Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Rusdilli mətbuat haqqında
RUSDİLLİ MƏTBUAT HAQQINDA

     Bu ilin sentyabr ayında Bakıda V Ümumdünya Rus Mətbuatı Konqresi keçirildi və yalnız Rusiyadan və MDB ölkələrindən deyil, ABŞ-dan, Almaniyadan, Fransadan tutmuş İzrailəcən, dünyanın bir çox ölkələrindən rusdilli jurnalistlər, media nümayəndələri Azərbaycana gəldi.
     Bu konqresin Bakıda keçirilməsini mən ölkəmizin həyatında əlamətdar bir hadisə hesab edirəm.
     Bu hadisə təsadüfi səciyyə daşımır.
     Azərbaycanda rusdilli mətbuatın qədim və zəngin bir tarixi vardır və bu, bir tərəfdən, ümumiyyətlə, rusdilli dünya mətbuatı tarixinin, o biri tərəfdən isə Azərbaycan mətbuat tarixinin işıqlı faktlarından biridir.
     Rus dili müasir dünyanın böyük, zəngin və nüfuzlu dillərindən biridir. Bu dil son iki əsrdə Azərbaycan üçün dünyaya açılan işıqlı pəncərələrdən biri olmuşdur. XIX-XX əsr Azərbaycan ictimai fikrinin, ədəbiyyatının böyük nümayəndələri rus dilinə hörmətlə yanaşmış, bu dilin əhəmiyyətini xüsusi qeyd etmişlər. Bu dil bizim üçün rus və Avropa mənəvi dəyərləri ilə təmas və tanışlıq prosesində əsas vasitələrdən biri olmuşdur, eyni zamanda biz bu dillə öz arzu və istəklərimizi, öz milli problematikamızı ifadə etmişik və deməliyəm ki, rus dili ilə Azərbaycan dili arasında tarixən həmişə qarşılıqlı maraq və qarşılıqlı rəğbət olmuşdur.
     Əlbəttə, söhbət çarizm müstəmləkəçiliyi dilindən yox, yaxud sovet ideologiyasının ortaya atdığı «böyük qardaş» dilindən yox, rus xalqının və bəşəriyyətin fəxri olan Lev Tolstoyun və Dostoyevskinin, Puşkinin və Lermontovun rus dilindən gedir və yeri gəlmişkən deyim ki, bu dillərin hələ ilk təmasa girdiyi vaxtlarda,-XIX əsrin birinci yarısında M.Lermontov Qafqazdan dostu S.Rayevskiyə göndərdiyi məktubda yazırdı ki, Avropada fransız dilini bilmək nə qədər vacibdirsə, burada - Qafqazda və ümumiyyətlə, Asiyada Azərbaycan dilini bilmək o qədər zəruridir.
     M.Lermontovun daha yaşlı müasiri A.A.Bestujev-Marlinski də eyni fikri söyləyərək yazırdı ki, fransız dili ilə bütün Avropanı gəzmək mümkün olduğu kimi, Azərbaycan dilini bilməklə də Qafqazı eləcə gəzmək mümkündür.
     Qafqaz bizim yer kürəmizin, həqiqətən unikal bir yaşayış məskənidir. Söhbət yalnız məxsusi mentalitetdən deyil, dünya xəritəsində çox kiçik bir yer tutan bu ərazidə müxtəlif milli, etnik tərkiblərin, mədəniyyətlərin, adət-ənənələrin mövcudluğundan gedir. Buna görə də Qafqazda ünsiyyət vasitəsi kimi müəyyən bir dilə tarixən həmişə ehtiyac olmuşdur.
     Dünyanın siyasi xəritəsi dəyişdikcə, Qafqazda da ayrı-ayrı dövrlərdə həmin ünsiyyət vasitəsi kimi ərəb, türk, fars, son yüzilliklərdə isə rus dili mühüm rol oynamışdır və təsadüfi deyil ki, bu ərazidə nəşr olunan ilk rusdilli mətbuat orqanı - «Tiflisskie vedomosti» - mövzusuna görə yalnız Gürcüstanı, yaxud Azərbaycanı yox, bütün Qafqazı ehtiva edirdi. Rusdilli Azərbaycan mətbuatının tarixi isə 1871-ci ildə «Bakinskiy listok» həftəliyinin nəşri ilə başlayır.
Tarixə bir nəzər

     Rusdilli Azərbaycan mətbuatı, dediyim kimi, zəngin və şərəfli bir tarixə malikdir. Mən «Azərbaycandakı rusdilli mətbuat» yox, «Rusdilli Azərbaycan mətbuatı» ifadəsini təsadüfən işlətmirəm. Məsələ burasındadır ki, Azərbaycanda nəşr olunan rusdilli mətbuat özünün mövzusu, ictimi-siyasi, sosial-iqtisadi, ədəbi problematikası etibarilə məhz Azərbaycan milli jumalistikasının tərkib hissəsidir.
     Təsəvvür edin, mütəxəssislərin hesablamasına görə XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda rus dilində 298 qəzet, jurnal, məcmuə nəşr olunurdu və bunların arasında elə mətbuat orqanları var idi ki, onlar yalnız Azərbaycanda yox, bütün Rusiya imperiyasında diqqəti cəlb etmiş, böyük nüfuz qazanmışdı.
     Mən, 1881-ci ildə nəşrə başlayan və nəşri 1919-cu ilə qədər davam edən, tirajı o dövr üçün görünməmiş bir rəqəmə - 10.000-ə çatan «Kaspi» qəzetinin adını xüsusi çəkmək istəyirəm. Bu qəzet Azərbaycan milli maarifçiliyinin və ümumiyyətlə, ictimai fikrinin inkişafında Azərbaycan dilində çıxan qəzet və jumallarla bir yerdə çox mühüm rol oynamışdır. Milli ictimai fikrimizin H.Zərdabi, C.Məmmədquluzadə, H.Minasazov, M.Şaxtaxtlı, Ə.Ağayev, Ə.Topçubaşov, Ə.Hüseynzadə, N.Nərimanov, F.Köçərli, M.Mahmudbəyov, S.M.Qənizadə və başqaları kimi görkəmli nümayəndələri bu qəzeti milli özünüifadənin nüfuzlu tribunasma çevirmişdilər.
     Dediyimiz kontekstdə burası da yəqin əlamətdardır ki, ayrı-ayrı dövrlərdə «Kaspi» qəzetinin redaktorları arasmda milliyyətcə rus olan görkəmli qələm sahibləri ilə bərabər, Ə.Topçubaşov,
     H.Məlikov, Ə.Hüseynzadə kimi azərbaycanlı jurnalistlər də olmuşdur. Bu da, güman edirəm, ümumiyyətlə, rusdilli jumalistikanın maraqlı faktlanndan biridir ki, Ə.Topçubaşovdan sonra, yəni 1906-cı ildən etibarən «Kaspi»nin naşiri məşhur Azərbaycan milyonçusu və mesenatı H.Z.Tağıyev olmuşdur.
Rusdilli mətbuatın əhəmiyyəti barədə

     Rusdilli mətbuatla bağlı Azərbaycan üçün çox mühüm, eyni zamanda, simptomatik əhəmiyyətə malik olan bir tarixi faktı xüsusi qeyd etmək istəyirəm. 1918-ci ildə bütün Şərqdə, bütün müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika - Azərbaycan Demokratik Respublikası yarandı və bolşevik istilasına qədər bu respublikanm 23 aylıq tarixi ərzində ölkədə cərəyan edən hadisələrin, müstəqillik mücadiləsinin, gənc dövlətin daxili və xarici siyasətinin məğzini təşkil edən milli-azadlıq və demokratiya ideyalarmm dünya birliyinə çatdırılması işində rusdilli Azərbaycan mətbuatının böyük xidmətləri olmuşdur.
     Rusdilli mətbuat milli-azadlıq mücadiləsinin, milli mədəniyyətin təbliğində çox mühüm bir tribunadır. Hətta keçmiş SSRİ-nin 70 illik tarixində sovet imperiyasmm bütün mətbuatı, o cümlədən də, təbii ki, rusdilli mətbuat kommunizm inhisarında olduğu dövrdə belə, rusdilli mətbuat milli mədəniyyətlərin təbliğində, milli sosial-iqtisadi təəssübkeşlik işində, ümumiyyətlə, milli özünüifadədə böyük xidmətlərə malikdir.
     Yenə bir nümunə gətirmək istəyirəm. Keçən əsrin 70-80-ci illərində mən Azərbaycan Yazıçılar İttifaqmda işləyirdim və bizim ədəbi orqanımız «Literaturnıy Azerbaydjan» jumalının Azərbaycan ədəbiyyatının o zamankı Ümumittifaq miqyasına çıxmasında, oradan isə rus dili vasitəsilə xarici ölkələrdə tanınmasında hansı müstəsna rol oynadığı mənim gözlərimin qarşısında olmuşdur.
Müstəqillik tribunası

     Azərbaycan artıq 12 ildir ki, öz müstəqilliyini bərpa etmişdir və bu gün bu müstəqilliyin möhkəmlənməsi uğrunda mübarizə aparır.
     Müstəqilliyin möhkəmlənməsi uğrundakı mübarizə - çətin mübarizədir.
     Bu çətin mübarizənin tərkib hissəsi kimi bu gün Azərbaycan öz ərazi bütövlüyünün bərpa olunması uğrunda mübarizə aparır. Ermənistanın təcavüzü nəticəsində ölkəmizdə bir milyondan artıq qaçqın və məcburi köçkün var. Əgər nəzərə alsaq ki, Azərbaycanın əhalisi cəmi 8 milyondur, deməli bizim hər səkkiz nəfərdən birimiz qaçqındır. Bu - dünyada analoqu olmayan bir hadisədir.
     Azərbaycanın öz ərazi bütövlüyü uğrundakı mübarizəsi, dediyim kimi, bu ölkənin öz müstəqilliyi uğrundakı mübarizəsinin çox mühüm tərkib hissəsidir və qarşıya böyük siyasi, iqtisadi, inzibati və mənəvi problemlər çıxarır. Bütün bu problemlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında rusdilli mətbuat son dərəcə böyük əhəmiyyətə malikdir.
     Dağlıq Qarabağ müharibəsində Azərbaycanın ən böyük müttəfiqi həqiqətdir və bu həqiqətin dünya ictimaiyyətinin diqqət mərkəzinə gətirilməsində rusdilli mətbuatın böyük əhəmiyyəti var.
     Azərbaycanla bağlı informasiya blokadasının dağılmasında, ölkəmizin dünya birliyinə inteqrasiyasında, müasir dünyada gedən qloballaşma prosesində Azərbaycan tarixinin, mədəniyyətinin, mentalitetinin obyektiv təbliğində də rusdilli mətbuatın böyük əhəmiyyəti var.
     Biz bu əhəmiyyətin qiymətini bilməliyik. Bu gün Azərbaycanda rus dilində qəzet və jurnalların nəşri, universitetlərdə rusdilli jurnalist kadrlarının hazırlanması bizi - müstəqil ölkəmizin vətəndaşlarını nəinki narahat etməlidir (belə bir narahatlıq təmayülü isə bəzən özünü göstərir), əksinə, bizim milli maraqlarımız bu sahəyə diqqətimizi tələb edir.
Perspektivlər haqqında

     Sovet İttifaqı öz ömrünü şərəfsizcəsinə başa vurdu və dünya xəritəsinə 15 müstəqil ölkənin sərhədləri çəkildi. Dil - insanlığın yaratdığı və sahib olduğu o sərvətdir ki, heç bir sərhəd tanımır, çünki sərhədlərdən ucadır.
     Biz, əlbəttə, başqa böyük və nüfuzlu xarici dilləri - ingilis, fransız, ispan, Çin, yapon, ərəb və s. - öyrənməliyik, müstəqillik, azadlıq, demokratiya uğrundakı mübarizəmizdə bu dillərdən effektli surətdə istifadə etməliyik və mən ümid edirəm, hətta inanıram ki, belə də olacaq. Yaxın keçmişimizin komik vəziyyətə düşmüş məşhur və miskin qəhrəmanının (M.Qorbaçovun) tez-tez dediyi kimi, «artıq proses başlayıb».
     Lakin bu proses - heç vəchlə rus dilinin bahasına inkişaf etməməlidir, necə ki, rus dilini (eləcə də digər dilləri!) öyrənmək də heç vəchlə və hər hansı bir şəkildə milli dilə dərindən yiyələnməyin, onu qiymətləndirməyin və sevməyin bahasına olmamalıdır.
     Bizim rus dili vasitəsilə ünsiyyətimizin milli maraqlara xidmət edən zəngin ənənələri var və biz bu, ənənələri inkişaf etdirməliyik.
     Bu ünsiyyətin ən əsas atributu isə mətbuatdır.
     Burasını da xüsusi qeyd etmək lazımdır ki, rusdilli mətbuat ancaq sovet postməkanında yaranmış 15 dövlətin ünsiyyət vasitəsi deyil. Dünyanın bir çox ölkələrində rusdilli mətbuat fəaliyyət göstərir və mən yenə də yaxın keçmişimizin bir faktını xatırlamaq istəyirəm. Dissident ədəbiyyatının yayılmasında və inkişafında, SSRİ kimi qapalı bir ölkədə baş verən hadisələrin obyektiv işıqlandırılmasında, milli-azadlıq mücadiləsinin dünya ictimaiyyətinə çatdırılmasında ABŞ-da, yaxud Fransada, yaxud Almaniyada nəşr olunan rusdilli mətbuatın tarixi rolu olmuşdur.
     Bir vacib cəhəti də xüsusi diqqətə çatdırmaq istəyirəm. Rusiyada və dünyanın bir çox ölkələrində nəşr olunan rusdilli mətbuatda bir sıra hallarda Azərbaycanın tarixi və bugünü haqqında, Azərbaycan rmənistan münasibətləri, Dağlıq Qarabağ, işğal olunmuş torpaqlarımız, yurd-yuvasından didərgin düşmüş qaçqınlarımız haqqında, xalqımızın arzu və istəkləri, mentaliteti haqqında qeyri-obyektiv, bəzən isə açıq-aşkar yalançı və qərəzli yazılar çap olunur və bu işdə, əlbəttə, zəngin və nüfuzlu erməni lobbisinin qara rolu şübhəsizdir.
     Misal üçün, Moskvada nəşr olunan çox nüfuzlu «Literaturnaya qazeta»nın səlahiyyətli əməkdaşlarından bir-neçəsinin adını çəkmək istəyirəm: Natalya Ayrapetova (keçmiş bakılı), İrina Tosunyan, Sergey Mnatsakyan, Armen Qasparyan... Mən «səlahiyyətli» sözünü ona görə diqqətə çatdırıram ki, bu jurnalistlər jurnalistika məfhumunun əsas tərkib hissəsi olan obyektivliyi unudaraq və nadan, cahil millətçilik, hətta irqçilik girdabına yuvarlanaraq «Literaturnaya qazeta» kimi yüksək bir tribunadan Azərbaycan dövlətçiliyinin əleyhinə bacarıqla istifadə edirlər, yazırlar, çap etdirirlər, başqalarını da buna sövq edirlər, redaksiya işçilərinə (o cümlədən, rəhbərliyə), eləcə də digər rus jumalistlərinə yanlış məlumatlar verirlər, Azərbaycanla bağlı qeyri-sağlam əhvali-ruhiyyə yaradırlar və bu əhvali-ruhiyyəyə obyektivlik donu da geyindirməyi bacarırlar.
     Bəs biz nə edirik?
     Çox zaman özümüz deyib, özümüz eşidirik.
     Yəni, misal üçün, Rusiyada, yaxud, deyək ki, ABŞ-da rusdilli bir mətbuat orqanında Azərbaycan haqqında bir böhtan çap olunursa, biz həmin böhtana Bakıda Azərbaycan dilində nəşr olunan və yağışdan sonrakı göbələk kimi günü-gündən artan, bir çox hallarda tamam səviyyəsiz olan qəzetlərdə cavab veririk.
     Belə bir cavab kimə lazımdır?
     Özümüz qəzəblənək, özümüz ah-vay edək, qeyzlə başımızı bulayaq - nə olsun?
     Biz Rusiyada, başqa ölkələrdə rus dilində çap olunan yalanlara, böhtanlara, aydın məsələdir ki, rusdilli tribunadan da cavab verməliyik.
     Müstəqilliyimizin Azərbaycan mövzusunun (tarixinin, mənəvi dəyərlərinin, təcavüzə məruzluğunun və s.) ümumdünya miqyasına çıxarılmasına, bu kontekstdə müasir dövrdə həlledici imkanlara malik informasiya məkanından effektli surətdə istifadə edilməsinə böyük ehtiyacı var.
     Rusdilli Azərbaycan və dünya mətbuatı həmin ehtiyacı ödəməyə qadir olan mühüm tribunalardan biridir.
2003
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (27.08.2014) | Müəllif: R.C E W
Baxış: 590 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more