Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-«Qarabağ» xalqın səsidir
«QARABAG» XALQIN SƏSİDİR

     Yazıçı, əməkdar incəsənət xadimi, Xaricdə Yaşayan Həmvətənlərlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti - «Vətən» Cəmiyyəti Rəyasət Heyətinin sədri Elçinlə müsahibə.
     -Elçin müəllim, Qarabağ sizin üçün nə deməkdir?
     -Mən də sizin kimi, Azərbaycan xalqının övladıyam. Hərgah biz Azərbaycanı canlı bir orqanizmə bənzətsək, Qarabağ, o cümlədən də təbii ki, Dağlıq Qarabağ, xüsusən, indiki hadisələrin kontekstində, onun ürəyidir. Ürəksiz orqanizm yaşaya bilməz. Qarabağsız da Azərbaycan mövcud ola bilməz. Buna görə də Qarabağa qarşı erməni iddiaları, əslində, bütün Azərbaycan xalqına qarşı təcavüzdür, bu gün tez-tez işlədilən (amma təəssüf ki, çox vaxt əməl olunmayan!) «Demokratiya», «Azadlıq», «Hüquqi dövlət» kimi anlayışlarla bir araya sığmayan qanlı cinayətdir. Bu fikri mən, imkanım daxilində tarixi və hüquqi müddəalarla əsaslandıraraq, Moskvada da demişəm, Türkiyədə də, ABŞ-da da, AFR- də də, Fransada da... Son iki ildə mənim bütün çıxışlarımın, müsahibələrimin ana xətti məhz bu fikir olmuşdur.
     -Bizim məqsədimiz aydındır: milli varlığımızı, torpağımızı qorumalıyıq. Bəs bu məqsədə, Sizcə, hansı yollarla çatmaq mümkündür?
     -Milli birliyimizlə və hüquqlarımızdan ağılla istifadə etmək bacarığı dünyagörüşümüzdən, yaşımızdan, peşəmizdən asılı olmayaraq, hər birimiz öz sahəmizdə hay-küysüz və yorulmadan vətəndaş işimizi görməliyik. Xalqımızın mənafeyi naminə gördüyün işi bir sən özün, bir də sənin Allahın bilirsə, kifayətdir. Yeri düşdü, düşmədi, bu barədə ağız dolusu danışmaq həmin vətəndaş fəaliyyətinə yalnız və yalnız ziyan gətirir. Xalqımızın rifahı naminə bizim mübarizəmizin böyük müttəfiqi var: Həqiqət! Biz bu müttəfiqdən istifadə etməyi bacarmalı və onu dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün əlimizdən gələni etməliyik. Çox təəssüflər ki, bəzən «çayxana fəaliyyəti» vətəndaşlıq fəaliyyətini üstələyir və indi geniş yayılmış dedi-qoduçuluq, şayiəçilik xəstəliyi də bir tərəfdən elə bununla bağlıdır. Həmin xəstəlik bizi zəiflədir, düşmənlərimizə isə güc verir. Qədim yunan mifolojisində yer (torpaq) Allahı Geyanın oğlu Antey torpaqdan güc alırdı, buna görə də Herakl onun ayaqlarını yerdən üzüb qalib gəldi. Antey torpaqdan güc alan kimi, erməni millətçilik təcavüzü də bizim öz içimizdə yaranan xəstəliklərdən güc alır. Biz əl-ələ verib yaranan həmin xəstəliyi dəf etməliyik, bir-birimizə qarşı iradları, kin-küdurət səviyyəsinə qalxmağa qoymamalıyıq.
     -Məncə, bütün bu söylədikləriniz yalnız Sizin şəxsi fikriniz yox, həm də başçılıq etdiyiniz «Vətən» Cəmiyyətinin məqsədlərindən biridir.
     -Elədir.
     -Biz bilirik ki, «Vətən» Cəmiyyəti fəaliyyətə başladığı qısa müddətdə böyük işlər görmüşdür. Hər dəfə «Ayrılıq» mahnısına qulaq asanda, televiziyada Rəhmanın qürbət yanğısı ilə dolu qarmon çalmasına tamaşa edəndə, yadıma düşür ki, bütün bunlarla xalqımızı ilk dəfə Siz tanış etmisiniz. «Vətən» özümüz-özümüzü daha yaxından görüb dərk etmək üçün xaricə açılmış ilk vüsətli pəncərə oldu. Xaricdə yaşayan həmvətənlərimizin Qarabağ hadisələri, ümumiyyətlə, respublikamızda baş verən hadisələr, o cümlədən, Bakıdakı Qanlı yanvar hadisələri ilə bağlı fəaliyyəti barədə nə deyə bilərsiz?
     -Əlbəttə, bu hadisələr o dərəcədə müdhişdir ki, yaşadığı coğrafi ərazidən asılı olmayaraq, bütün azərbaycanlıları sarsıtmışdır. Nəinki yalnız azərbaycanlıları, obyektiv məlumata malik bütün vicdanlı insanları. Lakin xalqımızın payına düşmüş ələm o qədər böyükdür ki, yalnız sarsılmaqla kifayətlənmək olmaz. Mübarizə etmək lazımdır. Bu baxımdan ayrı-ayrı fərəhli faktlar var: bizim bütün dünyaya telekslə göndərdiyimiz xəbərlərdən sonra, həmvətənlərimiz tərəfindən bir sıra ciddi bəyanatlar verilmiş, müsahibələr, məqalələr dərc edilmiş, kitab çap ounmuş, (misal üçün doktor Əhməd Mehribani Təbrizlinin «Dağlıq Qarabağın tarixi və ona dair sənədlər» adlı monoqrafiyası), yığıncaqlar, nümayişlər, sərgilər keçirilmişdir. AFR-də çıxan «Ana dili», İngiltərədə çıxan «Aydınlıq» qəzetləri oxucularına obyektiv məlumatlar vermiş, Türkiyədə, Qərbi Almaniyada, Danimarkada yaşayan həmvətənlərimiz Qanlı yanvar hadisələrindən sonra, yaralılar üçün az tapılan tibb ləvazimatı göndərmişlər. Lakin bizim Avropada, Amerikada yaşayan mühacirlərımızın sayı və potensial imkanları baxımından bu, çox azdır. Nə üçün? İki əsas səbəb var. 1- si ona görə ki, bizim mühacirətin vətənlə, xalqla bağlılıq və ayrı-ayılıqda yox, bir küll halında, vahid bir qüvvə kimi Vətənin, xalqın təəssübünü çəkmək ənənələri zəifdir, hələ yeni-yeni təşəkkül tapmağa başlayır. 2-si isə ona görə ki, xaricdəki həmvətənlərimiz arasında da birlik çatışmır. Misal üçün, bir ölkədə yığışıb Azərbaycan cəmiyyəti təşkil ediblər, sədr və müavin seçiblər. Həmin sədr ilə müavinin bir-biri ilə arası yoxdur, didişirlər. Nəticədə də cəmiyyət fəaliyyət göstərə bilmir. Mən bunu bütün açıqlığı ilə deyirəm, çünki artıq elə bir məqama gəlib çatmışıq ki, özümüz-özümüzdən heç nəyi gizlətməməliyik. Romantik əhval-ruhiyyə, sentimental ah-uflar daha dünənki gündə qalmalıdır. Xalqımızın taleyi fəaliyyətimizdə sərt realizm tələb edir. Bir də ki, qətiyyən özümüzə qapanmamalıyıq.
     -Nəyi nəzərdə tutursunuz?
     -Çox zaman özümüzün deyib özümüzün eşitməyini! Biz çalışmalıyıq ki, dediklərimizi başqaları eşitsin - sovet ictimaiyyətindən tutmuş, Avstraliya ictimaiyyətinəcən! Bunun üçün dediklərini əsaslandırmağı bacarmalısan. Həmin əsasların elmi-siyasi-tarixi təməli olmalıdır. Yoxsa ki, təkcə emosiya ilə heç nə əldə etmək mümkün deyil. Rusca, ingiliscə, fransızca, almanca deməyi bacarmalıyıq. Bəs biz çox zaman nə edirik? Oturub, durub, nitqi irad eləyib özümüz-özümüzə deyirik ki, Ermənistan SSR bizə qarşı fitnəkarlıq edir, ermənilər bizə qarşı xaincəsinə müharibə aparırlar. Bu, açıq qapını döyməyə bənzəyir. Məgər bu gün bütün bunları bilməyən azərbaycanlı var? Halbuki, ağıllı vətəndaş harayımız və fəaliyyətimizlə bağlı üzümüzə bağlı olan qapıları açmalıyıq. Axı, bizim milli siyasi mədəniyyət baxımından Azərbaycan Demokratik Respublikasından gələn böyük ənənələrimiz var. Bax, həmin ənənələri bərpa etmək lazımdır. Bütün dünya ilə təmasımızı genişləndirməliyik. Özümüz çıxış edib, sonra da evdə oturub öz çıxışımıza qulaq asmaq dünənki günün faktına çevrilməlidir. Çıxışımıza başqaları qulaq asmalıdır. Başqalarında elə obyektiv təəssürat yaratmalıyıq ki, bizim xeyrimizə olan həqiqəti onlar desin.
     -Hələ «Vətən» Cəmiyyəti yaranmazdan əvvəl, Siz xarici səfərləriniz haqqında silsilə əsərlər yazırdız. Sizin «Yaxın, uzaq Türkiyə» əsəriniz on il bundan əvvəl yazılmasına baxmayaraq, bu gün də çox aktual səslənir və sevilə-sevilə oxunur. Ancaq bu gün Siz Qarabağ hadisələri ilə bağlı ABŞ senatına məktub yazırsız. Berlin radiosuna, yaxud Türkiyə televiziyasına, xarici qəzetlərə müsahibələr verirsiz və s. Bəs yazıçı Elçin?
     -İndi yazıçı Elçinə yalnız acımaq olar...
     -Yaxşı, sonuncu sualımı verirəm: «QARABAG» qəzetinin yaranmasını necə qarşılayırsınız və həmin qəzeti gələcəkdə necə görmək istərdiniz?
     -Bir müddət bundan əvvəl ölkənin rəhbərləri, mərkəzi mətbuat (və bu təsirlə də bütün xaric!) dönə-dönə deyirdi, yazırdı ki, Dağlıq Qarabağda biz erməni əhalisinin hüquqlarını tapdalayırıq, az qala onları kölə eləmişik. Həmin Dağlıq Qarabağda ki, Azərbaycan dilində heç olmasa, rəsmi vilayət qə- zeti də yox idi «QARABAĞ» qəzeti çox gec nəşrə başlayıb. Mən bu nəşri ürəkdən alqışlayıram. Arzum isə ondan ibarətdir ki, qəzet xalqımızın problemlərini, dərdi-sərini, mənəviyyatını səviyyəli şəkildə işıqlandırmağı bacarsın.
Müsahibəni E.Hüseynov apardı.
1990.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (07.08.2014) | Müəllif: R.C E W
Baxış: 601 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more