Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-«Vəzifədə olanda iqtidarı tərifləyib, çıxandan sonra söyən adamlardan deyiləm»
«VƏZİFƏDƏ OLANDA İQTİDARI TƏRİFLƏYİB, ÇIXANDAN SONRA SÖYƏN ADAMLARDAN DEYİLƏM»


     «Əlbəttə, bu o demək deyil ki, iqtidarda mən hər şeydən razıyam.»

(İkinci müsahibə)


     Yaradıcı insanların dünyasına, hamıdan gizlətdikləri aləmə daxil olmaq marağım var. Uzunmüddətli müşahidələrimdən sonra yalnız bunu deyə bilərəm ki, o aləm qaranlıq bir otaq kimidir. Sadəcə bəzilərində otağın qapısı açıqdı və sən heç olmasa, astanadan durub içəri boylanmaq (hətta içəri keçməyi bacarmasan belə) imkanı qazana bilərsən - əlbəttə ki, otaq sahibinin icazəsi ilə. Amma elə yazıçılar var ki, (dünya ədəbiyyatı tarixində də olubdur) onlarda qapı bağlıdır. Və istəsən belə, ora daxil olmaq imkanın olmayacaq. Əl çəkməyib, orada baş verənlərlə maraqlansan, sadəcə haqqında sahibin bir neçə xırda izahını eşidə bilərsən. Lap səni qane etməsə belə.
     Müsahibim, xalq yazıçısı ELÇİN də həmin ikinci qisim yazıçılardandır. Və etiraf edim ki, onunla söhbət əsnasında «qapıda qalmaq» hissini eynilə ANARla söhbətim zamanı da keçirmişdim. Bu isə o deməkdir ki, o söhbətə nə zamansa bir daha ehtiyac olacaq.
     Bir də... Həmin fikrin təsdiqini müsahibənin sonundakı fikirləri ilə ELÇİNin də etirafında tapdım. Əlbəttə ki, buna təəssüfləndim. Eyni zamanda da sevindim - həqiqət olduğu üçün...

     -Ədəbi mühitdən danışaq. 0rada çirkinliklər var və bu, uzun illərdən bəri davam edir. Siz bilən, nə üçün bizim ziyalılarımız, yazarlarımız o mühitdə baş verənləri etiraf etmək istəmirlər?
     -Mən onu deyə bilmərəm kim etiraf etmək istəmir. Vaxtilə bunu yazmışam, yenə də deyirəm. 0 Yazıçılar İttifaqında Mehdi Hüseynin ürəyi partladı öldü, orada yazıçılar bir-birinin üzünə durdu, bir-birini ifşa etdi. Amma eyni zamanda onu da nəzərə almaq lazımdır ki, Yazıçılar İttifaqı Azərbaycan ədəbiyyatının inkişafı üçün çox iş görüb. O beş çap orqanında Azərbaycan ədəbiyyatını daima dərc və təbliğ edib. Azərbaycan dilini inkişaf etdirib, yaşadıb. Düzdür, Azərbaycan yazıçılarının hamısı Yazıçılar İttifaqının üzvü olub. Amma onların hamısı ifşa edən olmayıb ki... Bunların arasında ifşa olunanlar da var idi. Bunu da nəzərə alın. Yazıçılar Birliyinin üzvlərinin hamısı istedadsız olmayıb ki. İstedadlı adamlar da orda söz deyib, ədəbiyyatın təəssübünü çəkiblər. Mən Yazıçılar İttifaqının plenumlarının materiallarını oxumuşam. Vulqar sosioloji plenumlar keçirilib.
     Partiya ideologiyasının prokurorluq missiyasını öz üzərlərinə götürüblər. Amma bununla belə, Yazıçılar İttifaqının nə qədər plenumları olub ki, yaradıcılıq, həqiqi ədəbiyyat məsələləri orada müzakirəyə qoyulub. Elə buna görə də Yazıçılar İttifaqı kimi qurumların üstündən qara xətt çəkmək olmaz. O yazıçı ki, şahidi olduğu, yaxud iştirak etdiyi hər hansı bir pis hadisə var və əhəmiyyətini başa düşür, lakin etiraf etmir, bu artıq onun öz problemidir. Mən güman etmirəm ki, sənin dediyin kimi üzdə olan yazıçılar elə hadisələrin şahidi olublar və bu gün onu etiraf etməli olsalar da etmirlər.
     Mən bəzi yazıçılarımızın öz yazılarından imtina etmələrinin də əleyhinəyəm. Şəxsən heç bir yazımdan imtina etməmişəm. Bu yaxınlarda üç kitab hazırlamışam. «Azərbaycan ədəbiyyatının problemləri»nə otuz ildə yazdığım tənqidi məqalələr, hekayələr kitabına isə otuz ildə yazdığım hekayələr daxil olunub. Birində də dəyişiklik, ixtisar edilməyib, vaxtilə necə yazılıbsa, elədir.
     -Bayaq ədəbi mühitdə olan qarşıdurmalardan danışdınız. Sizə elə gəlmirmi ki, həmin qarşıdurmalar eyni ahəngdarlığı ilə indi də davam etməkdədir, sadəcə bir az alt təbəqədə?
     -Dediyiniz bu fikirdə çox ciddi həqiqət var. O zaman ideoloji qarşıdurma idi. Yəni vulqar sosiologizm həqiqi ədəbiyyata qarşı mübarizə aparırdı. Bu gün isə biz mühitdə eybəcər bir prosesin şahidi oluruq. Cızmaqara ilə məşğul olan səviyyəsiz adamlar yazıçıları iki yerə bölüblər. Birinə «sən iqtidara yaxın adamsan, ona görə də heç yazıçı deyilsən», digərinə isə «sən müxalifətə yaxınsan, ona görə də gözümün işığısan və nə yazsan şedevrdir» deyir. Bu, son dərəcədə ziyanlı tendensiyadır. Ədəbiyyatın keyfiyyətini müəyyənləşdirən yeganə meyar istedaddır. Elçin indiki iqtidarda vəzifə tutubsa, deməli, pis yazıçıdır? Yaxud Ramiz Rövşən müxalifətə yaxındır, deməli, pis şairdir? Mən həm iqtidar, həm də müxalifət tərəfini nəzərdə tuturam.
     -1993-cü ildə siz iqtidarın komandasına dəvət olundunuz. Ona qədər isə AMİP-in təsisçilərindən biri idiniz. Əlbəttə ki, siyasət adamlarının bir cəbhədən o birinə adlamasına normal baxmaq olar. Bəs yazarın mövqe dəyişməsi ona qarşı münasibət dəyişkənliyinə səbəb olmur ki?
     –Məndə qəti surətdə mövqe dəyişikliyi olmayıb. Bəli, mən AMİP-in təsisçilərindən biriyəm. AMİP-də keçirdiyim o günləri, iştirakçısı olduğum hadisələri, oradakı fəaliyyəti həyatımın xoş məqamları kimi xatırlayıram. O vaxt AMİP-in Heydər Əliyevə münasibəti müsbət idi. Və onda fikir bundan ibarət idi ki, Əliyev Azərbaycana lazımlı adamdır. Mən hələ AMİP-də ola-ola, mətbuatda Əliyev haqqında böyük bir oçerk yazmışdım. Xatırladıram ki, bu o zaman idi ki, Əliyev haqqında heç kim heç nə deyə bilmirdi. Kimi qorxurdu, kimi çəkinirdi. Sonra 1993-cü ilin yay hadisələri zamanı AMİP-də bugünkü iqtidarla əməkdaşlıq edib-etməmək barədə fikir ayrılığı oldu və bir qism insan ordan ayrıldı. O cümlədən mən, akademik Eldar Salayev, indiki xarici işlər naziri Vilayət Quliyev, hazırda muxalifətdə olan Vaqif Kərimov, Qabil Hüseynli, indi YAP-çı Mübariz Qurbanlı. Bu adamlar dediyim məsələdə fikir ayrılığı olduğu üçun ayrıldılar. Məndə mövqe dəyişikliyi olmayıb. Bu vəzifəyə gələndə kim idimsə, bu vəzifədə həmin adamam və gedəndən sonra da həmin adam - həmin Elçin olacağam. Nə ondan aşağı, nə də yuxarı. Vəzifədə olanda iqtidarı tərifləyib, çıxandan sonra söyən adamlardan deyiləm. Mənim öz prinsiplərim var. Əlbəttə, bu o demək deyil ki, iqtidarda mən hər şeydən razıyam.
     Amma prinsipial məsələ odur ki, bu gün vəzifədə olub, bir söz demək, gedəndən sonra başqa - bu, yaramaz haldır.
     -Heminquey faşizm əleyhinə olanlardan, Kunt Haltun faşizmin tərəfdarlarından biri idi. Bu fərqə baxmayaraq, hər ikisinin ədəbiyyatda yeri qaldı. Bizim bölünən, hətta bir-birinə qarşı ittihamlar irəli sürməkdən çəkinməyən yazarların sabahkı tarixə qalan ədəbiyyatda yerləri nə olacaq?
     -Bunu istedad müəyyən edəcək.
     -Yəni siyasi fəaliyyətləri kölgədə qalacaq?
     -Əlbəttə ki. Hansı yazıçının siyasi fəaliyyəti yazıçılığından üstündur? Əgər üstündürsə, deməli, yazıçı deyil, siyasət adamıdır. Ədəbiyyatda iyirmi-otuz ildən sonra kim qalacaqsa, bunu yalnız zaman və istedad müəyyən edəcək. Bu gün elə adlar çəkə bilərəm, otuz il bundan əvvəl Azərbaycan ədəbiyyatının canlı klassikləri hesab edilirdi. Amma bu gün siz xatırlasaz da, sabah sizdən sonra gələn nəsil onları heç tanımayacaq.
     -Repressiya dövründən danışaq. Ədibin o dövrü xatırlatması əlbəttə ki, yazdığı, ortaya qoyduğu əsərlərlə müəyyənləşir. Siz «Ölüm hökmü»nü yazdınız. Amma həqiqətin yalnız bu cür təqdimi kifayət edirmi? Məsələn, Vaqif Səmədoğlu «atamı qınayıram ki, o dövrün həqiqətləri haqqında heç olmasa, oğul kimi mənim üçün bir şey yazıb qoymadı» deyirdi. Sizin atanızın arxivi necə, orada o dövrün deyilməyən həqiqətləri haqqında nə isə oldumu?
     -Mən yazıçı kimi, sənətkar kimi qətiyyən atamı heç bir şeydə qınamıram. İlyas Əfəndiyev nə lazım idisə, ədəbiyyatda hamısını deyib. Deyə bilmədiklərini isə təbii ki, özü ilə götürüb apardı. Onun arxivində bir sıra yazılar var ki, yavaş-yavaş işıq üzü görəcək.
     -İlyas Əfəndiyev evdə adam olmayanda Mircəfər Bağırovu «dördgöz» adlandırırmış...
     -Bəli, amma bunları bilmək istəyən adam «Geriyə baxma qoca», «Üç atılan» romanını oxusun, hamısı orada yazılıb. Həm də sovet dövründə. Yəni mənim İlyas Əfəndiyevi qınayacaq elə bir səbəbim yoxdur. Belə hesab edirəm ki, o Azərbaycan ədəbiyyatında öz sözünü deyib.
     -Deməli, repressiya dövrünün küləyi atanıza dəyməmiş keçib?
     -Yox. Çünki atam o dövrdə ədəbi mühitdə yox idi. Otuz doqquzuncu ildə Bakıya gəlib və elə o il ilk hekayəsi çap olunub. Yazıçılar İttifaqına isə 1941-ci ildə daxil olub. Amma İlyas Əfəndiyevin atasının qolçomaq adı ilə səsini almışdılar. O qanundan kənar idi, nə seçmək, nə də seçilmək hüququ var idi. Atam da o zaman APİ-nin coğrafiya fakültəsinə daxil olmuşdu, lakin elə bu məsələlərə görə, təhsilini davam etdirə bilməyib. Onlar çox məşəqqətli bir həyat keçiriblər. Sonra babamı çərlədib öldürürlər, Bilqeyis nənəm böyük oğul olan atamın köməkliyi ilə yeddi uşağı böyüdüb. Atam yazıçı, ondan kiçik qardaş Mustafa Əfəndiyev tərcüməçi olub. O Lev Tolstoyun «Hacı Murad» əsərini Azərbaycan dilinə tərcümə edib. Digər qardaşları Tofiq Əfəndiyev də yazıçıdır. Məşhur «Prokuror» romanının müəllifidir.
     -Azərbaycan ədəbiyyatı sərhəddən kənara çox çıxmır. Bunun səbəbi nədir? Milliliyin çox olması, yoxsa əksinə, yetərincə olmaması?
     -Məsələni bu cür qoymaq bir o qədər də dəqiq deyil.
     Azərbaycan ədəbiyyatı bir çox xarici dillərdə çap olunub. Amma vacib bir məqam var sualınızda. Mən həmişə bu fikirdə olmuşam ki, bəşəriliyə gedən yol millilikdən başlayır. Heç vaxt ola bilməz ki, bəşəri yazıçı olasan, milli olmayasan. Onun başqa adı var - kosmopolit. Elə böyük yazıçı tapa bilməzsən ki, kosmopolit olsun. Əlbəttə, kosmopolitlik çox yüksək məqamdır. Sən insanlığın yüksək pilləsindəsən, insanlar, millətlər hamısı sənin üçün eynidir. Vətən ancaq yer kürəsidir, millət ancaq İnsandır... Bəşəriyyət hələ o gələcəyə gedib çatmayıb. Tolstoy Azərbaycanda çox sevilir. Nə üçün? Milli olduğuna görə. Eyni zamanda onun milliliyi bəşəriliyə aparıb çıxarıb. Hər böyük yazıçı ilk növbədə xalqının yazıçısıdır. Balzak ona görə böyük yazıçıdır ki, əsərləri ilk növbədə fransızların özünüifadəsidir.
     –Azərbaycandan kənarda Elçin, Anar nəşr olunur. Sovet dövründən qalan əlaqələrinmi hesabına? Nə üçün başqaları yox, məhz Elçin?
      –(Gülür.) Əgər belə fikirləşirsiniz ki, mən buradan İsveçrəyə öz kitabımı çap etdirmək üçün gedirəm, səhv edirsiniz. Bayaq göstərdiyim kitabların böyük əksəriyyətini sizin gördüyünüz kimi görmüşəm. Dərc olunandan sonra poçtla göndəriblər. Bundan əlavə, bir sıra Avropa nəşriyyatları mənim müəllif hüquqlarımı alıb. Həm də kapitalist rejimi elədir ki, istəyirsən doğma övladı ol, kitabının satılacağına inanmasalar, heç vaxt çap etməzlər. Sovet İttifaqında Elçini çap edirdilər, amma Yazıçılar İttifaqının beş yüz üzvü var idi, bəs onları nə üçün etmirdilər? Əlaqə yaratmaq pis şey deyil. Lakin əsərində məna yoxdursa, bu heç nəyi həll etmir.
     -Elçin müəllim, məni narahat edən məsələlərdən biri haqda soruşum. Beynəlxalq yazarların təşkilatı mövcuddur - PEN- klub. Amma orada bir nəfər də olsun, Azərbaycandan üzv yoxdur. Nə üçün? Məsələn, siz heç maraqlanmısınızmı?
     -Mən bu məsələnin içində deyiləm və PEN-klubla heç bir əlaqəm yoxdur. Çünki ehtiyacım olmayıb.
     -Bu gun ədəbiyyat aləmində də ən yüksək mükafat sayılan «Nobel mukafatı»... Nəinki Azərbaycandan, heç türk dünyasından da ora, heç olmasa, təqdim olunanlar da yoxdur.
     -Nə olsun? Mən Tolstoy deyiləm, amma o da «Nobel» almayıb. Bu, göstərici deyil. Azərbaycan yazıçılarının əsərləri dünyaya rus dilinə tərcümə olunmaqla çıxıb. Bu, böyük maneədir. İkinci tərəfdən isə İslandiya kimi kiçik ölkənin «Nobel mükafatı» laureatı var. Amma o böyüklükdə Ərəb dünyasından yalnız keçən il bir nəfər alıb. Yaxud türk ədəbiyatından yalnız Yaşar Kamal təqdim olunub, ancaq almayıb. Rus ədəbiyyatında Şoloxov alıb. Əlbəttə ki, layiqdir. Sonra Soljenitsin də aldı, amma onun mükafatını mən ədəbiyyat mükafatından daha artıq, siyasi mükafat sayıram. Və bu məsələdə məni narahat edən və düşünülməli tərəf Azərbaycan ədəbiyyatının xaricə təqdim olunmasıdır. Bu, proqram şəklində işlənib qarşıya qoyulmalı və onunla ciddi məşğul olunmalıdır.
     -Və bu kimin öhdəsinə düşür?
     -Bizim hamımızın. Həm dövlətin, həm ayrı-ayrı qurumların, Yazıçılar Birliyinin, həm də yazıçıların və eləcə də mənim özümün - həm yazıçı, həm də hökumətdə işləyən adam kimi. Amma bunları demək asandır, həyata keçirmək çətin.
     -Gündəlik yazırsınızmı?
     -Var elə yazılarım. Amma böyük bir qismi çox pinti vəziyyətdə idi. Onların ədəbiyyatla əlaqədar hissələrini çap etdirirəm. Amma orada həyatla, dostlarla əlaqədar hissələr də var. Yazmaqdan əlavə gündəlik oxumağı çox xoşlayıram.
     -Elə mən də. Amma bir həqiqət də var. Hətta ən səmimi yazıçı - İnsan belə özü üçün səmimiyyət sərhəddi cızır və oxucunun ümid etdiyi, heç olmasa, gündəliklərdə o sərhəddin keçilməsi ehtimalı var. Və çox zaman yanılırsan. Çünki gündəliyi də yazan yazıçı onun nə vaxtsa oxunacağını bilir və orada da yazıçılığını kənara qoyub axıra qədər səmimi olmur.
     -O fikirdə həqiqət var, həm də bu tək yazıçıya yox, İnsana aiddir. Səmimiyyət son dərəcədə intim xüsusiyyətdir. Tam səmimi olan adam yoxdur və yaxşı da ki, yoxdur. Çünki hər adamın xüsusi dünyası var ki, orada başqa bir adamın olması mümkün deyil. Səmimi yazıçı var. Axıra qədər səmimi yazıçı isə yox. Əgər varsa, deməli, o anormaldır.

Müsahibəni Nərgiz Cabbarova apardı. 2000
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (22.08.2014) | Müəllif: R.C E W
Baxış: 560 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more