Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Yeni il anketi
YENİ İL ANKETİ

     1.«Ulduz» jumalının ədəbi taleyinizdə rolu?
     2.Jumalı indiki şəraitdə necə görmək istərdiniz, iradlarınız və tövsiyələriniz?
     3.Mədəniyyətimizin böhrandan çıxış yollarını nədə görürsünüz?
     1.«Ulduz» jurnalının nəşri o zamanın kirlənmiş (hamımız hələ də Mehdi Hüseynin Yazıçılar İttifaqında vəfatının acı təəssüratı altında idik, cəmiyyət isə Xruşşov açıqlamalarından və nisbi azadlığından, «İvan Denisoviçin bir günü»ndən sonra yenidən totalitar riyakarlıq içində qatı dumana bürünürdü...) ədəbi mühitində bir gənclik əhval-ruhiyyəsi yaratdı, içimizdəki boşluğa məhəlli də olsa, bir ruh yüksəkliyi gətirdi. Neçə illər idi ki, düşməyəndə də belə bir nəşri arzu edirik, xahiş edirik, tələb edirik.
     Mənim xatirimdə «Ulduz»un nəşri ərəfəsinin həyəcanları arzu və xəyalları, canfəşanlığı, nəşrin sevincindən bəlkə də daha artıq dərəcədə özünə yer tapıb. Yadıma gəlir, o gözəl intizar günlərindən birində Fikrət Sadıqla görüşüb hər kəlməni ölçüb biçə- biçə, Azərbaycan KP MK-nın yeni katibi Şıxəli Qurbanova ərizə yazdıq ki, məni yeni açılacaq jurnalın nəsr, Fikrəti isə şer şöbəsinə işə götürsünlər...
     Onda aspiranturada oxuyurdum və o ərizədən sonra Şıxəli Qurbanov belə tövsiyə etdi ki, əvvəlcə aspiranturanı bitirmək lazımdır. Mən də aspiranturanı atmadım. Aspiranturanı bitirdim, müdafiə etdim və 1971-ci ildə iş elə gətirdi ki, gözlənilmədən dünyasını dəyişmiş Şıxəli Qurbanovdan sonra MK-nın katibi işləyən unudulmaz Cəfər Cəfərov məni «Ulduz»a redaktor məsləhət bildi, o zamankı bürokratiyanın bütün mərhələlərindən keçdim, respublika komsomolunun bürosu məni «Ulduz»a redaktor təsdiq etdi (komsomolun o zamankı birinci katibi Rafiq Əsgərovla indi də görüşəndə o hadisəni xatırlayıb gülürük), baş elmi işçi işlədiyim Nizami adına Ədəbiyyat İnstitutunda dostlar mənim üçün gözəl bir «yolasalma mərasimi» düzəltdi və səhəri gün Yazıçılar İttifaqına gəldim ki, Mehdi Hüseyndən sonra növbəti dəfə İttifaqın sədri olan hörmətli Mirzə müəllim protokol üzrə məni redaksiyaya təqdim etsin.
     O zamanlar qalstuk taxmağı heç xoşlamazdım, amma, indiki kimi yadımdadı, o günün şərəfinə xüsusi qalstuk taxmışdım. Mirzə müəllim məni həmişəki kimi gülərüzlə qarşıladı və gülüm- səyə-gülümsəyə də dedi ki, təqdimatı başqa vaxta keçirir... Mirzə müəllimə baxa-baxa başa düşdüm ki, o «başqa vaxt» getdi düşdü quyunun səsçatmaz, ünyetməz dibinə. O zaman Mirzə müəllimlə Cəfər Cəfərovun münasibətləri çox gərgin idi və mənim redaktorluq əhvalatım da, görünür, o gərginliyin bir hissəsinə çevrilmişdi və axırı Mirzə müəllimin parlaq qələbəsi ilə nəticələndi...
     İndi mən bütün bunları tamam kinsiz-küdurətsiz, ilıq, səmimi bir həyəcanla xatırlayıram və ürəyimdən bir təəssüf, bir «hey- hat!..» ovqatı gəlib keçir: indi səsçatmaz, ünyetməz bir uzaqlıqda (əbədi uzaqlıqda!) qalan bizim gəncliyimizdir...
     «Ulduz» 67-də nəşrə başladı və indi bu cümlələri yazarkən, 67-ci ilin Fikrətləri, Anarı, Əkrəmi, İsisi, İsası, Fərmanı, Ələkbəri, Məmmədləri, Abbası, Arifi, Arazı, Şamili, Sabirləri, Gülruxu, Yaşarı, başqaları bir-bir gəlib gözlərimin qabağından keçir və elə bil ki, kimsə lap yaxından o gözəl və həzin misraları pıçıldayır: «Keçən günə gün çatmaz, calasan günü günə...»
     O ki, qaldı «Ulduz»un «ədəbi taleyimdəki rolu»na, mənim bir sıra ciddi hesab etdiyim yazılarım burada çap olunub və xüsusən, o vaxtlar ki, çap olunmaq mənim üçün, çətin idi. Cabirin, Arifin vaxtlarında «Ulduz»un mənim üçün, hətta mənəvi dayağa çevrilən vaxtları da olub. «Azərbaycan»da rəhmətlik Cəlal müəllimin qaytardığı hekayələri «Ulduz» «rəhbərliyin» mənfi fikrini bilə-bilə çap edirdi. Bir sıra kəskin məqalələrim «Ulduz»da dərc olundu.
     Amma doğrusunu deyim ki, mənim üçün «Ulduz»la bağlı ən yaddaqalan hadisə «SOS» povesti ilə bağlıdı. O povest «komsomol karyerimizdən», ictimai əxlaq pozğunluğundan bəhs edirdi, «mənfi qəhrəmanı»da komsomol katibi idi.
     «Ulduz» - komsomolun orqanı! - həmin povesti çap etdi və bundan sonra bir haray-həşir qopdu ki, gəl görəsən! Povest gənc yazıçının kobud ideya səhvinin təzahürü kimi respublika komsomol təşkilatının o zamankı katibi Elmira Qafarovanın məruzəsinə düşdü, ideoloji katib Rauf Axundov povestin çapı ilə bağlı xüsusi müşavirə çağırdı, «Ulduz»un redaktoru Cabir Novruza həmin təşkilatın bürosunda töhmət verdilər, İsi, Abbas, redaksiyanın digər işçiləri atəşin komsomol tənqidinə məruz qaldı...
     «SOS» gənclik hisslərinin olsun ki, bir az sadəlövh, xəyalpərvər ifadəsi idi və o povesti də, ondan əvvəl çap etdirdiyim «Açıq pəncərə» povesti kimi sonralar heç bir kitabıma daxil etməmişəm, amma «SOS»un «Ulduz»da çapı mənim üçün bir hadisə olub və elə bilirəm ki, gələcəkdə tutduğum ədəbi istiqamətə də təsir edib. Yəqin elə buna görə də «SOS»un «Ulduz»dakı nəşri ilə bağlı bu xatirə mənim üçün qiymətlidir.
     2.«İndiki şəraitdə», yəni ədəbiyyatın təəssübkeşliyi çəkilmədiyi, ədəbi prosesin tamam ölgünləşdiyi, «bazar iqtisadiyyatına keçiddə» ədəbi meyarların bazar qiymətləri ilə əvəz olunduğu, «yaxşı» ilə «pis»ə biganəliyin baş alıb getdiyi bir zamanda «Ulduz»u mübariz görmək istərdim. Ədəbi mübarizə millətin istiqlal uğrundakı mübarizəsinin tərkib hissəsidir və istərdim ki, «Ulduz» bu baxımdan milli mədəniyyət uğrunda səviyyəli və səriştəli mübarizə aparsın. İstedad isə həmişə onunladır. Çünki gənclik onunladır.
     3.Mədəniyyəti mədəniyyət xadimi, sənət xadimi yaradır. Sənət xadimi üçün nə lazımdır? Millət onu qiymətləndirsin. Eyni zamanda, millətə rəhbərlik edənlər də onun qədrini və qiymətini bilsin. Yalnız bu zaman milli mədəniyyətin inkişafı üçün münbit zəmin, əlverişli şərait yarana bilər. Əks təqdirdə qorxuram ki, dediyiniz (və düz də dediyiniz!) o böhran daha da dərinləşsin, millətə dəyən çox ağır mənəvi zərbəyə çevrilsin.
1992.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (13.08.2014) | Müəllif: R.C E W
Baxış: 589 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more