Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Ölümünə inanmadığım adam
ÖLÜMÜNƏ İNANMADIĞIM ADAM
(Araz Dadaşzadə)

     Bir alim və ensiklopediyaçı kimi, Araz Dadaşzadənin haqqında yazmaq, yəqin ki, asandır, çünki onun XVIII əsr Azərbaycan ədəbiyyatına, xüsusən, Molla Pənah Vaqifə həsr olunmuş, eləcə də başqa mövzulardan bəhs edən dissertasiyaları, kitabları, məqalələri, 10 cildlik ilk Azərbaycan ensiklopediyasının timsalında və bərabər işlədikləri adamların yaddaşında onun bu sahədəki böyük fəaliyyəti göz qabağındadır, ancaq bir dost kimi onun haqqında xatirə yazmaq, onun haqqında keçmiş zamanda danışmaq çox ağır bir işdir, çünki ölüm haqdır buna söz yox, amma Arazın ölümünə inanmaq mümkün deyil. Onun haqq dünyasına köçməyindən beş ildən artıq vaxt keçib, amma mən yenə də hər dəfə Arazın Fəxri Xiyabandakı qəbirüstü abidəsini görəndə diksinirəm: yox, mümkün deyil, Arazı o soyuq torpaqda, o ağır daş abidənin altında təsəvvür etməyi mən bacara bilmirəm... Bu, mümkün olası iş deyil... Hərdən gecələr evdə telefon zəng çalanda da birdən mənə elə gəlirdi ki, Arazın zəngidi (hərdən rəhmətlik Aydın Məmmə dovla da bağlı məndə belə bir hissiyyat yaranır), dəstəyi qaldıracam və onun səsini eşidəcəyəm, bənzərsiz bir yumor ilə, Araz yumoru ilə nəsə danışacaq...
     Hərdən gündəlik həyatda, xüsusən, cürbəcür bürokrat iclas larında elə hadisəyə, elə hərəkətə, rəftara, elə danışığa təsadüf edirəm ki, ürəyimdə deyirəm: bunu gərək mütləq Araza danışam və tamam yadımdan çıxarıram ki, Araz o qəmgin qəbiristanlıqda, o ağır abidənin altında, soyuq torpaqdadı... Indinin özündə, bax, bu yağışlı yaz gecəsi bu cümlələri yazıram və yenə də Arazın şaqraq gülüşünü eşidirəm, onun canlı sifəti gözlərimin qabağına gəlir və elə bil ki, Arazın ölümü təbiətin bu müdhiş zarafatı qurtaracaq, o yenə bizim həyatımıza qayıdacaq, heç olmasa, bizim üçün qayıdacaq, çünki onun yeri bizim dostların həyatında, yaxınları nın, doğmalarının həyatında hər gün görünən bir boşluqdu.
     1990-cı ilin Arazı itirdiyimiz və ümumiyyətlə, Azərbaycan üçün ağrılı acılı bir zaman vahidi olan həmin ilin yaymda Arazgillə birlikdə Zuğulba sanatoriyasmda dincəlirdik (əslində, dincəlmək sözü burada yerinə düşmür, çünki ailələrimiz orada qalırdı, biz isə hər gün Bakıda işə gedib -gəlirdik, çox vaxt eyni maşı na minirdik), Araz xeyli arıqlayıb zəifləmişdi və biz buna o qədər də fikir vermirdik, çünki yanvar sarsmtısı bizim yaşayışımızm, hətta deyib gülməyimizin də arxasında, elə bil ki, daimi bir kədər, qəmqüssə fonu idi. Aylar keçməsinə baxmayaraq, heç bir sevindirici xəbər, hadisə, heç bir zarafat bizi o faciənin təəssüratmdan çıxara bilmirdi.
     Həm də Araz çox vasvası idi, bəzən zarafatla ona əsrin əvvəllərində Molyerdən təbdil edilmiş personajın adı ilə «Cancur Səməd» deyirdik və onun arıqlayıb zəifləməyi də elə bil ki, hə min vasvasılığm təzahürü idi, keçib gedəcəkdi. Sentyabrın əvvəllərində tez-tez böyrəklərindən şikayət eləməyə başladı və axşam görüşlərimizin birində (adətən, axşamlar zəngləşib şəhərə çıxırdıq, söhbətləşmək üçün ya bulvarda gəzərdik, ya çayxanada oturardıq, ya da imkan olanda imkan da ki, azaz olurdu, olanda da sayımız artırdı: Anar, Yusif Səmədoğlu, Emin Sabitoğlu, Rəhman Bədəlov, bəzən rəhmətlik Ishaq Ibrahimov restorana gedirdik) yenə də böyrəklərindən şikayət etdi və bu dəfə açıqaşkar hiss olunurdu ki, söhbət vasvasılıqdan getmir. Belə məsləhətləşdik ki, xəstəxanaya gedib özünü müayinədən keçirsin və müalicə olunsun birdəfəlik bu xəstəlikdən canı qurtarsm (həqiqətən, sən saydığmı say, gör fələk nə sayır!...). Araz çox ailəcanlı bir adam idi və uşaqları nigaran qoyub xəstəxanaya getmək istəmirdi, amma xeyli götür-qoydan sonra həmin axşam qərara gəldi ki, xəstə xanaya gedəcək.
     Doğrudan da, bir-iki gündən sonra, xəstəxanaya getdi və sentyabrm 13-də (həmin gün bütün təfərrüatı ilə indiki kimi yadımdadı) Anarla zəngləşdik ki, axşam xəstəxanaya gedib Arazı yoluxaq, vədələşdik və mən axşam maşma minəndə sürücü Nizama dedim:
     -Gedək Anarı evlərinin qabağmdan götürək, sonra da xəstə xanaya gedək. Araz xəstəxanadadı.
     Nizam mənimlə yenicə işləyirdi və yaxın adamları hələ yaxşı tanımırdı, odur ki, soruşdu:
     -O yaşlı kişini deyirsiz, Elçin müəllim?
     Nizamın o sözü, Araz haqqında yaşlı ki şi demə si mənə birdən-birə çox təsir etdi və təkcə ona görə yox ki, hər şey vaxta baxsa da, vaxt heç nəyə baxmır, həm də ona görə ki, ürəyimi Arazla bağlı bir nigarançılıq bürüdü; Arazın görünən nikbinliyi (görünməyəni isə öz ailəsini həddən artıq sevsə də, geniş mənada, yəni düşünən adam, sənətkar və həyat mənasında daxili bir tənhalıq qüssəsi idi) mənim gözlərimi elə bağlamışdı ki, onun xəstəliyinin amansız ola biləcəyi heç ağlıma da gəlmirdi (necə ki, indi onun yoxluğuna inana bilmirəm) və Nizamın sözləri o sentyabr günü, elə bil, məni ayıltdı və qorxuya saldı: Araz «yaşlı kişi» deyildi, cəmi üç il idi ki, əllini adlamışdı (onun əlli illiyini «Gülüstan»da keçirmişdik), amma birdən birə zəifləmişdi və bu yalnız Qara yanvarın dəruni sarsıntısının nəticəsi deyildi, görünür, xəstəlik də öz işini görmüşdü...
     Həmin axşam Anar başqa bir kədərli xəbər verdi: mühacir Məcid Musazadə Münxendə vəfat edib...
     Və bu xəbər mənim bədbinliyimi daha da artırdı.
     Məcid Musazadə II Dünya müharibəsində əsir düşüb, müharibə qurtardıqdan sonra stalinizmin qorxusundan Vətənə qayıtmayan, olduqca ziyalı adamlardan biri idi. Uzun müddət «Azadlıq» radiosunun Azərbaycan redaksiyasında işləmişdi, Qurban Səidin «Əli və Nino» romanını dilimizə çevirmişdi və biz onunla bir neçə ay əvvəl, Türkiyənin Qeysəri şəhərində Ərciyəz universiteti nin keçirdiyi Beynəlxalq konfransda şəxsən tanış olmuşduq, Məhəmməd Əmin Rəsulzadə, Ceyhun bəy Hacıbəyli haqqında xatirələrini danışırdı, Qurban Səid barədə məlumatı var idi, deyirdi ki, Italiyada onun qəbrini ziyarət edib və o zaman ondan xahiş etmişdim ki, xatirələrini yazıb mənə göndərsin, o da söz vermişdi ki... Tale qismət etmədi...
      «Azadlıq» radiosunun əməkdaşı Abbasəli Cavadi Məcid ki şinin şəklini və nekroloqunu Anara göndərmişdi ki, mənə versin, «Vətən» Cəmiyyətinin «Odlar yurdu» qəzetində çap edək.
     Nə isə... Mən yenə də həmin küləkli payız gününə, sentyab rın 13-nə qayıdıram. Xəstəxanada o çətin vaxtlarda Araza bir və fadarlıqla xidmət edən jurnalist Nəriman Həsənəliyev də onun yanında idi. Araz daha artıq zəifləmişdi, amma çox nikbin, gülərüz idi. Bir xeyli söhbət etdik, zarafatlaşdıq, amma xəstəxana palatasındakı bu zarafatlar ürəyimi bürümüş nigarançılığa üstün gələ bilmirdi, o nigarançılıq isə şüuraltı elə hey sızıldayırdı, sıxı lırdı, darıxdırırdı...
     Sonra məlum oldu ki, Araz daha ətraflı müayinə olunmaqdan ötrü Moskvaya getməlidi...
     Moskvaya getdi, qayıtdı və məlum oldu ki, təzədən Moskvaya gedib xəstəxanada yatmalıdı...
     Oktyabrın 12 də səhər tezdən Moskvaya getməli idi və biz 11 də axşam yenə Anarla görüşüb əvvəlcə Arif Mansurovun anasının yasına, sonra Arazgilə getdik.
     Araz həmişəki Araz idi, yəni bu mənada ki, həmişəki kimi, ilk baxışda nikbin, deyib -gülən, elə bil, səhər tezdən ağır səfərə çıxacaq adam o deyildi, bir başqası idi. (Elə indidən yazmaq istə yirəm ki, bütün xəstəliyi boyu öz ailəsində də, dostlarının yanında da özünü çox mərdanə apardı və mən bu barədə fikirləşəndə mat qalıram ki, o zəif cüssədə bu qədər nəhəng güc, iradə hardan idi? O daxildən filosof idi, bəlkə o qüdrət də oradan gəlirdi? Bilmirəm...)
     Gecənin yarısınacan söhbət etdik, zarafatlaşdıq, konyak iç dik, hətta evdəki konyak qurtardığı üçün, Araz Moskvada həkimlərə pay vermək üçün qablaşdırdığı konyaklardan birini də çıxarıb gətirdi və o zaman bütün nigarançılıqlara baxmayaraq kimin ağlı na gələrdi ki, Arazın ömrünün sonuna cəmi 20 gün qalıb...
     Araz Moskvaya yola düşdü. Ayın 13-də Anar da Moskvaya, SSRI Ali Sovetinin sessiyasına getdi. Sonra mən Almaniyaya ezamiyyətə getdim və orada hər gün Araz barədə düşünürdüm və hə min günlərdən birində, səbəbi yəqin ki, sirr-xuda olan bir hadisə baş verdi: Arazla bağlı mənim ürəyimdəki nigarançılıq bir qəfıl sarsıntı ilə qırıldı: mən ilk dəfə hiss etdim ki, Araz vəfat edəcək və nə qədər etdimsə də bu müdhiş hissi içimdən qova bilmədim.
     Bu sətirləri yazıram və birdən-birə xəyal məni o günlərdən bir neçə il əvvələ aparır, eyni ilə belə bir hiss keçirdiyim bir günə: o zaman Şüvəlan Yaradıcılıq evində «Ağ dəvə» romanını iş ləyirdim və xətri mənim üçün çox əziz olan keçmiş müəllimim, böyük alimimiz, rəhmətlik professor Fərhad Zeynalov da (sağlam! gümrah! Şövqlü və yeyib -içən, gözəl bir insan!) orada idi. Həmin gün günorta onunla görüşəndə ötəri bir şey kimi, mədəsinin ağrı dığını dedi və elə o anda da birdən-birə mən hiss etdim ki, bu nə sə çox bəd bir işdir və Fərhad müəllim bundan qurtara bilməyə cək. O xəstəlik bir az vaxtdan sonra, unudulmaz Fərhad Zeynalo vu haqq dünyasına apardı... O zaman (elə indinin özündə də!) mən mat qaldım ki, o hiss məndə necə yarandı?
     Arazla bağlı belə bir hiss də məndə birdən-birə elə cə Almaniyada yarandı.
     Mən oktyabrın 29 -da Bakıya qayıtdım və elə həmin gecə də Arazgilə zəng elədim, qızı Zümrüd dedi ki, Araz hələ Moskvadadır və əməliyyat gözləyir, çox güman ki, əməliyyatı 31 -də edə cəklər, həyat yoldaşı Aidə xanım və oğlu Aqşin də oradadır.
     Ayın 31 də Y azıçılar Ittifaqında Respublika Dövlət Mükafatları Komitəsinin iclası var idi, ora getmişdim, axşam saat 6 -da Nə riman Həsənəliyev haradansa Yazıçılar Ittifaqına zəng elədi və Arazın 5 saatlıq çətin bir əməliyyat keçirdiyini dedi...
     Iclasdan sonra Anarla bir yerdə olduq, Arazın haqqında, onun zarafatlarından, xasiyyətindəki narahatlıqdan (gör indi uzaq və so yuq Moskvada ürəyində nələr çəkir!) xeyli danışdıq, onun tez sağalmasının, Bakıya tez qayıtmasının şərəfınə qədəh qaldırdıq. Anar bir az sözlü adama oxşayırdı və yalnız Araz vəfat eləyəndən sonra mənə dedi ki, Abbas (Anarın yeznəsi, o vaxt Səhiyyə Nazirliyində işləyirdi) hələ lap əvvəldən Arazın xəstəliyinin xərçəng olduğunu deyibmiş...
     Çox narahat bir gün keçirdik, noyabrın 2 -də mən işdə olarkən telefon zəng çaldı: ensiklopediyada Arazın müavini Ismayıl Vəli yev idi, Arazın Moskvada vəfat etdiyini xəbər verdi...
     Mən uzun müddət bir stres içindəydim.
     Anarla birlikdə Azərbaycan KP MK-ya getdik, orada bir şeyə nail ola bilmədiyimiz üçün, o vaxtkı respublika Ali Soveti Rə yasət Heyətinin sədri Elmira Qafarovanın yanına getdik və xahişlərimizi dedik: qəzetlərdə hökumət nekroloqu olsun, Fəxri Xiyabanda dəfn edilsin, ən əsası isə Moskvadakı Daimi Nümayəndəli yimiz Aidə xanıma və Aqşinə kömək etsin ki, cənazəni Bakıya gətirə bilsinlər və mən deməliyəm ki, bu işlərdə rəhmətlik Elmi ra xanımın böyük köməyi oldu.
     Bu yazını yazarkən o vaxtkı qısa qeydlərimi axtarıb tapdım. Budur, kiçik bir parça:
     «Cənazə 2 sində axşam gəlməli idi, amma yalnız 4 -ündə sə hər gəlib çıxdı: əvvəlcə tabut (bu sözü yazıram və yenə də öz özümə heyrət edirəm: yəni, doğrudan, söhbət Arazdan gedir?) hazır olmayıb, sonra Moskvanı duman basıb...
     Biz isə təyyarəni ayın 3-də gecə gözləyirdik, komendantdan (Bakıda fövqəladə vəziyyət idi) icazə almaq üçün çalışırdıq və s.
     Nə isə... 2 -sində Anarla birlikdə Arazgilə gedəndə Anar dedi:
     -Elə həmin şəhərdi, amma Araz yoxdu...
     Romiklə (fılosof Rəhman Bədəlovla) görüşəndə bir-birimizə deməyə söz tapmadıq, sonra Romik dedi:
     -Bizimki çox tez başladı...
     4 -ündə səhər, təyyarəni qarşıladıq. Aidə dəhşətli vəziyyətdə idi. Günorta saat 4 -də cənazəni Ensiklopediyanın binasından qaldırdıq. Kiçik bir mitinq oldu. Mən danışmaq halında olmadığım üçün, danışmadım, Anar danışmaq istədi, amma kövrəldi, danışa bilmədi, sonra küncə çəkilib çox ürəkdən ağladı. Mən onu sakitləşdirmək üçün, bir söz deyə bilmədim. Vəli Məmmədov yaxın laşıb onu sakitləşdirmək istədi:
     -Uşaq deyilsən ki, özünü ələ al...
     5-ində Arazın üçü, 8-ində yeddisi oldu.
     Dekabrın 9 da qırxı olacaq. Bu da qısa və quru rəqəmlər. Hə yat isə davam edir. 10 noyabr1990.»
     Bəli, həyat isə davam edir... Ancaq bu, Arazsız bir həyatdır. Arazın nəvələri böyüyür, ağıllı uşaqları Aqşin və Zümrüd ona layiq bir həyat yaşayırlar, Arazın vəfalı həyat yoldaşı Aidə xanım artıq uşaqlarla bərabər, nəvələrinə də baxır, ancaq bu da, əlbəttə, Arazsız bir həyatdı... O gözəl nəvələr babalarını öz gözləri ilə görmür, onun ürəyinin döyüntülərini yenicə yaranmağa başalayan hissiyyatları ilə bilavasitə özləri hiss etmirlər, babalarmm simasını onlarm zehnində nənələrinin, atalarmm, analarmm xatirələri, ailə albomları yaradır, ancaq Araz elə bir şəxsiyyət idi ki, ən yaxm adamları be lə onun canlı portretini yaratmaq üçün kifayət deyil... Bəli, həyat davam edir... Arazdan sonra Arazm sevdiyi, hörmət etdiyi, tanıdığı adamlar da haqq dünyasma köçür, amma Arazm bundan xəbəri olmur. Bəlkə də haqq dünyasmda görüşürlər, amma bu dünyada o yas yerlərində hərdən Araz yadıma düşür və elə bil, mən öz kədərimlə bərabər, o gedənlərin ardmca Arazm da heyfsilənməyini hiss edi rəm. O dövr qeydlərimdən birinin də üzünü köçürürəm:
     «On gündür ki, bərk soyuqlamışam və evdən çıxmıram. Xırda-xuruş yazılar, qəzet-jurnal (hərdən kitab...) və tamam bir həvəssizlik...
     Ənvər Məmmədxanlı bir neçə gün bundan əvvəl vəfat etdi, amma mən dəfnində iştirak edə bilmədim, indiyəcən təziyəsinə də getməmişəm. Dəfn olunan günün gecəsi Anar mənə zəng elə di, halımı soruşdu. Mən də Ənvərin harada dəfn olunduğunu so ruşdum.
     Anar dedi:
     -Bilmirəm niyə, amma bu xəbər mənə çox təsir etdi. Arazın, yaxud Ənvərin heç ağıllarına gələrdi ki, Fəxri Xiyabanda yanaşı yatacaqlar?
     Bu sualın özü də, görünür, əslində, ritorikadan başqa bir şey deyil... Ənvər Məmmədxanlını mən sonuncu dəfə elə Arazın dəfnində görmüşdüm; həmişəki boz şlyapası başında, həmişəki qara paltosu əynində, həmişəki siqaretini də çəkə -çəkə, fikirli fikirli Arazın cənazəsinin ardınca qəbiristanlığa tərəf addımlayırdı... 27 dekabr 1990.
     Araz daxili aləmi, hissiyyatı etibarilə nə qədər zəngin alim idisə, bir o qədər də savadlı, həqiqi mənada ensiklopedik biliyə malik bir insan idi və başlıcası da bu idi ki, o təkcə Azərbaycandan, təkcə Şərqdən yox, bütün dünya mənəvi sərvətindən xəbərdar idi. Onun dünyagörüşü çox zəngin idi. O, Vaqifi nə dərəcədə bilirdisə, Dostoyevskini də o dərəcədə öyrənmişdi, Floberi də o dərəcədə mənimsəmişdi. Onun üçün klassik ədəbiyyat və müasir ədəbiyyat səddi yox idi, hər ikisini eyni dərəcədə oxumuşdu və bilirdi. Həm də yalnız ədəbiyyatı, tarixi, sənəti yox, beynəlxalq vəziyyəti də o cürə, idmanı, xüsusən, şahmatı, başqa sahələri də o cürə bilirdi.
     Hər dəfə ilin axırına yaxın mətbuata abunə kompaniyası baş layanda onunla birlikdə oturub kimin hansı jurnala, hansı qəzetə abunə yazılacağını müəyyənləşdirirdik. Jumallar, qəzetlər çox idi və hamısına yazılmaq da həm evdə saxlamaq üçün yer baxımından, həm də bahalığına görə mümkün olmurdu və biz Arazla şərtləşdik ki, filan jurnala, filan qəzetə mən abunə yazılım, filanlara da o, sonra bir-birimizə verib oxuyaq. Amma hər dəfə bir sı ra qəzet-jurnala növbə ilə yazılsaq da, özümüzü saxlaya bilməyib sözləşdiyimizin əksinə bəzi eyni qəzet və jurnallara «Inostrannaya literatura»ya, «Voprosı literatirı»ya, «Literatumaya qaze ta»ya ikimiz də təzədən abunə olurduq.
     Arazm mətbuata bağlılığı o dərəcədə idi ki, bəzən, hətta ko mik vəziyyətə gətirib çıxarırdı. Bəzən biz Rəhman Bədəlov, Anar, Emin Sabitoğlu, Arazgilə məclisə toplaşardıq və məclisin şıdırğı yerində bir də görərdik ki, Araz yoxdu. Hardadı Araz? Mə lum olurdu ki, o biri otaqda qəzet oxuyur. Biz:
     -Bu nə işdi, əfəndim? deyirdik və «O olmasın, bu olsun»dan qəzetçi Rza bəyin dili ilə Rüstəm bəyə müraciəti ona müraciətlə əvəz edirdik. Araz bəy, bəndənizi təhqir etmək fikriniz var idisə, nə üçün bunu xanənizdə icra ediyorsunuz, bunu başqa bir yerdə əda etmək qabil deyildimi? Araz şaqqanaq çə kib gülürdü:
     -Alə, siz işinizdə olun!...
     Yusif Səmədoğlu danışır ki, hansı yaydasa Kislovodskda Arazgillə bərabər dincəlirdik. Araz səhər tezdən qəzet köşkünə gedib növbəyə dururdu, bütün təzə qəzetləri alırdı, evə qayıdanda hövsələsi çatmırdı, küçədə divardan asılmış qəzetin qabağında dayanıb qoltuğunda ola-ola onu oxumağa başlayırdı. Arazın haqqında danışanda, bu gün bu Arazsız günlərimizdə onu xatırlayanda zarafat sozünü tez-tez işlədirdik, onun gülən sifəti tez-tez gözləri min qabağında canlanır, şaqqanaq çəkib gülməyini tez-tez eşidirik və bu, əlbəttə, ürəyimizdə Arazla bağlı yaranı daha artıq gizildə dir... Nə etmək olar? Arazın çox sevdiyi Aşıq Abbas Tufarqanlı demişkən:
Bu dünya karvansaradır,
Hər gələn qonar, əylənməz.
     Arazın yumoru bizə o qədər sirayət eləyirdi ki, quru, darıxdı rıcı, rəsmi -inzibati məqamlarda bəzən heç özü yanımızda olmayanda da imdadımıza yetirdi. Yadıma gəlir ki, səksəninci ilin payızında rəsmi yoldaşlar tələsik bir həyəcanla Anardan və məndən (o zaman mən Yazıçılar Ittifaqı, Anar isə Teatr Xadimləri Ittifaqı Idarə Heyətinin katibi idik) xahiş etmişdilər ki, Azərbaycanla bağ lı bir materialı redaktə edək, əlavələrimizi yazaq, o vaxtdan parti ya rəhbərlərindən birinin dediyi kimi, o materialı «adam dilinə salaq».
     Biz heç cürə həmin işə başlaya bilmirdik və axırda Araza ithaf olunmuş bir qəzəl yazmaqla başladıq və mən axtarıb köhnə kağız-kuğuzlarımın arasından o zarafatyana qəzəli Anarla mə nim birinci və hərgah səhv etmirəmsə, sonuncu müştərək yazımı zı tapdım.
     Artıq on altı yaşı olan o saralmış vərəqdə yazılanları yeni sə hifəyə (Araz haqqındakı xatirələr səhifəsinə!..) köçürürəm:
BU BİR NAMEYİ-MƏHRƏMANƏDİR VƏ BƏRADƏRİMİZ ARAZ DADAŞZADƏYƏ QƏLBİ-NİSGİLİ-GUŞƏDƏN BİR TƏRANƏDİR

Ey qardaşımız, çeşmi-siyah, zülfi-pərişan!
Ey dövrümüzə, şəhrimizə, təbimizə şan!

Buyindən alıb ilhamı ahəstə dolandıq,
Buyindi saçan ruhimizə ənbəri-əfşan.

O gül dodağın çox gözəli atəşə yaxdı,
Busənmi sənin Leyli zənəxdanına nişan?

Saldın özünü dağlara Fərhadi-misali,
Şirin qələmindir ədəbiyyata yaraşan!

Arazı bilib Rüstəmi-Zal, kükrədi Anar,
Bəli, dedi Elçin, özüdür ləli-bədəxşan.
Elcin
Anar
     Həmin gecə Araza zəng eləyib bu qəzəli oxudum, bərkdən şaqqanaq çəkib güldü və gülə gülə də dedi:
     -Təqsir sizdə deyil, sizə rəsmi iş tapşırandadıl...
     Araz həyatda olduğu kimi, zarafatda da vasvası idi, zarafat edərdi, amma heç kimin ürəyinə toxunmazdı, özü də zarafatı dar çərçivədə, dostların, məlhəm adamların yanında edərdi.
     Qəzəli ona oxuduğum günün sabahı təzədən zəng elədim və dedim, bilirsən, Araz, ortada mənim adım olmasın, amma sonra da deməyəsən ki, niyə mənə xəbər eləməmisən, Anar qəzəli təzə dən oxuyub, çox xoşuna gəlib, istəyir (məşhur qadın müğənni mizdən birinin adını çəkdim) versin ona, muğamat üstündə oxusun.
     -Alə, biyabır eləyər bizi, sən nə danışırsan? Bəs, demədin ona bu, zarafatdı? Mən heç, özünü də biyabır eləyəcək, səni də!
     Səhəri gün Anarla görüşdük və küləyin haradan əsdiyini, əlbəttə, o saat başa düşdüyü üçün Anar:
     -Yenə də Araza nə demisən? dedi. Məni birtəhər elədi.
     O günlər bir daha qayıtmayacaq.
     O günlər əbədi bir keçmişdə qalıb və həmin əbədiyyət adamı sıxır, sıxır, sıxır...
     Gələcəyin heç bir münasibəti o günlərin yerini verməyəcək...
     Həmin zarafatlarda, həmin görünən nikbinliklə bərabər, hə yatın, yaşayışın mənası və aqibəti ilə bağlı Arazın içində bir qüssə var idi. O qüssə rəngli boyalardan, kəskin təzadlardan ibarət deyildi, hərgah belə demək mümkünsə, Y aradanın akvarellə işlə diyi bir qüssə idi. Arazdan sonra tez-tez yadıma saldığım bir xati rəni qeyd etmək istəyirəm.
     Əgər səhv etmirəmsə, yetmişinci illərin ortalarında «Inostrannaya literatura» jumalmda Markesin «Yüz ilin tənhalığı» romanı çap olunmuşdu və ədəbi mühitə səs salmışdı. O romanda bir səhnə var idi və Araz tez -tez bir payız qüssəsi ilə o səhnəni xatırlayırdı: əsərin qəhrəmanlarından biri olan polkovnik (çoxdan oxuduğum üçün, adlar yadımdan çıxıb) istefaya çıxdıqdan sonra, ata yurduna qayıdır və evlərinin ikinci mərtəbəsində özünə emalatxana düzəldib coşğun rəssamlıq fəaliyyətinə başlayır. Bir gün qoca atası, polkovnikin emalatxanasına qalxır və bir müddət pəncərə qarşısmda dayanıb görünən mənzərəyə baxır, sonra oğlundan soruşur: bu gün həftənin neçənci günüdü? Oğlu, bazar ertəsi di, deyir. Sabahkı gün qoca yenə emalatxanaya qalxır və pəncərə dən görünən mənzərəyə baxıb yenə də soruşur ki, bu gün həftə nin hansı günüdü? Polkovnik çərşənbə axşamıdı deyir. Qoca pəncərədən bir az da baxıb başını bulayır:
     -Yox, yenə bazar ertəsidi.
     Həftənin qalan günləri də qoca emalatxanaya qalxır, eləcə pəncərədən baxır, həftənin gününü soruşur, yenə, deyəsən, bazar ertəsidi... deyib gedir.
     Araz hər dəfə bu epizodu danışanda, mən o qocanın həyatm mənasızlığı, riyakarlığı və eyniliyi ilə bağlı (Araz bu misraları da çox xoşlayırdı: «Qoca cadugərdi, aldadar səni, cavanlıq donunda olan bu dünya...») o kədərini Arazm gözlərində duyurdum.
     O romandan Araz bir epizodu da xatırlamağı xoşlayırdı, amma bu dəfə dünyanın əbləh işlərinə, nadanlığına şaqqanaq çəkib gülürdü: həmin qoca birdən -birə cürbəcür səslər çıxarmağa başlayır və kəndin camaatı onu dəli hesab edib şabalıd ağacına bağlayırlar ki, bir xata törətməsin, kimsəyə mane olmasın. Qoca isə bütün günü arxası şabalıd ağacına bağlı elə hey cürbəcür səslər çıxarır. Bir gün kənardakı kəndlərdən birinin savadlı bir sakini eşşə yin üstündə bu kəndin yanından ötür və birdən-birə latın dilində təmiz və ibrətamiz kəlamlar eşidir. Sən demə, dəli kimi o şabalıd ağacına bağlanmış o qoca, kənd camaatının hesab elədiyi kimi əcaib -qəraib səslər yox, latın dilində fəlsəfi kəlamlar söyləyirmiş...
     Bunu danışıb Araz şaqqanaq çəkirdi...
     Araz olduqca səliqəli və dəqiq adam idi. Söz verdiyi yerə nə olursa-olsun, bir dəqiqə gecikməzdi və başqasının da gecikməyi ni, nəyisə yadından çıxarmağını xoşlamazdı. Gündəlik qəzetlərdə maraqlı yazılar, məlumatlar olanda kəsib saxlayardı və mən hansısa bir məqaləni yazanda, ya kitab üzərində işləyəndə gecə lər tez-tez ona zəng eləyirdim, mənbələri, deyimləri, faktları də qiqləşdirirdim.
     Arazın qəlbi nə qədər kövrək, xasiyyəti mülayim, zarafatcıl, incə bir yumora malik idisə, daxilən bir o dərəcə də ciddi, lazım gələndə, müdafiə etməyi bacaran, prinsipial idi. Mən bu sözləri elə-belə yazmıram, bu sözlərin arxasında uzun-uzun illərin dostluq təcrübəsi dayanıb.
     Çox da ürəyinə salan idi. Yadıma gəlir, 1968ci ildə mən cavan bir aspirant idim və Arazla dostluğumuz da təzə başlayırdı. O zaman Çexoslovakiyanı bürümüş milli -azadlıq hərəkatı bizim ro mantik xəyallarımızın gerçəkdəki bir təzahürü idi və SSRİ -nin Çexoslovakiyaya yenidən qoşun yeritməsi, oranı yenidən işğal etməsi Arazı qəlbən sarsıtmışdı və təbiətən ehtiyatlı olan Araz bunu heç kimdən gizlətmirdi. O vaxtlar biz, demək olar ki, hər gün görüşür, oxuduğumuz, xarici radiostansiyalardan eşitdiyimiz yeni məlumatları, bəzən əldə etdiyimiz qeyri -leqal (bunlar, əsasən, Moskvada gizlin çap olunub yayılırdı) bəyanatları, müraciətləri, çıxışları bir-birimizə çatdırır, Bakıda oturub uzaq Çexoslovakiyanın dərdini çəkirdik...
     Eləcə də sonrakı Polşa hadisələri zamanı, Əfqanıstanın işğalına cəhd vaxtı onu daxili bir qəzəb, əsəbi bir kin-küdurət sarsı dırdı.
     Bu quruluş mütləq dağılacaq! deyirdi. Bu quruluş təkcə insanlara yox, təbiətə ziddi! Dağılacaq, amma hayıf ki, bunu biz görməyəcəyik, amma nəvələrimiz, nəticələrimiz görəcək!
     Araz sovet ideologiyasına, Sov.IKP (indi bu hərfləri yazmaq adama, az qala, dinozavrlar dövrünü xatırladır!) hegemonluğuna sidq-ürəkdən nifrət edirdi.
     Uzun müddət Nizami adına Ədəbiyyat Institutunda birgə iş lədiyimiz vaxt bəzən otağın qapısını bağlayıb mənə:
     -Mən ölüm bir buna bax! deyirdi və L.I.Brejnevin çıxışlarından, Sov. IKP MK-nın qərarlarından, SlTA-nın məlumatlarından absurd yerləri, açıq-aşkar səfsəfəni, riyakar yalanları bərkdən oxuyub ürəkdən qəhqəhə çəkirdi.
     Tez -tez Araz haqqında düşünəndə mən bəlkə də ona, ən çox ona yanıb -yaxılıram ki, o həmin quruluşun bu dərəcədə tez tarmar olduğunu, canı ilə, qanı ilə bağlı Azərbaycanın müstəqilliyi ni görmədi.
     Əlbəttə, o bizimlə bərabər bəlkə bizdən də artıq Qarabağın, Laçının, Kəlbəcərin, digər torpaqlarımızın işğalını, bir milyon qaçqınlarımızın taleyini ürəyinə salıb sinəsini yara edəcəkdi buna şübhə yoxdu! amma, hər halda, Müstəqil Azərbaycan Himninin calınmasını eşidib, Müstəqil Azərbaycan Bayrağının qaldırılmasını görüb kövrələcəkdi, gözləri dolacaqdı və göz yaş ları həqiqi bir mənəvi sevincin ifadəsi olacaqdı.
     Mən çox, çox və bir daha çox heyfsilənirəm ki, bu hissləri yaşamaq Araza qismət olmadı.
     Qara yanvar gecəsi biz hər üç dəqiqədən, beş dəqiqədən bir bir-birimizə zəng edirdik və o gecəki kədəri, o gecəki nigarançı lığı sözlə təsvir etmək, Kərəm demişkən, mümkün olan şey de yil, 20 -də səhərdən ziyalılar, o cümlədən, yazıçılar Elmlər Akademiyasına toplaşdı, çıxışlar, çağırışlar, müraciətlər oldu. Bəxti yar Vahabzadə ilə mən Azərbaycan SSR Ali Sovetinin deputatları kimi, pis işləyən telefonlarla yerində tapılmayan adamlara, müxtəlif instansiyalara, Ali Sovetin sədrinə zəng vurub sessiyanın çağırılmasını tələb edirdik, sonra Bəxtiyar Vahabzadə depu tatlara çağırışla çıxış etmək üçün Televiziya və Radio Verilişləri Komitəsinə getdi, mən isə Arazla birlikdə «Vətən» Cəmiyyətinə gəldik və bütün günü telefonlarla SSRİ də yaşayan tanıdığımız və tanımadığımız görkəmli yazıçılara, sənət və elm xadimlərinə zəng edib sovet qoşunlarının Bakıda törətdiyi dəhşətli fəlakət barədə məlumat verməyə başladıq, haqqı müdafiə etmək üçün səs lərini qaldırmağı xahiş etdik, «Vətən»in əməkdaşları teleks ilə Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin bəyanatını, sonradan Elmira Qafarovanın bəyanatını xarici ölkələrə yaydı. Arada mən indiki Prezident Aparatının qarşısındakı mitinqdə çıxış etmək və s. üçün «Vətən»dən çıxıb təzədən qayıdırdım, Araz isə arası kəsilmədən telefonla danışırdı, izah edirdi və həmin ağır dəqiqələrdə elə dəqiq sözlər, ifadələr tapırdı ki, qısa danışıqda Bakıdakı vəziyyətin faciəliyi haqqında tükürpədici təsəvvür yaranırdı və indi də fıkirləşirəm ki, onun o xarici soyuqqanlığının arxasında necə bir əsəb gərginliyi dayanırdı. Adətən, ağır, təmkinli olan Araz o saatlarda daxili bir ehtirasla (qəzəbli ehtirasla!) telefon nömrələrini tapır, kodla yığır, sifarişlər edir və Moskvadan tutmuş Alma -Atayacan, akademik Velixovdan tutmuş Oljas Süleymenovacan hər yerə zəng edir, hamı ilə danışmağa çalışırdı...
     1970-ci il sentyabrın 30 da danışmışdıq ki, Rəhman Bədə lovgildə yığışaq və 26 il bundan əvvəlki o gün ona görə belə də qiqliyi ilə yadımda qalıb ki, həmin gün Leonid Iliç Brejnev Bakı ya gəlirdi. Arazla görüşüb «Bakı soveti» metrosuna getmək istə yirdik, amma o vaxtkı «Kommunist» küçəsini keçmək mümkün deyildi, çünki Leonid Ilic buradan ötəcəkdi və biz də səki boyu yığılmış adamlarla birlikdə dayanıb gözləməli olduq.
     Nəhayət, Sov.lKP MK-nın Baş katibi o zamankı dünyanın (tamam başqa dünyanın!) ən qüdrətli padşahı eskordun müşayiə ti ilə küçədən keçdi və Baş katib əlini gün işığında par-par parıldayan qara maşının açıq pəncərəsindən çıxarıb yelləyərək biz bəndələrini salamladı.
     Arazla mənə adamların başının üstündən yalnız rəhbərin əli ni görmək nəsib oldu. Sonra biz o əlin yarı mistik, yarı da gülmə li təəssüratı ilə sohbət edə-edə metroya minib Rəhmangilə getdik.
     Və həmin gün Araz o günlər üçün çox sadə və qeyri -real gö rünən bir söz dedi:
     -Haçansa hansımızsa şələ -küləmizi yığışdırıb həyatdan gedəcəyik. O birilərimiz də oturub onun haqqında xatirələr yazacağıq...
     O günlər üçün, əlbəttə, gəldi-gedər bir söz idi.
     Bu gün isə onun haqqında xatirə yazıram...
19 aprel 1996.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (30.08.2014) | Müəllif: R.C E W
Baxış: 582 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more