Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Professional tənqidə necə gəldim
PROFESSİONAL TƏNQİDƏ NECƏ GƏLDİM
(İkinci müsahibə)

     -Elçin müəllim, hər bir yazıçı ədəbi hadisələrə, qələm dostlarının yaradıcılığına, ədəbiyyatla bağlı hər hansı bir problemə öz münasibətini bildirir. Yəni bir ədəbiyyat adamı kimi bu, onun borcudur. Elə yazıçılar da var ki, onların yaradıcılığında bu cür yazılar ayrıca bir yer tutur. Həmin yazıçı yeri gəldikcə mətbuatda ədəbi-tənqidi yazıları ilə çıxış edir, hətta illər keçəndən sonra bu yazıları bir kitab halında da oxuculara çatdırır. Bu fəaliyyəti «yazıçı tənqidi»nin nümunəsi kimi səciyyələndirmək olar. Bir də var professional tənqidçi. Məsələn, mən Mehdi Hüseyni bu mənada professional tənqidçi hesab edirəm. O cümlədən, sizi...
     Necə oldu ədəbi tənqidə gəldiniz?
     -Burada mənim aspiranturaya girməyimin böyük rolu oldu. Bunun çox qəribə bir tarixçəsi var - 1965-ci ildə hansısa bir toplantı keçirilirdi və mən də orada çıxış elədim. Bilmirəm necə qarşılandı, amma iki gündən sonra məni Azərbaycan LKGİ-yə çağırdılar. O zaman respublika komsomolunun I katibi Maqsud Əlizadə idi və həmin toplantıda Maqsud Əlizadə də iştirak etmişdi. Onda mən, universiteti təzəcə bitirmişdim. Universitetin elmi şurası mənim, Aydın Məmmədovun, Sokrat Musayevin, İntiqam Qasımzadənin aspiranturada saxlanmağımız haqqında qərar qəbul etmişdi.
     Açığını deyim ki, mənim aspiranturada oxumaq fikri m yox idi. O zaman «Ulduz» jumalının nəşrə başlayacağı haqda söhbət gedirdi və mən istəyirdim ki, məhz həmin jurnalda əməkdaşlıq eləyim. Amma o jurnal 2-3 ildən sonra nəşrə başladı.
     Bəli, gəldim komsomolun Mərkəzi Komitəsinə. Dedilər ki, səni Maqsud Əlizadə qəbul edəcək. Həm təəççüblənirdim - görəsən, Maqsud Əlizadənin mənimlə nə işi ola bilər, həm də sevinirdim - o zaman Maqsud Əlizadə gənclər arasmda böyük hörmət qazanmışdı.
     Oturduq üz-üzə və Maqsud Əlizadə dedi ki, bəs, sənin çıxışın mənim xoşuma gəlib, soruşub öyrənmişəm ki, universiteti təzə bitirmisən, indi fikrin nədir, harada işləmək istəyirsən? Dedim ki, hələ bilmirəm, «Ulduz» jumalının açılmağını gözləyirəm. Dedi ki, mən istəyirəm, sən gəlib burada bizim aparatda təlimatçı işləyəsən. Doğrusu, bu təklif mənim üçün gözlənilməz oldu. Dedim, icazə verin, gedim əməlli-başlı fikirləşim. Gəldim atamla məsləhətləşim. Atam dedi ki, bilirsən nə var, mən özüm çox təəssüf edirəm ki, niyə vaxtında müdafiə eləmədim, (atam əvvəllər də bunu təəssüf hissilə xatırlayırdı, çünki onun yazıçı dostlarından, qələm yoldaşlarından bir neçəsi elmlər namizədi, doktoru idi və onlar ali məktəblərdə ya da elmi-tədqiqat institutlarında işləyirdilər, atam kimi təkcə qonarar ümidinə yaşamırdılar, daimi iş yerləri vardı və hər ay dövlətdən maaş alırdılar), odur ki, sənə məsləhət görürəm aspiranturaya girəsən, müdafiə edəsən, sonra nə istəyirsən elə. Beləcə də həmin il mən aspiranturaya qəbul imtahanı verdim və qəbul olundum. Mənim mövzu seçməyimdə və ümumiyyətlə, tənqidə gəlməyimdə professor Kamal Talıbzadənin böyük rolu oldu. Başladım «Azərbaycan bədii nəsri ədəbi tənqiddə (1945-1965)» mövzusunda namizədlik dissertasiyası ilə bağlı araşdırmalar aparmağa. Hekayələrlə, povestlərlə bərabər, tənqidi məqalələr yazmağa başladım.
     -Elçin müəllim, mənim fikrimcə, tənqidçi geniş erudisiyaya, yüksək nəzəri səviyyəyə malik olmalıdır, şeri, poeziyanı şair qədər, nəsri nasir qədər (bəlkə də artıq!) duymalıdır, ədəbiyyat tarixinə yaxşı bələd olmalıdır, Şərq və Qərb ədəbiyyatına dərindən yiyələnməlidir. Həm də bir şəxsiyyət kimi etiraf olunmalıdır, çünki tənqidçi şəxsiyyəti mühüm amildir - o, cəsarətli, prinsipial, obyektiv olmalı, şəxsiqərəzliyə, subyektivliyə, intriqaya uymamalıdır, eyni zamanda həssas bir ürək sahibi olmalıdır. Bax, bütün bu xüsusiyyətləri özündə birləşdirən hansı tənqidçinin adını çəkə bilərsiniz?
     -Vaqif, bu sualın çox maraqlıdır və elə bu sualla əlaqədar bir müşahidəmi səninlə bölüşmək istəyirəm. Sən yəqin ədəbi mətbuata yaxşı bələdsən, 30-cu, 40-cı, 50 və 60-cı illərdə həmişə Azərbayçan ədəbi tənqidindən bu və ya digər dərəçədə narazılıq ifadə olunub, şikayətlər eşidilib. Qəribə orasıdır ki, bu şikayət və narazılıqları elə tənqidçilərin özləri ediblər. Məsələn, 20-30-cu illərin tənqidçisi Əli Nazim Azərbaycan tənqidinin o dövrkü vəziyyətindən və səviyyəsindən şikayətlənirdi, yaxud 40-cı illərin əvvəllərində M.Arifin «Tənqid və ədəbiyyatşünaslıq» yazısında da eyni narazılığı eşidirik. Bu, nə deməkdir? Deməli, Azərbaycanda ədəbi tənqid var ki, ondan şikayətlər eşidilir, onun səviyyəsi, durumu kimisə narahat edir. Azərbaycan tənqidi həmişə (söhbət 20 - 90-cı illərdən gedir) ikili vəziyyətdə olub - bir olub hakim ideologiyaya qulluq eləyən tənqid, bir də həqiqi ədəbiyyatın qeyrətini çəkən, onun mücadiləsini aparan tənqid. Ancaq ən qəribə orasıdır ki, bir tənqidçidə bəzən bunların (bu iki tənqidçi tipinin) ikisi də birləşib.
     Adını çəkdiyim Əli Nazimi mən Azərbaycan ədəbi tənqidində ən maraqlı şəxsiyyətlərdən biri hesab edirəm. Ondan əvvəl isə mənim bir tənqidçi kimi xoşuma gələn Seyid Hüseyn (Kazımoğlu) olub. Seyid Hüseyndən də əvvəl Abdulla Suru güclü tənqidçi hesab etmişəm. O ki qaldı sovet dövrünə, heç şübhəsiz, Məmməd Arif, Məmməd Cəfər, Cəfər Cəfərov, Mikayıl Rəfili, Mehdi Hüseyn Azərbaycan ədəbi tənqidi naminə çox iş görüblər.
     Ancaq elə istedadlı tənqidçilərimiz də olub ki, onlar öz istedadlarını tam şəkildə üzə çıxara bilmədilər. Məsələn, Məsud Əlioğlu, İslam İbrahimov və Qulu Xəlilov istedadlı tənqidçi idilər, amma yaşadıqları dövrün ideoloji tələbləri bu istedadlı adamların yaradıcılığına da təsirsiz qalmadı. Ümumiyyətlə, dövrün hakim ideologiyasından xilas ola bilməyən tənqidçilərimizin çoxu bu təsirdən yaxa qurtara bilməyib. Misal üçün, Mərkəzi Komitə camışçılığın inkişaf etdirilməsi barədə qərar qəbul edirdi və hakim ideologiya məcbur edirdi ki Azərbaycan tənqidi bunun inikasını ədəbiyyatdan tələb etsin. Tənqid də bu tələblə ədəbiyyata yanaşırdı. Ədəbiyyatın qəhrəmanının kolxoz, sovxoz, traktor olduğu, insanın isə qıraqda qaldığı bir dövrdə tənqid də çox vaxt çalınan havaya oynayırdı.
     Sən, «tənqidci cəsarətli olmalıdır» deyirsən. Nədir bu cəsarət? Yenə Mehdi Hüseyni, onun «Ədəbiyyat və sənət məsələləri» kitabını xatırlayaq. Bu kitab doğrudan da cəsarətli tənqid nümunəsidir, amma baxır bu cəsarət nəyə sərf olunub - bu, başqa bir söhbətin mövzusudur! Məsələn, sən tənqidçi Vaqif Yusifli kimi isə kəskin tənqid edirsən, bu, cəsarətdir, amma sən düz eləyirsənmi? Sənə elə gəlir haqlısan, amma illər keçir, məlum olur ki, yox, sən haqlı deyilmişsən. Ona görə də, sənin dediyin o cəsarət anlamını tənqid üçün şərti qəbul eləmək lazımdır.
     -Mən tənqidçi Elçinə yox, yazıçı Elçinə bir sual vermək istəyirəm. Sizin nəsr əsərləriniz haqqında vaxtilə Pənah Xəlilov, Xalid Əlimirzəyev tənqidi fikir söyləmişdilər. O zaman bu sizi qıçıqlandırmadı ki?
     -Əvvəla, onu deyim ki, həm Pənah Xəlilov, həm də Xalid Əlimirzəyev bir tənqidçi və ədəbiyyatşünas kimi bizim ədəbiyyatımız üçün çox iş görüblər. Pənah müəllim, doğrudur, mənim əsərlərim barədə öz tənqidi iradlarını bildirmişdi, amma bu mülahizələrlə mən razılaşmadım və mətbuatda cavab məqaləsi çap etdirdim. Xalid Əlimirzəyevin həkayə haqqında fikirləri ilə razılaşmayıb ayrıca bir məqalə yazdım, o məqaləni Moskvada da çap etdirdim, həmin məqalə ilin ən yaxşı məqaləsi kimi mükafat da aldı.
     Mən belə hesab edirəm ki, o dövr öz ədəbi mübarizələrinin qaynarlığı ilə seçilirdi.
     -Elçin müəllim, sizin yaradıçılığınız haqqında həm qələm dostlarınız, həm də tənqidçilər söz deyib və təbii ki, bu deyilənlər, yazılanlar yazıçı Elçinin yaradıcılığı haqqında tam mənada olması da müəyyən təsəvvür yaradır. Bu yazılar içərisində sizi tam qane edən, ürəyinizdən xəbər verən nümunələr olubmu?
     -Bilirsən, bu çox ciddi məsələdir. Xatırlayıram atamı, onun haqqında, yaradıcılığı, ya bir əsəri barədə məqalələr çap olunurdu, özünün oxumağa hövsələsi çatmırdı, mənə deyirdi ki, sən oxu, öz fikrini de.
     İş elə gətirib ki, elə ilk kitablarımdan başlayaraq mənim yaradıcılığım barədə də fikirlər söylənib. Cavan bir oğlan idim, haqqımda Məmməd Arif, Məmməd Cəfər, Həmid Araslı, Mir Çəlal, Abbas Zamanov, Mehdi Məmmədov kimi görkəmli şəxsiyyətlər söz deyirdilər, xüsusi məqalələr yazırdılar. Deyim ki, mən indi o şəxsiyyətlərin hər birini hörmətlə yad edirəm və nə yazıblarsa, hərəsinin öz yeri var. Sonralar mənim haqqımda Kamal Talıbzadə, Əziz Mirəhmədov, Bəkir Nəbiyev, Gülrux Əlibəyova, Yaşar Qarayev, daha sonralar Aydın Məmmədov, Kamil Vəliyev, Vilayət Quliyev, Nadir Cabbarov, Kamal Abdulla və başqaları məqalələr yazdılar, elə sən özün bir neçə məqaləni mənim yaradıçılığıma həsr etmisən. Rus tənqidi kitablarım haqqında çox yazdı. Yenə təkrar edirəm, bu yazıların hər birinin öz yeri var.
     Çox qəribədir ki, elə cavanlıqdan mən yaşlı nəsil tənqidçi və ədəbiyyatşünaslarla daha çox ünsiyyətdə olmuşam, nəinki öz yaşıdlarımla. Misal üçün, aramızda çox böyük yaş fərqi olmasına baxmayaraq mən Abbas Zamanovla dostluq edirdim, halbuki, o, atamdan da yaşca böyük idi. Yaxud Məmməd Cəfər müəllimlə dost idim və o, ömründə heç kəsə demədiyi şəxsi sirlərini mənə açırdı. Gedib onunla yeyib-içirdik, məclislərdə olurduq. Ya Abbas müəllim ərklə mənə zəng vurub deyirdi ki, əla bir konyakım var, sabah gəl, bir balaca oturaq. Keçən əsrdə doğulmuş, atamdan 16-17 il böyük olan Qulam Məmmədli ilə də beləcə dost idik. Məmməd Arif müəllimlə də gözəl münasibətlərimiz var idi, ona öz dostumun - Arazın atası kimi həmişə hörmət etmişəm. Eləcə də Həmid Araslı, Mir Cəlal, Əziz Şərif, Cəfər Cəfərov...
     -Elçin müəllim, bu müsahibəmizi bütünlüklə ədəbi tənqid üzərində qurduq. Bunun ardınca tənqidçi Elçinin yaradıcılığından söz açmaq yerinə düşərdi.
Müsahibəni Vaqif Yusifli apardı.
1999.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (22.08.2014) | Müəllif: R.C E W
Baxış: 492 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more