Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Yeni təyinatlar: «Dünya sivilizasiyasında Azərbaycanın yerini mədəniyyətimiz müəyyənləşdirəcək»
YENİ TƏYİNATLAR:
«DÜNYA SİVİLİZASİYASINDA AZƏRBAYCANIN YERİNİ MƏDƏNİYYƏTİMİZ MÜƏYYƏNLƏŞDİRƏCƏK»

     Əfəndiyev Elçin İlyas oğlu (Elçin) 1943-cü ildə Bakı şəhərində anadan olmuşdu. M.Ə.Rəsulzadə adına BDU-nun (keçmiş ADU) filologiya fakültəsini və Azərbaycan EA-nın ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasını bitirmişdir. Filologiya elmləri namizədi, əməkdar incəsənət xadimidir.
     Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi, Azərbaycan Yazıçılar İttifaqının idarə heyətinin katibi, Xaricdə Yaşayan Həmvətənlərlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti - «Vətən» Cəmiyyəti idarə heyətinin sədri vəzifələrində işləmişdir.
     Yazıçıdır, 30-dan çox kitabın, o cümlədən 2 elmi monoqrafiyamn, 300-dən çox elmi məqalənin müəllifidir. Əsərləri bir çox dünya xalqlarının dillərinə tərcümə edilmiş, nəşr olunmuşdur.
     Evlidir, 3 övladı var.
     -Elçin müəllim, yeni təyinat münasibətilə Sizi təbrik edirik. Hökumət işi oxucuların əlindən onların sevimli yazıçısını almayacaq ki?
     -Çox sağ olun. Yazıçı kimdir? Öz yazısı-pozusu ilə xalqa xidmət edən vətəndaş. Amma indi xalqımızın elə bir günüdür ki, yazı ilə edilən xidməti əyani xidmətlə birləşdirmək imkanı varsa, bundan istifadə etmək lazımdır. Bu gün mədəniyyətə, maarifə əməli kömək lazımdır. Qədim və zəngin milli ənənələrimiz olan bu sahələrdə onları bərqərar və inkişaf etdirmək gərəkdir. Bu sahələr dərin böhran içərisindədir. Bu böhran yalnız hansısa nazirliyin yaxşı və ya pis işləməsilə şərtlənmir. (Onlar yaxşı işləməlidir - bu öz yerində!) Respublikada bütün sahələrdə - iqtisadiyyatda da, hərbi sahədə də böhran mövcuddur və təbii ki, bu, mədəniyyətə də, sosial sahələrə də ciddi təsir göstərir. Mədəniyyət, maarif maddi ehtiyac burulğanındadır. Digər tərəfdən də, mənəvi sərvətlərin yaradıcıları maddi ehtiyaclarını həll etmək, özlərini sənətdə, elmdə ifadə etmək üçün xarici ölkələrə gedirlər. Bu da bu sahələrin zəifləməsi prosesini gücləndirir. Bunlarla ciddi məşğul olmaq lazımdır. Mənim şübhəm yoxdur ki, torpaqlarımız da qaytarılacaq, maddi sərvətlərimizə layiq güzəran da görəcəyik, amma mənəvi sahədə itkilərin - mədəniyyət adamlarının çıxıb getmələri ənənələrin dağılması - bunların ağrısını sonra çəkəcəyik. Bunları sonradan əvəz etmək çox çətin olacaq. Ona görə də mən bu təklifi qəbul etdim və bu vəzifəyə gəldim. Mən bu təklifin məsuliyyətini yaxşı başa düşürdüm. İşin içərisinə girdikcə də bu mənim üçün əyaniləşir. Çalışacağam ki, heç bir siyasi fəaliyyətə uymadan Azərbaycan mədəniyyətinə, maarifinə xidmət edim. Bu da, gurultulu səslənməsin, xalqa xidmətdir. İndi prezident seçkilərini uğurla başa çatdırmalıyıq. Bu seçki cəmiyyətə, nəhayət ki, sabitlik gətirəcək son dərəcə mühüm amildir. Sabitlik şəraitində isə humanitar sahənin problemləri ilə məşğul olmaq daha asan olacaq.
     -Humanitar sahənin problemləri deyəndə, yəqin ki, təkcə mədəniyyət və maarifin problemləri nəzərdə tutulmur.
     -Mən bu sahələri bir-birindən ayırmaq istəməzdim. Yəni mədəniyyət, maarif, səhiyyə, sosial sahələr, idman, elm - dediyim böhran bunların hamısında özünü göstərir. Mədəniyyət deyəndə də mən yalnız Mədəniyyət Nazirliyinin funksiyalarına aid problemləri nəzərdə tutmuram. Ümumiyyətlə, söhbət Azərbaycan idrakından və mənəviyyatından gedir. Bu sahələrin hər birində ciddi və əsaslı islahatlar aparılmasına nail olmalıyıq. Ellikcə əl-ələ verib çalışmalıyıq ki, Azərbaycan mədəniyyətində bir dirçəliş mərhələsi yaradaq. Azərbaycan mədəniyyətinin inkişafı və onun dünya miqyasında təbliği paralel aparılmalıdır. Bunlar hamısı bir məqsədə, Azəraycan dövlətçiliyinin bərqərar olunmasına, möhkəmlənməsinə xidmət edir. Bu da dünya sivilizasiyasında müstəqil Azərbaycanın yerini müəyyənləşdirən çox mühüm amillərdəndir.
     -Çox sağ olun, bu sahədə Sizə və həmfikir bilib arxalandığınız bütün ziyalılara uğurlar arzulayırıq.
«RESPUBLİKA»
1993.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (18.08.2014) | Müəllif: R.C E W
Baxış: 521 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more