Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-«Vətən»: qarşılıqlı anlaşma və etimad körpüləri
«VƏTƏN»: QARŞILIQLI ANLAŞMA VƏ ETİMAD KÖRPÜLƏRİ

     Xaricdə yaşayan həmvətənlərlə mədəni əlaqələr üzrə Azərbaycan cəmiyyəti - respublika ictimaiyyətinin təşəbbüsü ilə ötən ilin axırlarında yaradılmış «Vətən» Cəmiyyəti Sovet Azərbaycanı ictimaiyyəti ilə xaricdəki həmvətənlər arasında münasibətləri möhkəmləndirmək kimi mühüm və nəcib bir vəzifəni yerinə yetirməlidir. Azərinformun müxbiri Cəmiyyətin idarə heyəti rəyasət heyətinin sədri yazıçı Elçin ilə təşkilatın məqsəd və vəzifələri barədə söhbət edir.
     -Respublikamızda «Vətən» Cəmiyyətinin təsis olunmasının çox böyük əhəmiyyəti var - deyə Elçin söhbətə başlayır. - Çünki bu, beynəlxalq işlərdə getdikcə möhkəmlənən yeni siyasi təfəkkürü əks etdirir. Bu təşkilatın yaradılması bir sıra hallarla və şəraitlə bağlıdır. Onun yaradılması bəşəriyyətin nüvəsiz gələcəyinə doğru yeganə real yol olan sülh proqramının həyata keçirilməsi sahəsində daha bir addımdır. Bizim təsis yığıncağında deyilmişdir ki, xarici ölkələrlə mədəni əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi uğrunda hərəkat, başqa xalqlarla əminamanlıq və dostluq şəraitində yaşamaq arzusunu əks etdirir və xaricdəki həmvətənlərlə mehriban münasibətləri inkişaf etdirmək sahəsində fəaliyyət bu hərakatın tərkib hissəsidir.
     -Xahiş edirəm, xaricdə azərbaycanlı mühacirlərin tərkibindən və onların yaşadıqları yerlərin coğrafiyasından danışasınız.
     -Xaricdəki Azərbaycan mühacirlərinin tərkibini Azərbaycandan hələ Sovet hakimiyyəti qurulmazdan əvvəl və inqilabdan sonrakı ilk illərdə getmiş yaşlı nəslin nümayəndələri, II Dünya müharibəsindən sonra taleyin hökmü ilə qürbətə düşmüş orta nəsil adamları, onların ailə üzvləri təşkil edirlər. Qərbdə yaşayan mühacir dairələri arasında bir sıra başqa ölkələrdən gəlmiş azərbaycanlılar da vardır. Xaricdə həmvətənlərimizin yaşadıqları yerlərin coğrafiyası da genişdir. Bunlar Avropa, Asiya, Amerika ölkələri və
     Avstraliyadır. Azərbaycan mühacirləri arasında görkəm- li ictimai xadimlər, elmi, mədəni ictimaiyyətin nümayəndələri də az deyildir. Sözlərimizə misal olaraq Ümmülbanunu fransız yazıçısı, Fransada yaşayan şərqşünas, Strasburq universitetinin professoru İren Melikofu, şərqşünas, London universitetinin professoru T.Gəncəvini, Qərbi Berlində yaşayıb-yaradan məşhur rəssam A. Behkəlamı, Qlasborq universitetinin (ABŞ) professoru D.Həbibi, düsseldorflu (AFR) tibb doktoru Ş.Süleymanlını, tərəqqipərvər ictimai xadim Dursun Duru (Belçika) və bir çox başqalarını göstərə bilərik. Lakin səciyyəvi bir cəhət var. Ata-baba torpağından ayrı düşərək dünyanın müxtəlif yerlərində yaşayan bu adamlar doğma diyara dərin və əbədi məhəbbət qoruyub saxlayır, fəxr edirlər ki, Azərbaycan xalqının övladlarıdır. Vətən də ona görə vətəndir ki, öz övladlarını heç vaxt unutmur. Bu isə, öz növbəsində, həmvətənlərdə məsuliyyət hissi yaranmasına kömək edir - vətən onlara necə münasibət bəsləyirsə, onlar da vətənə elə münasibəti bəsləməlidirlər.
     -«Vətən» Cəmiyyətinin məqsəd və vəzifələri necədir?
     -Bu ictimai təşkilat xaricdəki həmvətənlərlə əlaqələri möhkəmləndirmək üçün təsis edilmişdir. Cəmiyyətin məqsədi xaricdəki həmvətənlərlə Azərbaycan arasında mədəni əlaqələri möhkəmləndirmək niyyətini həyata keçirmək, onların yaşadıqları ölkələrlə əməkdaşlığın və dostluğun genişlənməsinə kömək göstərməkdir. «Vətən» doğma torpaqdan uzaqlarda yaşayan azərbaycanlılara Azərbaycanın mədəniyyəti, iqtisadiyyatı və həyat tərzi ilə tanış olmağa kömək edəcəkdir. Sülh, tərəqqi, dostluq, qarşılıqlı həmrəylik və əməkdaşlıq uğrunda mübarizə aparan təşkilatlar və qruplar ilə əlaqələr də bu məqsədə xidmət edəcəkdir. Ayrı-ayrı elm və mədəniyyət xadimlərinin, ictimai xadimlərin Azərbaycan ilə əlaqələri qaydaya salınacaq və genişləndiriləcəkdir.
     Azərbaycanı ictimaiyyətinin nümayəndələri ilə xaricdəki həmvətənlər arasında şəxsi əlaqələrə, görüşlər, mədəniyyət və incəsənət əsərləri sərgiləri keçirilməsinə böyük diqqət yetiriləcəkdir. «Vətən» Cəmiyyəti həmvətənlərimizin Azərbaycan dilini öyrənməsinə də böyük əhəmiyyət verir. Planlarda xaricdəki azərbaycanlıların respublikamızın ali məktəblərində təhsil almasına və praktika keçməsinə, burada uşaqların istirahətinin təşkilinə kömək etmək nəzərdə tutulmuşdur.
     -Görünür, «Vətən» Cəmiyyəti bu işdə həmvətənlərimizin xaricdəki ictimai təşkilatları ilə əlaqə saxlayacaqdır.
     -Tamamilə doğrudur. Son vaxtlar bir sıra kapitalist ölkələrində bu cür təşkilatlar yaradılmşdır. Bu, həmvətənlərimizin baxışlarında və əhvali-ruhiyyəsində müsbət dəyişikliklər baş verdiyinə sübutdur. Onların tərəqqipərvər təşkilatları, birlikləri sülh uğrunda, sürətlə silahlanmanın dayandırılması uğrunda hərəkatda fəal iştirak edir, Zaqafqaziya respublikalarının həyatı haqqında doğru-düzgün məlumatın yayılmasına köməklik göstərirlər. Fransada Azərbaycan Mədəniyyət Cəmiyyəti, AFR-də «Ocaq», Qərbi Almaniyada Azərbaycanlıların Cəmiyyəti, İngiltərədə Azərbaycan Mədəniyyət Mərkəzi, İspaniyada Azərbaycanın Dostları Cəmiyyəti, İsveçrədə azərbaycanlıların Mədəniyyət Mərkəzi, İsveçdə Azərbaycan dili öyrədən kurslar və bir sıra digər cəmiyyətlər belə təşkilatlardandır. Biz həmvətənlərimizin xarici təşkilatlarının işi ilə dərindən tanış olmalı, sülh naminə və bəşəriyyətin sağ qalması naminə xalqlar arasında geniş əməkdaşlığın möhkəmlən- dirilməsinin yeni forma və metodlarından istifadə etməliyik.
     -Həmvətənlərimizin - görkəmli tərəqqipərvər sənətkarların, ədəbiyyatçıların, alimlərin yaradıcılıqlarını Sovet İttifaqında təbliğ etmək lazımdır ki, respublikamızın ictimaiyyəti onların fəaliyyəti ilə tanış ola bilsin. Bir-birinə folklor kollektivləri göndərilməsi, həmvətənlərimizin müxtəlif ölkələrdə yaratdıqları həvəskar musiqiçilərdən ibarət ansamblların Azərbaycana dəvət edilməsi işin maraqlı və faydalı forması ola bilər.
     -«Vətən» Cəmiyyəti ictimai-siyasi və mədəni həyatın ən mühüm tədbirlərində həmvətənlərimizin iştirakı üçün onları respublikamıza dəvət edəcəkdir.
     -Təbiidir ki, bu işdə ictimaiyyətin geniş dairələri fəal iştirak etməlidirlər. Demək lazımdır ki, «Vətən» Cəmiyyətinin təsis olunması respublikada rəğbətlə qarşılanmışdır. Biz müxtəlif təkliflər irəli sürülən, bizimlə əməkdaşlıq etmək əzmi ifadə olunan məktublar, teleqramlar alırıq.
     -Biz «Vətən» Cəmiyyətini təsis edərkən belə bir möhkəm inamı əsas tutmuşuq ki, ictimai quruluşu müxtəlif olan dövlətlərin dinc yanaşı yaşaması prinsiplərinin təntənəsi naminə, xalqlar arasında dostluq və qarşılıqlı anlaşma naminə xoşməramlı adamların səylərinin birləşdirilməsi Yer üzündə sülhün möhkəmlənməsinə təkan verəcəkdir.
29 yanvar 1988
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (07.08.2014) | Müəllif: R.C E W
Baxış: 614 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more