Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Qabrovo görüşləri
QABROVO GÖRÜŞLƏRİ


     -Leonid Sergeyeviç, papaq tapıldı?
     -Hə, tapıldı.
     Leonid Lenç ağ parusin kepkasını səliqə ilə başına qoydu, yenə maşına mindik və yenə də Balkan dolaylarını burula-burula yola düzəldik.
     Mayın 27-i idi, amma havada yay istisi var idi.
     Həmin gün səhər biz - Leonid Lençdən, Ukrayna yazıçısı Yevgeni Dudardan və bu sətirlərin müəllifindən ibarət kiçik bir yazıçı nümayəndəliyi Qabrovoda VI Beynəlxalq satira və yumor festivalında iştirak etmək üçün Moskvadan Sofiya - Sopot - Korlovo - Kalofer - Şipka - Qabrovo marşrutu ilə Qabrovoya yol almışdıq. Hərdən yolda dayanırdıq, bir az sərinlənirdik, qəhvədən, çaydan içirdik və yenə də maşınlara qayıtmaq istəyəndə məlum olurdu ki, Leonid Lençin ağ parusin kepkası itib, amma həmin itəyən kepka tez də tapılırdı.
     Biz hələ Sofıyadan təzəcə çıxanda, xarici ölkə yazıçılarmdan biri diqqətlə Leonid Lençə baxıb demişdi:
     -Əfsanəvi Leonid Lenç...
     Doğrudan da, Leonid Lenç bir yazıçı kimi müasir satira aləmində çox məşhurdur və Bolqarıstanda da onu yalnız mütəxəssislər, qələm yoldaşları deyil, adi oxucular da yaxşı tanıyırdı, amma bir dəfə... Yox, bu barədə bir az sonra damşacağam.
     Qabrovo festivalı müasir dövrün (festivallar dövrünün!) ən maraqlı və orijinal tədbirlərindən biridir və bu tədbiri Qabrovo Satira və Yumor Evi təşkil edir. Bu gün həmin festival böyük beynəlxalq məclisə çevrilib, orada eyni vaxtda Beynəlxalq ədəbiyyat müsabiqəsi, Beynəlxalq karikatura müsabiqəsi, Beynəlxalq satirik rəngkarlıq və heykəltəraşlıq müsabiqəsi, satirik və yumorlu fotolar müsabiqəsi, Beynəlxalq kinofestivalı, müasir dövrdə satirik sənətin nəzəri problemlərinə dair Beynəlxalq simpozium keçirilir, satirik ədəbiyyatın tarixinə dair sərgilər açılır və s.
     Mən Bolqarıstana ikinci dəfə gəlirdim, amma həmin festivalda birinci dəfə idi iştirak edirdim və Simpoziumda müasir sovet satirası haqqında çıxış etməli idim. Leonid Lenç isə bu festivalların hamısında iştirak etmişdi və hərdənbir maşının pəncərəsindən yamyaşıl Balkan yamaclarına baxa-baxa həmişəki həvəslə, şuxluqla Qabrovo festivalından danışırdı və onun duzlu söhbətlərinə qulaq asdıqca, mən tamam əmin idim ki, qarşıda bizi hərarətli görüşlər gözləyir, ciddi söhbətlər, müzakirələr, maraqlı sənət nümunələri gözləyir.
     Həqiqətən, Qabrovoya - bu gözəl, təmiz və səliqəli şəhərə gəldikdən sonra festivalın davam etdiyi yeddi gün ərzində biz həm tamaşaçı olduq, həm müəllif, həm dinləyən olduq, həm də söyləyən. Ciddi nəzəri söhbətlərlə gülüş sənəti güldürməyi ilə düşündürməyi eyni tərəf-müqabil kimi sülhə, əmin-amanlığa, ruh yüksəkliyinə çağırdı.
     Mənim yadıma gəlir, gərək ki, 1967-ci ilin yayı idi, Əziz Nesin Bakıya gəlmişdi və mən o zaman cavan bir aspirant idim. Əziz Nesinin əsərlərini oxumuşdum, onun görüşlərinə gedirdim. Filarmoniyanın binasında Əziz Nesinin xitabət kürsüsündən dediyi bir fikr i mən sonralar da tez-tez xatırlayırdım, indi də xatırlayıram və ola bilsin ki, bu fikirdə elə bir yenilik yoxdur, amma həmin fikirdə həqiqət var. Əziz Nesin dedi: «0 xalq xoşbəxt xalqdır ki, özü özünə gülməyi bacarır».
     Qabrovo şəhərinin ortasından Yantra çayı axır və qabrovolular şəhərin mərkəzində, çayın ən gur axan yerində Qabrovonun əsasını salmış dəmirçi Raço Kovaçın heykəlini ucaldıblar. Deyirlər ki, qabrovolular o qədər xəsisdirlər ki, torpağa xəsislik eləyiblər, Kovaçın heykəlini çayda qoyublar...
     Əlbəttə, o xalq ki, öz qəhrəmanına belə bir möhtəşəm və orijinal heykəl ucaldır və özü özü ilə beləcə zarafat edir, özü özünə gülməyi bacarır - o xalq xoşbəxt xalqdır.
     İki-üç il bundan əvvəl kiçik ədəbi məclislərdən birində Cəlil Məmmədquluzadənin «Olülər»indən söz düşdü və bir nəfər (burasını da deyim ki, həmin bir nəfər filologiya elmləri doktorudur!) belə bir fikir söylədi: «Əlbəttə, Mirzə Cəlil böyük istedaddır. Amma «Olülər»i biz heç vaxt başqa dillərə tərcümə edib, başqa xalqlara göstərə bilmərik və əslində göstərməməliyik də. Mirzə Cəlil azərbaycanlıların böyük yazıçısıdır, öz ayıbımızı özümüzə göstərib, çox sağ olsun. Biz isə öz ayıbımızı başqalarına da göstərə bilmərik. Ailənin sirri ailədə qalmalıdır. «Olülər»ə baxan hər hansı bir xalqın tamaşaçısı Azərbaycan xalqına rəğbət bəsləyə bilməz».
     Bu fikir yalnız ona görə naqis deyil ki, Mirzə Cəlil yaradıcılığının tarixi rolunu müəyyənləşdirə bilmir və onu təhrif edir, ona görə ki, burada nadanlıq və cəhalət yalançı bir vətənpərvərlik donuna bürünmüşdür.
     Mirzə Cəlil böyük vətəndaş idi, vətənpərvər idi və onun böyük satirasını da məhz həmin vətəndaşlıq, vətənpərvərlik yaradırdı. «Olülər» cəmiyyətin, mühitin naqisliklərini göstərir və ifşa edir, lakin «Olülər», eyni zamanda, özünün yüksək bədii-estetik səviyyəsi ilə, vətəndaşlıq qayəsi ilə xalqın mənəvi zənginliyindən, işıqlı amalından xəbər verir. Məgər «Don Kixot» ispan xalqının, yaxud «Müfəttiş», «Ölü canlar» rus xalqının üstünə kölgəmi salır, yoxsa, əksinə, həmin xalqları daha da ucaldır?
     Gərək ən yüksək vətəndaşlıq zirvəsində dayanasan ki, mühitə gülə biləsən, cəmiyyətin eybəcərliklərini, kəsir və çatışmazlıqlarını göstərə biləsən; sən gərək öz xalqını o qədər ürəkdən sevəsən və ona o qədər bağlı olasan ki, onun şanlı oğulları ilə fəxr etdiyin kimi, mənfılikləri təcəssüm etdirən tipik nümayəndələrinə də gülə biləsən. Y alnız bu zaman satira öz bədii-estetik və siyasiictimai rolunu oynaya biləcək, əks təqdirdə isə, bizi gülüşlə yox, hırıltıyla daha yeni-yeni görüşlər gözləyir.
      «Ölülər»ə baxan hər hansı bir xalqın tamaşaçısı Azərbaycan xalqını sevəcəkdir, çünki bu xalq «Olülər»dəki kimi böyük bədii- estetik istedadla, böyük vətəndaşlıqla öz yaralarına gülməyi bacarır və bu yerdə mən Qabrovo Simpoziumunda Amerika yazıçısı Jan Kriyenin söylədiyi bir fikri xatırlayıram: «Satira insanlar arasında ünsiyyət yaratmaqda və naqisliklərə qarşı mübarizə aparmaqda ən yaxşı vasitədir».
     Azərbaycan satirası yarandığı gündən etibarən, həmişə ictimai məzmun daşıyıb, kiminsə axsamağına, dilinin pəltəkliyinə, yaxud sözləri təhrif etməyinə gülməyib. Hələ Füzulinin qəhrəmanı «Salam verdim, rüşvət deyil deyə, almadılar» - deyib və əsrlər keçdikcə, epoxalar bir-birini əvəz etdikcə Q.B.Zakirin, M.F.Axundovun, M.Ə.Sabirin, U.Hacıbəyovun dühası ilə Azərbaycan satirasındakı həmin ictimai məzmun inkişaf edib, qol-budaq atıb, fərdin yox, cəmiyyətin xislətindəki xəstəlikləri hədəf seçib. «Molla Nəsrəddin» ədəbi-bədii məktəbi və Cəlil Məmmədquluzadə yaradıcılığı fəal həyat mövqeyini, sənətin həyata, cəmiyyət hadisələrinə müdaxiləsinin klassik nümunəsidir və doğrusunu deyim ki, bu gün mən bəzən müasir yazıçılarımızın bir sıra pyeslərini, hekayələrini oxuyanda, aktyorlarımızın oyununa tamaşa eləyəndə, rejissorların quruluşunu görəndə təəssüflə bərabər, bir təəccüb hissi də keçirirəm: bu cür zəngin ənənələrə, dərin ictimai mündərəcəyə malik olan satira nə üçün bu gün yüngül gülüş axtarır, ən yaxşı halda, güldürür, əyləndirir, amma düşündürmür?
     Əsl satira həmişə cərrah işi görüb və bu gün də həmin işi görməlidir. Cərrah orqanizmin xəstə hissələrini kəsib atır, orqanizmi sağaltmaq istəyir və bununla da cərrah işi qəssab işindən fərqlənir. Dialektlərlə güldürən mətləbsiz dialoqlar, ağlasığmaz, anormal situasiyalar, mütləq gülməli olmaq xatirinə quraşdırılmış və həyatdan uzaq süni hadisəçilik, xarakter yaratmaq əvəzinə bayağı sözlərlə bolluca xarakteristikalar vermək heç vaxt Azərbaycan satirası üçün səciyyəvi olmayıb və bu gün bu xüsusiyyət özünə mövqe qazanıbsa, bu gün satiranın vətəndaşlığı bir çox hallarda hırıltı ilə ört-basdır edilən alətə çevrilibsə - bu, bizim hamımızı dərindən düşündürməli və narahat etməlidir.
     Mən Qabrovo Simpoziumunda təxminən bu problemlər ətrafında müasir satiranın vəziyyəti və vəzifələri barədə çıxış etdim və həmin Simpozium qurtardıqdan sonra çox duzlu və səmimi bir adam olan qocaman Kuba yazıçısı Xuan Anxel Kardi mənə yaxınlaşdı və qoluma girib bic-bic gülümsədi:
     -Siz dünən də, bu gün də Cəlil Məmmədquluzadədən çox danışdınız. Mən sizin sözlərinizdən hiss elədim ki, o böyük yazıçı olub. İndi sizə bir sualım var: Cəlil Məmmədquluzadə də leksiyalara qulaq asıb, nəzəri məqalələr oxuyub yazıb? - Sonra Kardi ciddiləşdi və özü öz sualına cavab verdi. - Mən yüz faiz əminəm ki, yox. Əksinə, onun əsərləri nəzəriyyəçilərə əsas verib. Bilirsən, əzizim, gülən yazıçı müdrikliyindən gülməlidir. O zaman ki, kimsə müdrik olduğu üçün yox, müdrik olmadığı üçün gülməyə başlayır, onda hər şey bayağılaşır, nəinki yazmaq, oxumaq mənasızlaşır, yaşamaq da çətin olur. Hərgah siz bu fikirdəsinizsə ki, istedadsız yazıçı simpoziumlardan, müşavirələrdən sonra müdrikcəsinə gülməyə başlayacaq, səhv edirsiniz.
     Mən Xuan Anxel Kardiyə belə cavab verdim və bu gün də belə fikirləşirəm:
     -Sizin müdriklik və səfehlik barədə dediklərinizlə şərikəm, amma burada başqa bir vacib məsələ var. Səfeh gülüş özünə mövqe qazandıqda zövqləri korlamağa başlayır və bu zaman ictimaiyyət mütləq öz sözünü deməlidir. Hərgah biz «Bu, səfeh gülüşdür» - deyə yalnız televizoru söndürəcəyiksə, yaxud kitabı bağlayıb bir tərəfə tullayacayıqsa, onda, istər-istəməz, ümuminin zövqünün korlaşmasına xidmət etmiş olacağıq. Əgər biz satiradan vətəndaşlıq tələb ediriksə, o zaman özümüz də bayağı gülüşə qarşı mübarizə aparmalıyıq.

***


     Qabrovo Satira və Yumor Evinin qarşısında Çarli Çaplinin heykəlinin açılışı oldu. Xeyirə qulluq etmək, ədalət uğrunda mübarizə aparmaq, gözəlliyə, mənəvi təmizləyə çağırmaq iddiası ilə məhdud imkanları arasında təzad olan və bu təzadla bir tərəfdən güldürən, o biri tərəfdən də ağladan balaca Çarlinin heykəli Kələkbaz Petrin uzunqulaq üstündə tərsinə oturmuş heykəli ilə üzbəüz idi.
     Kələkbaz Petr bizim Molla Nəsrəddin kimi, bolqar xalqının milli ədəbi qəhrəmanıdır və həmin dəm Qabrovo Satira və Yumor Evinin qarşısında Kələkbaz Petr ilə Çarli Çaplinin heykəllərinin beləcə üzbəüz dayanması mənə rəmzi təsir bağışladı: biri xalqın yumor hissindən, gülüşündən, əslində isə, xalqın xarakterindən xəbər verir, o biri isə yumorun, satiranın bir üzü ilə gülüb, o biri üzü ilə də ağlamaq xüsusiyyətinin beynəlmiləlliyindən, bəşəriliyindən deyir.
     Elə oradaca «Kələkbaz Petr» mükafatının təntənəli təqdimat mərasimi oldu. Bu nüfuzlu beynəlxalq mükafat ən yaxşı satirik əsərlərə görə verilir və indiyə qədər həmin mükafatın laureatları Əziz Nesin, Sergey Mixalkov və İtaliya yazıçısı Luidci Malerba idi. Bu «Kələkbaz Petr» mükafatını birdən-birə iki yazıçı aldı: görkəmli Amerika yazıçısı Kurt Vonnequt və Leonid Lenç.
     Mən yuxarıda boyun olmuşdum ki, oxucuya bir əhvalat danışacağam.
     Çarli Çaplinin heykəlinin açılışı zamanı Leonid Lenç festivalın ən hörmətli qonaqları ilə bir cərgədə dayanmışdı, bütün ətrafda isə festivalın digər iştirakçıları, qabrovolular, başqa ölkələrdən gəlmiş turistlər idi.
     Heykəlin açılışı mərasimi qurtardı, biz günün altında dayanıb əldən düşdüyümüz üçün otelə qayıtdıq ki, bir az dincələk və bu vaxt bir dəstə xarici turistin festival iştirakçılarının qaldığı «Y antra» otelinin foyesində toplaşdığını gördük. Biz içəri girən kimi, turistlər səs-küylə Leonid Lençi dövrəyə aldı, hərə Leonid Sergeyeviçi bir tərəfə dartdı, ağız deyəni qulaq eşitmirdi, turistlər ondan avtoqraf almaq istəyirdi və nəhayətdə məlum oldu ki, bayaq Çarli Çaplinin heykəlinin açılışı zamanı turistlər, nədənsə, elə fikirləşiblər ki, bu uzun arıq kişi, yəni Leonid Lenç... Çarli Çaplinin oğludur.
     Əlbəttə, biz hamımız bu əhvalata güldük, amma ən çox gülən Leonid Lençin özü oldu.

***


     Bir dəfə yaxın bir tanışım mənə dedi:
     -Keçmişdə bizim babalarımız öküzü qabaqlarına qatıb günün altında torpaq xışlayıblar, heç ağıllarına də gəlməyib ki, bir vaxt traktor olacaq və onların bir ayda gördüyü işi bir gündə görəcək. Amma biz bu gün urbanizasiyadan şikayət edirik, öküzü arzulayırıq, keçən günə gün çatmaz deyirik... Ona görə ki, insanın xisləti naşükürdür.
     Əlbəttə, bu sözlərdə bir maksimalizm var.
     Düzdür, biz bəzən keçmişi idealizə edirik, avtomobilə minib ora-bura sürə-sürə işlərimizi görüb qurtarıb evə gələndən sonra, axşamın sərinində pürrəng çay içə-içə «hayıf deyildi fayton!..» - deyirik və belə bir təmayül ara-sıra özünü ədəbiyyatda da (xüsusən, poeziyada) göstərir.
     Lakin burası da həqiqətdir ki, xalqın keçmişi ilə gələcəyi arasında dialektik bir bağlılıq var. Keçmişini dərk etməyən, sevməyən, özünü tanımayan xalqın gələcəyi də sual işarəsi altında olacaqdır. Əlbəttə, söhbət arabadan, yaxud öküzdən getmir, söhbət milli-mənəvi keyfıyyətlərdən, əsrlərin süzgəcindən keçib gəlmiş milli-mənəvi sərvətdən gedir, dildən və mütərəqqi adət-ənənələrdən gedir, söhbət xalqın dühasından gedir.
     Festivalın təşkilat komitəsi Qabrovo Elektrikdaşıyıcıları zavodunun fəhlələri ilə mənim görüşümü keçirtdi və mən həmin nəhəng və müasir zavodun həyətində böyük bir qaya parçasının üstünə həkk olunmuş belə bir yazı oxudum: «Ey bolqar, sən öz əslini və dilini bil və unutma!».
     Bu sözləri 1762-ci ildə rahib Paisiy deyib və həmin sözlər bu nəhəng zavodun müasir qurğuları fonunda xalqın özünün böyüklüyündən, məğrurluğundan xəbər verir. Xalq həmin sözləri rahib Paisiyə dedirdən hissləri uca tutduğu üçün bu gün beləcə müasir qurğulara malikdir, öz taleyi özünün əlindədir.
     Mən Qabrovodan qırx-əlli kilometr kənarda yerləşən Tryavna, Etr kimi kənd-muzeyləri gördüm. Bu kənd-muzeylərdə hər şey yüz illərlə bundan əvvəllərdə olduğu kimi qorunub saxlanıb, həm də sevilə-sevilə saxlanıb. Xalq öz çarığından utanmır, əksinə, çarığı bir sənət əsəri kimi nümayiş etdirir. Həmin kəndlərdə milli bolqar çörəyi bişirilir və bu çörəyin ətri bu yerlərə tez-tez ekskursiyalara gələn bolqar məktəblilərinin bütün varlıqlarına hakim kəsilir. O çörək ətri heç vaxt yaddan çıxmayacaq və həmişə işıqlı, azad gələcəyə səsləyəcək. Həmin kənd-muzeylər və bu cür kənd-muzeyləri qoruyub saxlayan hisslər, əslində, xalqın övladlarına milli ləyaqət dərsi verir.
     Mən o kənd-muzeyləri gəzərkən fikirləşirdim ki, bu adi bolqar çörəyinin ətri boğazdan yuxarı, yalançı vətənpərvərlik söhbətlərindən, haray-həşirindən min dəfə, milyon dəfə artıq iş görür.

***


     -Leonid Sergeyeviç, papaq tapıldı?
     -Hə, tapıldı.
     Leonid Lençin ağ parusin kepkası, doğrudan da, Ələddinin çırağı kimi sehrli bir şey idi. Hər gün azı iki dəfə itirdi, çünki sahibi bütün daxili ilə ədəbiyyatla, sənətlə yaşadığı üçün, necə deyərlər, mənəvi sərvətləri maddi sərvətlərdən üstün tutduğu üçün, həmin kepkanı tez-tez yaddan çıxarıb hardasa qoyurdu, amma kepka tez də tapılırdı: ya tərcüməçilər, ya da dostlar-tanışlar həmin məşhur kepkanı tapıb gətirirdi, növbəti dəfə sahibinə qaytarırdı.
     Görüşlər cürbəcür olur: sevinc gətirən görüşlər, kədərli, qüssəli görüşlər, gözlənilməz görüşlər. Əlbəttə, bizim bu görüş tamam gözlənilməz bir görüş oldu, amma həmin gözlənilməz görüş eyni zamanda sevinc də gətirdi, kədər də gətirdi.
     Qabrovo festivalının təşkilat komitəsi elə birinci günün axşamı qonaqlar bir-biri ilə tanış olsun deyə böyük kokteyl düzəltmişdi və mən həmin kokteyl verilən nəhəng zala daxil olduqda, burada, ən azı, altı yüz-yeddi yüz adamın yeyib-içməyə hazırlaşdığını görəndə əvvəlcə ürəyimdə təşkilatçıların sadəlövhlüyünə güldüm: bu qədər adamı bir-biri ilə necə tanış eləmək olardı?
     Hər addımbaşı dünyanın ən müxtəlif dilləri səslənirdi, biri dünyaya kinematoqrafın gözü ilə baxırdı, o biri yazıçının, üçüncüsü nəzəriyyəçinin, dördüncüsü də heykəltəraşın, biri axırı görünməyən mizin üstünə düzülmüş rakını xoşlayırdı, o biri çaxırı, üçüncüsü pivəni, dördüncüsü də hamısını bir yerdə xoşlayırdı, amma qəribə idi, bu qədər adamın əksəriyyəti bir-biri ilə tanış deyildi, arada yadlıq da yox idi, dilindən, bu kokteylə gəlib çıxdığı min kilometrlərlə müxtəlif məsafələrdən asılı olmayaraq, arada bir doğmalıq var idi və yavaş-yavaş həmin böyük məclisdə ümumi bir ünsiyyət yarandı, əvvəlcə dünyanın müxtəlif siqaretlərinin tüstüsü bir-birinə qarışdı, sonra Qabrovonun qonaqları - müxtəlif rəngli, müxtəlif dilli, müxtəlif dinə sitayiş edənlər və dinsizlər - hamı köhnə və əziz dost kimi bir-birinə qarışdı.
     Mən bütün bunları ona görə yazıram ki, oxucum da mənim o gözlənilməz görüşümün təsirini hiss etsin.
     Deməli, altı-yeddi yüz nəfərlik həmin kokteylin, necə deyərlər, şıdırğı vaxtıdır, mizin üstündəki şüşələrin boşalanı boşalıb, boşalmayanı da yarımçıqdır, dünyanın müxtəlif dilləri ümumi bir küy yaradıb və birdən mən o qədər adamın arasında və həmin beynəlxalq küy içində doğma sözlər eşitdim, daha doğrusu, sözləri başa düşmədim, amma nəsə doğma bir tələffüz, bəlkə də doğma bir şivə hiss etdim və arxaya çevrildim: iki cavan kişi bir-biri ilə türk dilində söhbət edirdi.
     Mən press-mərkəzin «Dünya ona görə salamat qalıb ki, gülməyi bacarır» devizli məlumat gündəliyində oxumuşdum ki, Türkiyədən karikaturçu rəssam Fərrux Doğan da Qabrovo festiva-
     lının iştirakçısıdır və əvvəlcə elə bildim ki, türkcə danışanlardan biri odur, amma sonra məlum oldu ki, yox, belə deyil, bu iki yaraşıqlı, mehriban həmsöhbətlərdən biri Bolqarıstanda yaşayan türk yazıçısı Turhan Raziyev, o birisi isə Parisdən gəlmiş azərbaycanlı rəssam Mustafa Ramazanidir.
     Mən indi öz-özümə fıkirləşirəm ki, axı, bu necə oldu ki, bir o qədər adamın içində Mustafa ilə mən yanaşı dayanmışdıq və Qabrovoya gəldiyimiz elə ilk gündən heç kimin köməyi olmadan beləcə rastlaşdıq?
     Bu sualı mən elə həmin ilk görüşümüz zamanı Mustafaya da verdim və o, dərinliklərinə bir kədər hopmuş gözləri ilə gülümsəyib dedi:
     -Məgər biz qardaş deyilik?
     Doğrudan da, görünür, qan çəkir...
     Biz qardaş kimi görüşdük və Qabrovodakı həmin unudulmaz günlər ərzində həmişə bir yerdə olduq: Qabrovonun gözəl, səliqəli küçələri, şəhərin ortasından axan Yantra çayının sahilləri, Qabrovonun xudmani kafeləri, adamın üzünə gülən yaşıl bağları, konfrans zalları, sərgiləri bizim azərbaycanca söhbətlərimizin şahidi oldu, Araz çayından, Təbriz ilə Bakı həsrətindən xəbər tutdu.
     Elə o ilk görüşdə Mustafa belə bir sağlıq dedi:
     –Dünyada əbədi ayrılıq yoxdur və olmamalıdır. İçək Qabrovoda bir-biri ilə tapışmış iki azərbaycanlının sağlığına!
     Mən də əlavə etdim:
     -İki azərbaycanlının və bir Azərbaycanın şərəfinə!
     Mustafa Tehranda, azərbaycanlı ailəsində anadan olub. Atası İbadulla Ramazani Təbrizlidir, ömrü boyu zəhmətlə dolanıb, həmişə çörəyi daşdan çıxıb, elə indi də Tehranda fəhləlik eləyir. Mustafanın anası Rübabə evdar qadındır və bu gün də Mustafa üçün corab toxuyub qışda Parisə göndərir.
     Mustafa gülümsəyir:
     -Qorxur ki, soyuq olar mənə...
     Mustafa Tehran Universitetinin gözəl sənətlər fakültəsinin qrafika bölməsini bitirib və 1978-ci ildən etibarən, Parisdə yaşayır. Arvadı da azərbaycanlıdır, elektron maşmlar üçün proqramlar tərtib edir.
     Tanınmış karikatura və plakat ustası olan Mustafa Qabrovodakı karikatura sərgisinin iştirakçısı idi və doğrusu, məndə elə hiss var idi ki, elə bil, həmin sərginin iştirakçısı mən özüm idim, Sovet Tttifaqından gəlmiş ədəbiyyat və incəsənət xadimlərini, başqa ölkələrdən gəlmiş yazıçıları sərgiyə dəvət edirdim, bir yerdə bu satirik, yumorlu əsərlərə, o cümlədən də əlbəttə, Mustafanın rəsmlərinə tamaşa edirdik, gülürdük, zarafatlaşırdıq, amma bu gülüşlə, bu zarafatla bərabər, mənim ürəyimin bir dərinində hərdən közərən bir ağrı da var idi: nə üçün, axı, hansı bir məntiqlə mənim Bakıda qoyub gəldiyim yaxınlarım, dostlarım, sənətsevənlər, ən adi tamaşaçılar Mustafanın bu istedadlı əsərlərini görməməlidir?
     Əlbəttə, Bakıda da Mustafanın əsərlərinin sərgisini təşkil etmək olar (və təşkil etmək lazımdır!), məsələ təkcə bu sərgidə deyil, ürəyin dərinində hərdən közərən o ağrı təkcə bir sərgi ilə özünə əlac tapan deyil...
     Mustafanın Tehranda yeddi, Parisdə isə iki fərdi sərgisi nümayiş etdirilib. Dünyanın bir çox karikatura sərgilərinin iştirakçısıdır, 1974-cü ildə Moskvada keçirilən sərgidə, eləcə də Ttaliyada, Kanadada, ADR-də, AFR-də, Kubada, Yuqoslaviyada, Belçikada, Türkiyədə, Skandinaviya ölkələrində onun rəsmləri göstərilib.
     Mustafa, Şəhriyarın bir misrasını pıçıldayır:
Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan!..
     Sonra deyir:
     -Mənə Bakıdan danış...
     Mən də Bakıdan danışıram, dostlarımı xatırlayıram, Bakının hər bir küçəsi, dalanı gözlərimin qabağına gəlir və elə bil ki, Mustafa da o dostlarla tanış olur, o küçələri gözləri ilə görür, həmin küçələrdə bizimlə bir yerdə dolaşır, bizim məclisimizdə bizimlə bir yerdə ədəbiyyatdan, sənətdən, adicə olaraq həyatdan danışır...
     Mən Mustafanın mütərəqqi ruhlu, istedadlı yaradıcılığı dünya ictimaiyyətinin diqqətini cəlb edib, marağına səbəb olub və o, 1979- cu ildə Yuqoslaviyanın Usküp şəhərində keçirilən beynəlxalq karikatura müsabiqəsinin Xüsusi mükafatını (Spisial ödül), 1980-ci ildə Ttaliyada Xüsusi mükafat, Türkiyədə Nəsrəddin ocağmın Böyük ödülünü, 1981-ci ildə yenə də Usküpdə Tkinci mükafat, Parisdə Ikinci plakat mükafatı, Kraqujevasda Uçüncü mükafat alıb.
     Mən Qabrovodan qayıdandan sonra mən «Krokodil» jumalının 1983-cü il nömrəsini (N 17) vərəqləyərkən tanış rəsm gördüm və məlum oldu ki, Mustafanın «Generallar» silsiləsindən «Pinoçetin layiq olduğu orden» adlı siyasi karikaturası bu il Kubanın San-Antonino de los Banos şəhərində keçirilən müsabiqədə dünyanın 28 ölkəsindən 252 rəssamın 610 əsəri arasında Fəxri diploma layiq görülmüşdür və əlbəttə, Mustafanın adını cəmi dörd nəfər diplomçunun sırasında görmək məni sevindirdi.
     Mən Amma ürəkdə bir qüssə də var...
     Mən Azərbaycanlı Mustafa Ramazani, bütün ürəyi ilə, fikri ilə Azərbaycana bağlı olan Mustafa Ramazani bu sərgilərin hamısında Iranı təmsil edir...
     Mən Mən Mustafanın rəsmində Pinoçetin sinəsindəki ordenə baxıram: yekə bir damla qıpqırmızı qandır və onun qapqara çeşməyinin, qapqara hərbi paltarının, qaraqabaqlığının müqabilində bu qan damlası dünyanın dərdindən, ələmindən xəbər verir. Mustafa bu rəsmi də, «Generallar» silsiləsindən başqa rəsmləri də mənə bağışlayıb və budur, ayrı bir general və onun da döşü ordenlərlə doludur: insan gözü, dodaqları, burnunu, qulaqları... Işgəncələr, əzablar, mərhumiyyətlər, haqsızlıq, istismar, milli hüquqsuzluq generalların, hakimlərin, despotların döşünü ordenlərlə doldurur.
     Mən -Mənə Təbrizdən danış... - deyirəm.
     Mən Mustafa Təbrizdən danışır, sevə-sevə danışır, Tehrana köçüb gəlmiş azərbaycanlıların həyatından danışır və onun öz danışığında da, gözlərinin işıltısında da bir həsrət çalarları var və Mustafanın dörd ildən bəri görmədiyi Təbrizi gözlərimin qabağına gətirmək istəyirəm, amma hərdən közərən o ağrı elə hey sızıldayır və səni bütünlüklə öz xəyal aləminə qapılmağa qoymur, sənin xəyallarını yaralayır, yandırır.
     Mən Mustafa danışır, sevə-sevə danışır və mən heç vaxt görmədiyim Ərdəbili, Xoyu, Sərabı... düşünürəm, ürək ağrısı ilə Şeyx Xiyabaninin sözlərini xatırlayıram: «And olsun şərəfimə, o xalqrn ki, istiqlaliyyəti yoxdur, heç bir şeyi yoxdur!». Lakin mən Xiyabaninin Cənubi Azərbaycanla əlaqədar söylədiyi başqa bir fikri də xatırlayıb bir az sakitləşirəm, təsəlli tapıram: «Biz gələcək nəsillərin fədailəriyik, onların firavan yaşamaları xətrinə biz qurban verməliyik!».
     Mən Mustafa danışır, sevə-sevə danışır, Cənubdakı millətimizdən danışır və Mustafa danışdıqca mən heç vaxt görmədiyim, kəlmə belə kəsmədiyim həmin azərbaycanlıların millət və Vətən məhəbbətini hiss edirəm, hiss edirəm ki, onlar Vətən, millət, azadlıq dərdi, ələmi çəkir...
     Mən Lakin hamısımı?
     Mən Məgər ən qatı panfarsçıların, panirançıların bir qismi doktor Şəfəq kimi «azərbaycanlılar» olmayıbmı?
     Mən Böyük Sabirin satirası nə qədər öldürücüdür, nə qədər müqəddəs V ətəndaş qayələri ilə nəfəs alır:
Hər nə çəksən, çək, bəradər, çəkmə düz mizanın,
Çəkmə sən millət qəmin, çəkmə, çək öz qalyanm.
     Mən Zəngin və şərəfli keçmişə malik otuz milyonluq bir millət Cənubi Azərbaycanda şah istibdadı zindanında mənəvi əzab çəkirdi. Bəs indi, Pəhləvi dövranı tarixin şərəfsiz bir epizoduna çevrildikdən sonra?
     Mən Mustafa ilə bir-birimizə baxırıq, bütün içimiz dolub və bu ağır sükutda biz özümüzü güclə saxlayırıq ki, var səsimizlə Möcüzün bu sözlərini qışqırmayaq:
Nə yatıbsan, ayıl, ey ayıl!
Satır axır Vətəni ayani-vatan!
Sürünü qurd dağıdar, yoxdursa çobam-vatan...
     Yox, yox, bədbin fikirləri özümüzdən edək, Mustafa...
     XX əsr azadlıq əsridir. XX əsr müstəmləkəçilik buxovlarının darmadağın edildiyi bir əsrdir. Təbrizin də, Ərdəbilin də, Xoyun, Sərabın da bu əsrdən umacağı var, bütün Cənubi Azərbaycan torpağının bu əsrdən umacağı var!..
     Qardaş qardaşla birləşəcək, Mustafa... Bacı bacını bağrına basacaq, xeyir də, şər də bir olacaq, uzun-uzun illərdən bəri Araza qoşulmuş qüssəli həsrət nəğmələri toylarda, düyünlərdə oxunan vüsal nəğmələrinə çönəcək, Mustafa!..
     Mütləq belə olacaq!..
     Mütləq belə olmalıdır, Mustafa!..
     ... Biz mehmanxanada oturub Mustafanın rəsmlərinə baxa- baxa sənətdan danışırıq, sənətin milli köklərindən, milli simasından danışırıq və Mustafa orta əsrlər Azərbaycan miniatür məktəbinin ənənələrindən istifadə edərək çəkdiyi işləri göstərir. Düzdür, onun bu tipli işləri azdır, amma bu az işlərin özü də Mustafanın klassik Azərbaycan rəssamlığına yaxından bələd olduğunu göstərir, həm də onun müasir zövqündən, incə və iti yumorundan deyir. O digər işlərində də azərbaycanlıdır. Elə həmin «Generallar» silsiləsinin özündə milli əsarətə, hüquqsuzluğa, istibdada qarşı fransızın yox, ingilisin yox, məhz Azərbaycan türkünün qəzəbi mənim üçün aşkar idi.
     -Başqa cür necə ola bilər? - Mustafanın sözləri ürəkdən gələn bir hərarət ilə dolu idi. - Sən hələ bizim o biri rəssamlarımızın işini görəsən...
     Bu gün Parisdə və Qərbi Avropanın digər şəhərlərində bir çox görkəmli azərbaycanlı rəssamlar fəaliyyət göstərirlər, onların nəfıs albomları nəşr olunur, əsərləri dünyanın ən hörmətli sərgilərində nümayiş etdirilir. Bu gün Parisdə yaşayan Bəhrəm Əmioğlu (Heydər Əmioğlunun yaxın qohumudur) müasir dövrün böyük rəssamlarından biri hesab olunur. Dirəxşani, Daryuş Xaqani, Əli Sərmədi də Parisdə yaşayır və işləyirlər. Əli Sərmədinin əmisi oğlu Əhrari Qərbi Berlində məşhur rəssamdır. Davud İmdadyangil üç qardaşdırlar, azərbaycanlıdırlar və hər üçü istedadlı rəssamdır. Davud Parisdə yaşayır, Əyyub ilə Səid isə İrandadırlar. Bəhruz Həşmət görkəmli bir heykəltəraş kimi bütün Avropada məşhurdur və onun öz vətəni Təbrizdə, Şahgölündə Koroğluya ucaltdığı heykəl mütəxəssislərin yüksək qiymətini alıb, xüsusi dərsliklərə düşüb...
     Mustafa bu gün Avropa ölkələrinə səpələnmiş azərbaycanlı sənətkarlar haqqında alovla, ehtirasla danışır və həmin alovda, ehtirasda yanğı da var, qürur da var...
     Günlər quş qanadlıdır... Bu sözləri tez-tez eşidirik, tez-tez oxuyuruq, çünki bu sözlər həqiqətdir və həmin həqiqətdə bir kədər var, həzinlik var.
     Mustafa sabah sübh tezdən Sofiyaya gedəcək, oradan Belqrada uçacaq, Belqraddan da Parisə.
     -Bir bayatı de...
     Mən ilk ağlıma gələn bir bayatı deyirəm:
Dəryada dəryalıqar,
Suda oynar balıqlar.
Nə belə dostluq olsun,
Nə belə ayrılıqlar.
     Göy ulduzlarla doludur. Qabrovonun küçələri boşalıb və elə bil ki, o küçələr günün bütün hay-küyündən, çalıb-çağırmağından, oxuyub-oynamağından sonra o saysız ulduzlar altında dincəlir.
     Təkcə Yantra çayı hərəkətdədi, axır, axır.
-Sən də bir bayatı de...
Əziziyəm mərd çəkər,
Sənsiz könlüm dərd çəkər.
Vətənin qeyrətini Namərd çəkməz, mərd çəkər!
     Mustafa bu bayatını deyir, mən isə ona qulaq asa-asa Yantraya baxıram, Arazı görürəm və bu dəfə ürəyimdə belə bir bayatı eşidirəm:
Mən aşiq, keçdi məndən,
Su gəldi keçdi məndən,
Mərdlərə körpü oldum,
Namərdlər keçdi məndən...

***


     Mustafa Ramazani uzaq Parisdə yaşayır, xəyal isə məni nə vaxtsa Bakıdamı, Təbrizdəmi açılacaq bir sərgiyə aparır...
     Həmin sərginin salonlarında Bəhrəm Əmioğlu ilə Mikayıl Abdullayevin, Tahir Salahovla Davud İmdadyanın, Toğrul Nərimanbəyovla Daryuş Xaqaninin, Əkbər və Əsgər Əhripurların, Əli Səmədinin, Əhrarinin və Rasim Babayevin, Elçin Aslanovun, bir çox başqalarının əsərləri yanaşı asılmışdır. Həmin sərginin salonlarında Cəlal Qaryağdının, Tokay Məmmədovun yaratdığı heykəllər Bəhruz Heşmətin yaratdığı heykəllərlə yanaşı dayanmışdır.
     Əlbəttə, həmin sərgi salonlarında Mustafa Ramazaninin də əsərləri nümayiş olunur, lakin o əsərlər daha dərd çəkmir, azadlıqdan, səlahiyyətdən, dünyanın gözəlliklərindən söhbət açır...
     Və o sərgi salonlarının qapısı Cənubun da, Şimalın da üzünə eyni dərəcədə açıqdır, çünki daha Araz ayrılıq rəmzi deyil, çünki xalq daha birgə işləyir, birgə qurur, yaradır, çünki daha istismar, sinfi bərabərsizlik, milli haqsızlıq yoxdur...
     Və elə bil ki, xəyal içində mən qoç Koroğlunun uzaqlardan gələn qəhrəmanlıq nəğməsini eşidirəm:
Koroğlu əyilməz yağıya, yada,
Mərdin əskik olmaz başmdan qada.
Nərələr çəkərəm mən bu dünyada,
Göstərərəm məhşəri düşmana, gəlsin!..

***


     -Leonid Sergeyeviç, papaq tapıldı?
     -Yox, Elçin, tapılmadı...
     Bu nədir, bəlkə, doğrudan da, möcüzələr olur dünyada və Leonid Lençin o məşhur ağ parusin kepkası tapılmayacaq?
     Biz Qabrovodan çıxıb avtomobillərlə Sofiyaya qayıdırıq.
     Hər şeyin sonu var, bitir, qurtarır, keçmişə dönür. Qabrovo festivalı da dünənki gündən xoş bir xatirəyə çevrildi.
     Yol boyu Buzluçaya qalxıb sərinləmişdik, bir-iki dəfə dayanıb qəhvə içmişdik, Leonid Lençin kepkası harada yaddan çıxıb qalmışdı?
     Biz hamımız o ağ parusin kepkaya elə öyrəşmişdik ki, onun itəndən sonra tapılmasına elə adət etmişdik ki, indi elə bil ki, kepkanı yox, hansısa bir dostumuzu itirmişdik..
     Meksikalı heykəltəraş qadın İzabella Fuentes nəsə vacib bir görüşü olduğu üçün öz dəstəsindən ayrılıb yazıçılarla birlikdə Sofiyaya qayıdırdı və hərdənbir də, ümumiyyətlə, ispandilli xalqlara xas olan bir ehtirasla Leonid Lençə nəsə deyirdi, sonra da gülürdü, amma biz bu ekspansiv qadının nə dediyini başa düşmürdük, çünki onun tərcüməçisi öz dəstələrilə birlikdə Sofiyaya sabah gələcəkdi, bizim isə aramızda ispan dilini bilən yox idi.
     Qazanlıq şəhərində dayanıb nahar etmək üçün otelə getdik. Restoranda yenicə oturmuşduq ki, bir də gördük İzabella Fuentes bir nəfər ispan dilini bilən tapıb bizim yanımıza gəldi. Leonid
     Lençin qabağında dayanıb bayaqkı ehtirasla, şövqlə nəsə dedi və bərkdən güldü. İspan dilini bilən adam onun sözlərini tərcümə etdi:
     -Siz səhər tezdən Qabrovodakı otelin foyesində kepkanızı yadınızdan çıxarıb jurnal mizinin üstündə qoydunuz. İspaniyadan gəlmiş turistlər sizi pusurdular, tez həmin kepkanı götürüb qaçdılar. Onlar elə bilirdi ki, siz Çarli Çaplinin oğlusunuz, kepkanı da özləri ilə suviner apardılar.
     Əlbəttə, biz bu əhvalata xeyli güldük və deyəsən, çox gülən, Leonid Lençin özü oldu.
     Hər halda, təskinlik ondadır ki, Leonid Lençin kepkası itibsə də, İspaniyada Çarli Çaplinin oğlunun kepkası peyda olub.

İyul, 1983.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (29.08.2014) | Müəllif: R.C E W
Baxış: 593 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more