Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Rzayev Anar-DANTENİN YUBİLEYİ-1
Yusif Səmədoğluya.
 
     - Bu gecə bu qoca bu ocaq.
     - Bu gecə. Bu qoca. Bu ocaq.
     - Bu gecə, bu qoca, bu ocaq.
     - Yox, yox, bir də yox.
     Tamaşa salonu bomboş və qaranlıq idi. Salonun orta sıralarından birində ikicə nəfər əyləşmişdi - Rejissor və rəssam. Daha doğrusu rəssam Rejissorun arxasında - daldakı sırada oturmuşdu, Rejissorun çiyni üzərindən irəliyə əyilib səhnəyə baxırdı.
    Rejissorun qarşısındakı kiçik masa zəif çıraqla işıqlanmışdı. Masanın üstündə çıraqdan başqa pərakəndə kağızlar, karandaşlar, külqabı, disksiz qara rəngli daxili telefon, bir şüşə «Badamlı» və bir stəkan vardı. Məşq gedirdi.
    Rejissor yerindən sıçrayıb iti addımlarla səhnəyə tərəf getdi. Sol procektorla işıqlandırılmış səhnədə iki nəfər qrimsiz aktyor dayanmışdı. Libasları da elə öz adi paltarları idi.
    Rejissor qıvraq bir sıçrayışla pilləkənləri qət edib səhnəyə qalxdı, ön tərəfdə dayanmış qarabuğdayı sinli kişiyə yanaşdı:
    -Feyzulla, atam, qardaşım, - deyə sakit və təmkinlə da:nışmağa çalışdı, - özüvə yazığın gəlmir, bizə gəlsin. Səhər doqquzdan burdayam, ağzıma bir tikə çörək almamışam. Atam-anam sənə qurban, axı biz də yazığıq. Bütün əsərdə üç kəlmə sözüm var; onu da fərri deyə bilmirsən. Axı bu zəhirmarın harası çətindir: Bu gecə. Bu qoca. Bu ocaq. Vəssalam.
    Feyzulla çirkli, əzik dəsmalını çıxartdı, tələsik-tələsik üzünün, alnının tərini sildi. -Bu saat, bu saat, - deyə Rejissoru sakitləşdirməyə çalışdı.
    - Bu saatca, bu saatca deyəcəm, darıxma.
    Rejissor papirosunu «Kazbek» qutusuna döyəclədi, üfürüb damağına qoydu, yandırmadı.
    -Hə, di de görüm.
    - Baş üstə, bu saat, bu saat.
    Rejissor kibrit çəkdi, arxaya çevrilmədən gerisində dayanmış aktyora:
    -Əlikram, replika, - dedi.
    Arxada dayanmış aktyor Feyzullaya müraciətlə:
    - Bəs hanı? - deyə soruşdu.
    Feyzulla:
    - Bu kecə bu qoca bu ocaq, - dedi.
    Rejissor:
    - Tfu, sənin... - deyə sözünü yarımçıq kəsib becid bir yerişlə səhnədən düşdü, yerinə qayıtdı, papirosu külqabıya basıb söndürdü. Sonra döş cibindən balaca həb çıxarıb dilinin üstünə qoydu, stəkana su töküb içdi. Oturdu.
    Feyzulla:
    -Əsəbiləşmə başına dönüm, əsəbiləşmə, - deyə Rejissora yalvardı, - bir hovur səbr elə, bu saatca deyəcəyəm. Bilmirəm, mənə nə olub bu gün, karıxmışam.
    Rejissor rəssama tərəf dönüb yavaş səslə: - Guya ayrı günlər dağı dağ üstünə qoyur, - dedi.
    Feyzulla:
    - Olar? - dedi.
    Rejissor cavab vermədi, yünkülcə başını tərpətdi.
    Feyzulla:
    - Bu gecə! Bu qoca! Bu ocaq! -dedi və Rejissora baxdı.
    Rejissorun üzündə heç bir ifadə yox idi. O, maddım-maddım səhnəyə, məchul bir nöqtəyə baxır, sanki heç bir şey görmür, heç bir şey eşitmirdi. Feyzulla qeyri-müəyyən bir ifadəylə:
    - Bu kecə, bu qoca, bu ocaq, - dedi.
    Rejissorun yenə də halı dəyişmədi. Feyzulla sözlərini üçüncü dəfə təkrar etdi.
    Rejissor ilan çalmış kimi yerindən sıçradı:
    -Ay kişi, ay yoldaş, vətəndaş, müsəlman, erməni, moltanı, adam oğlusan axı. Ay... - deyə birdən-birə ovcuyla ağzını bərk-bərk yumub zarıdı.
    Aktyorlar onun bu hərəkətinə bələd idilər, bilirdilər ki, ovcuyla ağzını yumanda dişinin dibindən çıxan söyüşləri saxlayır, saxladığıyçün, də zarıyır.
    -Siyavuş, sakit, ol, - deyə rəssam əlini Rejissorun çiyninə qoydu, - bir toxta görək.
    Rejissor «Badamlı»nı stəkana tökmədən birbaşa şüşədən başına çəkdi. Bir qədar sakitləşib rəssama tərəf döndü:
    -Görürsən də, görürsən də mənim günümü. Sən də deyirsən ki, bəs Brext belə gəldi, Meyerxold belə getdi. Adə, bu məxluqnan Brext olar, bu məxluqnan Meyerxold olar? Üç kəlmə sözü səhərdən adam kimi buna dedizdirə bilmirəm. Mən köpək oğlu Feyzulla Kəbirlinskiynən böyük sənət yaradacam. - Əsəbi titrək barmaqlarıyla papirosu götürüb yandırdı, sümürüb tüstünü ciyərlərinə çəkdi. - Balam, səndən yaxşı pinəçi olar, çayçı, aşpaz, mən nə bilim camadar, məsciddə mürdəşir olar, amma daha aktyor yox, atam, aktyor yox. Aktyorluq sənətdir ey, ay müsəlmanlar, açın qulağınızı eşidin, iskusstvo. Yaradıcılıq.Tvorçestvo. Burda istedad lazımdır. Temperament, hərarət lazımdır. Bəli, hərarət. 36,6 hərarətiylə sənət yaratmaq olmaz. Gərək qaynayasan, yanasan ki, yaradasan. Yoxsa səsinin zor yerinə salmaqnan iş keçməz, atam balası, çığır-bağırnan obraz yaratmaq olmaz. Səsin gurdur, çox əcəb, get məscidə, ol əzançı. Feyzulla səhnədə lal-dinməz dayanmışdı. Pörtüb qıpqırmızı qızarmışdı. Bolluca tər tökürdü. Qırx ildi səhnədəydi və qırx ildə cürbəcür Rejissorlardan, aktyorlardan bu cür sözləri, töhmətləri az eşitməmişdi. Amma indi ona yer eləyən Siyavuşun son sözləri - məscid, əzan, mürdəşir söhbəti oldu. Teatrda hamı - Siyavuş özü də, Əlikram da bilirdilər ki, Feyzulla ruhani ailəsindəndir, atası müfti olub. Bunu bəlkə bircə cavan rəssam bilmirdi - teatra təzə gəlmişdi.
    Rəssam pıçıldadı:
    -Ay Siyavuş, sakit ol bir az, - dedi. - Axı bədbəxt neyləsin, bacardığı budur da.
    -Bəs mən köpək oğlu neydəyim? - deyə Siyavuş partladı,- mənim təqsirim nədir ki, cavan ömrümü belə insanların içində çürütməliyəm. İki eşşəyin arpaseını bölə bilmir, gəlib çıxıb səhnəyə.
    Rəssam ərklə:
    -Ayıbdır, Siyavuş, - dedi, - atan yerindədir.
    - Mənim atam qələt eləyər. Mənim atam çoxdan o dünyaya, mələklərə salam aparıb. Amma beləsi bilibitdən kimidir. Səni də, məni də basdıracaq, arxayın ol. Yüz il yaşayacaq. Niyə də yaşamasın? Nə dərdi, nə qəmi var? Qışqırırsan üstünə quzu kimi boynunu bükür, lal-dinməz dayanır. Ürəyində də yəqin hələ mənə gülür ki, gör zalım oğlu nə özünü cırır. Bax, heç tükü də tərpənmir. Doğrudan da nə iskustvo, nə teatr? Qırx ildi gəlir, üç-kəlmə sözünü deyir, maaşını alır, çıxır gedir bozbaşını yeməyə. Qırx il də bundan sonra belə ömür sürəcək. Bizik axmaq, dərndən çıxırıq, sənət, yenilik, inkişaf… Kimə lazımdır bunlar hamısı, ay Zeynal, dünya Feyzulla dünyasıdır.
    Rejissor ürəyini boşaldıb bir az sakitləşdi, yenidən papiros yandırdı, dərin bir qullab aldı, səhnəyə baxdı. Səhnədə Feyzulla mütilik heykəli kimi quruyub qalmışdı. Elə yazıq-yazıq Rejissora sarı baxırdı ki, Siyavuş özünü saxlaya bilməyib küldü. Əvvəl dodağı qaçdı, gülümsündü, sonra bərkdən şaqqanaq çəkib güldü.
    - Mən ölüm Kəbirlinski, - dedi. Elə belə məzəyçün o replikanı bir də de.
    Dəlisov xasiyyətli Siyavuşun gülüşünə cavab olaraq Feyzulla da mağmın-mağmın gülümsədi, hətta güldü də, amma sonra nə edəcəyini bilmirdi. Bilmirdi Rejissorun təklifi ciddidir, ya zarafat, məşqi davam etdirir, ya elə belə dilxoşluq edir. Bilmədi ki, necə desin, bnrinci dəfə dediyi kimi (onda Rejissor bəyənməmişdi, ayrı cürə göstərmişdi). Ya Rejissor əvvəl göstərdiyi kimi, ya sonra göstərdiyi kimi, ya da tamam başqa bir tərzdə. Ya da bəlkə zarafatla desin. «Yox, zarafatı qoy özü eləsin, mən eləsəm, sonra xatası çıxar, bilmək olmaz düşər-düşməzi var».
    Var qüvvəsini, hafizəsini, təcrübəsini səfərbər edib gərgin bir səslə:
    - Bu gecə! Bu qoca! Bu ocaq! - dedi. Rejissorun şaqqıltısından diksindi:
    -Afərin Kəbirlinski, oğulsan oğul. Kişinin sözü bir olar, üç saat məşqimiz - bir fındıq.
    Sonra Siyavuş qəfilcə gülüşünü kəsib ciddiləşdi və birdən-birə hamı Rejissorun necə yorğun olduğunu aydın gördü. Sanki bütün bayaqkı ehtiraslı danışıqları, odlu şikayətləri, acı sözləri, bir qədər süni hərəkətləri - bütün bunlar hamısı bədən paltarı tarım saxlayai kimi onu gərkin və kip saxlayırdı. İndi birdən bütün varlığı çıxarılıb bir qırağa atılmış paltar kimi əzik, bürüşük, aciz və yorğun göründü. Ağır-ağır:
    -Yaxşı, gedin, - dedi. - Məşq qurtardı. Feyzulla teatrdan Əlikramla birlikdə çıxdı.
    - Gördün hərif na özündən çıxmışdı? - dedi. - Deynən səndən qabaq Rejissor-zad görməmişik. Deynən başımızın tükü sanı sənin kimi Rejissor görüb ötürmüşük.
    Feyzulla:
    -Ay Əlikram, sənin başında tük var ki, o misalı çəkirsən? - deyə zarafat elədi, amma zarafatına nə özü güldü, nə də Əlikram. Bir müddət səssiz addımladılar.
    Əlikram:
    -Bəs bazara getmirsən? - dedi.
    Feyzulla:
    -Yox, - dedi.
    Niyə?
    -İşim var.
    -Nə işin?
    «Allahu-əkbər, işə düşmədik?» - deyə Feyzulla fikirləşdi. Əlikrama demək istəmirdi ki, kinostudiyaya gedirəm, dublyacım var, bilirdi ki, bunu bilən kimi Əlikramın ürəyinin qurdları baş qaldıracaq. Amma ayrı bəhanə tapıb yalan deyə də bilmirdi. Yalan demək, bəhanə uydurmaqda həmişə çətinlik çəkirdi, - fantaziyası çatmırdı. Köhnə aktyorlar Feyzullanın bu cəhətini bilir və dərhal uşaq kimi onun yalanının üstünü açırdılar. İndi də:
    -Elə belə, - deyə mızıldandı. Əlikram əl çəkmədi.
    -Yenə olsun, - deyə qırsaqqız olub yapışdı.
    -Kinostudiyaya gedirəm. Dublyacım var, - Feyzulla birdən düzünü dedi.
    -Ay kişi, bu qədər pulu hara yığırsan? Buna sandıq-zad tab gətirməz.
    -Bəxtəvərlikdən dəm vurursan, Əlikram. Yaxşı, sağ ol. Mənim avtobusum gəldi.
    Avtobusun dal qapısı düz onların qarşısında dayandı. Amma açılmadı. Hələ qabaq qapıdan adamlar bilet alıb düşürdülər. Avtobus konduktorsuz işləyirdi. Sərnişinlər düşüb qurtardı, dal qapı açıldı və Feyzulla özünü birtəhər tünlük avtobusun içinə saldı.
    -Əlikram:
    -Mən ac qalaram, amma dublyaca getmərəm. Əsil aktyorçun dublyac xalturadır, - dedi, amma Feyzulla bu sözləri eşitmədi. Yəni elə Əlikram da bu sözləri daha çox özüyçün deyirdi, çoxdandı onu dublyaca çağırmırdılar.
    Feyzullanın ayaqları sızıldayırdı, səhərdən məşqdə ayaq üstə idi, həm də anadangəlmə yastıayaq idi, amma avtobusda oturmağa yer yox idi. Meşin, nikelln dəmir, tər iyinə qeyri-müəyyən bir iy də - məhz şəhər nəqliyyatına məxsus olan bir iy də qatışırdı. Nədənsə bu iy Feyzullanın yadına müharibə illərini saldı. Yastıayaq olduğu səbəbdən Feyzullanı davaya aparmamışdılar. Teatrın işçilərinin bir çoxu, o cümlədən Feyzulla ixtisara düşmüşdü. Hə, hə, indi bildi ki, neçin bu iy ona müharibə illərini xatırlatdı, dava vaxtı düz üç il Feyzulla tramvayda konduktor işlədi. Dava qurtarandan sonra yenə teatra qayıtdı.
    Avtobus studiyaya tərəf yaxınlaşdıqca adam seyrəldi, Feyzulla oturdu. İki dayanacaq arasındakı yolu oturaq gəldi.
    Kinostudiyada liftə keçib dördüncü mərtəbənin duyməsini basdı. Lift üçüncü mərtəbədən keçəndə bugünkü dublyacın Rejissoru Ağa Mehdi pilləkəndən Feyzullanı görüb:
    -Kəbirlinski, Kəbirlinski, - deyə çığırdı.
    Kəbirlinski dördüncü mərtəbədə liftdən çıxıb pilləkənlə aşağı düşdü. Ağa Mehdinin yanında Feyzullanın tanımadığı kənc, yaraşıqlı bir rus qızı vardı. Zərif ətir iyi Feyzullanın burnunu çaldı. «Yəqin o Moskvadan gələn artistka budur», - deyə Feyzulla düşündü. Ağa Mehdi:
    -Kəbirlinski, nahaq zəhmət çəkmisən, - dedi.- Dublyacı keçirtdik sabaha. Cavad bu gün gələ bilmir, məşğuldur, - sonra yanındakı aktrisaya müraciətlə əlavə etdi, - vot odin iz tex samıx ekzemplyarov, o kotorıx mı tolko çto qovorili. Aktrisa gülümsündü. Gülüşü uzun məşqlər boyu cilalanıb kamilləşmiş məstedici bir təbəssüm idi.
    -Oçen priyatno, - dedi və əlini Kəbirlinskiyə uzatdı: - Lena.
    Feyzulla lap özünü itirdi, əl verən kimi, tələsik əlini çəkib cibinə saldı, dəsmal çıxarıb üz-gözünü sildi.
    Ağa Mehdi:
    -Amma dəsmalından olmaz, - dedi. - Satıb eləməli olsan, bizə xəbər elə. Ağa Mehdinin kefi yaman kök idi. Aktrisa deyəsən söhbətin nədən getdiyini anladı, Feyzullanın dəsmalına baxdı, pıqqıldayıb güldü. Ağa Mehdi aktrisaya:
    -Platok Dezdemonı, - dedi və hər ikisi yenə güldü.
    Kəbirlinski daha da özünü itirdi, tələsik dəsmalını cibinə qoydu, vəziyyətdən çıxmaq üçün:
    -Deməli dublyac sabaha qaldı? - dedi.
    -Bəli, saat ikiyə. Gələ bilərsən?
    -İkidə?
    Cib dəftərçəsini çıxarıb baxmağa başladı. Axır illər yaddaşına arxayın olmurdu. Müxtəlif gündəlik işlərini, saatlarını əski əlifbayla balaca, qara, kağızları didilmiş cib dəftərçəsinə qeyd edərdi.
    Ağa Mehdi aktrisanın qoluna girib pilləkəni düşməyə başladı. Qanrılıb Kəbirlinskiyə:
    -Gələ bilməsən, zərər yoxdur, - dedi, - bir adam tapıb yazaram, bir də özünü zəhmətə salma.
    Kəbirlinski dəftərçəsini büküb:
    -Yox, gələ bilərəm, boşam, - deyə Rejissorun ardınca qışqırdı. Ağa Mehdi laqeyd səslə:
    -Lap yaxşı. Gələ bilərsən, gəl, - deyə aşağıdan cavab verdi və aktrisaya nə isə pıçıldayıb bərkdən güldü. Aktrisa da güldü və Feyzulla, onun sözlərini aydın eşitdi:
    -A vı işite tipac. Vot vam pocaluysta otliçnıy tipac. Prekrasnaya tupaya, morda.
    -Da, no krome mordı, nujen eşe xotya bı minimalnıy talent.
    Kəbirlinski ağır-ağır pilləkənləri düşdü. Ürəyində kinostudiyanın telefonlarını söydü. Üç gün zəng eləyəsən düşmək olmur. Telefonlar ağıllı-başlı işləsəydi, zəng eləyib bilərdi, bir də bica yerə yorta-yorta bu boyda yolu gəlməzdi.
    «Bu gün mənimki gətirmir. İndi gedək görək radioda başımıza nə gəlir?» Radioda üçdə olmalıydı, indi ikinin yarısıydı.
    Evə gedib-gəlməyə çatmazdı. Evə radiodan sonra getsə yaxşıdır. Xörəyə. Dünən arvad ağzından qaçırtdı - deyəsən bu gün bozbaş bişirəcək. Amma nə olardı! Bozbaşdan ləzzətli xörək var? Yox, bozbaşı tələsik, atüstü yemək olmaz. Gərək kamal-ədəblə oturasan, yavaş-yavaş çörəyi doğrayasan, suyu hopsun çörəyin canına, qaşıqla kartofu, əti yaxşıca əzəsən, üstünə də sumağı səpəsən, başlayasan baş soğanla yeməyə, bəh, bəh, bəh.
    Bu fikirlərdən Feyzullanın lap ağzı sulandı, kinostudiyanın bufetinə girib kolbasa çörək-aldı, qurdunu öldürdü.
    Radionun yanında dizeldən düşdü, dik qalxıb binaya girdi, pilləkənlərin yarısını çıxıb dayandı, nəfəsini dərdi, tərini sildi.
    Neçə il idi hər həftə bu gün, bu saatlar Feyzulla radioya - yazılışa gəlirdi. Daimi uşaq verilişində tülkü rolunun ifaçısı idi.
    Redaksiyaya girib salam verdi.
    -Salam gözəl qızlar, iyid oğlanlar, - dedi, - mən hazır.
    Bu, ənənəvi salam idi.
    Küncdə oturmuş balaca boylu, kök, kürən oğlan - Məcid:
    -Tülkü lələyə eşq, olsun! - dedi. - Bəs Məstan pişik hardadır?
    -Gələr, gələr, - deyə Feyzulla onu sakit elədi. - Nə darıxırsan, maşını ayağının altında, harda olsa özünu yetirəcək.
    Məstan pişik rolunun daimi ifaçısı gənc aktyor Cavad Cabbarov səhnənin təzə parlayan ulduzlarından idi. Səhnədə Hamleti, Elxanı, Otellonu, oynasa da radiodakı bu kiçik rolundan - onu balacalara sevdirən Məstan pişik rolundan imtina etmirdi. Səliqəylə bir həftə yazılışa gəlir, radio işçilərinin onu Məstan pişik adlandırmasından qatiyyən incimir, əksinə xoşlanırdı;
    Verilişin redaktoru Səfurə Feyzullanı görəndə bir balaca pərt kimi oldu. Məcid:
    -Tülkü lələ, - dedi, - Səfurə xanımın sənə sözü var, amma utanır deməyə.
    -Bıy, niyə utanır ki, mən bəyəm özgəyəm.
    Səfurə:
    -Yox, ona fikir verməyin, Feyzulla dayı, - dedi, - özüm indi deyəcəyəm. Məsələ belədir, deyir bir iş var, iki əməl. Heç bilmirəm, vallah necə deyim.
    Feyzullanın ürəyi düşdü. «Yox, bu gün bilmirəm nədir, mənimki gətirmir. Gətirməyəndə gətirmir də. Görəsən yenə nə olub, səsim kimin xoşuna gəlməyib».
    -Nədi, qızım, de görüm, utanma.
    -Bilirsiz Feyzulla dayı, bu verilişimizi kənar müəllif yazıb, nabələddi, tülkü rolunu götürüb qadına verib, heç bir şeyi də dəyişmək olmaz, çünki əhvalatı elə bunun üstündə qurub.
    Feyzullanın bir an boğazı qurudu. Sonra özünü ələ alıb:
    -Bəs necə olsun, - dedi, - deməli bundan sonra tülkü qadın olacaq?
    -Yox, yox, yox, - deyə Səfurə tələsik danışmağa başladı - heç elə şey olar, biz ölməmişik ki, heç qoyarıq? Bircə bu səfər, bircə dəfə gələn səfərdən yenə gəlib öz rolunuzu oxuyacaqsınız.
    Məcid:
    -Bu səfər tülkü arvad çıxıb, - dedi. - Gələn səfər yenə döndərib eləyəcəklər kişi.
    Səfurə ona baxıb məzəmmətlə başını buladı. Feyzulla:
    -Neynək, - deyə stula çökdü. - Qoy oturub nəfəsimi dərim. Bu sizin dik lap adamın kələyini kəsir.
    Məcid:
    -Tülkü, tülkü, tənbəki, quyruq üstə nəlbəki, - dedi.
    Səfurə yerinə qayıtdı. Elə bil ağır yükü çiynindən atmışdı. Feyzulla stulda oturub töyşüyə-töyşüyə nəfəs alırdı. Dəsmalını çıxarıb, alnında bığ yerində puçurlanmış təri sildi.
    Dəhlizdə hay-küy qopdu. Gur bir səs eşidilirdi:
    -Salam, mirzə, salam, necəsən krasavitsa, xoş gördük, göyçək oğlan, özün necəsən e, canından, başından muğayat ol.
    Səfurənin közləri parladı. Sevinclə:
    -Gəldi, çıxdı, - dedi.
    Qapı taybatay açıldı. Hündür gənc bir oğlan içəri daxil oldu. Cavadın saçları, çatma qaşları və nazik bığları zil qara, gözləri isə ala idi. Bu təzad onun yaraşıqlı sifətində qəribə bir ifadə yaradırdı - yarıtəkəbbürlü, yarısadəlövh, bir qədər çoxbilmiş bir qədər məsum. Şıx geyinmişdi, qızartdaq məxmər pencəyinin altından qar kimi ağ ipək köynək, köynəyin yaxasında qırmızı zolaqlı qalstuk görünürdü. Saçlarını həmişəki kimi yağlayıb səliqəylə dala daramışdı. Barmağında iri qaşlı üzük parlayırdı. Cavad:
    -Bütün əhli-məclisə atəşin salamlar, - dedi. - Səfurə xanıma xüsusi Privet, Kəbirlinski, Məcid, eşq olsun.
    Məcid irişib:
    -Privet, Məstan pişik, - dedi.
    Səfurə:
    -Gəl çıx da, - dedi. - Gözləməkdən gözümüzün kökü saraldı ki...
    Cavad:
    -Canınçun, maşını gücnən qovmuşam, - dedi. - Sizdən artıq olmasın, yaxşı bir məclisdəydim. Yarımçıq qoydum, durdum. Yalvardılar ki, getmə, dedim xeyr, siznən oturan Cavad Cabbarov idi, hər həftənin bu günü bu saatı mən dönüb oluram Məstan pişik, ministr də kəlsə məni burda saxlayammaz. Qapını bağlasaz, pəncərədən atılıb qaçaram. Gərək cumam radioya. Hamı gülüşdü. Məcid:
    -Məstan pişik, - dedi, - çoxdan görünmürsən, otağımızda siçan əmələ gəlib.
    Cavad ciddi bir təəccüblə:
    -Bıy ay Məcid, bəs nə əcəb tutub yeməmisən? - dedi, hamı yenidən gülüşdü:
    Cavad gülüşlərinə ara verib:
    -Yaxşı, Səfurəcan, - dedi, - yarımca saat vaxtım var, balamın ölmüşünə kinostudiyada dublyacım vardı, sənin xətrinçün keçirtdim sabaha. Kəbirlinski:
    -Düz deyir, Səfurə xanım, - deyə sözə qarışdı.- Mən allah şahidi.
    -Görürsən ki, - dedi, - deyir yalançının şahidi yanında olar. Yaxşı, tez yazaq, gərək qaçam məktəbə, məni görüşə çağırıblar.
    Səfurə:
    -Bu saat yazacağıq. - dedi. - On dəqiqədən sonra studiya bizimdir. hələlik al mətnlə tanış ol.
    Cavad mətni götürub gözucu baxdı, səhifələrə ötəri nəzər salıb bir-bir çevirirdi.
    Səfurə yavaş səslə:
    -Bura bax, Cavad, camaat cürbəcür sözlər danışır, - dedi
    Cavad
    -Nə sözlər? - deyə soruşdu
    -Nə bilim, sən bilərsən. Deyir guya Zərifəylə
    -Allahu-əkbər, - deyə Cavad kağızları bir qırağa qoydu, - belə müsibət olar, evində yatıb durasan, camaat səninçün söz çıxarda. Canımçün elə şey yoxdur. Gicəm arvadımı, uşağımı atam. Canınçün Səfurə,- o da səsini lap yavaşıtdı, - axşam oturmuşam evdə, televizora baxıram, zəng olur. Arvad gedir telefona, bir də görürəm dili-dodağı əsir. Deyirəm, ay qız, nə olub? Deyir bəs, al, qulaq as. Bəli, alıram, zənən xeylağıdır. Zəng eləyib arvadıma yanıq verir ki, bax bu saat ərin mənim yanımda kefdədir, səni də maymaq kimi qoyub evdə. Deyirəm gördün, indi özün görürsən ki, necə ağ yalan olur. Durduğu yerdə adama necə söz çıxarırlar. Görürsən ki, burda, oturmuşam, nə deyir? Bax, bütün şayiələri də bu cür uydururlar. Kimə deyirsən? Sıxır gözünün qorasını ki, bir şey olmasa deməzlər. Deyir, kaş sən çaş, çopur olaydın, mənim də canım rahat olaydı. Neynirəm belə göyçək əri ki, ömrüm çəhənnəmə dönsün. Eh, nə isə... - o, mətni götürdü. - Yaxşı, gəl yazaq da, baxdım mətnə. Elə çevir tatı, vur tatıdır
    Səfurə
    -Gedək, - dedi.
    Dəhlizdən keçərkən Cavad:
    -Bəs Kəbirlinski nə oldu? - deyə soruşdu.
    Səfurə əhvalatı ona danışdı.
    Cavad ayaq saxladı.
    -Yox, yaxşı deyil, Səfurəcan, - dedi, - allah onsuz da onu döyüb, siz də belə eləyirsiz. Sinli kişidi, o boyda yolu durub gəlib bura.
    -Yaxşı, mən neyləyim, yoxdur da bu səfər rolu.
    Onlar bir neçə addım da atdılar. Sonra Cavad yenə dayandı, geri döndü:
    -Kəbirlinski, ay Kəbirlinski, - deyə çağırdı.
    Kəbirlinski otaqdan çıxdı.
   -Gəl bəri.
    Kəbirlinski onlara tərəf tələsdi. Səfurə narahatlıqla
    -Ay Cavad, - dedi, - axı sənə söz dedim, yoxdur e rolu. Cavad əlindəki mətn kağızlarını divara söykəyib cibindən qələm çıxartdı:
    -Gəl bura, Kəbirlinski, - dedi, - bu saat sninçün bir şey düzəldərəm. Tülkü olmasın, çaqqal olsun, nə eybi var, hə? Təki on bir manat gəlsin, ay zalım. Stavkan neçədir.
    Kəbirlineki:
    -Yeddi manat, - dedi
    -Yeddi? Zərər yoxdur. Yeddi manat da puldur. Çaqqalnan necəsən?
    -Çaqqal?
    -Həmişə tülkü olmusan, bir gün də çaqqal olarsan, - deyə Cavad şaqqıldadı - Ay lotu, vur bura. Kəbirlinski də gülümsündü.
    -Yox, axı, - deyə nə isə kəkələdi...
    -Sən heç ürəyivi sıxma, - deyə Cavad əlindəki mətnə əlavələr edirdi. - Bax burda qoy tülkü desin: çaqqal sən də burdasanmış. Aha, çaqqal da deyir: hə, hə, tülkü lələ, mən də burdayam, hə, hə. - O, sanki çaqqalı yamsılayırmış kimi əcayib bir səs çıxartdı.
   Səfurə:
    -Cavad, - deyə məzəmmətlə ona baxdı, - axı müəllif birdən dedi ki...
    -Qələt eləyir müəllif, - deyə Cavad onun sözünü kəsdn - Çəm-xəm eləsə babalı mənim boynuma. Denən Cavad Cabbarov dedi ki, mən bu «əsərə» çaqqal obrazını əlavə etməyi lazım bilirəm. Vəssalam. Hə, nədir? Azdır? Yaxşı bura da əlavə edək. Hanı? Hə. Tülkü: gedək. Çaqqal: - o, qələmini bir-iki dəfə termometr kimi çırpıb yazmağa başladı: - deməli, çaqqal: gedirsiniz? Mən də sizinlə gedirəm. Aha, belə, Axırda da: sağ olun, sağ olun. Kəbirlinski, sən də deyərsən sağ olun: Arada da qoşul bizə: hə, yox, bəli, filan. Əsas odur ki, səsin gəlsin. Çətini ölüncədir. Ay zalım. Yaxşı, oldu. Vay, vay, gecikəcəm. Getdik. Havayı yerdən səninçün yeddi manat düzəltdim, Kəbirlinski, qədrimi bilmirsən. Gərək o yeddi manata «Drujba»da mənə yaxşı bir qonaqlıq verəsən. Ha, ha, ha! Ay haramzada.
    Studiyaya keçdilər
    Səfurə Məcid:
    -Cavaddır da, - dedi, - özü hay-küyçü, amma ürəyi nazik, yuxa kimi.
    Məcid:
    -Mən getdim Eldardan muştuluq almağa, - dedi. - Atası tulküydü, dönüb oldu çaqqal.
    Eldar radioda Rejissor köməkçisi işləyirdi. Feyzullanın yazılışı olan günlər gözə dəyməzdi. Bunun səbəbini hamı bilirdi, bilirdilər ki, atasıyçün, daha doğrusu onun ifa etdiyi rollardan, bu rolları ifa edərkən çıxartmalı olduğu səslərdən xəcalət çəkir. On doqquz yaşı vardı Eldarın. Gündüzlər işləyir, axşamlar teatr texnikumunda oxuyurdu. Boylu-buxunlu, göyçək oğlan idi. Ancaq bir balaca axsayırdı, sol ayağını çəkirdi. Qazandığını əyin-başına verirdi, bəzən gəzdiyi qızları kinoya belə dəvət etməyə pulu olmasada, geyimində-kecimində heç kəsdən geri qalmırdı. Yaşına yaraşmayan bir ciddilik vardı üzündə. Hətta bir qədər qaraqabaq idi. Atasını tanıyanlar: «Elə bil Kəbirlinskinin yox, Nəsrəddin şahın oğludur, - deyirdilər, - forsu adamı yıxır».
    Amma Eldar forslu deyildi, xəstə və ifrat dərəcədə məğrur idi, sanki hamının nədənsə ona rişxənd, istehza edəcəyindən qorxurmuş kimi yeganə dostu Aydından başqa heç kəsə yaxınlaşmır, heç kəslə səmimi olmaq, ünsiyyət bağlamaq istəmirdi. Əsas səbəb, əlbəttə, atası idi. Feyzulla onun yaralı yeri idi. Atasının təxəllüsünü deyil, əsil familini daşıyırdı - Eldar Ələskərov. Eldarın söyər yerini bilən bic-vələdüznalar, illah da Məcid onu daha da cırnadırdılar.
    -Yaxşı, Eldar, atan Kəbirlinskidir, sən nöşün Ələsgərovsan?
    -O sənin borcun deyil.
    -Daha acığın nöş tutur, sözdür soruşuram da.
    İndi də Məcid Eldar oturan otağa girib bərkdən:
    -Eldar, gözün aydın, muştuluğumu ver, - deyərkən oğlan elə bil nə isə duyubmuş kimi sim təki gərildi.
    -Nə olub? - deyə qaşqabağını saldı. Məcid ağzını açmasaydı belə, Eldar onun kürən sifətini körcək qanı qaralırdı.
    Məcid tam bir ciddiyyətlə:
    -Gəldim sənə xəbər verim ki, atanı böyüdüblər, - dedi, - kişi əməlli-başlı inkişaf eləyib, tülkü rolundan keçib çaqqal roluna.
    Eldarın yerindən sıçramasıyla Məcidin qapını çırpıb daban əl altı qaçması bir oldu.
    Otaqdakı qızlar pıqqıldaşıb güldülər. Amma Eldarın qırımını ayrı cür görüb dərhal özlərini yığışdırdılar.
    Aydın:
    -Əşi sən də bu düdəmənin sözündən niyə cırnıyırsan? - dedi. - O, adamdı ki, adam sözü danışsın. Görür ki, sən özündən çıxırsan, ayağı yer alır. Sən heç fikir vermə.
    Eldar. dodağını dişləri arasına alıb:
    -Yaxşı, - dedi, - qoy mənə borc olsun. - Özünü ələ aldı, sakitləşdi və otaqdan çıxdı.
    Məcid qaçıb studiyanın yanına kəlmişdi.
    Feyzulla rolunu yazdırıb dəhlizə çıxdı, pul kağızına qol çəkdi.
    Məcid gəlib onun yanında durdu.
    -Kəbirlinski, - dedi, - oğlunu yığışdır. Mənə göz verir, işıq vermir.
    Neynir ki, sənə?
    -Əşi, özün görürsən ki, mən cürübbəz zəifcanlı oğlanam, üfürsən yıxılaram. O, maşallah, göz dəyməsin, zırpı şeydir, elə yaxşı deyiblər ki, uzundraz beynamaz, xeyrə-şərə yaramaz.
    -Bax bu olmadı da, dilivi dinc qoymursan, sonra da deyirsən ki, bəs belə.
    -Axı mən neyləyim. Yapışıb məndən ki, gərək səni döyəm. Əşi bir dənə əngimdən qoysa, sağ tikəm qulağımın dibində qalar. Gücü var, getsin taylarına göstərsin. Gərək elə qolunun zorunu mənim başımda sınasın.
    -Elə durduğun yerdə səni döymək istəyir? Bəlkə sataşıb eləyirsən ona?
    -Nə sataşıram? Soruşuram ki, nöşün atanın familiyası ayrıdır, səninki ayrı, a kişi, bunun üstündə heç adamı döyərlər.
    Feyzulla bir an duruxdu, sonra aramla, təmkinlə danışmağa başladı.
    -Bilirsən: bala, ikimizin də familiyamız birdir, Ələsgərov. Kəbirlinski mənim təxəllüsümdür.
    -Aton rəhmətlik. Bax adam kimi sən başa saldın, mən də bildim. Daha döymək, söymək nəyə lazım?
    Bu söhbət əsnasında Eldar gəlib onlar dayanan yerə çıxdı. Məcid dərhal Feyzullanın böyrünə qısıldı.
    -Bax, dekinən mənimlə işi olmasın, yoxsa bax, bir baş gedəcəyəm sədrin yanına.
    Feyzulla:
    -Eldar, bala, - dedi, - nə işin var bununla. Eldar cavab vermədi, qanlı-qanlı Məcidə baxır, amma atasının, adamların yanında özünü saxlayırdı.
    -Yaxşı, sənnən mənimki qalsın, - dedi.    -Gördün, - dedi, - yenə məni hədələyir, bax, atandan soruşdum, məni başa saldı, amma sən cırtqoz kimi atılırsan ortalığa, çıxırsan özündən. Feyzulla müəllim, - Eldarın yanında «Feyzulla müəllim» deyirdi, amma bu müraciətin özündə bir istehza vardı, - Feyzulla müəllim, inciməyin, amma məni çox maraqlandırır, bu nə dəbdir belə, artistlər özlərinə təxəllüs götürürlər: Ərəblinski, Kəbirlinski...
nbsp;   O tam ciddiyyətlə danışırdı, dodağı belə qaçmırdı, bircə gözlərinin içindən cin çıxırdı. Eldar istehzanı, masqaranı duyur və Məcidin bütün sifəti sanki Eldarın gözlərinin içinə, yaddaşına, canına hopurdu. Məcidin kürən saçları, qaşları, kirpiksiz gözləri, kosasayağı ətli sifətində qızıla çalan təkəm seyrək tükləri... Burun pərələrnndən uzanan tüklər belə kürən idi... Danışanda, ilişəndə zarıldayan üç qabaq qızıl dişi, sallaq buxağı, kos kimi ora-bura dığırlanan, bir nöqtədə qərar tapa bilməyən göz bəbəkləri, pələng qulaqlar, yoğun, gödək barmaqlı toppuş əllər, ağ köynəyin kirli yaxalığı - Eldarın gözlərinə yapışır, hafizəsində həkk olunurdu.
    Feyzulla tam bir sadəlövhlüklə:
    -O vaxt mod eləydi, ay bala, - dedi, - hərə özünə bir təxəllüs götürmüşdü.
    Məcidin vurnuxan gözləri arabir Eldarın nəzərləriylə tuşlaşır və bu ani baxışlarda hər ikisi bir-birinin halını başa düşürdü. Eldar içini yeyirdi. Məcid isə çoxdandı belə ləzzət çəkməmişdi. Kəbirlinskini Eldarın gözü qarşısında əməlli-başlı dolayır, daha doğrusu Feyzulla heç bir şey duymadan - öz danışıqlarıyla özü özünü dolayır, Məcidə sonsuz zövq verir, Eldarı odsuz-tüstüsüz yandırırdı.
    Bixəbər Feyzulla:
    -Hərə bir ad götürmüşdü, - deyə davam edirdi. - Ərəblinski, Sarabski, Ağdamski... Məcid asta-asta:
    -Kəbirlinski, - dedi.
    -Zəhrimar Kəbirlinski, kor Kəbirlinski, - deyə Eldar axır partladı. - Mən sənin ağzını dağıdaram, onda bilərsən...
    Feyzulla təəccüblə oğluna baxdı.
    -Bıy, ay oğul, sənə nə olub, özündən çıxırsan, nə deyir ki...
    -Ey, sən də bilmirəm, Aydan gəlmisən, Marsdan. Başa düşmürsən nə deyir!»
    -Yoox.    -Yaxşı, salamat qalın, mən qaçdım, - dedi.
    Kəbirlinski:
    -Cavad, başına dönüm, - dedi. Hansı tərəfə gedirsən? Bəlkə məni də aparasan?
    Cavad bir an ayaq saxladı:
    -Canımçün tələsirəm, - dedi, - yoxsa məmnuniyyətlə, - bir neçə addım da atdı, sonra Kəbirlinskiyə tərəf çevrildi.- Yaxşı, gəl, - dedi. - Baksovetəcən apararam.
    -Ay sağ ol. Ordan özüm gedərəm. Aşağı vestibüldən keçəndə kimsə:
    -Kəbirlinski, Kəbirlinski, - deyə harayladı.
    Feyzulla başını qaldırıb baxdı, Rejissor köməkçisi Mamed onlara tərəf qaçırdı. Cavadla salamlaşıb Feyzullanın qolundan yapışdı. -
    Səni allah yetirdi bizə, Kəbirlinski, - dedi, - axşam boşsan?
    - Yox, nədi ki?
    -Tamaşan var?
    -Yox, tamaşam yoxdur, amma ayrı işim var.
    Mamed:
    -Bu oldu əmiri, - dedi, - deməli belə, ayrı işivi keçirdirsən sabaha. Axşam televizorda verilişimiz var. Sadıq xəstələnib. Gərək onu əvəz eləyəsən.
    -Yox, axı...
    Axısın, maxısın bilmirəm, yoxsa mənim boğazımı üzər.
    -Mamed, bilirsən, mən sənin xətrini dünyalarcan istəyirəm, amma axşam dərnəyim var.
    -Neçədədir dərnəyin?
    - 7-də.
    -Deməli belə, 8-ə mən səni buraxaram. Keçirt dərnəyi bir saat kecə, nə olacaq?
    Cavad qapıdan:
    -Kəbirlinski, gəlirsən? - dedi. - Mən bax səni gözləyən deyiləm ha. Tələsirəm.
    Feyzulla:
    -Gəldim, gəldim, - dedi, - sonra Mamedə tərəf döndü, - Yaxşı, Mamed, daha sənin sözündən keçə bilmirəm. Amma axı gərək hazırlaşam. Böyük roldur?
    -Nə rol, adə, evinəcən sənin. Bircə gəlmə sözün var. Poçtalyondu, girir içəri ki, «sizə kağız gətirmişəm», vəssalam, şüt-tamam. Buna nə hazırlaşmaq, maşallah 40 ilin artistisən. Amma Kəbirlinski, başıva dönüm, məni podvadit eləmə ha, boğazımı üzərlər. Deməli belə, altıda burdasan.
    -Yaxşı, arxayın ol. Söz verdimsə gələrəm.
    -Yaşa, var ol. Səndən bir dənədir. İki dənə olsaydı arabaya qoşardıq. Ha, ha, ha... İncimə a, zarafatım var səninlə, kiçiyinəm. Üzüm ayağının altına.
    -Canın sağ olsun.
    Mamed artıq qaçıb getmişdi, uzaqdan çevrilib: - Üzüm, yəni vinoqrad, - dedi, bir də güldü və harasa şütüyüb qeyb oldu.
    Feyzulla qaça-qaça binadan çıxdı. Cavad artıq maşını işə salıb hərəkətə gətirirdi.
    -Saxla, gəldim, - deyə Kəbirlinski uzaqdan əl elədi, özünü yetirib Cavadın yanında oturdu.
    Cavad:
    - Kəbirlinski, qan eləyirsən ha, - dedi. - Gündüz radio, axşam televizor.
    -Əşi, ay Cavad, qoymazlar kasıbçılığımızı eləyək, - deyə ərklə Cavada köz vurdu və məmnun gülümsündü...
    Cavad başını çevirib ona baxdı. Cabadın gözlərinin ifadəsini görmək olmurdu - gözlərini iri qara eynək gizlətmişdi.
    Kəsik siqnalla trolleybusu ötdü, başaşağı yolla sürməyə başladı. Sükutu Feyzulla pozdu:
    -Cavad, sən də mənim oğlum, ərk eləyib sənə - bir şey demək istəyirəm.
    -De görüm.
    -Sən Siyavuş müəllimlə yaxınsan, dekinən ona adam içində mənimlə bir az yaxşı rəftar eləsin. Abrımı bükür ətəyimə. Axı mən də malçişka deyiləm. Bu səhnədə saç ağartmışam.
    -Nə deyir ki?
nbsp;   -Nə bilim, qışqırır, söyür. Özü də camaatın yanında. Bayaq o rəssam da oturmuşdu. Cavan oğlandır. Aramızda hörmət-izzət var. Başlayıb onun yanında filan, peşməkan. Özümüz olsaq, cəhənnəmə, nə deyir desin. Bir də var kənar adam. Axı atası yerindəyəm.
    -Nə deyir axı?
    -Əşi, nə bilim başlayıb yenə məscid belə gəldi, əzan elə getdi. Axı mən neyləyim ki, atam müfti olub.
    -Nə olub atan?
    -Müftiydi də. Bəs bilmirdin?
    -Yox, hardan bilim.
    -Bəs mən elə bildim bilirsən. Hamı bilir ki, bu əhvalatı. Atam müfti idi, mən artistliyə kedəndə qovdu məni evdən. Ölənəcən mənimlə danışmadı. Üzünü də görmədim. Vəsiyyət eləmişdi ki, üstümə də kəlməsin. Amma yaman xiffət eləyirmiş. Anam deyirdi ki, kişini sənin dərdin öldürdü.
    -Sənə də nə düşmüşdü artist olasan, ay Kəbirlinski.
    -Nə bilim, yaman həvəsim vardı. Sən mənim beləliyimə baxma, bir vaxtlar rayonumuzda Oqtay, Aydın, Şeyx Sənan oynayırdım.
    -Əşi, qoy oturmuşuq.
    -Canımçün. Atamın aman-zaman bircə oğluydum, yaman istəyirdi məni də molla eləsin, əməlli-başlı farsca-ərəbcə öyrətmişdi.
    -Gərək elə molla olaydın, Kəbirlinski, mollalar bilirsən necə qazanır. Hər ölənə bir yasin oxusan narodnı artistdən yaxşı dolanardın.
    Feyzulla gülümsündü, hansı ötən xatirələrisə yadına salıb başını yellədi:
    - Quran ayələri indiyəcən yadımdadır, - dedi.
    -Doğrudan? Bəs nə əcəb, mollalıq eləmirsən?
    Feyzulla təəçcüblə çiyinləripi çəkdi:
    -Nə danışırsan, ay Cavad, məndən molla olar?
    -Niyə olmur?
    -Bay, əşi sən nə danışırsan? Mən hara, mollalıq hara?
    -Axı, niyə olmur. Atan - müfti, sir-sifətindən möminlik yağır, özün də quranı əzbər bilirsən. Daha mollaya bundan artıq nə lazımdır?
    -Qəribə söz danışırsan e, - bu qəribə fikir Feyzullanı lap çaşdırmışdı, nəhayət o, əsas səbəbi yada saldı, - mən necə molla ola bilərəm ki, allaha inanmıram.
    -Rəhmətliyin oğlu, neynirsən inanıb. Mollalar elə bilirsən özləri inanır? Sən mənim sözumə qulaq as, artistlikdən bir şey çıxmaz. Ket mollalığa, bəy balası kimi dolan, allahnan da işin yoxdur, inanırsan inan, inanmırsan inanma. Mən quran oxumağı bilsəydim, bir gün teatrda qalmazdım. Dramatik artistlikdən axmaq sənət yoxdur. Ya kərək xanəndə, çalançı olasan, ya aşıq, ya molla. Toydan, yasdan gələn gəlir heç yerdən gəlmir. Yaxşı, Kəbirlinski, gəldik çıxdıq. Bu da Baksovet.
    -Çox sağ ol, Cavad. Bircə dəqiqə vaxtını alacam, incimə.
    -De görüm, yaxşı.
    -Sən bir Siyavuşnan danış. Sənin sözündən çıxmaz. Denən məni incitməsin.
    -Deyərəm.
    -Bilirsən, teatralnı texnikumda dərs deyir, mənim oğlum da orda oxuyur. O gün gəlib tələbələrə deyib ki, kürreyi-ərzdə hələ Kəbirlinskidən bezdarnı artist anadan kəlməyib. Uşaq da pərt olur tay-tuşunun yanında, dost var, düşmən var.
    - Qələt eləyir, Siyavuş, deyərəm ona.
    - Hə.
    - Bir də Cavad...
    Bir məsələ də var.
    -Nə məsələ, a kişi, denən görək, sən də lap məni avara elədin.
    -Vallah sənə ərkim çatır, ayrı kimə deyim axı... Bilirsən, mən elə şeyə fikir verən deyiləm, amma beş dost olanda, beş də düşmən gözü var. Bir yandan da arvad məni piləyir.
    -Uzatma, Kəbirlinski, sən atovun goru, keç mətləbə görək...
    -Mətləb deyəndə, yəni bu il mənim altmış illiyim tamam olur. İndi mən nə Ərəblinskiyəm, nə Abbas Mirzə, amma daha, azdan-çoxdan yenə bizim də xidmətimiz olub... Deyirəm, bəlkə zvaniyadan-zaddan... Mən elə şeyin düşkünü deyiləm, özün bilirsən, amma, görürsən dünənki uşaqlar gəlib olub əməkdar artist, yox, mən bir şey demirəm, halal xoşları olsun, amma indi biz də özümüzə görə, azdan-çoxdan neçə ildir külünk vururuq. Bir balaca...
    -Bilirsən, Kəbirlinski, açığı, zvaniya məsələsi bir az çətindir, amma Siyavuşla danışaram, mestkomdan bir qramota-zad alaram səninçün. Di bağışla, lap kecikdim...
    -Sağ ol, çox sağ ol, ömrün uzun olsun, - deyə Feyzulla öz-özünə danışa-danışa evinə sarı addımladı. Cavadın maşını çoxdan közdən itmişdi.
    Feyzulla avtomat-telefon budkasına girib karamel fabrikinə zəng elədi. Karamel fabrikində dramatik dərnəyin rəhbəri idi.
    -Uşaqlara de ki, 7-də yox, 8-də yığışsınlar. 9-a on beş dəqiqə işləmiş.
    Evlərinə gəldi. Köhnə evdə ikinci mərtəbədə yaşayırdılar. Həyət balaca, dar və qaranlıq idi. Həyətdə daima daman krantın altındakı daş suyun təsirindən qurbağa çəni kimi sürüşkən və yaşılımtıl olmuşdu. Həyətdə krantdan başqa qapısı qıfıllı ayaqyolu, iri zibil yeşiyi və ərzaq mağazasının boşalmış karton qutuları vardı. İkinci və üçüncü mərtəbələrə dəmir pilləkən qalxırdı. Pillələrə ayağını möhkəm basanda adama elə gəlirdi ki, bütöv bir zirehli ordu addımlayır. İkinci və üçüncü mərtəbələrin şüşəbəndləri həyətə baxırdı.
    Feyzullagilin bir otağı və bu otağın qarşısında kiçik bir dəhliz kimiləri vardı. Bu dəhliz həm də mətbəxi əvəz edirdi - bura iki gözlü balaca bir pilətə qoymuşdular. Dəhlizin o biri tərəfi pərdəylə ayrılmışdı, pərdənin dalında açılıb-bükülən çarpayı qoyulmuşdu. Eldar burda yatırdı.
    Eldar çarpayısının yanındakı divara iki kitab rəfi vurmuşdu. Rəflərə - teatra və kinoya aid kitablar, teatr və kinocurnalları düzülmüşdü. Rəflərin qarşısındakı divara Eldar başdan-başa şəkil yapışdırmışdı - kinoulduzlarının, əsasən aktrisaların - «Film» və «Ekran» Polşa curnallarından kəsilmiş şəkilləri. Çarpayının yanında yerdə maqnitofon və çoxlu lent yazısı qoyulmuşdu - bura Eldarın 4 kvadratmetrlik aləmi, başkicəlləndirən xülyalar və mətbəx qoxusuyla dolu dünyası idi.
    Otaq ala-qaranlıq idi. Yeganə pəncərədən düşən işıq nisbətən böyük otağa - iyirmi kvadratmetrlik otağa azlıq edirdi. Otaqda iki çarpayı, tünd mixəyi rəngli iri, zəhmli kamod, masa və dörd stul vardı. Kamodun üstünə küləbətinli süfrəcik salınmışdı. Çarpayıların üstünə hansı gözəlisə qaçırdan iki çaparın şəkli çəkilmiş pluş örtük atılmışdı. Kamodun üstündəki güləbətinli süfrəcikdən biri də stolun üstünə çəpəki çəkilmişdi (kleyonkanın üzərindən). Pəncərə pərdələri də televizor ekranını örtmüş ağ parça da həmin cür güləbətin naxışlı idi. Kiçik ekranlı «Luç» televizoru küncə qoyulmuşdu. Çarpayının yanındakı zivənin üstünə bozumtul örtük çəkilmişdi. Çox yeri süzülmüş palazın aralarından qırmızı şirəli taxta döşəmə görünürdü. Divarda zərli çərçivələrdə güzgü və foto şəkillər asılmışdı. Feyzullanın arvadı Həcərin cavanlıq şəkilləri, Eldarın şəkilləri. Bu şəkillər kiçik idi. Ortada isə başqa bir kişinin iri şəkli asılmışdı. Bu kişi - Feyzullanın mərhum bacanağı Həcərin bacısı Qəmərin əri akademik İsgəndər Muradəliyev idi. İsgəndər və Qəmər neçə il bundan qabaq avtomobil qəzasında həlak olmuşdu.
    Feyzulla içəri girəndə Həcər dəhliz-mətbəxdə qonşu Anaxanımla söhbət edirdi.
    Otaqdan və dəhlizdən qarışıq bir iy gəlirdi. Nəmişlik, rütubət, bulanıq qab-qacaq, semişka yağı, bir də paltar sabunu iyi.
    Anaxanım Feyzullanı görüb:
    -Hər vaxtınız xeyir, - dedi, - sonra Həcərə tərəf döndü, - yaxşı bacı, mən ketdim.
    Feyzulla otağa daxil oldu, pencəyini çıxarıb səliqəylə stulun başına keçirtdi, dəhlizə qayıdıb ləyənin üstündə əl-üzünü yudu.
    -Bəs heç bozbaşın iyi burnuma dəymir, - deyə zarafatla Həcərə müraciət etdi.
    Həcər dinmədi. Feyzulla cavab almağa tamamilə ümidini itirmişdi ki, Həcər birdən açıldı:
    -Bozbaş! Yox bir cücəplov. Ət alıb gətirmişdin, bozbaş istəyirsən? Kolbasadan bişirəcəyəm bozbaşı?
    -Daha dava niyə eləyirsən. Mən elə bildim ət almısan.
    -Görəsən hansı pula? heç bilirsən neçəyədi ət bazarda? Sənin gətirdiyin pulnan gündə ət almaq olar? Odey dünənki dolmadan qalıb, qızdır ye.
    -Neynək, dolma daha yaxşı.
    O, mətbəxə keçib dünənki, daha doğrusu srağagün bişmiş dolmanı odun üstünə qoydu. Bir az sükutdan sonra Həcər yenə başladı:
    -Bozbaş! Könlünə bozbaş düşüb, - o heç cür sakit ola bilmirdi. - Adam ayağını yorğanına görə uzadar. Yerə soxum boyunu, bu da adını kişi qoyub.
    Loğma Feyzullanın boğazında qaldı:
    -Ay arvad, nə düşmüsən üstümə, qoymazsan bir parça zəhirimarımızı yeyək.
    -Ye də. Görüm heç yediyin boğazından keçməsin. Hamı ərə gedir ağ günə çıxır, bu da adını ər qoyub.
    Feyzulla yorğun bir hərəkətlə başını qaldırdı.
    -Axı nə olub yenə? - dedi.
    -Nə olacaq? Odey, Anaxanım kəlmişdi. Ərnndən, evindən, dolanışığından danışır, adam yanır-yanır yaxılır. Topal Səfdərin qızı elə dolansın, Dursun bəyin qızı belə.
    Feyzulla söhbəti zarafata salmağa çəhd elədi:
    -Neyniyim, ay arvad, özün mənə aşiq olmuşdun da. Özün mənə qoşulub qaçmadın?
    -Kaş mənim qıçım sınaydı, sənə qoşulub qaçan kün, gözüm kor olaydı, səni görən gün. Kül mənim kic ağlıma, uşaq idim, nə qanırdım, gəldin kəndə teatr çıxartdın, mənim də gözüm tutuldu. Mən Qəmərdən min pay gözəl idim, o, İsgəndər Muradəliyevə qismət oldu, mən də sənə...
    Feyzulla boşqabını, çəngəlini mətbəxə apardı, səsi dəhlizdən gəldi.
    -Utanmırsan, Həcər? heç olmasa Qəmər yazığın adını çəkmə.
    -Yazıq niyə olur Qəmər?    - Həcər köksunü ötürdü, bir müddət susdu, sonra öz fikirlərinə cavab verirmiş kimi sözünə davam etdi...
      - - Zato bir gün gördü. Öldüsə də heç olmasa yaşayanda insan kimi yaşadı. Evi, eşiyi, pulu, varı, dövləti... Beş gün dünyada kefin çəkdi, dünyadan gedəndə də bir şey görub getdi. Amma mən sabah yıxılıb öləndə nə deyəcəm. Nə gördüm bu dünyada? Sənin bu qıcqırmış sir-sifətini, bir də bu iylənmiş xarabanı... Budu mənim gördüyüm... Camaat kefində-damağında… eh, - deyə birdən özü öz sözünü kəsdi, - sənə dedim-demədim nə təfavütü var?
      - Feyzulla özünə çay töküb gətirmişdi, balaca armudu stəkandan qurtum-qurtum içirdi.
      -Həcər, - dedi, - görürəm bu gün sənin əhvalın özündə deyil. Anaxanım da gəlib səni fitdəyib.
       -Məni fitdəmək-zad lazım deyil. Özüm koram, görmürəm, xalq necə dolanır, biz necə dolanırıq.
      - Feyzulla çayını içdi, aparıb stəkanı əlüzyuyanın altında suya çəkdi, otağa qayıtdı.
      - Həcər:
       -Eldar dünən bir halda gəlmişdi ki, çırtma vursaydın qan damardı. Dərsə bir müəllim gəlib, səni yaş yuyub, quru sərib.
      Feyzulla:
       -Eşitmişəm, - dedi, - Aydın dedi mənə, Eldarın yol daşı.
       -Eşitməyindən nə olsun? Guya gedib o müəllimi asıb-kəsəcəksən. Kimdi sənin sözünə məhəl qoyan?
       Feyzulla sakit qulaq asırdı. Ən ağır, ən kinayəli sözləri belə gündə eşidərsənsə, onlar artıq dəyərsizləşir, vərdiş halına keçir, odur ki, nə incidir, nə ağrıdır. Bəlkə bir qədər yorur, vəssalam.
       Həcər isə yorulub usanmaq bilmirdi.
       -Deyir, ay ana, mənim atam axı niyə belə fərsizdir. Mənə də deyir onun ucbatından hamı yuxarıdan aşağı baxır. Atam olmasaydı, deyir, heç olmazsa bilərdim ki, yetiməm, biri mənə közün üstə qaşın var deyə bilməzdi, amma bu sağdır, hamı bunu körür, tanıyır, hamı buna külür, rişxənd eləyir, ələ salır, mən də qalıram içimi yeyə-yeyə.
        - Eldar heç vədə belə söz deməz.
        - Yalan deyənin lap atab atasına lə'nət. - Həcər əlini stolun üstündəki kiçik çörək qırıntısına uzatdı, onu barmaqları arasında ovxaladı, - bax bu bərəkət haqqı, uşaq danışırdı, ürəyim qan olurdu. Mama, deyir, mən kimdən əysiyəm ki, kaş deyir mən də böyük bir adamın oğlu olaydım. Mən deyir cavanam, gözələm, öz üzərimdə deyir, çalışıram, kecəni gündüzə qatıb oxuyuram, biliyimi, savadımı artırıram. Görürsən, deyir, bir məclisdə, bir kompaniyadayıq. Qızların hamısının gözü məndədir. Mənim də deyir görürsən birindən xoşum gəlir, Tanış oluruq, danışırıq. Kitablardan, teatrlardan, kinolardan, hardan deyir desə mən də xəbər verirəm, xəcalət qalmıram. Amma bir də görürsən deyir, axmağın birisi gəlir, nə bir savadı, biliyi var, nə də bir əməlli sir-sifəti, vücudu üç qəpiyə dəyməz, amma di gəl böyük bir şişqanın oğludur, ya da ki, atası kalandır, ayağının altında maşını, cibində pulu. Görürsən qıza dedi ki, gəl otur maşınıma, səni gəzdirim. Qız da deyir daha onu qoyub mənimlə gəzməyəcək ki...
     Feyzulla:
      - O cür qızla elə gəzməsə yaxşıdır, - dedi. - O nə qızdır ki, pula, maşına qəlbini satır.
      Həcər susub bir müddət maddım-maddım Feyzullaya baxdı, sonra iki əliylə ona boğma çıxarıb:
      -Ala ey, külü qoyum ağlıva, - dedi, - durdu, durdu, söz danışdı da... Elə bütün ömrünü belə əfəl olmusan ki, bu günə qalmısan da...
      Feyzulla nəhayət hövsələdən çıxdı:
      - Arvad, bilirsən nə var?- dedi. - Bəsdi. Sən dedin, mən dinmədim, amma daha cızıqdan çıxdın, ağ elədin. Mənim də özümə görə heysiyətim, mənliyim var.
     Həcər:
     -Sənin mənliyinə ki, - dedi, - yaxşı, yum, səninlə danışanda bütün qanım qaralır.
      Feyzulla ayaqqabılarını çıxarıb çarpayısına uzandı. Həcər dəhlizə çıxdı. Ordan qab-qacaq səsi, çəngəl-bıçaq cingiltisi eşidildi. Feyzulla gözlərini yumdu, mürgülədi. Bir azdan Həcər yaş əllərini silə-silə otağa qayıtdı:
      -Anaxanım deyir, bəs bütün artistlərə ad veriblər, ərivi niyə yaddan çıxarıblar?
      Feyzulla cavab vermədi. Ya doğrudan yatmışdı, ya da yalandan özünü yuxuluğa qoymuşdu.
      Həcər:
      -Sən yat, - dedi, - sənə nə var ki, buğda yeyib cənnətdən çıxmısan.
      Dəhlizə getdi, bir azdan yenə qayıtdı.
      -Eldar deyir ki, kaş bircə dəfə mənim dədəm haqqında da qəzetdə bir kəlmə xoş söz yazaydılar. Yoxsa ya heç nə yazmırlar, ya da bircə kəlmə yazırlar ki, «Kəbirlinski yenə də rolunun öhdəsindən gələ bilmədi».
      Feyzulla aramla gözlərini açdı, uzun-uzadı Həcərə baxdı:
      -Həcər, - dedi. - Bəlkə məsələni açıb Eldara deyək.
      Həcər birdən-birə elə bil dəyişib başqa adam oldu, sapsarı saraldı, sanki balacalaşdı, büzüşdü və qəflətən qocaldı. Boğuq səslə:
      -Nə danışırsan, ay kişi? - dedi. - Ağlın çaşıb. Sən atovun goru heç o fikri başına gətirmə.
     Gözləri dolmuşdu. Dəsmal çıxarıb gözlərini sildi, dəhlizə keçdi və Feyzulla evdən kedənəçən bir kəlmə də danışmadı.
      Düz altıda Feyzulla televiziya studiyasında idi. Yavaş-yavaş artistlərin hamısı gəlib yığışdı. Rejissoru gözləyirdilər. İri procektorların işığı və istisi studiyanın içini hamama döndərmişdn. Mikrofonlar - budaqdan sallanmış armud kimi artistlərin başları üzərindən asılmışdı.
      Cürübbəz, balaca boylu, çevik Mamed ora-bura şütüyür, bu qapıdan girib, o qapıdan çıxırdı, müxtəlif göstərişlər, sifarişlər verirdi. Tez-tez «deməli belə, deməli belə» deyə təkrar edirdi. «Deməli belə, sən burda durarsan, sən burdan girirsən. Aha, deməli belə, üçüncü kamera, sən bu tərəfdən nayezd eləyirsən, krupnı plan, sonra sən soldan götürürsən, ikinci kamera. Deməli belə, mən, işarə verəndə bas düyməni. Burax musiqini. Deməli belə, hamı burdadır, hamı öz yerindədir. Budey Siyavuş müəllim də gəldi».
      Feyzullanın ürəyi düşdü. Nə biləydi ki, televizorun bu axşamkı verilişinə Siyavuş dəvət olunub. O, televiziyaya tez-tez gələn deyildi. Recisorun Siyavuş olduğunu bilsəydi, mütləq boyun qaçırardı. Siyavuş da dərhal onu gördü.
      -Kəbirlinski,- dedi: - balam, mən səndən qaçıram, sən də hara getsəm çıxırsan qabağıma. Ay kişi, qoymazsan gözümüzü açaq.
      Hamı gülüşdü. Siyavuşun özünün də deyəsən kefi kök idi. Mamedə müraciətlə yavaşdan:
      -Bu zırramanı hardan tapıb gətirmisən? - dedi.
      -Deməli belə, Sadıq bu gün zəng elədi ki, xəstəyəm, qaldım əlim yandıda, rastıma Kəbirlinski çıxdı, çağırdım.
      Siyavuş başını buladı.
      Mamed:
      -Əşi cəmi-cümlətanı ikicə kəlmə sözü var, - dedi.
      P...- poz onu da.
      -Nəyi?
      -Kəbirlinskinin sözünü. Nə sözdü ki?
      -Heç nə, kağızları gətirir, deyir... qoy bu saat baxım nə deyir - mətni vərəqlədi, - hə, deməli belə, «bu da sizin kağızlar».
      -Poz getsin. Gəlsin, dinməz-söyləməz kağızları versin, izalə olub çıxıb getsin. Onun səsini eşidəndə təpəmdən tüstü qalxır.
      Mamed güldü və cümləni pozdu. Sonra Kəbirlinskiyə yanaşdı:
      -Deməli belə, Feyzulla, - dedi, - sözlərini saldıq ixtisara, elə belə dinməzcə girərsən bax bu tərəfdən, kağızları verib çıxıb gedərsən, vəssəlam, bildin?
     - Salam da verməyim?
     - Yox, yox, sən atovun goru, xataya salma bizi, elə kağızı qoy çıx, bildin?
     -Bildim, bildim-. Baş üstə. 
      - Mamed:
      -Deməli, belə. Hərə öz yerinə keçsin, - dedi, - beş dəqiqədən sonra efirdəyik.
      Hamı öz yerini tutdu, donub qaldı. Kameralar tüfənk lüləsi kimi hədəflərə - aktyorlara tuşlandı. Siyavuş, Mamed, səs Rejissoru idarə pultunun arxasına keçdilər, daxili ekranlarda müxtəlif kameralarla - müxtəlif görüm nöqtələrindən göstərilən səhnə donub qalmışdı. Çay nəhrə tərəf axan kimi maddiləşmiş, sərhədlənib qalıba, məcraya salınmış televiziya vaxtı qaçılmaz bir labüdlüklə saat yeddiyə doğru axırda - düz saat 7:00-də efirə çıxacaqdılar.
      Yeddiyə 15 saniyə qalmış Siyavuş daxili mikrafonla:
      - Diqqət! Efirdəyik, - dedi və düyməni basdı. Səs Rejissoru musiqini buraxdı, birinci kamera verilişin titrlərini göstərdi. Veriliş başlandı.
      Qırx dəqiqədən sonra Siyavuş papiros yandırıb ayağa durdu. Veriliş sona yetmişdi. Aktyorlar studiyadan çıxdılar.
      Kəbirlinski Mamedin qoluna girib bir qırağa çəkdi.
     -Mamed, başıva dönüm,- dedi, - pul kağızında mənim adım var da?
      -Əlbəttə, Kəbirlinski, ayıb sözdur, havayı işləmirsən ki, hələ kommunizma gəlməyib, hələ sosiyalizmadır - kommunizmaya keçid mərhələsi.
      -Yox, bilirsən niyə soruşuram? Deyir başına kələn, başmaqçı olar. Bir dəfə də sözsüz çıxış eləmişdim, beləcə sözsüz rol idi. Buxqalteriyada adımı pozmuşdular.

   
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (04.10.2013) | Müəllif: R.C E W
Baxış: 534 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more