Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Vətən haradan başlayır
VƏTƏN HARADAN BAŞLAYIR...

     «Vətən» Cəmiyyətinin sədri yazıçı Elçin Qarğabazar kəndində fəaliyyət göstərən «Yurd» cəmiyyətinin məqsəd və vəzifələrini əks etdirən sənədləri və qəzet materiallarını maraqla qarşıladı. Cəmiyyətin az vaxtda yaranmasına baxmayaraq, öz ətrafında xeyli fəal topladığını, kəndin abadlığı, sosial problemləri ilə bağlı müəyyən işlər gördüyünü biləndə müsbət münasibətini açıq-aşkar bildirdi.
     -Elçin müəllim, bütün kəndçilərimizi «Yurd» cəmiyyəti ətrafında birləşdirməklə elə bir məqsədli işə başlamışıq ki, onun sayəsində kəndimizin bütün həyat şəraiti dəyişsin, kənd abad və firavan olsun, torpağın bar-bəhəri aşıb-daşsın və bu axında hər bir yurddaş üçün yaşayıb yaratmaq əsl bəxtəvərliyə çevrilsin.
     -Bəri başdan deyim ki, bütün bunlar gözəl və səmimi hisslərdir və mən bu niyyətinizi qəlbən alqışlayıram. Alqışlayıram ona görə ki, gənclər, xüsusilə, kəndli ziyalıları başda olmaqla camaat yığışıb, necə deyərlər, öz gün-güzəranını yaxşılaşdırır, kənd-kəsəyi qurub-yaradır, tutulmuş bir bulağın gözünü açır, yaxud yol çəkir, körpü salır. Bu, bir tərəfdən təqdir olunmağa ona görə layiqdir ki, ictimai şüur və ictimai fəallıq bərkə-boşa düşüb formalaşıb, elin dərd-qəmi, hamının və hər kəsin dərd-qəmi bir olur və beləcə, birlik elin gücünə, selin gücünə çevrilir. Bir tərəfdən də məlum həqiqət təsdiq olunur ki, Vətən məhəbbətini vəsf etməklə yüksəltmək mümkün deyil- əgər onu yaratmırsansa, onu qurmursansa.
     Bədxahlarımızın gözünə o vədə ox olub batırıq ki, yurdumuzun hər əlçimi təzə-tər gül-çiçək qoxusun, göz oxşasın. Diqqətdən yayınan nəyimiz varsa, deyim ki, batan kəhrizlərimiz, qəhr olan bağlarımız, qayğısız qalan qum-gilli çölümüz də gözü götürməyənlərimizin nəfinədir və kim ki, bu torpağın üstündə yaşayır və yaşaya-yaşaya da bu kimi hallara biganədir, demək o, torpağımız üçün ləkədir.
     -Biz ətraf kəndlərə də əl yetirməyə hazırıq. Və əgər bir kimsə bu məqsədlə bizə üz tutsa kömək edirik və hər hansı şəkildə yardımımızı əsirgəmirik. Bununla yanaşı biz uzaq yerdə yaşayan həmyerlilərimizi soraqlayıb axtarırıq, onların qayğı və problemlərinə biganə deyilik.
     -Təkrarlayıram, bütün bunlar ümumi işimizin yalnız bir tərəfidir və bu, ona bənzəyir ki, öz evimdə bolluq olsun, qonşu acından ölsə də olar. Bax budur ki, kənd-kənd doğranıb xırdalanırıq və beləcə doğrana-doğrana təkcə bu ayrı-seçkiliyə coğrafi kateqoriyalarla tərəfkeşlik etmirik. Həm də milli mənafe və ümumxalq mənafeyini məhz belə bir uca zirvədən durub, gözləmirik. İş o həddə çatır ki, milli ləyaqət, təəssübkeşlik, xalqın nəfinə və onun naminə məqbul olan nə varsa arzu olunmayan yad meyllər psixologiyasında kələ-kötürə düşüb və bu məqamda o yad meyllər çayır kimi qol-budaq atıb hər şeyi qamarlayır. Məsələn, yerlibazlıq kimi bir bəla qrup və yaxud da tayfabazlığa zəmin yaradır, bu isə istər vəzifədə, yaxud qeyri-şəxsi təmənnada yalnız şəxsi mənafeyə xidmət edir. Böyük məqsədlər naminə bir kənddən danışırıqsa, hər halda ümumi mənafeyimizdən və onun geniş platformasından xalqımızın böyüklüyünü, Azərbaycanı, onun bütövlüyünü və dünya orbitində mövqeyini və nüfuzunu düşünməliyik.
     -Elçin müəllim, rəsmiyyət xatirinə yox, dediyiniz kimi, o böyük məqsədlər naminə fəaliyyətimiz tamamilə yenidən qurulmalıdır. Digər tərəfdən əgər itirdiklərimizi sərf-nəzər etsək, təskinliyimizi ondan tapacağıq ki, nə yaxşı «Vətən» Cəmiyyəti var imiş. Yoxsa bir belə yurddaşımızın nisgilli taleyinə etinasız qalarmışıq, həm də bu otaqdakı bu qədər qəzet-jumal nüsxələri o təşnə ürəklərin çırpıntılarını öz soydaşlarına çatdırmazmış.
     -«Vətən» Cəmiyyətinin məqsəd və məramı geniş ictimaiyyətə artıq məlumdur və onun fəaliyyətə başladığı ilk gündən bəri qürbətdə yaşayan azərbaycanlılarla müəyyən mənəvi-mədəni ünsiyyət körpüsü yaratmağa müvəffəq olmuşuq. Bu istiqamətdə görəcəyimiz işlərin miqyası o qədər böyükdür ki, hətta bu bir və ya iki müsahibəlik söhbətlərin imkanı xaricindədir. Bax, bu qəzet, jurnal, kitab və bağlamalar son poçtumuzun sovqatıdır. «Ana dili» qəzeti AFR-də, «Qaynarca» qəzeti Qərbi Berlində, «Frans islam» qəzet-jurnalı Fransada və digər mütərəqqi və loyal şəkildə dünyanın müxtəlif ölkələrində azərbaycanlıların yaratdıqları birlik və cəmiyyətlər nəşr etdirdikləri qəzet və jurnallarda milli sərvətimizin inciləri və adət-ənənələrimizi təbliğ edirlər. Bu qəzet və jurnallarda klassik və müasir ədəbiyyatımızın geniş mövzuları tədqiq edilməklə musiqi, rəssamlıq və incəsənətimizin korifeyləri təqdim olunur. Biz tez-tez məqalələrdə kənd, şəhər adlarımıza, sözlərimizin termin mənşəyinə, Füzuli, Nizami, Nəsimi, Sabir və bu kimi klassiklərimizə necə hörmət və ehtiramın bəsləndiyinə təsadüf edirik.
     -Dünyanın müxtəlif orqanlarında yaranmış bu cəmiyyətlər öz sırasında müəyyən qrup adamları birləşdirir və onlar öz fəaliyyətində minlərlə azərbaycanlını təmsil edir. Ümumiyyətlə, bu cəmiyyətlərdə təmsil olunan azərbaycanlıların miqdarı barədə məlumat varmı? Varsa, biz nə qədərik?
     -Bayaq dedim ki, belə birlik və qruplaşmalar çoxdur. ABŞ- ın Nyu-York şəhərində Azərbaycan mədəniyyəti mərkəzi, Qərbi Berlinin Bonn şəhərindəki «Ocaq» cəmiyyəti, Qərbi Berlinin «Qaynarca» cəmiyyəti və digər cəmiyyətlər bu qəbildəndir. İspaniyada bu cür cəmiyyətin 100, AFR-də 500, Qərbi Berlində 500, ABŞ-da 150, Türkiyədə 1.000 və digər şəhərlərdə olan cəmiyyətlərdə xeyli üzvü vardır ki, onlar da on minlərlə azərbaycanlılar arasında mədəni-kütləvi və digər ictimai-təbliğat işləri aparırlar. Bu ölkələrdə olan azərbaycanlıların miqdarı barədə də məlumatımız var. ABŞ-da 150 mindən çox, Fransada 70 min, AFR-də 180 min, İsveçrə, Hollandiya, Norveç və Danimarkada 100 mindən çox, Yaponiya, Pakistan, Latın Amerikası ölkələrində minlərlə azərbaycanlı yaşayır, Cənubi Azərbaycanda 20 milyona yaxın, bütövlükdə götürsək isə Azərbaycan xalqı 30 milyondan artıqdır.
     -Şəksiz həqiqətdir ki, Azərbaycan xalqı böyük və hünərvər xalqdır. Bu, bizi nə qədər fərəhləndirirsə, zamanın sərt və amansız hökm-fərmanları da canımızdan gizildəyib keçir. Bu halda ürək ağrımızı, nifrət və qəzəbimizi gizlədə bilmirik. Ən uca kürsülərdən bağırıb tarixdən soruşmaq istəyirik ki, qərib düşənlərimizin amansız hökmünü kim verdi.
     -Parisli Banun (Ümmulbanu) keçmiş Bakı milyonçusu Musa Nağıyevin nəvəsidir. Mütərəqqi yazıçı dilimizin, ənənələrimizin və xalqımızın güclü təəssübkeşidir. Babası Böyük Oktyabr İnqilabını qəbul etməyib və xüsusi mülkiyyət sahibkarı kimi xaricə qaçası olub. Deməli, bu və bunun kimilərin mühacirəti 1920-ci və sonrakı illərin təsadüfüdür. Ən güclü axın isə II Dünya müharibəsinin payına düşür. İndi onların hamısına demək olmaz ki, doğma xalqına dönük çıxmışlar, yaxud Vətən üçün az həsrət çəkmirlər. Əksinə, bir qədər qürbətdə yaşayıb acı taleləri ilə barışıb, sonra geri dönən də olmuş, məskunlaşan, hər cür əzab və məhrumiyyətə tab gətirərək qürbətdə yaşayanlar da günləri-günlərə calayıb ömür-gün keçirsələr də mənəvi həsrətlə qovrulmuşlar. Hər halda, həsrətdən söz düşəndə qəlbimizdə bir xəncər yarasının ağrı-əzabını duyuruq və bu, dağlar qədər ağır məşəqqətli olan həsrətin o yanğısını söndürmək üçün çətin ki, Arazın da suyu bəs eləyə. Handa ki, xəncərin özü də Araz boy-biçimdədir. Və bu xəncər böyük bir xalqın böyük ürəyinin tən ortasından keçir.
     -Mətbuatdan bilirik ki, təbrizli iki qız Bakıda təhsil alır. Qəlbimizdən keçirdiyimiz xoş duyğulardan az qala kövrəlirik ki, bu qızlar kaş Bakıdaca ailə səadətinə qovuşalar. Bunlardan biri burda qala, o biri isə toy-bayramla Xudafərin körpüsündən keçib Təbrizə yola düşə.
     -«Vətən» Cəmiyyətinin xəttilə onlar N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun birinci kursuna daxil olublar. Bunlar son 40 ildə ilk Cənubi azərbaycanlıdır ki, Bakıya gəlib çıxıblar. Qaldı ki, onların ailə səadəti, hər halda bu, taleyin öz işidir və əgər Xudafərin körpüsü gediş-gəliş üçün bu qızların toy gününə bənddirsə və bununla bu həsrət əbədi yox olarsa onda həmin gün dünyanın ən xoşbəxt və səadətli günü olacaq, həmin günə elə bir mahnı bəstələnməlidir ki, o mahnı bütün həsrətli qalanların vüsal himninə çevrilsin.
     -Elçin müəllim, «Yurd» cəmiyyətini «Vətən» Cəmiyyəti ilə bir sıraya qoymaq iddiasında deyilik. Lakin öz mövqeyimizdən həyatın gerçək hadisələrinə laqeyd də qala bilmərik. Necə ki, dünyanın ən ucqar nöqtəsində bir azərbaycanlı varsa, deyək ki, o yerdə Füzuli, Nizami şeri, Qorqud sazı, Koroğlu nərəsi, bir sözlə, orda Azərbaycan torpağı var və bu torpağın nəyi varsa bizimdir, bizim qayğılarımızdır. «Vətən» Cəmiyyəti belə bir humanist məqsədli iş görür. Bu, bizim mənəvi təskinliyimiz və milli iftixarımızdır. Bəzən burda, öz evimizin içindəcə it-bata düşənlərimiz varsa və əgər «Yurd» Cəmiyyəti bir kəndin nümunəsində belə bir el qayğısını çəkirsə, niyə də o hər kənddə və ya şəhərdə, ən nəhayət hər kəsin və hamının qəlbində yaradılmasın? «Yurd» cəmiyyətinə və onun üzvlərinə nə arzulayardınız?
     -Söhbətimizi necə başlamışdıqsa, eləcə nikbin sonluqla yekunlaşdırmaq daha münasib olardı. Qoy nə fikirlərimizdə, nə də əməllərimizdə ayrı-seçkilik hiss olunmasın. Xalqımızın hamısına xeyirxah məqsədli bütün cəmiyyətlərin sırasında olmağı və bu yolda onlara mübarizlik, milli həmrəylik və bəşəri məqsədlər arzulayıram.
Müsahibəni Rasim Vəliyev apardı.
1989
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (07.08.2014) | Müəllif: R.C E W
Baxış: 608 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more