Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Rzayev Anar-ƏLAQƏ-2

  
        Bəlkə — ağlına gözlənilməz bir fikir gəldi — kimsə qəsdən məni dəli eləmək istəyir?» Qəribədir ki, bu fikir onu bir qədər sakitləşdirdi, arxayınlaşdırdı. Düşmənini təyin edə bilsən, onunla mübarizə etmək də asan olar. Amma kim idi onun qəsdinə duran? Kim idi düşməni? Əlbəttə, qarı! Öz təşəbbüsüylə olmasa da, hər halda bütün bu işlərdə qarının, şübhəsiz, barmağı var. Bəlkə o, kiminsə mürəkkəb bir planının icraçısıdır? Amma bu planın özünü kim tökmüşdür, kim burada hansı məqsədi güdür? Eh, nə biləsən? Bəzən görürsən elə düşmənlərimiz peyda olur ki, heç yatsaq yuxumuza də girməzdi. Özü də həmin bu düşmənlərə heç bir vaxt, heç bir pisliyimiz dəyməyib, amma axı düşmənçilik çox vaxt heç də şəxsi münasibətlərdən yaranmır. Bax, məsələn o, tələbə, özü də istəmədən kiməsə pislik edib — instituta daxil olub, kiminsə yerin tutub. Götürək elə yataqxanadakı otaq qonşularını. Bayaqkı maşının, iki sükanlı maşının sürücüsü yaman o oğlana, ilk imtahandan kəsilmiş otaq qonşusuna oxşayırdı — tələbə yalnız indi bunu dərk etdi — lap elə bil ekiz qardaşdırlar. Bəlkə heç təsadüfi deyil ki, bayaq həmin qonşusuna elan lövhəsinin qarşısında rast gəldi. Bəlkə bütün bu hoqqaları da elə o düşünüb. Elan, qarı, sürücü-təlimatçı qardaş və nəhayət, fotolar... Amma məgər onlar belə qəliz bir intiqama qadirdirlər? Əgər bu cür mürəkkəb bir qisas forması kəşf edə biliblərsə, elə bir bu ixtiraya körə onu instituta qəbul etməyə dəyərdi. Həm də imtahansız-filansız. Onlar şübhəsiz, bilirdilər ki, tələbə otaq axtarır. Bu qarını tapmaq, mənzili danışmaq, hər şeyi belə məharətlə quraşdırmaq... Tələbənin artıq heç bir şəkk-şübhəsi yox idi ki, bütün bunlar iblisanə bir planın nəticələridir və o, mənzildə olmayan vaxt lap yəqin ki, qarı gəlib fotoları dəyişib. Bu fikrə gələndən sonra tələbə otağa daha sakit girdi. Düzdür, fotolara yanaşanda nə isə yenə bir nikaranlıq hissi keçirdi, amma bütün iradəsini toplayıb şəkillərə baxdı. Gözlərini oğlanın əksinə zillədi. Bu nə boş-boş fikirlərdir, ilahi! Hamamda olduğu müddətdə axı şəkildə nə dəyişə bilərdi? Nə dəyişmişdisə, o evdə olmayan müddətdə dəyişmişdi — elədir ki, var: oğlanın köynəyi boğazacan düyməli idi. Tələbə başqa fotolara baxmağa başladı, qarı onlarıdamı dəyişdirib? Deyəsən yox, amma məgər bu cütlər — nişanlı oğlanla qız, məgər ayaq üstə durmamışdılar, yox, oturublar, görünür, elə oturublarmış, tələbənin dəqiq yadında deyil. «Gərək bütün şəkilləri dəqiq yadımda saxlayım, sonra körsəm ki, qarı yenə onları mən evdə olmayanda gəlib dəyişdirir onda yapışım yaxasından — de görüm mən olmayanda niyə otağıma gəlirsən, fotoları də-yişməyinin mənası nədir? Budur, bax, şəkil — ata, ana və yəqin ki, qızları. Ər-arvad, arvad, deyəsən, hamilədir. İki cavan oğlan — oxşayırlar, yəqin qardaşdırlar. Hərbi paltarlı kişi. Javan qız — fəvvarənin yanında dayanıb. Uşaqlar — üç qız, iki oğlan uşağı. Çəlikln qoca. Vəssalam. Aydındır. Deməli, ata, ana, qız. Bu belə. Ər-arvad. Arvad hamilədir. Məgər ərin eynəyi vardı? Bu nə axmaq sözdür, madam ki, eynəklidir, deməli varmış da... İki cavan oğlan şübhəsiz qardaşdırlar, oxşayırlar. Hərbi paltarlı kişi. Fəvvarə yanında qız. İlahi, axı onun sumkası vardı. Sumka necə oldu? Ya yox idi? Görünür, yox imiş, madam ki, yoxdur... Onda qızı kiminlə çaşdırıram, axı, yadımda qalıb: fəvvarə yanında tız, əlində sumka. İki qız uşağı, bir oğlan. Bir oğlan. Bir oğlan? Hə, görünür, oğlan bir imiş. Qoca. Bu qocanın nəyisə var idi, amma nəyi? Bəlkə mən şəkillərin məzmununu müfəssəl yazım. Yox, onda adam, doğrudan da dəli olar. Amma mən dəli olmayacam. Bu qoca kaftarın və bütün məni istəməyənlərin acığına dəli olmayacam. Saat neçədir körəsən? Qol saatında on birə iyirmi beş dəqiqə işləmişdi.
        Nədənsə tələbə divar saatına yanaşdı və örtüyü çəkdi. Divar saatında üçə iyirmi beş dəqiqə işləmişdi. Saat işləyirdi, kəfkir dəqiqliklə gedib-gəlirdi. Tələbə gözlərini uzun əqrəbə zillədi və ayrılmadan baxdı, baxdı. Saata baxsa da dəqiq nə qədər vaxt keçdiyini deyə bilməzdi. Amma hər halda bir müddətdən sonra aydınca gördü — uzun əqrəb azacıq geri getmişdi. Tələbə tələsik hesabladı. Elədir ki var hər iki saat — onun qol saatı da, divar saatı da — dəqiq işləyirdi, amma divar saatı əks istiqamətdə hərəkət edirdi. Saat tələsə bilər, geri qala bilər, dayana bilər. Ancaq əks tərəfə işləyən saatı tələbə ömründə ilk dəfə görürdü. «Düşmənlərimin fantaziyası pis deyilmiş. Belə ixtiraçılıqla Nyuton, Eynşteyn olaydılar gərək. Yoxsa bütün qabiliyyətlərini, bacarıqlarını yazıq bir tələbə babanın qəsdinə yönəldiblər. Nə var, nə var, onlardan yaxşı hazırlaşıb, imtahanı onlardan yaxşı verib, instituta düşüb. Gərək dərslərə hazırlaşmaq yerinə, mən də oturub belə-belə hoqqalar uyduraydım, onda yaxşı olardı. Görək bu tilsimli otaqda daha nə oyunlar çıxacaq! «Tilsimli» sözünü o daxili istehzayla düşündü. Tələbə qəti əmin idi ki, bütün bu fokusları kimsə qəsdən düzəldib, onun şüurunu dumanlandırmaq istəyir. Hər halda tələbə özü özünü inandırmaq — istəyirdi ki, məhz belədir. Bu tələbəni bir qədər sakitləşdirirdi. Tam yox, bir qədər. Əgər getməyə yer olsaydı, bir dəqiqə də bu mənzildə qalmazdı. Yataqxanaya getmək mümgün idi, hələ adını oranın dəftərindən pozdurmamışdı. Ancaq düşünəndə ki, məşum liftin kabinəsinə girməli olacaq, çöllü-biyabana çıxacaq, yanmış xaraba evin yanından keçəcək və heç bir nəqliyyat tapmayıb yenə bu otağa qayıtmalı olacaq, tələbənin bu işə bütün həvəsi qaçırdı. Həm də ürəyinə dammışdı, otaqdan çıxan kimi, qarı gəlib yenə burada min cür tələ quracaqdı. Şübhəsiz ki, arvad haradasa buralardadır. Yəqin ki, elə bu binanın içində, bəlkə bir mərtəbə aşağıdakı mənzildə gizlənib. Bayaq otaqda işığı yandıran da, eyvan qapısını açıb nə isə tullayan da elə o imiş. Hətta tələbəyə elə gəlirdi ki, qarı lap yaxındadır, hardasa, qonşuluqda, bu divar ardındadır. Duyurdu ki, kimsə daima onu — tələbəni müşahidə edir, hər addımını izləyir. Tələbə öz-özünə: «Yox, — dedi, — mən burda qalacam və məni heç bir şey qorxuda bilməz. Qoy lap bütün bu lənətə gəlmiş fotolar canlansınlar, kağızdan çıxıb otağa düşsünlər». O təsəvvür elədi ki, fotodakı adamlar canlanıb otağa girirlər və bu təsəvvürdən əsla eymənmədi, əksinə nəşələndi, güldü öz fikrinə. «Öz aramızdır, mən demə, əməlli-başlı ağciyərəmmiş... Nədən xoflanıram axı? Saat geri işləyir? Əşi belə çəhənnəmə ki! Mənə elə gəldi ki, fəvvarə yanındakı qızın sumkası varmış, demə yoxmuş. Adicə göz aldanışı! Siqaret, filan... Elə şeylər çox olur. Hardasa oxumuşdum, belə bir sahə var, hətta əşyaların qəribə davranışlarını öyrənirlər... hə, bir də bu qapı.
Taxtalarla çalın-çarpaz mıxlanmış qapı. Nə olsun? Bunun qorxunc harasıdır. Nəyi vahiməlidir? Boşla görək, sən canın... Aman allah, bu nədir belə?
        Otağın rəngi dəyişirdi. Tələbə başını qaldırıb tavandakı yalın lampoçkaya baxdı. Lampoçka yavaş-yavaş adi rəngini dəyişir, göyərirdi, müalicə vasitəsi kimi istifadə olunan «göy işığın» rəngini alırdı. Tələbə quruyub qalmış, hərəkətsiz dayanmışdı. Lampoçkanın rəngi tamam tündləşdi və otaq da içinə çoxlu marqans zərrəciyi atılmış bir stəkan su kimi get-gedə qatı bənövşəyi rəngə qərq oldu. Nə qədər vaxt keçdi? Tələbə heç bir şey haqqında düşünə bilmirdi. Vahimə beynini çulğamış, şüurunu dumanlandırmışdı. Fikrini büsbütün əritmişdi sanki...
        Sonra lampanın rəngi yenidan dəyişməyə, açılmağa, durulmağa başladı və bir azdan əvvəlki kimi oldu.
        Tələbə öz-özünə:
        —Çox gözəl, çox da pakizə, — dedi. — Əgər iradəmi, mətanətimi sınayırlarsa, mən bu sınaqdan kişi kimi çıxmalıyam. İndi bütün hoqqalarına məhəl qoymadan sakitcə yıxılıb yatacam.
        O, möhkəm addımlarla mətbəxə keçdi, işığı söndürdü, hamamda işığı yanar qoydu, üzünü yudu, dişlərini təmizlədi, otağa qayıtdı, fotolara heç gözucu da baxmadı, yorğan-döşəyini saldı, işığı söndürdü və yatağa kirdi. Gözlərini yumdu, amma uzun müddət yuxulaya bilmədi. Qaranlığın özü onu qorxutmurdu, o bəzi adamlar kimi, heç də zülmətdən eymənmirdi. Bütün bugünkü tələlər, hoqqalar haqqında da düşünmürdü. Bircə onu düşünürdü ki, dünyada məntiqi izahi olmayan heç bir şey yoxdur. Bu fikirdən kosmik sirlər haqqında düşüncələrə keçdi. Kosmosun açılmamış sirləri həmişə onu vəcdə gətirirdi. Sonra tələbə gələcək institut həyatı haqqında xəyallara daldı, yavaş-yavaş xumarlandı və bir azdan sonra dərin yuxuya getdi.
***
        Bənövşəyiyə çalan ayın aldadıcı ziyası altında bir adam çöl-biyabanla addımlayırdı. Bütün üzü sarıqlı idi, yalnız iki gözü üçün dar bir zolaq açıq qalmışdı. Hər iki qolunda saat vardı. O, qara paltarda idi, ayaqlarında da yumşaq qara şapşaplar var idi. Paltarının müxtəlif yerləri qara meşin toqqalarla kəmərlənmişdi. Addımları səssiz idi, yumşaq idi, pişik yerişi yeriyirdi. Adam böyük yanmış evin xarabalıqlarına doğru gedirdi. Ay işığında xaraba evin divarları uzun əcaib kölgələr salırdı. Sütunların da kölgəsi düşürdü. Sütunların tağı uçmuşdu, bu sütunlar nndi yalnız boşluğa dayaq idilər; bir neçə il qabaq dəhşətli yanğın zamanı bu evin, demək olar ki, bütün sakinləri tələf olmuşdu. Bəziləri diri-diri mənzillərində yanmış, bəziləri tüstüdən boğulmuş, bəziləri uçub dağılan divarların arasına pərçim olub qalmışdı. Onların yalnız bu divarlara yazılmış səsləri dururdu və aydınlıq gecələrdə bu hıçqırıqlar, iniltilər bərkdən səslənməyə başlayırdı. Yanmış evin diri qalmış sakini — üzü sarıqlı adam indi öz sabiq mənzilinə doğru gedirdi — həmin mənzildə onun bütün ailəsi məhv olmuşdu. O, evə çatdı, sürahisiz pilləkənlə ikinci mərtəbəyə qalxdı, uçuq pəncərə məhəccərinə qoyulmuş qırıq məftilli telefona yanaşdı, dəstəyi qaldırdı, nömrəni çəkdi.
        Zəng otaqda çalındı. Tələbə telefon zəngini eşitdi, ayılmağa çalışdı. Qaranlıq yuxunun zəhmi onu basmışdı, bu qatı, qalın, qara və ağır yuxu pərdəsini üstündən atıb durmaq, əlini uzadıb işığı yandırmaq istəyirdi, amma bütün düymələr boş idi, işıq yanmırdı ki, yanmırdı. Tələbə nəyinsə, anlaşılmaz və müdhiş bir şeyin yaxınlaşdığını duyur, otağın zülmətində kiminsə ya nəyinsə olduğunu hiss edirdi. Bu kimsə ya nəsə onun başının üstündə dayanıb dəqiq bir ardıcıllıqla sayırdı: bir, iki, üç, dörd, beş, altı, yeddi...
        O qışqırıb oyandı, silkinib vahiməli yuxudan çıxdı, amma qorxusu dəf olunmamışdı, əksinə daha da artmışdı, çünki həqiqətdə də qaranlıq otağında telefon zəngini eşidirdi, hərəkətlərini əməlli-başlı dərk eləmədən əlini uzatdı, qaranlıqda telefonu tapdı, dəstəyi qaldırdı. Zəng səsləri dərhal kəsildi. Telefon dəstəyi də susmuşdu, həm də bu işləyən telefonun canlı sükutu yox, xətsiz, rabitəsiz telefonun həyat əlaməti olmayan lallığı idi. Tələbə dəstəyi yerinə qoydu, durub işığı yandırdı, geyindi. İndicə onu qara basmışdı və yuxuda gördüyü vahimələrdən yavaş-yavaş özünə gəlirdi.
        Əlbəttə, telefon zəngini o yuxuda görmüşdü, amma oyanandan sonra da bir neçə an bu səsləri eşitdi. Yox, əlbəttə, ona elə gəlib. Necə deyərlər, şüur ətaləti — yuxudakı təəssüratın ayıqlıqdakı davamı. Axı xətti qırıq telefon heç çür zəng çala bilməzdi. hamısı yorğunluğun, əsəb gərginliyinin, son ayın həyəcanlarının nəticəsidir. O, ağıllı-başlı dincəlməli, özünə gəlməlidir. İndi də yatmaq, yatmaq, yatmaq. Elə bil kimsə ona dedi ki, çön bir fotolara bax. Tələbə çevrilib fotolara baxdı: heç bir şübhə ola bilməzdi — indi bu fotolarda tamamilə başqa adamlar idi. Və... o... həmin oğlan... daha doğrusu... bu... həmin oğlan deyildi... Başqasıydı... həmin o qarının evindəki adam idi... qalstuku, bığları, pencəyi gen yaxalıqlı.... Dəhşətdən tamamilə şüuru dumanlanan tələbə fotoya lap yanaşdı və gözlərini zillədi: «Necə ola bilər? Gör mən nə bərk yatmışam ki, qarının gəlib şəkli dəyişdirməsini duymamışam. Ya belə deyilsə, onda deməli mənim ağlım çaşır, başım xarab olur, onda deməli, onlar məqsədlərinə çatıblar, mən dəli oluram. Amma məgər adam öz dəli olmağını belə aydın və dəqiq dərk edə bilərmi?!»
        Tələbə şəklə iki addımlıqdan baxdı və şüurunun son aydın anlarında tam bir dəqiqliklə — fotonun yavaş-yavaş dəyişdiyini gördü — şəkildəki oğlanın sifətində yavaş-yavaş saqqal çıxır, onun üzünü tük basırdı. Tələbə qəşş etdi. Otaq qaranlığa qərq oldu. Məlum deyil nə qədər vaxt keçdi, nəhayət, huşu yavaş-yavaş başına qayıdanda tələbə vəziyyətini təyin etməyə çalışdı — yuxudurmu, ayıqlıqdırmı? O hələ də bayılmış haldadır, yoxsa tamamilə ağlını itirmişdir? Yadına gəlirdi ki, diqqətlə şəklə baxırdı və körmüşdü ki, şəkildəki sifət tüklənir. Əlbəttə bu yalnız onun gözünə görünə bilərdi. Amma hər halda tələbə döşəməyə yıxılıb qalmışdı. İndi də elə ordaydı, fotoların altında, döşəmənin üstünə sərələnmişdi. Otaqda da nədənsə işıq keçmişdi. Görünür, hardasa kontakt olub. Bundan əvvəl isə onu qara basırdı. Bəlkə yuxu hələ də davam edir. Yox, canım, indi o oyaqdır, hər şeyi dəqiq dərk edir və öz vəziyyətini də aydın duyur. Hamısı o vahiməli yuxunun və yorğunluğun, əsəb gərginliyinin sayəsindədir. Onun gözünə nə isə göründü. Özü də cürətsizlik elədi, iradəsini toplaya bilmədi, ürəyi getdi. İndi də həmin o bayıldığı yerdədir, öz otağındadır, bu otağı, bu mənzili bu gün kirayə tutub. İndicə duracaq, işığı yandıracaq. Ancaq bu duyum nədəndir, nədən ona elə gəlir ki, otaqda kimsə var? Həm də səslər eşidir. Özü də lap yaxınlıqda. Heç divarın ardında da yox, ondan da yaxında, lap böyründə. Sanki aralı qapının dalından gəlir bu səslər... Kimsə, yavaşdan inildəyir. Səslər qatılaşır, üst-üstə qalanır, Kimsə pıçıldayır, ehtirasla pıçıldayır, pıçıltıyla mübahisə edir... Səslər soldan eşidilir. Ancaq axı sol tərəfdə heç bir qonşu-filan yoxdur. Orada yalnız olmayan eyvana, boşluğa açılan, daha doğrusu, boşluğa qapanmış, mıxlanmış qapı var. Yəni yenədəmi o səmt hissini itirib, qaranlıqda sağı-solu çaşdırır. Tələbə başını sol tərəfə — səslər gələn tərəfə çevirdi;—otağının qatı zülmətində, döşəmə səviyyəsində nazik bir işıq zolağı görünürdü. — Bu işıq çalın-çarpaz taxtalarla mıxlanmış qapının altından gəlirdi. Belə işıq boşluqdan, havadan gələ bilməzdi, qapalı bir yerdən — otaqdan, dəhlizdən gələ bilərdi. Tələbə bu işıq zolağına tərəf süründü və səsləri, xısın-xısın danışıqları daha aydınca eşitdi. O bir gəlmə sözü də ayıra bilmirdi, amma danışanların kişi və qadın olduğunu və qızğın mübahisə etdiklərini müəyyənləşdirirdi. Bir an tələbəyə elə gəldi ki, onun adını çəkirlər, sonra boğuq gülüş səsləri eşitdi. Sonra yenə kiminsə küclə sezilən iniltisi, kiminsə hiddətli pıçıltıları... Kimsə yeknəsəqliklə sayırdı. Bir, iki, üç, dörd... Sonra kimsə qapını döydü. Bu qapını. Mıxlanmış qapını. Yalnız ikicə dəfə ehmallıca döydülər, lap yavaşdan. Özü də o tərəfdən — o tərəfdən ki, orada boşluqdan və iki lazımsız eyvan dayağından başqa heç nə yox idi. Tələbə qərara gəldi, ayağa durdu, qaranlıqda həmin qapıya tərəf gəldi və çalın-çarpaz taxtalardan yapışıb var kücüylə dartdı. Taxtalar qopdu. Sonra qapının dəstəyindən tutub güclü bir hərəkətlə özünə tərəf çəkdi, amma qapı çox yüngülcəsinə və yumşaq açıldı. Qapının o tərəfində dəhliz vardı — eynilə tələbənin mənzilindəki kimi bir dəhliz. Bu tələbəni heç təəccübləndirmədi də. Addımını atıb dəhlizə keçdi. Dəhliz ala-qaranlıq idi. İşığı yanmırdı, amma otağın açıq qapısından bura işıq düşürdü. Otaqda yanan da gur işıq deyildi, yarımçıq işıq idi — masa lampasından, gecə çırağından düşən işıq təsiri bağışlayırdı. Tələbə otağın qapısına yanaşdı və içəri baxdı. Ala-qaranlıq otaq, lap onun öz otağı kimi idi, amma avadanlığı bir qədər başqa cür düzülmüşdü. İşıq masa lampasından düşürdü. Bu lampa iri yazı masasını işıqlandırırdı və həmin masanın arxasında adam oturmuşdu. Onun əynində eynilə tələbənin geyiminə oxşayan cins şalvar və göy köynək vardı. Fiqurası da arxadan lap tələbənin kürəyinə bənzəyirdi, saçları da eyni rəngdə idi. «Bəli, — deyə tələbə düşündü, — indi mən lap yəqin dəli oluram, öz ikiliyimi, ikinci «mənimi» görürəm».
Ancaq masa arxasındakı adam başını qaldırdı, çevrilib təəccüblə tələbəyə baxdı. Bu həmin oğlan idi—qarının oğlu — əgər doğrudan da fotolardakı adam — həm bığsız, həm bığlı, həm köynəkli, həm kostyumlu — qarının oğlu idisə, həyatda o bığsız idi, amma çatma qaşları, sifət cizgiləri, baxışı hər iki fotoyla uyğun gəlirdi və onun canlı üzü bu iki fotonu fərqli cəhətləri ilə birlikdə vəhdət halında eyniləşdirirdi. «Necə? — deyə tələbə soruşmaq istədi — siz dirisiniz, ölməmisiniz, balkondan yıxılmamısınız?» — Amma heç nə soruşmadı. Elə bil dili tutulmuşdu. Masa arxasındakı adam xoş və mehriban bir təbəssümlə gülümsündü, ayağa durdu:
        —Yəqin siz mənim qonşumsunuz? — dedi. — O, çox həlim bir tonla danışırdı. — Mıxlanmış qapını açıb gəlmisiniz, necə deyərlər, qonşuya baş çəkməyə, eləmi? — sonra o daha da mülayim səslə əlavə etdi: mən şadam ki, siz qərara gəldiz. Axı təbiətən siz çətin ünsiyyət bağlayırsınız və hamıdan da şübhələnirsiniz, həmi?
        Tələbə:
        —Bunu siz hardan bilirsiz?—deyə soruşmaq istədi, amma Yenə bir gəlmə də tələffüz edə bilmədi. Jins şalvarlı oğlan yenə də külümsündü:
        —Təəccüblənməyin, — dedi, — mənim peşəmdir bu. Mən psixiatoram və insanların xasiyyətlərini sifətlərindən təyin edə bilirəm. Hər halda əsas cəhətlərini. Məgər mən düz tapmadım?
        Tələbə yenə bir şey demədi, amma razılıq əlaməti olaraq azacıq başını tərpətdi.
        —Bəs anam sizi xəbərdar eləməyibmi ki, bu qapını açmayasınız? — O bunu tənbeh kimi demədi, sadəcə olaraq maraq göstərirmiş kimi soruşdu.
        —O sizin ananızdır? — deyə tələbə, nəhayət dilləndi. Soruşmaq istəyirdi: bu sizin otağınızdır?
        Psixiator:
        —Bəli, — dedi — sizə kirayə verilmiş otaq da mənimkidir. Anam mənə dedi ki, sizə verib...
        —Bəs...
        —Bilirəm, yəqin ki, mənə min bir sualınız var. Məsələn, elə birincisi; niyə mən öz otağımı kirayə verirəm. Və əgər verirəmsə, niyə bu işlə özüm məşğul olmuram, qoca xəstə arvadı məcbur edirəm. Elədirmi? Sizi bumu maraqlandırır? Əşi, oturun, oturun, sən allah. Radio sizə mane olmur ki?
        —Yox, amma...
       
—Hər şey çox sadə, həm də çox qəlizdir. İş ondadır ki, mənim vəziyyətimdə olan adam, siz əlbəttə bilirsiz mən nəyi nəzərdə tuturam — tələbə heç nəyi bilmirdi, amma psixiator sözünü elə danışırdı, elə bil tələbə hər şeydən xəbərdar idi — bəli, mənim vəziyyətimdə olan adamın bu sayaq işlərlə məşğul olması bir qədər çətindir. Odur ki, anam imdadıma çatdı, elan verdi və sairə təşkilati məsələlərlə məşğul oldu. Konyak içmək istəmirsiniz ki?
        Şkafdan bahalı konyak və yalnız bir dənə qədəh çıxartdı.
        —Mən özüm içən deyiləm, — dedi. — Amma qonaqlarım üçün həmişə konyak saxlayıram. Bilirsiz də, içməyən adamın evində həmişə içki tapmaq olar. İçənlər içkini çox saxlamazlar — o yenə də gülümsündü. — Siz için, bu da şokolad, götürün məzə eləyin.
        Tələbə qədəhi başına çəkdi və şokoladdan bir dişdəm götürdü. Psixiator:  —Mənim işlərim, ümumiyyətlə çox qəribə oldu, — deyə sözə başladı. — Sizin indi yaşadığınız otağı mənə veriblər, bax, indi bizim oturub xoş söhbət elədiyimiz bu otaq isə arvadımındır. Keçmiş arvadımın — deyə o əlavə etdi və köksünü ötürdü. — İki qonşu mənzil ər-arvadın bəxtinə çıxıb. Olanda olur da... Əlbəttə bu mənzilləri alarkən biz hələ evli deyildik. — O, ayağa qalxdı, pəncərəyə yanaşdı və uzun-uzadı dənizə tərəf baxaraq fikrə daldı, sonra qayıdıb söhbətinə davam elədi. — Bu, uzun əhvalatdır, həm də müəyyən mənada romantik bir macəradır. İstəsəniz danışa bilərəm. Deməli, mənə qabaqcıl bir mütəxəssis kimi bu mənzili, daha doğrusu o mənzili verdilər. Buna qədər anamgildə qalırdım, onun evini görmüsünüz, şəraiti sizin üçün aydındır. İndi təsəvvür eləyin mən orda nələr çəkmişəm. Vu evi verəndə elə sevindim ki... Hə, yəqin özünüz də bilirsiz, bax, oturduğumuz həmin bu mənzil sizin kirayə tutduğunuz mənzillə bitişik qonşu olsalar da, eyni binada deyil. Bu mənzil köhnə binadadır, o binaya bitişik köhnə evdə. Nə isə, arvadım, keçmiş arvadım, çoxdandır ki, həmin bu köhnə evdə, bu mənzildə yaşayırdı. Bu iki binanın giriş qapıları ayrı-ayrıdır və bəlkə biz heç bir vaxt bir-birimizə rast da gəlməyəcəkdik. Amma doğrudan da qeyri-adi, görünməmiş bir hadisə baş verdi. Mən bir ara yaman Morze əlifbasıyla maraqlanırdım. Yaman həvəsimişdim və elə hey divarlara barmağımla Morze əlifbasının hərflərini döyəcləyirdim. O zaman arvadım bu mənzildə çarpayısını divara yapışıq qoyardı. Mən də divarın o biri tayında çarpayımda uzanardım, özümçün asta-asta divarı döyəcləyərdim, Axı nə biləydim? Bir dəfə də uzanmışam divara Morze əlifbasıyla hansı şairinsə şerini döyəcləyirəm. Bir də nə eşitsəm yaxşıdır? Divarın o tərəfindən mənə cavab verirlər. Morze əlifbasıyla həmin şerin ardını döyəcləyirlər. Təsəvvür edirsiniz? Az qala, dəli olacaqdım. Sən demə bu mənzildə yaşayan qız — sonralar biz evləndik — gəmidə radist işləyirmiş. Bir həftə dənizdə, bir həftə evdə olurmuş. Təsadüfən evdə olduğu vaxt, çarpayısında dincəldiyi zaman mənim «şerimi» eşidib və cavab verib. Bütün bunları sonralar, tanış olandan sonra bildim. Bir-birimizi bəyəndik, sevişdik, evləndik. Əlbəttə, qapı açıb mənzillərimizi də birləşdirdik. O, dənizə çıxanda, mən öz mənzilimin hamamında işığı həmişə yanar qoyardım gecələr. Dənizdən məhz bu pəncərə aydın görünür. O da gəmidən bu işığı görüb sevinərmiş. — Psixiatr dərin bir ah çəkdi. — Bu dünyada nə qədər mənasız işlər olur. Bəzən adam heç bir şey anlaya bilmir — axı niyə, nə səbəbdən, nəyə körə?
        —Nədir ki?..
        —Bilirsinizmi, mən tez-tez düşünürəm. Tale niyə bizimlə belə oyunlar oynayır? Məsələn, mənimki niyə məhz belə gətirdi, daha doğrusu kətirmədi? Yəni əvvəl gətirdi, sonra isə... qonşu mənzillər, tənha qadın, tənha kişi, ümumi divar. Morze əlifbası, tanışlıq, ünsiyyət, sevgi, əlaqə... Elə bil tale bizi birləşdirmək üçün qəsdən qəribə təsadüfləri mirvari kimi sapa düzmüşdü. Amma axırda, bütün bu qəribə təsadüflərdən daha bəsit, daha adi şeylər meydana çıxır və tale bizi ayırır.
        —Siz boşanmısınız?
        —Boşanmaq demək olmazdı buna. Çünki evlənməmişdik, yəni rəsmən, kəbinlə nigahda deyildik. Ona görə də boşanmadıq, sadəcə olaraq ayrıldıq. Sizi səbəblərmi maraqlandırır? İnanırsınız, mən özüm də indiyəcən bilirəm... Günlərin bir günü o yox oldu. Vəssalam.
        —Necə yəni yox oldu?
        —Çox sadə. Harasa itdi...
        —Necə yəni harasa?
        —Yəqin kiməsə başqasına uydu... Ya buna bənzər bir şey... Tez-tez onun dalınca gələrdilər, onu bahalı maşınlarda harasa aparardılar. Hara getdiyini heç vaxt mənə deməzdi. Sonralar mən onu axtarıb tapmağa cəhd etdim... Amma tezliklə məktub aldım. Özü də məktubu poçtla göndərməmişdi, zərfin üstündə nə mənim, nə də onun ünvanı vardı. Görünür kimsə, bəlkə də elə özü, məktubu gətirib mənim mənzilimin poçt qutusuna atıb. Məktubu şübhəsiz ki, özü yazmışdı. Xəttini yaxşı tanıyıram axı... Yazırdı ki, onu axtarmayım, o, tamamilə xoşbəxtdir və mənzilini də mənim ixtiyarıma buraxır, nə istəsəm edə bilərəm. Bir müddət, keçəndən sonra mən fikirləşdim ki, təkbaşıma iki otaq mənim nəyimə gərəkdir. — Mənzillərdən birini kirayə vermək qərarına gəldim. Özüm bura köçdüm — nə isə bu mənimçün bir təskinatdır — onun otağı, onun şeylərn, qoxusu — xatirələrdir başdan-başa, bir də ki, düzünü deyim, mən hündürlükdən qorxuram. Özüm həkim olsam da, psixiatriyadan bu hündürlük qorxusu mənə tanış olsa da hər halda özümdə bu azar — hündürlükdən qorxma azarı var. 20-ci mərtəbədə həmişə özümü bir az naqolay hiss etmişəm. Amma burda, üçüncü mərtəbədə elə dinc, elə arxayınam ki...
        Tələbə təəccüblə:
        —Necə yəni 3-cü mərtəbədə, məgər indi biz 20-ci mərtəbədə deyilik? — deyə xəbər aldı.
        Psixiatr gülümsündü:
        —Yanılırsınız, — dedi. — İndi biz köhnə evin 3-cü mərtəbəsindəyik. Bura köçməzdən qabaq siz 20-ci mərtəbədə idiz. Təzə evin.
        —Axı...
        —Sizi səviyyələrin fərqi təəccübləndirir. Üçüncü mərtəbə iyirminciylə necə bitişik ola bilər, həmi? Tavana baxmayın — psixiatr tələbənin baxışını tutdu — iş mənzillərin hündürlüyündə deyil. Bunlar hamısı standart evlərdir, hündürlükləri də eynidir. Ümumiyyətlə, hər şeyləri eynidir. Bircə o evdə zibil borusu var, bir də suyu, bizim evdəki kimi gecə saat on ikidə kəsmirlər. Qalan hər şey eyni cürdür. Hə, sizi başqa şey maraqlandırır. Baxışlarınızdan görürəm ki, tamam başqa şeylər haqqında düşünürsünüz. Bizim, necə deyərlər, qonşuluğumuzun səviyyəsi haqqında. Düzmü tapmışam? Bax, görürsünüz! İş ondadır ki, bu evlər torpağın müxtəlif səviyyələrində tikilib. Üçmərtəbəli bina təpənin üstündə tikilib və odur ki, onun üçüncü mərtəbəsi düzəngahda tikilmiş evin iyirminci mərtəbəsiylə tən gəlir. Bilmirəm diqqət eləmisinizmi, lift bəzən qalxmır, enir. Bu isə sizi kabinəyə hansı qapıdan kirmənizdən asılıdır. Kabinənin iki qapısı var və onun quruluşu da çox fəndlidir — kabinə öz məhvəri ətrafında fırlanır, hər iki evə — həm köhnə binaya, həm də təzəsinə xidmət edir. Əgər sağdakı qapıdan girsəniz o sizi aşağı endirəcək və gəlib çıxacaqsınız 20-ci mərtəbəyə. Bu çox adamı təəccübləndirir və hətta qorxudur. Sizə bir sirr açım — bu qəribəlikdən ağılları çaşanlar da var. Mən özüm bir neçə beləsini müalicə etmişəm. Doğrudur, hamını sağaltdım. Xəstəliyin lap ilkin mərhələsi idi.   Təhlügəli bir şey yox idi. Yenə içmək istəyirsiz?
        Tələbə içdi. Psixiatrla o özünü çox sakit və arxayın hiss edirdi. Bu adamla ünsiyyətdənmi, konyakın təsirindənmi, ya binanın tapmacalarından birinin aydınlaşmasındanmı, nə isə tələbə duydu ki, bütün bu gün ərzində beynini dumanlandıran izahsız mətləblər, get-gedə durulur, izah olunur...
        Psixiatr qəfildən:
        —Siz hələ mənzilinizdə səyahət etməmisiniz ki? — deyə xəbər aldı.
        —Nə mənada?
        —Məgər anam sizi xəbərdar eləməyib? Axı o bina eksperimental tikintidir, cürbəcür fokusları var. Bəzi mənzillər, o cümlədən həmin o mənim mənzilim də, lift kabinələri kimi şaquli səmtdə hərəkət edir, yəni qalxıb-enir. Təsəvvür edirsiniz, çox fikirləşib nə kəşf ediblər? Bütöv bir mənzil — lift. Özü də qalxıb-düşməsi həmişə sərxoş olan çaş liftyorun kefindən asılıdır. — Psixiatr susdu, sonra davam etdi. — Odur ki, bir gün gözlərinizi açıb dənizi olduğundan yuxarı, ya aşağı körsəniz mat qalmayın, — deməli, liftyor sizi gəzdirib. Anam da ona körə xəbərdarlıq edirdi. O mənzil qalxanda, biz daha qonşu olmuruq və o zaman həmin bağlı qapı  da mənim dəhlizimə deyil, boşluğa açılır. Qapının çöl tərəfində iki uzun dəmir var, fikir verməmisiniz ki? Buferlərdir onlar. — İki evin arasındakı buferlər. Bəzən mənzil qalxıb-enəndə hərəkətin yelindən qapı öz-özünə açılır və hətta otaqdan küçəyə bir şey düşür. Ona körə də bu qapını belə möhkəm mıxlamışıq. İndi siz açdınız, eyib etməz, amma, ümumiyyətlə, ehtiyatlı olun. Görürsən, düşəndə düşür də. Fikirli oldun —o, xəfif bir təbəssümlə qədəhi köstərdi — bir qədər xumar vəziyyətdə gəldin evə, bilmədin qapını açdın ki, qonşuya gedəsən, bəli, tolamazlandın ordan birbaş küçəyə, təsəvvür edirsiniz, 20-ci mərtəbədən aşağı. Adamın sağ tikəsi qulağının dibində qalar. Anam ona körə sizə tapşırıb. Hamamda işığı saxlamağı necə, onu sizə demədi ki? Dedi, həmi? Yazıq arvad, elə sentimental adamdır ki... Hələ də elə bilir ki, arvadım dənizdən bu işığa baxır. Haçansa qayıdıb gələcək... heç cür unuda bilmir onu... Mən artıq unuduram yavaş-yavaş, amma anam heç unuda bilmir... Nə isə... Eh, nə olur-olsun gəlin mən də bir az sizinlə içim, nə isə ürəyim darıxdı. Ümumiyyətlə, mən içən deyiləm. Nə yaxşı ki, siz gəldiniz. Bilirsiz, iş öz yerində, mən yaman çox işləyirəm, amma bəzən görürsən adam yalqızlıqdan az qalır divara dırmaşsın. Mən hətta bəzən ürkürəm, qorxuram tənhalıqdan... Bircə bu radio, bir də maqnitofon... Mən müxtəlif adamların səslərini yazmışam — pıçıltılar, gülüş, inilti, mübahisə, say… əsasən mənim xəstələrimin səsləridir. Elmi işim üçün lazımdır mənə. Qurub qulaq asıram. Amma, inanırsız, bəzən iş-filan üçün yox, elə özümçün, öz kefimçün qururam. Oturub dinləyirəm. Mənə elə gəlir ki, otağım adamlarla doludur. İndi siz gəlməmişdən bir qədər qabaq da qurmuşdum.
        Tələbə:
        —Eşitdim, — dedi, — bu səsləri öz otağımdan eşidirdim.
        Psixiatr tələsik:
        —Siz allah, bağışlayın, — dedi, — mən bilmirdim ki, beləcə bərkdən qurmuşam. Ağlıma da gəlməzdi ki, sizə mane ola bilər. Axı bu evin qaydası var. Kecə elə ki lampaların rəngi dəyişdi, göyərdi, deməli, sakitlik vaxtıdır, radionun, televizorun səsini qısmaq lazımdır ki, qonşulara mane olmasın. Qatarlarda olan kimi də — gecə işığı — göy işıq. Doğrudur, sonra lampoçka yenə öz rəngini alır, amma daha səs salmaq olmaz.
        —Bəs saat?
        —Hansı saat?
        Tələbə hiss edirdi ki, şüuru get-gedə vahiməli bilməcələrin torundan azad olur, açılır və indi o hər şeyi çikinə-bikinəcən aydınlaşdırmaq, öz-özünə izah etmək istəyirdi. İstəmirdi ki, bir qaranlıq guşə belə qalsın. Doğrudan da indi o bütün sirlərin cavabına çataçatda idi. Bir neçə saat bundan qabaqkı müdhiş məntiqsizlik dumanı get-gedə çəkilirdi.
        Psixiatr yenidən soruşdu:
        —Saat? Nədir ki?
        —Niyə sizin saatınız geriyə işləyir?
        Psixiatrın gülümsər baxışları birdən-birə tutuldu. O kədərləndi və bu an anasına oxşadı.
        —Mənim qardaşım vardı, — dedi. —Məndən böyük idi, özü də saatsaz idi. Sabah düz bir ay keçir ölümündən. Bilirsiz, o da bir növ eksperimentçi idi. — Psixiatr xatirələr aləminə qərq olmuşdu, dalğın-dalğın danışırdı. — Qardaşımın başına qəribə bir fikir gəlmişdi: geriyə işləyən saat düzəltmək. İki dənə belə saat düzəltdi. Biri məndədir, biri anamda. Bu da onun qəribəliyi idi. Həm də bilirsiz, bu onunçün yalnız texniki məsələ deyildi. O bu işi necəsə fəlsəfi, metafizik bir mənada düşünürdü, necə deyərlər vaxtı keriyə axıtmaq istəyirdi. Yəni elə bu da bir növ qəribəlikdir də... Biz ona gülərdik, amma indi ölüb gedib və anamla mən onun bu qəribəliyinə hörmət eləyirik: düzəltdiyi saatları mütəmadiən qururuq və onlar da işləyir, işləyirlər geriyə. — O güldü.
        Tələbənin artıq heç bir təlaşı yox idi. O dərk edirdi: bu gün rastına nə çıxıbsa — hamısının dəqiq məntiqi, izahı var. Hətta dəyişən fotoların da bir izahı olmalıydı və yəqin ki, mütləq var da. Görünür, fotokağızların kimyəvi tərkibində nə isə elə bir şey vardı ki, onlar kec aşkarlanır, yaxud bir əksin altından başqası çıxıb onu soldura bilirdi. Hər halda hökmən bunun bir elmi izahı olmalıydı. Həm də məgər ağappaq fotokağızda kimyəvi məhlulların təsiri nəticəsində yavaş-yavaş fotoşəkil aşkarlananda biz bundan qorxuruq, ya buna təəccüblənirik. Yəqin ki, qəfil adamı televiziyada vide-omaqnitofona yazsan, sonra o evdə oturub özü özünə baxsa, təəccübdən bağrı çatlar. Belə şey olar, mən burda oturmuşam, eyni zamanda da o qutunun içindən başımı çıxarıb danışıram, gülürəm. Şübhəsiz, bu fotolar da hansısa elmi eksperimentin bəhrələridir və burada qorxmalı, hürkməli bir şey yoxdur.
        Tələbə:
        —Fotoları da izah edin, — dedi.
        —Fotoları, hansı fotoları?
        —Mənim otaqımdakı, daha doğrusu, o otağınızda asılmış fotolar. Onların «sirri» nədir? — Sirr sözünü o yüngülvarı bir istehzayla dedi.
        —Sirr? Nə sirdir ki? Bilirsiz, bu fotolardakı adamların çoxusunu mən heç tanımıram. Onlar mənim arvadımın... mənim keçmiş arvadımın qohum-əqrəbası, tanışlarıdır.
        —Amma orda sizin də şəkliniz var.
        —Bəli var. Nə olsun ki? — O bu sözləri bir qədər kəskin dedi, sonra daha yumşaq bir ədayla soruşdu: — İçmək istəyirsiz?
        Tələbə başını tərpətdi. Psixiatr tələbənin qədəhini ləbaləb doldurdu, öz qədəhinə isə yarıyacan süzdü. İçdilər. Tələbə hiss etdi ki, bu tapmaca, deyəsən, bir qədər qəliz açılacaq, ya bəlkə heç psixiatr özü də onun cavabını bilmir. Son qədəh onu daha qəti bir addıma təhrik etdi və psixiatra diqqətlə baxıb lapdan:
        —Məsələ ondadır ki, bu şəkillər dəyişir, — dedi.
        Görünür, psixiatra çatmadı. O:
        —Necə dəyişir? — deyə xəbər aldı.
        —Elə beləcə; məsələn, tutaq ki, mən otaqdan çıxıram, mətbəxə gedirəm, bir neçə dəqiqədən sonra qayıdıram, fotolarda isə tamam başqa adamları görürəm. Ya da əgər əvvəlki adamlardırsa, bir də görürsən onlardan biri eynəyini çıxarıb ya köynəyini düymələyib. Əgər mətbəxdə bir az da yubanıramsa bu müddət ərzində fotodakı kişilərdən biri saqqal buraxır, ya da onun bığı çıxır.
        Psixiatr tələbəyə sonsuz bir maraqla baxırdı. Uzun zaman gözlərini onun gözlərinin düz içinə zillədi, əllərini nəzərdən keçirdi, sonra isə qayğıkeşliklə:
        —Bəlkə daha içməyək? — dedi.
        Tələbə bir qədər dili dolaşa-dolaşa:
        —Yox, yox, — dedi. — Mən əsla sərxoş-filan deyiləm. Bax, məsələn, elə sizin öz şəklinizi götürək. Mən mənzilə ilk dəfə girəndə şəkildə sizin bığınız yox idi, köynəkdə idiniz, köynəyin də yaxası açıq idi. Sonra isə şəkil dəyişdi — indi pencəkdəsiniz və bığınız var.
        —Əşi, qoyun oturmuşuq — dedi, — axı mənim heç bir vaxt bığım olmayıb. Böyük qardaşımın bığı vardı. Anamgildə onun şəklini gördünüzmü?
        —Gen yaxalı pencəkdə?
        —Bəli.
        —O şəkil indi sizin otağınızda... bizim otağımızdadır. Sizin şəklinizin yerində.
        —Vıy, niyə anam o şəkli gətirib mənim şəklimin yerindan asıb? Bəlkə qardaşımın şəklinə baxmaq onun üçün ağırdır, ola bilər... Ona körə də...
        —Siz məni düz başa düşmədiniz. Mən onu demək istəmirdim ki, qardaşınızın şəklini sizin şəklinizin yerindən asıblar. Mən demək istəyirdim ki, sizin şəkliniz qardaşınızın şəklinə çevrilib. Əgər bu doğrudan da qardaşınızın şəklidirsə... Çünki siz çox oxşayırsınız və şəklə baxanda adam düşünə bilər ki, bu elə sizin özünüzsünüz. Daha doğrusu sizin daha yaşlı sinndə, indi olduğunuzdan daha yaşlı sinndə şəklinizdir. Bir neçə ildən sonrakı şəkliniz. Kim bilir bəlkə bir neçə ildən sonra siz də bığ qoyacaqsınız.
        Psixiatr bir söz demədən ehmallıca onun biləyindən tutdu, nəbzini tapdı, gözlərinin içinə baxaraq saymağa başladı. Tələbə başa düşdü ki, həkim onun psixik vəziyyətindən şübhələnib. Onun yerində kim olsaydı şübhələnərdi. Ancaq tələbə bütün bilməcələrin açılacağına o qədər inanmışdı ki, həkim onun barəsində nə düşünəcəyini eyninə almadan söhbəti axıra çatdırmaq istədi.
        —İş ondadır ki, mən düz fotonuzun qarşısında dayandım və gözlərimi şəklə zilləyib baxmağa başladım. Mənim gözlərim qarşısında — o, sözünə ara verdi, sonra birnəfəsə dedi — mənim gözlərim qarşısında sifətinizdə tük çıxmağa başladı. İndi mənim burda olduğum müddətdə yəqin uzun saqqalınız çıxıb. Əlbəttə qırxdırmamısınızsa.
        Psixiatr onun biləyini buraxdı, amma yenə də ayrılmadan gözlərinin içinə baxırdı, susmuşdu. Sonra durdu, aramla otaqda var-gəl etdi, kitab şkafına yanaşdı, rəfdən bir kitab götürdü, açdı, nə isə oxudu və kitabı yerinə qoydu. Tələbənin yanına gəldi, əlini onun çiyninə qoydu, gülümsündü.
        —Anam mənə dedi ki, siz çox çətin və gərgin qəbul imtahanları vermisiniz. Özü də bu cəhənnəm istisində. Heç ürəyinizə salmayın və təlaş keçirməyin, bunlar hamısı yorğunluqdandır, stressdir... İnciməzsiniz ki, sizə bir neçə sual verim. Düzünü deyin, içkiyə aludə deyilsiniz ki? Mən görürəm, içən adama oxşamırsınız, amma bəlkə haçansa — o susdu, görünür, vermək istədiyi sualı çətinliklə tələffüz etdi — heç bir vaxt alkoqolizimdən müalicə olunmamasınız ki?
—Yox, — dedi. Tələbə qətiyyətlə.
        —Bilirsiz, alkoqolizmin təsiri ilə, yəni davamlı uzun sürən alkoqolizmin təsiri ilə, bəzən adamın gözünə cürbəcür şeylər görünür; məsələn, adama elə gəlir ki, şəkillər hərəkət edir, yaxud divardakı aboy kağızları canlanır. Bizim tibb dilində bu delirium tremens adlanır. Heç bir vaxt sizdə alkoqolizm xəstəliyinin əlamətləri olmayıb ki? Bu mənada ki...
        —Əşi boşlayın. Mən alkoqolik-zad deyiləm, psix-filan da deyiləm. Adi normal adamam. Amma bu gün...
        —Əlbəttə, əlbəttə,—deyə psixiatr tələsik onun sözünü kəsdi. — Mənim heç şübhəm də yoxdur ki, siz tamamilə normal, sağlam adamsınız. Heç bir psixozdan-filandan söz ola bilməz. Mən görürəm axı... danışığınıza, davranışınıza diqqət edirəm bayaqdan. Söhbət yalnız yorğunluqdan, gərginliyin və andıra qalmış istinin təsiriylə müəyyən cüzi şüur əyintilərindən gedə bilər. Qavramanın bir qədər pozulması, vəssalam. Elektrik sistemin yada salın, adicə tellərin dolaşığından kontakt əmələ gəlir, lampalar sıradan çıxır, işıq sönür. Beyində də belə hal mümkündür. Müxtəlif səbəblərin, əlaqələrin nəticəsində beyinin müəyyən nöqtələrində, mərkəzlərində kontakt əmələ gəlir, şüurda işıq sönür, ya zəifləyir. Qorxulu bir şey yoxdur. Ancaq müəyyənləşdirmək lazımdır. Məsələn, sizdə səs qallüsinasiyaları olurmu heç?
        —Nə?
        —Eşitmə aldanışları. Bəzən sizə elə gəlirmi ki, küçədə sizi kimsə çağırır, adınızı çəkir, amma əslində...
        Tələbə diksindi:
        —Doğrudan bu gün iki dəfə mənə elə gəldi ki, məni çağırdılar, adımı çəkdilər, amma...
        —Heç kəs yox idi, heç kim sizi çağırmırdı, — deyə psixiatr sevinclə gülümsündü. — Əla, əla. Bəs cürbəcür səslər necə, qulağınıza gəlirmi? Metallik səslər... Ya elə bil kimsə nəğmə oxuyur, pıçıltılar eşidirsiniz. İllah da yuxudaykən, yatan zaman — səslər artıq, üst-üstə qalaqlanır, gərginləşir, kimsə elə bil sizdən danışır, sizi nəsə qınayır, kimsə əksinə sizi müdafiə edir. Yaxud bir nəfər, sanki başınızın üstündə dayanıb sayır. Elə hey sayır...
        —Bəli. Elə bu kecə, oyanıb durmazdan və sizin yanınıza gəlməzdən əvvəl yuxuda bu cür səslər eşidirdim, amma axı siz özünüz dediniz ki, bu səslər həqiqətdə də sizin otağınızdan, maqnitofondangəlirmiş. Məgər mənim yuxuda eşitdiyim elə o səslər deyil?
       —Əlbəttə, əlbəttə...
       Sükut çökdü. Bir müddətdən sonra psixiatr yenə tələbəyə müraciət etdi:
       —Bəs tanışlıq hissi necə? Məsələn, tutalım, sizə heç tanış olmayan bir şəraitə düşürsüz, amma elə bil buraya yaxşı bələdsiz, hər şey sizə tanış gəlir. Belə hallar keçirmisinizmi?
       Tələbə bir qədər təəccüblənərək:
       —Keçirmişəm, — dedi.
       Psixiatr məmnunluqla:
       —deia vu — dedi.
       —Nə?
       —Heç əzizim... Öz-özümə danışıram. Bir sual da verim sizə? — Elə bil psixiatr tələsirdi, elə bil qorxurdu ki, çoxdan axtardığı və təsadüfən tapdığı qiymətli bir şeyi əldən buraxa bilər. — Bəs əksinə necə, məsələn, tutalım nə isə sizə yaxşı tanışdır, ya məsələn nəyisə bir yerə qoyursuz, amma sonra elə bil bu yaxşı tanış olan şeyi ilk dəfə görürsünüz, yaxud özünüz qoyduğunuz əşyaya təəccüb edirsiz — bunu mən haçan qoymuşam bura?
       Tələbə:
       —Olur bəzən, — dedi. Bayaq hamamdan qayıdarkən külqabıda gördüyü siqaret yadına düşdü.
       Psixiatr qətiyyətlə:
       —Jamais vu — dedi — ikinci pozulma.
       —Nə dediz?
       —Bu mənim dissertasiyamın mövzusudur. Gerçəksizləşmənin ikinci şəkli.
       Psixiatrın gözləri işıldayırdı, o get-gedə daha da qızışırdı.
       —İnamsızlıq necə? Heç kəsə, heç nəyə etibar etməmək, hər şeydən, hamıdan şübhələnmək hissi? Bəzən sizə elə gəlmirmi ki, kimsə sizə tələ qurur, kimsə sizi təqib edir.
       —Bəzən elə düşünürəm.
       —Bəli, xalis Kandinski-Klerambo sindrom! dedi. Psixiatr: — Bəzən oriyentir, səmt hissini itirirsiniz, sağı-solu çaşdırırsız, eləmi?
       —Elədir.
       —Psixosensor sapıntı. Siz delirioz vəziyyətə düşmək ərəfəsindəsiniz.
       —Hansı vəziyyətə? — deyə tələbə təlaşla xəbər aldı.
       —Heç qorxmayın. İki-üç seans müalicədən sonra hər şey keçib gedəcək. Yaxşı ki, məhz mənə rast gəlmisiz. Ayrı heç kəsə bir şey deməyin. Bu mənim mövzumdur. Ancaq gərək mənimlə açıq danışasız. Heç nəyi məndən kizlətməyəsiniz... Seksual cəhətdən necə... heç bir sapıntı-filan yoxdur ki sizdə?
       Tələbə əvvəl başa düşmədi, sonra anlayıb qıpqırmızı qızardı, bu fikrin özü belə ona nalayiq göründü və o tələsik:
       —Yox, yox, — dedi.
       —Çox gözəl. Bəzən siz nə isə kənar bir qüvvənin, tutalım, kosmik şüaların təsirini hiss edirsiz, guya kimsə kənardan sizə nə isə təlqin etmək istəyir, deyilmi?
       —Məncə yox.
       —Bəs belə bir hal necə: sizə elə gəlirmi ki, düşüncələriniz, fikirləriniz özünüzünkü deyil, sanki kiminsə başqasınındır, amma nə yollasa sizin beyninizə doldurulub. Və ya başqa bir şey: guya sizin bütün fikirlərinizi kənardan oxuyurlar, bütün düşüncələrinizi uzaqdan-uzağa bilirlər. Belə bir hiss keçirməmisiniz ki?
       Tələbə boğuq səslə:
       —Sizcə mən xəstəyəm? — deyə xəbər aldı.
       —Yox canım, yox, əsla. Yorğunluq, gərginlik stress, vəssalam. Başqa heç bir şey yoxdur. İki-üç seans, ayrı heç nə lazım deyil. Elə dərhal başlaya bilərik. Deyir, bu günün işini sabaha qoyma. Ancaq gərək məni bağışlayasınız. Qısa bir müddətə sizi tək buraxacam. Mən rejimlə yaşayıram və adətən bu saatlarda duş qəbul edirəm. Siz oturun, məni gözləyin, xahiş edirəm. Mən bu saatca duş qəbul edib gəlirəm. Qəzetlərə, jurnallara baxın, iki-üç dəqiqədən sonra gəlim, söhbətimizi davam edək.
       Psixiatr stolunun siyirtməsindən nə isə götürüb otaqdan çıxdı. Tələbə hamam tərəfdən su səsi və psixiatrın şən fit çalmasını eşidirdi.
       Tələbə qəribə, haçalanmış bir duyğu keçirirdi, bir yandan qanı qaralmışdı: görünür, doğrudan da müəyyən psixi xəstəliyə tutulmuşdu və bu xəstəlik də həkimin ona dediyindən ciddi idi. Əlbəttə, həkim onu sakit eləməyə çalışırdı, həm də axı həkim onun keçirdiyi, məhz elə bu gün keçirdiyi qəribə halların hamısını bilmirdi. Amma digər tərəfdən tələbə bir qədər sakit olmuşdu hətta... onun dünyada ən çox sevmədiyi şey — qeyri-müəyyənlik və izahsızlıq idi. İndi hər şey belə dəqiq elmi anlayışlarla izah olunarkən o bütün maneələri edə bilərdi. O bu barədə açıq şüurla düşünə bilirdi deməli, şüurun özü sağlam idi. O, yarım şüşə konyak içmişdisə də bütün bu işlər haqqında ayıq beyinlə düşünürdü və eyni zamanda yenə də fikrinə qara bir şübhə gəlirdi: bəlkə bütün bunlar çox qəliz bir iblis oyunudur və həmin oyunda yalnız qarı deyil, onun bu həkim oğlu da (doğrudanmı, qarının oğludur bu adam?) iştirak edir və məqsəd — həqiqətdə də onun şüurunu pozmaqdır. Onlar bu məqsədə çatmaq üçün müxtəlif vasitələrdən və yollardan istifadə edirlər. Əgər belədirsə, onda...
       Xeyli vaxt keçdi. Təlaşlı fikirlərdənmi, içkinin təsirindənmi, yorğunluq və gərginlikdənmi, ya elə bunların hamısından — tələbə qəribə bir vəziyyətə — yarıoyaq, yarıyuxulu vəziyyətə düşdü, xumarlandı, gözü açıq-açıq mürgülədi. Amma sonra yuxunu gözündəi qaçırtdı və ona elə gəldi ki, bir neçə dəqiqə yox, azı iki saat keçib. Hamamdan psixiatrın şux fitləri və su şırıltısı eşidilirdi. Tələbə bir az da gözlədi. Yenə də qeyri-müəyyən, bir gözü ayıq, bir gözü yuxulu halda durub hamamın qapısına yanaşdı; indi qapı yarıaçıq idi, su şırıltısı kəsilmişdi, amma psixiatr əvvəlki kimi fit çalırdı. Taləbə yavaşcadan qapını döydü.
       Psixiatr:
       —Geyinmişəm, başımı darayıram, — deyə cavab verdi və yenə fit çaldı.
       Tələbə otağa qayıtdı.
       Yenə xeyli vaxt keçdi. Hamamdan fit səsləri eşidilirdi. Tələbə durdu, otaqdan çıxdı; indi hamamın qapısı taybatay açıq idi. Tələbə içəri baxdı. Hamamın içində, kətilin üstündə balaca maqnitofon vardı və fit səsləri oradan gəlirdi. Tələbə mat qaldı:
       —Hardasız? — deyə əsəbi çığırdı. Mətbəxə cumdu, tualetə baxdı, otağa qayıtdı, çarpayının altına əyildi, şkafı açdı, yenidən mətbəxə qaçdı, buz dolabını açdı. Heç harda psixiatrdan əsər-əlamət yox idi. Tələbə yenidən otağa girdi, pəncərəyə yanaşdı; pəncərə içəridən möhkəm bağlı idi. Dəhlizə qayıtdı. Çöl qapısı zəncirlə bağlı idi, onu içəridən açan olmamışdı. Birdən tələbənin ağlına gəldi. «Bəlkə mənim otağıma keçib» — deyə düşündü və dəhlizdə otağının qapısına tərəf baxdı. Bayaq bu qapıdan gəlmişdi və qanını açıq qoymuşdu. İndi isə qapı möhkəmcə bağlı idi, iki taxtayla çalın-çarpaz mıxlanmışdı. Eynilə onun otağındakı taxtalara bənzəyən, ya da elə həmin o taxtalarla. Yenə də ələ salındığı üçün, axmaq yerinə qoyulduğu üçün cin tələbənin başına vurdu, hiddətlə taxtaları qopartdı, qapını itələdi, açdı və addımladı. Bir an sonra tələbə yenə də öz bayaqkı otağında idi... İndi daha onu heç bir şey təəccübləndirə bilməzdi. — Əgər görsəydi ki, fotoşəkillər bir-biriylə söhbət edir, yaxud güzgü televiziya ekranı kimi film köstərilir, yaxud duş telefon dəstəyi kimi danışır — tələbə mat qalmazdı. Ancaq hər şey adi idi. Hətta onun yatağı da qoyub getdiyi şəkildə əzik-üzük idi. Hamam və mətbəxdən səs-səmir gəlmirdi. Tələbə yavaşca hamamın qapısını açdı və diksindi. Psixiatr güzgü qarşısında saçını darayırdı:
       Tələbə:
       —Siz bura hardan gəldiniz? — deyə xəbər aldı.
       Psixiatr tələbəyə tərəf çevrildi. Əynində gen yaxalı kostyum vardı, qalstuku vardı, bir də bığları vardı, həm də daha yaşlı görünürdü.
       Psixiatr:
       —Salam, — dedi. — Bağışlayın ki, mən... Sizə nə oldu? — deyə o, təlaşla xəbər aldı. — Elə bil sizi ilan qovub, rəngi-rufunuz qaçıb...
       —Axı sizin... sizin, — deyə tələbə kəkələdi, — bığınız yox idi.
       —Bığım yox idi? Haçan? Mən iyirmi ildir ki, bığ saxlayıram. Bəlkə məni kiminləsə səhv salmısız? Axı biz tanış deyilik. Bağışlayın, siz yəqin bu evin kirayənişisiniz. Anam mənim bu otağımı sizə kirayə verib. Mən sizdən çox üzr istəyirəm ki, rüsxətsiz, həm də kecənin bu vaxtında öz açarım-la qapını açıb mənzilə kirmişəm. Doğrudur, mənzil mənimdir, amma axı indi burada siz yaşayırsınız, deməli, mən də özkəni narahat etmişəm. Bağışlayın, amma mən elə bilirdim ki, siz hələ köçməmisiniz, həm də mənzilə girəndə mənə elə gəldi ki, otaq boşdur, heç kim yoxdur. Üzümü qırxmaq istəyirdim.
       Tələbə kinayəylə:
       —Bəli, — dedi, — mən otaqda yox idim və siz çox gözəl bilirsiniz ki, mən harada idim.
       Psixiatr təəccüblə:
       —Necə? Mən? — dedi. — Mən sizi ilk dəfədir görürəm, mən nə bilim siz hardasınızmış?
       —Bura baxın, — qəzəb, acıq tələbəni boğurdu, — hələ biz baxarıq körək dəli hansımızdır, siz ya mən. Siz çox gözəl bilirsiniz ki, bir qədər bundan qabaq — bilmirəm neçə saat bundan qabaq — axı sizin saatlarınız da özünüz kimi dəlidirlər, bəli, bir müddət bundan qabaq biz oturub söhbət edirdik, özünüz bilirsiniz ki, nədən söhbət edirdik. Amma siz nahaq elə bilirsiniz ki, mənim ağlımı çaşdıracaqsınız, məni dəli edəcəksiniz. Bu saat sizin o yapışdırılmış saxta bığlarınızı qopararam, bütün bu qriminizi də silərəm, onda bilərsiz — tələbə əlini psixiatrın bığlarına tərəf uzatdı. Psixiatr diksinib geri çəkildi.
       —Cavan oğlan, sizə nə olub? — dedi və burnunu çəkib, «fu, siz ki sərxoşsuz» — deyə əlavə etdi. — İçirsiniz öz işinizdir, amma sərxoş olub sizdən yaşca böyükləri təhqir etmək yaramaz. Əgər mənim mənzilimi kirayə almısınızsa, o demək deyil ki, mənə qarşı istədiyiniz kobudluğu etməlisiz. Əlbəttə mən bilsəydim ki, siz artıq köçmüsüz, gecənin bu vaxtında bura gəlməzdim. Bu mənim qəbahətimdir. Bəlkə heç siz tək olmayaydınız... Üzr istəyirəm. Məsələ ondadır ki, mən iki saat bundan qabaq təyyarəylə gəldim və səhər yenə xaricə uçuram. Bu vaxtlar bütün bərbərxanalar bağlıdır və dedim gedim, öz evimdə üzümü qırxım — danışa-danışa o otağa gəldi, tələbə də onun ardınca — bütün günahım budur, vəssalam, səmimi surətdə üzr istəyirəm. Əgər bərbərxana açıq olsaydı, onda...
       Tələbə hiss edirdi ki, hiddətdən az qala boğulacaq:
       —Bura baxın, — dedi — bərbərxana-filanın bura nə dəxli var, nə tovlayırsınız mənim başımı. Əgər siz psixiatrsınızsa, onda...
       —Mən psixiatram? — deyə həkim təəccüblə soruşdu. — Bunu kim deyib sizə. Mən astrofizikəm, əzizim. İndi də beynəlxalq astrofizika konqresindən gəlirəm. Çox maraqlı bir problemə həsr olunmuşdu konqres — uzaq dünyalarla əlaqə yaratmaq məsələsinə.
       Tələbə dilini dişinə sıxıb:
       —Dolamayın məni, bəsdir, kifayətdir, xəbərdarlıq edirəm sizə,— dedi. — Deyin görüm bütün bunlar nə deməkdir?
       —Bunlar, yəni nələr?
       —Bütün bunlar — deyə tələbə təkrar etdi və otağa göz gəzdirdi — adicə otaq, divar saatı yeddinin yarısını köstərir — elə doğrudan da bu vaxt olardı, hava yavaş-yavaş açılırdı, stol, stullar, taxt, fotolar və o cümlədən də psixiatr — astrofizikin şəkli — kostyumlu, qalstuklu, bığlı, hər şey adi, normal idi. Tələbə nə cavab verə bnlərdi? Küt-küt:
       —Bu sizsiniz? — deyə fotonu köstərdi.
       —Mənəm, nədir ki?
       —Sizin böyük qardaşınız deyil? Ya nə bilim bəlkə giçik qardaşınızdır.
       —Mənim qardaşım yoxdur. Nə böyüyü, nə kiçiyi.
       —Yoxdur və heç bir vaxt da olmayıb.
       —Bəs saatsaz?
       —Hansı saatsaz? Saatsaz kimdir?
       —Saatsaz o kəsdi ki, bir ay  bundan qabaq  ölüb. O kəsdir ki, keriyə işləyən saatlar düzəldib. O kəsdir ki, ananız ona matəm saxlayır və fotosunu o evdən bu evə daşıyır.
       —Siz deyəsən sayıqlayırsınız?
       —Yox, bilirəm, siz çox istəyirsiz ki, mən sayıqlayım, istəyirsiz ki, ağlım çaşsın, dəli olum. Amma insaf dinin yarısıdır, doğrudan da çox mahir fokusçusunuz. Dahi gözübağlayıcısınız. Bayaq o biri mənzildə siz mənə çox suallar verdiniz, indi mən də sizə bircə sual vermək istəyirəm. Jəmi-cümlətanı bircə sual. Qorxmayın, sizdən soruşmayacam ki, başıma bu oyunları niyə açırsınız. Öz işinizdir. Sizdən ayrı şey soruşacam — başıma bu oyunları necə açırsınız? Məsələn bax elə o qapı. O mənzildən bu mənzilə nə yolla keçə bildiniz ki, qapı o biri tərəfdən mıxlanmış idi.
       «Psixiatr»-astrofizikin rəngi qaçdı:
       —Nə qapı, nə mənzil? Siz nə danışırsız?
       —Bax bu qapı — deyə tələbə otaqdakı qapıya tərəf çevrildi və çılğınlıqla çığırdı:— Aman allah, bu da bir fokus! Yox, siz doğrudan dahisiniz. Mən indicə bu qapıdan içəri girdim və qapı da açıq qaldı, amma bir baxın, — o yenə də taxtalarla çalın-çarpaz mıxlanıb. Daha sözüm yoxdur, gözübağlıcılığınız əladır.
       —Bilirsiz nə var?—deyə «psixiatr»-astrofizik təmkinlə danışmağa başladı. O hələ də sapsarı idi, amma görünür özünü ələ ala bilmişdi. — Mən bilmirəm ki, siz bütün bu sözlərlə nə demək istəyirsiz. Bəlkə anam mənim burda olmağımdan istifadə edib mənzili ruhi xəstəyə verib. Mən belə düşünmək istəməzdim, amma hər halda mənə elə gəlir ki, siz nahaq içirsiniz.
       —Yaxşı, — tələbə aldadıcı bir sakitliklə müsahibinə baxdı. — Görək ruhi xəstə hansımızdır və kim-kimi dəli edəcək. Bu saat mən sizin gözünüz qarşısında bu qapını açacam.
       Psixiatr həyəcanla:
       —Yox, yox, — dedi, onun rəngi daha da qaçdı.
       —Hə, cadularınızın sirri açılacaq, ondan qorxursunuz? Mən indicə bu qapını açacam və sizi qonşu mənzilə aparacam. Ora ki, bayaq orada siz bığsız psixiatr idiniz. Ya bəlkə qardaşınızdır orda, bilmirəm, hər halda mən sizin hamınızı ifşa edəcəm, bütün sizin murdar ailənizi! Körüm nə səbəbdən mənim başıma bu əclaf oyunları açırsınız.
       Tələbə elə bil qızdırma içində, adda-budda danışırdı.
       «Psixiatr»-astrofizik hirslənməkdən daha artıq təəccüblənirdi və onun mat qalması, sadəlövh təəccübü tələbəni daha da özündən çıxarırdı. Tələbə çılğın bir hərəkətlə taxtaları qopartdı, dartıb qapını açdı və addım atdı. Amma gözləri qarşısında 20 mərtəbə hündürlüyündəki boşluq girdabını körən an dəmir barmaqlar onun köynəyinin boynundan yapışdı və saxladı — bu ev sahibinin barmaqları idi.
       Psixiatr-astrofizik:
       —Dəli olmusuz? — dedi. — Axı buradakı balkon neçə ildir uçub, odur ki, biz də bu qapını mıxlamışıq. Oturun.
       Ev sahibi tələbəni otuzdurdu və hələ də açıq qapıya çəp-çəp baxaraq otaqdan çıxdı, bir stəkan su kətirdi, tələbəyə uzatdı:
       —İçin.
       Tələbə içdi və bir qədər sakitləşdi. O özünü əzgin hiss edirdi. Elə bil hər şeydən bezmişdi, hər şeydən bıqmışdı, hər şeydən usanmışdı, dünyada hər şeyə qarşı laqeydlik duyurdu.
       Ev sahibi:
       —Özünüzü pis hiss edirsiz? — deyə xəbər aldı. Tələbə tam bir biganəliklə:
       —Bilmirəm, — dedi.
       —Dincəlin. Hər şey keçib gedər. Görünür, içki sizə çox pis təsir edir. Bir də ki... Mən çox namünasib vaxtda gəldim... Gərək məni bağışlayasınız... Bilsəydim...
       Tələbə:
       —Eybi yoxdur, — dedi.
       —Mən elə bil lap göydən düşdüm, — ev sahibi elə hey özünə bəraət qazandırmağa çalışırdı. — Xaricdən bir az qabaq gəlmişəm və yenə də kedirəm. İndi də başqa ölkəyə, başqa konqresə. Vaxt məsələsinə həsr olunmuş konqresə. Vaxtın fəlsəfi və fiziki mahiyyətinə həsr olunmuş konqresə. İcazə verərsiniz siqaret çəkim?
       Tələbə yünkülcə başını tərpətdi, yəni ki, hə, buyurun, sonra ikinci dəfə başını yellədi, yəni ki, yox: müsahibi ona siqaret təklif edirdi. Ev sahibi siqaretini alışdırdı və dərin qullab vurdu — siqaretin xoş, şirintəhər ətri vardı.

  

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (09.10.2013) | Müəllif: R.C E W
Baxış: 776 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more