AT PƏLƏNGƏ NECƏ KƏLƏK GƏLDİ
Meşə qırağındakı çəmənlikdə bir at otlayırdı, ondan azca aralı dayça özü üçün atılıb-düşürdü. At tez-tez balasını səsləyirdi; onu çox istəyirdi. Dayça isə meşə qırağında keyfi kök, atılıb- düşürdü: gah anasının yanına qaçır, gah da dördayaq o tərəfə götürülüb qaçırdı.
-Oğlum, qulaq as, gör nə deyirəm, - deyə at oğluna nəsihət etdi. - Uzağa qaçma. Buralar qorxuludur. Sən həmişə mənim yanımda ol. Bir şey olanda da harayına tez çata bilim.
-Yaxşı, - deyə dayça ona cavab verdi. - Ancaq bir de görək ki, çəməndə qorxulu nə ola bilər?
-Çəməndə yox, ancaq bax, o meşədə ola bilər, orada çoxlu pələng var. Onlar çox dayçaların anasını ağlar qoyublar.
Dayça bunu eşidəndə qorxudan bədəni tir-tir titrədi. O, pələngin pəncəsinə keçməkdən bərk qorxdu.
Günlərin bir günündə dayça gördü ki, meşədən xallı bir heyvan çıxdı.
Dayça ömründə bu cür bədheybət, qorxulu bir heyvan görməmişdi. Onun parıldayan iri gözləri vardı, özü də yavaş-yavaş düz dayçanm üstünə gəlirdi.
-Ay oğlum, - deyə at təşvişlə dilləndi - tezol, bircə keç mənim qabağıma. Bu gələn pələngdir!
Dayça da pələng adını eşidən kimi qorxudan bağrı yarıldı. O saat keçib atın qabağında dayandı.
Pələng bu vaxt dayanıb ürəyində öz-özünə belə deyirdi: “Əgər mən indi dayçanın üstünə atılsam, yəqin ki, anası onu müdafiə edəcək. Əlbəttə o boyda böyük atın öhdəsindən gəlmək asan deyil. Yaxşısı budur, mən bir kələk işlədim. Nahaq yerə özümü niyə əldən-dildən salım?! Hamısından yaxşısı budur ki, atın başını elə aldadaram ki, heç özünün də xəbəri olmadan dayça olar mənim”.
Pələng, ata yaxınlaşıb özünü elə tutdu ki, guya heç bir pis niyyəti yoxdur. O, hörmətlə baş əyib dedi:
-Sabahmız xeyir, hörmətli at! Necəsiniz, uşağınız necədir?
-Çox sağ olun, hörmətli pələng, biz sağ-salamatıq! - deyə at ona cavab verdi.
-Mən məşhur həkiməm, bütün xəstəlikləri müalicə edirəm. Üz-gözündən görünür ki, sizin uşağınız xəstədir. Bədəni arıqdır, ayaqları çöp kimi nazikdir. İcazə verin onu özümlə meşəyə aparım. Orada uşaqlar üçün bizim xəstəxanamız vardır. Mən uşağınızı orada müayinədən keçirib ona lazımi toz dərmanı yazaram.
At o saat pələngin niyyətini başa düşdü.
-Ay həkim, siz lap elə vaxtında gəlmişsiniz, - dedi. - Beş gündür ki, mənim ayağım ağrıyır. Yəqin ki, ayağıma tikan batıb. Mənim ayağıma baxarsınızmı? Sonra da oğlumu özünüzlə aparıb müalicə edərsiniz.
Pələngin keyfi kökəldi.
-Göstərin ayağınızı görüm! - deyə o təkəbbürlə səsləndi. ;-Hansı ayağınız ağrıyır?
-Ay həkim, sağ ayağım!
Pələng əyilib atın ayağma baxmağa macal tapmamış at, pələngin başına qüvvətli bir zərbə endirdi. Pələng, tufandan yıxılan ağac kimi yerə dəydi.
At dayçaya dedi:
-İndi də tez evə! Qoy pələng qalıb mənim ayağımı necə müalicə etmək barəsində düşünsün!
Onlar qaçıb öz tövlələrinə gəldilər.
SABAH VƏ BU GÜN
Bir dəfə yağışlı bir gündə Kra adlı meymunla Raonq adlı qurbağa ağac altında oturub soyuqdan bir-birlərinə şikayət edirdilər.
-Krrx, krrx! - deyə Kra öskürdü.
-Qur, qur, qur! - Raonq quruldadı.
Yağışda islanmaqdan lap təngə gəlmişdilər, soyuqdan da tir- tir əsirdilər. Onlar öz aralarında söz verdilər ki, sabah ağac doğrasınlar, qabığından da özlərinə koma düzəltsinlər.
Səhərisi elə bir gün çıxdı ki, istisi lap dağı-daşı yandırırdı. Özü də hava elə qəşəng idi ki, Kra ağacın başında oturub işıqdan və istidən həzz alırdı, Raonq isə ağacın kökünə yaxın yerdə əyləşib özünü günə verirdi.
Nəhayət Kra ağacın başından enib dedi:
-Hə, dost, necəsən, özünü necə hiss edirsən?
-Çox gözəl! - deyə Raonq cavab verdi.
-Yaxşı, de görək ki, özümüzə koma düzəltməyə başlayaq, ya yox? - deyə Kra soruşdu.
-Eh, sən nə danışırsan! - deyə Raonq cavab verdi. - Sabah da düzəldə bilərik. İndi isti, canıma elə yayılır, mənim üçün elə ləzzət eləyir ki!
-Əlbəttə, komanı sabah da düzəldə bilərik! - deyə arsız Kra onunla razılaşdı.
Bütün günü onlar günün istisindən keyf çəkdilər.
Axşam yağış başladı.
O biri günü onlar yenə də ağacın altında oturub soyuqdan və rütubətdən bir-birinə şikayət edirdilər.
-Krrx! - meymun öskürdü.
-Qur, qur, qur! - qurbağa quruldadı.
Onlar yenə də qərara aldılar ki, sabah ağac kəsib, özləri üçün koma düzəltsinlər.
Ancaq səhəri yenə də elə qəşəng gün çıxdı ki, Kra ağacın başmda oturub istisindən ləzzət aldı, Raonq isə ağacm kökünə yaxm bir yerdə özünü günə verdi.
Kra dünənki danışıqlarını Raonqa xatırlatdı, Raonq yenə də etiraz etdi:
-Bu cür qəşəng günü nə üçün korlayaq! Komanı sabah da düzəldə bilərik.
Eyni şey hər dəfə təkrar olurdu.
Elə bu günə kimi onların işi bu yerdədir.
Kra və Raonq hələ də ağacın altında oturub yağışdan islanır, soyuqdan şikayətlənirlər:
-Krrx! Krrx!
-Qur, qur, qur!
|