Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-«Vilayət Quliyev qeyrətli vətəndaşdır»
«VİLAYƏT QULİYEV QEYRƏTLİ VƏTƏNDAŞDIR»
(«525-ci qəzet»in suallarına cavab verən xalqyazıçısı Elçin əmindir ki, yeni xarici işlər naziri heç bir təslimçi sənədə imza atmaz.)
Son günlər Qarabağ probleminin həlli, Tofiq Zülföqarovun xarici işlər naziri vəzifəsindən istefası və Vilayət Quliyevin bu vəzifəyə təyin olunması ilə bağlı mətbuat səhifələrində xeyli söz-söhbət gəzməkdədir. Bəzi mətləblərə aydınlıq gətirmək məqsədilə Vilayət Quliyevi yaxından tanıyan xalq yazıçısı Elçinin bu məsələlərə münasibətini öyrənmək qərarına gəldik. - Elçin müəllim, bizdə olan məlumata görə, Siz Vilayət Quliyevi yaxından tanıyırsınız, onunla səmimi münasibətiniz var və ümumiyyətlə, deyilənə görə, Siz Vilayət Quliyevin ədəbi taleyində də rol oynamış adamsınız. - Bəli, Vilayət Quliyevi mən yaxından tanıyıram, onunla uzun illərdən bəri, həqiqətən, səmimi münasibətimiz var. O ki, qaldı əhli-qələmin ədəbi tale məsələsinə, burada həlledici rolu şübhəsiz ki, onun öz qələmi oynayır. Vilayət bizim zəhmətkeş, daima öz üzərində işləyən, səriştəli və istedadlı bir ədəbiyyatşünas, tənqidçi, publisistimizdir. Vilayət Quliyev indiyə qədər nə əldə edibsə, bu həmin zəhmətin və istedadının nəticəsidir. Beyləqanın Şahsevən kəndində boya-başa çatmış bu adam, öz gücünə Bakıda ali təhsil alıb, rus və ingilis dillərini mükəmməl öyrənib, aspirantura qurtarıb, namizədlik və doktorluq müdafiə edib, monoqrafiyalar, yüzlərlə məqalələr, ingilis və rus orijinallarından bir çox tərcümələr çap etdirib. Bu gün onun sözü yalnız filologiyamızın yox, güman edirəm ki, ümumiyyətlə, ictimai fıkrimizin ifadəsi səviyyəsindədir. Vilayət, eyni zamanda, passiv alim olmayıb, son onilliyin çətin siyasi-ictimai imtahanlarına məruz qalıb, bir vətəndaş kimi az iş görməyib. Mən, az qala, iyirmi ildir Vilayət Quliyevi qeyrətli bir vətəndaş kimi tanımışam. Daxili mədəniyyəti, dünyagörüşünün əhatəliliyi, Qərbi də, Şərqi də yaxşı tanıması, Azərbaycan Demokratik Respublikasının tarixinə yaxından bələd olması, onun aqibətindən də nəticə çıxarmağı bacarması, yüksək intellektual səviyyəsi, dilləri bilməsi, ən mühüm görüşlərdə belə fikrini dəqiq ifadə etməsi Vilayətin üstün cəhətləridir. - Siz deyirsiniz ki, V.Quliyev görkəmli filoloqdur. Bəs filoloqun xarici işlər naziri təyin olunmasına necə baxırsınız? - Çox təbii baxıram, onun bu təyinatını layiqli və indiki siyasi-ictimai gedişat məcrasında xeyir verə biləcək hadisə hesab edirəm. Təcrübə işlə əldə olunur. Əsas məsələ odur ki, sən hansı təfəkkürün, hansı şüurun, dünyagörüşün, savadın, xarakterin sahibisən. Bu mənada, təkrar edirəm, Vilayətin təyinatını mən beynəlxalq vəziyyətin indiki mürəkkəb məqamı konteksində müsbət hadisə hesab edirəm. Deyirsiz ki, axı, o filoloqdur. Bəli, filoloqdur. Nə olsun? Bizim Türkiyədəki səfirimiz Məmməd Əliyev bu vəzifəyə təyin olunanda fizik idi, amma bu gün Azərbaycana fayda gətirən, Türkiyə hakim dairələrində, ictimaiyyətində hörmət qazanmış, sayılan bir diplomatdır və mən onun bacarığının, hörmət-izzətinin dəfələrlə şəxsən şahidi olmuşam. Bu cür misalları tarixdən də, müasir dövrdən də çox gətirmək olar. Bu gün Oljas Süleymenov Qazaxıstanın İtaliyada səfiridir. Və sairə. Yəni ədəbiyyat, filologiya diplomatiyaya zidd olan bir şey deyil. - Ancaq siz də razılaşın ki, bu gün Azərbaycanın Qarabağ yarasına görə Vilayət Quliyevin tutduqu vəzifənin əhəmiyyəti böyükdür. - Mən Vilayətin təyinatı və ümumiyyətlə, Qarabağ ətrafında gəzən söz-söhbətlə bağlı narahatlığı yaxşı başa düşürəm, hətta, nəinki başa düşürəm, mən bu narahatlığı yüksək qiymətləndirirəm. Bu narahatlıq o deməkdir ki, cəmiyyətdə tutduğu mövqedən, dünyagörüşündən, yaşından və peşəsindən asılı olmayaraq millət üçün Qarabağ məsələsi taleyüklü bir məsələdir. Ancaq narahatlıq başqa şeydir, böhtan atmaq, dedi-qodu ilə məşğul olmaq, bəzi mətbuat səhifələrində zəqqutun dolu kompaniyaçılığa başlamaq, şəxsi-qərəzlik etmək, bilərəkdən gözdən salmağa cəhd etmək başqa şeydir. Siz bunu sırf insani baxımdan təsəvvür edin: yeni nazir səhər tezdən işə gəlir, sənədləri öyrənməzdən, mühüm görüşlərə, mühüm hadisələrə hazırlaşmazdan, öz aparatının təxirəsalınmaz işləri ilə məşğul olmazdan əvvəl qəzetlərə yol tapmış şayiəçiliyin, qərəzçiliyin, qeyri-obyektivliyin yüksək dozalı zəhəri ilə («Təslimçi tapıldı!», «Qoymayın, xalqın əleyhinə olan sənədlərə imza atır!» və s.) zəhərlənir... Necə bilirsiz, hər birimiz üçün son dərəcə məsuliyyətli bu günlərdə, həqiqətən, sınaq günlərində Vilayət Quliyevə göstərilən bu «xidmət» bizim çox xeyrimizədir? Mən yüz faiz inanıram ki, Vilayət Quliyev heç bir təslimçi sənədə, Azərbaycan xalqının mənafeyi əleyhinə hansısa bir sazişə imza atmayacaq. Əksinə, bu dedi-qoduların, bu şayiəçiliyin yaranmasının və mətbuata yol tapmasının, bu ajiotajın özü xalqın mənafeyinin əleyhinədir. İkinci və mənim üçün çox vacib olan bir tərəfdən isə, bu cür qərəzçilik, «sən bizdən deyilsən, ona görə də biz belə edirik» prinsipinə dirsəklənərək qələmi qara mürəkkəbə batırmaq əks tərəfdə də nifrət hissi oyadır. İndi mən sizdən soruşuram, məkrli düşmənlə üzbəüz dayandığımız bir məqamda millət daxilində, yəni öz içimizdə belə bir qarşılıqlı nifrət toxumunun səpilməsi, hər vəchlə o toxumu cücərtməyə çalışmaq kimin xeyrinədir? - Axı, xalq Qarabağın taleyindən nigarandır. Sizə elə gəlmirmi ki, dediyiniz o dedi-qodunun, şayiəçiliyin əmələ gəlməsinə həmin nigarançılıq hissi də şərait yaradır? - Mən indiki halda məsələni bir az başqa cürə qoyardım. Bu nigarançılıq var və şübhəsiz ki, böyük bir nigarançılıqdır. Amma Vilayətin təyinatı ilə bağlı o dedi-qoduların, əsassız mülahizələrin, «yozmaların» meydanda at oynatması həmin nigarançılıq hissiyyatından sui-istifadə etməkdir. «Nəyin bahasına olursa olsun, imkan düşüb, çirkab ataq!» - belə bir ictimai əxlaq göstəricisi bizi uzağa apara bilməz. - Elçin müəllim, Sizin özünüzün Qarabağla bağlı aparılan danışıqlara münasibətinizi bilmək maraqlı olardı. - Mən də, mənim atamın ruhu da hər birimiz kimi, böyük narahatlıq və nigarançılıq içindəyik. Bu məlum məsələdir ki, Azərbaycanın siyasətini Azərbaycanın prezidenti müəyyən edir. Mən uzun illərdən bəri bunu dəfələrlə müşahidə etmişəm ki, Qarabağla bağlı Heydər Əliyev tarix qarşısındakı məsuliyyətini dərindən dərk edən bir adamdır. Bu məsuliyyət hissini o özü də dəfələrlə qeyd edib və mən bütün varlığımla inanıram ki, H.Əliyev heç bir təslimçi sənədə imza atmaz. Mən bunu mümkün bir şey hesab etmirəm. Başa düşürəm ki, bu məsələ həll olunmalıdır və bu məsələnin bizim üçün məqbul olmayan həlli ilə bağlı böyük təzyiqlər də mümkündür, ancaq qəti inanıram ki, bütün bu təzyiqlərə sinə gəriləcək. Və mən sizin verdiyiniz bu fürsətdən istifadə edib Vilayət Quliyevə Vətən qarşısında, xalq qarşısında, tarix qarşısında çox ağır, çox mühüm işində uğurlar arzulayıram.
Söhbəti Turqut yazdı
1999.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (22.08.2014) | Müəllif: R.C E W
Baxış: 556 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more