Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Məmməd Araz-Məmməd Arazın poemaları
Məmməd Arazın poemaları

        1961-ci ildə Məmməd Arazın "Üç oğul anası” kitabçasını alıb yavaş-yavaş dəniz sahilinə doğru addımladım. Elə gözəl hava vardı ki, dənizə baxmaq və sahildə bir az dincəlmək istədim. Bir ağaca söykənib təzə aldığım kitabı vərəqləməyə başladım. Bir də gördüm ki, şerləri oxuyub qurtarmışam. Şerlər xoşuma gəldiyi üçün poemanı da oxumağa həvəs göstərdim. Oxuduqca məmnun qalırdım, sevinirdim, marağım daha da artırdı. Poema elə güclü təsir buraxdı ki, təkrar-təkrar bəzi bəndləri bir də oxudum. Bu gözəl hava, bu gözəl poema əhval-ruhiyyəmi dəyişib elə xoş ovqat yaratdı ki, nə sahildən, nə də kitabdan uzun müddət ayrıla bilmədim. 
        Poemada həzinlik güclüdür. Bu həzinlik əvvəldən axıra qədər davam edir, hadisələri, əhvalatları müşayət edən bir musiqi kimi səslənir, gah itir, gah kəskinləşir, gah bərkdən çıxır, gurlaşır, ümumi məzmunun oxucuya çatmasında rolu böyük olur. Təsvirçilikdən, epiklikdən uzaq olan bu poemanın bütün canı, ruhu, məğzi, əsası bu həzinlikdir. Çünki həzinlik əsərin öz məzmunundan, bir ananın böyük faciəsindən doğur. Şair üç oğul itirən o ananın dözümünü, böyük ürək sahibi kimi təmkinini, balalarına bəslədiyi böyük məhəbbətini, onların ölmədiklərinə, mütləq gələcəklərinə inamını, bütün bunlardan doğan iztirabını dərin bir hissiyyatla qələmə almışdır. Ana ölüm ayağında belə üç oğlunu düşünür, ölümdən möhlət istəyir ki, balalarının üzünü görsün, çünki onların həyatda olmadıqlarına inanmır. Belə bir inamla, sevgiylə yaşadığı üçün üç gün can verə bilmir. "Ölməzdir ölənlər vətən yolunda” deyən şairin poetik hökmü də yerinə düşür və daha yüksək məna kəsb edir. Ananın ana kimi yüksəkdə dayandığını, insan kimi böyüklüyünü, qüdrətini məharətlə canlandıra bilən şair həqiqətən onu oxucunun gözündə bir heykəl kimi ucaldır. 
        M.Arazın ilk poeması kimi çox müvəffəqiyyətli çıxan bu əsər tənqid tərəfindən də yaxşı qarşılandı, müxtəlif məqalələrdə ona layiqincə yüksək qiymət verildi. Hətta namizədlik dissertasiyalarında bu poemaya istinad edib müxtəlif maraqlı fikirlər söylənildi. Misal üçün, Rafiq Əliyevin "Azərbaycan poemasının inkişaf problemləri” mövzusunda 1984-cü ildə müdafiə etdiyi dissertasiyasında "Üç oğul anası” poemasına geniş yer verilmişdir. 
        1964-cü ildə şairin "Araz axır” adlı yeni kitabında üç poemadan ikisini oxudum, amma təkrar çap edilən "Üç oğul anası” poemasını yox! Sözün düzü, mənə çox tanış olan bu poemanın ilk oxunuşundan aldığım ilk gözəl təəssüratın dağılacağıdan qorxdum. İstədim ki, həmişə o gözəl təəssürat mənim varlığımda qalsın. Qaldı da! O biri kitablarında da bu poemanı yenə oxumadım. Tale elə gətirdi ki, 1986-cı ildə çıxan "Seçilmiş əsərləri”nin ilk variantını əlyazması şəklində mən oxudum. "Üç oğul anası” poemasına gəlib çatanda bir anlıq tərəddüd etdim, ilk təəssüratım yadıma düşdü. Bu dəfə poemanı oxumağa məcbur idim. Oxudum və sevindim, çünki gözəl təəssüratım dağılmadı, poemada yeni keyfiyyətlər kəşf etdiyim üçün bu poemanın müəyyən vaxt üçün yox, həmişəlik, əbədilik ömür qazandığına tam əmin oldum. 
        "Araz axır” poeması Məmməd Arazın ilk poeması kimi müharibə mövzusundadır. Ancaq bu iki poema bir-birindən tamamilə fərqlənir. "Araz axır”da müharibə səhnələri yoxdur, onun doğurduğu faciə də yoxdur, amma həyat eşqi və məhəbbət var, ayrılıqdan doğun həsrət, hicran duyğuları var. Onun müharibə ilə əlaqədar "Əsgər qəbri haqqında ballada” adlı üçüncü  poeması da çap olunub. Adi bir əsgər qəbrinin şairə göstərilməsi onun üçün ən gözəl mövzuya çevrilib. Məzmunu iki-üç kəlmə ilə danışmaq olar. Amma Məmməd Araz əməlli-başlı bir poema yazıb. Xarici ölkədə öz adını və soyunu qəbrin üstündə görən kimi şair elə təsirlənir ki, qəbrdə yatan tanımadığı əsgərlə özü arasında dərin bir ünsiyyət yarada bilir. Axı ikisinin də ad və soyu eynidir: Məmməd İbrahimov! Buna görə qəbrdə yatan əsgərə canlı kimi baxır və onunla söhbətə başlayır. "Görürsənmi, mən də sənəm” deməklə öz həyatını onun həyatının davamı kimi təsəvvürə gətirir. Bununla əlaqədar doğan fikirlər, mühakimələr, mülahizələr, nəticələr - bir istiqamətə - insanlar yaşasın deyə həyatını qurban  verən əsgərin ölməzliyinə yönəldilmişdir.
        Sənin qalib niyyətinəm,
         Yaşayıram.
         Yaşamağa nə var,
         Nə var, qardaş,
         Hünər  odur yaşadasan!
         Həm "Araz axır”, həm də "Əsgər qəbri haqqında ballada” poemalarında oğlunu cəbhədə itirən bir ana surətinin xatırlanması "Üç oğul anası” poemasını yadımıza salır, bu əsərdəki ana gözümüzün önündə canlanır. Sanki şair məhz ananı xatırlayır, oxucu da onu görür və onun haqqında düşünür. Gülsənəm kimi analar Azərbaycanda çoxdur, şairin onlara məhəbbəti böyükdür.
        Ümumiyyətlə, Məmməd Arazın poemaları lirik hisslərlə zəngindir. O, epik janrdan qaçır, təsvirçiliyə, ümumiliyə yox, konkretliyə, məzmunla bağlı olan duyğulara geniş yer verir, fikirlər, mühakimələr daxili hissiyyatla və həyat cizgiləri, lövhələri ilə birləşir.
        Onun o qədər də nəzər diqqəti cəlb etməyən bir poeması "Paslı qılınc”dır. Əslində yaxşı poemadır, onun təsvirlərində qəribə bir sakitlik və təmkin vardır. Əsər meşələr qoynunda olan sakit bir gölü xatırladır. Elə bil adını daşıyan bu əsərin özü də hardasa unudulub, yaddan çıxıb, bir küncdə qalıb, "paslı” şəkildədir, əgər onu götürsən, pasını təmizləsən, qılınc kimi par-par parıldar. Bu mənada poema öz tədqiqatçısını gözləyir, açsın, təhlil etsin, bütün müsbət və zəif cəhətlərini süzgəcdən  keçirib əsil qiymətini düzgün verə bilsin.
        Heç şübhəsiz, Məmməd Arazın poemaları içində ən güclüsü, qüdrətlisi "Atamın kitabı”dır. Onun əsərlərinə məxsus ən müsbət cəhətləri bu poemada görmək olar. Belə ki, onda həyat nəfəsi, həyat ətri, torpaq ətri çox güclüdür. Bu isə əsərə əbədilik gətirmişdir.
        Poemada təkcə 100 ildən çox yaşayan bir qocaman insanın həyatı qələmə alınmamışdır. Qoca əsil həyat adamı, torpaq adamıdır, zəhməti sevən, ona bağlanan, torpaqdan dürr çıxaran bu adamın ömür yolu poemada sətirbəsətir açılır və işıqlanır. Müəllif onun bu torpaq sevgisini, zəhmətə bağlılığını ümumi sözlərdə yox, konkret canlı və bədii boyalarla verməyi bacarmışdır. Qoca sadə olduğu qədər də müdrikdir. Səhərdən axşama qələr torpaqda çalışmaqdan yorulmur və bu onun üçün əzab-əziyyət deyildir. Qoca təbiətin canlı bir varlığı kimi təbiətin özü ilə birlikdə poemada canlanır, ətə-qana dolur, insan kimi gözümüzun qarşısında ucalır:
        Gözaltı bir onun əllərinə bax,
        Palıddan yonulmuş şanaya bənzər.
        Axşam corabından ovduğu torpaq
        Yığılsa, bir ilə təpə düzələr!
        "Atamın kitabı” həm ənənəvidir, həm də yenidir, orijinaldır. Mirzə Cəlilin "Anamın kitabı” ilə sərlövhə cəhətdən səsləndiyi kimi məzmun cəhətdən də müəyyən uyğunluqları vardır. Bunun özü ayrıca tədqiq olunmalı məsələdir. "Milli birlik və mənəvi ucalıq” /İsa Həbibbəyli haqqındakı bu poemada Məmməd Araz təkcə öz doğma kəndinin yox, öz doğma atasının yox, bütün Azərbaycan mənəviyyətının tarixini, ruhunu, gözəlliyini tərənnüm edib. Ona görə poema böyük əhəmiyyətə malikdir. Bütün bunları da vaxtında varlığına hopdurmağı bacaran şairin qüdrəti ondadır ki, bu böyük xalq mənəviyyatını - həyata münasibətini, düşüncə tərzini, əxlaqını, saflığını və bu saflıqdan doğan fikirlərini parlaq şəkildə ifadə edə bilmişdir. Məmməd Araz dünyaya göz açdığı vaxtdan bu torpaqla, bu kəndlə, bu mənəviyyatla, hər açan çiçəklə, hər ötən buludla elə təmasda, elə ünsiyyətdə olub ki, bunlarsız nə onun həyatını, nə də yaradıcılığını təsəvvürə gətirmək olmaz. "Atamın kitabı” poemasında bir-birindən maraqlı fikirləri, etirafları, ricətləri, hissləri həm ayırmaq, həm də əlahiddə bir parça kimi qəbul etmək olar. Məsələn, "Tüstüsü düz çıxan ocaqlar” fəslində şair adi ocaq tüstülərini elə mənalandırır ki, həm dərinlik, həm də gözəllik qazanır. Ocaq tüstüləri tək bir kəndə yox, Azərbaycanda yüzlərlə, minlərlə kəndə məxsus olan bir cəhətdir. Demək, şair öz kəndindəki tüstüləri verməklə Azərbaycanın bütün kəndlərinə, xüsusilə dağ kəndlərinə aid olan mənzərələri canlandırmağa nail olmuşdu. Məgər M.Arazın məqsədi tüstülərin mənzərələrini verməkdən ibarətdir? Qətiyyən. Belə olsaydı, bu fəsildən heç danışmağa dəyməz. Bu kiçik parçada tüstülərlə əlaqədar həm lövhə var, həm maraqlı fikirlər var, həm də mühakimələr, düşüncələr... Bunların hamısını açmaq, təhlil etmək üçün böyük bir məqalə yazmaq lazımdır:
        "Bəs o, tək qarının tüstüsü hanı,
        Tüstüsüz ocağa qar-yağış gülər.
        Oğul yollarına baxan ananı
        Tüstüsüz qoymayın, ay tüstülülər!”
        Bu bir bənddə tüstüsüz bir ev, tənha yaşayan bir ana gözümüzün önündə canlanır və istər-istəməz üç oğul anası yada düşür. Şairin bir ananı "tüstüsüz qoymayın, ay tüstülülər!” xitabında nə qədər böyük insanlıq, nəciblik, bir az da kövrəklik gizlənib. Ayrı-ayrı misralara, beytlərə fikir verin:
        Odsuz ocaqlara od aparanlar
        Udub ürəyində öz tüstüsünü.
        Düz çıxan tüstülər çox qorxuludur.
        Bəzən göz aldanar, iştah aldanar
        Tüstüsü düz çıxan ocaqlar ilə.
        Tüstüsü düz çıxır ocaqdır demək!
        Onun tüstüsünün boyuna bax ha!<
        Elə arvadı da tüstü ədalı...
        Bu misraların sayını artırmaq da olar. Bu tüstülərin insanlarla, onların münasibətləri ilə, hətta ədəbi mühitlə, "neçə düz tüstülü yazılarımız” deməklə bədii əsərlərlə əlaqələndirilməsi, bunların isə yeni mənalar kəsb etməsi çox maraqlıdır.
        Poemanın ən güclü, ən zirvə hesab edilən "Dağla üz-üzə” fəslinin həyati əhəmiyyəti o qədər böyükdür ki, heç nəylə müqayisə olunmaz. Bu didaktika, nəsihət deyildir, amma bunlardan da üstündür. Bu günkü insanlara xitabən deyilən sözlər, fikirlər, mühakimələr elə faydalı, yerində, düz, haqlı və həyatidir ki, hamıda həyəcan doğurur. Poemanın digər fəsilləri, hissələri də belə güclü və belə maraqlıdır.
        "Atamın kitabı” poemasında xarakter səviyyəsinə qaldırılan surətləri yadda qalır, unudulmur. Əsas və aparıcı qoca olsa da, onun bitkin, canlı və dolğun surəti yaradılsa da, həyatının ən maraqlı, ən mühüm səhnələri verilsə də, bu qoca ilə əlaqədar olan həyat yoldaşı da, qonşu Camal kişi də, traktorçu oğlan da, ağzı ləyən Abbas da, kolxoz sədri də, intervü götürən müxbir də, hətta yubiley məclisini aparan qoca da poemanın özülünü, bünövrəsini, canını, ruhunu yaratmaqda az rol oynamırlar. Poemanın ən qüvvətli parçaları, ən güclü hissələri xalq dili ilə, o dərənin, o dağın ətri, şirəsi ilə yoğrulub, elə o təbiətin özü kimi təbii və gözəldir. Poema çəməni, gülü-çiçəyi, meşəsi, daşı-qayası, zirvəsi, qarı, buludu olan nəhəng bir dağa bənzəyir.
        Bu gözəl əsərin ən gözəl parçalarını məşhur aktyorumuz Mikayıl Mirzənin ifasında bir neçə dəfə dinləmək səadəti mənə nəsib olub. Hər dəfə də onun məharətinə heyran qalmışam, misraları oxumur, yaşayır, elə canlı,  elə təbii ifa edir ki, sanki bir ağsaqqal yana-yana danışır. Yeri gəlmişkən, bu poemanın geniş oxucu kütləsi arasında yayılmasında,sevilməsində müqtədir aktyorumuzun böyük xidmətini xüsusi qeyd etməyi vacib bilirəm.
        Məmməd Arazın müxtəlif vaxtlarda qələmə aldığı "Mən də insan oldum” və "Qayalara yazılan səs” poemalarının orbitində sənətlə həyatın təması, sənətkar və zaman məsələləri işıqlanır. Sənətin həyata və insanlara göstərdiyi təsirin necə güclü olduğunu bu poemalardan duymaq olar. Birinci poemada Məmməd Araz dahi Sabirin böyüklüyünə, sənətinin ölməzliyinə,
        deməklə sənətkarın indi də lazım olduğuna və xalq arasında mənəvi ömrünə inam hissi bəsləyir.
        "Qayalara yazılan səs” poemasında sənət, həyat, xalq - bunların vəhdəti - təbiətin gözəlliyi, dağların, qayaların, bulaqların və bu yerlərdə yaşayan mərd insanların timsalında verilmişdir. Poemanın əvvəlində qartalın təsviri ilk baxışda təsadüfi təsir buraxır. Lakin poemanı oxuyub başa vuranda o söhbətlər ilə, təsvirin çobanların yada saldığı böyük bir insanla mənalı, bir də unudulmaz xatirələri ilə əlaqədar olduğunu duymaq asandır. Poeziyamızın qartalı Səməd Vurğunun bu dağlara qonaq gəlməsi, çobanlar üçün şirin xatirəyə çevrilməsi, su içdiyi bulağa "Vurğun bulağı” adının verilməsi, qayalarda isə şairin səsinin əbədi qalması bu poemanın əsas, ruhu və canıdır. Qayalara yazılan səs müqəddəsləşib, bulaq da, qaya da çobanlar üçün bir muzeyə çevrilib. Poema el-obanın, xalqın sənətə və sənətkara bəslədiyi dərin məhəbbətinin ifadəsindən ibarətdir.
        Məmməd Arazın poemaları ilə şerləri arasında ciddi sərhəd yoxdur. Bunlar qovuşan, çağlayan şəlalənin gur, saf damlaları kimi, yaxud bir çəmənin gülləri, çiçəkləri, otları kimi bir-birindən ayrılmazdır. Eyni zamanda, ayrılıqda hərəsinin özünəməxsusluğu və gözəlliyi var. "Atamın kitabı” poemasını oxuyanda istər-istəməz "Ata ocağı” kimi gözəl bir şer yada düşür. Nə qədər yaxınlıq, doğmalıq özünü göstərir. Şerdə də oğlunu yola salan və kövrələn səksən yaşlı bir qocadır. Şair poemada da eyni qoca haqqında söhbət açır. Amma necə?! Həm ciddi fərq var, həm də oxşarlıq, yaxınlıq. Bu, özünü təkrar deyildir, şairin müxtəlif vaxtlarda yaşadığı, duyduğu hisslərdir, bu hisslərin öz məqamında, öz vaxtında təqdimidir və bu təqdimdəki əhval-ruhiyyənin, ovqatın dəqiqliyi, həyatiliyidir. Məhz şerləri ilə poemalarını bir-birinə yaxınlaşdıran bu cəhətdir. Şerləri kimi poemaları da şairin həyatından, taleyindən, varlığından, yaşadığı sevinclərdən, əzablardan, iztirablardan uzaq deyildir. Bu mənada "Atamın kitabı” poemasının əhəmiyyəti və dəyəri daha böyükdür.
        Məmməd Araz şerlərində olduğu kimi, poemalarında da özünə, nəfəsinə, yazı üslubuna, dilinə, sənətinə sadiq qalıb, onların həm məzmunu, həm bədii qiyməti yüksəkdir və Azərbaycan poeziyasının zənginləşməsində misilsiz rolu vardır. Şairin sənətə  sədaqəti - bu cildə salınmış poemalarında, N.Nekrasovdan, R.Taqordan, S.Mixalkovdan tərcümə etdiyi əsərlərində bir daha özünü parlaq surətdə göstərir.
        Əminik ki, Məmməd Araz poeziyasının gözə görünməyən dərin qatları, üzdə olmayan müsbət cəhətləri üzə çıxacaq, özünə daha geniş pərəstişkarlar qazanacaq, yeni gələn nəsillərin də ürəklərini ehtizaza gətirəcəkdir. Çünki bu poeziyanın mayası həyatdan yoğrulub, rəngləri, boyaları təbiətin  özündən götürülüb, qəhrəmanları da göydən düşən qəhrəmanlar deyil, şairin uşaqlığında, gəncliyində ünsiyyətdə olduğu adi, sıravi insanlardır. Elə buna görə onun poeziyası əbədiyyət qazanıb. Əbədiyyət qazanan şair isə xoşbəxtdir!
        Tofiq Mahmud
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (13.10.2013) | Müəllif: R.C E W
Baxış: 2184 | Reytinq: 3.0/3
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more