Səmərqəndi Təzkirətüşşüərasında yazır: Sultan Əhməd zahiri cah-calaldan başqa, cürbəcür fəzilətlərə də malikdi. İnşa, ərəbcə və farsca şer söyləmək, nəqqaşlıq, mozaika və sair fənlərdə mahir idi. Havacat və musiqi elminə dair bir çox təlifatı vardı. Bunlara baxmayaraq o, etimadsız, pis əməlli, tiryəki hərdəmxəyal və mərdümazar bir adam idi... Xülasə, pis işlərinə görə rəiyyət və qoşun ondan nifrət edib Əmir Teymura sığındılar. hicri 791-ci (=1389) ildə, Sahibqran Bağdada hərəkət etdiyi zaman, Sultan Əhməd bu qitəni yazıb ona göndərdi:
    Ruzigarın cəfasına nə uçun boyun əyək!
    Hər bir kiçik işdən ötru nə üçün zəhmət çəkək!
    Dənizi və dağı ötub keçək,
    Ünqa kimi dəniz və quru qanadımızın altında qalsın.
    Ya muradımıza çatıb fələklərə yuksələk,
    Ya da, kişi kimi mübarizə yolunda başdan keçək.
    Sahibqran təbi-şeri olmadığına görə, təəssüf edib buyurdu, övladından biri onun cavabını yazsın. Bəzilərinin qeydinə görə, cavabı Miranşah, bəzilərinin rəvayətinə görə, Sultan Xəlil yazdı. Cavab bundan ibarətdir:
    Zəmanənin cəfasına boyun əymək lazımdır,
    Böyuk işi kiçik sanmaq olmaz.
    Ünqa kimi Qaf dağına nə uçun uçursan?
    Sərçə kimi kiçil və qol-qanadını salla.s
    Xam xəyalı başından çıxar,
    Ta, sənin başın uğrunda yuz min baş (kəsilməsin).
    Sultan Əhməd müqavimət göstərə bilməyib Ruma getdi. Bağdad Sahibqranın ixtiyarına keçdi. Xacə Məsud Sərbədar buraya hakim təyin edildi. Əmir Teymur, bu səfərdən sonra paytaxtı Səmərqəndə qayıtdı. Hicri 793-cü (=1391) ildə Qıpçağa getdi, Qunduzca adlı yerdə Toxtamış xanı məğlub etdi. Cüci qəbiləsini qətl-qarət edib onlardan əsir aldı.
    Əmir Teymur hicri 796-cı (=1394) ildə yenə gəlib Gürcüstanı qarət etdi və Şəkini ələ keçirdi. Sultan Mahmud Qazan xan tərəfindən, dəniz kənarında, Kür çayının iki qol arasında bina etdirilmiş Mahmudabad şəhərində qışladı. Bu zaman xəbər çatdı ki, Toxtamış xanın qoşunundan bir dəstə Dərbənddən keçib yenə Şirvanı çalıb-çapmaqla məşğuldu. Buna görə, Toxtamış xanı cəzalandırmaq üçün külli qoşun kötürərək hicri 797-ci (=1395) ilin baharında Dərbənd yolu ilə hərəkət etdi. Həbibüssiyərin yazdığına görə, Əmir Teymur Samur çayının kənarına çatıb dənizdən beş ağac yuxarıda düşdü. Bu zaman, Toxtamış xanın yanına elçi göndərilən Şəmsəddin Almalığı, düşmənanə yazılmış bir məktubla varid oldu. Sahibqran burada qoşununu nəzərdən keçirdi. heç bir zaman onu bu çoxluqda və bu təchizatda qoşun müşayiət etməmişdir. Buradan qəsd etdiyi tərəfə hərəkət etdi. Yolda Toxt amış xanın tərəfdarlarından rast gəldiyi tayfaların hamısını qətl-qarət edirdi. Xülasə, iki qoşun indi Terek adlanan Qori çayının kənarında üz-üzə gəldi. Burada əsrlər boyu misli çox az görünmüş şiddətli bir müharibə baş verdi. Döyüşün şiddətindən qiyamət gününün dəhşəti bərpa olundu.
    Məğlubiyyət nişanələri Teymurun qoşununda görünməkdə idi. Bu zaman Nüsrətli padişahın yüksək himməti və ağıllı tədbirləri sayəsində, müharibənin gedişi başqa bir şəklə girdi. Toxtamış xan, hədsiz qoşunu ilə pərişan bir halda qaçmağa üz qoydu. Əmir Teymur, Qumari çayının kənarında öz qoşununun başçılarına ənam verib onlara nəvaziş etdi. Düşməni də Atil çayına qədər izlədi. Qoyzıcan Urusxan oğlunu Qıpçaq səltənətinə oturtdu. Toxtamış xan bir neçə nəfərlə dağlara və meşələrə qaçdı.
    Əmir Teymur rus ölkəsinin cənub tərəfinə Oka çayına qədər viran etdi. Mərkəzdən uzaq düşməsi və qışın yaxınlaşması münasibətilə qayıtdı. Qara dəniz sahilində Azaq şəhərini aldı. Çərkəz və Əlbürz-kuh (Qafqaz) ölkələrində də bəzi qələbələr çalıb, Qum keçidində qışladı. Qışın ortasında gedib Hacı Tərxanı qarət etdi və yandırdı. Sonra İrana qayıdarkən, Dağıstanda bəzi qalaları və kəndləri də xarab etdi, müqavimət göstərənləri layiqincə cəzalandırdı. Dağıstan əhalisindən bir çoxunun dediyinə görə Əmir Teymur Terek ilə Sulaq arasında yaşayan Qumuq tayfasını itaəti altına aldı.
    Sonra Mıçıqıçın ortasından keçərək, yeddi min evdən ibarət Almaq şəhəri üzərinə gəldi. Buranı çox şiddətli müharibədən sonra alıb viran etdi; bu şəhərin yerində indi təqribən 100 evdən ibarət bir kənd durur. Oradan Salatav dağları üzərindəki dağ yolu ilə (bu yol indi "Teymurşah yolu” adlanır.) Salatav əhalisinin sığındığı Bərktav, Əlxastav, Çobantav və Batluq adlı çətin keçidli qalalar və kəndlər üzərinə gəldi. Bu yerlərin qəribə və əcibə asarı indi də mövcuddur. Bu yerləri aldıqdan sonra, əhalisini köçürüb aranlıq yerlərdə yerləşdirdi. Onlar da get-gedə dağıldılar. Onların çoxu bir çirkab yerində Çirkay kəndini bina edib oturdular.

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 >>
Bölmə: Azərbaycan tarixi | Əlavə edildi: azerhero (26.12.2013) | Müəllif: R.C E W
Baxış: 779 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more