Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-«Yazmaq yazıçının özünüifadəsidir»
«YAZMAQ YAZIÇININ ÖZÜNÜİFADƏSİDİR»

     Əməkdar incəsənət xadimi, Ümumittifaq Lenin komsomolu mükafatı laureatı, Azərbaycan SSR Yazıçılar İttifaqı İdarə Heyətinin katibi Elçinin sənətkar adı bu gün təkcə azərbaycanlı oxuculara deyil, eləcə də bir çox SSRİ xalqları oxucularına yaxşı tanışdır. Onlar Elçini özlərinin doğma qələm ustaları kimi sevir və oxuyurlar. Bunu onun həmin xalqların dillərinə çevrilmiş əsərləri bizə bir daha pıçıldayır. Bizim müasirlərimiz olan adi adamların həyatı, taleyi Azərbaycandan uzaqlarda - ingilis, fransız, ərəb, fars, macar, çex, slovak, türk, bolqar və s. xalqların oxucularının qəlbində özünə isti yer tapa bilmişdir.
     Uzaq yerli oxucular «Dolça»nın, «Bir görüşün tarixçəsi», «Baladadaşın ilk məhəbbəti» əsərlərinin qəhrəmanlarını öz bədii qəhrəmanları səviyyəsində tanıyırlar. Yazıçının həmin əsərlərinin xarici ölkələrdə daha kütləvi tirajlarla çap edilib oxunması fikrimizin təsdiq ifadəsidir.
     Həmyerlimiz nasirin həyatın özündən gələn povest, roman və hekayələri rayonumuzun sənətsevər oxucularını da özünə çoxdan cəlb etmişdir. Onun «Toyuğun diri qalması», «Bir görüşün tarixçəsi», «Mahmud və Məryəm», «Ağ dəvə» roman və povestləri dəfələrlə müzakirələrə, diskussiyalara səbəb olmuş və həmişə də hərarətlə qarşılanmışdır.
     Redaksiyamız öz oxucularından çoxlu məktublar almışdır. Həmin məktublarda oxucular həmyerlimiz yazıçının yaradıcılığı ilə maraqlandıqlarını və «Araz» qəzeti səhifələrində onunla görüşmək arzusunda olduqlarını bildirirlər.
     Bu münasibətlə qəzetimizin əməkdaşı Azərbaycan SSR Yazıçılar İttifaqında olmuş, yazıçı Elçindən müsahibə almışdır. Həmin müsahibəni oxucularımıza təqdim edirik.
     -Elçin müəllim, oxucularımızı hər şeydən əvvəl sizin ədəbiyyata necə gəlməyiniz, yaradıcılığınızın ilk dövründə hansı qaynaqlardan bəhrələndiyiniz maraqlandırır.
     -Məlumdur ki, mənim ədəbiyyata ilk gəlişimin səbəbkarı Azərbaycan oxucularmın sevimli yazıçısı olan atam İlyas Əfəndiyev olmuşdur. Mən gözümü açıb evimizdə ədəbiyyat ovqatı, aləmi görmüşəm, yazıb-yaratmaq görmüşəm. Bu gördüklərim yəqin məni ardınca çəkib aparıb...
     İlk hekayəm 1959-cu ildə «Azərbaycan gəncləri» qəzetində IX sinifdə oxuyarkən çap edilib. Əlbəttə, həmin ilk hekayə də, ondan sonrakı ilkin yazı-pozum da sənət yolunda ilkin axtarışlar idi...
     -Sənət yolunda hər bir yazıçının, şairin özünün bir dəstxətti, yaradıcılığının mərkəzi hissəsində dayanan əbədi mövzusu olur. Sənətkar nədən yazır yazsın həmin mövzunu öz oxucusuna çatdırmaq istəyir. Sizin yaradıcılığınızın mərkəzində dayanan o əbədi mövzu nədir?
     -Yazıçı üçün xırda mövzu - xalqın istəyindən, taleyindən doğmayan, yaranmayan mövzu ola bilməz. Ona görə də əsl sənətkar nədən yazır yazsın, o, öz xalqına xidmət etməlidir. Başqa sözlə, yazdıqları xalqın istəyindən, həyatından bəhs etməlidir.
     Mən «Bir görüşün tarixçəsi», «Dolça», «Mahmud və Məryəm», «Poçt şöbəsində xəyal» və s. əsərlərimdə xalqın həyatını doğru, düzgün əks etdirmək istəmişəm. Bu istəyə nə cür nail olmuşam, onu mən yox, oxucular yaxşı bilirlər.
     Xalq həmişəlik bir məfhumdur. O, dünən vardı, bu gün də var, sabah da olacaq. Yazıçı öz xalqının yazıçısı olmalıdır. O qələmə aldıqlarında xalqını ifadə etmirsə, yazıçı deyil.
     -Elçin müəllim, sizin əsərlərinizin demək olar ki, hamısında adi adamların həyatı, taleyi qələmə alınmışdır. Bax, bu adamların həyatının ədəbiyyata gəlməsi, ədəbiyyatın o böyük vəzifəsinə - insandan bəhs etmək vəzifəsinə daxildirmi?
     -Adi adamlar yoxdur. Adi adam ola bilməz. Peşəsindən, vəzifəsindən asılı olmayaraq hər bir adamın mürəkkəb, çoxcəhətli daxili aləmi var. İnsanın daxili aləminin zənginliyi ora daxil olduqda ortaya çıxır. Bu zəngin aləmə vardıqda baxıb görürük ki, adi adam yoxdur. Elə götürək bizim dastanlarımızdakı qəhrəmanları. Kərəm kimdir? «Adi» bir adam. Lakin bu «adi» adamın özünəməxsus elə daxili zənginliyi - məhəbbəti, etibarı, dəyanəti var ki, onu qeyri-adi edir.
     -Ədəbiyyatda yaşayan klassik əsərlərin hamısında xalqa bağlılıq, millilik hissləri mövcuddur. Demək olar ki, onları yaşadan da elə bu millilik olmuşdur. Bax, bu bəşərilik və milliliyin əlaqəsi haqqında nə deyərdiniz?
     -Bəşərilik ilə milliliyin sıx əlaqəsi var. Millilik olmayan yerdə bəşərilik yoxdur və bu haqda söhbət ola bilməz. Millilik hər bir əsərin canıdır, qanıdır. Yazıçı öz xalqının həyatını ifadə edə bilmirsə, onun xarakterini ədəbiyyata gətirmirsə, burada bəşərilikdən, yaşarı olmaqdan söhbət açmağa dəyməz. Əgər yazıçı əsərlərində millidirsə, o, nəinki təkcə öz xalqı tərəfindən, eləcə də başqa xalqlar tərəfindən seviləcəkdir. Götürək Lev Tolstoyu. Azərbaycan xalqı bu böyük sənətkarı öz yazıçıları qədər sevir. Niyə? Çünki Tolstoy öz xalqının yazıçısıdır, öz xalqının dərdi, sevinci onun əsərlərində əksini tapmışdır. Məhz elə bu cəhətinə görə Tolstoy sevilir.
     -Oxucularımız sizi təkcə yazıçı kimi deyil, eyni zamanda tənqidçi kimi də tanıyırlar. Siz istər yazıçı, istər tənqidçi kimi yaradıcılığınızda əsas diqqəti nəyə verir və ən çox sizi narahat edən məsələləri necə qələmə alırsınız?
     -Yazmaq yazıçının özünüifadəsidir. Əgər istər yazıçı, istərsə də tənqidçi istedadlıdırsa və xalqına sıx tellərlə bağlıdırsa, onun marağı ilə, arzusu ilə yaşayıb-yaradırsa, demək, o özü ilə bərabər həm də xalqını ifadə etmiş olur. Götürək elə Mirzə Fətəli Axundovu. Mirzə Fətəli həm dramaturq, həm tənqidçi, həm filosof olmaqla bərabər, həm də xalq xadimi idi. Çünki özü ilə birlikdə xalqı da ifadə edirdi.
     -Sizin son vaxtlar çap olunmuş «Mahmud və Məryəm» romanınız oxucuların böyük marağına səbəb olmuşdur. Romandakı bir çox səhnələr onların yaddaşlarına hopub. Belə səhnələrdən biri Çaldıran döyüşünün sabahı Mahmudun həmin səhnə ilə qarşılaşmasıdır. Məhəbbət aşiqini belə acınacaqlı döyüş səhnəsi ilə qarşılaşdırmaqda yazıçı kimi məqsədiniz nə olub?
     -Bildiyiniz kimi «Mahmud və Məryəm» romanını «Əsli və Kərəm» dastanının motivlərindən istifadə edərək yazmışam. Əsərdə fantastikadan, şərtiliklərdən istifadə etmişəm. Bu şərtiliyin biri də tarixi Çaldıran döyüşünün təsviridir. Buradakı tarixilik şərti tarixilikdir. Mən Mahmudu ona görə bu səhnə ilə qarşılaşdırmışam ki, o, öz dərdinin dünyada ən böyük dərd olduğunu düşünməsin və baxıb görsün ki, dünyada onun dərdlərindən də böyük dərdlər var. Çaldıran döyüşündə minlərlə insanın məhv olması, ahı müqabilində Mahmudun dərdi o qədər də böyük dərd deyil. Ənənəvi məcnunlardan Mahmudun fərqi bu həyati dərdləri dərk etməsindədir. Bax, bu səhnəni romana bu məqsədlə gətirmişəm.
     -Son vaxtlar qələmə aldığınız əsərlərinizin demək olar ki, hamısında özünüzə məxsus dil, üslub, yeni təhkiyə formasından istifadə edirsiniz. Bu haqda nə deyə bilərsiniz?
     -Hər bir yazıçı öz üslubunu tapmalıdır. Əgər üslub üslub xatirinə yaradılırsa, bu çox pisdir. Yox, məzmun özünə uyğun üslub yaradırsa bu, çox yaxşıdır.
     -Bədii əsərləriniz ayrı-ayrı vaxtlarda «Literaturnaya qazeta»nın, «Nedelya» həftəliyinin, «Drujba narodov» və «Smena» jurnallarının səhifələrində çap olunub. SSRİ Yazıçılar İttifaqının ən yaxşı əsərlər üçün təsis etdiyi mükafatı alıb. Dalbadal belə yüksək mükafat almağınızı nə ilə əlaqələndirə bilərsiniz?
     -Bu sual tənqidçilərə, oxuculara ünvanlanmalıdır.
     -Yazıçı, tənqidçi, publisist, elmi işçi, ictimai xadim Elçin... Bu zəhmətə necə dözürsünüz? Bu qədər qısa vaxtda bu qədər bədii əsərləri yazmağa necə vaxt tapırsınız? Hələ bura sizin ssenarilər əsasında «Baladadaşın ilk məhəbbəti», «Arxadan vurulan zərbə», İlyas Əfəndiyevin «Mahnı dağlarda qaldı» pyesinin motivləri əsasında «Mən qayıdacağam», «Bir görüşün tarixçəsi» povestinin motivləri əsasında Ümumittifaq radio və televiziyasının sifarişi ilə çəkilmiş «Gümüşü furqon» və nəhayət, bu günlərdə çəkilib qurtarmış «Dolça» povestinin motivləri əsasında «Bağ mövsümü» filmlərini də əlavə etsək nə qədər böyük iş gördüyünüz diqqətdən yayınmaz. Bütün bunları yazmağa, işləməyə sərf etdiyiniz vaxtın adı, ünvanı varmı?
     -Doğrusu, konkret bir ünvan göstərməyə çətinlik çəkirəm...
     -Yazı stolunuzun üstündə hər gün yolunuzu gözləyən əsərləriniz barədə.
     -«Karvan yola düzülür» adlı 45 çap vərəqi həcmində bir kitabı «Yazıçı» nəşriyyatına təqdim etmişəm. Bu kitabda Orxon- Yenisey abidələrindən üzübəri ən sanballı Azərbaycan ədəbi abidələri və böyük ədibləri haqqında oçerklər toplanmışdır. Bu, bir növ, bir neçə il bundan əvvəl çap olunmuş «Fikrin karvanı» kitabının davamıdır. Hazırda stolumun üstündə başqa yazılar var, amma bu barədə əvvəldən danışmaq istəmirəm.
     -Həmyerli kimi Füzuli torpağına, Füzuli adamlarına bağlılığınız?
     -Füzuli torpağına, Füzuli camaatına doğma el-obam kimi böyük hörmət və məhəbbətim var. Füzuli Azərbaycan torpağının bir parçasıdır və mən o bir parçanı çox sevirəm.
     -Elçin müəllim, mənim yerimə siz olsaydınız müsahibəmizi hansı sualla yekunlaşdırardınız?
     -Sizin yerinizə mən olsaydım son sualı belə verərdim: - Füzuliyə nə vaxt gələcəksiniz? Cavab verərdim ki, nə vaxt gələcəyimi bilmirəm, amma qoy Füzuli camaatı bilsin ki, gəlib-gəlməməyimdən asılı olmayaraq, yurdumuzun o gözəl guşəsi həmişə mənim ürəyimdədir.
     -Müsahibə üçün çox sağ olun. «Araz» qəzeti oxucuları adından sizə daha böyük yaradıcılıq uğurları arzulayırıq.
     -Sağ olun!
Müsahibəni Sabir Rüstəmov apardı.
20 fevral 1986
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (07.08.2014) | Müəllif: R.C E W
Baxış: 555 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more