Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-«Bu gün mədəniyyətimizin taleyi yalnız mədəniyyət xadimlərindən asılı deyil...»
«BU GÜN MƏDƏNİYYƏTİMİZİN TALEYİ YALNIZ MƏDƏNİYYƏT XADİMLƏRİNDƏN ASILI DEYİL...»


     -Elçin müəllim, indiki vaxtda yazıçı olmaq nə deməkdir?
     -Bu suala cavab vermək çətindir, çünki siz mənim simamda bu saat «keçmiş yazıçı» ilə danışırsınız, mən bir il beş aydır ki, bu vəzifədə işləyirəm və bu müddətdə yazıçılığa bir növ «əlvida» demişəm. Yəni bu müddət ərzində bir dəqiqə olsun boş vaxtım olmayıb ki, oturub bir cümlə yazım. Sizin sualınıza belə cavab verirəm: yazıçı o kəsdir ki, ağ vərəqlə üzbəüz oturub hissini, ürəyini, dünyagörüşünü, sevgisini, nifrətini o ağ vərəqə köçürür, yəni özünü ifadə edir. Əgər o, istedadlı yazıçıdırsa, özü ilə bərabər xalqını da ifadə edir.Yazıçı mənim üçün bax, bu adamdır. Dediyim sözlər dövrə, şəraitə baxmır. Bu bütün dövrlər üçün belədir. Sadəcə olaraq, bu özünüifadənin müxtəlif dövrlərdə çətinlikləri olur. Bu gün də Azərbaycanda belə çətinliklər var. Müharibə aparan bir ölkənin iqtisadi vəziyyəti ağır olduğundan hamı çətin şəraitdə yaşayır. Bu baxımdan yazıçı üçün də cəmiyyətdə maddi və mənəvi çətinliklər var.
     -Yazıçı və vəzifə. Bu barədə nə deyə bilərsiniz?
     -Mən sizə səmimi deyirəm, yazıçı gərək heç bir vəzifə daşımasın, yalnız öz yazı-pozu işi ilə məşğul olsun. Bu, ideal variantdır. Təəssüf ki, həyatda ideal variantlar mümkün deyil. Yazıçı, eyni zamanda, vətəndaşdır. Deyək ki, Mirzə Cəlil oturub ancaq gözəl hekayələrini, pyeslərini yazmaqla məşğul olsaydı, indi ədəbi irsi qat-qat artıq olardı. Amma Mirzə Cəlil əsərləri ilə kifayətlənmədi, böyük ictimai işlə məşğul oldu, bütün əzablara qatlaşaraq «MollaNəsrəddin» kimi bir jumal nəşr etdi, ədəbi məktəb yaratdı. O, ictimai işlə məşğul olmasa idi, bəlkə də «Ölülər» kimi daha beş dahiyanə əsər meydana çıxa bilərdi - bundan bizim ədəbiyyatımız məhrum oldu. Amma digər tərəfdən ictimai fikrimiz «Molla Nəsrəddin»ə sahib oldu. Məncə yazıçı öz vətəndaşlığını həm yazılarında, həm də fəaliyyətində göstərməlidir. Şübhəsiz mən özümü klassiklərlə bir cərgədə tutmaq fikrində deyiləm, amma bəlkə də özümə mənəvi bəraət qazandırıb təskinliyi onunla tapıram ki, işlədiyim bu müddət ərzində məşğul olduğum sahələrdə nəsə xeyirli bir iş görmək üçün çalışmışam.
     -Bu barədə nə deyə bilərsiniz?
     -Respublikanın məhdud iqtisadi imkanları şəraitində çalışmışam ki, mədəniyyət sahəsində əldə etdiklərimiz dağılmasın. Azərbaycanın tam istiqlaliyyətinə keçid dövründə çox problemlər yaranmışdır və bu da öz zərbəsini ilk növbədə mədəniyyət sahəsinə vurur. Hazırda kağız çatışmır, jumallar çıxmır. Misal üçün, «Azərbaycan», «Ulduz» jurnalları çıxmırsa, deməli ədəbiyyat da yoxdur, çünki ədəbiyyat burada yaranır. Nə qədər yazıçılarımız var ki, imkansızlıq ucundan kitab çap etdirə bilmirlər. Amma biri var ki, imkansızlığa qane olasan, biri də var ki, məhdud imkanın içində nəsə bir şey eləyəsən, illərlə yığılanları dağılmağa qoymayasan, imkan verməyəsən ki, Azərbaycan mədəniyyəti öz kökündən ayrılsın. Mən çalışmışam ki, keçid mərhələsinin labüd iqtisadi çətinlikləri zamanı Azərbaycan mədəniyyətinə dəyən zərbə nisbətən yüngül olsun. Bu gün Azərbaycan mədəniyyətinin taleyi yalnız mədəniyyət xadimlərindən və məmurlardan yox, daha artıq dərəcədə zavod direktorundan, kənd təsərrüfatı rəhbərindən asılıdır. Gərək onlar istehsalı artırsınlar ki, mədəniyyət də bu münbit zəmindən bəhrələnsin.
     -Sizcə hansı Elçin xalqa daha çox xeyir verirdi: yazıçı Elçin, yoxsa Baş nazirin müavini Elçin Əfəndiyev?
     -Onları bir-birindən ayırmaq lazım deyil. Qiyməti isə tarix verəcək. Hərçənd indi tələsik qiymətlər vermək, çiy mülahizələr söyləmək çox dəbdədir və bu çox pisdir.
     -Siz həm Baş nazir müavini, həm də «Vətən» Cəmiyyətinin sədrisiniz...
     -Elədir. «Vətən» Cəmiyyəti mənim üçün çox doğmadır. Son 6-7 ilin hadisələri kontekstində, xüsusən, 80-ci illərin axırlarını, 90-nın əvvəllərini yada salsaq görərik ki, «Vətən» Cəmiyyəti, «Odlar yurdu» qəzeti nə qədər işlər görüb. Eybəcər şayiələrə, bəzən də açıq böhtanlara baxmayaraq «Vətən» işlədi, sınmadı.
     Təəssüf ki, bu gün «Vətən» də, başqa ictimai təşkilatlar kimi, iqtisadi çətinlik içərisindədir.
     -Vəzifə sizin üçün nə deməkdir?
     -Vəzifə mənim üçün, gurultulu səslənməsin, xalqa xidmət deməkdir. Ona görə də mən bu gün vəzifədəyəm.
     -Hələ siz bu vəzifəyə təyin olunmazdan əvvəl R.Mustafayev adına İncəsənət muzeyindən oğurlanmış əsərlərin taleyi barədə nə deyə bilərsiniz?
     -Bura gələn kimi qaldırdığım məsələlərdən biri də həmin məsələ oldu. Mən bu işə respublikanın inzibati orqanlarını cəlb elədim. İş rəsmi surətdə Nazirlər Kabinetindən Respublika prokurorluğuna, Daxili İşlər Nazirliyinə göndərildi. Bu hadisə Azərbaycan incəsənətinə, mədəniyyətinə böyük zərbədir, respublikamızın müstəqilliyinə qarşı xəyanətdir. Çalışıram ki, bu məsələ öz ədalətli sonluğunu tapsın, mümkündürsə əsərlər geri qaytarılsın və cinayətkarlar ifşa olunsun. Hələlik konkret olaraq bu məsələ ilə bağlı böyük istintaq işi gedir.

1995.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (18.08.2014) | Müəllif: R.C E W
Baxış: 613 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more