Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Nazim Hikmət haqqında
NAZİM HİKMƏT HAQQINDA


     -Bildiyiniz kimi, Nazim Hikmət kommunist olub. Əqidəsi onun şerlərində də əks olunub. Sizcə Nazim Hikməti Azərbaycanın kommunist şairləri ilə müqayisə etmək olarmı?
     -Bəli, Nazim Hikmət ömrünün sonlarında, əgər belə demək mümkünsə, ideya-mənəvi pərişanlıq, hətta sarsıntılar keçirsə də, siyasi illüziyaları gerçəkliyin acıları içində yavaş-yavaş əriyib getsə də, Moskvada yaşayıb çox şeyi başa düşməyə başlasa da, düz deyirsiniz, o, kommunist olub. Amma məsələ burasındadır ki, əllinci illərdə, altmışın əvvəllərində Azərbayçan oxucusu və daha geniş götürsək, Azərbaycan xalqı qətiyyən fikirləşmirdi ki, Nazim kommunist idi, ya yox. Əsas o idi ki, Nazim böyük türk şairi idi, türk dilində yazırdı, onun dili ilə ən yüksək tribunalarda türk şeri səslənirdi. Azərbaycanın Nazimə məhəbbəti, əslində, KQB- nin, hakim və qorxunc sovet ideologiyasının tüğyan etdiyi bir dövrdə Azərbaycanın Türkiyəyə məhəbbətinin ifadəsi idi. Mən Türkiyədə olarkən cürbəcür ictimai-ədəbi məclislərdə sağlara da, sollara da həmişə bu həqiqəti başa salmağa çalışıram. Nazim deyəndə ki:
- Mən bir ceviz agacıyam Gülhanə parkmda, nə sən bunun fərqindəsən, nə də polis fərqində,
     -Azərbaycan xalqı da onun fərqində deyildi ki, həmin misraları kommunist söyləyir, yoxsa qeyri-kommunist. Azərbaycan xalqı onun fərqində idi ki, söhbət məhəbbəti yasaq edilmiş sevimli bir məmləkətdən və o məmləkəti böyük istedadı ilə ifadə edən doğma şairdən gedir. O ki, qaldı, Nazim Hikməti Azərbaycanın kommunist şairləri ilə müqayisə etməyə, mən belə bir müqayisəyə entiyac görmürəm və onu düzgün hesab etmirəm.
     -Sizcə Nazim Hikmət Azərbaycan ədəbiyyatına nə dərəçədə təsir edib? Onu eyni zamanda da Azərbaycan şairi hesab etmək mümkündürmü?
     -Bu təsir ikili xarakter daşıyıb. Azərbaycanda sözün məhdud yox, geniş və sivil mənasındakı millətçilik hissləri hakim sovet ideologiyası və xüsusən, otuzuncu illərin müdhiş gerçəklikləri daxilində xislətin ən gizli dərinliklərinə çökməyə məcbur olmuşdu və Nazim Hikmətin məhz həmin hisslərinin yeni tərpənişi üçün münbit zəmin yaranmasında rolu oldu. Digər tərəfdən isə, güman edirəm ki, Nazim şeri sırf estetik baxımdan, bədii fikri sərbəst ifadə etmək mənasında, eləcə də mövzunun bəşəriliyi, geniş ehtiva dairəsi baxımından, xüsusən, altmışıncı illər Azərbaycan poeziyasına təsir edib. Nazimi Azərbaycan şairi hesab etmək olarmı? Bu sualla bağlı, yaxın keçmişimizin bir hadisəsi yadıma düşdü. 1984-cü ildə mən «Fikrin karvanı» adlı bir kitab nəşr etdirdim. Kitab görkəmli Azərbayçan tənqidçi və ədəbiyyatşünasları haqqında esselərdən ibarət idi, orada ilk dəfə olaraq Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayev haqqında yazılar getmiş, onların şəkli çap edilmşdi və bu nəşr ədəbi ictimaiyyətdə böyük marağa səbəb olmuşdu. Elə həmin il mən, bu kitabın ikinci hissəsi kimi düşündüyüm klassik Azərbayçan ədəbiyyatının böyük nümayəndələri haqqında esselərdən ibarət «Karvan yola düzülür» adlı yeni bir kitab hazırladım və ora Qaracaoğlanla Yunus İmrəni də daxil etdim. O zamanın biabırçı senzura idarəsi olan «Qlavlit»də işləyən bir nəfər (indi yas məclislərində də, toyda da alovlu millətçi söhbətləri aparır) iki ayağını da bir başmağa dirədi ki, sən nə üçün onları kitaba daxil etmisən, axı onlar Azərbayçan şairləri deyil, türk şairləridir. Mən də Yunusun məşhur qoşmasındakı bu misraları ona söylədim:
Bilirəm mən səni - yalan dünyasan...
Şahları taxtından salan dünyasan...
Şahid qanadını yolan dünyasan...
Üzə gülüb könül qıran dünyasan...

     Sonra da soruşdum: » - Burada sizin başa düşmədiyiniz bir söz var?» «- Yox»- dedi. «- Onda bəs nə üçün bu şair Azərbaycan şairi deyil?» Ancaq təəssüf ki, o kitabı nəşr etdirməyə nail ola bilmədim... Mən bu hadisəni ona görə yada saldım ki, əgər biz Nazimi orijinalda oxuyub başa düşür və nəinki başa düşür, seviriksə, deməli o, Türkiyə ilə bərabər, Azərbaycanın da böyük şairidir. Yəqin bu da təsadüfi deyil ki, onun ilk kitabı, səhv etmirəmsə, 1928-ci ildə Bakıda nəşr olunub.
     -Nazim Hikmətin 100 illik yubileyi şəxsən Sizin üçün nəyi ifadə edir?
     -Nazimin 100 illiyi müasir dünya ədəbiyyatı üçün çox əlamətdar bir tarixdir və şəxsən mənim üçün sevinc dolu bir hadisədir.

«Ekspress» qəzeti,
2001
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (22.08.2014) | Müəllif: R.C E W
Baxış: 351 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more