Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Uşaq hekayələri
SƏLIMIN HEKAYƏLƏRI
MƏNƏ NIYƏ GÜLÜRLƏR?


    Mənə niyə gülürlər? Heç bilmirəm...
    Mən Səliməm, özü də atamın oğluyam. Anamın da oğluyam. Bir də bacım
    Laləni çox istəyirəm...
    Lalə lap balacadır. Mənim üç yaş bir ayım var, onun – hi, hi, hi, adamın gülməyi gəlir!..– heç bir yaşı da yoxdur. Amma həmişə ondan çox mənə gülürlər. Özü də
    böyük-böyük əmilər, xalalar...
    Niyə gülürlər? Heç bilmirəm...
    Bax, elə bu gün, Firudin əmi mənə o qədər gülüb ki...
    Anam mənə iki xırda pul verib dedi:
    – Pulu verərsən Firudin əmiyə. Bax, bu qabı ağzına qədər südlə doldurar, götürüb gələrsən evə.
    Mən də südqabını götürdüm. Aşağı düşdüm. Getdim süd satılan yerə.
    – Salam, Firudin əmi, – dedim.
    – Salam, dostum. Süd almağa gəlmisən?
    – Bəli, Firudin əmi. Al bu pulu, qabı ağzına qədər südlə doldur.
    Firudin əmi pulu aldı. Qabı südlə doldurdu, verdi mənə. Mən qayıtdım. Bloka girdim. Birdən... üzü üstə yıxıldım. Ağlamadım. Niyə ağlayım? Ayağımın altında qarpız qabığı qalmışdı, mən də yıxılmışdım. Nə olsun?! Süd yerə tökülmüşdü. Qabı götürdüm, tez qayıtdım geri. Firudin əmi məndən soruşdu:
    – Hə, niyə qayıtdın, Səlim?
    Mən dedim:
    – Al, bu qabı təzədən doldur.
    Firudin əmi dedi:
    – Niyə qabı təzədən doldurmalıyam, əzizim?
    Mən dedim:
    – Axı, bayaq qabı doldurmuşdun, yıxıldım, dağıldı. Indi boşdu. Yenə doldur, aparım evə.
    Firudin əmi bir az mənə baxdı. Sonra başladı gülməyə. O qədər güldü ki...
    Mən soruşdum:
    – Nəyə gülürsən, Firudin əmi?
    O dedi:
    – Heç nəyə. Böyüyəndə özün başa düşərsən.
    Mən böyük deyiləm? Üç dəfə qış olacaq, qar yağacaq, mən məktəbə gedəcəyəm.
    Mənim nəyim balacadır?
    Sonra Firudin əmi südqabını məndən aldı, ağzına qədər doldurdu. Apardım evə.
    Anam bişirdi. Mən də içdim. Lalə də.
    Amma mənə niyə gülürlər? Heç bilmirəm...

GÖR NECƏ TOP VURARAM


    Dadaşgil həyətdə futbol oynayır. Mən Dadaşa deyirəm:
    – Dadaş, qoy mən də sizinlə futbol oynayım.
    – Yox, Səlim, sən oynaya bilməzsən...
    – Niyə oynaya bilmərəm?
    – Çünki futbol oynayan gərək biclik eləyə bilsin, fənd işlətsin, başqa oyunçuları aldada bilsin. Amma sən hələ balacasan, bunları bacarmazsan... Sonra onlar yenə oynayırlar. Mən də qıraqda durub baxıram...
    Eh, düzdü, Dadaş məktəbdə oxuyur, özü də mənim dostumdu, amma Dadaş nə bilsin ki, mən necə bicəm, necə çoxbilmişəm!? Əgər bilsə mən necə bicəm, o saat deyər: «–Səlim, gəl sən də bizimlə oyna!».
    Lap elə dünən gör necə biclik işlətdim: anam evdə yox idi. Atam da işdə idi.
    Mən nənəmə dedim:
    – Nənə, gəl gizlənpaç oynayaq.
    – Oynayaq, Səlim.
    – Sən gözünü yum, mən gizlənim.
    – Yaxşı.
    Nənəm gözlərini yumdu. Mən çarpayının altına girib gizləndim. Sonra dedim:
    – Aç, nənə.
    Nənəm gözlərini açdı. Ora baxdı, bura baxdı. Sonra yavaş-yavaş mənə tərəf gəlməyə başladı. Mən tez qışqırdım:
    – Nənə, mən burda deyiləm! Mətbəxdə gizlənmişəm!
    Nənəm:
    – Hə... – dedi, amma bilmirəm heç niyə güldü. Sonra mətbəxdə məni axtarmağa getdi. Mən də tez çarpayının altından çıxdım.
    Görürsünüz, mən necə bicəm!
    Eh, əgər Dadaş bunu bilsə, məni də futbol oynamağa qoyar. Biclik edib fənd işlədərəm, hamını bir-bir keçərəm, qapıya çoxlu-çoxlu top vuraram!..

MƏN LALƏ ISTƏYIRƏM


    Lalə elə balacadı, elə balacadı, elə balacadı, lap bir cıqqılı. Lalə mənim bacımdı.
    Nənəm deyir:
    – Mənim Laləm, Laləciyim...
    Mən deyirəm:
    – Nənə, Lalə mənimdi!
    Nənəm deyir:
    – Yaxşı, Səlim, sənindi...
    Amma sonra yadından çıxır. Yenə deyir:
    – Mənim Laləm, Laləciyim...
    Anam deyir:
    – Lalə qızım, qəşəng qızım, mənim qızım...
    Mən deyirəm:
    – Ana, Lalə mənimdi!
    Anam deyir:
    – Yaxşı, Səlim, sənindi...
    Amma sonra yadından çıxır. Yenə deyir:
    – Lalə qızım, qəşəng qızım, mənim qızım...
    Atam da belə deyir. Babam da belə deyir. Axı, belə olmaz. Axı, Lalə mənimdi.
    Yaxşı hirsləndirdiniz məni, baxarsız!.. Mən də gedərəm Firudin əmidən özümə
    başqa Lalə alaram.
    Firudin əmi bizim həyətdə süd satır, özü də mənim dostumdu. Mən ona
    deyirəm:
    – Firudin əmi, mənə Lalə ver.
    Firudin əmi deyir:
    – Lalə? Laləni neyləyirsən, Səlim?
    Mən deyirəm:
    – Istəyirəm ki, mənim özümün Laləm olsun!
    Firudin əmi deyir:
    – Yaxşı, Səlim, əgər tapsam, sabah sənə lalə gətirərəm.
    Sabah Firudin əminin yanına gəlirəm. Mən deyirəm:
    – Salam, Firudin əmi, mənə Lalə gətirdin?
    Firudin əmi deyir:
    – Gətirdim, Səlim, güclə tapdım, al.
    Firudin əmi mənə bir dənə qırmızı gül verir. Mən deyirəm:
    – Bu nədi?
    Firudin əmi deyir:
    – Lalədi. Yavaş götür, dağılmasın. Lalənin ləçəkləri çox zərif olur.
    Eh, Firudin əmi gör mənə nə gətirib?! Gül!..
    Mən deyirəm:
    – Firudin əmi, mən belə lalə istəmirəm...
    Firudin əmi deyir:
    – Bəs, sən nə cür lalə istəyirsən, Səlim?
    Mən deyirəm:
    – Mən bacım Lalədən istəyirəm.
    Firudin əmi bərkdən gülür. Sonra deyir:
    – Ay səni, Səlim!
    Yenə mənə gülürlər. Heç belə də iş olar?

BELƏ DƏ IŞ OLAR?


    Heç bilmirəm nə edim... Belə də iş olar?..
    Mən Səliməm. Amma hamı mənə «Balaca Səlim» deyir.
    Niyə «balaca»?
    Bilmirəm..
    Axşam anamla atam teatra getməyə hazırlaşanda deyirəm:
    – Ana, məni də teatra apar.
    Anam deyir:
    – Yox, Səlim, sən hələ balacasan, yuxun gələr, yatarsan...
    Anamla atam gedir teatra. Mən qalıram evdə nənəmlə.
    Atam ova gedəndə deyirəm:
    – Ata, məni də özünlə ova apar.
    Atam deyir:
    – Yox, Səlim, sən hələ balacasan, yorularsan...
    Atam gedir ova, anam gedir işə. Mən qalıram evdə nənəmlə.
    Səhər qonşumuz, mənim dostum Dadaş çantasını götürüb məktəbə gedir.
    Deyirəm:
    – Dadaş, məni də məktəbə apar.
    Dadaş deyir:
    – Yox, Səlim, sən hələ balacasan, oxuya bilməzsən...
    Dadaş gedir məktəbə. Atam gedir işə, anam gedir işə. Mən qalıram evdə nənəmlə.
    Nənəm də Laləni qucağına götürüb həyətdə gəzdirir. Lalə mənim bacımdır. Lap balacadır. Mənim üç yaş iki ayım var, onun – hi, hi, hi, adamın gülməyi gəlir!.. – heç bir yaşı da yoxdur.
    Həyətdə nənəmə deyirəm:
    – Nənə, Laləni ver bir az da mən gəzdirim.
    Nənəm deyir:
    – Yox, Səlim, sən hələ balacasan, gücün çatmaz, yıxarsan...
    Nənəm özü Laləni gəzdirir, mən də onun arxasınca gedirəm. Belə də iş olar?.. Bəs necə olur ki, televizorda məndən də çox-çox balaca – bax, bu boyda, lap bir cıqqanaq!.. – adamlar, özləri tək ova da gedirlər. Amma heç yorulmurlar, teatra da gedirlər, amma heç yuxuları gəlmir, məktəbə də gedirlər, «beş» alırlar, hələ müəllim də olurlar, maşın da sürürlər, təyyarədən də paraşütlə tullanırlar, gəmidə də üzürlər?
    Hə? Bəs necə olur?
    «Balaca Səlim...» Belə də iş olar?

MƏN HƏR ŞEYI BILIRƏM


    Mən babamı çox istəyirəm. Bax, bu qədər! Hələ qollarım çatmır, göstərim ki, nə qədər!..
    Biz Bakıda yaşayırıq, babam kənddə. Babam tez-tez bizə gəlir. Mənə çoxlu meyvə gətirir. Bilir ki, yaman meyvə yeyənəm. Indi də babam mənə meyvə gətirib: alma, armud, şaftalı, gavalı... Mən də oturub yaxşıca-yaxşıca yeyirəm.
    Babam deyir:
    – Hayıf, bu il meyvə az oldu, Səlim...
    Mən deyirəm:
    – Niyə bu il meyvə az oldu, baba?
    Babam deyir:
    – Çünki bu il quraqlıq oldu.
    Mən deyirəm:
    – Quraqlıq nədi, baba?
    Babam deyir:
    – Yağış yağmayanda, ağacları sulamayanda, meyvə az olur. Buna da quraqlıq deyirlər.
    – Yağış yağsa, meyvə çox olar?
    – Əlbəttə.
    Eh, hayıf ki, babamın Dadaş kimi yoldaşı yoxdur. Dadaş mənim dostumdur, bizim həyətdə olur. Həmişə mənə deyir:
    – Sən mənim ən birinci dostumsan, Səlim!
    Dadaşın portfeli var, özü də məktəbə gedir. Dadaş hər şeyi bilir, mənə də deyir. Mən də hər şeyi bilirəm. Bax, yağış buxardan əmələ gəlir. Su istidə buxarlanır. Indi gördünüz ki, mən hər şeyi bilirəm?
    Eh, hayıf ki, babamın Dadaş kimi yoldaşı yoxdur. Eybi yox.
    Mən deyirəm:
    – Baba, yağış buxardan əmələ gəlir.
    Babam deyir:
    – Doğrudan?
    Mən deyirəm:
    – Bəli, baba, doğrudan. Mən hər şeyi bilirəm. Mən kənddəki evimizə gələndə yağış yağdıracağam. Onda meyvə də çox olar.
    Babam deyir:
    – Sən bunu necə edəcəksən, Səlim?
    Mən deyirəm:
    – Gedərəm bağa. Qazanı su ilə dolduraram. Qoyaram ocağın üstünə. Su qızar, buxar olar. Onda yağış yağar, meyvə də çox olar. Gördün, baba, mən hər şeyi bilirəm!
    Babam deyir:
    – Gördüm, Səlim. Doğrudan da, sən yaman bilənsən!
    Sonra babam ürəkdən gülür.
    Yenə mənə gülürlər...

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (16.01.2014) | Müəllif: R.C E W
Baxış: 1159 | Reytinq: 1.5/2
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more