Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı- "Təşrif buyur, gedək bağa"
«TƏŞRİF BUYUR, GEDƏK BAĞA...»
(Aşıq Ələsgərin Sözü və Sazı haqqında bir neçə kəlmə)

     Neçə gündür ki, Aşıq Ələsgərin həmişəki kimi, iddiasız, sadə, təmiz bir misrası, elə bil ki, kitabların səhifəsindən yox, qə dim (və doğma!) Göyçə mahalında qoca Ələsgərin sazı sinəsinə sıxıb söylədiyi gəraylıdan həmin o məqamdan qopub gəlmiş o bir misra elə hey fikrimdə dolaşır: «Təşrif buyur, gedək bağa...»
     Həmin iddiasız bir misra bu dəm mənim üçün Sözün və Sazın sirrisehri (və heç vaxt açılmayacaq, əbədi bir sirr-sehr) ilə do lu idi, çünki o bağ təkcə təbiətin xudmani, gözəl bir guşəsi deyildi, o bağ Ələsgər dünyası idi:
Təşrif buyur, gedək bağa,
At zülfunü sola, sağa.
Ələsgər sənə sadağa,
Üzün məndən niyə döndü?
     Aşıq Ələsgər 105 il ömür sürdü.
     1821-ci ildə Azərbaycan Sözünün, Sazının beşiklərindən biri olan qədim Oğuz yurdunda gözəl Göyçə mahalında («Adım Ələsgərdi, əslim Göyçəli...») anadan olub, 1926-cı ildə elə orada da haqq dünyasına köçdü və bu iki tarix arasında həmin Sözün və Sazın yaratdığı Ələsgər dünyasında o qədər hiss-həyəcan var, bu hiss-həyəcan o qədər qəribə, adamı mat qoyan və adamın ürəyi nə dolan gücə, incəliyə, işığa malikdir, o qədər saya-hesaba gəlməyən rənglərdən ibarətdir ki, həmin Ələsgər dünyasının, hətta o uzun ömrün çərçivələrinə sığması da haqdan gələn verginin nəti cəsidir.
     Ələsgər Sözü və Sazı ilə Qarabağdan, Gəncədən tutmuş Tiflisəcən el-obanı dolaşdı, Türkiyə mahallarını gəzdi, məclislər apardı, toylar keçirdi və Sözlə Sazın dediklərini xalqın özünüifadəsinə çevirdi, əvvəlki dövrlərin korifeyləri Yunus Imrə, Qa racaoğlan, Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım... kimi aşıq sənətini ən yüksək bədii -estetik meyarlarla bir daha təsdiq etdi.
     Bütün böyük sənətkarlar kimi, Aşıq Ələsgərin yaradıcılığı da milli hadisədir, milli mədəniyyətin faktıdır. Ancaq böyük sənətkarların yaradıcılığı bunu da sübut edib ki, bəşəriyə aparan yol öz başlanğıcını millidən götürür və bu mənada Ələsgərin yaradıcılı ğı da klassik bir nümunədir: o nə qədər millidirsə, bir o qədər də bəşəridir.
     Hələ XIX əsrin ortalarında, cavan yaşlarında ikən Aşıq Ələsgər məşhur rus şairi Yakov Palonski ilə görüşür və bu görüşdən (aşıq yaradıcılığından!) təsirlənən Palonski xüsusi məqalə yazır.
     Yakov Palonski hara, Aşıq Ələsgər hara?
     Tamam müxtəlif mühit, müxtəlif psixologiya, müxtəlif təfəkkür tərzi, müxtəlif dünyagörüşü...
     Məsələ həmin milli ilə bəşərinin birliyində, vəhdətindədir. Buna görə də, o görüşdən 100 il keçdikdən sonra, başqa bir məş hur rus şairi Konstantin Simonov da yəqin eləcə təsirləndiyi üçün, Aşıq Ələsgərin altı qoşmasını və Şair Vəli ilə deyişməsini rus dilinə gözəl tərcümə etmişdir. Allah vergisi, əlbəttə, millidi, amma o veriləndən sonra, nə coğrafi, nə də milli sərhədlər tanı yır.
     Aşıq sənəti Azərbaycan folklorunun əsasını təşkil edir və mi sal üçün, island saqalarından, yaxud rusların «Iqor polkunun dastanı»ndan fərqli olaraq, Azərbaycan dastanlarını və ümumiyyətlə, bütün türk dastanlarını yalnız Söz yox, Sözlə bir yerdə həm də Saz yaratmışdır, qədim «Kitabi -Dədə Qorqud»dan tutmuş «Əsli və Kərəm»əcən, «Koroğlu»dan tutmuş Aşıq Ələsgərin özü haqqında yaranmış «Aşıq Ələsgərin Şınıq səfəri», yaxud «Aşıq Ələsgər qarabağlıların yaylağında» kimi Azərbaycan dastanlarının mayası aşıq sənəti ilə yoğrulmuşdur.
     Aşıq sənəti, əslində, bir fərdin yaratdığı teatrdır.
     Aşıq şairdir. Aşıq yazıçıdır (dastanlar yaradır). Aşıq dramaturqdur (deyişmələr, dramatik dialoqlar). Aşıq bəstəkardır («Dilqəmi»dən tutmuş «Ruhani»yəcən, «Yanıq Kərəmi»dən tutmuş «Keşişoğlu»nacan yüzlərlə havacatı kim yaradıb? Naməlum aşıq!). Aşıq müğənnidir. Aşıq bugünkü ifadə ilə desək, bədii qiraət ustasıdır. Aşıq instrumental ifaçıdır.
     Bütün bunların hamısı da bir nəfər, bir fərddir.
     Uzun-uzun əsrlər boyu aşıq sənəti, misal üçün, yaponların «Kabuki», ya «No» teatrları, yaxud ispanların romanserosu kimi, milli bədii təfəkkürün (indiki halda Azərbaycan milli bədii təfəkkürünün) faktına çevrilib.
     Avropada fransız truveri və trubadurluğu, yaxud alman minnezingerliyi xalqı necə ifadə etmişdirsə, aşıq sənəti də Azərbaycanda həmin işi görmüşdür, amma fərq ondan ibarətdir ki, truverlik və trubadurluq da, minnezingerlik də ayrı -ayrı əvvəli və sonu məlum dövrlərin, mərhələlərin hadisəsidirsə, aşıq sənəti əvvəli Orxon -Yeniseydən xəbər verən, sonu isə olmayan bir sənətdir, daim qaynayır, daimi dinamikaya malikdir, bütün dövrlərin müasir yaradıcılığıdır.
     Və min il bundan əvvəl olduğu kimi, bu gün də belədir.
     Və Aşıq Ələsgər həmin yaradıcılığın klassikidir.
     Aşıq Ələsgər filosofdur:
Günahkardı, nə ki, yoldan azan var,
İki mələk xeyir-şəri yazan var,
Ərəsət var, Qıl körpü var, qazan var,
Orda qəbul olsun niyazım mənim...
     Aşıq Ələsgər estetdir:
Axşam-sabah, çeşmə, sənin başına
Bilirsənmi, necə canlar dolanır?!
Büllur buxaq, lalə yanaq, ay qabaq,
Şahmar zülfü pərişanlar dolanır...
     Yaxud:
Çərşənbə günündə, çeşmə başında,
Gözüm bir alagöz xanıma düşdü.
Atdı müjgan oxun, keçdi sinəmdən,
Cadü qəmzələri qanıma düşdü...
     Aşıq Ələsgər bədbindir:
Ov keçdi bərədən, ata bilməzsən,
Uçdu getdi əldən, tuta bilməzsən,
Yerisən, yüyürsən, çata bilməzsən,
Görürsən ki, baxtm yatdı, sən də yat...
     Yaxud:
Nə bəlaya düşdüm mən bəxti qara,
Eşqin ataşma heç olmaz çara.
Qalmışam zindanda aciz, avara,
Günahkar, sərgərdan, xəcalət eylə...
Aşıq Ələsgər nikbindir:
Ruhun təzələnsin görəndə gərək,
Sən onun könlündə, o səndə gərək.
Haqqa şükür qılsın hər bəndə gərək,
Kim nə deyir bu dövrana, gözəldi...
     Aşıq Ələsgər humanistdir, metafizikdir, moralistdir, maarifçidir, ilahiyyatçıdır, materialistdir, idealistdir, romantikdir, realistdir və s., və i.a.
     Bəli, bütün bunlar belədir, amma mənim üçün Aşıq Ələsgər, ilk növbədə, Aşiqdir («Ələsgərəm, gözəllərdi əzbərim...», yaxud: «Canım gözəllərin yol qurbanıdı...») və Ələsgər poeziyasının yaratdığı (və eyni zamanda həmin poeziyanı yaradan!) o Aşiq, olsun ki, ya zövqünə görə, ya yaşına, ya da gözlərinin rənginə görə Məcnundan fərqlidir, Romeodan seçilir, Kərəmin eyni deyil, amma o da Leylinin, Cüllettanın, Əslinin sevgi dünyasında ən doğmalardan, ən məhrəmlərdən biridir, həmin sevgi, həmin sevda dünyasının sakinidir.
     Bu sözləri yazıram və fıkirləşirəm: mən nə üçün bunları yazıram?
     Onsuz da, Aşıq Ələsgərin Sözü və Sazı nə lazımdırsa, hamı sını özü deyir.
19 may 1999.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (01.09.2014) | Müəllif: R.C E W
Baxış: 588 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more