Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Vəzifə müvəqqəti bir şeydir
VƏZİFƏ MÜVƏQQƏTİ BİR ŞEYDİR...
«Baladadaşın ilk məhəbbəti»ndən Nazirlər Kabinetinədək...

     -Elçin müəllim, XXI əsrin astanasındayıq, Sizcə XIX əsrin sonundakı Azərbaycan ziyalısının XX əsrin sonundakı ziyalı ilə nə kimi oxşar və fərqli cəhətləri özünü büruzə verir?
     -XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda güclü bir ziyalı nəsli, ziyalı zümrəsi formalaşmışdı. Təbii ki, bundan əvvəl də Azərbaycanda görkəmli ziyalılar olmuşdu, ötən bir əsrə nəzər salanda görürük ki, sonradan cəmiyyətdə müəyyən keyfiyyət dəyişikliyi baş verdi, Sovet hakimiyyəti quruldu və nəhayət, əsrin sonunda müstəqillik əldə etdik. XIX əsrin sonu XX əsrin əvvəllərindəki Azərbaycan ziyalısı o şəxs idi ki, özünün yaradıcılığı ilə (əgər o, qələm əhli idisə), ictimai fəaliyyətlə xalqı ifadə edirdi. Yəni həmin Azərbaycan ziyalısı xalqın güzəranına, keçmişinə, psixologiyasına, etnoqrafiyasına yaxından bələd olan bir adam idi. Eyni zamanda, bütün bilikləri bəşəri səviyyədə təqdim etməyi bacarırdı. Yəni, sözümün canı odur ki, həmin ziyalılar milli ilə bəşəri dəyərlərin vəhdətini yaratdılar.
     -Bəs Azərbaycanın, əgər belə demək mümkünsə, sovet ziyalısını necə səciyyələndirərdiniz?
     -Sovet hakimiyyəti dövründə keyfiyyət dəyişikliyi əmələ gəldi. Mənfi bir cəhət özünü büruzə verdi. Yəni, ziyalıların bir qrupu rus məktəbini qurtardı, ali təhsilini rus dilində aldı, dünya mədəniyyətinə yaxından bələd oldu. Lakin Azərbaycan dilinə, onun mədəniyyətinə biganə olduğu üçün, məsələn, radioda muğamat səslənəndə radionu söndürürdü. Ona görə ki, milli musiqimizi başa düşmürdü. Əslində, onun elə bir böyük günahı yoxdur. Çünki onun tərbiyəsi, bir ziyalı kimi formalaşma prosesi birtərəfli getmişdi. Əsas məsələ odur ki, o, heç vaxt Azərbaycan xalqını ifadə edə bilməz. Əgər o, muğamı başa düşmürsə, Azərbaycan dilini bilmirsə, Azərbaycan məişətindən, nağıllarından, zərb-məsəllərindən, atalar sözündən xəbərsizdirsə, Şekspiri, Tolstoyu, Balzakı bilsə də, Azərbaycan xalqını ifadə edə bilməz. İkinci bir cəhətə də diqqət yetirmək lazımdır. Götürək, sovet dövründə yetişmiş başqa tip Azərbaycan ziyalısını. 0rta məktəbi Azərbaycan dilində oxuyub, Azərbaycan dilində ali təhsil alıb, Azərbaycan nağıllarını, zərb-məsəllərini, atalar sözlərini də yaxşı bilir, hətta radioda muğamat səslənəndə gözləri yaşarır. Amma Bethovenin simfoniyasını başa düşmür. Balzakdan, ya Tolstoydan xəbəri yoxdur. Həmin ziyalı da indiki dövrdə Azərbaycan xalqını ifadə edə bilməz.
     -Bəs müasir Azərbaycan ziyalısını necə görmək istərdiniz?
     -İndi biz artıq müstəqillik əldə etmişik. Mənim fikrimcə, indiki əsl Azərbaycan ziyalısının yetişməsi üçün, əsrin əvvəlindəki Azərbaycan ziyalısının varisliyini, ənənələrini qoruyub saxlamaq üçün iki mədəniyyətin - milli və bəşəri mədəniyyətin üzvi vəhdətinə nail olmaq lazımdır. Yəni, bizim məktəblərimiz dünyəvi olmalıdır. Azərbaycan dilinə, tarixinə, ədəbiyyatına ciddi fikir verməklə yanaşı, xarici dillərin, dünya mədəniyyətinin öyrənilməsinə xüsusi diqqət yetirilməlidir. Qapalı şəkildə, dünyadan təcrid olunmuş şəraitdə heç bir inkişafdan söhbət gedə bilməz. Yalnız o zaman əsrin əvvəlindəki ziyalı estafetinin layiqli davamçıları ola bilərik. Bu mənada müasir Azərbaycan ziyalısını bəşəri dəyəri mənimsəyən, milli soy-kökümüzə arxalanan bir patriot kimi görmək istərdim.
     -Yazıçı Anarın belə bir sözü var ki, ömrümün ən ağır məqamında dostlarımdan ilk yadıma düşən Elçin oldu. Bəs Elçin ömrünün ağır vaxtlarında dostlarından öncə kimi yada salıb?
     -İndi mətbuatda belə şayiələr baş alıb gedir ki, guya Əkrəmin (yazıçı Əkrəm Əylisli nəzərdə tutulur - Red.), Anarın, Elçinin arasında intriqa mövcuddur, bir-biri ilə yola getmirlər. Düzü, Əkrəmin haqqında danışmaq istəmirəm (elə o cür də yazarsan). Amma Anarla aramızdakı uzun illərin isti münasibətləri dəyişməz olaraq qalır. Mən də Anarın xətrini çox istəyirəm. Və belə hesab edirəm ki, Anar doğrudan da ləyaqətli Azərbaycan ziyalısıdır, yazıçıdır, vətəndaşdır. Sadəcə olaraq, yaş üstünə yaş gəldikcə görüşlər bir qədər seyrəkləşir, istər-istəməz cavanlıq illərindəki çılğınlığını itirirsən. 0nu deyə bilərəm ki, Anarla məni çox işıqlı cəhətlər, isti xatirələr birləşdirir. Və mən belə güman edirəm ki, ömrümüzün axırına qədər elə bu cür də olacaq.
     -Elçin müəllim, ziyalılar arasında qütbləşməyə necə baxırsınız? İndi, etiraf etmək lazımdır ki, istər iqtidaryönlü, istərsə də müxalifət partiyaları, az qala, ziyalı «ovuna» çıxıb, hansısa üzdə olan bir ziyalını öz tərəfinə çəkməyə çalışır.
     –Təbii ki, ziyalılar arasında qütbləşmə olduqca təhlükəli bir tendensiyadır. Və bunun qarşısını hökmən almaq lazımdır. Belə ki, indi Azərbaycan ziyalısı, az qala, iki yerə bölünüb. Tutaq ki, əgər sən iqtidarı, Azərbaycan Respublikasının Prezidentini dəstəkləyirsənsə, pis ziyalısan, yox, müxalifət düşərgəsində qərar tutmusansa, səndən yaxşı ziyalı yoxdur. Və yaxud da əksinə. Məncə bu, olduqca nadan və cahil bir prinsipdir. Ziyalının, yazıçının bir göstəricisi var. O da həmin ziyalının xalqına nə dərəcədə xidmət etməsilə, onun istedadı ilə bağlıdır. Bu barədə çox danışmaq istəməzdim. Sadəcə olaraq, ziyalının, sənətkarın iqtidarı, müxalifəti yoxdur, xalqı var. Xalqın tarixi kontekstində də ziyalıya qiymət verilməlidir. Əgər iqtidaryönümlü qəzetlər müxalifətdəki ziyalını söyürsə, yaxud müxalifət qəzetləri iqtidara yaxın ziyalını söyürsə bununla uzağa gedə bilmərik.
     -Yeri gəlmişkən, bir qədər əvvəl yazıçı Əkrəm Əylislidən söz düşəndə, onun haqqında danışmaq istəmədiyinizi vurğuladınız. Niyə?
     -Təəssüf hissilə görürəm ki, bu gün Əkrəm çox vasvası bir vəziyyətə düşüb. Bu yaxınlarda qəzetdə onun bir müsahibəsini oxudum. Orda bir məqam mənə təsir etdi. Belə ki, teatrda Tofiq Kazımovun 75 illiyi münasibətilə tədbir keçirilirdi və mən də həmin tədbirə kiçik qızım Aysu ilə getmişdim. Antraktda 2-ci mərtəbədə ayaqüstü təşkil olunmuş kiçik bir məclisdə gördüm ki, Əkrəm bir kənarda tək-tənha dayanıb. Ona yaxınlaşdım. Səmimi görüşdük, söhbət etdik. Aysu foto həvəskarıdır, özünün də fotoaparatı var. Aysuya dedim ki, Əkrəm əmi ilə bizim birgə şəklimizi çək, qoy yadigar qalsın. Beləcə, səmimi şəkildə, zarafatyana görüşüb, şəkil çəkdirib ayrıldıq. Sonradan Əkrəm qəzetə verdiyi müsahibədə deyir ki, Elçinlə 40 ilin dostuyuq, amma o da gözləyirdi ki, respublika Prezidenti mənə bəraət versin və yalnız ondan sonra mənimlə birlikdə şəkil çəkdirsin. Bilmirəm, Əkrəm Əylisli hansı cinayət törədibmiş ki, (bəlkə də varmış, amma mən bilmirəm) sonradan bəraət alsın. Guya, oturub gözləmişəm ki, haçan Əkrəm bəraət alacaq (nəyə görə bəraət alır, onu bilmirəm), mən də gəlib onunla şəkil çəkdirəcəyəm. Nə isə, bu barədə söhbət bəsdir.
     -Baş nazirin müavini Elçin Yazıçı Elçinə mane olmur ki? - Düzü, bu sualı mənə tez-tez verirlər. Şübhəsiz ki, Baş nazirin müavini vəzifəsi yazıçı Elçinin vaxtını alır. Çünki demək olar ki, bütün vaxtımı işə sərf edirəm. Axşam saat 9-dan tez evə getmirəm, elə olur ki, gecə yarısınadək işləməli oluram. Vaxt nöqteyi-nəzərindən bir çox çətinliklər ortaya çıxır. Bir məsələni də qeyd edim ki, indi bizdə vəzifəçilik ajiotajı var. Və bu, özünü mətbuatda da büruzə verir. Məsələn, filankəs vəzifə istəyir, yaxud filənkəs, görəsən, vəzifədə qalacaq, ya qalmayacaq və s. Səmimi şəkildə deyim ki, (hər halda, sən məni çoxdan tanıyırsan və səmimiyyətimə bələdsən) mən heç vaxt vəzifədən ikiəlli yapışmamışam. Çünki gözəl bilirəm ki, vəzifə müvəqqəti bir şeydir. Və mən vəzifədə bu gün varam, sabah yox. Odur ki, dünənə qədər hansı Elçin idimsə, indi bu vəzifədə də həmin adamam və vəzifədən çıxandan sonra da həmin Elçin olaraq qalacağam. Üstəlik, bu vəzifədə heç kimin qarşısında gözüm kölgəli deyiləm. Bəzən görürsən ki, qəzetlər yazır: filankəs vəzifəni tutub durub. Açığı, bu mənə çox gülünc görünür. Mən vəzifədə olub-olmamağa çox soyuqqanlılıqla yanaşıram. Təbii ki, bu da mənim həyatımın müəyyən bir mərhələsi, müəyyən bir dövrüdür. Mən müstəqil Azərbaycan hökumətində müəyyən vəzifə tutmuşam və Azərbaycanın öz müstəqilliyi uğrunda apardığı mübarizənin iştirakçısıyam. Və mən bu prosesi kənardan yox, içəridən müşahidə edirəm...
     -Sözünüzü kəsdiyimə görə üzr istəyirəm, bəs nə vaxtsa «Ölüm hökmü» kimi bir roman oxumaq bizə nəsib olacaqmı?
     -... Artıq 6 ildir ki, Nazirlər Kabinetində işləyirəm, heç şübhəsiz ki, bütün bunlar hədər getmir. Ara-sıra özüm üçün qeydlər aparıram. Allah qoysa, ömür qismət eləsə, böyük bir sənədli kitab yazmaq fikrindəyəm. Sözün əsl mənasında həqiqi, obyektiv bir kitab, həmin kitab da məhz burda çalışdığım 6 ilin kitabı olmalıdır.
     -Bəlkə həmin kitabın şərti adını deyəsiniz?
     -Hələ o kitabın adı yoxdur. Amma belə bir kitab hökmən yazılacaq. Burda mənim qarşılaşdığım problemlər, hadisələr, gördüyüm adamlar (heç şübhəsiz ki, bütün bunlar yazıçı üçün bir materialdır və yazıçılıqdan kənarda deyil) öz obyektiv əksini tapacaq.
     -Hamımızın «Qlavlit» kimi tanıdığı senzura ləğv edildikdən sonra KİV-in, o cümlədən, qəzetlərin məhkəməyə verilməsi və onlara astronomik məbləğdə cərimə kəsilməsi adət halını alıb. Sizcə, bu, azad mətbuatın inkişafına mane olmur ki?
     -Mətbuatın demokratikləşməsindən, söz azadlığından danışırıqsa, biz buna öyrəşməliyik. Çünki söz azadlığı böyük məsuliyyət tələb edir. Əgər söz azadlığının effektli olmağını istəyirsənsə, naşir də, redaktor da hədsiz dərəcədə məsuliyyətli olmalıdır. Məsuliyyətsizcəsinə götürüb qəzetə yazmaq olmaz ki, «mötəbər mənbənin dediyinə görə», filankəs filan iş görüb. Axı, kimdir bu mötəbər mənbə? Əgər sənin əlində tutarlı sübut yoxdursa, nə üçün bu mənbəyə istinad etməlisən? Axı, qara yaxdığın şəxsin ailəsi var, dostları var, şəxsiyyəti var.
     -Digər tərəfdən, şübhəsiz ki, məhkəmə vasitəsilə qisas almaq, intiqam almaq, suçun ola-ola bəraət almaq da çox pisdir. İndi mətbuatda həqiqi mənada söz azadlığıdır. Amma ataların bir sözü var: «Bir dəlinin bir quyuya atdığı daşı, yüz ağıllı yığışıb çıxara bilmir». Bu mənada hansısa bir böhtançı redaksiyaya gəlib bir söz deyirsə, bunu yoxlamadan, həmin böhtançıya istinad edərək, onun dediklərini çap etmək düzgün deyil. Amerikada əsl söz azadlığının olmasına yəqin ki, heç kəs şübhə etmir. Amma Amerikanın ən məşhur qəzeti olan «Nyu York Tayms»ın ən böyük şöbəsi informasiyanın dəqiqləşdirilməsi və yoxlanması şöbəsidir. Ən xırda yazılarda, məqalələrdə gedən informasiyalar belə həmin şöbədə yoxlandıqdan sonra çapa verilir. Ona görə də son dərəcədə məsuliyyətli olmaq lazımdır.
     -«Alternativ» qəzetinə sözünüz?
     -İndi biz keçid dövrünü yaşayırıq və bu dövrün özünün çətinlikləri mövcuddur. Bu mənada həmin çətinliklər mətbuatın da, o cümlədən, «Altemativ» qəzetindən də yan keçməyib. «Alternativ» mənim oxuduğum qəzetdir. Sözün açığı, həmin qəzetdə mənim haqqımda bir böhtançının olduqca qərəzli, böhtan dolu bir yazısı çap olunmuşdu. İndi ad çəkmək istəmirəm. Amma bu cür qərəzli yazıların sizin qəzetin səhifələrinə ayaq açması məni təəssüfləndirir, halbuki mən bilirəm ki, qəzetin Baş redaktoru Mikayıl Kərimov Lomonosov adına Moskva Dövlət Universitetində təhsil alıb, ziyalıdır. Xaricdə ali təhsil alıb respublikamıza qayıdan ziyalılarımız azdır və indiki dövrdə müstəqil Azərbaycanın belə ziyalılara ehtiyacı var. «Alternativ» qəzetinə, bütövlükdə müstəqil mətbuat orqanlarına uğurlar, obyektivlik və qərəzsiz, maraqlı, oxunaqlı yazılar çap etməyi arzu edirəm.
Söhbətləşdi: Akif.
1999.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (22.08.2014) | Müəllif: R.C E W
Baxış: 569 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more