Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Palma ülfəti
PALMA ÜLFƏTİ
(Tunisdən notlar)
1.

     -Ya Mustafa! Yolçu yolda gərək!
     -Tamam! Tamam!
     -Əl-Camda baxdığınız antik dövr amfiteatrı arxada qaldı və Əbdülrəhmanın «Pejo»su Sfaks şəhərinə yol aldı.
     Əgər məndən soruşsalar ki, dünyada insanları bir-birinə yaxınlaşdıran və bir-birinə tanıdan möcüzə nədir və mən bu suala çavab versəm ki, həmin möcüzə yoldur, elə bilirəm ki, oxucuya təzə heç nə demərəm. Y əni belə məlum bir həqiqət var: «Qardaşın necə adamdı?», «Bilmirəm, onunla səfərə çıxmamışam!»
     Mən Tunisdən min kilometrlərlə uzaqda, Bakıda, öz evimdə oturub bu qeydləri yazarkən Mustafanın böyük həyat təcrübəsindən xəbər verən ağıllı gözlərini, Əbdülrəhmanın sərt simasını, Oleqin bir az narahat baxışlarını, elə bil, təzədən görürəm, sonra bu simaların ifadəsi, bu baxışlar dəyişir, Mustafanın gözləri bir uşaq təmizliyi ilə gülür, Əbdülrəhmanın simasını yumşaq bir təbəssüm bürüyür, Oleqin narahatlığından əsər-əlamət qalmır, çünki biz artıq yoldayıq və yol bizi bir-birimizə tanıdır, biz bir insan kimi bir-birimizi qəbul edirik və yol bizi doğmalaşdırır.
     Mustafa əl-Farsi yalnız Tunisin və yalnız Məğrib ölkələrinin yox, ümumiyyətlə, müasir ərəb ədəbiyyatının görkəmli yazıçılarından və ictimai xadimlərindən biridir, Tunis Ədəbiyyat Departamentinin rəisidir. Oleq Bovıkin SSRI Yazıçılar İttifaqı xəttilə mənimlə birlikdə Tunisə ezam edilmiş tərcüməçi, Əbdülrəhman isə «Pejo-504»ün sürücüsüdür. Biz iki gündür ki, ölkə ilə yaxından tanış olmaq üçün Tunisin paytaxtı Tunis şəhərindən çıxıb Sus-Maqdiya-Monastr-Sfaks-Keruyan-Tunis marşrutu ilə yolumuza davam edirik.
     Beləliklə:
     -Ya Mustafa! Yolçu yolda gərək!
     -Tamam! Tamam!
     Bütün yol boyu irili-xırdalı kaktus kolları «Pejo»nu müşayiət edir və hərdən bu çöllü-biyabandakı yeganə kaktus yaşıllığı içində ovuc boyda qıpqırmızı kaktus meyvəsi qızarır və yenə də arxada qalır.
     Oleq iki il Liviyada işləyib və deyir ki, kaktusun bu qıpqırmızı meyvəsi yeməli və dadlıdır. Mən bu meyvələrdən birini dərib dadma baxmaq istəyirəm. Oleq ilə Mustafa məni fıkrimdən eləməyə çalışırlar, «Bunu çılpaq əllə dərmək olmaz, — deyirlər, — dalayır». Tərslik eləyirəm, Əbdülrəhman maşmı saxlayır və mən aşağı düşüb bir qəhrəman şücaəti ilə əlimi kaktusun tikanları arasından uzadıb qıpqırmızı iri meyvəni qırıram və bayaqkı qəhrəmanlığı tamam unudub həmin meyvəni bir kirpiymiş kimi, əlimdən buraxıram və bu gözəl kaktus meyvəsi əlimi elə dalayır ki, bilmirəm ovcumu hara sürtüm.
     Mustafa da, Əbdülrəhman da, Oleq də elə şaqqanaq çəkib gülür ki və onlarm səsi göz işlədikcə uzanan səhranm sükunətini elə canlandırır ki, mən təskinliyi ürəkdən gələn bu gülüşlərdə tapıram.
      «Pejo» yola düzəlir və Mustafa deyir ki, bədəvi ərəblər bu meyvəni çox xoşlayırlar və onu xüsusi qədim alətlə dərirlər, quma sürtüb təmizləyirlər, sonra içini çıxarıb yeyirlər. Mən əlimi ovxalaya-ovxalaya fikirləşirəm ki, bu torpağm yetirdiyi meyvə də özünü yaddan qoruyur. Kiçik Tunis torpağı, bu torpağm qəhrəman xalqı iyirmi beş il bundan əvvəl ən müasir silahlarla və yüzilliklərin müstəmləkəçilik siyasəti və təcrübəsi ilə silahlanmış fransız müstəmləkəçiliyinə qarşı mübarizəyə qalxdı və qalib gəldi, müstəqil Tunis Respublikası yarandı.
     Mustafa:
     -Bakıda kaktus olmur, mən görmədim, — deyir.
     -Ancaq dibçəklərdə görə bilərsən, — dedim.
     Keçən ilin sonlarmda Mustafa, Nizami Gəncəvinin 840 illik yubiley təntənələrində iştirak etmək üçün Bakıya gəlmişdi, amma o zaman biz təkcə tanış ola bildik. Mən M. Cavaxişvilinin 100 illik yubileyində iştirak etmək üçün Tiflisə gedəsi oldum...
     Mustafa:
     -Amma zeytun çoxdu Bakıda, — deyir.
     Əbdülrəhman yekə işçi əlini uzadıb kaktus kollarmı göstərir:
     -Bədəvilər kaktusu elə-belə yeyirlər, meyvə kimi, amma zeytun olmasa, dolana bilməzlər.
     Mən Mustafadan xahiş etmişdim ki, səfərimiz zamanı məni bədəvi ərəblərlə görüşdürsün, özü də turizm ekzotikası xətrinə quraşdırılmış bədəvi güzəranını yox, əsl bədəviləri göstərsin, köçəri həyat sürən bu ərəblərin əcnəbilərə nümayiş etdirilən yox, həqiqi yaşayışlarını, işlərini, güclərini görmək istəyirdim, qayğılarının, sevinclərinin və kədərlərinin şahidi olmaq istəyirdim.
     Mustafa gülümsədi və mənə elə gəldi ki, o, bu arzum ilə «turizm ekzotikası» əleyhinə monoloqum arasında bir təzad gördü. Əslində isə mənim arzumun səbəbi tamam aşkar idi: bütün yaxın və Orta Şərq ölkələrinin, eləcə də Azərbaycanın zəngin ədəbi irsində - folklorunda, klassik ədəbiyyatında öz məxsusi xarakteri ilə, azadpərvərliyi, sərtliyi, vüqarı ilə sabitləşmiş bədəvi ərəb surəti mövcuddur və mən bu barədə qızğın söhbətə başlayanda Mustafa yenə gülümsəyir və başını bulayır:
     -Y ox, məsələ bunda deyil, indi sən deyən bədəvini tapmaq çətin işdi, - deyir. - Bədəvilərin çoxu indi oturaq həyat keçirir. Cavanları universitetlər qurtarıb, böyük şəhərlərdə işləyir, həkimdirlər, professordurlar, vəkildirlər, dövlət işçiləridi. Bizim filan və filan nazirlərimiz bədəvidir. Dünya dəyişib...
     Dünya dəyişib, Mustafa düz deyir və mən onun gözlərində belə bir dəyişikliyə rəğbət oxuyuram və əlbəttə, onu başa düşürəm: Tunis inkişafdadır, bu inkişaf müxtəlif sosial təbəqələrə müdaxilə edir və bədəvi ərəb də artıq öz çadırına sığışmır, dəvələrin sürəti onu daha təmin etmir, səhraların romantikası əsrin sürəti ilə ayaqlaşa bilmir.
     Əlbəttə, bütün bunlar belədir, amma bütün bunlarla bərabər, uzun-uzadı əsrlər boyu köçəri həyatlarına davam edən bədəvilərlə görüşmək istəyim Tunisi gəzdikcə, Tunisin demək olar ki, tamamilə avropalaşmış həyat tərzini müşahidə etdikcə daha da artır və indiki kimi gözümün qabağındadır, biz sübh tezdən Sfaksdan çıxıb Əbdülrəhmanın «Pejo»sunda qədim İslam mərkəzlərindən biri olan Keyruana yol alırıq, Sfaks arxada qalır və bir azdan elə bil ki, bütün həyat arxada qalır, hər tərəf səhra sarısıdır və bu səhra sarısı içində yalnız adda-budda kaktus kolları dünyanın hələ tamam yox olmadığını deyir, bir də ki, Əbdülrəhmanın yaxşı bələd olduğu bu beton yol XX əsrdən xəbər verir.
     Sən demə, səhrada qəribə bir düşündürmək xüsusiyyəti varmış: sonu görünməyən səhra sarısı içində gedirsən və səni yuxu tutmur, mürgüləmirsən, söhbət etməyə, musiqiyə qulaq asmağa da həvəsin olmur və sən elə hey fıkirləşirsən, dünyanın işləri barədə, insanın xisləti barədə özün özünlə söhbət edirsən, özün özünün müttəfiqi və opponenti olursan və bu vaxt...
     ...və bu vaxt Mustafa ilə Əbdülrəhman səhra sarısı içində kölgə kimi bozaran o çadırı eyni vaxtda görürlər: Əbdülrəhman maşının əyləcini basır, Mustafa isə əlini uzadıb mənim yerimə sevinə-sevinə deyir:
     -Odur, sənin istədiyin bədəvi çadırı!..
     Onlar altı nəfər idi: bizi çadırın iyirmi beş-otuz addımlığında qarşılayan iki kişi, çadırın qabağında qumun üstünə döşəkcə salıb oturmuş iki arvad, cavan bir qız və çadırdan xeyli aralıda, qumun üstündə oturub gözlərini bizə dikmiş bir oğlan. Bu adamlar hündürboylu, göygözlü, sarışm idilər və gün onlarm əllərindən fərqli olaraq sifətlərini yandırmamışdı, bənizləri ağappaq idi və bunun səbəbi o idi ki, bədəvilər demək olar ki, həmişə üzlərini parça ilə örtürlər.
     Səlim - kişilərdən birinin və yəqin ki, bu kiçik köçün başçısının adı belə idi - bizi gülərüzlə salamladı, kim olduğumuzla maraqlandı və dedi ki, Mustafanm adını eşidib, bilir ki, kitabyazandı, alim adamdı.
     Həmin dəm Mustafa dünyanm ən xoşbəxt adamlarmdan biri idi və özündən razı qaldığmı heç gizlətmək də istəmirdi...
     Sonra Səlim öz adamlarını uzun qəhvəyi barmağı ilə bir-bir göstərə-göstərə kim olduqlarını dedi. Səlim ilə yanındakı kişi əmioğlanları idi, arvadlarm da biri onun, o biri Səlimin idi, qız da Səlimin qızı idi, amma çadırdan aralıda qumun üstündə oturub zəndlə bizə baxan oğlan barədə Səlim bir söz demədi və nədənsə mənə elə gəldi ki, həmin oğlanı çəkib bu sarı səhra tənhalığına gətirən o göygözlü sağlam və gözəl qızdı.
     Səlimgil burada müvəqqəti məskən salmışdılar, mövsüm işi axtara-axtara şimal tərəfdəki zeytun plantasiyalarma tərəf gedirdilər, onlar plantasiya sahibləri ilə danışığa girəcəkdilər, zeytun yığacaqdılar, lazım olan yerə daşıyacaqdılar, sonra haqlarını alıb yenə cənuba qayıdacaqdılar, kimin nə dərd-səri, nə qayğısı vardısa, məşğul olacaqdı, qızmı verən qızmı verəcəkdi, oğlu olan oğlunu evləndirəcəkdi (əlbəttə, toy sözünü eşidəndə mən yenə istər- istəməz gözaltı həmin oğlana və gözəl qıza baxdım).
     Çadırdan bir az aralıda bir dəvə sinəsi üstə quma yatıb kövşəyirdi və həmin kövşəyən dəvə o dəm mənə dünyanm ən müdrik məxluqatı kimi görünürdü, çünki əsrlər bir-birini əvəz edir, dəvə isə sürəti vecinə almayıb beləcə əbədi bir təmkinlə dünyaya baxır, mədəsinin işini yüngülləşdirir.
     Amma XX əsr, hər halda, XX əsrdir: çadırın yanında bir motosiklet dayanıb və o motosikletin təmiz nikelli dəmirləri günün altında par-par parıldaya-parıldaya, XX əsrin bədəvi (əsl bədəvi!) güzəranına müdaxiləsindən xəbər verir.
     Dəvə və motosiklet... Görəsən, bu müxtəlif obrazlar öz sahiblərini Krılovun məşhur təmsilində olduğu kimi, müxtəlif də istiqamətlərə çəkmirmi? O səhra sarısı içində mənə elə gəldi ki, həmin müdrik dəvə ilə nikelləri par-par parıldayan motosiklet bir- biri ilə ölüm-dirim mübarizəsi aparan rəqiblərdi. Hansı qalib gələcək? Zaman motosikletin tərəfındədi, tarix isə dəvəni müdafiə edir, amma düzünü deyim ki, nədənsə, mənim dəvəyə yazığım gəldi. Həmin müdrikliyin aqibətində bir müvəqqətilik, gəldi-gedərlik hiss etdim...
     Səlim keçib gəldikləri yerləri bir-bir sayır və mən soruşuram.
     -Sizin üçün hara yaxşıdı?
     Səlim mənə baxır, gülümsəyir və deyir:
     -Allahın yanı.
     Səlim əllərini açır, başını göyə qaldırır.
     Göy tərtəmizdir və yenə də uzun-uzun əsrlərdən bəri olduğu kimi, orada heç nə görünmür.
     Sonra Səlim əyilib yerdən bir ovuc qum götürür və o bir ovuc quma baxa-baxa:
     -Ya bura olsun, - deyir, - ya da Şəttəl-Ərəbin sahili, nə fərqi var?.. Hamımızın axırı birdi. Sən yaşadığın yerin adı nədir?
     -Bakı.
     -Orada insanlar qocalıb ölürlər?
     -Hə.
     -Onda səninlə mənim nə fərqimiz var?
     Dəclə ilə Fərat çayları birləşəndən sonra ona Şəttəl-Ərəb, yaxud Şətti-Bağdad deyirlər. Şəttəl-Ərəb axıb İran körfəzinə tökülür. Bu susuz səhra sakini üçünsə o uzaq və bağlı-bağatlı sahil ilə bu intəhasız sarılıq arasında heç bir fərq yoxdur. Mənə elə gəldi ki, belə bir fatalizm, əslində, əsrlər boyu səhranın işləyib hazırladığı və öz sakinlərinə təlqin etdiyi strategiyadır, özünümüdafıədir: səhra, sakinlərinin onu tərk edəcəyindən qorxur və bu yolla öz sakinlərində nəsillərdən nəsillərə keçən bir vəfadarlıq yaradır.
     Bir xeyli beləcə ordan-burdan, necə deyərlər, Trandan-Turandan söhbət etdik; təkcə Səlimlə danışırdıq, əmioğluya verdiyim suallara da Səlim cavab verirdi, əmioğlu ancaq gülümsəyirdi və Səlimin dediklərinin hamısmı başı ilə təsdiq edirdi, bizim sözlərimizə isə gah heyrətlənir, gah da bu sözlərin sadəlövhlüyü müqabilində gizlətmək istədiyi bir təkəbbürlə başmı bulayırdı.
     Mustafa fotoaparatını çıxarıb hazırlamağa başladı.
     Mən həmişə fotoda bir soyuqluq hiss etmişəm və fotoşəkillərə baxanda həmişə də mənə elə gəlib ki, keçmişin ən xoş təəssüratlı xatirəsi də bir məqamda tamam nazik və şəffaf buz layı ilə örtülüb, dayandırılıb; xüsusən, yay vaxtı, deyək ki, çimərlikdə, yaxud bürküdən nəfəs almaq mümkün olmayan, tərli məclislərdə, iclaslarda çəkdirilmiş fotoşəkillər mənə qeyri-təbii təsir bağışlayır (rəssamlıq sənəti ilə fotonun bir fərqi də mənim üçün məhz budur!), amma bu yerdə səhra istisinə, Səlimin mehribanlığmı nəzərə alıb daha dəqiq desəm isə, səhra istiqanlığına baxmayaraq foto çəkdirmək günahdır və bu zaman belə bir hadisə baş verdi: Mustafa fotoaparatı sazlayıb qurtardı, amma... Səlim bizimlə bir yerdə dayanıb şəkil çəkdirməsi üçün pul istədi.
     Hərgah bədəvi ilə bir yerdə şəkil çəkdirib aparırıqsa, bu da bir suvenirdir və suvenir almaq üçün pul vermək lazımdır.
     Mustafanı bu cür pərt görməmişdim.
     Mən özümü itirmiş halda cibimdə xırda-xuruş axtararkən Mustafa fotoaparatı meşin qoburun içinə basıb bağladı və «Pejo»ya tərəf addımladı.
     Mən də, Oleq də bu gözlənilməz pərtliyi aradan qaldırmaq üçün cidd-cəhdlə xudahafızləşdik və Səlimgil də qətiyyən heç nə olmayıbmış kimi, gülə-gülə bizi yola saldılar.
     Mənə elə gəldi ki, Səlimgil o səhra sarılığına çökmüş pərtliyi heç hiss də etmədilər və bizim şəkil çəkdirməməyimizi adicə olaraq pulsuzluğumuzla, ya da xəsisliyimizlə yozdular.
     Sonra Əbdülrəhman:
     -Ya Allah! - dedi və «Pejo» yavaş-yavaş yerindən tərpəndi.
     Yanmdan ötəndə mən maşınm pəncərəsindən çadırdan kənarda dayanıb səhərdən bəri zəndlə bizə baxan oğlana əl etdim və o cavan oğlan indiyə qədər hafizəmdə həkk olunmuş işıqlı bir təbəssümlə gülümsədi və doğrusu, mənə elə gəldi ki, o hər şeyi başa düşdü və həmin işıqlı təbəssümü ilə: «Fikir etməyin, - dedi. - Hər şey düzələr...»
     Mən çox istəyirdim ki, Mustafa da o cavan oğlanın işıqlı təbəssümünü görsün, amma Mustafa ona tərəf baxmadı və bizi ötürən o işıqlı təbəssümü görmədi.
     Həmin təbəssüm də, o boz çadır da arxada qaldı.
     Tamam səmimi deyirəm: onda mənə elə gəldi ki (indi Bakıda cib dəftərçələrimə baxa-baxa bu sətirləri yazarkən də mənə elə gəlir), o boz çadırla birlikdə mənim yaxın, hətta əziz adamlarım həmişəlik arxada qaldı... Nə üçün mənə belə gəldi və indi də belə gəlir? Bu - səhra istiqanlılığınınmı xüsusiyyətidi, hətta pərtliyə belə baxmır!? Bilmirəm...
     Mustafanın isə pərtliyi keçib getmir.
     Və mən şahidi olduğum başqa bir hadisəni xatırlayıram: Nabul şəhərinin yanından ötüb Tunisin məşhur turizm mərkəzlərindən biri olan Kantava limanına dönürük, hündür evkalipt ağaclarının arasından keçib bir az dincəlmək üçün «Hanibal» otelinə düşürük və bu zaman təbiətən çox impulsiv bir adam olan Mustafa otelin şüşə divarlarından tərtəmiz səmaya baxır, cəld ayağa qalxır:
     -Gedək! - Deyir. - Siciliya adasını sənə göstərəcəyəm!..
     Oteldən çıxıb Aralıq dənizinin sahilinə enirik. Yüzlərlə şəx- si yaxta və gəmilər sahildə lövbər salıb. Bu yaraşıqlı müasir gəmilər öz sahiblərini Avropanın şimalından tutmuş Afrikanın cənubunacan müxtəlif ölkələrdən bu yerlərə gəzməyə, istirahətə, kefə gətirib. Mustafa iri addımlarla axtara-axtara, bəziləri sağlamlıqdan, gənclikdən, bəziləri də puldan, harınlıqdan xəbər verən yaxta və gəmilərin arasında bir boşluq tapır və diqqətlə üfüq xəttinə baxır, sonra əlini uzadıb barmağı ilə uzağı göstərir:
     –Bax, odur, Siciliya!... Dünya, doğrudan da, çox kiçikdir. - Mən üfüqdə nəsə kölgəyəbənzər bir qaraltı görürəm...
     Dünya isə, doğrudan da, kiçikdir. Bir dəfə mən Yuqoslaviyadan Zaqreb-Belqrad-Moskva xətti ilə Vətənə uçmalı idim, amma havanın şıltaqlığı nəticəsində bir günün içində müxtəlif təyyarələrlə - «Il»lərlə, «Boinq»lərlə, «Karavelle»lərlə Zaqreb-Belqrad-Zaqreb-Belqrad-Berlin-Belqrad-Leninqrad kimi bir marşrutla - o aerodrom qəbul etdi, bu aerodrom qəbul etmədi, ora getdik, təzədən geri qayıtdıq - uçmalı oldum, elə həmin gecə Leninqraddan qatarla çıxıb səhər Moskvaya gəldim və iş belə gətirdi ki, günorta Moskvadan Bakıya uçdum, amma qəribə idi, bu yorucu səfər mənim üçün dünyanın genişliyindən, böyüklüyündən yox, əksinə, dünyanın kiçikliyindən xəbər verirdi və o zaman, yadıma gəlir, bu barədə çox fıkirləşdim, dünyanın - bu kiçik dünyanın atom, hidrogen, neytron, daha nə bilim hansı bombalar ehtiyatı elə bil ki, orta əsr müharibələri zamanı insan kəllələrindən düzəldilmiş bir ehram kimi, mənim gözlərimin qabağına gəldi və məndə, bu sözü yazmaqdan çəkinmirəm, heyvani bir qorxu hissi oyatdı.
     Lakin biz Aralıq dənizinin sahilindən, Kantava limanmdan uzaqlaşmayaq.
     Mən hardasa belə bir elmi hipoteza haqqında oxumuşdum ki, Aralıq dənizi Siciliya ilə Şimali Afrika arasında qədim gəmilər qəbiristanlığıdır. Eramızdan əvvəl III-II əsrlərdə Roma Karfagenə qarşı məşhur Puniçk müharibələri aparırdı və bu müharibələr Karfagenin məhvi ilə qurtardı. Alimlərin fıkrincə Aralıq dənizinin bu hissəsi batırılmış Roma və Karfagen gəmiləri ilə doludur və Siciliya yaxınlığında böyük bir Karfagen gəmisinin tapılması da, alimlərin bu fıkrinə qüvvət verir. Həmin gəmini sudan çıxarıb ən qiymətli bir muzey əşyası kimi Siciliyada nümayiş etdirirlər.
     Budur, indi özüm Aralıq dənizinin həmin sahilində dayanıb dünyanın belə işləri barədə düşünürəm, bir vaxt yandırılan, məhv edilən, batırılan gəmi bu gün misilsiz tarixi abidədir, milli sərvətdir. Böyük Ələsgərin atası Aşıq Alməmmədin çox sadə, amma yaddaqalan iki misrasını xatırladım:
Dünya, sənin gərdişindən,
Başa varan görəmmədim!
     Mustafa deyir:
     -Bu da sənin üçün tarixi bir hadisə: Afrikada dayanıb Avropanı görürsən.
     Mən gülümsəyirəm və bizim Mollanın məşhur bir əhvalatını Mustafaya danışıram: Molladan soruşublar ki, dünyanın tən ortası haradı? Molla əsasının ucu ilə qabağında kiçik bir çevrə cızıb ki, buradır; təəccüb ediblər ki, nə bilirsən və necə sübut edərsən? Molla sadəcə bir cavab verib:
      «Inanmırsınız, ölçün».
     Mustafa gülə-gülə Mollaya:
     -Əhsən! - deyir, sonra o uzaq kölgəni göstərir: - Amma ora doğrudan Siciliyadı, bu cür aydın havada görünür.
     Bu zaman biri yaşlı, o biri cavan iki ərəb milli geyimdə, hərəsi də ardınca bir dəvə çəkə-çəkə bizə yaxmlaşırlar və o saat məni əcnəbi kimi tanıyırlar, dəvədə gəzməyi təklif edirlər. Mən bu süni ekzotikadan imtina edirəm, çünki ta uşaqlıqdan sirk meydançasmda şar oynadan şirlərdən, qabaq ayaqları üstə gəzən itlərdən, eləcə də parnikdə becərdilmiş pomidordan xoşum gəlmir - bu da bir xasiyyətdir. Sonra Mustafa fotoaparatını çıxarıb o uzaq üfüq xəttini çəkmək istəyir.
     -Sənə, Bakıya göndərəcəyəm!
     Bu vaxt hər iki ərəb dəvələri irəli çəkib sürətlə Mustafanm qabağını kəsirlər və fotodan ötrü pul istəyirlər.
     -Burada çəkilən şəkil üçün pul verməlisiz!..
     Mustafa hirslənir, nə hirslənir... hirslə, yanğı ilə:
     -Oz ölkəmdə şəkil çəkmək üçün mən pul verməliyəm?! - qışqırır, amma onun nə bu qışqırtısı, nə də hirsli gözləri ərəblərə təsir etmir və mən araya girib Mustafanı sakitləşdirmək istəyirəm ki, dava-dalaş düşməsin.
     Mustafa yenə əlini uzadıb barmağı ilə həmin uzaq üfüq xəttini göstərir:
     -Hamısı oradan gəlir! Onlar elədi hamısmı, onlar!..
     Bu dəfə əlbəttə, söhbət Siciliyadan, İtaliyadan və ya ümumiyyətlə, Avropadan getmir, söhbət Avropa müstəmləkəçiliyindən gedir. İndiki halda isə, daha dəqiq desəm, fransız müstəmləkəçiliyindən gedir.
     Mustafa Fransanı sevir, Sarbon Universitetini bitirib, böyük fransız ədəbiyyatmm vurğunu və təbliğatçısıdır, amma Mustafa həm də hər bir adi tunisli kimi, fransız müstəmləkəçiliyinin qatı düşmənidir və qırxmcı illərin sonu, əllinci illərdə bütün gəncliyini bir əlində qələm, o biri əlində avtomat, fransız müstəmləkəçiliyinə qarşı mübarizəyə, azad Tunis uğrundakı mübarizəyə həsr edib...
     ...Əbdülrəhman diqqətlə yola baxır. Mustafanm pərtliyi hələ də keçib getməyib. Mən söylədiyim bu hadisəni xatırlayıram, sonra elə bil ki, o bədəvi ərəblə - Səlimlə mükaliməmi yenidən eşidirəm:
     -Sizin üçün hara yaxşıdı?
     -Allahm yanı...
     Və mən çox arzu edirəm ki, yəqin ki, bir də heç vaxt rast gəlməyəcəyim Səlim də, o göygöz gözəl və sağlam qız da, o işıqlı təbəssümlü cavan oğlan da «Sizin üçün hara yaxşıdı?» - sualına «Bütün Tunis torpağı!» - cavabını versinlər. O zaman Mustafa da beləcə pərt olmaz. Sonra mən o səhra sarısını yarıdan bölüb uzanan beton yolla yorulmadan, təngə gəlmədən maşın sürən Əbdülrəhmanın sükandan yapışmış güclü əllərinə baxıram və elə bil ki, bu dəm Əbdülrəhmanın həmin işçi əlləri mənim arzuladığım o gələcək günün həqiqiliyindən, reallığından xəbər verir.
2.

     Keyruanda Böyük məscid, yaxud Sidi Okba məscidi dünyanın ilk məscidlərindən biri kimi Şimali Afrika müsəlmanlarının ziyarətgahıdır və Keyruan da müqəddəs İslam şəhəridir.
     Sidi Okba birinci müsəlman sərkərdələrindən olub və biz onun adını daşıyan və möhtəşəmliyi, sanbalı ilə insan zəkasının sonsuz üfüqlərindən xəbər verən, əlin qadirliyindən, sənətin dini mənsubluq tanımayan sərhədsizliyindən söz açan bu qədim abidəni gəzərkən vaxtilə İstanbulda keçirdiyim bir hissi yenidən yaşadım.
     O vaxt məşhur türk şairi və arxitektoru Çingiz Bektaşla birlikdə Aya-Sofya məscidini görməyə getmişdik. Bizimlə eyni vaxtda Aya-Sofyada bir dəstə turist gəzirdi və onlara bələdçilik edən gid deyirdi;
     -Aya-Sofya əvvəllər kilsə olub və xaçpərəstliyə qulluqdan xəbər verib, sonra məscid olub və İslama xidmətdən xəbər verib...
     Heç vaxt yadımdan çıxarmaram, o vaxt gidin həmin sözləri mənə dünyanın ən sadəlövh və əbləh mühakiməsi kimi göründü. Aya-Sofya həmişə insanın qadirliyindən xəbər verib və bu böyük memarlıq abidəsinin qalın daş divarları arasında İsaya, yaxud Məhəmmədə etiqad faktı isə Aya-Sofyanın bir arxitektura abidəsi kimi mədəniyyət faktı olması müqabilində şəxsən mənim üçün əhəmiyyətsizdir.
     Son dəfə Sidi Okba məscidi qarşısında ayaq saxlayırıq və mən Mustafaya deyirəm:
     -Min il bundan əvvəl belə bir tikintini ucaldan xalq böyük xalqdır.
     Mustafa səhərdən axşama kimi dalbadal çəkdiyi növbəti siqaretdən dərin bir qullab vurub:
     -Bu barədə «Döngə»də yazmışam, - deyir.
      «Döngə», Mustafanın avtobioqrafik romanıdır. Mən, deyəsən, yenə ədəbiyyat söhbətinə başlayıram... Mənim səfərimdən bir az əvvəl Parisdə keçirilən Dünya kulinariya festivalında Tunis ikinci yeri tutub və doğrusunu deyim ki, nahar zamanı bəzən buna təəccüb edirdim: necə olub ki, Tunis birinci yeri tutmayıb?
     Mustafa isə xalis qurmandır, yeməkdən-içməkdən elə şövqlə danışır ki və bu zaman, necə deyərlər, xoruz səsi eşitməmiş o qədər məlumat nümayiş etdirir ki, tanımayan olsa fıkirləşər ki, bu bəxtəvərin dünyada yemək-içməkdən savayı bir dərdi-səri yoxdu.
     Mustafa çox maraqlı müsahibdir və onunla kulinariya məsələlərindən tutmuş, müasir ekologiya problemlərinəcən, nədən danışırsansa danış, söhbətinin duzuna, səriştəsinə söz ola bilməz, amma bir mövzu var ki, bu barədə danışanda Mustafanın ehtirası, həvəsi özünü də ötüb keçir.
     Əlbəttə, oxucu yəqin başa düşdü ki, söhbət ədəbiyyatdan gedir.
     Tunis səfərim zamanı otellərin gəldi-gedəri nömrələrində, Əbdülrəhmanın sürdüyü maşmda, Mustafagilin hər bir küncü yazmaqdan, qələm işindən xəbər verən, başdan-başa yazıçı ovqatı ilə nəfəs alan evində, Tunis Mədəniyyət Nazirliyinin və Ədəbiyyat Departamentinin keçirdiyi rəsmi tədbir və yığıncaqlarda, Tunis Yazıçılar Birliyində, eləcə də ölkənin görkəmli yazıçı və ədəbiyyatşünasları - Nurəddin Səmmudla, Omər ben Salemlə, professor Mühəmməd Fantarla, Mədəniyyət İşləri üzrə Milli Komitənin rəisi Omər Süxeyri və bir çox başqaları ilə bədii ədəbiyyatın predmeti, müasir dövrdə oynadığı rol və vəzifələri barədə geniş söhbətlər edirik, bəzən bu söhbətlər ədəbi mübahisələrə, hətta, əgər belə demək mümkünsə, ədəbi höcətləşmələrə gətirib çıxarırdı və bu vaxt məşhur Şərq qonaqpərvərliyi öz işini görürdü: hisslər cilovlanırdı və biz bir-birimizi başa düşməyə çalışırdıq. Mənim əsas müsahibim isə, əlbəttə, Mustafa idi və sidq-ürəkdən deməliyəm ki, ədəbiyyatın bir çox problemlərinə münasibətdə biz Mustafa ilə həmfikir, müttəfiqik.
     Budur, qeyd dəftərçəmi vərəqləyirəm...
     M ə n. Məqrib ölkələrində, xüsusən Əlcəzairdə və qismən də Tunisdə bədii ədəbiyyat iki dildə inkişaf edir: ərəb və fransız dillərində. Şəxsən mənim üçün ədəbiyyatın ikidilliyi həmişə qaranlıq və anlaşılmaz bir ədəbi hadisə olub. Sən bu barədə nə deyə bilərsən?
     M u s t a f a (gülümsəyir). Bilirsən, axı, bir vaxtlar mən özüm fransız dilində şerlər yazırdım...
     M ə n (heyrətlə). Doğrudan?
     Bilmirəm bu xəbər niyə mənə bu dərəcədə qəribə göründü? Bəlkə ona görə ki, bu xəbərlə Mustafanın təbiətindəki xəlqilik bir-birinə uyuşmurdu, ona görə?
     M u s t a f a. Hə, lap doğrudan! (Siqaretdən dərin bir qullab vurub xəyalən keçmiş günlərə qayıdır.) Bir dəfə kəndlərimizdən birində məndən xahiş etdilər ki, şer oxuyum. Mən ortaya çıxıb şer oxumağa başladım. İndiki kimi yadımdadı, ən çox sevdiyim şerləri oxuyurdum, fransız dilində. Kəndin camaatı başıma yığışıb səssiz-səmirsiz mənə baxırdı. Bu adamların bir çoxu bəlkə də birinci dəfə idi ki, şair görürdülər. Mən həmin şerləri oxuyurdum, gözlərim isə, özümdən asılı olmayaraq bir-bir o sadə kənd camaatmm sifətində gəzirdi. Birdən-birə tamamilə gözlənilmədən mənim üçün aydın oldu ki, vətənpərvərlik ruhunda yazdığım bu şerlər, sadə xalqm təəssübünü çəkməyə çağıran bu şerlər, əslində, həmin xalq üçün yaddır. O zaman mən aydm bir həqiqəti, az qala, fiziki surətdə hiss etdim: xalqın yazıçısı gərək həmin xalqın dilində danışsm.
     M ə n. Səni çox gözəl başa düşürəm və səninlə həmfikirəm. Amma bu məsələdə bəzən obyektiv amillərlə də qarşılaşırsan ki, onları nəzərə almamaq mümkün deyil.
     M u s t a f a (siqareti dodaqlannda saxlayır və cibindən dəsmal çıxarıb çeşməyinin şüşəsini təmizləyir). Cavanlıqda sevdiyim yazıçılardan biri Cozef Konrad idi. Kimdi Cozef Konrad? Polşalı, amma ingilis dilində yazmağa başladı və məhz ingilis ədəbiyyatının görkəmli nümayəndəsi oldu, Polşa ədəbiyyatının yox. Düzdü, onun əsərlərinin mövzusu da Polşa mövzusu deyildi...
     M ə n. Mənə elə gəlir ki, bu məsələdə hər bir ədəbi hadisəyə fərdi yanaşmaq lazımdı. Sən mövzunu deyirsən... Don Xoze ispan idi, Karmen qaraçı qızı idi, amma Merimenin «Karmen» novellası nə ispan, nə də qaraçı ədəbiyyatının faktıdır, «Karmen» təbii ki, fransız ədəbiyyatı faktıdır. Eyni zamanda, bunun əksi də olur. Məhəmməd Dib kimdir?
     M u s t a f a. Əvvəlcə fikrini de, sualı sonra ver.
     M ə n. Onda sualsız keçinərik. Mən hələ iyirmi il bundan əvvəl universitet tələbəsi ikən Dibin «Əlcəzair» trilogiyasmı rus dilində oxumuşam. Əlbəttə, o vaxt mənim ağlıma gəlməzdi ki, iyirmi ildən sonra bu barədə Tunisdə Mustafa əl-Farsi ilə söhbət edəcəyik, amma, hər halda, sənə deyə bilərəm ki, «Əlcəzair», xüsusən də trilogiyanm ikinci kitabı, gərək ki, adı «Yanğm» idi, mənə çox təsir etmişdi. Əlcəzairi və əlcəzairli ərəbi mənə tanıtmışdı. Məhəmməd Dib də, maraqla oxuduğum başqa istedadlı Əlcəzair yazıçısı Katib Yasin də fransız dilində yazırlar, amma onlarm əsərləri — hər halda, mən oxuduqlarımı nəzərdə tutub deyirəm — fransız ədəbiyyatı nümunəsi deyil. Obyektiv amillər deyəndə, mən onu nəzərdə tuturam ki, hərgah Məhəmməd Dib, yaxud Katib Y asin müəyyən səbəblərə görə fransız dilində təhsil alıblarsa, özlərini fransız dilində ifadə edirlərsə, bu onlarm günahı deyil...
     M u s t a f a (mənim sözümü kəsərək). Faciəsidir... Əlbəttə, Məhəmməd Dib də, Katib Y asin də, Mulud Mammeri də, Mulud Feraun da istedadlı yazıçılardır və bu əlcəzairli vətəndaşlarm ərəb dilində yox, fransız dilində təhsil almaları, yazmaları da fransız müstəmləkəçiliyinin nəticəsidir. Amma bütün bu obyektiv səbəblərə baxmayaraq, fakt fakt olaraq qalır: sənin yazdığmı başqa bir adam tərcümə edib sənin xalqma çatdırmalıdır. Bax, faciə də bundadır. Bir anlıq təsəvvür et ki, Dib də, Yasin də, Feraun da gözəl əsərlərini ərəb dilində yazıblar... hər şey qalsm bir tərəfə, ancaq elə bunu fıkirləş ki, müasir ərəb dili, üslubiyyət nə qədər inkişaf edərdi, zənginləşərdi. (Mustafa əlini yuxarı qaldınb çeşməyinin üstündən altdan-yuxan öz əlinə baxır.) Sən dediyin obyektiv faktorları mən də başa düşürəm, amma elə bu obyektiv faktorlarm özləri bu gün bizə dərs olmalıdır və biz o təmayülü təbliğ və inkişaf etdirməliyik ki, balalarımız gələcək gözəl əsərlərini öz ana dillərində yazsmlar. Bunun üçün ana dilli məktəblərin saymı və səviyyəsini artırmalıyıq, uşaqlarımızı öz dilimizdə oxutmalıyıq.
     Mən Tunisdən qayıdandan sonra, müasir dünya mədəniyyətinin böyük nümayəndələrindən birinin — Federiko Fellininin «Humanite»nin müxbiri ilə müsahibəsini oxudum («Za mbejom», 1982, N 22) və həmin müsahibədə hətta Fellini kimi tamam bəşəri mündəricəli bir yaradıcılığm sahibinin belə, söylədiyi bu fikir mənim üçün əlamətdar göründü: «Rəssam da, yazıçı, rejissor, artist də yalnız dərin kök atdıqları öz torpaqlarmda «səmərəli işləyə bilərlər. Onlarm özlərini ifadəsi üçün ana dilləri hava kimi lazımdır, onlar öz xalqlarının həyatını əks etdirməlidirlər, öz xalqlarının mənəvi zənginlikləri ilə ruhlanmalıdırlar».
     Bu fikirdə əsas götürülən üç məfhum:
     ana dili, xalq həyatı, xalqın mənəvi zənginliyi təbii ki, ən sıxı surətdə bir-biri ilə bağlıdır və onların, deyək ki, ikisinə əməl etmək, amma birinə əməl etməmək, belə bir «təshihat», məncə, bədii sözün xeyrinə deyil.
     Lakin biz yenə Tunisə qayıdaq və Mustafa ilə söhbətlərimizi davam etdirək.
     M ə n. Bəzi Şərq ölkələrində ədəbi irslə, klassik ədəbiyyatla bağlı təsadüf etdiyim hərdən aşkar, hərdən də gizli kosmopolit ovqat həmişə məni düşündürüb, narahat edib, hətta əsəbiləşdirib. Tunisdə də, nə gizlədək, ayrı-ayrı qələm sahiblərinin danışığmda belə bir təmayül hiss etdim. Bu barədə sən nə deyə bilərsən?
     M u s t a f a . Qorxuram ki, orijinal bir söz deməyim... Keçmişindən imtina edən ədəbiyyatın bu günü yoxdur. Bu fikir sənə çox şablon görünmür ki?
     M ə n. Şablon nədir? Həqiqətin təkrarıdır də...
     M u s t a f a. O başqa məsələ ki, keçmişdə sənin ədəbiyyatın olmayıb və sən indi öz ədəbiyyatını yaradırsan. Məsələn, mən eşitmişəm ki, sovet dövründən əvvəl qırğızların ədəbiyyatı olmayıb, düzdü?
     M ə n. Y azılı ədəbiyyatı olmayıb, düzdü, amma zəngin folkloru olub.
     M u s t a f a. Görürsən?.. Amma A y t m a t o v dünya ədəbi prosesində fəal iştirak edən yazıçılardan biridir. Aytmatov öz folklorlarına yuxarıdan aşağı baxmır?
     M ə n. Bu barədə onunla söhbət etmək imkanım olmayıb, amma məqalələrindən, saysız-hesabsız müsahibələrindən görünür ki, öz folklorlarını yüksək qiymətləndirməyi bacaran və həmin folklora çox bağlı olan bir adamdır.
     M u s t a f a (bir Şerlok Holms inamı ilə). Başqa cür ola bilməz! Müasir ədəbiyyat xalqın keçmişi ilə bu günü arasında körpüdür.
     M ə n. Səninlə şərikəm. Ozü də bu körpü ikili səciyyə daşıyır. Bir tərəfdən, ədəbiyyat mənsub olduğu xalqın həyatını keçmişindən təcrid etmədən göstərməlidir, yəni xalqının həyatını keçmişinin (və gələcəyinin!) kontekstində əks etməlidir. Digər tərəfdən isə...
     O l e q. Bir az yavaş-yavaş, çatdıra bilmirəm.
     M ə n. Digər tərəfdən isə keçmişin ədəbi ənənələri müasir dövrdə öz qiymətini almalı və inkişaf etdirilməlidir. Əlbəttə, bütün bunlar aydın məsələdir, amma bəzən biz bu «aydın məsələ»nin əksinin şahidi oluruq. Bir müddət bundan əvvəl mən Türkiyəyə getmişdim və orada, xüsusən, cavan və orta nəslə mənsub bir sıra istedadlı yazıçılarının, incəsənət xadimlərinin, hətta ədəbiyyat nəzəriyyəçilərinin (!) çox uzaq yox, altmış-yetmiş il bundan əvvəlin milli ədəbiyyatından xəbərsizliyinin şahidi oldum. Bilirsən, belə hal bir də ona görə adama pis təsir edir ki, söhbət məhz istedadlı adamlardan gedir... Əlbəttə, xarici ədəbiyyata, misal üçün, Qərbi Avropa ədəbiyyatına bələdlik, onun tarixini bilmək və həmin ədəbiyyatın bu qəti surətdə milli ədəbi ənənələrindən bəhrələnmək çox yaxşıdır, amma ədəbi ənənələr hesabına olmalıdır.
     M u s t a f a. Bu baxımdan bizdə vəziyyət nisbətən yaxşıdır. Klassik ədəbiyyat Tunisdə çox çap olunur və onun bədii-estetik təsiri müasir ədəbiyyatımızda bu gün də hiss edilir. Amma bu yerdə mən yenə belə blr, sən demişkən, aydın həqiqəti qeyd etmək istəyirəm ki, klassik formaları, klassik obrazları, təşbehləri korkoranə təkrar etməklə, bunları özünü hədəfə çevirməklə, istər-istəməz, epiqonçuluğa aparan bir yolla müasir dövrdə bir şey əldə etmək mümkün deyil. Mən hələ mövzunu demirəm... Əllinci illərin əvvəllərində, fransız müstəmləkəçiliyi ilə ölüm-dirim mübarizəsi apardığımız bir vaxtda, elə şairlər də vardı ki, yenə də bülbülün gülə məhəbbətindən yazırdılar... Nə isə... (əlini yelləyir.)
     M ə n. Sən formadan danışırdın.
     M u s t a f a. Hə. Şəxsən mən klassik poeziyanı - əruzu böyük həvəslə mütaliə edirəm. Adicə olaraq ona görə ki, müasir dünyanın problematikası o qədər mürəkkəbdir və müasir insanın psixolojisi elmin, texnikanın, milli-azadlıq hərəkatının təsiri ilə o qədər təbəddülata uğrayıb ki, indinin şeri əruzun qəliblərinə sığışmır. Mən tamam əminəm ki, şer azad olmalıdır və gələcək, Araqon şerinin, Nazim Hikmət şerinindir.
     M ə n. Bilirsən, mənə elə gəlir ki, bu yerdə də ehtiyatlı olmaq lazımdır və maksimalist mövqe obyektivlikdən sapındıra bilər. Əruz ərəb poeziyasının milli forması olduğu kimi, Azərbaycanda da milli poeziyanın heca forması vardır. Bu gün bizdə sərbəst şer formasının gözəl nümunələri yarandığı kimi, heca şerinin də gözəl nümunələri yaranır. Məsələ istedadda və bu istedadın fərdi yönümündədir.
     M u s t a f a. Təəssüf ki, sizin heca barədə bir söz deyə bilmirəm, çünki oxumamışam, xəbərdar deyiləm, amma ərəb poeziyasında, o cümlədən, Tunis poeziyasında əruz müasir problematikanı hərtərəfli əks etdirməkdə çətinlik çəkir. Mən buna çox təəssüf edirəm, çünki, dediyim kimi, əruzu sevirəm, əruz musiqilidi, ürəyəyatımlıdı, son dərəcə millidi, təsirlidi... Nə etmək olar? Elə bil ki, bir əzizindən ayrılırsan... Bu ayrılıq çox çətindir, acıdır, amma labüddür... Bəlkə də bu bənzətməm dəqiq deyil, çünki keçmişin ədəbi irsi - gözəl əruz həmişə bizimlə yaşayacaq, amma bu əbədiliyi bir doğma kimi bugünkü ədəbi-təcrübəyə tətbiq etmək düz deyil. Bu günün siyasi, fəlsəfi, ictimai problemləri öz vüsətinə müvafiq bir azadlıq, sərbəstlik tələb edir. Səncə belə deyil?
     M ə n. Mən bu mənada səninlə şərikəm ki, ədəbiyyat özünün bütün tarixi boyu heç vaxt bugünkü qədər böyük vəzifələrlə üzbəüz dayanmamışdır, ədəbiyyat heç vaxt siyasi və ictimai həyatda bugünkü qədər fəal iştirak etməmişdir və bu da, təbii ki, formada da öz əksini tapmışdır, yəni, yenə belə bir aydın həqiqət ki, yeni məzmun yeni formalar doğurmalıdır.
     M u s t a f a (şövqlə siqaretini külqabıya sıxıb söndürəsöndürə). Tamam!
     Mustafa «Tamam!» sözünü tez-tez işlədir və bu söz onun dilində bir neçə mənaya malikdir və mən artıq Mustafanı yaxşı tanıdığım üçün, onun tələffüzündən, nidasından həmin sözün hansı mənada deyildiyini başa düşürəm. Oleqin tərcüməsinə ehtiyac olmur. İndiki halda isə «Tamam!», yəni hər şey aydmdır!
     Mən indi Bakıda, yazı makinasınm arxasında oturub Mustafa ilə Tunisdəki bu söhbətlərimizin cib dəftərçələrindəki konspektlərini vərəqlədikcə özüm özümü məzəmmət edirəm: bu qədər də ədəbiyyatdan danışmaq olar? Bakıda da bu söhbətlər, Moskvada da bu söhbətlər, xaricdə də bu söhbətlər? Yorulmursan, bəs deyil? Sonra birdən-birə İsmayıllı rayonunun dağlar qoynundakı gözəl Talıstan kəndində yaşayan, lafet sürən dostum Əlləzi Rüstəmov mənim yadıma düşür və bu dəfə özüm özümə sual verirəm ki, nə üçün Əlləzi iyirmi beş ildi öz «tırtırından yorulmur, amma mən ədəbiyyatdan yorulmalıyam? Yox,
     Əlləzi də hərdən çox yorğun olur və axşamüstü işdən qayıdandan sonra, əlinə paya alıb inəklərinin - birinin adı Cüməağız, o birinin adı Heyran - qabağma, axura ot qoyan Əlləzinin yorğun, yuxulu gözlərini görürəm, amma... amma sübh tezdən Əlləzi yenə atılıb «tırtır»a minir və onun sübh günəşinin işığı ilə işıldayan gözlərində dünyanın yorğunluğundan əsər-əlamət yoxdur...
     M ə n. Mənə bax. Mustafa, sən kimsən? Tunis yazıçısısan, yoxsa ərəb yazıçısısan?
     M u s t a f a (mənim yarızarafat sualıma çox ciddi cavab verir). Tunis ədəbiyyatı ümumərəb ədəbiyyatının daxilindədir. Mahmud Məsəli ən böyük Tunis şairi yox, ən böyük ərəb şairlərindən biridir. «Min bir gecə»nin ərəbə mənsubluğu nə Tunis, nə Misir, nə Mərakeş, nə də Y əmən sərhədini tanıyır. Mən əllinci illərin axırlarında çəkdiyim bir filmdə baş rolu ifa etmək üçün Misirdən Omər Şərifı dəvət etmişdim. Görmüsən onu ekranda?
     M ə n. Onun çəkildiyi bir filmin adı indi də yadımdadı: «Vadidə mübarizə». Omər Şərif həmin filmdə Faten Həmama ilə birlikdə çəkilmişdi. Təxminən iyirmi beş il bundan əvvəl Bakıda çox səs salmış bir film idi. Amma sonra Omər Şərifin Qərbi Avropada çəkildiyi filmlər - əlbəttə, gördüklərimi deyirəm - bir o qədər də xoşuma gəlmədi.
     M u s t a f a. Tamam! (Yəni ki, səninlə şərikəm). Bax, həmin Omər Şərif mənim filmimdə kəndli rolunu oynayırdı. Mən həmişə ona deyirdim: yadından çıxar ki, sən Misirdən gəlmisən, yadından çıxar ki, mən Tunisliyəm, sən nə misirli, nə də tunislisən, sən ərəb kəndlisisən. Tndi, dostum, əgər məni Tunisdən ayırmaq istəmirsənsə, onda sənin sualına belə cavab verirəm: mən Tunisdə yaşayan ərəb yazıçısı Mustafa əl-Farsiyəm. Nahib Məxfuz Misirdə ərəb ədəbiyyatı qarşısında duran bir problemi qaldırır, Fuad Təkərli Traqda başqa bir problemi qaldırır, sənin dostun Mustafa da Tunisdə başqa bir problemi qaldırmağa çalışır. Bütün bunlar hamısı ümumərəb ədəbi prosesinin hadisələridir. Nahib Məxfuz da, Fuad Təkərli də, Mərakeşli Əbd-əl-Məcid ben-Cellun da, Suriyalı Məhəmməd əl-Xəriri də, sənin dostun da ərəb ədəbiyyatının cəfakeşləridir.
     Mustafanın dediyi bu «cəfakeş» sözü böyük M.F. Axundovun bir fikrini mənim yadıma saldı və Bakıya qayıdandan sonra, Mirzə Fətəlinin cildlərini vərəqləyib həmin fikri tapdım: «Patriot ibarətdir o kimsənədən ki, vətən təəssübü üçün və millətinin məhəbbəti üçün can və malmı müzayiqə etməyə və öz vətəninin, öz millətinin mənfəəti və azadiyyəti üçün səy edib cəfakeş ola. Bu halət və xasiyyət həmişə qeyrətmənd şəxslərdə büruz edər».
     Bu sözlər indiki halda mənim üçün ona görə əlamətdardır ki, elə bil ki, uzaq Tunisdəki dostum - Tunisdə yaşayan ərəb yazıçısı Mustafa əl-Farsini bir şəxsiyyət və yazıçı-vətəndaş kimi səciyyələndirməkdən ötrü yazılmışdır.
     Cib dəftərçələrini vərəqləyirəm...
     Bir şıdırğı yağış yağdı onda və qəflətən yağdığı kimi, qəflətən də kəsdi, buludlar dağıldı, gün təzədən göründü və bir azdan sonra Tunisin küçələri qup- quru qurudu. Biz neçə saat idi ki, «Dər nəşr Tunis» nəşriyyatmda görüşdə idik və küçəyə çıxanda ətrafm yağışdan sonrakı bu quruluğu elə bil ki, bir yanğı gətirdi, susuzladıq və Əbdülrəhman təklif etdi ki, Mədinəyə gedib çayxanada çay içək:
     -Əsl çay içmək istəyirsənsə, gərək Mədinəyə gedəsən!
     Mədinə bizim İçərişəhər kimi, şəhər içində şəhərdir, paytaxtın tən ortasındadır və bizim İçərişəhərdən fərqli olaraq insanla qaynayır, başdan-başa bazardır: alan kim, satan kim... On yaşlı miskərdən tutmuş, səksən yaşlı zənbil toxuyanacan, bütün Mədinə alver edir.
     Sonra Əbdülrəhman maşının güzgüsündən arxada oturmuş Mustafaya baxır:
     -Düz deyirəm, cənab rəis?
     Mustafa bir azdan Mədinədə içəcəyi çayın ləzzətini indidən hiss edə-edə əlini qaldırıb.
     -Tamam! - deyir və Əbdülrəhman «Pejo»nu Mədinəyə tərəf sürür.
      «Cənab rəis...» Axı, doğrudan da, Mustafa yazıçılıqdan əlavə Tunis Yazıçılar Birliyini yaradanlardan biri olmaqdan əlavə, rəsmi dövlət işçisidir, Ədəbiyyat Departamentinin rəisidir.
     M ə n. Bu saat bir rəis kimi səni nə düşündürür? Əlbəttə, çay qayğısından, susuzluqdan başqa... M u s t a f a. Susuzluğa nə var ki? Abdullanın çayını içib düzələcəyik... Amma o biri qayğılar belə tez düzəlmir, təəssüf... Səncə hansı xalq xoşbəxt xalqdır?
     M ə n. Bir insanın xoşbəxtliyi üçün min bir şərt lazımdı. İndi gör xalqın xoşbəxtliyi üçün nə qədər şərt lazımdı?.. Amma ciddiliyə qalsa, məncə, xoşbəxtdi o xalq ki, özü öz problemlərini həll edə bilir.
     M u s t a f a. Bax, həmin problemlərdən bir mühümü: o xalq xoşbəxt xalqdır ki, güclü milli ziyalı nəslinə malikdi. Bu saat biz tunislilərin qarşısında duran ən mühüm vəzifələrdən biri budur ki, milli ziyalı nəsli yetişdirək. Bizim ziyalıların bir qismi fransız təhsillidi, Parisdə oxuyublar, dünya mədəniyyətindən, ədəbiyyatından xəbərdardırlar, geniş dünya görüşləri, gözəl savadları var. Amma... amma öz milli zəminlərinə bağlı deyillər. Ərəb mədəniyyətindən, ədəbiyyatından demək olar ki, xəbərsizdirlər. Şarl Aznavurdan zövq alırlar, Moris Şevalyenin köhnə vallarını tapıb dəvə qiymətinə alırlar, amma Sadıq Sürəyya, yaxud Şübeydə Rəşt ərəb xalq mahnılarını oxuyanda televizoru söndürürlər, çünki bu milli musiqi onlar üçün yaddır, duya bilmirlər bunu. Umm Gülsüm haqqında eşitmisən?
     M ə n. Eşitmişəm ki, Misir müğənnisidir, xalq mahnılarını ifa edir, ərəblər onu çox sevir.
     M u s t a f a. Deməli, heç nə eşitməmisən. Umm Gülsüm mənim üçün ərəblərin anasıdır. Ana balasına necə layla deyirsə, Umm Gülsüm də öz sözünü ərəblərə beləcə deyir. Bir dəfə Umm Gülsümün konsertində idim. Məndən iki sıra qabaqda bir tanışım oturmuşdu. Mühəndis idi, Parisdə təhsil almışdı, zadəganlardan idi, özü də bir insan kimi, pis adam deyildi. Umm Gülsüm oxumağa başladı. Oxudu nə oxudu!.. Birdən nə görsəm yaxşıdı? Mühəndis tanışım oturduğu yerdə mürgüləyirdi, camaatın alqışından diksinirdi, əsnəyirdi, yenə mürgüləyirdi. Əlbəttə, ona görə mürgüləmirdi ki, yorğun idi, yaxud incəsənəti başa düşmürdü, yox, ona görə ki, Umm Gülsümün oxuduğu mahnılar, Umm Gülsümün nəfəsi onun üçün yad idi, çünki gözünü açıb fransızca oxumuşdu, fransız musiqisinə qulaq asmışdı, dünyanı bir fransız kimi hiss etmişdi. Başqa qism ziyalılarımız isə ərəb təhsillidirlər, kənddən gəlib şəhərdə universitet bitiriblər, ərəb mədəniyyətini gözəl bilirlər, öz yaşıdları Ədnən Şəuaşi - sən onu tanıyırsan, ona qulaq asmısan - oxuyanda gözləri yaşarır, çünki xalqa bağlıdırlar, xalqın ruhu ilə yaşayırlar, nəfəs alırlar, amma... dünya mədəniyyətindən xəbərsizdirlər, nə Dostoyevskini oxuyublar, nə də Folkneri, Bethovenin də musiqisi çalınanda televizoru söndürürlər. Biz o ziyalı nəslinə möhtacıq ki, bu iki mədəniyyətin ikisini də özlərində birləşdirə bilsinlər. Belələri bizdə var, sən özün də onlarla tanış oldun, söhbət etdin, amma bir küll halında bu cür milli ziyalı nəsli hələ yetişməyib. Bu da mənim rəis kimi əsas qayğım... (Sotıra özü öz sözünə düzəliş verir.) Daha doğrusu, əsas qayğılarımdan biri...
     Əbdülrəhman maşının əyləcini basır:
     -Bu da Abdullanın çayxanası!
     Çayçı Abdullanın cövhərnanəli, zəncəfilli çayı, doğrudan da, susuzluğu tez yatırır...
3.

     Səliqə ilə, hiss olunan məhəbbət və ehtiramla bir-bir daşı daş üstə yığılmış Karfagen xarabalığında əsrlərin amansızlığına sinə gərmiş daş sütunlara, ehramların, böyük binaların, adi yaşayış evlərinin uçuqlarına baxa-baxa, kimsəsizliyində, sükutunda uzun- uzun əsrlərin ehtirası, şövqü, qələbəliyi donub qalmış küçə skeletlərinə tamaşa edə-edə belə bir qədimlik müqabilində elə bil ki, istər-istəməz, diksinirsən, ciddiləşirsən, bütün qayğıların, hiss- həyəcanların sənə kiçik görünür.
     Ateriya mədəniyyəti, sonra iber-mavrusiy, yaxud muil mədəniyyəti, sonra kapsiy mədəniyyəti, nəhayət fınikiya, Karfagen mədəniyyəti bu qədim torpaqda bir-birini əvəz etmişdir və özündən sonra həmişə düşündürən, heyrətləndirən və mütəəssir edən bir iz qoyub getmişdir.
     Dörd tərəfimdəki bu Karfagen uçuqlarına baxıram və bu uçuqların səliqəsi səbəbi aydın olmayan, naməlum bir qüssə, kədər gətirir. Xarabalıq və bu xarabalığı bu gün qoruyan səliqə-sahman - bəlkə həmin qüssəni, kədəri doğuran, bir-biri ilə uyuşmayan bu iki məfhumun belə bir müştərəkliyi, vəhdətidir? Ola bilər... Amma nəsə başqa bir şey də var...
     Hər tərəf sükunət, durğunluq və heç olmasa, kiçicik bir meh də əsmir ki, bu sarı-boz Karfagen xarabalığında bir hərəkət olsun, bir səs eşidilsin.
     Mustafaya baxıram: dostum yenə açıq-aşkar özünə qapanıb. Və bu vaxt birdən-birə elə bil ki, Qamilkarın sarayından gələn hay-küy bu xarabalığa yayılır. Hə, Qamilkarın sarayı Karfagenin ucqarında, Meqarda idi və çaxır su yerinə orada axırdı, muzdlu əsgərlər Erik döyüşünün ildönümünü qeyd etmək üçün ora yığışmışdı və Qamilkarın o gözəl, o solğunbənizli qızı da ilk dəfə həmin gün orada göründü.
     Cilovsuz hisslər, çılğın ehtiraslar, hərislik və qəhrəmanlıq, hünər və xudbinlik, məhəbbət və riyakarlıq... kef məclisi davam edirdi və insan xisləti tamam çılpaqlaşmışdı.
     Sonra birdən-birə o səs-küy, o vurçatlasın kəsildi.
     Nə oldu?
     Hə, əlbəttə, Qamilkarın qızı göründü...
     Və elə bil ki, mən də bu Karfagen xarabalığı içində uzun illərdən sonra o qara paltarlı, solğunbənizli gözəl qızı yenidən gördüm və elə bil ki, yenə də o uzaq tələbəlik illərində olduğu kimi, ürəyimdən bir yanğı keçdi: bu cavan qızın gözəl sifəti, çılpaq qolları nə üçün bu qədər solğundur, bu cavan və gözəl qız nə üçün həyatdan bu qədər kənardadır, nə üçün bütün ömrünü Allahlara sitayişdə keçirib, axı, onsuz da bu Allahlar köməyə gəlməyəcək?
     Qamilkarın qızı yavaş-yavaş pilləkənləri enirdi və bu dəm elə bil ki, o pilləkənlər Tunis səmasından başlayıb Karfagen xarabalığında qurtarırdı; elə bil ki, Qamilkarın qızı bu saat pilləkənləri tamam aşağı enəcəkdi və Karfagenin xarabalıqları arasında dolaşacaqdı.
     Sonra Qamilkarın qızı Erik döyüşünün ildönümü gecəsində olduğu kimi, pıçıldadı:
     -Məhv olub! Hər şey məhv olub!..
     Sonra Qamilkarın qızı yaraşıqlı dırnaqlarını yaxasından asılmış daş-qaşa sıxıb sındıra-sındıra Erik döyüşünün ildönümü gecəsində dediyi sözləri təkrar etdi:
     -Ey bədbəxt Karfagen! Miskin şəhər! Sənin igid müdafiəçilərin daha yoxdu!.. Okeanı keçib uzaq sahillərdə ehramlar tikən igidlərin yoxdu daha!.. Bütün ölkələr sənin üçün işləyirdi və sənin avarlarınla şırım-şırım olmuş dənizlər sənin bar-bəhərinin ağırlığına dözmürdü!..
     Qamilkarın qızının solğunluğu bütün ətrafa akvarel sarısının solğunluğunu yaydı və sonra bu solğunluq içində qəfil bir qan qırmızısı parladı: Nar Qavasın atdığı cida Matonun əlini mizə mismarladı və yenə ehtiraslar coşdu, hisslər dilə gəldi, hay-küy qopdu.
     Əlbəttə, oxucu bildi ki, mən o Karfagen xarabalığında birdən-birə Floberin «Salambo»sunu xatırlayırdım.
     «Salambo»nu oxuduğum və bir daha təzədən oxuduğum tələbəlik illərində ağlıma gəlməzdi ki, illər keçəcək və mən beləcə dayanıb Salambonun əsrlərin sükutuna bürünmüş vətənini seyr edəcəyəm. Salambo o zaman mənim üçün bədii əsər qəhrəmanlığından çıxmışdı, bir əzizə, sevimliyə çevrilmişdi, onun solğun bənizi, kədərli və dumanlı gözləri mənim üçün romantik hisslər çeşməsi idi və indi mən bu Karfagen uçuqlarına baxa-baxa, əslində, o unudulmaz və uzaq tələbəlik illərinin də xiffətini çəkirdim; illərin beləcə ötüb getməyi, arxada qalmış illərin beləcə əlçatmazlığı, ünyetməzliyi də bu səliqəli Karfagen xarabalığı kimi qüssə gətirirdi.
     Başımı qaldırıb göyə baxırdım: topa-topa ağ buludlar şimaldan cənuba axır.
     Mustafa hər bir uçuğuna bələd olduğu Karfagen xarabalığına baxa-baxa səhərdən bəri fikrə dalıb, sonra o da başını qaldırıb göyə baxır.
     Mən deyirəm:
     -İki min il əvvəl də burada yaşayanlar, bu evlərin sahibləri, bu küçələrin sakinləri başlarını qaldırıb göyü, bax, beləcə görüblər...
     -Hə, amma onda göydə təyyarələr uçmurdu...- Bunu da Mustafa deyir.
     Mənim yadıma düşür ki, biz Əl-Camda (qədim Fisdrusda) məşhur amfiteatrı gəzərkən birdən-birə bir təyyarə başımızın üstü ilə göydə ağ xətt cızıb göz qırpımında yox oldu və yalnız bundan sonra onun səsi gəlib bizə çatdı.
     Əlbəttə, o Karfagen xarabalığında mən Mustafanın nə dediyini yaxşı başa düşdüm: dünyanın bütün təyyarələri səmişin daşısaydı nə vardı ki...
     ...Biz Keyruandan paytaxta - Tunis şəhərinə qayıdırıq və Mustafa «Pejo»nun açıq pəncərəsindən Tunis torpağına baxır və susur, fikirlidir.
     Qəribədir, Mustafa hərdən o qədər çox və o qədər ehtirasla danışır ki, onun susmağını, sakitliyini təsəvvür etmək olmur, amma susanda da elə bir dərinliklə özünə qapanır ki, fıkirləşirsən: görəsən, bu adam haçansa danışacaqmı və ümumiyyətlə, bu adam danışa bilirmi?
     Səliqə ilə salmmış təzə zeytun plantasiyaları bir-birini əvəz edirdi, hərdən üstünə böyük hökumət möhürü vurulmuş qollu-budaqlı qədim zeytun ağacları görünürdü. Bu qədim ağaclar antik dövrün yaşıdları idi və milli abidələr kimi, hökumət tərəfındən qorunurdu, ən heyrətamizi isə bu idi ki, həmin qədim ağaclar bu gün də bar verirdi. Keçmiş ilə bu gün «Pejo»nun pəncərəsindən beləcə ötüb gedirdi və Mustafa fıkirli-fıkirli pəncərədən baxırdı.
     Bəlkə yeni bir pyes yaranırdı, bəlkə şer yazılırdı? Bəlkə ailə ilə, uşaqlar ilə bağlı tamam başqa bir qayğı idi? Bəlkə bu Tunis torpağı ilə bağlı xatirələr idi? Kim bilir... Belə bir məqamda Mustafanı fıkrindən ayırmağa mənim nə ixtiyarım var idi?
     Tale belə buyurub ki, mən yadıma gələn vaxtdan etibarən, həmişə yazan adamların, nasirlərin, şairlərin əhatəsində olmuşam. Bu gün özüm yazıram və dostlarımın, tanışlarımın çoxu da yazan-pozan adamlardır. Yəqin ki, bu aləmdə mənim üçün sirli, qeyri-adi heç bir şey olmamalı idi, amma əlimi ürəyimin üstünə qoyub ən səmimi şəkildə oxucuya deyirəm ki, bu günün özündə də mənim üçün dünyanın ən sirli, ən qeyri-adi və sehrli hadisəsi yazıçının birdən-birə, özündən xəbərsiz fikrə dalmağıdır...
      «Pejo» respublika zamanı salınmış geniş, rahat və gözəl beton magistral ilə irəliləyir. Mustafa fıkirləşir.
     Zeytun plantasiyaları geridə qalıb və hər tərəf bomboz bir boşluqdur, torpaq qupqurudur və adda-budda boz kollar bu yerlərin susuzluğundan, insan qayğısından, zəhmətindən məhrumluğundan xəbər verir.
     Birdən Əbdülrəhman bu çöllü-biyabanda maşını saxladı və çölə çıxıb bomboz, cansıxıcı kollardan birindən bir dəstə qopartdı və gətirib mənə verdi. Təbii ki, mən çox təəccüb etdim: bu ki, gül deyil, çiçək deyil, bir yaraşığı da yoxdu və bu tikanlı kolu mən neyləyirəm? Doğrusunu deyim ki, həmin an mənim Əbdülrəhmana bir az da yazığım gəldi: neyləsin, yaxşılıq eləmək istəyir, qonağa gül bağışlamaq istəyir, amma... olanı budu də, varını verən utanmaz və kasıbın olanı...
     Əbdülrəhman, aydın məsələdir, həmin anda mənim belə bir halına acımağımdan xəbəri yox idi və kobud işçi barmağı ilə mənə verdiyi kolu göstərib:
     -Zaatar! Zaatar! - dedi.
     Mustafa fıkrindən ayrılmışdı və indi elə bil ki, mənim fikirlərimi sifətimdən oxuyub çeşməyinin altından gülürdü, sonra Oleqin köməyi ilə məni başa saldı:
     -Bu, çox ətirli və hikmətli bitkidi. Bizdə bunu çaya salırlar, xörəyə tökürlər. Ən əsası isə zaatar - dərmandı. Adamı yüngülləşdirir, sakitləşdirir, mədəyə çox xeyri var.
     Mən zaatarı qoxulaya-qoxulaya (doğrudan da gözəl ətri var və bizim dağların kəklikotuna oxşayır) fıkirləşdim ki, ilk baxışda cansıxıcı, yeknəsəq və təbiətin əsirgədiyi bu torpaq bizim (həm də təkcə əcnəbilərin yox, tunislilərin özlərinin də!) hələ bilmədiyimiz, tapılmamış nə qədər nemətləri özündə gizlədir. Əbdülrəhmanın verdiyi bu kiçik zaatar dəstəsi mənə rəmzi göründü. Tunis torpağı uzun-uzun illərin müstəmləkəçiliyindən, milli imkan məhdudluğundan sonra öz doğma övladının - tunisli ərəbin, axtarmaq, tapmaq, yaratmaq, qurmaq, becərmək əzmini gözləyir və mən əli ilə bu çılpaq çölləri göstərə-göstərə ehtiramla, bir ərəb qızğınlığı ilə və gülə-gülə nəsə deyən Əbdülrəhmana baxa-baxa fikirləşirdim ki, yəqin elə bir gün gələcək ki, bütün Tunis torpağı beləcə güləcək. Hər halda, mən bunu çox arzu edirəm.
     Bir də ki, o tənha palma yaddan çıxmır...
     ...Palma ağacları ölkənin cənubunda bitir və biz məşhur şair, ədəbiyyatşünas və rəssam Nurəddin Səmmudla birlikdə təkcə Tunisin yox, ümumiyyətlə, bütün Afrika qitəsinin ən şimal nöqtəsini - Bizerta şəhərini görməyə gedərkən bu gözəl və səhra səyahətindən sonra qeyri-adi görünən dağlıq yerdə Korbus qəsəbəsi yaxınlığında tənha və əzəmətli bir palma ağacı görəndə təəccüb etdim və... özüm də səbəbini bilmədən təsirləndim.
     Nurəddin Səmmud həmişəki kimi, uzun barmaqlarının arxası ilə adda-budda ağarmış saqqalını sığallaya-sığallaya gözləri ilə tənha palmanı göstərdi.
     Cənubdan gəlib paytaxtda yaşayan şairlər, öz kəndləri üçün, təbiətləri üçün darıxanda gəlib bu palmaya baxırlar, maşınla görürsüz də bir saatlıq yoldu... Bu palmanın şərəfinə şer deməyən cənublu şair tapılmaz. Şairlərimizin də demək olar ki, hamısı cənubludu... - Sonra Nurəddin bu palmaya həsr olunmuş hansı şerdənsə bir misra dedi: - «Sən bu yerlərdə qəribsən bizim kimi...»
     Əlbəttə, şairin, sənətkarın qəribçiliyi heç bir coğrafi sərhəd tanımır və ümumiyyətlə, «qəriblik» sözünün hərfi mənası ilə şair ürəyinin qəribsəməsi arasında böyük psixoloji-estetik fərq var, şair öz doğma kəndində, öz doğma evində də qərib ola bilər və biz dünya poeziyasında məhz belə bir qəribliyin yaratdığı az sənət inciləri oxumamışıq. Bəli, bütün bunlar belədir, amma bütün bunlarla bərabər, Korbos yaxınlığındakı o tənha və əzəmətli palma ağacı bu gün də mənim üçün bir sədaqət, vəfa təcəssümüdür. Uzaq Tunis torpağında əsrlər boyu cənubun istisinə öyrəşmiş o tənha palma o şairlərin dostu şisalın sərininə sinə gərir və qəriblik yükünü sənətlə bölüşür. Mənim yadıma Molla Pənah Vaqifin iki misrası düşür:
Dost dostun yolunda düşər ziyana,
İgid gərək tab gətirə, dayana.
     Tunis səfərindən artıq bir müddət keçib və sağlıq olsun, yəqin nə qədər də aylar, illər keçəcək... Amma o uzaq Tunis torpağındakı tənha palmanın şairlərin ürəyində yaratdığı təskinlik hissi keçib getmir və mən çox istəyirəm ki, dostluqdan, ilqardan, ülfətdən xəbər verən həmin təskinlik hissi heç vaxt da keçib getməsin, indi olduğu kimi, həmişə də ürəyə bir ilıqlıq gətirsin.
1983.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (30.08.2014) | Müəllif: R.C E W
Baxış: 655 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more