Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Şoloxov haqqında söz (Məqalə)
ŞOLOXOV HAQQINDA SÖZ


     Bizim bir çoxumuzun Şoloxov yaradıcılığı ilə ilk tanışlığı erkən başlamışdır, o vaxtlar ki, Don Kixotu da yenicə tanımışdıq, gənc Verterin əzablarına yenicə şahid olurduq, saqren dərisinin möcüzələri, Javerin özünü Senaya atması da hələ gözlərimizin önündən getmirdi...
     Və o vaxtdan - yeddinci, səkkizinci sinif şagirdi olduğumuz o günlərdən etibarən də Qriqori Melexov, Aksinya, qoca Şukar bizim üçün doğma adamlara çevrilmişlər. İndi də bizə elə gəlir ki, bu adamlarla (surətlərlə yox, məhz adamlarla!) nə vaxt isə, uşaqlıq çağlarında özümüz görüşmüşük. «Don hekayələri»ndəki, «Oyanmış torpaq»dakı, «İnsanın taleyin»dəki, xüsusən, «Sakit Don»dakı hadisələr, həqiqətən, bizim gözlərimiz önündə baş vermişdir.
     Əlbəttə, o zaman biz belə bir doğmalığın səbəbini yaxşı başa düşmürdük; o qayğısız, şəffaf illərdə bizim üçün «niyə, nə üçün?» sualları bir o qədər də əhəmiyyətli deyildi, sənətin gücü, sövq-təbii öz işini görürdü.
     Bu gün isə Şoloxov yaradıcılığı barədə düşünəndə, onun sənətinin gücünü konkret nəzəri-estetik prinsiplə, təsnifat və kateqoriyalarla, səciyyəvi xüsusiyyətlərlə müəyyənləşdirmək istədikdə, ilk növbədə, bir cəhəti fikrimizdə qeyd edirdik: böyük rus nəsrinin ənənələri və bu ənənələrə sədaqət; Şoloxov yaradıcılığının cövhərini təşkil edən bir sədaqət.
     Belə bir ədəbi sədaqəti böyük mənada götürürük. Çünki Şoloxov hər hansı rus yazıçılarından birinin yox, ümumiyyətlə, rus nəsrinin ənənələrinə sadiqdir və bu ənənəni inkişaf etdirir.
     Bir-birindən tamamilə fərqlənən Dostoyevski, Lev Tolstoy və Turgenev kimi rus ədəbiyyatı klassiklərini xatırlayaq. Biz Qriqori Melexovun psixologiyasının bədii təhlilində Dostoyevski ədəbi ənənələrinin inkişafını, Aksinyanın Qriqoriyə məhəbbətinin təs- virində Turgenev ədəbi ənənələrini, Şoloxov romanlarının əhatəliliyində və bu əhatəlilikdəki lakonizmdə isə Tolstoy ədəbi ənənələrinin inkişafını görürük.
     Şoloxov yaradıcılığını səciyyələndirən əsas bədii-estetik xüsusiyyətlər də məhz belə bir ədəbi sədaqətdən irəli gəlir.
     Biz burasını da bilirik ki, marksist-leninçi nəzəriyyə artıq çoxdan sübut etmişdir: ənənəyə sadiq qalmaq- bu ənənəni novatorcasına inkişaf etdirmək deməkdir.
     Həmin səciyyəvi bədii-estetik xüsusiyyətlərdən ən başlıcası, əlbəttə, realizmdir (Şoloxov realizmi!). Həyat həqiqətlərinə sadiq qalmaq, həyati mürəkkəbliyin və eyni zamanda, mənəvi zənginliyin bədii təhlilini vermək, bəzəməmək, yalandan uzaq olmaq Şoloxov istedadının tərkib hissəsidir.
     Şoloxov realizminin daxilində yüksək emosional təsir gücünə malik işıqlı və eyni zamanda, həzin bir romantika vardır və bu romantika yalnız Donun sakitliyində, kazak xutorlarına düşən ilk qarda, kazakların at çapmasında, ümumiyyətlə, onların son dərəcə özünəməxsus məişətində deyil, surətlərin daxili aləmindədir.
     Aksinyanın bir bədii surət kimi hiss və həyəcanlarında, onun təbiətində çox sərt bir realizmin yaratdığı romantika vardır və bu romantika sənətin ecazkar gücü ilə nəfəs alır. Bu, Şoloxov qəhrəmanlannın bir çoxuna xas estetik keyfiyyətdir.
     Şoloxov yaradıcılığı üçün səciyyəvi digər mühüm bir cəhət bu yaradıcılığın ümumbəşəri mahiyyət daşımasıdır.
     Sənətin neçə min illik tarixi sübut edir: sənət o zaman ümumbəşəridir ki, o, millidir.
     Şoloxov ona görə azərbaycanlı oxucu üçün doğma bir yazıçıdır ki, o, hər şeydən əvvəl böyük rus yazıçısıdır, təsvir etdiyi xarakterlər əsl rus, kazak xarakterləridir; burada millilik zahiri etnoqrafik detallarda, ekzotikada yox, dəqiq etnoqrafik təsvirlərlə bərabər, daxili psixoloji araşdırmalarda, daxili müdriklikdə, bu müdrikliyin xəlqiliyindədir.
     Şoloxov sovet oxucusu üçün də, dünya oxucusu üçün də, bizcə, məhz buna görə doğma yazıçıdır, onun əsərlərinin müxtəlif dillərdə külli tirajla nəşri belə bir ümumbəşəri doğmalığı göstərən faktdır.
     Digər səciyyəvi bir xüsusiyyət: Şoloxov müasirliyi.
     «Sakit Don»un yazıldığı vaxtdan neçə on illər keçmişdir, bu on illərdə bəşəriyyət nə qədər böyük, heç vaxt unudulmayacaq, sarsıdıcı hadisələrin şahidi olmuşdur; «Sakit Don»dakı hadisələr isə artıq tarixin epizodlarına çevrilmişdir. Lakin hansı oxucu, hansı ədəbiyyat nəzəriyyəçisi deyə bilər ki, bu roman da artıq ədəbiyyat tarixində bir epizoddur?
     Şoloxovun müasirliyi onun təsvir etdiyi hiss və həyəcanların, onun duyduğu xarakterlərin, onun bədii təqdir və təkdirinin ümumbəşəri mahiyyətində və əbədiliyindədir. Biz kiçik həcmli əsərlərində də Şoloxov sənətinin ecazkar qüdrətini hiss edirik. «Burulğan», «Ailəli adam», «Sırtıqcığaz», məşhur «İnsanın taleyi» və digər hekayələrdəki Şoloxov sənətkarlığı, Şoloxov humanizmi bu gün də bizi valeh edir.
     İllər keçəcək, elə bir vaxt gələcək ki, uşaqlıq, yeniyetməlik, ilk gənclik xatirələri bir zəruriyyət olacaq, buna daxili mənəvi ehtiyac hiss edəcəksən və o zaman, arasında böyüyüb boya-başa çatdığın adamlarla birlikdə Şoloxov qəhrəmanları də xatirində canlanacaq.
     Və o zaman əlini kitab rəfinə uzadacaqsan...
     Bu, sənətin gücü, istedadın gücüdür.

1975.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (20.06.2014) | Müəllif: R.C E W
Baxış: 724 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more