Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Tariximizin, ədəbiyyatımızın ilk nişanəsi
TARİXİMİZİN, ƏDƏBİYYATIMIZIN İLK NİŞANƏSİ

     20 aprel 1997-ci ildə respublika prezidenti möhtərəm Heydər Əliyevin «Kitabi-Dədə Qorqud» dastanının 1300 illiyi haqqında imzaladığı fərmanda deyilir: «Oğuz türklərinin tarixini əks etdirən «Kitabi-Dədə Qorqud» yüksək bəşəri ideallar tərənnümçüsü kimi dünya xalqlarının mənəvi sərvətlər xəzinəsinə daxil olmuşdur». Bu səbəbdən də dastanın 1300 illik yubileyini keçirmək üçün ölkə prezidentinin sərəncamı ilə dövlət komissiyası yaradılmışdır. Zəngin tariximizin hər bir səhifəsini açmaq, geniş tədqiqat aparmaq, onu xalqımıza və dünyaya çatdırmaq müqəddəs bir vəzifə kimi komissiyanın tədbirlər planına daxil edilmişdir.
     Məlumdur ki, Heydər Əliyevin sədrliyi ilə «Kitabi-Dədə Qorqud» dastanının 1300 illik yubileyi üzrə dövlət komissiyasının son üç ildə keçirdiyi iclaslarda qorqudşünas alimlərin iştirakı ilə görülmuş və görüləcək işlərə bir daha diqqət yetirilmişdir.
     Bu günlərdə müxbirimiz baş nazirin müavini, dövlət komissiyasının sədr müavini, xalq yazıçısı Elçinlə görüşərək söhbət əsnasında «Kitabi-Dədə Qorqud» dastanının yubileyi ilə bağlı bəzi məsələlərə yenidən toxunulmuşdur. Aşağıda həmin müsahibəni sizə təqdim edirik.
     –Elçin müəllim, bütün türk dünyasını birləşdirən çox qədim bir abidənin, «Kitabi-Dədə Qorqud» dastanının 1300 illik yubileyi ilə əlaqədar görülən işlərin müəyyən qismindən artıq xəbərdarıq. Bizi indi bu yubileyin mənəvi tərəfi və əhəmiyyəti maraqlandırır.
     -Yubileylə bağlı cənab prezidentin sədrliyi ilə keçirilən sonuncu iclasda söylədiyim bir fikri təkrar etmək istərdim. Siz təsəvvürə gətirin ki, «Dədə Qorqud» bəlkə də dünyada yeganə abidədir ki, vaxtilə öz xalqının düşməni elan olunmuşdur.
     -Bu, yəqin ki, 37-ci ilin repressiyalarıdır?
     -O illərin ölüm qoxulu küləkləri Cavidi, Müşfiqi, Ömər Faiqi, Səməd Mənsuru... aparsa da, qaniçənlər bu millətin mənəviyyatına zərbə vurmaqdan doymurdular. 50-ci illərdə Mir Cəfər Bağırov «Dədə Qorqud»da pantürkizmin əsasları, təzahürü olduğunu rəsmi surətdə bildirmişdir. Min illərlə tarixi olan bir abidədə XX əsrin əvvəllərində təşəkkül tapmış pantürkizm ideologiyasını axtarmaq nəinki gülünc, həm də dəhşət və xəyanət idi. Ona görə də bu gün müstəqil Azərbaycanda ölkə rəhbərinin bu abidəyə yüksək qiyməti, münasibəti respublikamızın sabahı ilə bağlı olduğuna görə əhəmiyyətlidir.
     -Söyləmişdiniz ki, bu üç ildə «Kitabi-Dədə Qorqud»la bağlı 37 kitab nəşr edilib. Yəqin ki, onların arasında dastanın özü də var?
     -Bu 37 kitab ancaq dövlətin vəsaiti ilə çap olunanlardır. Məsələ ondadır ki, tədbirlər planında olmayan kitablar da nəşr edilibdir. Başqa sözlə desəm, «Dədə Qorqud»la bağlı tədqiqatda bir intibah dövrü yaşandı. Əlbəttə, «Dədə Qorqud» dastanı yenidən latın qrafikası ilə nəşr edildi. Hətta V.V.Bartoldun rus dilinə etdiyi tərcüməni də yenidən çap etdik. Bəzi nəşrlərin adlarını söyləyim: Əli Sultanlı «Kitabi-Dədə Qorqud» və qədim yunan dastanları»; Bəhlul Abdulla «Kitabi-Dədə Qorqud»un poetikası»; «Kitabi-Dədə Qorqud»un izahlı lüğəti»; «Kitabi-Dədə Qorqud»un biblioqrafiyası»; Şamil Cəmşidov «Kitabi-Dədəm Qorqud»; Səfərəli Babayev «Naxçıvanda «Kitabi-Dədə Qorqud» toponimləri»; Anar «Dədə Qorqud dünyası»; Bəkir Nəbiyev, Yaşar Qarayev «Xalq mənəviyyatının güzgüsü» (beş dildə); Tofiq Hacıyev «Dədə Qorqud»; dilimiz, düşüncəmiz» və s. və i.a.
     -Eləcə də ilk dəfə olaraq yaranan «Dədə Qorqud» ensiklopediyası.
     -Sizə deyim ki, bu, qorqudşünaslıqda sanballı bir hadisədir. Flora xanım, bilirsənmi, bizim əsas uğurumuz nədən ibarət oldu? Təkcə Azərbaycan ədəbiyyatında, tarixində, folklorşünaslığında deyil, bütövlükdə biz dünya qorqudşünaslığında böyük nailiyyət qazandıq. Ölkə prezidentinin fərmanına uyğun «Dədə Qorqud»la bağlı təbliğatımız çox intensiv quruldu. Dünyanın türkoloq alimləri də bu abidənin tədqiqinə həvəslə qoşuldular. Fransada Lui Bazen türk ədəbiyyatşünası Göyp Alpla birlikdə «Dədə Qorqd»u fransız dilinə çevirdi, Parisdə nəşr edildi. Almaniyada Əhməd Şmide «Dədə Qorqud»u təkrar alman dilinə tərcümə edərək nəşrinə nail oldu. Əlbəttə, məsələ təkcə çap olunan kitabların sayında deyil, söhbət ondan ibarətdir ki, bu nəşrlər həqiqətən fövqəladə əhəmiyyətə malik sanballı əsərlərdən ibarətdir.
     -İndiki günlərdə «Dədə Qorqud»a qayıtmaq qəhrəmanlıq dolu keçmişimizə mənəvi körpü salmaq deməkdir. Və yəqin ki, bu hadisə təkcə bizim ədəbiyyatımızda, folklorşünaslığımızda, tariximizdə deyil, həm də ruhumuzda, mənəviyyatımızda əks-səda salacaqdır.
     -Rəmzi mənada biz «Dədə Qorqud»un yaşını 1300 kimi qeyd etdik. Onun elə boyları var ki, daha irəli əsrlərə gedib çıxır. Yəni onun illərini doğulduğu əsrdə deyil, formalaşdığı əsrdən hesabladıq. İndi təsəvvürə gətirin ki, bu 1300 yaşlı möhtəşəm abidənin bütün dünyada bir növ təqdimat mərasimi keçirildi. Bu, həm də Azərbaycanın dünya miqyasında diqqət obyektinə çevrilməsi demək idi. Hər bir mədəni tədbirin mütləq siyasi tərəfi də var. YUNESKO-da keçirilən «Dədə Qorqud» günü heç vaxt yadımdan çıxmaz. O gün duyduğum fərəhin, iftixarın xoş hissləri uzun müddət məni tərk etməyəcəkdir. Çünki «Dədə Qorqud» günləri Azərbaycan günlərinə çevrildi. Bütün söhbətin mövzusu konkret olaraq bir tərəfdən «Dədə Qorqud» idisə, o biri tərəfdən bütünlüklə Azərbaycan idi. Beynəlxalq elmi simpozium keçirdik. Tədbiri mən aparırdım. Burada təkcə türkdilli dövlətlərdən deyil, Fransanın, İtaliyanın böyük alimləri də iştirak edirdilər. Şamil Cəmşidov, Kamal Talıbzadə, Anar, İsa Həbibbəyli və başqaları işğal olunmuş torpaqlarımızdan, qaçqınlarımızın ağır talelərindən tutmuş hər şeyi yüksək tribunadan deyə bildilər.
     -«Dədə Qorqud» dastanının Drezden nüsxəsi ilə eyni olan surəti bu gün Azərbaycana gətirildi.
     -Bilirsiniz ki, «Dədə Qorqud» dastanının əlyazmasının bir nüsxəsi Drezden kitabxanasında saxlanılır. 1999-cu ildə Drezdendə «Dədə Qorqud»a həsr olunmuş sərgi və elmi simpozium keçirildi. Qocaman alimimiz Şamil Cəmşidov israr edib ki, əlyazmanı mütləq əlinə almalıdır. Almanların təbiətinə dünya bələddir. Nadir eksponatı şüşənin altından nəinki çıxarmaq, ələ almaq, bu, mümkün sayılan iş deyil. Amma bizim nümayəndə heyəti buna nail olub. Şamil Cəmşidov onu ələ alaraq öpüb və...
     -Çox təsirli, kövrək məqamdır. «Dədə Qorqud»la bağlı yüksək səviyyəli məclislər Rusiyada - Moskvada da keçirildi.
     -Təkcə Rusiyada deyil, Türkiyədə, Gürcüstanda, Türkmənistanda və başqa türkdilli respublikalarda tədbirlər keçirilib və hələ də davam edir. - Sovet dövründə C.Cabbarlı adına Kinostudiyada «Dədə Qorqud» adlı bədii film çəkildi. Bəs, bu yubileylə bağlı...
     -«Azərkinovideo» İstehsalat Birliyi «Dədə Qorqud» haqqında filmi kasetlərə köçürdü. Teleradio şirkəti bu mövzuda 12 seriyalı bədii televiziya filminin çəkilişinə başlayıb. Bəzi seriyalar artıq hazırdır. Azərbaycanın teatr səhnələrində «Dədə Qorqud» motivləri ilə bağlı tamaşalar göstərilir. Bir sıra rəsm və musiqi əsərləri yaranıb. Cənab Heydər Əliyevin hamımızın ürəyindən xəbər verən bir fikrini təkrar etmək istəyirəm: «Dədə Qorqud»un yubileyi elə hadisədir ki, bu, aprelin 9-dakı tədbirlə sona çatmayacaqdır. Bu iş davam etməlidir və edəcəkdir».
     -Əslində, bütün bunlar başlanğıcdır.
     -Əlbəttə, sizə bir misal deyim. «Dədə Qorqud»la bağlı yaradılacaq tarixi etnoqrafik kompleksi götürək. Ölkə prezidenti bu barədə fərmanı aprelin 1-də imzalayıb. Bu, o deməkdir ki, Azərbaycan xalqının, bütün türk xalqlannın ən möhtəşəm abidəsi olan «Kitabi-Dədə Qorqud»la bağlı təbliğat işi həmişə gedəcəkdir. Bu, həm də sadəcə təbliğat yox, tədqiqatdır, öyrənməkdir, yaratmaqdır, yaşatmaqdır, paklaşmaqdır, durulaşmaqdır - bir sözlə, köhnəliyin içində bir təzəlik tapmaqdır.
     -«Dədə Qorqud» bütün türk xalqlarının müştərək abidəsi- dir.
     -Bu yubileyin Azərbaycanda türk dövlətləri prezidentlərinin iştirakı ilə bayram edilməsi elə bil ki, Azərbaycan mövzusunu, azərbaycançılığı daha da önə çəkir, qabardır. Hamı dastanın məhz Azərbaycanla bağlılığını təsdiq edir.
     -İllərin dizini qatlayaraq bugünümzə gəlib çatmış və üzərində ədəbiyyatımız, tariximiz, mənəviyyatımız inkişaf etmiş bu dastan bu qələbəni hansı qüdrətin hesabına qazanıb?
     -Bu, şübhəsiz ki, «Dədə Qorqud»un bədii-estetik səviyyəsidir. Dastanda xalqın ruhu öz ifadəsini elə tapıb ki, o, mütləq əsrlərin bütün müqavimətini sındıraraq əbədi yaşamaq hüququ tapmalı idi.
     -Elçin müəllim, bu yubiley təntənəsində iştirak etmək üçün neçə ölkədən qonaq gözləyirik?
     -Mərasimdə bütün dünyanın çox böyük şərqşünasları, elm, ədəbiyyat adamları iştirak edəcəklər. Rəqəmlərin dili ilə desək, 18 ölkədən 97 qonağımız olacaq. Aprelin 8-də Bakıda türk dövlətlərinin sammiti keçiriləcək. Səhəri günü, yəni ayın 9-da Respublika sarayında «Dədə Qorqud»un təntənəli yubiley gecəsi olacaqdır. Bu, adi tədbir deyil. Bir məsələyə təkrar diqqət verək ki, bütün türkdilli dövlətlərin prezidentləri Azərbaycanda «Dədə Qorqud» yubileyində iştirak edəcəklər. Bu, həqiqətən də fövqəladə əhəmiyyətə malik bir hadisədir. Yubiley gecəsinin ssenarisini xalq yazıçısı Anar qələmə alıb, quruluşunu da görkəmli rejissorumuz Mərahim Fərzəlibəyov verib. Hər şey çox yüksək səviyyədə hazırlanıb.
     -Bu söylədiyiniz ürəkaçan faktlar komissiyanın sədr müavini kimi səlahiyyətlərinizə daxil olan işlərdir. Bəs sizin yazıçı Elçin kimi bu yubileyə öz töhfəniz nədən ibarətdir?
     -«Dədə Qorqud aliliyi» adlı kiçik bir monoqrafiya yazdım, çap olundu. Burada «Dədə Qorqud»un indiyə qədər olan tədqiqinin xülasəsini və təhlilini verməyə çalışdım. Bu abidənin Azərbaycan xalqının taleyi, tarixi kontekstindəki əhəmiyyətindən söz açdım. «Kitabi-Dədə Qorqud» doyulmaz çeşmədir. Yazdıqca, oxuduqca sehri-sirri tükənmir. Sağlıq olsun, bu abidə ilə bağlı gələcəkdə bir bədii əsər üzərində işləmək fikrim var. Hələlik qarşıda «Dədə Qorqud» işığı yanır. Gəlin hamımız onun pərvanəsi olaq.
     -Səmimi və məzmunlu söhbət üçün sizə təşəkkür edirik.
Müsahibəni apardı Flora Xəlilzadə.
2000.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (22.08.2014) | Müəllif: R.C E W
Baxış: 524 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more