Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Qələbələr arzusu ilə (Məqalə)
QƏLƏBƏLƏR ARZUSU İLƏ


     Asiya və Afrika ölkələri gənc yazıçılarının I Daşkənd görüşünün coğrafi vüsəti, müxtəlif ədəbiyyatları əhatə dairəsi barədə müəyyən bir təsəvvür əldə etmək üçün, elə bilirəm, yalnız bunu qeyd etmək kifayətdir ki, görüşdə 22 Asiya, 36 Afrika ölkəsindən 76 nümayəndə iştirak edirdi. Bundan əlavə, bütün sosialist ölkələrindən, eləcə də ABŞ, İngiltərə, Fransa, İtaliya, İspaniya, AFR, Portuqaliya kimi kapitalist ölkələrindən, Latın Amerikasından müşahidəçi sifətilə gəlmiş yazıçılar görüşün fəal iştirakçıları, Asiya və Afrika xalqlarının bir sıra görkəmli yazıçıları isə fəxri qonaqları idi. Bu iki qitə yazıçıları hərəkatının Çingiz Aytmatov, Nikolay Federenko, Kamil Yaşen, Mirzə İbrahimov, Zülfiyyə, David Kaqultinov, Anuar Alimcanov və başqa xadimləri də Daşkəndə dəvət olunmuşdu və ədəbi mübahisələrdə, fikir mübadilələrində, plenar iclaslardakı müzakirələrdə öz cavan həmkarlarından geri qalmırdılar.
     Ümumiyyətlə, demək istəyirəm ki, Daşkənd görüşündə «cavan» anlayışı nisbi məfhum idi. Bu mənada ən böyük nümayəndə heyətinin - sovet nümayəndələrinin tərkibinə nəzər salmaq kifa- yətdir. Bizim heyətə SSRİ Yazıçılar İttifaqının katibi, şair Robert Rojdestvenski başçılıq edirdi. Nümayəndələr: SSRİ Yazıçılar İttifaqının katibi, şair Rimma Kazakova , «Smena» jurnalının baş redaktoru, yazıçı Albert Lixanov, Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasının dosenti, tənqidçi Yevgeni Sidorov, «Yunost» jurnalı baş redaktorunun birinci müavini, şair Andrey Dementyev, Qazaxıstan Yazıçılar İttifaqının katibi, şair Oljas Süleymenov və imzalarını çox yaxşı tanıdığımız digər nasir, şair və tənqidçilər - cəmi 24 nəfər.
     Xarici ölkələrdən gəlmiş nümayəndələr də, əsasən, tanınmış yazıçılar idi və Daşkənd görüşü, əslində, Asiya və Afrika ölkələri ədəbiyyatında artıq özünü ifadə və təsdiq etmiş yeni nəslin yı- ğıncağı idi. Mən bu cəhəti ona görə xüsusi qeyd edirəm ki, Daş- kənd görüşünün ədəbi-ictimai məzmununun sanballığını, ciddiliyini nəzərə çarpdırım; daha konkret desəm, bu görüşdə gənclik ehtirası ilə yazıçı müdrikliyi arasında bir vəhdət var idi. 131
     Daşkənd görüşü müxtəlif ənənələrə bağlı müxtəlif tarixə və psixologiyaya malik, tipoloji baxımdan müxtəlif bədii-estetik qayələrdən doğan ədəbiyyatların bir-birini əyani şəkildə tanıması, duyması və mən deyərdim ki, bir-birinə yaxınlaşması, doğmalaşması cəhətdən əsl qarşılıqlı əlaqələr körpüsü yarada bildi. Bu, Daşkənd görüşünün - həmin ilk görüşün əldə etdiyi əsas və müştərək mənəvi nailiyyət idi ki, işgüzarlıq və səmimi- lik əhval-ruhiyyəsinin, duymaq, başa düşmək, dərk etmək və eyni zamanda, anlatmaq, tanış etmək, bələdçilik vermək cəhdi sayəsində qazanılmışdı.
     Əlbəttə, təxminən on gün davam edən Daşkənd görüşü (bunu da qeyd edim ki, tanışlıq və fikir mübadilələri hələ Moskvadan başlamışdı) bir sıra çox mühüm ədəbi, ictimai, siyasi problemlər qaldırdı və belə bir fikir Daşkənddə özünün təsdiqini tapdı ki, müasir dövrdə ədəbiyyat siyasətdən, ictimai mübarizələrdən kənarda dayana bilməz. Daşkənd görüşündə çıxış edən, mübahisələrə qoşulan, fikir söyləyən hər bir yazıçı, hər şeydən əvvəl, bir siyasi-ictimai xadim təsiri bağışlayırdı. Sənətkarlıq və vətəndaşlıq arasındakı dialektik əlaqə həmin görüşdə bütün barizliyi ilə nəzərə çarpırdı.
     Haqqında söhbət gedən əsas məsələlərdən biri Asiya və Afrika xalqları ədəbiyyatı və qəhrəman - məqsədi aydın, amalı aydın, bütöv insan problemi idi.
     Bu mənada ədəbiyyatın rolu barədə düşünərkən, əlbəttə, hər şeydən əvvəl, həmin insanın mənəvi simasını, sosioloji əxlaqını müəyyənləşdirmək lazımdır.
     Bütöv insan! Ayrı-ayrı xalqlar ədəbiyyatının ümumi birləşdirici qəhrəmanı olmağa layiq bu adam kimdir?
     Bu suala ən yaxşı cavabı yəqin ki, ədəbiyyatın, bədii təcrübənin özü verir. Bu gün biz tam əsasla deyə bilərik ki, Asiya və Afrika xalqlarının müasir ədəbiyyatı XX əsrin əldə etdiyi zəngin mənəvi sərvətdir. Bir anlıq bu ədəbiyyatın əsas qəhrəmanını gözlərimiz qarşısına gətirək: azadlıq uğrunda mübarizə aparan, vətəni, xalqı və ümumiyyətlə, həyatı sevən və məhəbbətini öz əməli, əqidəsi ilə təsdiq etmək qüdrətinə malik, cəsur, mərd, xeyirxah insan.
     Bu insanın surəti Asiya və Afrika xalqları ədəbiyyatının ən yaxşı romanlarında, pyeslərində, hekayələrində özünün güclü bədii təcəssümünü tapmışdır. Asiya və Afrika xalqları poeziyasının lirik qəhrəmanı da odur - bütün eşqi, amalı ilə azadlıq carçısı:
Günəş sönər,
Ay yox olar,
Okeanlar quruyar,
Göyə sovrular dağlar,
Sən azad olmasan əgər!
Afrikamız bizim,
Qızmar günəş imperiyası,
İşığı çox, kölgəsi çox,
Torpağım mənim,
Sən azadlıqçın
Yaranmısan,
Ürəyim mənim
Sevgi üçün yaranmış kimi.

     Bu Mali şairi Qaussu Diavaranın (o da Daşkənd görüşünün iştirakçısı idi) bu lirik qəhrəmanı Patris Lumumbanın lirik qəhrəmanı ilə həmfikir deyilmi, onların qara bədənlərində eyni azadlıq qanı axmırmı? Budur, Lumumba poeziyası lirik qəhrəmanının öz qara qardaş və bacılarına müraciəti:
Çağlayan dalğaları
Gələcəyə axan Enli çaylar sahili
Qoy sənin olsun!
Qara torpaq,
qara torpaq Bəhrəsi
Qoy sənin olsun!
Günortanın qızmar günəşi
Qoy yox etsin qəmini sənin!
Qoy yox olsun günəş altda
Bu kədərli tarlalarda
Qan qusan Babanın göz yaşları,
Uçsun havaya!
Xalqım mənim azad olsun,
Zəfər çalsın, qoy yaşasın
Böyük Afrikanın ürəyində,
Konqomda mənim!

     Bu Belə bir doğmalıq çox təbiidir. Hərgah bir neçə il bundan əvvəl müstəmləkəçilik Asiya və Afrika qitələri üçün, bir növ, müa- sir «orta əsr» idisə, indi bu gün (və bu fikri Daşkənd görüşü bir daha təsdiq etdi) həmin qitələr özünün intibah dövrünü yaşamaqdadır. Böyük intibah idealı ayrı-ayrı ədəbiyyat qəhrəmanlannı bir- birinə doğmalaşdırır. Mali vətəndaşının da, Konqo vətəndaşının da - bu lirik qəhrəmanlar isə öz ölkələrinin vətəndaşlarıdır! - Vyetnam, Anqola, yaxud Mozambik, Əlcəzair vətəndaşı kimi, məqsədi birdir: Azadlıq və Xoşbəxtlik . Onların düşməni də eynidir: imperializm, müstəmləkəçilik, istismar.
     Bu Böyük-böyük qitələrdə ayrı-ayrı xalqlar arasında yəqin ki, heç bir vaxt bu dərəcədə konkret məslək birliyi, amal eyniliyi olmamışdır və ədəbiyyat da heç vaxt bu birliyi bu dərəcədə dolğun və vüsətli şəkildə əks etdirməmişdir. Bu, istismara və müstəmləkəçiliyə qarşı əsrlərdən bəri davam edən mübarizənin əməli nəticəsi, bəhrəsidir.
     Bu Biz bilirik ki, ədəbiyyat yalnız qəhrəman surətlər yaratmır. Ədəbiyyat həyatda da qəhrəmanlar yetişdirir, vətəndaşlar tərbiyə edir. Bu mənada, vahid Vyetnam Respublikasının yaranması, Anqola vətənpərvərlərinin qələbəsi, bir çox Asiya və Afrika ölkəsinin inkişafı, heç şübhəsiz ki, eyni zamanda Asiya və Afrika xalqları ədəbiyyatının da qələbəsidir. Odur ki, bu ədəbiyyat xoşbəxt ədəbiyyatdır, çünki onun ictimai-fəlsəfi qayəsi bilavasitə müasir həyatda özünün təsdiqini, müsbət əksini tapır.
     Bu Bu ədəbiyyat bir də ona görə xoşbəxtdir ki, o gənclik ehtirası ilə qaynayır. Məsələ yalnız onda deyil ki, Asiya və Afrika ölkələri ədəbiyyatının qəhrəmanları əksərən cavanlardır; əsas məsələ burasındadır ki, gənclik - mübarizə və məhəbbət deməkdir. Bu iki məfhum isə Asiya və Afrika ölkələri ədəbiyyatında aparıcı qüvvədir. Digər tərəfdən, gənclik özü də özündən yaşlılar kimi, böyük ədəbiyyat yaradır.
     Bu Əlbəttə, biz bunu da yaxşı bilirik ki, ədəbiyyat mənəvi sərvətdir. Mənəvi sərvət isə müdrikliyin bəhrəsidir. Lakin müdriklik yalnız yaşla əldə olunmur. Böyük mübariz ənənələr də müdriklik yaradır.
     Bu 28 il ömür sürmüş Mikayıl Müşfiq deyirdi:
Həyatdan doymayan,
İşdən doymayan,
Əfsanə sözlərə məhəl qoymayan,
Könlünü, gözünü verib İşinə,
Baxıb xəyalının yüksəlişinə,
Xalqilə titrəyən,
Xalqilə gülən,
Vətənçin yaşayan,
Vətənçin ölən
Səmimi bir insan nə bəxtiyardır!

     Bu inam, bu əqidə müdriklikdən doğmurmu? Xoşbəxtliyi xalqa xidmətdə görmək fikri sadə göründüyü məlum olduğu qədər də, müdrikdir.
     Böyük və müqəddəs ideallarla yaşayan vahid, bütöv qəhrəmanın, əsrin yükünü çiyinlərində daşımağı bacaran insanın dolğun bədii surətini yaratmaq üçün, məncə, iki mühüm şərt vacibdir: sənətkarlığı artırmaq, bədii-estetik qadirliyə yiyələnmək, dünya ədəbiyyatına bələd olmaq, başqa xalqların mütərəqqi ədəbi təcrübələrindən öyrənmək və istifadə etmək; ikincisi isə, həyatla qaynayıb-qarışmaq, öz qəhrəmanlarından geri qalmamaq, onlarla birlikdə mübarizə etmək və sevmək.
     Böyük türk şairi Nazim Hikmətin bir şeri yadıma düşür. Həmin şerdə müəllif hər hansı bir ölkənin hər hansı bir vətəndaşına müraciət edərək soruşurdu: sən vicdanın qarşısında təmizmisən ki, sülh və əmin-amanlıq naminə, azadlıq və xoşbəxtlik naminə əlindən gələni edəsən?
     Bu sual milliyyətimizdən və ölkəmizdən asılı olmayaraq daim bizimlə yaşamalıdır. Hərgah mən, Azərbaycan yazıçısı, Azərbaycanda yaşayıb yazıramsa, bu sual yenə də həmişə mənimlə olmalıdır və mən öz afrikalı qardaşımı, asiyalı bacımı düşünməliyəm. Bu gün Vyetnamda azadlıq və istiqlaliyyət qələbə çalsa da, Mozambikdə hələ mübarizə davam edir. Bu gün Laos dinc quruculuq yoluna qədəm qoymuşsa da, Rodeziyada hələ istismar və müstəmləkəçilik məhv edilməmişdir.
     Lakin gün gələcək, biz buna əminik ki, hər yerdə müstəmlə- kəçilik də, istismar və bərabərsizlik də, həqiqətən, tarixin qara sə- hifələrinə çevriləcəkdir. O zaman bütün Asiya və Afrika xalqları- nın, bütün mütərəqqi bəşəriyyətin bayramı olacaq və bu böyük bayram Asiya və Afrika xalqları ədəbiyyatının da təntənəsinə çevriləcək.
     Mən Daşkənd görüşündə, plenar iclaslardan birindəki çıxışımda təxminən bu fikirləri söylədim və indi bu cümlələri yazarkən düşünürəm ki, o zaman, o böyük bayram günündə mənim doğma Azərbaycanım yenə də Asiya və Afrika xalqlarına müvəffəqiyyətlər, əmək qələbələri, tərəqqi arzulayacaq, həmin xalqların ədəbiyyatına isə yeni-yeni nailiyyətlər diləyəcək.

1976. Daşkənd.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (20.06.2014) | Müəllif: R.C E W
Baxış: 641 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more