Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı- "Nə günah eylədim ki..."
«NƏ GÜNAH EYLƏDİM
(Əziz Aydın haqqında)

     Bir il keçib, amma yenə də gecələr qəfil telefon zəngi çalı nanda, elə bilirəm ki, Aydındı, indicə dəstəyi götürəcəyəm və bütün gün ərzində ədəbi dildə uzun-uzadı danışıb yorulub, indi, bu gecə çağı öz doğma Şəki ləhcəsinə qayıtmış səsini eşidəcəyəm...
     Bir il dörd fəsildi, üç yüz altmış beş gündü və bu bir ildə özünə azərbaycanlı deyən hər kəs kimi, mənim üçün də ürəkaçan bircə gün olmayıb, amma Aydının matəmi düşüncələrimdə, hisslərimdə bütün bu dərdinsərin, bütün bu kədərinfəlakətin içində teyxa il boyu ayrıca və kimsəsiz, kədərli, hüznlü, həzin bir ada olub...
     Mən bu sözləri yazır, bu etirafı edirəm və elə bil ki, o tənhalıq, o kədər, hüzn insan kimi dil açıb bir ağı deyir və o ağının zəif, taqətsiz sədaları çox uzaqlardan gəlir, o vaxtlardan ki, Dədə Qorqud dünyanın ən sadə və əlacsız sözlərini demişdi: «Gəlimli, ge dimli dünya, son ucu ölümlü dünya». O ağının sədaları nə qədər zəif, nə qədər güclə eşidilirsə, yanğısı, acısı da bir o qədər çoxdu:
Çiçəklər hala gəldi,
Arılar bala gəldi.
Nə günah eylədim ki,
Başıma bəla gəldi...
     Və elə bil ki, gözlərini döyənəkli əllərinə dikib, donub qal mış o nurani Mirsaleh kişi də indi mənimlə birlikdə yeganə övladının müsibətindən deyən o ağını eşidir, Aydının cansızcüssəsiz Mahı anası da bütün duruşu, baxışı, bütün vücudu ilə: «Sinəmdə yer qalmadı, sən haramı dağlarsan?» deyir.
     O ağı güclə eşidilir, çünki taleyin qazıdığı quyunun gedərqayıtmaz dibindən qalxır...
     Aydın yazda köçdü və o yaz günündəki o qara xəbərin qəfilliyi, gözlənilməzliyi indiyə qədər mənimlədi və elə bilirəm ki, həmişə də mənimlə olacaq.
     Yeni yaz gəlib, ağaclar tumurcuq bağlayır, səhərin gözü açılmamış quşların civiltisi aləmi başına götürür, amma bu yeni yaz Aydınsız yazdır, təkcə ailəsi üçün, doğmaları, dostları üçün yox, Bayıldakı o ev üçün, Kişdəki o həyət üçün yox, elə bil ki, bütün xalq üçün bir Aydınsızlıq mövcuddur.
     Düz otuz iki il bundan əvvəl (indi bu rəqəmin xofu məni basır!) universitetin filoloji fakültəsinə birlikdə daxil olduq, artıq əlçatmaz, ünyetməz bir keçmişdə qalmış o ilk sentyabr günündə tanış olduq və o vaxtdan da düz otuz iki ildir ki, (yox, daha həmişəlik otuz bir ildir...) Aydın mənim həyatımda yeri olan bir insandır. Hələ üzünə tük çıxmamış o uzun, arıq və bilikli kənd ye niyetməsi, onun birdən-birə böyük və mürəkkəb şəhər həyatı ilə üzbəüz gəlməsi indiki kimi mənim gözlərimin qarşısındadır və bu otuz bir ilin xatirələri, nə yazıq ki, indi yalnız mənimkidir.
     O xatirələrin fərəhlisi də var, acısı da, zarafatı, şuxluğu da var, ciddisi, təəssüflüsü də, çünki Aydın cəmiyyətin, ictimai əxlaqın, hətta elə bil ki, təbiətin də əvvəlcədən müəyyən etdiyi qəliblərə sığmayan canlı, dinamik, çox zaman da impulsiv bir varlıq idi. Bir tərəfdən müdrik idi, bir tərəfdən də sadəlövh, küyə gedən; bir tərəfdən sabit idi, bir tərəfdən də tez-tez fikrini dəyişən; həm də çox sadə idi, həm də mürəkkəb, ziddiyyətli; həm iddiasız idi, həm də şöhrətpərəst; vəfalı idi, bəzən vəfasız; etibarlı idi, bəzən etibarsız; bir sözlə, insan idi və mənim üçün onun ən qiymətli cəhəti zəngin insani hisslərində, insani keyfiyyətlərində idi.
     O otuz bir ildə mən Aydını çox vəziyyətlərdə, çox münasibətlərdə görmüşəm (o da məni!) və bunların bəzisini görmək istəməzdim, bəzisini isə, əksinə, daha artıq görmək istəyərdim, am ma bütün bunlarla bərabər, daha doğrusu, bütün bunların içində mənim üçün Aydınla bağlı qeydsizşərtsiz, gün kimi aydın iki həqiqət var: son dərəcə istedadlı insan idi və eyni dərəcə də həssas duyğuya, hissiyyata malik idi. Çox təəssüf ki, bu iki Allah vergisinin ikisindən də axıra qədər istifadə edə bilmədi.
     Bəlkə mən həddən artıq açıq yazıram, amma fikirləşirəm ki, buna yəqin ki, mənəvi haqqım var, çünki qat-qat artığını onun üzünə deyirdim, bir də ki, bütün bunların arxasında Aydınla aramızdakı doğmalıq dayanır.
     Xatirələr məni dağların qoynundakı o balaca və gözəl Kiş kəndinə aparır və hələ tələbəlik illərində Aydmgilin şüşəbəndində oturub söhbətləşməyimiz yadıma düşür, o yeni yetməlik, ilk gənclik söhbətlərinin məğzində gələcəklə o zaman bizim üçün tamam naməlum olan bir aləmlə bağlı nə qədər arzular, istəklər, xəyallar dayanırdı... O dağlarda qaratoyuq ovlamağımız yadıma düşür... Xatirələr məni Gədəbəyin Böyük Qaramurad kəndinə aparır: orada bir ay birlikdə folklor topladıq... Əli Bayramlının MuğanGəncəli kəndi: orada bir ay birlikdə pambıq yığdıq... Moskvanın «Dmitri Ulyanov» küçəsindəki və macəraları ilə məşhur Aspirantlar Evi: çox zaman orada eyni otaqda qalırdıq o, mən, birdə ki, fizika üzrə aspirant, özbək Eldar Uruzbayev, indi məşhur kinorejissordur.
     Yadıma gəlir, Azərbaycan qrammatikasının atası, professor Muxtar Hüseynzadə (Allah ona da min rəhmət eləsin!) universi tetdə təhsil aldığımız vaxtlar Aydını auditoriyada görəndə tamam ciddi deyirdi: «Aydının yanında mənim qrammatikadan danışmağım düz deyil...» Yadıma gəlir, iyirmi-iyirmi bir yaşlı Aydının N.Vinerin «Kibernetika»sını ingilis dilindən Azərbaycan dilinə tərcümə etməsi... Yadıma gəlir cavan aspirant Aydının Moskvada öz elmi rəhbəri, SSRI Elmlər Akademiyasının müxbir üzvü və çox nüfuzlu dilçi Severotyanla elmi ölüm-dirim mübarizəsi... Aydının namizədlik dissertasiyasını birinci dəfə parlaq müdafiə etməsi, sonra da özünün itməsi... Ikinci dəfə namizədlik dissertasiyası müdafiə etməsi... Mən Yazıçılar Ittifaqında işləyəndə Aydını ədəbi mühitə cəlb etmək üçün onun televiziya ilə birinci çı xışını təşkil etməyimiz və o ilk çıxışı zamanı Aydının həyəcanlanması, gözünü qarşısındakı yazılı vərəqdən çəkə bilməməsi (söhbət gələcəyin tanınmış natiqi Aydından gedir!)... Elə o zamanlar rəhmətlik Imran Qasımov və xüsusən, Ishaq Ibrahimovla məhrəm münasibətlərinin yaranması... Və sairə... Və sairə...
     Son illərin hadisələri... Aydın bu hadisələrin içində idi və o adamlardan idi ki, (belələri isə azdır!) ən müxtəlif görüşlərdə istər xarici olsun, istər Moskva ziyalısı, istərsə də daşnak fərqi yox idi, xalqını layiqincə təmsil etməyi bacarırdı, ən yüksək xi tabət kürsülərindən həm rusca, həm də azərbaycanca xalqınm təəssübünü çəkmək, onu müdafiə etmək və zalı inandırmaq iqti darında idi. Amma təəssüf, çox təəssüf, Aydın bəzən özünü o ocaqda yandırırdı ki, üstündəki qazan boş olurdu...
     Fikirləşirəm: Aydın dünyamiqyaslı böyük alim ola bilərdi... Aydın böyük tənqidçi ola bilərdi... Aydın böyük siyasi xadim ola bilərdi... Sonra da fikirləşirəm ki, belə fikirləşməyin özü düzgün deyil, çünki «ola bilərdi»lər tamam mücərrəd və mənasız bir şeydi, Aydın var idi və var. Tale ona nə qismət etmişdisə, Aydın da o idi. Qismətdən ki, artığını əldə etmək mümkün deyil...
     Indi, bu cümlələri yazarkən saatıma baxıram: gecə saat ikiyə qalır və bu gecə səssizliyi içində heç bir möcüzə baş verməyəcək, o telefon zəng çalmayacaq və o dəstəkdən Aydının səsi gəlməyəcək.
     Fikirləşəndə ki, həmişə belə olacaq, öz ömrümün axırına qədər (hər halda, bu dünyadakı ömrümün axırına qədər) bir daha Aydını görməyəcəyəm, onunla bir daha heç vaxt danışmayacağam, elə bil ki, yaşımm bu çağmda dünyanm ölüm-itimliyi ilə ilk dəfə üzbəüz dayanıram, o ölüm-itimliyin dəruni kədərini, qüssəsini ilk dəfə hiss edirəm...
     Sonra siqaretin odu barmaqlarımı yandırır...
     Və mən yenə də uzaqlardan gələn o ağını eşidirəm:
Çiçəklər hala gəldi,
Arılar bala gəldi.
Nə günah eylədim ki,
Başıma bəla gəldi...
     Hər birimiz kimi, yer üzündə yaşayan bütün insanlar kimi, Aydının da çatışmazlıqları var idi, səhvləri olurdu, amma o qəfil, gözlənilməz bəla, fəlakət ki, Aydının başma gəldi, bunun müdhiş liyi müqabilində Aydm tamam günahsız idi və bir körpə kimi zəif, köməksiz idi...
***

     Taleyin gərdişi belə gətirdi və indi mən Aydm Məmmədov irsi Komissiyasının sədriyəm. Onun haqqmda «Xatirələr» kitabı nəşr etmək istəyirik və bu məqsədlə Aydını tanıyanlara müraciət etmişik ki, xatirələrini yazsmlar. Bəziləri yazıblar və mən Aydı nın Şəki həyatı ilə bağlı xatirələrdən kiçik epizodları oxuculara təqdim etmək istəyirəm.
     Məmməd Bayramovun (Şəki istehsalat kombinatmda sex us tası) xatirələrindən:
     «Orta məktəbdə oxuyanda Aydm əmək dərslərində də xüsusi fərqlənirdi. O, taxta parçalarmdan Oxud orta məktəbinin maketini elə bir məharətlə düzəltmişdi ki, bu işə hamımız heyran qalmışdıq.
     Aydın imkan verməzdi ki, onun inşasını başqaları köçürsün. Bu mümkün olmayanda həmin inşanı sinif yoldaşlarına verir, özü isə təzədən başqa inşa yazırdı.
     ... Kiş kəndində futbol komandasını Aydın yaratmışdı. Biz də həmin komandada oynayırdıq. Universitetdən yay tətilinə buraxı lan kimi kəndə gəlir, sinif yoldaşlarını başına toplayır, bütün yayı onlarla keçirirdi.
     ... Uşaq vaxtı arabir alma oğurluğuna gedərdik. Aydın zarafatla deyərdi:
     -Bunun nəyi oğurluqdu? Xalq bizim, kənd bizim, alma bi zim...»
     Bünyamin Bayramovun (Şəki Mərkəzi xəstəxanasında baş tibb işçisi) xatirələrindən:
      «1975-1976-cı illərdə Aydın Bakıdan qayıdıb Bolludərə kənd səkkizillik məktəbində rus dili və ədəbiyyatı müəllimi işləyirdi. Əsəbilik nəticəsində xəstələndi. Şəki Mərkəzi xəstəxanasının kordioloji şöbəsində yatırdı. Xəstə yata-yata «Vəfasızlar» adlı əsər yazırdı. Mən xəstəxanada işlədiyim üçün, əlyazmalarını mənə verirdi, mən də onları makinada çap etdirirdim. Əsərin mənə məlum olan həcmi 180-190 makina vərəqi qədər idi. Hələ ki, Aydının mətbu əsərləri arasında ona rast gəlməmişəm. Aydı nın əlyazmalarını araşdırmaq lazımdır».
     Müzəkkir Qarayevin (Kiş kənd 6 nömrəli orta məktəbinin di rektoru) xatirələrindən:
      «Kiş kəndində orta məktəb olmadığından təhsilimizi Oxud kənd orta məktəbində davam etdirirdik. Hələ bir-birimizə is nişmədiyimizdən bir dəfə aramızda bərk mübahisə düşdü. Çayda dalaşmağı qərara aldıq. Bizdə bıçaq olduğunu görüb Oxudlu uşaqlar da gedib çardaqdan köhnə bir xəncər tapdılar. Çay kənarında oxudlular ha elədilər, xəncəri qınından çıxara bilmədilər. Dalaş manı unudub biz də onlara qoşulduq. Biz dəstəkdən, oxudlular isə qından yapışdı, dartmağa başladıq. Axır ki, xəncəri çıxardıq və heyrətlə o xəncərə tamaşa eləməyə başladıq. Aydın dedi:
     -Bu xəncər oxudluların əlində olanda çıxsaydı, günümüz nə olacaqdı? Sonra gülümsəyərək, oxudlulara tərəf döndü: Allah da şahiddi ki, xəncər kişlilərin əlindədi!..
     Bundan sonra barışdıq.
     ... Bir dəfə Marxalda yeyib -içdikdən sonra, keflənmişdik. Birdən Aydın Leninin heykəlini arxadan qucaqlayaraq dedi:
     -Qardaşlar, bizi bu hala kim salıb?
     Təəccüblə yan-yörəmizə baxdığımızı görüb əlavə etdi:
     -Bizi bu hala Lenin salıb. Müsəlman hara, araq hara?»
     Vahid Əzimovun (Oxud kənd orta məktəbinin sabiq direktoru) xatirələrindən:
      «Aydının oxuduğu şerlər, oynadığı rollar hamını heyran edirdi. Sadə bir əhvalatı o qədər şirin, həyəcanlı və cazibədar danışırdı ki, heç vaxt bu əhvalatı unutmaq olmurdu. Məktəbdə oxuduğu müddətdə ondan bir dəfə də olsun şikayət olmadı, yoldaşlarma qarşı da çox səmimi, qayğıkeş və mehriban idi. Orta təhsili qızıl medalla başa vurdu.
     Vaxtilə, Aydının oxuduğu Oxud kənd orta məktəbi indi səkkizillik məktəbdir. Oxud kəndində yeni bir orta məktəb var. Aydının oxuduğu o keçmiş orta məktəbə Aydın Məmmədovun adı verilsə, bu, Oxud kəndinin və bütün Şəki camaatının ürə yindən olar».
***

     Elə bilirəm ki, bu kiçik epizodlar belə, Aydının maraqlı şəxsiyyəti haqqında təsəvvür yaradır və fürsətdən istifadə edib həmin xatirələri Şəkidən mənə göndərmiş Mərdan Feyzullayevə təşəkkürümü bildirirəm.
10 aprel 1992.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (30.08.2014) | Müəllif: R.C E W
Baxış: 546 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more