Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Məsuliyyət hissi. Prinsipial və obyektiv
MƏSULİYYƏT HİSSİ. PRİNSİPİAL VƏ OBYEKTİV
(«Ulduz»un anketi)

     Partiyanın XXIV və XXV qurultayları arasındakı illər ərzində yaranmış əsərlərdən və şəxsi yaradıcılığınızdan danışmalı olsaydınız nələri qeyd etməyi vacib hesab edərdiniz?
     1.Son illər respublikamız əmək cəbhəsində yüksək nailiyyətlər qazanmışdır. Azərbaycan zəhmətkeşləri partiyamızın XXV qurultayını açıq alınla qarşılayır. Bir yaradıcı adam kimi sizin qurultaya hədiyyəniz nədən ibarətdir?
     Yeni il münasibətilə - yaradıcılıq planlarınız, arzularınız, təklifləriniz?
     2.XXIV qurultaydan keçən illər ərzində sovet ədəbiyyatı, eləcə də Azərbaycan ədəbiyyatı bir sıra qiymətli əsərlərlə zənginləşmişdir və indi ədəbiyyatımızı məhz bu dövrdə yaranmış əsərlərsiz - əlbəttə, mən ən yaxşı əsərləri nəzərdə tuturam! - təsəvvür etmək mümkün deyil.
     Mənsub olduğu nəslin fərqinə varmadan öz qələm dostlarımın hər hansı bir nailiyyətinə - kiçicik hekayəsinə, bir şerinə, resenziyasına belə ürəkdən sevinmişəm, fəxr etmişəm, bədii məğlubiyyətlər isə məni kədərləndirib, düşündürüb, necə deyərlər, papağımı qabağıma qoyub ədəbiyyatımızın problemləri, vəziyyəti və vəzifələri barədə fikirləşməyə sövq edib; bədiiyyat və ictimaiyyət qarşısında böyük məsuliyyət hissilə, bir fəhlənin alın təri ilə yazılmayan çiy əsərlər, səhifələrindən cəhalət və nadanlıq qoxuyan kitablar, bu cür yazılardakı primitivlik və eləcə də yalançı müasirlik məni də adi bir vətəndaş kimi son dərəcə narahat edib.
     Təbii ki, bu cür əsərlər zamanın süzgəcindən keçib qalmayacaq. Nailiyyətlərimiz isə uzunömürlü olacaq, yaşayacaq.
     Ötən dövr ərzində ədəbi həyatımızda bir sıra böyük və unudulmaz hadisələr də olub ki, onlardan ikisini xüsusi qeyd etmək istərdim: dahi şairimiz Nəsiminin 600 illiyinə həsr olunmuş bayram təntənələri və Azərbaycanda keçirilən sovet ədəbiyyatı günləri. Bu iki hadisəni ona görə xüsusi qeyd etmək istərdim ki, burada ədəbiyyatdan, sənətdan daha böyük, daha ətraflı söhbət edildi. Ədəbiyyatın, sənətin layiqli qiyməti verildi. Həqiqi sənətin ölməzliyi özünün daha bir parlaq təsdiqini tapdı.
     Şəxsi yaradıcılığımla əlaqədar isə yalnız bunu deyə bilərəm ki, yazı masamın arxasına keçib bomboş ağ vərəqlə üzbəüz dayandığım zaman yuxarıda yazdığım məsuliyyət hissi bir an belə məni tərk etməyib. Nəticəsi nə olub? - bu sualın cavabını, aydın məsələdir, hörmətli oxucular məndən yaxşı bilir. Yəni dediyim budur ki, həmişə öz imkanım daxilində bütün qüvvələrimi səfərbər etməyə, ədəbiyyat naminə, sənət naminə bacarığım nədisə, ondan istifadə etməyə çalışmışam.
     3.Mən az-çox yazıb-pozan bir adam kimi, çalışmışam ki, bədii təsərrüfatımızla əlaqədar nəinki məqalə və çıxışlarda, hətta iki nəfərlə söhbət etdikdə belə obyektiv və prinsipial olum.
     Əlbəttə, əxlaqi bir keyfiyyət kimi, güzəşt məfhumunda insanpərvərlik, humanizm ünsürləri tapmaq mümkündür. Lakin sənət heç zaman güzəştə getmir. Sənət həmişə təfəkkürün, bədii-estetik qadirliyin ən yüksək mərtəbəsində dayanır, bircə pillə aşağıda belə - artıq sənət yoxdur. Bu mənada sənət amansızdır.
     Biz yaxşı bilirik ki, hal-hazırda respublikamızda əliəyriliyə qarşı, rüşvətxorluğa və ümumiyyətlə, ictimai əxlaqdakı hər cürə naqisliklərə qarşı barışmaz mübarizə elan edilmişdir. Biz də bu mübarizədən kənarda qalmamalıyıq. Biz də ədəbiyyatda xaltura və qrafomanlığa qarşı, ideya və bədii cəhətdən aşağı səviyyəli yazılara qarşı daha böyük bir əzmlə, daha artıq bir şövqlə mübarizə aparmalıyıq, çalışmalıyıq ki, yaradıcı ziyalılarımız bu tarixi məqamda alnıaçıq, üzüağ olsun.
     Yeni il münasibətilə yaradıcılıq planlarıma gəldikdə, nə deyə bilərəm?
     Açığını yazım ki, mənim üçün doğma və əziz olan «Ulduz»un bu sualından birdən-birə diksindim, elə bil, yalnız indi məlum oldu ki, 1975-ci il sona yetir.
     Nə tez keçdi bu il?
     Bəlkə ötən ilin qısa hesabatını versəm daha yaxşıdır?
     1975-ci ildə elədiklərimdən, Bəxtiyar Vahabzadənin məşhur misralarının təsiri ilə deyim ki, həm razıyam, həm də narazıyam.
     Bu il mənim «Bir görüşün tarixçəsi» adlı povestim «Azərbaycan» jumalında çap olundu. Moskvanın «Molodaya qvardiya» nəşriyyatında «Baladadaşın ilk məhəbbəti» adlı hekayələr kitabım çıxdı. Eyniadlı hekayəm əsasında çəkilmiş qısametrajlı bədii film ekranlarda göstərildi. «0x kimi bıçaq» adlı tammetrajlı bədii filmin ssenarisi C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyası tərəfindən qəbul edildi. «Tənqid və nəsr» adlı monoqrafiyamı işləyib çapa hazırladım. Mərkəzi mətbuatda və respublika mətbuatında bir sıra hekayə, məqalə və publisist yazılarım dərc olundu. Bütün bunlar, əlbəttə, məndə razılıq hissi oyadır. Lakin eyni zamanda bir həqiqət də şübhəsizdir: dövrümüz zəhmət dövrüdür və mənim etdiklərim dəryada bir zərrəcikdir. Daha intensiv, daha məhsuldar işləmək lazımdır. Müasirlərimizə layiq surətdə, yaşadığımız günlərin kosmik sürətinə və bu gün malik olduğumuz mənəvi sərvətin yüksək keyfiyyətinə layiq surətdə işləmək lazımdır.
     «Ulduz»un oxucularını Yeni il münasibətilə, əldə etdikləri böyük əmək qələbələri münasibətilə təbrik edirəm.
1975.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (07.08.2014) | Müəllif: R.C E W
Baxış: 635 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more