Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Tək adam, tənha şair
TƏK ADAM, TƏNHA ŞAİR
(Vaqif Cəbrayılzadə)

     Çoxbilmiş ədəbiyyatşünaslar, tənqidçilər poeziyaya müxtəlif yön adları qoyublar: intellektual poeziya, emossional poeziya... in tim poeziya... bədbin poeziya... nikbin poeziya... və s., və i.a.
     Və mən hərdən fıkirləşirəm: görəsən, Vaqif Cəbrayılzadə poeziyası bunların hansındandır?
     Bu sualın cavabını düşünəndə, Vaqifın şerlərini xatırlayanda, onun dəst-xəttinin, hiss -həyəcanının ab -havasını yenidən duyduqda, poeziyanın o bədii estetik təsnifatı mənə dünyanın ən əbləh işlərindən biri kimi görünür.
     «Vaqif Cəbrayılzadə poeziyası» ən dəqiq təsnifat budur; intellektualı da, emossionalı da, intimi də, bədbini də, nikbini də, o birisi də, bu birisi də hamısı bunun içindədi, hamısı bir yerdə di, bütövdü, vahiddi və Vaqifınkidi.
     Vaqif mənim üçün çox millidi və Vaqif mənim üçün də bə şəridi.
     Vaqif mənim üçün çox kədərlidi, qəmgindi, qüssəlidi, amma Vaqifın poeziyasında qəribə bir işıq da var ki, hansısa qoy lap mücərrəd olsun! məlhəmdən, əlacdan, qaranlıq labirint içində görünən qoy lap kiçicik olsun! işıqdan (işıqcıqdan) xəbər ve rir.
     Mən hələ ikinci bir şair tanımıram ki, yüzlərlə tanıdığım şairlər arasında! onun yaradıcılığı ilə zahiri görkəmi, xasiyyəti, hətta taleyi (!) bu dərəcədə bir-birini tamamlasın, bir-birinə məh rəm olsun, biri o birini davam etdirsin.
     Vaqif kövrəkdir, həssasdır, incədir və Vaqif mübarizdir.
     Amma Vaqifin mübarizəsi mən bir dəfə onunla bağlı bu bənzətməni işlətmişəm və yenə işlədirəm Don Kixotun mübarizəsidi.
     Bəlkə bu bənzətmə onun ürəyinə toxunacaq, bilmirəm, amma mənim üçün poeziyada da, həyatda da Vaqif mübarizəsi, təkrar edirəm, Don Kixot mübarizəsidi.
     Don Kixot tək idi.
     Hətta Don Kixotun sevimli Dulsineyası da lamançlı rıtsarın xəyallar aləminin sakini idi.
     Vaqif də təkdir.
     Vaqif poeziyasının qəhrəmanı da ədəbiyyatşünas dostları mız ona lirik qəhrəman deyirlər təkdir.
     Dəyirman pərlərinin bütün bəd əməlləri, pislikləri, əyri işlə ri Don Kixotun düşmənləri idi.
     Dünyanın bəd əməlləri, pislikləri, əyri işləri Vaqifın də (onun şerinin də!) düşmənidir və Vaqif saflığı, Vaqif təmizliyi dünyanın o bəd əməlləri, pislikləri, əyri işləri ilə mübarizədədi, amma, əzizim V aqif, sənin bu mənəvi mübarizəndən də min tə əssüf! heç nə çıxmayacaq, çünki, əslində, sən də kövrək qılıncını əlinə alıb o nəhəng və bədheybət dəyirman pərləri ilə vuruşursan...
     Vaqiflə mənim tanışlığımın (və sonrakı dostluğumuzun) tarixçəsi 1970-71ci illərdən başlayır.
     O zaman mən Nizami adına Ədəbiyyat Institutunda kiçik elmi işçi işləyirdim və günlərin bir gözəl günündə ilk dəfə gördüyüm cavan bir oğlan (məndən də cavan!) Vaqif mənə oxuyub fikir söyləmək üçün bir nazik qovluq əlyazması gətirmişdi, özü də, qəribədi, o nazik qovluqdakı yazı şer deyildi, Nitşe haqqında yazdığı bir esse idi.
     Yadıma gəlir, Vaqifin iri qara gözləri o dəm o qədər dünyanın təmiz işlərindən xəbər verirdi ki, məndə o saat o cavan qələm sahibinə qarşı bir etibar, bir inam yarandı, içimdə ona münasibətdə məhrəm bir hissiyyat oyandı və elə bil ki, onunla çoxdan tanış idik, çoxdan dost idik.
     Və nə yaxşı ki, dünyanın otuz illik qayğıları, əzab əziyyəti, min bir fitnə-fəsadı, ölüm-itimi, anasının, qohum-əqrəbasının qaçqın güzəranlı taleyi o Vaqif təmizliyinə heç nə edə bilməyib.
     Vaqifin vətəni əslində bütün yer kürəsidir və belə bir vətən daşlıq səlahiyyətini ona öz poeziyası verir.
     Amma bir az kiçiltsək Azərbaycandır.
     Bir az da kiçiltsək Cəbrayıldır.
     Lap kiçiltsək Mərcanlı kəndidir.
     Və bu gün Mərcanlı kəndi də bütün Cəbrayıl kimi yadellilə rin tapdağı altındadı.
     Vaqifin də poeziyası o bəşəri mahiyyətə baxmayaraq (bəlkə də elə buna görə!) yaralıdı.
     Vaxt gələcək, mənim buna şübhəm yoxdu Mərcanlı kən di də, Cəbrayıl da yadelli tapdağından qurtulacaq, el-oba yurd-yuvasına qayıdacaq, amma mən burasına şübhə edirəm ki, Vaqifin poeziyasındakı o yara haçansa sağalacaq.
     Poeziyanın yarası heç vaxt sağalmır.
     Poeziya ona görə poeziyadır ki, o, sağalmaz yaralar hədəfi, sağalmaz yaralar məcmusudur.
     Səksəninci illərin birinci yarısı idi atamla birlikdə Şüvəlan Yaradıcılıq Evində həm yazı -pozu ilə məşğul olurduq, həm də dincəlirdik və bir axşam söhbət Məhəmməd Peyğəmbərin şəxsiyyətindən düşdü (o vaxt atam Vaşinqton Irvinqin Peyğəmbərimiz haqqında rus dilinə tərcümə olunmuş kitabını yenicə oxuyub qurtarmışdı).
     Və Ilyas Əfəndiyev sidq-ürəkdən gələn bir təəssüflə dedi:
     -Hayıf, Islam qaydaqanunları imkan vermir, yoxsa dünyanın böyük rejissorları ekranda Məhəmməd Peyğəmbərin gözəl obrazını yaradardı... Sonra birdən məndən soruşdu: Əgər heylə bir şey olsaydı, Peyğəmbərin roluna sən deyərdin ki, kimi çəksinlər?
     Mən özüm üçün də gözlənilmədən:
     -Vaqif Cəbrayılzadəni! dedim.
     İndi aradan bu qədər illər keçib...
     Ilyas Əfəndiyev haqq dünyasındadı...
     Və mən o söhbəti xoş, bir az da bilmirəm niyə? həzin, qüssəli bir xatirə kimi xatırlayıram...
     Xoş, ona görə ki, aradan ötən bu illərin qanlı qadalı illərin sınağından çıxa bilməyən bir çoxlarından fərqli olaraq, Vaqif hə min Vaqif Cəbrayılzadədir.
     Bəs, axı, niyə həzin, qüssəli?..
     Yəqin ona görə ki... ömür keçir gedir...
16 noyabr 1997.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (30.08.2014) | Müəllif: R.C E W
Baxış: 366 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more