Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Rzayev Anar-ƏLAQƏ-3
 
       —Bilirsiz, — deyə ev sahibi yenidən sözə başladı, — bütün bu konqreslərin heç bir əhəmiyyəti yoxdur. Bax mən indicə çox böyük bir konqresdən gəlirəm, bayaq sizə dedim. Uzaq dünyalarla əlaqə probleminə həsr olunmuşdu konqres. Bütün ölkələrdən ən məşhur alimlər toplaşmışdı. Məruzələr, məlumatlar, filmlər, fotolar, lent yazıları, nə bilim daha nələr, nələr. Ancaq mənim fikrimcə, bu problem kögündən yanlış qoyulur. Sizi yormuram ki! Taksini 7-30-a sifariş eləmişəm, odur ki, hələ yarım saat da zəhlənizi tökəcəm... Bəli... Məsələ belədir ki, mənim fikrimcə kosmik əlaqələr probleminə tamamilə başqa prinsiplərlə yanaşmaq lazımdır. Tutalım, bax, o konqresdə nədən danışılırdı? Aresiboda nəhənk bir radioteleskop qurulub. Bu teleskopun vasitəsilə kosmosun dərinliklərinə məlumat göndərilib. Nə barədə? O barədə ki, biz—yer adamları onluq say sistemindən istifadə edirik. Beş atomu ən vacib sayırıq. İki ayağımız, bir başımız var. Yer üzündə sayımız da dörd milyarda yaxındır. Çox əcəb.
Məni bağışlayın, amma bu üsulla qıza elçi getmək və oğlan haqqında məlumat vermək olar — peşəsi bu, vəzifəsi bu, pulu-dövləti bu qədər, qohum-əqrəbası filankəslər və s. və s. Amma kosmik kontaktları bu üsulla yaratmaq olmaz. Məsələn, Çikaqo universitetinin professoru Dreyk, Bombey universitetinin professoru Mukerçi, Yaponiyadan bir professor, adı yadımda deyil, çıxış etdilər. Onların hamısı neçə illərdir ki, çox qüvvətli radioteleskoplar və kompüterlər vasitəsilə yaxın qalaktikaları izləyirlər, radiosiqnalları yazırlar, amma nə nəticə hasil olub? Hamısı eyni bir nəticə əldə ediblər, yəni heç bir nəticə — ulduzlar susub. İndi də oturub başlarını sındırırlar: əgər doğrudan da uzaq ulduzlarda həyat varsa, bəs niyə ordakılar hay vermirlər?! Əgər bizim radio və telesiqnallarımızı eşidirlərsə, niyə dəstəyi qaldırıb cavab vermirlər — o gülümsündü və qırıq məftilli telefon dəstəyini göstərdi. Mən telefon dəstəyini nəzərdə tuturam — sonra nə isə düşünüb əlavə etdi — yeri gəlmişkən, bu təşbeh təsadüfi də olsa, çox dəqiqdir. Biz kosmosla məhz bu cür telefonla, qırıq telli telefonla, əlaqəsiz telefonla danışmağa cəhd edirik. Təsəvvür eləyin ki, bəzən nə cür mənasız işlər görülür. Bir neçə il bundan qabaq amerikalılar kosmosa Rok-n-Roll musiqisinin melodiyalarını göndərmişlər. İndi də oturub başlarını bulayırlar — niyə bir cavab çıxmadı. Bəlkə bu musiqini ora-dakılar bəyənməyib. Elə bil bu radiodinləyicilərin sifarişilə konsert-zaddır. Məruzəçilərdən biri hətta belə bir fikir atdı ortalığa: deyir, şübhəsiz, kosmosdan bizə xəbərlər göndərirlər, amma yüz ildə bir dəfə. Yüz il bundan qabaq, neçə yüz, neçə min il bundan qabaq yer üzündə radio yox idi ki, ismarışları qəbul edə bilək. İndi az qalıb, bu səfər kosmosdan bizə radio vasitəsilə papaq eləyən kimi başa düşəcəyik. Bişmiş toyuğun külməyi gəlir belə sözlərə. Əlbəttə, b,aşqa çıxışlar da oldu. Bəziləri deyirdilər, canım, ola bilsin ki, qallaktik əlaqə sistemi tamamilə başqa prinsiplər əsasında qurulur. Amma belə deyənlər də axırda nikbinliklə nəticə çıxarırdılar: heç kefimizi pozmayaq, ürəyimizə salmayaq, gec-tez biz də bu əlaqə prinsiplərinə yiyələnəcəyik. Nə deyəsən?
       Görünür bizim şüurumuz Əlaqənin tamamilə başqa növünü anlamağa, təkrar edirəm başqa növ əlaqə prinsiplərini dərk etməyə qadir deyil. Odur ki, oturmuşuq nəhəng teleskopların yanında və gözləyirik. Jürbəcür siqnallar gözləyirik. Hələ çox gözləyəcəyik. Çünki bizə elə gəlir ki, kosmik Əlaqə balıq tutmaq kimi bir şeydir, torunu atıb oturmusan çay qırağında, gözləyirsən balıq haçan gəlib düşəcək. Yaxşı, deyək ki, mən ifrata varıram, məsələni tündləşdirirəm: biz universal şifr-siqnallar, anlaşıqlı rəmzlər, işarələr göndəririk kosmosa. Yaxşı, olsun, amma bütün bu özfəaliyyət nə deməkdir? Bizə elə gəlir ki, uzaq dünyalarla Əlaqə yaratmaq — radiohəvəskarlığı kimi bir şeydir, təsədüfən efirdə başqa bir radiohəvəskarın ultraqısa dalğalarıyla rastlaşacaqsan. Amma axı, mənim fikrimin məğzi odur ki, kosmik Əlaqə tamam başqa cür, gözlənilməz və izaholunmaz bir şəkildə də meydana çıxa bilər. Yəni biz insanların dərk edə bilməyəcəyimiz bir şəkildə. Bax, oturub gözləyirik, gözləyirik ki, bizimlə danışsınlar. Amma bəlkə bizimlə çoxdan danışırlar və ən müasir cihazlar vasitəsilə deyil, başqa üsulla. Bəlkə bax elə indinin özündə, bu otağın içində danışırlar bizimlə, amma biz başa düşə, anlaya, dərk edə bilmirik. — O, dərin bir qullab vurdu, bayaqdan bəri davam edən, uzun, pərakəndə monoloqunda bu ilk fasilə idi. — Axı uzaq dünyaların sakinləri — yenidən sözə başladı — bizimlə tamam başqa kanallar vasitəsilə Əlaqə yaratmağa təşəbbüs edə bilərlər. Tamamilə başqa rabitə formasından istifadə edə bilərlər. Bəlkə bizə məlum olmayan imkanlara malikdirlər və beynimizə, şüurumuza, psixikamıza təsir göstərə bilirlər. Onlar hətta bizim beynimizin imkanlarını — dünyanı məntiqsiz dərk etmək imkanlarını yoxlaya da bilərlər. Mən çox qəliz danışmıram ki, fikrim sizə aydındırmı?
       Tələbə:
       —Təxminən, — dedi.
       —Bəli, bu uzaq aləmlər bizə radio, tele və başqa bizim qavraya biləcəyimiz işarələr vasitəsilə deyil, tamam başqa üsullarla müraciət edə bilərlər. Yaxud biz və onlar əyani şəkildə görüşməli olsaq, yəni onlar bizim planetimizə təşrif gətirməli olsa, bu görüşü biz bu gün, təqribən, necə təsəvvür edirik? Nədənsə bizə elə gəlir ki, onlar planetimizə iri kosmik gəmilərdə gələcək, nəhənk kosmodromlara düşəcəklər. Niyə? Axı kim dedi ki, onlar — uzaq aləmlərin sakinləri, — çox iri, azmandırlar və ya hətta elə bizim boyda, adamlar boyda olmalıdırlar. Lap qoy ən iri ulduzlarda yaşasınlar, axı bunun onların zahiri ölçülərinə, boy-buxunlarına heç bir dəxli yoxdur. Onlar ən görünməz mikrobdan belə kiçik məxluqlar ola bilər. Tamamilə cismsiz varlıqlar da ola bilərlər, məsələn, şüa, qaz şəklində, səs şəklində. Kim deyər ki, məsələn, səs—şüurlu varlıq ola bilməz. Təsəvvür edirsiz bütün bir ulduzun şüurlu sakinləri—yalnız səslərdir. Poeziyadır, eləmi? Və əgər bu tipli kosmik qonaqlar bizim planetə təşrif buyuracaqlarsa, ya hətta artıq çoxdan buyurmuşlarsa, onların yer üzündəki məskəni, qəbul meydançası insan beyninin guşələri də ola bilər.
       Kişi elə danışırdı elə bil məruzə oxuyurdu, bəlkə bu doğrudan da onun konqresdə oxuduğu ya oxumadığı məruzə idi.
       —Axı niyə biz razı olmuruq ki, kainatın başqa guşələrində tamamilə ayrı — şüar qanunları mövcuddur — bizim səbəb-nəticə bağlılığından fərqlənən qanun sistemi. Və onların bizimlə Əlaqəsi yalnız o zaman mümgün ola bilər ki, onlar bizim iqtidarımıza — bu qanunları aşıb keçmək iqtidarımıza inansınlar. Dünyanı dərk etməkdə bu məntiqi səbəb-nəticə bağlılığını aşa biləcək bir qüdrət varmı insan şüurunda? Onları məhz bu maraqlandıra bilər. Onlar beynimizin buna hazır olub-olmamasını yoxlaya, müayinə edə bilərlər. Şüurumuz Mümgünsüzlüyü qəbul edə bilirmi? Ya bəlkə onlar hələ bizim beynimizi — hazırlayırlar — başqa bir məntiq sistemini qavramaq üçün hazırlayırlar. Və onların bizimlə Əlaqə yaratmaq cəhdləri məhz bu sahədədir: beynimizdəki səbəb-nəticə bağlılığını qırmaq, ağlımızın quruluşunu dəyişmək. Axı bizim bütün idrakımız və kosmik əlaqələr yaratmaq təşəbbüsümüz ancaq və ancaq bu məntiqə, səbəb-nəticə bağlılığına əsaslanır. Aman allah, biz necə öz-özümüzdən müştəbehik, necə də qəti hökm veririk. Kainatı ancaq bizim məntiqimizlə dərk etmək olar!? İki dəfə iki mütləq dörddür! hər yerdə, hər zaman, kainatın hər guşəsində! Axı bir zamanlar biz insanlar eyni inadla inanırdıq ki, Yer hərəkətsizdir, Günəş onun başına dolanır və ayrı cür düşünənləri asıb-kəsir, odda yandırırdıq. Mən yalnız din fanatiklərini, inkivizisiyanı nəzərdə tutmuram. hələm-hələm adamlar deyil, Ptolomey kimi öz zəmanəsinin ən parlaq zəkası da buna — Yerin mərkəz olmasına, Günəşin onun başına dolanmasına inanırdı. Biz isə, öz zəmanəmizin Ptolomeydən qat-qat aşağı olan zəkaları, eyni bir inadla başqa şeyə inanırıq: Yer kürəsi günəşin başına dolanır. Buna zərrəcən şübhəmiz yoxdur, necə ki, Ptolomeyin də öz iddialarına heç bir şəkk-şübhəsi yox idi. Yaxşı, bəs birdən sabah, bizim təsəvvür belə eləyə bilmədiyimiz tamam başqa kəşflər və qanunlar əsasında məlum oldu ki, yox, Yer Günəşin deyil, Günəş Yerin başına fırlanır. Onda necə? Təbii ki, bunu mən zarafatla deyirəm, amma prinsipin özü ciddidir.
       O nəfəsini dərdi və öskürməyə başladı. Eynilə anası kimi öskürürdü, uzun-uzadı quru öskürəklə. Bir az sakit olub stəkanı götürdü. Mətbəxə keçdi, Bu adamın nədən danışdığını, ona nəyi isbat eləməyə çalışdığını tələbə ağıllı-başlı anlamırdı heç. Tələbə indi yalnız bir şey düşünürdü: əgər indi bu adam mətbəxdən qayıtmasa, bir də heç bir vaxt görünməsə, tamamilə anlaşılmaz şəkildə mənzildən qeyb olsa və yaxud qayıtsa, amma, qiyafəsi, sifəti tamam başqa cür olsa — məsələn saçları çal, yaxud başı daz keçəl, ya elə olduğu kimi qayıtsa, amma onu, tələbəni tanımasa, özünü tamamilə ayrı bir adam kimi aparsa — bütün bunların heç biri artıq tələbəni təəccübləndirə bilməz. Onun indi keçirdiyi yekanə hiss — tam bir düşüncə biganəliyi idi, heç bir fikir zəhmətinə qatlaşmaq istəmirdi, heç bir şeyi dərk etməyə, anlamağa, izah etməyə həvəsi qalmamışdı.
       Ev sahibi otağa qayıtdı. Bığları yaş idi. İndicə su içmişdi.
       Divar saatına baxıb:
       —Daha lap az qalıb — dedi. — İndicə sizi sakit buraxacam, başınızı ağrıtmayacam. Taksi on dəqiqədən sonra gələcək. Yeri gəlmişkən, vaxt haqqında. Vaxtı necə təyin etmək olar? Kim mənə isbat edə bilər ki, vaxt geriyə yox, irəliyə kedir? Vaxtdan söhbət gedəndə geri nədir, irəli nə? Nə müəyyənləşdirir vaxtı? Bax, bu cihaz, — o divar satını göstərdi,— bu qurulu mexanizm? Deyəcəksiz günəş tsikli — gündüz-gecə, yay-qış. Amma axı günəşlə bağlı bu hesablar yalnız bizim planetlər sisteminə aiddir. Bu sistem isə kainatda — zərrəcikdir, tozdur. Bəs günəşin özündə vaxt necə ölçülür?
       Tələbə:
       —Bilmirəm, — dedi.
       —Amma axı vaxtın tamam başqa anlayışı da ola bilər.— O, sanki artıq tələbəylə yox, özü özüylə danışırdı. — Siz heç vaxtın nisbiliyi haqqında məişət səpkisində, adi həyat misalları səpkisində düşünmüsünüzmü? — deyə yenə tələbəyə müraciət etdi.
       —Yox.
       —Mən isə düşünmüşəm. Təsəvvür edin ki, yatmısız. Bu zaman qapınız döyülür, yaxud telefon zəng çalır. Yuxuda yox ha, gerçəklikdə. Gerçəklikdə bunlar — qapı döyülməsi, telefon zəngi — bir an çəkir. Amma bu bir real anın ərzində yuxuda siz uzun bir əhvalat görürsüz. Və yuxuda gördüyünüz bu əhvalatlar mütləq qapı döyülməsi, talefon zəngilə bitir. Deməli, bu yuxular zənglə, qapı döyülməsi ilə əlaqəlidirlər. Başqa sözlə desək, yuxunun bu səhnələri, sizin beyninizdə məhz həmin səslər səslənən zaman doğulur. Amma yuxuda siz bu səslərlə bağlı hadisənin əvvəlini də görürsünüz, elə bir şey görürsüz ki, həmin səslərlə sona çatır, bitir. Deməli, bu səslərin səsləndiyi müddət ərzində gerçəklikdə və yuxuda iki müxtəlif ölçülü zaman paralel şəkildə mövcuddur, amma onların müddətləri ayrı-ayrıdır. Fikrim sizə çatır?
       Tələbə:
       —Çətinliklə, — dedi, — mən çox yorulmuşam.
       —Bağışlayın, bağışlayın, mən  də sizi lap yorub əldən saldım. Bilirsiz mən fikirlərimi kiminləsə bölüşmək istəyirdim. Odur ki... Hə, vaxtdır, mən getməliyəm.
       O, ayağa durdu, papağını qoydu, üzərində müxtəlif şəhərlərin,  otellərin damğaları olan dama-dama çamadanını götürdü və tələbəylə vidalaşıb qapıya tərəf getdi. Qapını açdı, sonra nədənsə yenidən otağa qayıtdı və dedi:
       —Əlaqə problemi, bax bundadır. Biz şüurunuzun dəyişməz məntiqi qanunlarının pozulmasına razı olacayıqmı? Hadisələrin səbəb-nəticə bağlılığının qırılmasıyla barışa biləcəyikmi? Tamam başqa bir şüur sisteminin olmasını qəbul edəcəyikmi? Uzaq dünyalarla Əlaqənin yaranıb-yaranmayacağı məhz bunlardan asılıdır. Amma əgər bütün Qeyri-adi, Dərc olunmaz. İzahedilməz, Şüurumuzasığışmaz şeylərə yenə məntiqi rasional səbəblər axtaracayıqsa, vərdişli analogiyalar arayacayıqsa, bir şeyi kasıb zehnimizin qısa arşınıyla  ölçəcəyiksə, o zaman heç kəslə heç bir Əlaqə yaratmaq mümkün olmayacaq. — O gülümsündü, amma bu çox kədərli gülüş idi və sifətinin bu kədərli ifadəsiylə o bir daha anasını xatırlatdı. — İnanın mənim sözlərimə. Salamat qalın...
       Qapını örtüb getdi. Az sonra tələbə aşağı düşən liftin səsini eşitdi.
       Pəncərədən açıq bir səhər üzü görünürdü. Ulduzlar çoxdan sönmüşdü. Daha doğrusu, dan işığının açıqlığında itib görünməz olmuşdular.
       Tələbənin yorğun şüurunda bir fikir oyandı: o düşündü ki, əl-aqibət axır ki, zəiflik göstərmədi; və qarı, nə onun dərin qırıldadan alim oğulları — ya eyni yeganə oğlu — iki idi onlar, ya bir nəfər idi — kim bilir? — hər halda bu qəribə ailə — ikisi olsun, üçü olsun, fərqi yoxdur — hamısı bar yerdə tələbənin şüurunu poza, başını xarab edə bilmədilər. O, dəli olmadı ki, olmadı.
       Tələbə soyunub yatağına girdi. Yuxuya gedə-gedə düşünürdü: «Gərək kitabxanadan kosmik əlaqələrə aid ədəbiyyat alıb oxuyam».
Bakı, avqust, 1976.
 
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (11.10.2013) | Müəllif: R.C E W
Baxış: 459 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more