Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Ölümünə inandığım adam
ÖLÜMÜNƏ İNANDIĞIM ADAM
(Vidadi Məmmədovu xatırlayarkən)

     Vidadi ilə qohumuyduq, dostuyduq, çox məhrəm çalarları olan xüsusi bir zarafatımız varıydı və o zarafatlar bu gün mənim üçün bir kəpənək zəifliyində, kövrəkliyində xatirələrə çevrilib... Amma mən tez tez Vidadini düşünəndə (bəlkə də elə gün olmur ki, yadıma düşməsin...), onu nə bir qohum, nə bir dost, nə bir həmkar kimi xatırlayıram. Mən Vidadini, misal üçün, təzə çiçəkləmiş yasəmən ağacını, güllüçiçəkli bir dağ ətəyini, nə bi lim, bir gözəl yay gecəsini necə xatırlayıramsa, eləcə xatırlayı ram...
     Adətən, yaxm bir adamın, bir doğmanm ölümünə inanmağm gəlmir. Misal üçün, mən, aradan nə qədər müddət keçib, amma unudulmaz, həyatımm böyük bir hissəsinin içində olan Aydm Məmmədovun ölümünə inanmıram, gecə saat on ikidə, birdə telefon zəng çalanda hərdən diksinirəm, elə bilirəm ki, Aydındı...
     Hərdən qəbiristanlıqda, ömrümün son anma kimi xatirəsi mənim üçün əziz olacaq Araz Dadaşzadənin qəbirüstü abidəsini görəndə diksinirəm, heç cürə inana bilmirəm ki, Araz ölüb, bu, Arazın qəbridi...
     Amma Vidadinin ölümünə inanıram...
     Bu sətirləri yazıram və içimdəki o qəribə bir tərəfdən işıqlı, bir tərəfdən də qəmli -qüssəli hissiyyatı sözlə ifadə edə bilmirəm...
     Bu sətirləri yazıram və Vidadinin lap yeniyetmə çağlarmdan bu tərəfə yerişi, duruşu, sifəti, gözlərimin qabağma gəlir, gülməyi ni, saçmı daramasmı, köynəyinin qollarmı çırmalamasmı görürəm və ürəyimin dərinliyinə bir kədər hopur: o yoxdur və mən bu yox luğu, az qala, təbii hiss edirəm.
     Adətən, deyirlər ki, filankəsə igidlik yaraşırdı, vəzifə yaraşırdı, at çapmaq yaraşırdı, gülmək yaraşırdı və s.
     Əgər belə demək mümkünsə və burada qəbahətli bir şey yox dusa, Vidadiyə ölüm yaraşırdı; həyat dediyimiz bu sirri -xudanın ən ali (və adi!) məqamı olan ölüm, doğuluşa bərabər olan gediş...
     Hərdən mənə elə gəlir ki... Vidadi aramızdadı: ədəbiyyat söhbətində, içki məclisində, giley-güzar zamanı. Amma cismani Vidadi yox, — o ölüb, o yoxdu; o Vidadi «gəlimli» dünyanın Vidadisi idi, aramızdakı bu Vidadi isə «gedimli» dünyanın Vidadisidi, onun o biri dünyadakı ruhudu, haqqdan gəlib... Ozünün o ali məqama çatmış yüksəkliyindən bizə baxır, sadəlövh işlərimizə gülümsəyib başını bulayır, kababdan tutmuş, vəzifəyəcən dünya malından yapışdığımızı görüb gülümsəyir, yazı-pozu işləri ilə başımı zı aldatdığımızı da görüb gülümsəyir...
     Məndə qəribə bir inam, hətta tam bir əminlik var ki, bu dünyada ölümünə tamam inandığım Vidadi ilə O biri dünyada mütləq görüşəcəyik.
     Vidadi ədəbiyyat adamı idi, amma ədəbiyyatda son dərəcə iddiasız adam idi və bu iddiasızlıq yazmaq qorxusundan, istedad məhdudluğundan doğmurdu, dünyanın faniliyini lap kökündən duyduğu, dərk etdiyi üçün iddiasız idi.
     Ozü istedadlı adam idi, yüksək zövqü var idi, böyük ədəbiyyatın kriterilərinə bələd idi. Cəmi iki-üç hekayə dərc etdirmişdi, amma elə o gənclik hekayələrinin özündə belə, onun istedadı, bu istedadın potensialı gün işığı kimi aydın bir həqiqət idi. Mən indi nin özündə də bir yazı yazanda hərdən fikirləşirəm ki, görəsən, Vi dadi bu yazını oxusaydı nə deyərdi? Vidadinin dediyi o sözün əhəmiyyəti indiyə qədər mənimlədir.
     Vidadi haqqında xatirələr — bir tərəfdən gülməli, ləzzətli, bir tərəfdən ciddi, bir tərəfdən kədərli xatirələr — çox söyləmək olar və bu sətirləri yazdığım anda da o xatirələr beynimdə dolaşır, birbirini əvəz edir, amma, nəsə, elə bil ki, bu kiçik yazının səmti baş qa oldu, o xatirələri də, elə bil ki, bir qəm-qüssə dumanı bürüdü, onlar yazıya gəlmədi...
     Sübh tezdən — səhər saat altının sakitliyi içində bu yazının son nöqtəsini qoymaq istəyirəm. Bakı hələ yatıb. Bir azdan oyanacaq və mən də o oyanmış şəhərin qayğı -qadasının içinə girəcəyəm və elə bil ki, Vidadi yenə mənim yanımdadı, mənə baxır və bir azdan başlayacaq o qayğılara, əlləşmə -vuruşmalara, görüşlərə, söhbətlərə, əsəbiləşmələrə, hansısa bir xoş hadisə olacaqsa, ona da indidən gülümsəyir, başını bulayır...
     Bu dünyadakı növbəti bir günün, həyat uğrundakı cari mübarizənin miskinliyinə gülümsəyir...
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (30.08.2014) | Müəllif: R.C E W
Baxış: 576 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more