Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı- Qocalığa hələ çox qalıb
QOCALIĞA HƏLƏ ÇOX QALIB
(Anarın 60 yaşı tamam olur...)

     Və belə bir gündə Anar haqqında söz deməyi mən özümün mənəvi borcum hesab edirəm və yalnız ona görə yox ki, Anar müasir Azərbaycan ədəbiyyatının, ümumiyyətlə, mədəniyyətinin və mədəni -ictimai həyatının görkəmli bir nümayəndəsidir (əlbəttə, belədir və bu öz yerində!), ona gorə ki, bu 60 ilin tən yarısını biz - başqa söz tapa bilmirəm bir yerdə olmuşuq.
     «Bir yerdə olmuşuq...» bilmirəm, bu, dəqiq ifadədir, yoxsa yox, amma, hər halda, mən bu otuz ildə (!) olub ötənləri gözləri min qarşısından keçirəndə, bax, bu gecə saat 11 dir oturub bu cümlələri yazarkən, o hissləri, həyəcanları elə bil ki, təzədən yaşayanda, qalaq-qalaq yığılmış kağız-kuğuz içində köhnə qeydləri tapıb vərəqləyəndə, artıq saralıb solmağa başlamış şəkillərə baxanda, bu uzun illərin kədərli çağlarını, şux məqamlarını, duzlu zarafatlannı, cürbəcür məzəli və qeyri -məzəli əhvalatlannı xatırlayanda, məncə bu ifadə elə həmin ifadədir ki, var...
     Anarın hekayə yazdığını birinci dəfə 1959-cu ildə eşitmişəm və həmin il ona görə belə dəqiqliyi ilə yadımda qalıb ki, o zaman Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü keçi rilirdi və onuncu sinif şagirdi olan mən də atamla Moskvaya getmişdim.
     Yaxşı yadımdadı, SSRI Yazıçılar Ittifaqında Azərbaycan ədəbiyyatı üzrə məsləhətçi işləyən Çingiz Hüseynov bizim qaldı ğımız «Moskva» mehmanxanasına gəlmişdi və atam, Çingizi mehmanxanın indiki korpusunun üçüncü mərtəbəsindəki restorana dəvət etdi, mən də onlarla getdim və o miz arxasındakı söhbət hərlənib ədəbiyyata yeni gələn cavanların üstünə çıxdı (mən atamın tez-tez yadına saldığı Füzuli rayonundakı Ərgünəş yaylağmın şərəfinə götürdüyüm «Elçin Ərgünəş» imzası ilə mətbuatda artıq bir neçə «modern» hekayə çap etdirmişdim) və Çingiz dedi ki, Rəsul Rzanın oğlu Anar maraqlı hekayələr yazır, amma hələ mətbuata vermir.
     O vaxta qədər məndən bir neçə yaş böyük olan Anarı bir-iki dəfə yayda Şuşa Istirahət Evində gormüşdüm və indi çox dumanlı şəkildə xatırlayıram ki, deyəsən, bir dəfə onunla şahmat da oynamışdıq, amma «Moskva» mehmanxanasının o məşhur restoranında Çingizin dediyi o sözlər — «o maraqlı hekayələr»— mənim beynimdə ilişib qalmışdı...
     Anar ədəbiyyata altmışıncı illərin lap əvvəllərində gəldi və yetkin bir yazıçı kimi, tamam yeni bir nəfəslə gəldi. Anarın ədə biyyatdakı debütü bizim müasir ədəbiyyatımızdakı ən parlaq debütlərdən biridir və bu kiçik yazıda mən onun əsərlərinin təhlili ni vermək istəmirəm, təkcə ona görə yox ki, mən həm keçmiş ittifaq mətbuatında, həm də respublika mətbuatında bu əsərlər haqqında az danışmamışam, ən əsas ona görə ki, Anarın kitabları, tamaşaları, filmləri tez-tez oxucularla, tamaşaçılarla görüşür və hər şeyi onlara deyir: əlasını da, yaxşısını da, kafısini də... Ozü coğrafi sərhəd tanımadan (çünki istedad coğrafı sərhəd tanımır!) müxtəlif dillərdə deyir.
     Anar ən yüksək tribunalarda xalqı, vətəni, sənəti müdafiə etməyi bacaran və bu zaman millətə fəxarət gətirən bir adamdır. Oz daxilində milli və bəşərini, milli mədəniyyət ilə Şərq və Qərb mədəniyyətini Anar dərəcədə üzvi şəkildə birləşdirən və eyni zamanda qətiyyən kosmopolit yox, milli olan çox az adam tapmaq mümkündür. Bu mənada o, Azərbaycan milli ziyalılıq ənənələri nin yetişdirməsi və davamçısıdır.
     Bu yaxınlarda qəzetlərdən birində belə bir başlıq oxudum:
     «Saçlar da dostlar kimidir, yaş artdıqca seyrəlir» və çox da estetik olmayan bu bənzətmə nə üçünsə yadımda qalıb. Oz saçlarım xeyli seyrəlib, bəlkə ona görə?
     Amma Anarın saçları, maşallah, yaxşı qalıb...
     Saçları yaxşı qalıb, amma o itirə -itirə gəlib və azçox onun ürəyinə bələd olduğum üçün, bilirəm ki, bu itkilər ona böyük mə nəvi sarsıntılar bahasına başa gəlib. Anar zahirən nə qədər dözümlüdürsə, daxilən bir o qədər kövrəkdir və o ağır anlarda onun ürəyindən nələr gəlib, nələr keçib, yəqin ki, bunu bir özü, bir də onun Allahı bilir.
     Atam danışırdı ki, bir gün Rəsulgilə getmişdik, Anarın 13-14 yaşı olardı, hansısa ağır bir əsərin süjetini danışanda birdən Anar hönkürüb ağlamağa başladı. İllər keçib, amma bu illər ərzində onun o daxili hisslər aləmi kirəcləşməyib, eləcə həssas qalıb və bu mənim üçün Anarın şəxsiyyətində ən qiymətli cəhətdir. Anar bizim müştərək xatirələrimizin işıqlı qəhrəmanı Araz Dadaşzadə kimi bir dost itirib və hərdən mənə elə gəlir ki, elə bil ki, «dostluq» deyilən o məfhumun ləzzəti də elə Arazla getdi... Gözümün qabağındadı, İçərişəhərdə Ensiklopediyanın binasında Arazın cənazəsini qaldıranda Anarın özünü saxlaya bilməyib hön kür-hönkür ağlamağı və mən də tamam bir şok içində taqətsiz hal da bir küncdə oturmuşdum, amma yaxşı yadıma gəlir, rəhmətlik Vəli Məmmədov Anarın qoluna girib onu sakitləşdirməyə çalışırdı.
     Xatirələr çoxdur, amma Anarla bağlı elə xatirələrim var ki, onun özü o xatirələrin qəhrəmanı olsa da, bilavasitə iştirakçısı deyil. Y etmişinci illərin ortalarında bir yaz axşamı atam (indi dünyasını dəyişmiş və adını yazmaq istəmədiyim) bir xalq yazıçısı ilə bizə gəlmişdi və atamın o zaman yaxşı yeyib -içən vaxtları idi. Atam ərklə evdə Allahın verdiyindən nə varıydısa, mizin üstünə düzdürdü və o yaz axşamı, gözəl bir məclisin başlanğıcı oldu, am ma qonaq birdən-birə Anarın qeybətini qırmağa başladı və mən də qonaqpərvərliyi, böyüklə -kiçik arasındakı hörməti -izzəti bir tərəfə atıb :
     -Filankəs müəllim, dedim, Anar mənim dostumdu və mən istəmirəm ki, bu evdə onun dalınca danışılsın. Ya bu söhbəti qurtarın, ya da bu məclisin mənası yoxdu.
      (Yəni ki, bəndənizin xanəsini tərk edin...)
     Qonaq qıpqırmızı qızardı və belə məqamlarda ürəyi yumşalıb yuxaya dönən atamın ab -havanı mülayimləşdirmək üçün ciddcəhd göstərməsinə, mizin altında mənim ayağımı basmasına baxmayaraq, məclisin üstünü qara buludlar aldı və beş-on dəqiqədən sonra qonağımız durub çıxıb getdi (və ömrünün axırına qədər də, hər dəfə onunla görüşəndə hiss edirdim ki, bu hadisə yadından çıxmayıb). Qonaq gedəndən sonra atam:
     -Amma səndə üz gördüm ha!.. dedi və bir azdan əlavə etdi:
     -Yaxşı elədin!
     Və o yaz axşamı atamla birlikdə o süfrə arxasında oturub dünyanın «dostluq» deyilən o nemətini xeyli götür-qoy etdik, əhddən, vəfadan, ilqardan danışdıq, atam özünün cavanlıq illərini, dostlarını, başları Şura hökumətinin çox qalmaqallarına düşmüş atası (mənim babam) tacir Məhəmmədin, babası (ulu babam) Bayram bəyin, dayısı Cəlil bəy Bağdadbəyovun dostlarını və dostlarla bağlı acılı şirinli hadisələri xatırladı...
     Bilmirəm niyə, amma atamın o «yaxşı elədin!»i, onunla birlikdə o süfrə arxasındakı o söhbətimiz axır vaxtlar tez-tez yadıma düşür....
     Dünənə qədər ömrümüzün dağına dırmaşan qatar, indi o dağ dan aşağı enməklə məşğuldu və pəncərədən görünən o günlər də sürətlə bir-birini əvəz edir, yəqin ona görə...
     Əlbəttə, Anar da, mən də canlı insanlarıq və xislətin dolambacları, təbii ki, bizdən də yan keçməyib və bu uzun onilliklər bo yu hərdən um -küsümüz də olub, bəzən bir-birimizlə acı (nisbətən acı!) danışdığımız seyrək məqamlar da olub (və təsadüfə bax ki, bu günlər də, deyəsən, elə həmin mənasız məqamların birinin içindəyik!), amma, əzizim Anar, sənin 60 illiyin və həmin birgə onilliklərin müqabilində o um -küsülər də, o acılar da mənim üçün tamam boş, həqiqətən, mənasız bir şeydi və şübhə etmirəm ki, sə ninçün də eləcədi. Bizim hər birimizin, aydın məsələdi öz həqi qəti olub, amma məsələ burasındadı ki, bizim ortaq (həyatla bağlı, insanlarla, münasibətlərlə, tarixlə, siyasi -ictimai hadisələrlə, ayrı ayrı şəxsiyyətlərlə, sənətlə, nəhayət, ədəbiyyatla bağlı...) hə qiqətlərimiz elə bilirəm ki, qatqat artıq olub və bu gün də belə dir. Biz Qobustan qayalarında da, Lerik qəbiristanlığındakı dünyada tayı -bərabəri olmayan qoç heykəllərinin arasında da birgə do laşmışıq, Katex cayında selə düşmüşük (və az qala, birgə batmış dıq onda ədəbiyyatımız nə edəcəkdi? əlbəttə, bu bir zarafatdı, amma, hər halda, bugünkü bulvar cızmaqaraçılarının, nadan və cahillərin böhtanları və çirkab püskürmələri olmayacaqdı...), Ismayıllının Bədövündə və Aşıq Bayramlısında, Göyçayın gözəl Çərə kəsində, Şəkinin Marxalında çox oturmuşuq (hələ «Novaya Yev ropa»da Ələsgərin bufetini, «Qız qalası»nın yanında Məmmədəli nin kababxanasını, köhnə Inturistin zirzəmisini, bulvarın «Ve netsiya»sında gecə saat 12 dən sonra qarovulçu Ibad dayının açdı ğı xudmani süfrələri, «Marokko» dediyimiz çayxananı, yaxud
     Moskvada Mərkəzi Ədəbiyyatçılar Evinin bufetini, Jurnalistlər Ittifaqının restoranını demirəm...), Qarabağın qanlı qadalı günlərində vertolyotla birgə uçmuşuq və Cıdır düzündə gülləyə tutulmuşuq, «Dəmir, sür!» deyə sürücü dostumuzun sürdüyü maşında o zaman 28-29 il bundan əvvəl! dünyanın əmin-amanlığmdan xəbər verən Şimali Qafqazı gəzmişik, dəfələrlə səfərlərə çıxmı şıq, Bağdadda və Parisdə olmuşuq, Təbrizin və Ərdəbilin məhəl lələrində addımlamışıq, Füzulinin və Xətainin qəbirlərini ziyarət etmişik...
     Və bütün bunları bir yerdə xatırlayanda, bunlar bir küll olub adamın xatiratmı dolduranda, yüzlərlə birgə məclisləri, söhbətlə ri, hadisələri, sənin və Arazın atamla, Rəsul Rza, Məmməd Arif, Məmməd Cəfər, Əmir Həbibzadə kimi ağsaqqallarla bərabər mə nim elçiliyimə getməyini, «Vaqif» küçəsində yaşadığım o gözəl zirzəmi mənzilə yığışdığımız, görüşdüyümüz, təzə yazıları oxuduğumuz, tez-tez də Zemfıranın hazırladığı gözəl təamlardan dada-dada (Zemfira olmayanda isə sənin qızartdığm gizlədək? yarısı çiy, yarısı da yanmış kartofdan yeyə -yeyə) qədəhqədəhə vurduğumuz o unudulmaz günləri (ayları! illəri!) də bura əlavə edəndə, o um-küsülər, doğrusu, lap gülünc və tamam əbləh görünür.
     Rəsul Rzanın vəfat etdiyi 1981ci ilin o ilk aprel günü mənim özümü Mərdəkana yetirməyim və orada o anlarda səninlə görüş məyim, Nigar Rəfibəyli vəfat edərkən sənin sübh tezdən mənə zəng edib bu qara xəbəri çatdırmağın, Ilyas Əfəndiyev vəfat etdiyi gün gecə bir az yata bilim deyə, sənin dərman tapıb mənə gətirməyin bütün bunlar hamısı mənim yaddaşıma yox, həyatıma həkk olunmuş kədərli (və eyni zamanda doğma!) xatirələrdir.
     Bir fakt da yadıma düşdü və onu əlçatmaz, ünyetməz o gənclik illərinin mənim üçün əlamətdar olan bir xatirəsi kimi, qeyd etmək istəyirəm: Anarın və mənim taleyimizin bağlı olduğu (hələ uşaqlıqdan beynimizə həkk olunub ki, dünyada belə bir yer var... sonralar mən orada on ildən artıq işlədim... Anar da orada artıq on ili başa vurub... birlikdə iyirmi ildən artıq eləyir!) Yazıçılar Ittifaqının Natəvan adma klubunda mən ilk dəfə 1966-cı ildə «Ağ liman»m müzakirəsində çıxış etmişəm.
     Bilmirəm, Anarın yadındadı, yoxsa yox, altmışıncı illərin sonlarında səhv etmirəmsə, 1969cu ilin payızı idi, bir dəfə onunla Sabirabada, çox özünəməxsus, təmiz və kaloritli adamlardan biri olan həkim-yazıçı, dünyanın ən böyük kitabbazı Əli Ağabəyliyə qonaq getmişdik və qonaqpərvər ev sahibinin gözəl məc lisindən sonra, axşam Anarla Kürlə Arazın qovuşağına getdik, o baş-bu başa gəzə -gəzə Irandan danışdıq, Turandan danışdıq, dünyanın işlərindən danışdıq və belə bir söhbət elədik: bir vaxt gələ cək, dünyada Rəsul Rza və Nigar Rəfibəyli olmayacaq, Ilyas Əfəndiyev olmayacaq...
     O zaman bu gənclik söhbəti, elə bil ki, bizdən çox-çox uzaqlarda olan gələcəklə bağlı bir nigarançılığın ifadəsi idi.
     Və o vaxtdan sonra mən həmişə Kürdən keçəndə, Arazdan ötəndə o söhbəti xatırlayıram və indi də xatırlayıram və xatirat öz -özlüyündə tamam adi (!), tamam sadə (!) bir həqiqət hər də fə də mənim varlığımın bütün hüceyrələrinə qədər işləyir...
     Indi Rəsul Rza və Nigar Rəfibəyli dünyada yoxdur.
     Indi Ilyas Əfəndiyev dünyada yoxdur.
     Indi o baməzə Əli Ağabəyli də Allahın rəhmətinə gedib.
     O kitablar da it-bata düşüb...
     Və indi Anarın altmış yaşı artıq dinozavr uzaqlığının göstəri cisi yox, yaşadığımız günlərin real rəqəmidir.
     Uşaq vaxtı atamdan eşitdiyim bir hekayət yadıma düşdü.
     Atam danışırdı:
     «Müdrik 150 il ömür yaşamışdı və günlərin bir günündə onun üçün də ayrılmış vaxt tamam oldu, Əzrayıl gəlib müdrikin başının üstünü aldı.
     Sonuncu arzun nədi, qoca? soruşdu.
     Qoca:
     -Icazə ver axırıncı dəfə həyətdəki o tut ağacının kölgəsində oturum, dedi.
     Qoca yüz əlli illik həyatında sonuncu dəfə hacansa özü əkdi yi və cox sevdiyi o tut ağacının altına gəldi. Əzrayıl qocaya baxdı, baxdı və soruşdu:
     –Omrün necə keçdi, qoca?
     Qoca cavab verdi:
     –Bax, indicə oradan bu ağacın altına gəldiyim vaxt kimi...»
     Anarın 60 -ı beləcə bir göz qırpımında gəlib çatdı (150 isə hə lə irəlidədi!)
     Bəli, uşaqlar, elə bil, dünən idi, anadan olmuşdular və biz on ların bu etibarsız dünyaya mübarək gəlişini səninlə bu gün bacarmadığımız dərəcədə «gur» qeyd edirdik, amma bu gün o uşaqlar ana olublar, ata olublar, bu gün Günellə Günay daha bir-birilə zəngləşib, görüşüb dərsdən neçə qiymət almaqlarından, məktəb dən, müəllimlərdən danışmırlar (bu da onlar üçün artıq keçmişin, uşaqlıq çağlarının xatirələrinə çevrilib!), indi onlar xanım rəfiqə lər kimi, bir-birlərinin uşaqlarını yoluxmağa gedirlər və bu yerdə sənin 60 -ınla bağlı o «bir göz qırpımı» genişlənir, genişlənir və ömrə çevrilir...
     Anarın hələ ilk yazılarında bir qocalıq kompleksi var idi, indi özü 60 -ı haqladı, amma mən onu heç cürə «qoca Anar» kimi qə bul edə bilmirəm, həm də ona gorə yox ki, cavan qalıb (maşallah, olsun!) və heç kim ona bu yaşı verməz, ona görə ki, gəncliyinin o «qocalıq kompleksi» müqabilində bu gün onun hiss-həyəcanlarında, onun emosiyalarında gənclik şövqü qətiyyən solmayıb, xəzəl sarısından uzaqdı, əzilib -bükülməyib.
     Mən bunları yazıram və 1971ci ildə Rəsul Rzanın 60 illiyi ilə bağlı Akademik Dram Teatrındakı o yubiley gecəsi gözlərimin qabağına gəlir. Anar da o vaxt rəyasət heyətində oturmuşdu və eynəyinin arxasından zala baxan o cavan Anar indiki kimi, mənim gözlərimin qabağındadı. Bu gün Anarın özünün 60 yaşı var.
     Və mən qətiyyən şübhə etmirəm ki, Anar bundan sonra hələ çox yazacaq, onun əsas kitabı hələ irəlidədi və o əsərlər, indiyə cən yazdıqıları ilə bərabər, gələcək nəsillər üçün mənəvi bir sirdaş olacaq, onların ömrü insan ömrünün miskin çərçivələrindən çox fərqlənən zaman ölçüləri ilə ölçüləcək.
     Bu gün Anarın vəfalı həyat yoldaşı Zemfira xanım üçün, Tural və Günel üçün, nəvələri, doğmaları, dostları, nəhayət, oxucuları və tamaşaçıları üçün, əlbəttə, sevincli, fərəhli və əlamətdar bir gündür və mənim üçün gün işığı kimi aydın bir şeydir ki, bu gün Rəsul müəllimin də, Nigar xanımın da ruhu üçün çox şad bir gündür.
     Artıq gecə saat 1 -ə az qalır və bu yazı özüm də gözləmədən, deyəsən, xatirəvari oldu.
     lyirmi beş otuz il bundan əvvəllərdə, o uzaq (və yaxın!) cavanlıq günlərində mizarxası xudmani söhbətlərdə Anar bəzən de yirdi: «Bax, bunları mənim haqqımdakı xatirələrində yazarsan...»
     Əlbəttə, Allahın gözəl bir qismətidir ki, mən bu xatirəvari yazını işləyib -yaradan, yeri düşəndə şux zarafatından qalmayan, bəzən şikayət edən, bəzən də dünyanın işlərinə mat qalan canlı Anar haqqında, sadə və sadəliyilə bərabər, bəzən təkəbbürlü, hərdən praqmatik, amma praqmatik olduğundan artıq dərəcədə müdrik Anar haqqında yazıram.
     Allah bunu da bizə qismət eləsin ki, yenə iyirmi beş -otuz ildən sonra (dünyada o qədər möcüzələr olur ki!) yenə də canlı Anar haqqında xatirələr yazım, amma bir tələsik və birnəfəsə yox, çünki o zaman tamam başqa insanlar, tamam başqa bir dünya olacaq...
2 mart 1998.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (01.09.2014) | Müəllif: R.C E W
Baxış: 331 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more