Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Teatr
TEATR
(Bir pərdəli hekayə)


    Teatr. Səhnədə tamaşa gedir. Bu gün ilk tamaşadır.
    Parter yarısına qədər tamaşaçı ilə dolub.
    1991-ci ilin qışıdır və zal da soyuqdur.
    R e j i s s o r (əsəbi). Alə, bu tərəfdən gəl də, bu tərəfdən!
    Musiqi.
    Alə! (Əlini səhnəyə tərəf uzadır.)
    D i r e k t o r (həmişəki təmkinlə). Yavaş... Camaat eşidir axı...
    R e j i s s o r. Neyləyim? Görmürsüz? Mizan pozuldu! O tərəfdən gərək qabağa gəlsin, bu tərəfdən gəlir. (Kənara) Pyaniskə oğlu, pyaniskə!..
    D i r e k t o r. Nə?
    R e j i s s o r. Heç... Sənətkaram axı, dözmürəm!..
    D i r e k t o r. Yaxşı, yaxşı!.. Bəs mənim yerimə olsan, neyləyərsən? (Kənara) Amma yaman sənətkarsan, olmaz sənnən!..
    A r t i s t. Ah!.. Deməli, sən məni bağışlamırsan, Gülsevinc?!
    Q a d ı n a r t i s t. Yox...
    Musiqi.
    Bacarmıram, Elmurad, bacarmıram! Bu mənim iqtidarım daxilində deyil! (Yavaşdan öz-özünə)
    Belə də soyuq olar?
    A r t i s t. Ah!..
    B i r i n c i q ı z. Adı nə oldu bunun?
    I k i n c i q ı z. Hansının?
    B i r i n c i q ı z. Oğlanın də?
    I k i n c i q ı z. Elmurad. Eşitmirsən?
    B i r i n c i q ı z. O-o-o!.. (Gülür.) Atan hardan tapıb bu adı?
    I k i n c i q ı z. Tapıb də... Birinci dəfədi belə ad. Özü kəşf edib.
    B i r i n c i q ı z. Atan?
    I k i n c i q ı z. Əlbəttə!
    R e j i s s o r (hövsələsiz). Nə oldu? Nu?
    D i r e k t o r. Yavaş.
    R e j i s s o r. Görmürsüz? Yadından çıxarıb e, sözləri...
    D i r e k t o r (bu dəfə acıqlı). Hər halda, belə olmaz. Mən səni Kukla teatrından ona görə gətirmədim ki, gərginlik yaradasan. Ona görə gətirdim ki, əsl sənət aləminə girəsən...
    R e j i s s o r. Yaxşı... Bağışlayın... (Kənara) Yaman da!.. Kukla teatrından məni ona görə gətirdin ki, bunu burda heç kim tamaşaya qoymurdu. Eybi yox!.. Budu, qoy baxsın! O özündən razıdı, görsünlər ki, sənət nə deməkdi!..
    D i r e k t o r. Nə deyirsən?
    R e j i s s o r. Heç... Sizinlə deyiləm...
    A r t i s t. Mən buna dözə bilmirəm, Gülsevinc! Sən hər an mənim beynimdəsən!
    M ü ə l l i f (pıçıldayır). Beynimdəsən yox, düşüncəmdəsən...
    A r t i s t. Mən harda oluramsa, sənin xəyalınla yaşayıram!
    Q a d ı n a r t i s t. Yox, Elmurad, yox... (Yavaşdan) Buzxanadı e, bura, buzxana... Bunnan da yenə spirt iyi gəlir...
    Həzin musiqi.
    M ü ə l l i f (pıçıltıyla). «Mən özümlə bacarmıram».
    Q a d ı n a r t i s t. Mən özümlə bacarmıram!..
    K i ş i. Qazı söndürmüşdün?
    A r v a d. Dedim ki, hə də...
    B i r i n c i q ı z (həvəslə və tələsik). Qabaq evli olub, ancaq bu qızdan gizlədib. Qabaq görüşüb bir-birlərini sevəndə, bunun, Gülsevincdi də adı, xəbəri olmayıb ki, Elmuradın sevmədiyi arvadı var.
    Indi xəbər tutub bu işdən...
    B i r i n c i q ı z. Yox...e, bunu demirəm, artisti deyirəm...
    I k i n c i q ı z. A-a-a... Sən də həmişə dinc durmursan a... (Gülür.) Bilmirəm... Atamnan soruşaram. Doğrudan, əntiqə oğlandı.
    B i r i n c i q ı z. Of-f-f!.. (Gülür.)
    Ü ç ü n c ü q ı z (pərt halda barmağı ilə sol yarusdakı lojanı göstərir). Ona bax, ata keçdi dala, yerində başqa kişi oturdu...
    I k i n c i q ı z. Əlinlə göstərmə!
    Ü ç ü n c ü q ı z. Kimdi o elə? I k i n c i q ı z. Zamministirdi...
    Ü ç ü n c ü q ı z. Cəhənnəmə olsun! Kimin əsəridi? Onun, yoxsa bizim? Bax, ata heç görünmür...
    A r t i s t. Babadağın ətəyindəki o güllü-çiçəkli çəmənlikdə...
    M ü ə l l i f (pıçıltıyla). Çəmənlikdə yox, düzənlikdə... vA r t i s t. ...lalələrə baxıb sevindiyimiz yadına gəlirmi, Gülsevinc? Yoxsa sən o lalələri, o gülçiçək ətrini, bizim o coşğun...
    M ü ə l l i f (pıçıltıyla). Coşğun yox, həzin...
    A r t i s t. ...xəyallar aləmimizi unutmusan, Gülsevinc?
    G ə l i n (məftun). Gör nə gözəl adları var... Elmurad... Gülsevinc... (Dərindən nəfəs alır.) Eh...
    C a v a n. Ay-hay!..
    Q a d ı n a r t i s t. Yox, Elmurad, onları unutmaqmı olar? Indi o qırmızı lalələr al qana çevrilib mənim köksümdən fəvvarə vurur!..
    N a z i r m ü a v i n i. Sən də fəvvarə vurmusan a, Ibiş!
    M ü ə l l i f (utana-utana). Çox sağ olun!.. Çox razıyam!
    N a z i r m ü a v i n i. Nə qədər sənə demişəm ki, mənnən «sizlə» danışma! Beş il bir yerdə oxumuşuq universitetdə!.. Gördün, dəvət elədin məni, durub gəldim bura. Birinci dəfədi bura gəlirəm. (Gülür.)
    M ü ə l l i f (gülür). Bilirəm...
    N a z i r m ü a v i n i. Yadına gəlir, gedib biri dörd köpüyə peraşki alıb yeyirdik küçədə?!
    M ü ə l l i f. Necə yadıma gəlmir?
    N a z i r m ü a v i n i. (mütəəssir). Eh...
    Ü ç ü n c ü q ı z (hıçqıra-hıçqıra ağlayır). Ata əntiqə yazıb! Adam özünü saxlaya bilmir...
    Barışacaqlar bunnar?
    I k i n c i q ı z. Özün oxuyaydın, biləydin!
    Ü ç ü n c ü q ı z. Hardan oxuyaydım?
    I k i n c i q ı z. Sənin bütün işlərin belədi e!.. On ildi o pyes evdə atanın stolunun üstündədi...
    Ü ç ü n c ü q ı z. Mən nə bilim ki, belə əntiqə şeydi?
    B i r i n c i q ı z. O-o-o!.. Ona bax, ode, görürsən? Vəfanın qardaşı da burdadı...
    I k i n c i q ı z (arxaya çevrilib, diqqətlə yeddinci sıraya baxır). O deyil...
    B i r i n c i q ı z. Hə... Oxşadı ona...
    Q a d ı n a r t i s t. Mən o Babadağın ətəyində yüz illərin əlvan naxışlı gəbəsi kimi günəş altında bərq vuran lalələrə xəyanət edə bilmərəm, Elmurad!..
    R e j i s s o r. Malades!
    Pauza.
    Noldu? Alə, cavabını ver də! Gecikir axı!
    D i r e k t o r (acıqlı). Yavaş...
    R e j i s s o r. Görmürsüz? Tempdən salır!..
    Pauza.
    Hə?!
    D i r e k t o r (sərt). Camaat eşidir!
    R e j i s s o r. Bağışlayın... (Kənara) Özü sənətkar deyil axı, upravdomdu! Hardan bilsin ki, mən nə çəkirəm. Evdə bişməyib, qonşudan gəlməyib...
    D i r e k t o r. Nə deyirsən?
    R e j i s s o r. Yox, sizinlə deyiləm...
    A r t i s t. Ah, Gülsevinc, sən bu sözlərlə mənim ruhumu da parçalayıb o lalələrin rəngi kimi al qana boyayırsan...
    Həzin musiqi.
    Ü ç ü n c ü q ı z (ağlaya-ağlaya). Ata... Ata... Gör bizi necə ağladırsan...
    K i ş i. Acmışam...
    A r v a d. Sənin qarnıva mən nə deyim?!
    Ü ç ü n c ü q ı z (içini çəkə-çəkə). Özü də gör harda oturdu... Heç kim onu görmür...
    Başqalarına hər şey olar, biz ancaq öz teatrımızda da gərək görünməyək!.. Yerimizi gərək başqaları tutsun!..
    I k i n c i q ı z. Atadı də... Premyeraya gərək arvadınnan gedəsən, bir yerdə oturasan lojada...
    Ü ç ü n c ü q ı z. Ata neynəsin? Mama yenə dava saldı, gəlmədi də...
    I k i n c i q ı z (Birinci qız eşitməsin deyə, tələsik). Yaxşı, bəsdi!
    Ü ç ü n c ü q ı z. Nə bəsdi? Düz deyirəm də, atanın nə günahı?
    Həzin musiqi davam edir.
    Q a d ı n a r t i s t. Artıq mən öz qəlbimlə bacara bilmirəm, Elmurad. Mənim qəlbim artıq öz əlimdə deyil. Mənim qəlbim də başı göylərə dəyən o Babadağın ətəklərində, o al lalələrin arasındadı...
    Ü ç ü n c ü q ı z (içini çəkə-çəkə ağlayır). Gör necə sözlər deyir!.. Mama gərək gələydi... Gəlib görəydi ki, necə sözlər deyirlər burda!.. Mama...
    I k i n c i q ı z (tələsik onun sözünü kəsir). Bəsdi də!
    A r t i s t. Yox, yox, Gülsevinc!.. Sənin qəlbin orada o kimsəsiz lalələr arasında qala bilməz!
    N a z i r m ü a v i n i. Dərərlər? (Gülür.) Hə, Ibiş?
    M ü ə l l i f (gülür). Hə...
    N a z i r m ü a v i n i. Yaman şeysən ha!.. Hə?
    M ü ə l l i f. Hə...
    N a z i r m ü a v i n i. Eh... hanı indi o peraşkilər?
    M ü ə l l i f. Getdi day...
    N a z i r m ü a v i n i. Yəni, deyirsən, biz də getdik day?
    M ü ə l l i f. Sizə nə olub? Maşallah!..
    N a z i r m ü a v i n i. Yox... (Gülür.) Arvad deyir ki, laxlamısan!..
    Q a d ı n a r t i s t. Mən artıq kimsəsizliyə öyrənmişəm, Elmurad! (Yavaşdan öz-özünə) Elə direktoru olanın, belə də teatrı olar də, buzxanadı...
    A r t i s t. Bəs, mənim ruhum bu məşəqqətlərə dözməyib, cənazəmdən...
    M ü ə l l i f (pıçıltıyla). Cənazəmdən yox, cismimdən...
    A r t i s t. ...ayrılsa sən özünü günahkar bilməzsənmi, Gülsevinc?!
    Q a d ı n a r t i s t. Artıq yetər!
    A r t i s t. Yox! Mən hamıdan, hətta özümdən belə gizlətdiyim həqiqətləri bütün çılpaqlığı ilə sənin ayaqlarının altına atacağam!
    C a v a n (özünü saxlaya bilmir). Bu nə gic-gic danışır, alə? Gəlin (ətrafa boylanır). Yavaş ol... Sən heç nə başa düşmürsən!..
    C a v a n. Ay-hay...
    R e j i s s o r. Bezdarnı! Min dəfə demişəm ki, bir dizi üstə yerə çök, ikisiynən yox! Pozdu mizanı!..
    A r t i s t. O zaman sən dəhşətə gələcəksən, Gülsevinc!
    B i r i n c i q ı z. Mən gülü buna verəcəyəm.
    Ü ç ü n c ü q ı z. Buna niyə? Atama!
    B i r i n c i q ı z. Yaxşı oynayır.
    Ü ç ü n c ü q ı z. Atam yazmasaydı, bu nə oynayacaqdı?
    D i r e k t o r. O Məmmədov deyil, gəldi oturdu Ibişin yerində?
    R e j i s s o r. Tanımıram...
    Pauza.
    Öldürür e, öldürür tempi!..
    A r t i s t. Axı, mən hər gün hamı ilə birgə olan, fəqət heç kimin olduğum kimi görmədiyi bir adamam ki, sap-sarı uzanıb gedən səhra ənginlikləri içərisində tək-tənhayam!
    M ü ə l l i f (pıçıltıyla). Düz dedi...
    D i r e k t o r. Məmmədovdu...
    R e j i s s o r. Mən tanımıram.
    D i r e k t o r. Gedim görüşüm, yaxşı deyil. Sonra deyəcək ki, saymadılar...
    K i ş i. Ayaqqabı day sıxmır ayağını?
    A r v a d. Yadıma salma də!..
    Q a d ı n a r t i s t. Mən vaxtıyla səni o səhrada görüb seçmişdim, Elmurad!.. Lakin taleyə bax ki, seçdiyim mənim qəlbimə o al lalələrin kimsəsizliyini qismət etdi!..
    C a v a n. Alə, bu nə lalə-lalə deyir? Lalə var indi?
    G ə l i n. Bəsdi! Özünü apara bilmirsən!
    C a v a n. Düz demirəm? Qızılgülün biri indi iyirmi beş manatadı bazarda!
    G ə l i n. Dedim ki, bəsdi də!.. Qulaq as, gör necə sözlər deyirlər! Müəllif, ode, oturub o lojada. Görürsən? Arxada, qıraqda...
    C a v a n. O burnu görünən?
    G ə l i n. Gör necə təvazökar adamdı!.. Özünü gözə soxmur...
    C a v a n. Sən onu hardan tanıyırsan?
    G ə l i n. Mən onuncu sinifdə oxuyanda bizim məktəbə görüşə gəlmişdi. Eh, gör necə adamlar var dünyada!.. Oturub əsər yazır. Bax, bəxtəvər bu cür adamların arvadı...
    C a v a n. Mənə atırsan?
    G ə l i n. Sənə niyə atıram?
    C a v a n. Nədi onun adı?
    G ə l i n. Eşitmədin, Elmurad də! Yəni ki, bütün ellərin muradı!..
    C a v a n. Yox e, o burnu görünənin adı? Bunu yazanın?
    G ə l i n. Şey.. I-ı-ı... Şey... Qoy proqrama baxım... Hanı proqram? (Axtarır.)
    A r t i s t. Sevincgül!
    M ü ə l l i f (pıçıltıyla). Gülsevinc...
    A r t i s t. Dünyanı bürümüş mənəvi istibdad içində bir kimsəsiz insanı bağışlamaq bu qədərmi iztirablıdır? (Bu dəfə bir ayağı ilə diz çökür.)
    R e j i s s o r. Bax, belə!
    Ü ç ü n c ü q ı z. Bu kimdi gəldi girdi lojaya?
    I k i n c i q ı z. Deyəsən, buranın direktorudu.
    Ü ç ü n c ü q ı z. Ata rayondan gələn qoyunları bunun evinə daşıyırdı?
    I k i n c i q ı z. Bəsdi.
    Ü ç ü n c ü q ı z. Nə bəsdi? Özümüz yeməyə ət tapmırıq, ata da rayondan qoyun alıb bunun evinə daşıyırdı. Ona bax, atanın qabağını lap kəsdi, heç görünmür. Svoloç!
    I k i n c i q ı z. Söyüş söymə!
    Ü ç ü n c ü q ı z. Yaxşı eləyirəm!
    I k i n c i q ı z. Ifritə!
    Ü ç ü n c ü q ı z. Özünsən!
    B i r i n c i q ı z. A-a-a...
    Ü ç ü n c ü q ı z. Be-e-e...
    R e j i s s o r. Bax, gör necə qaçdı Məmmədovdu-nədi, onun qabağına? (Yamsılayır.) «Gedim görüşüm, yaxşı deyil...» Nə yaxşı deyil? Səni kimdi adam hesab eləyən? Səni adam hesab eləsəydilər (əlini səhnəyə tərəf uzadır), belə pyaniskələrin əlində qalmazdıq! Gedib indi fürsət tapacaq, nəsə bir şey xahiş eləyəcək!..
    N a z i r m ü a v i n i. (gülür). Ibişdən muğayat ol a!..
    D i r e k t o r (gülür). Bəs, necə? Görmürsüz tamaşaya qoydurdum əsərini?
    M ü ə l l i f (arxadan). Mən onnan çox razıyam!
    D i r e k t o r. Neçə il idi yatırdı bu əsərin, heç kim də yaxına buraxmırdı? Neçə il idi?
    M ü ə l l i f. Düz on il...
    D i r e k t o r. Bəs, de də, niyə demirsən?
    M ü ə l l i f (tələsik). Dedim də, dedim. Mən sizdən çox razıyam!
    N a z i r m ü a v i n i. Ay səni, Ibiş!.. (Başını yelləyib gülür.) Amma əla əsər yazmısan! Sən arvaddan qorxmursan?
    M ü ə l l i f. Arvaddan qorxmayan, kişi deyil!
    N a z i r m ü a v i n i. Ba!.. (Bərkdən gülür.) Əla!
    D i r e k t o r (gülür). Belə şeyləri yaz də! Yoxsa ki, lalə belə getdi, mən nə bilim nə?!
    Q a d ı n a r t i s t. Yox, Elmurad, artıq hər şey əbədi bir keçmişdə qalmışdır!.. (Yavaşdan) Buzxanadı... (Sol yarusdakı lojada dayanmış direktora ani nəzər salır.) Ona bax!.. Qarnını verib qabağa, heç nə vecinə deyil... Sənətdən başqa hər şeydən başı çıxır!..
    G ə l i n. Sən görmədin proqramı?
    C a v a n. Yox.
    G ə l i n (axtarır). Bəs hardadı?
    A r t i s t. Mən keçmişin xatirələri ilə yaşaya bilmirəm, Gülsevinc! O xatirələr bəzən quduz canavar kimi mənim boğazımdan yapışıb bütün varlığımı məhv edir! O xatirələr mənim səhvlərimi bir rüzgar şiddətilə qəlbimə çırpır, məni... məni əbədi bir peşmançılığın mənhus bataqlığından çıxmağa qoymur.
    M ü ə l l i f (pıçıltıyla). Məndə heç bu yoxdu...
    Ü ç ü n c ü q ı z (ağlayır). Qurban olum sənə, ata!.. Bunnan sonra köynəklərini özüm yuyacağam, çay da dəmləyəcəyəm səninçün!..
    B i r i n c i q ı z (saatına baxa-baxa). Bəlkə gülləri sən verəsən?
    I k i n c i q ı z. Yaxşı deyil axı? Deyəcəklər ki, qızı atasına gül verir.
    B i r i n c i q ı z. Kimdi e, burda sizi tanıyan?
    Ü ç ü n c ü q ı z (acıqca). Niyə tanımırlar?
    R e j i s s o r. Tempi pis olmadı...
    K i ş i. Yadımdan çıxdı sənə deyim...
    A r v a d. Nəyi?
    K i ş i. Süleyman oğlunun toyuna çağırıb bizi...
    A r v a d (dilxor). Paho... Nə vaxtdı?
    K i ş i. Ayın beşində.
    A r v a d. Bir bəhanə tapıb deyəydin də...
    K i ş i. Nə deyəydim? (Çiyinlərini çəkir.)
    A r v a d. Nə bilim? Bir söz tapaydın də... Bu toylar bizi yıxdı... Nə aparacayıq ora, vallah day heç nəyim qalmayıb...
    N a z i r m ü a v i n i. Ibiş, Məhərrəm yadına gəlir, bizlə oxuyurdu?
    M ü ə l l i f (arxadan). Necə gəlmir? Əlbəttə, gəlir!
    N a z i r m ü a v i n i. Noldu o? On kruşka pivə içirdi bir dəfəyə. Nə vaxtdı gözümə dəymir...
    M ü ə l l i f (arxadan). Rəhmətə getdi də...
    N a z i r m ü a v i n i. Ba-a-a?.. Nə vaxt?
    M ü ə l l i f. On il olar?
    N a z i r m ü a v i n i. On il! Sənin pyesindən əvvəl? (Gülür.) Ay səni, Ibiş!.. Sən çox yaşayacaqsan! Bilirsən niyə?
    M ü ə l l i f. Yox...
    N a z i r m ü a v i n i. Çünki sənin kimi adamlar çox yaşayır!
    G ə l i n (axtara-axtara). Tapa bilmirəm proqramı...
    C a v a n. Eybi yox, lazım deyil... Neynirəm e, adını bilib?
    B i r i n c i q ı z (qol saatına baxa-baxa). Nə vaxt qurtaracaq?
    I k i n c i q ı z. Bunnan sonra hələ bir pərdə də var...
    B i r i n c i q ı z. Vay... Mənə zəng eləyəcəklər e... Mən elə bildim tez qurtaracaq...
    Ü ç ü n c ü q ı z (donquldanır). Kimin işi var, gedə bilər!..
    I k i n c i q ı z. Bəsdi!
    Ü ç ü n c ü q ı z. Sənin padruqan belə olar də!..
    R e j i s s o r. Idiot! Yadında saxlamır mizanı!.. Gör hardan keçir?
    A r t i s t. Yox, mənim həyatım artıq bu dünyada heç bir məna kəsb eləmir!..
    Musiqi.
    Ü ç ü n c ü q ı z (həyəcanla). Öldürəcək özünü?
    I k i n c i q ı z. Oxuyaydın, görəydin!
    Q a d ı n a r t i s t. Biz öz taleyimizlə barışmalıyıq, Elmurad...
    Pauza.
    A r t i s t. Yox!..
    Pauza.
    Yox!.. Mən bacarmıram!..
    G ə l i n (axtara-axtara). Hara qoymuşam bunu?
    C a v a n (hirslə). Əşşi, istəmirəm də, adını bilim! Cəhənnəm olsun o tərəfə!
    K i ş i. Indi hamı aparıb pul verir...
    A r v a d. Sənin pulun elə çoxdu?
    N a z i r m ü a v i n i. Ibiş, özünnən toqquşdurursan bunnarı, ya doğrudan da olan işlərdi?
    M ü ə l l i f. Nə bilim, vallah...
    N a z i r m ü a v i n i (gülür). A kişi, bəs, sən nə bilirsən?
    D i r e k t o r. Fasilədə buyurun çay içək.
    N a z i r m ü a v i n i (müəllifə). Çayın yanında bir şey-mey olacaq?
    M ü ə l l i f. Vallah, nə bilim? Heç bilmədim...
    A r t i s t. Məni bu müdhiş, bu riyakar dünyada yaşadan yalnız sənin məhəbbətindir! Bu dünya başdan-başa xəyanətlər içində can verən iyrənc bir varlıqdır!
    Q a d ı n a r t i s t. Bütün dünya xəyanət etsəydi də, sən gərək xəyanət etməyəydin, Elmurad!
    Ü ç ü n c ü q ı z. Düz deyir!
    Q a d ı n a r t i s t. Sən özün ellər muradı olduğun halda, mənim muradımı ürəyimdə qoydun!..
    Ü ç ü n c ü q ı z. Düz deyir! Qoy bağışlamasın! Xəyanəti bağışlamaq olmaz!
    M ü ə l l i f (pıçıltıyla). Dalını demədi...
    Ü ç ü n c ü q ı z. Bağışlayacaq?
    I k i n c i q ı z. Oxuyaydın, biləydin!
    B i r i n c i q ı z (qol saatına baxa-baxa). Hələ çox qalıb?
    I k i n c i q ı z. Dedim hələ bir pərdə də qalıb...
    B i r i n c i q ı z. Zəng eləyəcəklər e, mənə... Bilirsən kim? (Ikinci qızın qulağına nəsə pıçıldayır.)
    Ü ç ü n c ü q ı z. Adını zamministr qoyub, gəlib atanın yerində oturub. Eşşəyin biri, eşşək! Sən yazmısan bu cür əsəri?
    G ə l i n. Yox, tapa bilmirəm...
    C a v a n (hirsli). Indi durub çıxıb gedəcəyəm! Qurtar də!
    G ə l i n. Sənnən nə desən çıxar! Bax, adamın ürəyi gərək bunnar kimi olsun e, incə olsun! Qulaq as, öyrən!
    C a v a n. Ay-hay!.. (Əlini yelləyir.)
    Həzin musiqi.
    Q a d ı n a r t i s t. Əlvida, Elmurad, biz bir daha görüşməyəcəyik! (Yavaşdan) Bunnan lap boçka iyi gəlir, adamın ürəyi bulanır...
    A r t i s t. Yox, Gülsevinc!
    R e j i s s o r. Yaxşı dedi!..
    A r t i s t. Yox!..
    Ü ç ü n c ü q ı z (ağlaya-ağlaya). Sənə belə lazımdı! Vaxtında gərək fikirləşəydin. Öz məhəbbətinə xəyanət etməyəydin!.. Indi qal yana-yana!..
    B i r i n c i q ı z (qol saatına baxa-baxa ikinci qıza). Nolar, sən ver gülü...
    I k i n c i q ı z. Yaxşı deyil axı...
    Ü ç ü n c ü q ı z (acıqla). Ver bura! Mən verəcəyəm atama! Öz atama verəcəyəm!..
    B i r i n c i q ı z (rahat nəfəs alır). Al.
    A r v a d. Görəsən, qarderobdan şubamı oğramazlar?
    K i ş i. O boyda ölçüdə şubanı kim götürəcək? (Gülür.)
    A r v a d. Yaman özündən çıxmısan ha!..
    Həyəcanlı musiqi.
    Q a d ı n a r t i s t. Əlvida, Elmurad! (Yavaşdan) Dondum... (Səhnədən çıxır.)
    A r t i s t. Yox! Gülsevinc! (Onun ardınca qaçır.)
    Pərdə enir. Üçüncü qız can-dildən əl çalmağa başlayır.
    B i r i n c i q ı z. Mən qaçdım!
    G ə l i n. Dur yerə baxaq, tapaq.
    C a v a n (tamam özündən çıxmış). Durmuram!
    G ə l i n (hirslə). Eşitdiyin bu cür sözlər də sənə təsir etmədi!
30 dekabr 1991.

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (16.01.2014) | Müəllif: R.C E W
Baxış: 716 | Reytinq: 1.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more