Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Tiflis ədəbi mühitinin tədqiqi (Məqalə)
TİFLİS ƏDƏBİ MÜHİTİNİN TƏDQİQİ


     Tiflis ədəbi mühitinin tədqiqi, ümumiyyətlə, Zaqafqaziya xalqları mədəniyyət tarixinin maraqlı və zəngin bir sahəsinin tədqiqi kimi, həmişə humanitar elmlərlə məşğul olan alimlərimizin diqqətini bu və ya digər dərəcədə cəlb elmişdir. Ədəbiyyatşünas Əziz Mirəhmədov tədqiqatlarından birində hələ XIX əsrin birinci yarısında Tiflisdə olmuş baron Avqust fon Haksthauzenin bu sözlərini xatırladır: «...burada insanlar və xalqlar nə qədər rənga- rəngdirlər... Hazırda dünyanın az şəhərinə buraya gələn qədər müxtəlif millətlər axıb gəlir: ruslar, ingilislər, fransızlar, almanlar, farslar, türklər, azərbaycanlılar, ermənilər, kürdlər, özbəklər və Qafqazın bütün tayfaları»'.
     Bu «müxtəlif millət» nümayəndələrinin bir çoxu öz xalqlarının görkəmli mədəniyyət xadimləri, yazıçılar, maarifçilər, jurnalistlər idi və onlar əsrimizin 20-ci illərinə qədər Tiflisdə elmi, siyasi-ictimai və bədii əsərlər yazmış, müxtəlif dillərdə yaranan sənəti qarşılıqlı ədəbi əlaqələr zəminində, əsasən, realist, inqilabi-demokratik axarda inkişaf etdirməyə çalışmışlar. Burasını da əlavə edək ki, Tiflis güclü teatral şəhər idi, burada Azərbaycan, gürcü, erməni və rus dramaturgiyası yaranır və bu dramaturgiyanın nümunələri dünya dramaturgiyası nümunələri ilə bi gə həmin xalqların dillərində tamaşaya qoyulurdu, şəhərdə onlarca nəşriyyat fəaliyyət göstərirdi, müxtəlif dillərdə müxtəlif də ideya-bədii istiqamətli qəzet və jurnallar çap olunurdu.
     XIX və XX əsr bir çox Azərbaycan ziyalılarının, elm, sənət və ədəbiyyat adamlarının fəaliyyəti, ədəbi-ictimai mübarizəsi və yaradıcılıq inkişafı məhz Tiflis ədəbi mühiti ilə bağlı olmuşdur. A.Bakıxanov, M.F.Axundov, M.Ş.Vazeh, C.Məmmədquluzadə, Ü.Hacıbəyov, Ə.Haqverdiyev, H.Cavid, A.Şaiq, F.Köçərli, H.Ərəblinski, S.Ağamalıoğlu, E.Sultanov, H.Minasazov, M.Şahtaxtlı və digər sənətkarların, siyasi-ictimai xadimlərin bir sənətkar və vətəndaş kimi yetişməsində, formalaşmasında Tiflis ədəbi mühitinin təsirli rolu olmuşdur.
     Tiflis Azərbaycan ədəbi mühitini yalnız azərbaycanlı ziyalıların çoxcəhətli fəaliyyəti səciyyələndirmirdi. XIX əsrin birinci rübündən etibarən, Tiflisdə Azərbaycan ədəbi irsinə, sənətinə və çağdaş bədii təsərrüfatına diqqət və maraq ildən-ilə daha da artır, Azərbaycan ədəbiyyatı haqqında məqalələr yazılır, şifahi xalq ədəbiyyatının nümunələri toplanır, həm müxtəlif mətbuat orqanlarında çap olunur, həm də gürcü və erməni əlifbaları ilə yazıya alınır, xüsusən də qonşu xalqların dillərində Azərbaycan folklorunun variantları yaranırdı. A.Qriboyedov, İ.Çavçavadze, A.Bestujev-Marlinski, A.Sereteli, X.Abovyan, A.Zabolotski, İ.Berezin və digər ədəbiyyat xadimləri Azərbaycan ədəbiyyatının təbliğində az iş görməmişlər.
     Azərbaycan ədəbiyyatşünaslarından M.İbrahimov, F.Qasımzadə, M.Rəfili, Əziz Şərif, Ə.Mirəhmədov, K.Talıbzadə, A.Zamanov, Şıxəli Qurbanov, Q.Məmmədli, M.Seyidov, M.Sadıqov, D.Əliyeva rus, gürcü və erməni alimləri ilə bərabər, Tiflis ədəbi mühitinin öyrənilməsi ilə məşğul olmuşlar, lakin bununla belə, həmin ədəbi mühitin əhatəliliyi, mürəkkəbliyi və zənginliyinə görədir ki, onun daha artıq dərəcədə öyrənilməsinə və tədqiq olunmasına ehtiyac duyulurdu. Bu mənada, Abbas Hacıyevin «Tiflis ədəbi mühiti» kitabı əlamətdardır. Hiss olunur ki, Abbas Hacıyev uzun müddət Tiflis ədəbi mühitini öyrənmiş, Moskva, Leninqrad, Bakı və Tiflis arxivlərində işləmiş, 1920-ci ilə qədərki Bakı və Tiflis dövri mətbuatını diqqətlə araşdırmış, müxtəlif səpkili xatirə, epistolyar ədəbiyyat və əlyazmaları ilə tanış olmuş və nəticədə yeni ədəbi-tarixi faktlarla diqqəti cəlb edən bir monoqrafiya yazmışdır (elmi redaktoru Kamal Talıbzadədir).
     Müəllif öz monoqrafiyasında Tiflis-Azərbaycan ədəbi mühitini bir küll halında götürməyə, onu bütün genişliyi ilə əhatə etməyə çalışmışdır: əsas diqqət Tiflis-Azərbaycan ədəbi mühitinin milli və eyni zamanda, beynəlmiləl, humanist və vətənpərvər mahiyyətinə, burada sənət və ədəbiyyatın sürəkli, həm də çoxcəhətli inkişafına, qabaqcıl azərbaycanlı ziyalıların bu mühitdə rol və mövqeyinə, Tiflisdə yaranan Azərbaycan «mədəniyyətinin gürcü, qismən də rus və erməni mühitləri ilə əlaqəsinə, daxili baglılıgına» verilmişdir. Müəllifin dili ilə desək, monoqrafiyada «yeni əsrin əvvəllərində Tiflisdə yazılan, nəşr olunan Tiflis ədəbi mühitinin mütərəqqi qolu ilə səsləşən bədii və ədəbi-tənqidi əsərlərdən, rus və gürcü mətbuatında dərc edilən materiallardan, «Molla Nəsrəddin»in Tiflis mühiti ilə əlaqəsindən, bu mühitlə bağlı olan adamların jumal haqqında fikirlərindən, maarifçilərimizin gürcü ziyalıları ilə əlaqəsindən, gürcü dilindən Azərbaycan dilinə tərcümə olunan əsərlərindən, Azərbaycan folklorunun Tiflis mətbuatı vasitəsilə yayılmasından, Tiflisdə Azərbaycan teatrının yaranma və inkişaf tarixindən və bu qəbildən olan digər məsələlərdən bəhs edilir».
     Monoqrafiya dörd fəsildən («Molla Nəsrəddin» jumalı və onun Tiflis ədəbi mühiti ilə əlaqəsi, «Tiflis rus mətbuatı və Azərbaycan ədəbiyyatı», «Azərbaycan ədəbiyyatı və gürcü ziyalıları», «Tiflisdə Azərbaycan teatrı») ibarətdir və müəllif çalışmışdır ki, əsərdə fəsil fəsli, problem problemi tamamlasın və beləliklə də monoqrafiya Tiflis-Azərbaycan ədəbi mühitinin zənginliyi və özünəməxsus inkişaf tarixi haqqında dolğun elmi təsəvvür oyatsın.
     Müəllif «Molla Nəsrəddin»lə əlaqədar tədqiqatını geniş miqyasda aparır: bu jumalın yalnız satira hədəflərindən danışmır, paralellər, müqayisələr yolu ilə gedir və çox yaxşıdır ki, «MollaNəsrəddin»ə qədərki Tiflis-Azərbaycan mətbuatından, qəzet və jumal nəşr etmək üçün ayrı-ayrı azərbaycanlı ziyalıların meyl və təşəbbüslərindən geniş bəhs açır. «Ziya», «Kəşkül», «Məzhər» və «Şərqi-rus» qəzetlərinin ideya-siyasi istiqaməti, «Qeyrət» mətbəəsinin fəaliyyəti barədə məlumat verir. «Novruz», «Təzə zaman», «İqbal» və «Günçıxan» kimi qəzetlər nəşr etmək təşəbbüsündən danışanda təzə faktlar göstərir və bu faktlara arxalanaraq mövcud elmi-nəzəri ədəbiyyata bir sıra inandırıcı tənqidi iradlar tutur. Monoqrafiyadan bizə məlum olur ki, Tiflisdə bu qəzetlərin nəşrinə icazə verilmiş, amma müxtəlif səbəblər üzündən onlar nəşr olunmamışdır. Bu yeni faktlar XIX əsr Azərbaycan ədəbiyyatı və jurnalistikası tarixi, ayrı-ayrı sənətkarların həyatı, ədəbi-ictimai fəaliyyəti barədə təsəvvür və anlayışı daha da genişləndirir.
     Monoqrafiyada «Molla Nəsrəddin»in Tiflis və ümumiyyətlə, Zaqafqaziya ədəbi mühiti ilə əlaqəsi baxımından da yeni faktlarla rastlaşırıq. Müəllif zamanın nəbzini tutan, xalqın istək və arzusunun carçısına çevrilən «Molla Nəsrəddin»ə Tiflis mətbuatının münasibətini araşdırır, «Qeyrət»in, «Gürcü yoldaşlıq şirkəti» mətbəəsinin və onun redaktoru A.Q.Çabadarinin fəaliyyətindən danışır. «Molla Nəsrəddin» ilə «Kukureku», «Xumara», «Əsli», «Bziqi», «Masxara», «Xatabala», «Eqali», «Xabarda», «Eşmaqi», «Eşmaqis matraxi», «Nişaduri» kimi jurnallar arasında maraqlı müqayisələr aparır və bu qərara gəlir ki, «Molla Nəsrəddin» geniş və şaxəli məramnamə ilə çıxış edən, qarşısına böyük ictimai və siyasi problemlərin həllini qoyan jumal idi. O, qonşu xalqların həyatından, sənət və ədəbiyyatından da yazır, doğma ədəbiyyatın aparıcı ənənələrini əsrin tələblərinə uyğun davam və inkişaf etdiri di. «Molla Nəsrəddin»in Tiflis ədəbi mühiti tərəfindən qayğı və məhəbbətlə əhatə edilməsinin bir sirri də bunda idi.
     Lakin monoqrafiyanın bu fəslində bir cəhət bizi qane etmir və qələmə alınan mövzunun elmi həllinə natamamlıq gətirir. Kitabın əvvəllərində müəllif yazır: ««Molla Nəsrəddin»in nəşrə, fəaliyyətə başladığı ilk illərdə Tiflisdə Azərbaycan, rus, erməni və gürcü xalqlarının mədəniyyətləri intensiv qarşılıqlı əlaqə və təsir şəraitində inkişaf edirdi» (səh. 29).
     Lakin müəllif bu doğru tezisi, yəni həmin inkişafdakı əlaqə və təsirlərin məhz qarşılıqlı xarakter daşıdığını istənilən dərəcədə inkişaf etdirməmiş və işləməmişdir, belə ki, kitabda «Molla Nəsrəddin»in nəşrindən sonrakı dövrdə bütün Şərq aləminə, qonşu xalqların siyasi, ictimai və mədəni həyatına yeni təmayüllər gətirmiş bu jumalın digər qonşu mədəniyyətlərin inkişafındakı rolu barədə daha artıq oxumaq və öyrənmək istərdik.
     Tiflisdə nəşr olunan qəzet və jumallarda şəhərin «müsəlman həyatı» bütün genişliyi və mürəkkəbliyi ilə təsvir olunurdu. «Yejenedelnoye obozreniye» «Vozrojdeniye», «Qafqaz», «Tiflisski listok», «Zaqafqazye», «Tiflis», «Znaniye», «Qafqazskaya jizn», «Qafqazskaya reç», «Qafqazskoye slovo», «Obzor Zaqafqazii», «Arqonavt», «Qolos Qafqaza» kimi Tiflis çap orqanları Azərbaycan xalqının həyatı, mədəniyyəti, ədəbiyyatı barədə həm azərbaycanlı yazıçı və jurnalistlərin, həm də N.Kalaşyev, A.Zaxarov, P.Vostri, V.Devski, N.Kazbeqi, İ.İakimov, D.Kozlovski, A.Amfiteatrov kimi digər xalqlann yazıçı və jurnalistlərinin yazılarını, eləcə də Azərbaycan şifahi və yazılı ədəbiyyatı nümunələrini çap edirdi. Bu cəhət A.Hacıyevin monoqrafiyasmda yaxşı işıqlandırılmışdır, xüsusən, ayrı-ayrı sənətkarların yaradıcılığmda, rus və gürcü mətbuatında Azərbaycan folkloru və onun motivləri diqqətlə araşdırılmış və düzgün elmi nəticələr çıxarılmışdır. Misal üçün, monoqrafiya müəllifi faktlardan çıxış edərək yazır: «Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrini gürcü əlifbası ilə yazıya almaq daha çox Vaqif və Vidadi dövründə genişlənmiş, sonrakı əsrlərdə kütləviləşmə səciyyəsi daşımışdrr. Amma Şərq şer formalarından... gürcü sənətkarları erkən - XII-XIII əsrlərdən geniş istifadə etməyə başlamışlar. Bunlara əsasən də XIX əsrin ortalarından gürcülər Azərbaycan bayatı və qoşmalarına, lətifə, hikmətli söz və zərb-məsəllərinə, qəhrəmanlıq dastanlarına xüsusi maraq göstərir, onları ya tərcümə etmədən gürcü əlifbası ilə yazıya alır, ya da Azərbaycan xalq dastanlarının motivləri əsasında iqtibas edilmiş... əsərlər yazırdılar».
     Monoqrafıyada Azərbaycan ədəbiyyatı haqqında yazılan və Tiflisdə çap olunan əsərlərin təhlilinə geniş yer verilir və yaxşı cəhətdir ki, müəllif təkcə F.Köçərli, S.Ağamalıoğlu, H.Minasazov, E.Sultanov, S.M.Qənizadə, H.Q.Şirvanskinin məqalələrinə münasibətini bildirməklə kifayətlənmir, həm də A.Şirvanzadə, A.Kazbeqi, Q.Eristavi, Q.Yerisyan, V.Abovyan, T.Nazaryan, K.Andronikov, Axalsixeli, Q.Diasamidze, Z.Antonov, T.Baxadze, K.Sexinaşvili və başqalarının da bu vaxta qədər ədəbiyyatşünaslığımıza yaxşı məlum olmayan fikirlərindən istifadə edir. Amma burasını da qeyd edək ki, kitabın bu fəslində (II fəsil) bəzən faktlar xırdalanır, məsələn, müəllif K.D.Aspisovanın və İ.D.Susanovanın qız məktəblərindən danışanda (səh. 85-89) əsas məqsəddən yayınır; bəzən də diqqətsizlik ucundan, kitabın eyni səhifəsində gah «İ.Qrişaşvili, gah da D.Qrişaşvili (səh. 56) yazılır, yaxud başqa bir yerdə (IV fəsil) H.Ərəblinskinin Vladiqafqaz əvəzinə Vladivostoka qastrola getdiyini oxuyuruq (səh. 159).
     Monoqrafiyanın üçüncü fəslində Azərbaycan ədəbiyyatı ilə əlaqədar gürcü mənbələri, gürcü klassiklərinin fikirləri araşdırılır, eləcə də gürcü dilindən Azərbaycan dilinə tərcümə tarixindən danışılır, gürcü klassikləri haqqında yazılan və Azərbaycan mətbuatında çap edilən məqalələr təhlil olunur. Ümumiyyətlə, deməliyəm ki, bu fəsil yeni faktlarla diqqəti daha artıq cəlb edir. Burada Şvateli, Tomoqveli, Xoneli, Çaxruxadze və Rustavelinin Azərbaycana yaxınlıq və bağlılığı, XII əsrdə Xaqaninin Gürcüstanda tanınması, Nizaminin sağlığında onun «Xosrov və Şirin», «Leyli və Məcnun» əsərlərinin gürcü dilinə çevrilməsi, N.Barataşvili, L.Çavçavadze, V.Pşavela, A.Sereteli, A.Çaçavidze, Q.Orbeliani kimi görkəmli gürcü sənətkarlarının Azərbaycan xalqının dilinə, adət-nənəsinə, böyük mədəniyyətinə, zəngin ədəbiyyatına maraq və həvəs göstərməsi barədə söylənən fikirlər maraqlı və inandırıcıdır. Monoqrafiya müəllifi araşdırdıgı məxəzlərə, elmi ədəbiyyata, o cümlədən, görkəmli gürcü alimləri Ş.Nutsibidzenin və A.Baramidzenin əsərlərinə istinad edərək, Nizami yaradıcılığının Rustaveli poemasına və ümumiyyətlə, gürcü renessansına göstərdiyi təsir barədə xüsusi danışır və deməliyəm ki, onun bu mülahizələri elmi obyektivliyi və nəzəri səviyyəsinin yüksəkliyi etibarilə diqqəti cəlb edir.
     Müəllif M.F.Axundovun «Vəziri-xani-Lənkəran» komediyasının gürcü dilinə tərcümə olunması tarixini, A.Səhhət, Abdulla Sur, F.Köçərli, İ.M.Qasımov, H.M.Camalov kimi azərbaycanlı yazıçı və ədəbiyyatşünasların Azərbaycan-Gürcüstan ədəbi əlaqələri sahəsindəki fəaliyyətlərini diqqətlə izləyir ki, bu da iki xalqın dostluğunun qədimliyi və ədəbi əlaqələrinin genişliyi haqqındakı təsəvvürü daha da artırır.
     Monoqrafiyamn qiymətli cəhətlərindən biri də budur ki, müəllif, hərgah yanılmıramsa, ilk dəfə Tiflis-Azərbaycan teatrının ta- rixini yazmışdır və bu teatrların tarixi ilə bağlı bir sıra mübahisəli məsələləri yeni sənədlərlə dəqiqləşdirmiş, H.Ərəblinski, Ü.Hacıbəyov, Ə.Vəli, H.Sarabski və başqalarının Tiflis qastrolları haqqında yeni elmi məlumatlar vermişdir.
     Bütün bu söylənənlərə yekun olaraq demək istərdim ki, «Tiflis ədəbi mühiti» monoqrafiyası ciddi və Azərbaycan ədəbiyyatşünaslığına az məlum olan, ya da heç məlum olmayan faktlarla əsaslandırılmış bir əsərdir və məhz buna görə də müəllifin diqqətini bir məsələyə cəlb etməyi lazım bilirəm.
     Müəllif Tiflis ədəbi mühitində qarşılıqlı ədəbi əlaqələrin tədqiqində, əsasən, pozitiv cəhətlərə fikir vermişdir və biz onu başa düşürük: ədəbi əlaqələrin tədqiqi, əslində, dostluğun, yaxınlığın tədqiqidir, amma bir şərtlə ki, bu dostluq və yaxınlıq elmi əsərlərdə birtərəfli səciyyə daşımasın və məhz buna görə də tədqiqat zamanı nəzərə çarpan neqativ cəhətlərdən də sərf-nəzər etmək, bizcə, metodoloji yanlışlığa gətirib çıxarar və elmi obyektivliyə zərər toxundurar. Bu mənada, monoqrafiyadakı bir sıra müddəalar özünün arzu olunan inkişafını tapmamışdır. Misal üçün, müəllif belə cəhətə diqqət yetirir: «... birinci rus inqilabına qədərki gürcü mətbuatında Azərbaycan ədəbiyyatı, Azərbaycan teatrı haqqında gedən məqalələrin ruhuna sözçülük və yeknəsəqlik hakim idi» (səh. 99). Lakin zəngin bir mədəniyyət haqqında mülahizələrə hakim kəsilmiş bu «sözçülük və yeknəsəqlik» kitabda öz elmi təfsirini tapmadığı üçün, bir təminsizlik əmələ gəlir, çünki bu zaman belə bir təəssürat yaranır ki, göstərilən və üzərində geniş dayanılan pozitiv cəhətlər bu monoqrafiyada neqativ cəhətlərə göz yummağın hesabınadır. Həm də, bir neçə səhifədən sonra müəllif tədqiq etdiyi pozitiv cəhətlərin «gürcü və Azərbaycan xalqlarının dostluğu yolunda atılmış böyük addım, hər iki xalqın ədəbi-mədəni əlaqələrinin inkişafında mühüm rol oynamış amillər» olduğunu göstərməklə bərabər, yazır: «1920-ci ilə qədər gürcü yazıçı və jurnalistləri tərəfindən yazılan elmi, bədii, publisistik əsərlərdə gürcü oxucularına Azərbaycan xalqının adət və ənənəsi, sənət və ədəbiyyatı haqqında geniş, tələb olunan səviyyədə məlumat verilmirdi» (səh.106). Təbii ki, belə bir vəziyyət də monoqrafiyamn ciddi tədqiq obyektlərindən birinə çevrilməli idi, səbəbləri araşdırılmalı idi. Kitabın gələcək nəşrində bu cəhətə fikir verilsə, elə bilirəm ki, xeyirli olar. Yeri gəlmişkən deyək ki, «Tiflis ədəbi mühiti» kitabını rus dilində də nəşr etmək onun daha geniş miqyasda yayılması, rus, gürcü, erməni oxucusuna çatdırılması baxımından məqsədəuyğun olardı. Burası da məlumdur ki, 1920 və 1940-cı illər arasında da Tiflis-Azərbaycan ədəbi mühiti maraqlı və zəngin olmuşdur. Bu mənada, «Tiflis ədəbi mühiti» mövzusunu inkişaf etdirməyə, monoqrafiyamn prinsipial və elmi obyektivlik mövqeyindən yazılacaq ikinci hissəsinə ehtiyac var.

1980.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (23.06.2014) | Müəllif: R.C E W
Baxış: 678 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more