Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Səhnəmizin sabahı naminə (Məqalə)
SƏHNƏMİZİN SABAHI NAMİNƏ


     Bu gün Azərbaycan teatr sənətinin müasir vəziyyəti haqqında fərdi narahatlıq, fərdi narazılıq, necə deyərlər, giley-güzar artıq ictimai bir narahatlığa, ictimai bir qayğıya çevrilmişdir. Çünki vəziyyət doğrudan da ciddidir. Bu gün Azərbaycan teatr sənəti bir küll halında öz xalqının istedadını, hiss-həyəcanlarını, fikir və amalını «Azərbaycan teatr məktəbi» dediyimiz mənəvi sərvətə layiq şəkildə ifadə edə bilərmi? Bu sual ətrafında fikirləşərkən ikili hiss keçiririk. Bir tərəfdən teatrlarımızın, ilk növbədə isə akademik dram teatrımızın səhnədə müasir dramaturgiyamızın yeni və qiymətli nümunələri əsasında ayrı-ayrı uğurlu, hətta yüksək səviyyəli tamaşalar artıq güclü bir aktyor nəsli yetişdirmişdir. Azərbaycan dramaturgiyası bu gün də ədəbiyyatımızın güclü, qadir bir sahəsidir və həmin dramaturgiyanın ən yaxşı nümunələri məhz xalqın problemlərini qaldırmaq üçün xalqın ürəyinə yol tapır. Lakin bu cür nailiyyətlərimizin kəmiyyət göstəricisi bütün teatrlarımızın ümumi mənzərəsi fonunda azlıq təşkil edir və bu gün Azərbaycan teatrı Azərbaycan mədəniyyətini bütün vüsəti ilə layiq olduğu bədii-estetik qüdrətilə tam şəkildə təmsil edə bilmir. Halbuki, Azərbaycan teatrı qədim və zəngin ənənələrə malikdir, onun bünövrəsi min illər bundan əvvəllərə aparıb, müdrik və şövqlü xalq oyunlarından, mərasim tamaşalarından ucalmışdır. Biz «Axundov teatrı», «Vəzirov teatrı», «Mirzə Cəlil teatrı», «Hacıbəyov teatrı», «Cavid teatrı», «Cabbarlı teatrı» kimi bir sərvətə malikik. C. Zeynalovun, H. Ərəblinskinin, Ü.Rəcəbin, M.Davudovanın, M.A.Əliyevin, S.Ruhullanın, Ə.Ələkbərovun, onlarca digər böyük səhnə xadimlərimizin parlaq sənəti bu gün də nəinki teatrımıza, ümumiyyətlə, milli mədəniyyətimizə işıq saçır. Yaxın keçmişimizin, R. Təhmasibin, İ. Hidayətzadənin, A. İsgəndərovun, M.Məmmədovun, T. Kazımovun adları ilə bağlı parlaq teatr uğurları bu gün də xatirələrdə bir sevinc yaşadır, lakin onların ənənələri isə sırf rejissorluq, teatr atributikası baxımından bilavasitə Azərbaycan səhnəsində özünün tam dialekıtik inkişafını tapmır.
     Bizim ayrı-ayrı nailiyyətlərimiz o zaman Azərbaycan teatrının məxsusi bir məktəb kimi tam və üzvi inkişafını təmin edə bilir ki, onların kəmiyyət göstəricisi də yüksək olsun.
     Aydın məsələdir ki, gələcək inkişafın perspektivlərini müəy- yənləşdirmək istərkən yaranmış vəziyyətin səbəblərini artıq aş- kar etmək xəlqiliyi A.İsgəndərov və M.Məmmədov epikliyi, T.Kazımov lirikası və psixologizmi çatışmır.
     Mən tez-tez fikirləşirəm: vaxtilə bu böyük sənətkarlara malik olduğumuz bir təqdirdə, nə üçün indi istedadlı rejissor qıtlığı keçiririk? Yəqin ona görə ki, vaxtında iyirmi il bundan əvvəl gələcəyi düşünməmişik, yeni nəsillərin sənətkarlıq estafetini qəbul etməsi barədə vaxtında narahat olmamışıq, əziyyət çəkməmişik, sənətimizi özümüzdən sonrakı nəslə layiqincə öyrətməmişik.
     Sənət korifeylərinin sonsuzluğu xalqın mədəniyyətini kasıb salır və elə bilirəm ki, rejissorluq sahəsindəki bu mövcud vəziyyət bizim hamımız üçün ibrət dərsi olmalıdır. Həm də yalnız teatrmızla bağlı yox, mədəniyyətimizin digər sahələrində də.
     Bütün bu söylədiklərimizə görə, bu gün inzibati-təşkilati məsələlərin əhəmiyyəti daha da artır, çünki tədbir görülməlidir. Mən inzibati-təşkilati məsələlər dedikdə yalnız teatr binalarının təmirini, yaxud teatr zallarının yayda isti, qışda isə soyuq olduğunu nəzərdə tutmuram. Hərçənd bunlar da qətiyyən az əhəmiyyətli məsələlər deyil. Teatr bayramdır və qışda palto ilə zalda oturub soyuqdan dona-dona və yüngül paltarda səhnədə üşüm-üşüyən artistlərin halına acıya-acıya bayram hissləri keçirmək, elə bilirəm ki, xeyli müşkül işdir. Lakin bu gün biz yaradıcılıqla bağlı inzibati-təşkilati məsələlərinin həllinə də xüsusi fikir verməliyik. Misal üçün belə bir vəziyyəti normal hesab etmək olarmı ki, bizim Əli Zeynalov, L. Bədirbəyli, S.Hüseynov, Ş. Məmmədova, G. Güləh- mədova, Elçin Aslanov kimi sənətkarlarımız Azərbaycan teatr həyatından kənarda qalmışlar. Yaxud dram teatrlarımızın, ilk növbədə M.Əzizbəyov adına Akademik Dram Teatrının qardaş respublika teatrları, Moskva və Leninqrad teatrları ilə əlaqəsinin indiki vəziyyəti bizi qane edə bilərmi? Halbuki, belə bir yaradıcılıq əlaqəsi çox şey verə bilər. Bizə elə gəlir ki, repertuarın müəyyənləşdirilməsində teatrlara daha artıq müstəqillik vermək lazımdır və təsadüfi deyil ki, bu barədə artıq Ümumittifaq miqyasında tədbirlər görülür. Bədii şüurların səlahiyyətini artırmaq da, bizcə ümumi işin xeyrinə olar, çünki bu zaman deyək ki, baş rejissorun təcrübəsizliyi, yaxud zəifliyi, ümumiyyətlə, teatrın zəifliyi kimi özünü biruzə verməz. Bir ciddi məsələni də xüsusi qeyd etmək lazımdır, respublikamızda iki akademik teatr var: M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrı və M.F. Axundov adına. Bu baxımdan biz diqqəti bir-biri ilə sıx surətdə bağlı üç əsas cəhətə cəlb etmək istəyirik: teatr sənətinin xəlqiliyi, rejissor problemi, inzibati-təşkilati məsələlər.
     Teatrın və ümumiyyətlə, sənətin səviyyəsini müəyyənləşdirən ən mühüm amillərdən biri onun külli siması, onun xəlqiliyidir. Sənət o zaman bəşəri mahiyyət daşıya bilər ki, onun əsasında kosmopolit təmayüllər yox, milli özünüifadə dayansın. Belə bir mühüm cəhətə xüsusi fikir verməliyik ki, milliliyin fövqündə, millilikdən kənarda bəşərilik yoxdur və ola da bilməz. Teatrda xəlqilik bir tərəfdən xalqın problemlərini, keçmişini və bu gününü, onun hiss və həyəcanını, arzu və istəyini, güzəranını, psixolojisini həmin xalqın bədii-estetik ənənələrindən doğub gələn təsvir vasitələrinin köməyi ilə səhnəyə çıxarmaq demiriksə, digər tərəfdən də milli özünüifadəni dünya teatr sənətinin qazandığı ən yeni nəzəri və təcrübi nailiyyətlərdən yaradıcı şəkildə istifadə yolu ilə tamaşaçılara göstərmək deməkdir. Yəni xalqa bağlılıq, bir tərəfdən isə həmin bədii ifadə prosesində mütərəqqi dünya mədəniyyətinin nailiyyətlərindən istifadə etmək.
     Bu gün biz, ümumi rejissorluq mədəniyyəti baxımından məhz bu harmoniyanı Azərbaycan teatrında müşahidə etmirik. Biz «rus teatrı», «gürcü teatrı», yaxud «Litva teatrı» anlayışlarının tərəfmüqabili kimi, «Azərbaycan teatrı» anlayışını təhlil və tədqiq obyektinə çevirə bilmirik, çünki Azərbaycan rejissorluğunun bir küll halında milli siması, milli məxsusiliyi dəqiq bədii-estetik cizgilərlə özünü göstərə bilmir. Buna görə də ikinci cəhət, yəni ayrı-ayrı rejissorlarımızın başqa qabaqcıl təcrübəsindən istifadəsi çox zaman göydən asılı qalır, effektsiz olur və epiqonluğa gətirib çıxarır, ikinci dərəcəli yamsılamaya, təqlidçiliyə çevrilir.
     Yalançı novatorluq həmişə sənətin düşməni olmuşdur. Bir anlıq yaxın keçmişimizə qayıdaq: A.İsgəndərov bir tərəfdən tarixi mövzulu «Vaqif»i, yaxud müasir mövzulu «Bahar suları»nı tamaşaya qoyurdu, digər tərəfdən də «Otello»nu və hər iki halda müvəffəqiyyət qazanırdı, çünki bu quruluşlar orijinal idi, onlarda sırf rejissor sənəti baxımından bəlkə də qüsurlar tapmaq olardı, lakin təqlidçilik yox idi. M.Məmmədov bir milli klassikaya müraciət edib, «Dəli yığıncağını» tamaşaya qoyurdu, digər tərəfdən də «On ikinci gecə»ni və hər iki tamaşada biz, ənənə ilə novatorluğun dialektik vəhdətini görürük. T. Kazımov bir tərəfdən milli teatrımızda bir mərhələ təşkil edən lirik-psixoloji təmayülü məharətlə inkişaf etdirirdi, digər tərəfdən isə «Antoni və Kleopatra»nı tamaşaya qoyurdu və məhz Azərbaycan rejissorluq məktəbi nü- mayəndəsinin gözü ilə Şekspiri oxumağı bacarırdı. İndi isə yalançı novatorluq bəzən M.F. Axundov, yaxud Ü.Hacıbəyov irsini elə bir günə qoyur ki, zaldan yarımçıq çıxıb getmək istəyirsən.
     Bizim müasir səhnəmiz Azərbaycan artistlik məktəbinin zəngin ənənələrini davam etdirən H.Qurbanova və N.Zeynalova, M. Dadaşov və Ə. Zeynalov, yaxud sonrakı nəslin nümayəndələrindən H.Turabov. A. Pənahova, Ş. Məmmədova, F.Poladov və başqaları kimi istedadlı sənətkarlara malikdir. Lakin bizim rejissorla- rımız onların istedadlarından tam mənasında istifadə edə bilərmi? Bu sualın da cavabı müsbət deyil. Düzdür, C. Səlimovanın, M. Fərzəlibəyovun, A.Kazımovun, H. Atakişiyevin (mən bu rejissorun Şəki teatrındakı fəaliyyətini nəzərdə tuturam) A. Nemətovun və bir sıra başqa rejissorlarımızın artıq qeyd etdiyimiz kimi, ayrı- ayrı uğurlu tamaşaları var, lakin etiraf etməliyik ki, bu gün bir küll (!) halında bizim rejissorluq sənətimizdə R.Təhmasib və İ.Hidatyətzadə Azərbaycan Dövlər Dram teatrı. Lakin nə qədər qəribə görünsə də hər iki teatr indiyə qədər akademiklik səlahiyyətindən, bu fəxri adın verdiyi imtiyazlardan istifadə edə bilmir və bu doğrudan da acınacaqlı bir vəziyyətdir. Bu teatrlar akademiklik səlahiyyətinə malik olmadıqları üçün məsələn, bizim artistlərimiz ölkəmizin digər akademik teatrlarında çalışan həmkarlarına nisbətən az maaş alırlar, bu da təbii ki, heç də əhəmiyyətsiz məsələ deyil. Belə bir vəziyyət teatrımızın qastrollannın səviyyəsinə mənfi təsir göstərir, biz nəinki xarici ölkələrdə, hətta öz ölkəmizdə belə, ləyaqətli qastrol səfərlərinə çıxa bilmirik və s. Biz hələ mövcud vəziyyətin mənəvi sıxıntısını demirik. Deməli, bir tərəfdən teatrlarımız akademikdir, yəni afişalarda belə yazırıq, digər tərəfdən isə akademikliyin verdiyi imtiyazların heç birindən istifadə olunmur, necə deyərlər, adı var, özü isə yoxdur. Təəccüblüdür ki, nə üçün uzun illərdən bəri əlaqədar təşkilatlar SSRİ Mədəniyyət Nazirliyi qarşısında məsələ qaldırmırlar? Bu ki, elementar bir təşəbbüskarlıq tələb edir...
     Azərbaycan teatr sənətinin müasir dövrdə hamımızın diqqətini cəlb edən, hamımızı dərindən düşündürən və narahat edən bu çatışmamazlıqları ilə, hətta biz deyərdik ki, naqisliyi ilə belə bir «təşəbbüskarsızlıq» bir-birilə üzvi surətdə bağlıdır.
     Azərbaycan teatr tənqidinin ümumi vəziyyəti də bizi teatr sənətinin özü kimi düşündürməli və narahat etməlidir. Teatr tənqidi teatr həyatına, daha geniş götürsək xalqın mədəni-mənəvi həyatına o zaman effektli surətdə müdaxilə edə bilər ki, onun ehtiva dairəsini məhz həmin ictimai vüsət şərtləndirsin, tənqid yalnız öz- özlüyündə sənətin yox, həmin sənətin məxsus olduğu xalqın təəssübünü çəkməyi bacarsın. Xalqın təəssübünü çəkmədən onun mədəni-mənəvi inkişafında böyük uğurlar əldə etmək mümkün deyil.
     Bu gün Azərbaycan teatr tənqidi, çox təəssüflər ki, az qala, sönük, səriştəsiz təsviri xarakter daşıyan stereotip resensiya tərifnamələrlə əvəz olunub. Nə üçün? Ona görə ki, bu cür stereotip resenziya-tərifnamələrin yağışdan sonrakı göbələk kimi artması, çoxalması şəxsi maraq hissinin üstün tutulmasının nəticəsidir. Kiminsə xoşuna gəlmək, dissertasiya müdafiə etmək , «əl əli yuyar, əl də üzü yuyar» prinsipi ilə qələmi işə salmaq, xalqın mədəni- mənəvi rifahı naminə fəaliyyət göstərmək şövqünü, ehtirasını üstələdikdə, əlbəttə, hansı xalq təəssübündın, sənət təəssübündən söhbət gedə bilər?
     Əlbəttə, istisnalar var və biz bəzən yüksək səviyyəli səriştəli, prinsipial resenziyalara, məqalələrə də təsadüf edirik. Lakin, bunlar məhz istisnadır.
     Aydın məsələdir ki, teatrın inkişafı yalnız tənqiddən asılı deyil, lakin tənqidin təşəbbüskarlığından çox şey asılıdır. Tənqid bir vətəndaş ehtirası və cəsarətilə əlaqədar təşkilatlar qarşısında xalqın ümumi mədəni-mənəvi inkişafı ilə bağlı teatr problemləri qaldırırmı? Təəssüf ki, bu suala da müsbət cavab vermək mümkün deyil. Halbuki, həmin problemlər çoxdur, həm də yalnız dram teatrmızla yox, ümumiyyətlə, müasir teatr sənətimizlə - opera və baletimizlə, musiqili komediyamızla bağlı problemlər. Misal üçün, niyə bu gün Azərbaycan tamaşaçısı öz teatrının səhnəsində dünya operasının ən görkəmli nümunələrinə belə, doğma dilində qulaq asa bilmir? Nə üçün Motsartın, Verdinin, Çaykovskinin, Bizenin, onlarca başqa böyük dünyəvi bəstəkarların bütün mədəni xalqların səhnələrini gəzən operalarından bircəciyi belə, Azərbaycan dilində tamaşaya qoyulmur? Yəni bu əsərləri Azərbaycan dilinə tərcümə etdirmək bu dərəcədə çətin işdir ki, uzun-uzun illər tələb edir? Yox, bu barədə adicə olaraq düşünülmür, adicə vətəndaşlıq çatışmır və tənqid də susur.
     Yaxud dünya operetta sənətinin bircə nümunəsi belə, Azərbaycan dilinə tərcümə olunub səhnəyə qoyulmur. Qərubə bir vəziyyətdir: musiqili komediya teatrımızın rus bölməsi dünya operetta klassikasından nümunələr tamaşaya qoyur, (bu tamaşaların keyfiyyəti başqa söhbətdir, lakin eyni teatrın Azərbaycan bölməsi isə bu cür operettaları tamaşaya qoymur və əslində, mədəniyyətimizin hərtərəfli inkişafına zərər vurur, çünki Azərbaycan tamaşaçısını dünya mədəniyyətinin bir sahəsindən tamam təcrid edir. Yəqin ona görə ki, teatrın buna gücü çatmır. O zaman əlaqədar təşkilatlara veriləcək təbii bir sual meydana çıxır. Bu necə musiqili komediya teatrıdır ki, Ştrausun, Kalmanın, yaxud hər hansı başqa böyük bir bəstəkarın bircə operettasını belə, Azərbaycan dilində tamaşaya qoya bilmir. Axı, biz bu sahədə parlaq və zəngin ənənələrə malikik. Axı hələ yetmiş beş il bundan əvvəl yaranmış «Arşın mal alan» dünya operetta səhnələrini gəzir, bəs «Arşın mal alan» mədəniyyəti, «Arşın mal alan» xəlqiliyi hanı?
     Nə üçün bu parlaq ənənələr kənarda qalır və biz bu barədə düşünmürük. Nə üçün Azərbaycan tamaşaçısı bu gün «musiqili komediya» adı altında çox zaman obıvatel mahiyyətli bayağı, primitiv laqqırtıya baxmağa məhkumdur? Axı, belə bir vəziyyət zövqləri korşaldır, kriteriləri məhdudlaşdırır, dayazlaşdırır, eybəcər hala salır, gələcəyin hərtərəfli inkişaf etmiş vətəndaşının yetişdirilməsində bədii baxımdan mənfi rol oynayır.
     Nə üçün klassik Azərbaycan dramaturgiyası - M.F. Axundov, A.Məmmədquluzadə, N.Vəzirov, Ə.Haqverdiyev S.Vurğun adına Rus Dram Teatrının repertuarından kənarda qalıb? Bu teatr «Şeyx Sənanı» tamaşaya qoydu və elə həmin tamaşanın özü sübut etdi ki, klassik Azərbaycan dramaturgiyası məhəlli xarakter daşımır, ona ikinci dərəcəli bir təsərrüfat kimi baxmaq son dərəcə zərərli və savadsız bir təmayüldür. Əlaqədar təşkilatlar bu naqis vəziyyətin fərqinə varmır, tənqid isə susur.
     Nə üçün günün artmış bədii-estetik tələblərinə cavab verməyən pyeslər, təsadüfi müəlliflərin qələmlərindən çıxmış naşı yazılar rayon teatrlarının (hətta bəzən M.Əzizbəyov adına Akademik teatrın da!) səhnəsinə yol tapır? Axı, mərkəzdən uzaqda yaşayan tamaşaçıların zövqünün formalaşması, olsun ki, daha artıq ehtiyat və qayğı tələb edir və əslində, rayon teatrlarında dramaturgiya janrının ən yaxşı nümunələri tamaşaya qoyulmalıdır.
     Nə üçün gözəl Azərbaycan dili bir sıra tamaşalarda eybəcər bir vəziyyətə salınır? Bayağı və vulqar dialektizmdən ibarət laqqırtı dilinə çevrilir. Tamaşaçını əsərin məna və məzmunu ilə yox, quruluşu ilə yox, kobud tələffüzlə güldürməyə çalışırlar.
     Teatr sənətimizin müasir vəziyyəti ilə bağlı təəssüf ki, hələ həll olunmamış ciddi problemlərimiz çoxdur və bir məqalədə bunların hamısını ehtiva etmək mümkün deyil. Bu yaxınlarda teatr problemlərinə həsr olunmuş xüsusi müşavirə keçirildi. Lakin belə müşavirələrin əhəmiyyəti o zaman effektli, işgüzar ola bilər ki, bizim hər birimiz, ilk növbədə isə əlaqədar təşkilatlar özünü- tənqidi bir ehtiras ilə, vətəndaş qayələri ilə sözdən işə keçsin, teatr sənətimizin, əslində isə, ümumiyyətlə, mədəniyyətimizin inkişafı naminə əlindən gələni əsirgəməsin, öz işini yenidən qurmağı bacarsın.

1986
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (01.07.2014) | Müəllif: R.C E W
Baxış: 590 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more