Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı |
Tərcümə-Sergey Mixalkov. Foma
Tində var bina, Bir baxın ona, Orda yaşayır İnadkar Foma. Məktəbdə, evdə, Lakin, nədənsə İnanmır əsla Foma heç nəyə, Foma heç kəsə. Payızda palçıq Basanda yolu, Yağanda yağış, Yağanda dolu, Bu zaman ana, -Qaloşunu gey, Söyləyir ona. İnanmır amma, İnanmır Foma: -Yalandır, -deyə, Foma qaloşsuz Çıxır küçəyə. Şaxtalar düşür, Hamı geyinir, Xizəyə minir, Gəzir, sürüşür... -Qış gəlib daha, Qalın geyin, çıx- Deyirlər ona. İnanmır amma, Üst-başı açıq Gedir küçəyə, Gəzməyə Foma. O, zooparka Uşaqlarla bir Gəzməyə gedir. Deyirlər ona: -Bu fildir, Foma! Foma inanmır, Deyir yalandır! Deyir! - Düz deyil! Deyir ki, filə Oxşamır bu fil! Bir gün də yuxusuna Görün hələ nə girir: Elə bil Afrikanı Addım-addım o gəzir. Afrika günəşi də Yaman yandırıb-yaxır. Konqo adlı çay da ki, Axır, axır, hey axır... Uşaqlar, budur, Yetişir çaya Hamı bir səslə Deyir Fomaya: -Ey, çimmək olmaz, Burda timsah var, Səni parçalar! Bu sözlər ona Kar etmir amma, -Yalandır!-deyir Yenə də Foma. Atıb tuman-köynəyi Sahilə, qumlar üstə, Dəcəl atılıb-düşür Çay boyu üzə-üzə. Odur, timsah yetişir, Ağzını da açıb, bax! Uşaqlar qışqırırlar: -Yüyür, qurtar, ay axmaq! Cavabında gör hələ Nə eşidir uşaqlar: -Özünüzü öyrədin, Mənim on bir yaşım var! Timsah onu haqlayır, Çəmkirir də Fomaya. Necə də qəzəblənib, Qurtarmaq olmaz daha... Yırtıcının ağzında Diyirlənir kəlləsi, Ancaq yenə sahilə Gəlir Fomanın səsi: İnanmıram... Düz deyil... Udqundu, nəfəs aldı, Qarnı tox oldu timsah. Baş vurub göy sulara Sonra yox oldu timsah. Tuman-köynəkdir qalan Qum üstündə bir indi. Daha qorxulu çayda Bir kimsə çimmir indi. Foma qalxır yuxudan, Başa düşmür bu nədir. Baxır tuman-köynəyi Stolun üstündədir. Foma heyrət içində, Təəccüblə dillənir: -İnanmıram, yoldaşlar! Yox, bu yuxu deyildir! Foma kimi Fomalar Gəzin, görün harda var? Bu şerimi onlara Oxuyun, ay uşaqlar! | |
Baxış: 522 | |
Bütün rəylər: 0 | |