Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı |
«SARA XATUN» JURNALININ SORĞUSU
-Sevdiyiniz dünya yazarları? -Bu suala mənim cavabımda hec bir originallıq yoxdur. Mənim üçün ilk üçlük: Servantes, Şekspir, Tolstoy. -Azərbaycan ədəbiyyatının ən parlaq nümayəndələri? -Yəqin yenə original deyiləm. Ancaq indi ilk üçlük yox, ilk dördlük: Füzuli, Mirzə Fətəli, Mirzə Cəlil və Sabir. -İşıq üzü görmüş ilk əsəriniz? -«O inanırdı» adlı hekayə. 5 iyul 1959-cu il, «Azərbaycan gəncləri» qəzeti. O yay günü həmişəlik hafizəmə hopub. Onda 9- cu sinfi bitirib 10-cu sinfə keçmişdim. -Həyatınızda yadda qalan ən əlamətdar hadisə? -Yəqin haçansa «Xatirələr» yazacağam. Maraqlanan oxucular, Allah qoysa, onda bu sualın cavabını oxuyarlar. Gəlin, indidən onların marağını azaltmayaq. -Böyük sevgiyə inanırsızmı? -Əgər sizin dediyiniz həmin böyük sevgi olmasaydı, həyat hardan peyda olacaqdı? -Xoşladığınız mətbəx, sevdiyiniz yemək? -Azərbaycan mətbəxi, balıq kababı, qızardılmış balıq. -Dünyaya yenidən qayıtsaydız, indiki həyatınızdan fərqli bir ömür yaşayardınız, yoxsa... -Hər halda, fərqli bir ömür yaşamaq da, indiki ömrüm kimi, mənim üçün çox maraqlı olardı... -Elçin ilk növbədə kimdir: yazıcı, dövlət işçisi, gözəl ailə başçısı? -Bu sualın cavabında mənim üçün mübahisəli bir şey yoxdur: 1-ci ailə, 2-ci yazıçı, 3-cü işçi. -Yaradıcılıq planınızı yəqin ki, açıqlamayacaqsınız? -Açıqlamalar verməkdənsə, əlbəttə, əsərin özünü ortaya qoymaq yaxşı olar. -Xanımlarımıza sözünüz, arzunuz? -Xoşbəxt, sağlam və əlbəttə, həmişə gözəl olsunlar! 2003
| |
Baxış: 536 | |
Bütün rəylər: 0 | |