Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Yaxan düymələ, düymələ
YAXAN DÜYMƏLƏ, DÜYMƏLƏ..

     Lent yazısı Bülbülün səsilə o oynaq, şövqlü mahnının sədalarını ürəklərə, hisslərə, duyğulara yetirir:
Sallanıban gələn dilbər,
Yaxan düymələ, düymələ...
Məni dərdə salan dilbər,
Yaxan düymələ, düymələ...
     Bülbülün oxuduğu o gözəl xalq mahnısı yalnız bir lirik qəh rəmanın hisslərinin, məhəbbətinin ifadəsi deyil. Bülbülün nəfəsi, vurduğu xallar o qədər doğma və məlhəmdir ki, elə bil, Azərbaycan məhəbbət dastanlarının bütün qəhrəmanları Qərib də, Şah Ismayıl da, Kərəm də, Abbas da xalqın ruhu ilə yaşayan bir vahid obrazda ümumiləşdirilərək əvvəli və sonu olmayan, həyatı yaradan və yaşadan sevgidən, vurğunluqdan söhbət açır:
Kətan köynək, nazik bədən —
Gördüm, bihal oldum,
Bihal oldum, bihal oldum, bihal...
     Bülbülün səsi, ifa tərzi bu sadə sözləri də yalnız bir lirik qəhrəmanın yox, xalqın dilindən söylənən məhəbbət nəğməsi səviyyəsinə ucaldır, yaxud başqa bir xalq mahnısında:
Sən güləndə gülür yaşıl çəmənlər,
Heyran olur avazın eşidənlər,
Görən varmı sənin kimi bəxtəvər...
     -deyə oxuyanda Bülbülün öz səsi çəmənləri güldürür, könüllərə bir bəxtəvərlik gətirir...
     «Xumar oldum», «Ay bəri bax», «Süsən sümbül», «Qadan alım», «Almanı atdım xarala», «Qara tellər», «Qalada yatmış idim»... Bu qədim el mahnıları müxtəlif zamanların hər cür keş məkeşlərinə sinə gərib, əsrlərin sınağından çıxıb günümüzə gəlib çıxmış (və sabaha gedəcək!) ümumxalq hiss -həyəcanlarının, xalq mənəviyyatının ifadə sidir və Bülbül sənəti məhz bu cəhəti tə cəssüm etdirəcək bir səviyyəyə qalxdığı üçün xəlqi sənətdir.
     Bir sənətkar, bir lirik tenor kimi, Bülbülün tembri elə bil ki, özündə bütün Azərbaycan təbiətini, Azərbaycan məişətini, xalqın psixolojisini, xarakterini rəsm eləyir.
     Şuşanı Qafqazın təbii konservatoriyası adlandırırlar və bu da, əlbəttə, təsadüfi dyil. Uzeyir bəy Hacıbəyov və Cabbar Qaryağdı oğlu, Seyid Şuşinski və Fikrət Əmirov, Sadıqcan və Qurban Piri mov, Niyazi və Rəşid Behbudov, Xan Şuşinski və Zülfüqar Hacı bəyov, Zülfü Adıgözəlov və Soltan Hacıbəyov, onlarca digər böyük bəstəkarlar, xanəndələr, ifaçılar Şuşada anadan olmuş, Şuşada böyümüş, onların gələcəkdə bəşəri mahiyyət əldə edəcək böyük sənətləri öz başlanğıcını Şuşa təbiətindən, Şuşa ab -havasından, Şuşa mühitindən almışdır.
     Bülbül də 1897ci ilin yay günlərindən birində Şuşada anadan olmuşdu, atası Dabbaq Məşədi Rza ona Murtuza adı qoymuşdu, lakin səkkiz yaşından sonra Şuşa camaatı o oğlan uşağını Bülbül deyə çağırmağa başladı və illər keçdikdən sonra o bütün Azərbaycanın Bülbülü oldu.
     Bülbülün anadan olmasının maraqlı bir tarixçəsi var və Bülbül irsinin sədaqətli mühafizəçisi, onun həyat yoldaşı Ədilə xanım bu təfərrüatla bizi tanış edir.
     Fayton ilə Şuşaya qalxan camaat şəhərin yaxınlığında Xan bağı deyilən səfalı tutluq bir yerdə dayanıb dincəlirdi, sonra yoluna davam edirdi. Dabbaq Məşədi Rza ilə arvadı Gövhər xanım da həmin iyun gecəsi Şuşadan evlərinə gedirdilər və furqon Xan bağında dayananda onlar yaxındakı Malıbəyli kəndindən mamaça çağırmağa məcbur olurlar.
     Xan bağındakı o aydınlıq gecədə dünyaya yeni bir insan gəldi və mamaça həmin gecənin şərəfınə uşağın adını Aydınlıq qoymağı məsləhət gördü və Gövhər də qısa ömrünün sonuna kimi oğ lunu belə çağırdı: Aydınlıq.
     Bülbül doqquz yaşında ikən anasını itirdi və bütün bu əhvalatı o doqquz yaşlı uşağa yenə də Xan bağında dinclərini aldıqları günlərdən birində Məşədi Rza danışdı.
     Indi, bu sətirləri yazarkən, Bülbülün anadan olması ilə bağlı həmin hadisə mənə rəmzi görünür; Bülbül yolda anadan oldu və bütün ömrü boyu da yolda oldu həm həqiqi, həm də məcazi mə nada: dünyanın müxtəlif ölkələrində, müxtəlif şəhərlərində oldu, onun sə si müxtəlif kon sert salonlarmdan gəldi və eyni zamanda, bir sənətkar kimi də, həmişə yolda oldu sənətin yüksək bədii estetik zirvələrinə aparan yolda...
***

     Qara Qarayev məqalələrindən birində yazır ki, «Millidən kə narda musiqi sənəti ola bilməz, yaradıcılığı bütün xalqlarm və bütün dünya mədəniyyətinin sərvətinə çevrilmiş musiqi dahiləri də rin köklərlə öz vətəninə, öz xalqma, onun mədəniyyətinə, tarixi nə, doğma torpaqlarmm təbiətinə və nəhayət, doğma xalqınm musiqi dilinə bağlıdır»‘ .
     Bülbülün bütün yaradıcılıq yolu, bütün fəaliyyəti, sənətkar taleyi bu fikrin əyani, həm də mənalı, əlamətdar təcəssümündən ibarətdir və Bülbülün də sənətini «dünya mədəniyyətinin sərvəti nə» çevirmiş ən ümdə vasitə, səbəb onun doğma xalqına bağlılı ğıdır.
     Bülbül yeniyetməlik dövründə, ilk gənclik çağlarmda klassik Azərbaycan xanəndəlik məktəbinin nümayəndəsi, xalq müğənni si idi və onu professional vokal sənətinin gələcək ən uca bədii -es tetik zirvələrinin fəthinə aparıb çıxaran yolun başlanğıcı isə Gəncə səhnəsi ilə bağlıdır.
     Məşədi Cəmil Əmirovun (Fikrət Əmirovun atası) «SeyfəlMülk» operası 1915-ci ildə Gəncədə tamaşaya qoyuldu və Bülbül də ilk dəfə həmin operada səhnəyə çıxdı, gənc qız Səadət rolunu ifa etdi.
     ... Həmin ilk səhnə debütündən qırx iki il keçəcəkdi. Bu qırx iki il gənc qız Səadətdən xalqm qəhrəmanlıq mücəssəməsi Ko roğluya kimi aparıb çıxaran bir yaradıcılıq yoluna çevriləcəkdi. 1957ci ildə altmış yaşlı Bülbül yenə də qəhrəman Koroğlu olacaqdı, Qıratın belinə qalxacaqdı və bütün Azərbaycan öz böyük sənətkarmı alqışlayacaqdı...
      «Seyfəl-Mülk»dən sonra Bülbül Uzeyir Hacıbəyovun «Əsli və Kərəm»ində Kərəmi, «Leyli və Məcnun»unda Ibn Salamı, Zülfüqar Hacıbəyovun «Aşıq Qərib»ində Qəribi oynayır və bir aktyor və müğənni kimi bu muğam operalarında püxtələşdikdən sonra Bakı Konservatoriyasında əvvəlcə professor F.Polyaye vin sinfinə daxil olur, sonra V.Nikolskinin sinfinə keçir. 1924-cü ildə Italiyaya ilk yaradıcılıq səfərinə gedir. La Skalanın tamaşalarına baxır, 1925-ci ildən etibarən, Bakı Konservatoriyasında pro fessor I.Speranskinin sinfində təhsilini davam etdirir. Lakin həmin Kərəm milliliyi, Qərib milliliyi həmişə Bülbüllə birgə olur.
     1927-ci ildə Bülbül yenidən Italiyaya, bu dəfə uzunmüddətli yaradıcılıq ezamiyyətinə gedir. Vətəndən uzaqlarda heç kimin ağ lına gələ bilməyəcək ən qəribə görüşlərdən biri baş verir: Italiyada, Milanda iki cavan azərbaycanlı sənətkar Bülbül və Şövkət Məmmədova bir-biri ilə görüşür.
     O zaman Şövkət xanım Milanda məşhur musiqi pedaqoqu Dotti Ambrozinin sinfində təhsil alırdı və artıq professional bir müğənni kimi, Paris qastrol səfərindən yenicə qayıtmışdı ki, günlərin bir gözəl günündə...
     Lakin, gəlin, Şövkət xanımın özünü dinləyək.
     O gözlənilməz, o gözəl görüşdən düz otuz beş il keçəcəkdi və Azərbaycan radiosunun Bülbülün xatirəsinə həsr edilmiş veri lişində Şövkət xanım artıq uzaq bir keçmişdə qalmış həmin görüşü belə xatırlayacaqdı: «Günlərin birində mənə bir böyük səbət gül gətirdilər. Doğrusu, təəccübləndim... Çox fikirləşdim... Bir neçə saatdan sonra Bülbülün yanıma gəldiyini gördüm. Düzü, çox sevindim, çünki onu heç gözləmirdim...»
     Yenə illər keçəcəkdi... Italiyada təhsil aldıqları illər ömürlə rinin keçmiş, lakin heç zaman saralıb -solmayan səhifələrinə çevriləcəkdi və bu iki böyük Azərbaycan müğənnisi Vətənə qayıdacaqdı, Azərbaycan operasının, vokal sənətinin inkişafında misilsiz rol oynayacaqdı, Moskvada, Ittifaqlar Evinin sütunlu salonunda birlikdə konsertlər verəcəkdilər, hər ikisi professor olacaqdı.
     Bülbüllə Şövkət xanım Azərbaycan xalqının sənətdəki Koroğlusu və Nigarı idi və bu dəm uzaq Italiyadakı o gözlənilməz keçmiş görüş mənim gözlərimin qarşısında canlanır, mənə elə gə lir ki, həmin görüş təsadüfi deyildi, xalqa və onun sənətinə gələ cək Koroğlu bağlılığının, Nigar bağlılığının nəticəsi idi.
     Lakin biz yenə də İtaliyaya qayıdaq.
     Bülbül İtaliyada hələ birinci səfəri zamanı tanış olduğu görkəmli müğənni xanım Dellipontidən dərs alır, Milan musiqi məktəbinin Dotti Ambrozi, Rafaelo Qranini kimi dünya şöhrətli nümayəndələri ilə yaradıcılıq əlaqəsində olur, A.Toskaninin idarə etdi yi tamaşalara baxır, La Skalanın Cildini, Dotti Dalmonteni, Effini, Qallini kimi müğənnilərinə qulaq asır, Fyodor Şalyapinin La Skala qastrollarına tamaşa edir, xüsusən, Modest Musorqskinin «Bo ris Qodunov» operasında Şalyapinin Borisin partiyasını oxuması ona dərin təsir bağışlayır, nəhayət, dörd ildən sonra İtaliya vokal məktəbinin, hərgah belə demək olarsa, tam kursunu keçib «Karmen» (J.Bize), «Traviata» (C.Verdi), «Cakonda» (A. Ponkieli), «Toska» (C.Puççini), «Luiza Miller» (C. Verdi), «Afrikalı qadın» (C.Meyerber), «Məhəbbət içgisi» (Q.Donisetti) kimi klassik operalardan ariyaların mahir ifaçısı kimi Vətənə qayıdır. Bakıda, Moskvada, başqa şəhərlərdə konsertlər verir, Loenqrinin (R.Vaqner, «Loenqrin», Levkonun (N.Rimski -Korsakov, «May gecəsi»), Əsgərin (U.Hacıbəyov, «Arşm mal alan»), Gənc qaraçınm (S.Raxmaninov, «Aleko») ariyaları, Şumanın, Şubertin romansları, Neapolitan mahnıları onun repertuarında əsaslı yer tutur, Hersoqun (C.Verdi, «Riqoletto»), Verterin (C.Massne, «Verter») və Avropa bəstəkarlıq məktəbinin yaratdığı digər parlaq surətlərin partiyaları onun ifasında ürəklərə yol tapır, lakin bütün bu böyük yaradıcılıq uğurları heç zaman milli musiqinin, milli ruhun bahasına əldə edilmir, əksinə, Bülbül professional vokal sənətinin zirvələrinə ucaldıqca, elə bil ki, bir sənətkar kimi öz doğma xalqına daha da yaxınlaşır, Azərbaycan xalq mahnıları, təsniflər onun ifasında daha artıq bir koloritlə səslənir.
     Bülbül İtaliyadan qayıtdıqdan az bir müddət sonra, Azərbaycan folklorunun toplanması, öyrənilməsi, xalq mahnılarının, təs niflərin, oyun havalarının, rənglərin nota alınması ilə bağlı böyük və coşğun vətəndaşlıq hərəkatına qoşulur və bu sahədə əməli iş görən aparıcı xadimlərdən birinə çevrilir.
     Bülbül bir tərəfdən Azərbaycan musiqi folklorunun nəzəri əsaslarını işləyir, müxtəlif və nüfuzlu elmi -nəzəri məclislərdə mə ruzələrlə çıxış edir, məşhur Azərbaycan müğənnilərinin, xüsusən, Cabbar Qaryağdıoğlunun ifasında bir çox mahnıları fonoqrafa alır, bu mahnıları, havaları fonoqrafdan nota köçürməkdə bəstəkarlara köməklik göstərir, tərtibçi və redaktor kimi ciddi iş aparır, Əfrasi yab Bədəlbəylinin hazırladığı, təxminən 300 xalq rəqsi, Fikrət Əmirovun, Səid Rüstəmovun, Tofiq Quliyevin 250 xalq mahnısı Bülbülün redaktəsi ilə çap olunur, Fikrət Əmirovun və Ərtoğrul Cavidin hazırladıqları rəngləri ayrıca məcmuə kimi tərtib edir, di gər tərəfdən isə folklorla bağlı əldə olunmuş bu elmi-nəzəri nai liyyətləri, maarifçilik qayələrini bir vokal ustası kimi, bilavasitə təcrübəyə tətbiq edirdi, Azərbaycan xalq mahnılannı, təsnifləri xalqm ürəyindən xəbər verən bir hərarətlə oxuyurdu (elə buna görə də xalqm ürəyinə yol tapırdı!), bir çox unudulmuş vokal in cilərinə, əslində, yeni həyat verirdi, onları yenidən xalqm müasir mənəvi dünyasma daxil edirdi.
     Bülbül dördillik təhsildən sonra Italiyadan qayıtdığı elə hə min, 1931ci ildə, Azərbaycan Dövlət Konservatoriyasmda «Sə sin diafraqmik üsulla verilməsinin Azərbaycan xalq mahnısma tətbiqi» mövzusunda məruzə edir. Bu fakt bizim üçün ona görə əlamətdardır ki, Bülbülün bir sənətkar kimi milli mədəniyyətlə dünya mədəniyyətini birləşdirmək, yəni milli mədəniyyətin ifadəsində dünya mədəniyyətinin əldə etdiyi nailiyyətlərdən istifadə etmək cəhdini və beləliklə də, Bülbül sənətinin metodoloji prinsiplərini, bu sənəti bədiilik baxımmdan yüksək milli -bəşəri zirvələrin fəthinə aparıb çıxaran estetik təmayülü əyani şəkildə yaxşı nümayiş etdirir.
     Biz bu cəhəti ona görə xüsusi nəzərə çatdırırıq ki, çox vaxt xaricdə təhsil zamanı əldə edilən savad milli dilin, milli mədəniyyətin, hətta milli psixologiyanm bahasma başa gəlirdi. XX əsr böyük Azərbaycan ədibləri bu ciddi problemi həmişə diqqət mərkə zinə çəkmişlər. Bu yerdə Cəlil Məmmədquluzadənin «Anamm ki tabı» pyesini xatırlamamaq mümkün deyil, çünki həmin əsərdə dediyimiz naqis təmayül tipik surətlər vasitəsilə özünün parlaq bədii inikasmı tapmışdır. Əsərin qəhrəmanları üç qardaşdır və elə başlan ğıcda Mirzə Cəlilin onlara verdiyi xarakteristikanı oxumaq kifayətdir ki, hər şey məlum olsun:
      «Rüstəm rus intelligenti libasmda: yəni pidjak, jilet, nişastalı yaxalı köynək, boğazmda qalstuk, nişastalanmış ağ qolları. Rus darülfünununda elm təhsil eləmiş və rus tərbiyəsi tərəfdarı... Həmişə gözləri eynəkli...
     Mirzə Məhəmmədəli İran ürə fası libasmda, yəni uca İran börkü, uzun İran arxalığı, üstündən də qurşaq, arxalığm üstündən uzun İrani çuxa (geymə), gen şalvar, ağ corab. Başmaqlarmı qapının ağzmda çıxarıb yerdə diz üstə oturur... Gözündə eynək... İran tərbiyəsi tərəfdarı...
     Səməd Vahid İstanbulda ədəbiyyat dərsi almış. Başmda qırmızı fəs, əynində pidjak, jilet, ağ yaxalı köynək və qalstuk, gözlərində eynək... Osmanlı tərbiyəsi tərəfdarı....
     Bu üç qardaş xalqm milli -mənəvi inkişafı yollarmda, Krılovun məşhur təmsilində olduğu kimi, hərəsi bir tərəfə çəkir və təbii ki, bu cəhdlər, əslində, əsl xalq təəssübkeşliyi ilə daban-dabana ziddir.
     Yaxud, Uzeyir Hacıbəyovun «O olmasm, bu olsun» musiqili komediyasmdakı İntelligent Həsəni, Qəzetçi Rzanı xatırlayaq: kənarda təhsil alıb vətənə qayıtmış bu adamlarm (dövrün tipik qəhrəmanlarmm) dili də, mühakiməsi də, məişəti də, əslində, xalqa yaddır və onların təhsilinin, savadmm xalqm marağı kontekstində heç bir əhəmiyyəti yoxdur...
     Biz bilirik ki, iyirminci -otuzuncu illərdə sənətə vulqar-sosiolo ji münasibət bizim mədəniyyətimizin hərtərəfli dialekt inkişafma az zərər vurmamış, ayrı -ayrı böyük sənətkarlarımızı az incitməmiş dir. Belə bir dövrdə, mürəkkəb zamanda Bülbülün milli mədəniyyətin inkişafı ilə bağlı fəaliyyəti yüksək vətəndaşlıq qayələrilə yaşamağm və işləməyin nəticəsi idi və bu mənada Bülbülün özündən əvvəl yaşayıb -yaratmış, fəaliyyət göstərmiş böyük Azərbaycan maarifçilərinin, ədiblərinin, sənətkarlarmm Məhəmməd Əmin Rəsulzadənin, Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin, Nəriman Nərimanovun, Uzeyir bəy Hacıbəyovun, Omər Faiq Nemanzadənin, onlarca digər böyük xalq xadimlərinin davamçısı, on larm sonrakı nəsillərə mənsub əməl dostu idi.
     Yalnız muğamatm, xalq mahnılarmm, el havalarmm yox, aşıq sənətinin də öyrənilməsində və inkişafmda Bülbülün həm elmi -nə zəri, həm də sırf təşkilati baxımdan xidmətləri böyükdür. Azərbaycan aşıqlarmm 1938-ci ildə keçirilən II qurultaymda Bülbül «Aşıq musiqi yaradıcılığmm tədqiqi» adlı məruzə edib və bu zəngin xalq yaradıcılığına bağlılıq, bu yaradıcılığı öyrətmək, onu təbliğ etmək, sevdirmək, ömrünün sonuna qədər Bülbül fə aliyyətinin tərkib his səsi oldu.
     Olümündən düz beş ay əvvəl 1962-ci il aprelin 27 də Azərbaycan aşıqlarının III qurultayında da Bülbül «Aşıq musiqisi haqqında» məruzə etdi və bütün ədəbi ictimaiyyət, aşıqların özündən tutmuş nəzəriyyəçilərəcən, hamı o məruzəni yüksək qiymətləndirdi.
     Bülbül folkloru toplamaq, onun nəzəriyyəsini işləməklə bə rabər, həm də bir pedaqoq kimi, Azərbaycan Dövlət Konservato riyasının professoru kimi, xalq arasından çıxmış istedadlı cavanların seçilib üzə çıxmasında, onların təhsil almasında, Azərbaycan mədəniyyətinin görkəmli xadimləri səviyyəsinə yüksəlməsində çox iş görmüşdür.
     Bu yerdə, ilk növbədə, unudulmaz Fikrət Əmirov yada düşür. O yazırdı: «Konservatoriyada kiçik bir yoxlamadan sonra Bülbül məni Uzeyir bəy Hacıbəyovun kabinetinə aparıb dedi: «— Uzeyir bəy, bu, Məşədi Cəmilin oğludur. Istedadlı uşaqdır». O gündən etibarən, mən bu iki böyük şəxsiyyətdən atalıq qayğısı görməyə başladım».
     Daha sonra: «Bu vaxtadək azçox yazdığım əsərlərin ən yaxın dostu, məsləhətçisi və köməkçisi bizim Bülbül olmuşdur. «Şur» və «Kürd-ovşarı» simfonik muğamlarının yaranması Bülbülün təşəbbüsüdür».
      «Şur» da, «Kürd-ovşarı» da dünyanın ən böyük və nüfuzlu konsert salonlarında səsləndi. Fransada, Türkiyədə, ABŞ-da, Ingiltərədə, Isveçdə, Çexoslovakiyada, Misirdə, ADR-də, Rumıni yada, Iranda, Iraqda, Polşada, bir çox başqa ölkələrdə Azərbaycan xalqının mənəvi dünyasından söhbət açdı. Niyazi, L.Stokovski, G.Rojdestvenski, G.Abendrot, Ş.Münş kimi böyük dirijorların repertuarında xüsusi yer tutdu və bütün bu böyük yaradıcılıq qələ bəsinin, təntənənin başlanğıcında isə... Bülbülün təşəbbüsü dayanırdı. Çünki Bülbül öz doğma xalqının sadiq oğlu idi, onun gücü doğma xalqının mədəniyyətində, zəngin ədəbi ənənələrində idi, eyni zamanda, onun gücü geniş dünyagörüşünə malik olmasında, məhdud məhəlli çərçivələrə qapılmamasında, rus və Avropa mə dəniyyətində yaxşını görmək, öyrənmək və qiymətləndirmək bacarığında idi, buna görə də Bülbülün sənəti də, əməli də bəşəri səciyyə daşıyırdı.
***

     1934-cü ilin yazında R.Qliyerin Azərbaycan xalq musiqisin dən istifadə edərək yazdığı «Şahsənəm» operası M.F.Axundov adına Opera və Balet Teatrında tamaşaya qoyuldu və Bülbül bu operada Qərib rolunda çıxış etdi, Azərbaycan milli musiqi ənənə ləri ilə köklənmiş bu partiyada məhz milli ilə bəşərinin vəhdətini yaratmış bir sənətkar kimi parlaq yaradıcılıq qələbəsi qazandı, lakin bu böyük uğura baxmayaraq, bir opera artisti və ümumiyyətlə, bir vokal ustası kimi Bülbül sənətinin əldə edəcəyi zirvə «Koroğlu» hələ irəlidə idi.
     Xalqın mədəniyyətinin hərtərəfli inkişafı, əlbəttə, kollektiv yaradıcı əməyin bəhrəsidir, lakin, bununla bərabər, mədəniyyət tarixində bəzən elə fərdi yaradıcılıq nailiyyətləri meydana çıxır ki, bütün mədəniyyətin inkişafında mərhələ rolunu oynayır.
     Uzeyir bəy Hacıbəyovun «Koroğlu» operası yalnız Azərbaycan musiqisinin deyil, ümumiyyətlə, Azərbaycan mədəniyyətinin inkişafmda mərhələyə çevrilərək, xalqın qədim və zəngin ənənə lərə malik bədii estetik özünüifadəsində ən görümlü və effektli faktlardan biri səviyyəsinə qalxdı.
     Uzun əsrlər boyu «Koroğlu» eposu bir qəhrəmanlıq dastanı kimi, yəni bədii el sözünün gücü ilə Azərbaycan xalqının iradəsi ni, azadlıqsevərliyini, mübarizliyini ifadə edirdi və yüksək bədii estetik səviyyəyə malik olduğu üçün həmin xalqın bir qadirlik rəmzinə çevrilmişdi.
     Uzeyir bəy Hacıbəyovun «Koroğlu» operası isə musiqinin gücü ilə yenə də xalqın eyni hisslərini ifadə etdi və əsrlərdən bə ri həmin mənəvi sərvətin formalaşıb sabitləşmiş meyarlarına nə inki uyğun gəldi, bu meyarları daha da yüksəklərə qaldırdı. «Koroğlu» operası eyni mövzunu həm monumental ehtiva, həm də lirik səciyyə etibarilə xəlqi hiss -həyəcanların yeni tipli bədii inikası baxımından daha da zənginləşdirdi.
     Eyni zamanda, aydındır ki, sənətkarın özünün də fərdi yaradıcılıq inkişafında mərhələ təşkil edən nadir sənət hadisələri baş verir və bu mənada «Koroğlu» operası bir tərəfdən Bütöv Azərbaycan mədəniyyətinin inkişafında mərhələ təşkil etdisə, digər tərəfdən də həm Uzeyir bəy Hacıbəyovun, həm də Bülbülün yaradıcılığında mərhələ rolunu oynadı.
     Fikrət Əmirov yazırdı ki, «Azərbaycan operasının fəxri olan «Koroğlu»dan söhbət düşəndə gözümün önündə Bülbül dayanır». Daha sonra Fikrət Əmirov metodoloji baxımdan dəqiq müşahidə sini söyləyir: «Bülbül xalq sənətkarlığı ilə professional vokal sə nətkarlığını birləşdirib bir vəhdət halına gətirmiş və əfsanəvi xalq qəhrəmanının monumental obrazını yarada bilmişdir».
     Bülbül yaradıcılığındakı çoxcəhətliliyi, bu yaradıcılığın xalq mahnılarından, təsniflərdən, hətta muğamlardan tutmuş, dünya opera sənətinin ən mürəkkəb partiyalarınacan, operetta rollarınacan ilk baxışda bir-biri ilə uyuşmayan vokal müxtəlifliyini eyni yüksək bədii estetik səviyyədə ehtiva etməsini adi dinləyicilər də, böyük sənətkarlar da həmişə çox yüksək qiymətləndirmişlər.
     Hələ 1938-ci ildə Uzeyir bəy Hacıbəyov «Arşm mal alan» haqqında qeydlərim» məqaləsində Bülbülün Əsgərin rolunu ifa etməsini «ampula cəhətcə bir az qəribə» görünə biləcəyini yazır (Koroğlunun partiyası hara, Əsgər hara?), lakin əslində isə «Bülbül ustalıqla böyük formalı opera səhnəsindən musiqili komediya roluna keçə bilmişdir» deyə xüsusi razılığını bildirir.
     Umumiyyətlə, Uzeyir bəy Hacıbəyovun məqalələrində, çı xışlarmda biz Bülbülün adma tez-tez təsadüf edirik və hər yerdə də bu söhbət Bülbül sənətinin ucalığından, qadirliyindən gedir. Bu baxımdan bir faktı xüsusi qeyd etmək istəyirik.
     Biz artıq yazdıq ki, iyirminci illərdə, otuzuncu illərin əvvəllərində Azərbaycan mədəniyyətinin, o cümlədən, Azərbaycan musiqisinin inkişaf yolları barədə qızğm mübahisələr getmiş, vul qar sosioloji təmayüllər bir-birinə zidd maksimalist fikirlər kəskin müzakirələrin əsasmda dayanmışdır. Belə müzakirələrdən biri 1931 ci ilin dekabr aymda Azərbaycan Dövlət Konservatoriyasın da keçirilmişdir və həmin müzakirədə Bülbül yuxarıda göstərdi yimiz kimi, «Səsin diafraqmik üsulla verilməsinin Azərbaycan xalq mahnısında tətbiqi» adlı məruzə ilə çıxış etmişdir.
     Həmin məruzə ətrafmdakı müzakirədə Uzeyir bəy Hacıbə yov da iştirak etmişdir və onun çıxı şı bizim üçün əlamətdar görünən aşağıdakı sözlərlə başlanır: «Yoldaşlar, Bülbülün bugünkü məruzəsi olduqca qiymətlidir, ona görə ki, məsələn, şəxsən mən konservatoriya tələbələrinə, ümumiyyətlə, necə tərbiyə verəcəyi miz haqqında müəyyən bir qənaətə gəldim».
     34 yaşlı (bizim indiki meyarla yanaşsaq, gənc!) bir müğənni nin məruzəsi Uzeyir bəy Hacıbəyov kimi bir sənətkarı, böyük nə zəriyyəçini və böyük də pedaqoqu «konservatoriya tələbələrinə, ümumiyyətlə, necə tərbiyə verəcəyimiz haqqında müəyyən bir qənaətə» gətirirsə, bu, əlbəttə, həmin 34 yaşlı müğənninin böyük istedadından, yüksək nəzəri savadından xəbər verir.
     Bülbül isə öz tərəfindən Uzeyir bəy Hacıbəyov sənətinin qüdrətini belə bir meyarla müəyyənləşdirirdi: «Uzeyir bəy sənə tinin qüdrəti orasındadır ki, bəstəkarlarımız Azərbaycan xalq musiqisinin, muğamlarımızın bütün incəliklərini bilir, onun məlahə tini duyur, öyrənir və xalqın sevəcəyi yeni əsərlər yaratmaq üçün geniş axtarışlar aparırdı».
     Bülbül professional bir səriştə ilə bu fikrini, Uzeyir Hacıbə yov yaradıcılığının musiqi təhlili ilə əyani şəkildə sübuta yetirir və bu cəhət də bizim üçün ona görə əlamətdar görünür ki, eyni fi kir bir sənətkar kimi, Bülbülün özünün sənətinin qüdrətini səciyyələndirir. Təsadüfi deyil ki, bir az sonra Bülbül elə həmin xatirə sində Uzeyir bəylə dostluğunu «xalqımıza olan məhəbbətimizin əks -sədası»kimi qiymətləndirir.
      «Koroğlu»nun ilk tamaşası 1937-ci ilin 30 aprel günündə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında göstərildi və həmin gün Bülbül ilk dəfə Qıratın belində səhnəyə çıxdı; bundan sonra Bülbül səhnəyə çıxıb -çıxmamasından asılı olmayaraq, heç zaman Qıratın belindən düşmədi, hətta ölümündən sonra keçən bu onilliklərdə də Bülbül həmişə Qıratın belində oldu və nə qədər ki, Azərbaycan xalqı, Azərbaycan dili, Azərbaycan sənəti yaşayacaq, həmişə də belə olacaq, çünki o Qırat yüksəkliyi, əslində, Uzeyir bəy Hacıbəyovla bərabər, Bülbül sənəti nin də ucalığıdır.
     1938-ci ilin aprel ayında isə Moskvada Azərbaycan Incəsə nəti Ongünlüyü keçirildi və Böyük Teatrın səhnəsində Üzeyir bəy Hacıbəyovun və Bülbülün «Koroğlu»su Azərbaycan sənətinin qadirliyindən, Azərbaycan xalqının qəhrəmanlığından xəbər verdi. Koroğlunun təntənəsi, əslində, xalqın təntənəsinə çevrildi.
     ... Mənim ən unudulmaz uşaqlıq xatirələrimdən biri Bülbülün Koroğlu rolunda Qıratın belində səhnəyə çıxması ilə bağlıdır. O zaman Bülbül mənim təsəvvürümdə heç cürə artist, müğənni deyildi, həqiqətən, Koroğlu, həqiqətən, el qəhrəmanı idi. Mən uşaqlıq, yeniyetməlik çağlarımda «Koroğlu» dastanını, ən azı, on dəfə əvvəldən axıracan oxumuşdum və Bülbül də mənim təsəvvürümdə məhz həmin dastanın qəhrəmanı qoç Koroğlu idi.
     Bir dəfə məni elə bir təəccüb hissi, elə bir heyrət bürüdü ki, o heyrətin həmin günkü həyəcanını indi də hiss edirəm. Atamla birlikdə Bakının mərkəzindəki «Kitab pasajı» deyilən yerdən ke çirdik, birdən Bülbüllə üz-üzə gəldik. Atamla Bülbül dayanıb sə mimi görüşdülər, haləhval tutdular və o ayaqüstü söhbətin bir hissəsi — həmin məni heyrətə gətirən hissəsi indiki kimi hafizəm dədir.
     Atam:
     -Professor, — dedi, — maşallah, həmişəki kimi gümrahsan, cavansan.
     Bülbül istər opera, istər estrada səhnəsində adicə oynamırdı, adicə oxumurdu, səhnədə də yaşayırdı və buna görə də həyatda da, səhnədə də, eyni səmimi, xeyirxah təbəssümlə gülümsəyirdi və bu dəfə də həmin təbəssümlə (unudulmaz Bülbül təbəssümü ilə) gülümsədi:
     -Yox, Ilyas, — dedi, — istəsən də, istəməsən də, yaş yaşdı.
     Atam yarızarafat:
     -Neçə yaşm var, professor? — soruşdu.
     Bülbül bu dəfə gülə -gülə:
     -Soruşma!.. — dedi.
     -Y enə də?
     Mən böyük bir maraqla altdan yuxarı Bülbülə baxırdım.
     Bülbül atama baxdı, mənə baxdı və:
     -Mən keçən əsrin adamıyam, — dedi.
     O zaman «Mən keçən əsrin adamıyam» sözləri mənim üçün dünyanın ən qədim zamanlarından, az qala, dinozavrlar dövründən xəbər verirdi və Qıratın belində səhnəyə çıxan Koroğlunun, əslində, «keçən əsrin adamı» olması məni tamam sarsıtmışdı.
     Mən əvvəllər bir dəfə də bu ifadəni eşitmişdim: yenə də atamla birlikdə yazıçıların dostu və etibarlı həkim Ismayıl Həqqi Veysovgilə getmişdik və o vaxt həkim Veysov hələ inqilabdan əvvəl Şamaxı ziyalıları ilə birlikdə (hərgah səhv etmirəmsə, onların arasında Abbas Səhhət də var idi) çəkdirdiyi fotoşəkilləri bizə göstərə göstərə demişdi:
     -Eh, mən keçən əsrin adamıyam!..
     Lakin həkim Veysovun sözlərinə mən o vaxt təəccüb etmə mişdim, çünki ağır, təmkinli, həmişə pəs səslə danışan, həmişə asta addımlarla yeriyən bu adam elə bil ki, doğrudan da, qədimlə rin yadigarı olmalıymış...
     Lakin Bülbül...
     Mənim uşaq təsəvvürümdə Bülbülün şəsti və şövqü ilə «keçən əsrin adamı» anlayışı arasında heyrətamiz, ağlasığmaz bir uçurum var idi...
     Söhbət təxminən 1953-54-cü illərdən gedir və o vaxt Bülbülün cəmi 56-57 yaşı var idi. Mən ona görə bu təxmini tarixi söyləyirəm ki, həmin görüşdən xeyli müddət sonra, mən Bülbülün anadan olmasının altmış illiyinə həsr edilmiş «Koroğlu» tamaşasında onu yenidən Qıratın belində səhnədə gördüm və altmış yaşlı Bülbül Koroğlunun partiyasını oxuduqca, əlindəki Misri qılıncı oynatdıqca, şövqlə uzun bığlarını eşdikcə, mən yenə də əsl el qəhrəmanına, əsl Koroğluya tamaşa edirdim, «keçən əsrin adamı»na yox...
     Bülbül «Koroğlu»dan sonra da Azərbaycan milli operasının inkişafında mühüm rol oynamışdır, bu inkişaf prosesinin ən fəal iştirakçılarından biri olmuşdur, Xosrovun (Niyazi, «Xosrov və Şi rin»), Aslanın (Q.Qarayev, C.Hacıyev, «Vətən»), Nizaminin (Ə.Bədəlbəyli, «Nizami»), bir az əvvəl isə Əlyarın (M.Maqomayev, «Nərgiz») parlaq bədii -vokal surətlərini yaratmışdır, lakin Koroğlu Bülbül sənətində, Bülbül mənəviyyatında həmişə (bu gün də!) əvəzsiz Koroğlu olaraq da qalmışdır.
     Koroğlu 1937-ci il aprel ayının 30 dan etibarən, həmişə Bül büllə birgə olmuşdur. Mən Bülbülün Koroğlunun hər hansı bir ari yasını sonuncu dəfə nə vaxt, yəni hansı ayın hansı günündə ifa etdiyini bilmirəm, lakin bir an belə şübhə etmirəm ki, Koroğlu 1961ci il sentyabr ayının 25dən 26 -na keçən gecəyədək Bül bülün həyatdan getdiyi dəqiqələrəcən onunla birgə olmuşdur.
     Bülbül opera səhnəsində Koroğlu rolunda 400 dəfədən artıq çıxış edib... Saysız konsertlərdə, görüşlərdə, efirdə Koroğlunun ariyalarını oxuyub. Lakin mənə elə gəlir ki, bütün bu rəqəmlərin hamısı bir yerdə belə, Bülbül-Koroğlu bağlılığını tam təcəssüm etdirmir, çünki bu bağlılıq adi sənətkar rol bağlılığı deyil, qatqat artıq dərəcədə mənəvi bağlılıqdır.
***

     Xatirələr məni, az qala, otuz il bundan əvvəl, 1959cu ilin is ti yay günlərinə aparır. O zaman mən orta məktəbin onuncu sinfı nə keçmişdim və yay tətili günlərində atamla birlikdə Moskvaya getmişdim. Atam Moskvada keçirilən Azərbaycan Incəsənəti və Ədəbiyyatı Ongünlüyünün (ikinci ongünlüyünün) iştirakçısı idi və mən də dəvətnamə, bilet tapdıqca bir tamaşaçı, dinləyici kimi, on günlüyün görüşlərinə, konsertlərinə, müzakirələrinə gedirdim.
     Həmin günlərin mənim üçün ən unudulmaz təəssüratı Azərbaycan incəsənət ustalarının Böyük Teatrdakı yekun konserti ilə bağlıdır. O konsert zamanı mən orta lojalardan birində, yaşlı bir rus qadını ilə yanaşı oturdum və bu qadın böyük bir maraqla, ne cə deyərlər, nəfəsini dərmədən səhnəyə tamaşa edirdi, musiqini dinləyirdi.
     Bülbül səhnəyə çıxdı və həmin yaşlı rus qadını əlində tutduğu kiçik, zərif binoklla səhnəyə baxdı, sonra o kiçik, zərif binoklu üzündən kənara çəkdi, məhəbbət və təəssüf (elə bil, onun için dən bir «heyhat!..» keçdi) dolu gözlərini qıydı və öz özünə pıçıl dadı (o sözlər də indiki kimi hafizəmdədir):
     -Kak on postarel..
     Mən bu pıçıltıda ötüb -getmiş və əbədi bir keçmişdə qalmış illərin (güman ki, otuzuncu illərin əvvəllərinin) nisgilini, əlçatmazlığını, ünyetməzliyini duydum, hətta mənə elə gəldi ki, o qadının gözləri də doldu, sonra...
     Sonra Bülbül «Sevgili canan»ı oxumağa başladı və həmin anlarda bütün Böyük Teatrın necə bir sükut içinə qərq olması da hə mişəlik mənim hafizəmdə hopub qalıb.
     Bülbül oxuduqca, mənim yanımda oturmuş o yaşlı rus qadı nının da gözlərindəki o təəssüf, elə bil ki, yox olurdu, elə bil ki,
     Bülbülün bir gənclik ehtirası ilə oxuduğu o romans keçmiş günlə ri yenidən geri qaytarırdı, o günlər əbədi bir keçmişdə qalmamışdı, yox, Bülbülün səsi, nəfəsi, şövqü yenə də gənclikdən, məhəb bətdən, sədaqətdən xəbər verirdi...
     Sonra alqış qopdu və əlbəttə, çox alqışlar, çox sənət təntənə ləri görmüş Böyük Teatr yeni bir sənət təntənəsinin Azərbaycan sənəti təntənəsinin şahidi oldu. Mənim yanımda oturmuş o rus qadını da elə bil ki, illərin yükünü çiyinlərindən atıb bir cavanlıq şövqü, həvəsi ilə Bülbülə əl çalmağa başladı və qadının bayaqkı təəssüf dolu pıçıltısı indi:
     -Bravo!.. Bravossimo!.. alqışları ilə əvəz olundu..
     ... Uzeyir bəy Hacıbəyovun bəstələdiyi iki dahiyanə romans
      -«Sevgili canan» və «Sənsiz», bizcə Bülbül yaradıcılığında, yeni, ikinci mərhələnin yaranmasına səbəb oldu. Bu ikinci mərhələ ni daha artıq bir müdriklik səciyyələndirirdi, dünyanın bədii -estetik dərki ilə bərabər, fəlsəfi dərki də bu mərhələdə özünü qabarıq şəkildə büruzə verirdi.
Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz..
     Nizaminin «Sənsiz» rədifli qəzəli yalnız bu dahi şairin yaradıcılığında, hətta yalnız zəngin Şərq ədəbiyyatında yox, ümumiyyətlə, dünya poeziyasında məhəbbət lirikasının ən parlaq nümunələrindən biridir.
     Lakin Uzeyir bəy Hacıbəyovun «Sənsiz» romansı, xüsusən, Bülbülün ifasında daha artıq dərəcədə dünyəvi kədərin, insani gəldi -gedərliyin, min illər boyunca «Dədə Qorqud»da insanı düşündürən, mütəəssir edən «Gəlimli, gedimli dünya, son ucu ölüm lü dünya» müdrikliyinin ifadəsidir, buradakı «sənsizlik» adi mə şuqə həsrətindən qatqat artıq, ümumiyyətlə, təkliyin, haçansa kö çüb getmək əlacsızlığının həzin, lirik fəryadıdır və Bülbülün ifasında bu romansın bədii estetik xüsusiyyətləri ilə onun fəlsəfəsi arasında üzvi bir bağlılıq var.
     Bülbülün tembri «Sənsiz» romansında lirik qəhrəmanın keçirdiyi psixoloji hiss -həyəcanları o qədər dəqiq və təbii şəkildə ifadə edir ki, burada lirik qəhrəman ənənəvi aşiqlikdən dünyanın vəfasızlığını təcəssüm etdirən, itkinin ağrısı ilə için-için yanan bir obraz səviyyəsinə qalxır.
     Elə bil ki, mən yenə də Bülbülün səsini eşidirəm və iyirmi al tı il bundan əvvəlin 1961 ci ilin acı bir sentyabr səhəri gözləri min qarşısında canlanır...
     Onda mən Azərbaycan Dövlət Universitetinin filoloji fakül təsinin ikinci kursunda oxuyurdum və hər gün səhər tezdən mühazirələrə gedirdim. Həmin 26 sentyabr günü də mən tələsə -tələ sə «Xaqani» küçəsi ilə dərsə gedirdim və Bülbül yaşayan binanın yanından keçəndə (indi o binaya zövqlə hazırlanmış xatirə lövhə si vurulub) həyətdə, küçə girişinin qarşısında xeyli adam yığıldı ğını gördüm və ağır, çox ağır bir xəbər qasırğa kimi mənim bütün içimdən keçdi: həmin gecə Bülbül qəflətən vəfat etmişdi...
     O zaman mənim on səkkiz-on doqquz yaşım var idi və nəzə riyyəyə görə ölüm qorxusu, ölüm xofu məndən çox uzaq olmalı idi, lakin bu gözlənilməz xəbər məni o dərəcədə sarsıtdı ki, mən o adamlardan uzaqlaşdım və yolun ardını yeriyə bilmədim, xeyli müddət eləcə küçənin ortasında dayandım...
     Sonra 26 -lar bağına gəldim və bir müddət burada özümözümlə tək qaldıqdan sonra, universitetin «Nizami» küçəsində yerləşən filoloji fakültəsinə getdim.
     Birinci dərsimiz rus dili idi. Rus dilini bizə mərhum dosent Mövsümzadə keçirdi, çox savadlı, sadə, dərsinə tələbkar, eyni zamanda mədəni, ziyalı bir adam idi. Mən birinci dərsə gecikmişdim və yalnız saatlararası fasilə zamanı gəlib çıxmışdım. Audito riyadan çıxan Mövsümzadə ilə üzbəüz gəldim. Mövsümzadə acıqla:
     -Hardaydınız, cavan oğlan? soruşdu, sonra çeşməyinin girdə şüşələrinin arxasından diqqətlə mənə baxdı və bu dəfə mülayim bir səslə: Nə olub? soruşdu.
     Mən:
     -Bülbül vəfat edib... dedim.
     Əlbəttə, mən gərək o ağır xəbəri o cür qəflətən deməyəydim.
     Mövsümzadə diksindi, qoltuğundakı qəhvəyi meşin qovluq yerə düşdü və Mövsümzadə qeyri -iradi:
     –Vay... dedi və həmin «vay» da indiyə kimi mənim hafi zəmə həkk olub qalıb...
     Bilmirəm, Mövsümzadə Bülbül ilə şəxsən tanış idi, yoxsa yox, lakin o «vay»da elə bir ağrı, elə bir acı təəssüf, elə bir sarsıntı var idi ki, insan yalnız çox əziz bir adamını itirəndə o cür təsirlənə bilər.
     O bütün xalqın əziz adamı idi...
     Bülbülün ölümü Azərbaycan dilində danışan, Azərbaycanı sevən hər hansı bir adam üçün şəxsi və əvəzsiz itki idi, çünki Bül bül sənəti Azərbaycan xalqının ruhuna hopmuşdu, onun sirdaşma çevrilmişdi (və bu gün də belədir, sabah da belə olacaq!).
Hərgecəm oldu kədər, qüssə, fəlakət sənsiz...
     Bülbülün ifasında «Sənsiz»ə yüz dəfələrlə qulaq asmışam, lakin bu «Sənsiz»lərin içində bir «Sənsiz» heç vaxt unudulmayacaq, o «Sənsiz» indi də yada düşəndə sarsıdır, hansı ovqatda olursansa ol, bir dəruni pərişanlıq hissi sənin bütün daxilini əlinə alır..
     Həmin matəmli sentyabr günü ayın 27 -si bütün Azərbaycan Bülbüllə vidalaşırdı.
     Bülbülün cənazəsi Akademiyanın binasında qoyulmuşdu və o vida saatlarının, dəqiqələrinin ən dözülməzi lent yazısında Bülbülün özünün oxuduğu «Sənsiz» oldu...
     Umumiyyətlə, mənə elə gəlir ki, hətta Nizami də dünyadan köçəndə Bülbül Uzeyir bəyin «Sənsiz»ini oxuyub. O «Sənsiz» həmişə olub. Dünyadan köçmüş doğmaları, yaxınları xatırlayanda da elə bil ki, hər dəfə Uzeyir bəylə Bülbülün «Sənsiz»ini eşidi rəm. Mənim üçün doğmaların, yaxınların yoxluğunu heç bir söz, heç bir sənət o «Sənsiz» kimi ifadə edə bilmir...
     Düzdü, bu iki böyük sənətkarın «Sənsiz»i həyatın vəfasızlı ğından deyir, tənhalıqdan, həsrətdən söhbət açır, amma eyni zamanda o «Sənsiz»dəki hisslər, həyəcan insan xislətinin aliliyindən, sənətin əldə etdiyi ən yüksək bədii -estetik zirvədən də xəbər verir...
     Bir görüşü və Bülbül haqqında deyilmiş bir sözü də xatırlayı ram...
     1973-cü ilin yanvar ayı idi, unudulmaz Fikrət Əmirov bizi evinə qonaq dəvət etmişdi və həmin axşam Bülbüldən söz düşəndə Fikrət Əmirov əli ilə geniş alnını ovuşdurdu, onun iri göy gözləri uzaqlara dikildi:
     -Bülbül bizim mədəniyyətimiz üçün kim idi bunu indi hə lə axıracan başa düşməmişik. Əlli ildən sonra biləcəyik...
     Mən o vaxt bu sözləri dəftərçəmdə qeyd etdim.
     Niyə belə dedi? Bülbülü ki, sevməyən yoxdu... Azərbaycan mədəniyyətində ki, Bülbül hadisəsini inkar edən yoxdu...
     Fikrət Əmirovun o sözlərində bir ağrı var idi və mən indi fi kirləşirəm ki, bu ağrını yalnız Azərbaycan mədəniyyətinin təəssübkeşliyi yaratmamışdı, bu ağrı, eyni zamanda, sırf insan hisslə rinin ifadəsi idi, vaxtsız getmiş yaxının, doğmanın əbədi ayrılığından doğurdu: Bülbül həyatda yox idi.
     İndi Fikrət Əmirov da həyatda yoxdur. Yalnız yeni -yeni nə sillərin, xalqın ürəyinə yol tapan (və xalqın ürəyindən xəbər verən!) sənət qalıb: Bülbül sənəti... Fikrət sənəti...
     Bir də xatirələr, yazılar qalıb (yazıya pozu yoxdur!) və o ya zılarda da Fikrət Əmirov da, onun böyük müəllimi Uzeyir bəy Hacıbəyov da, Qara Qarayev də, Niyazi də həmişə Bülbülü hörmətlə, məhəbbətlə, minnətdarlıqla yad ediblər...
     Biz sənətin əbədiliyi, sənətkarın ölməzliyi barədə çox yazmışıq, çox eşitmişik, lakin yenə də bu sözləri dönə -dönə təkrar edirik, yəqin ona görə ki, təskinlik yalnız bundadır...
     Ədilə xanım Bülbülün son dəqiqələrini təsvir edərkən onun həkimə dediyi sözləri yazır: «— Artıq gecdir, həkim, mən gedi rəm...».
     1961ci ilin həmin 26 sentyabr gecəsi altmış dörd yaşlı Bül bül əbədiyyətə getdi...
     Nəsillər bir-birini əvəz edir.
     Və lent yazısındakı o mahnının sədası da ürəklərə keçir:
Məni dərdə salan dilbər,
Yaxan düymələ, düymələ...
Mart, 1987.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (30.08.2014) | Müəllif: R.C E W
Baxış: 579 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more