Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Məsuliyyət
MƏSULİYYƏT

     Burada «İki kitab fonunda müsahibə» rubrikası vermək daha düzgün olardı, çünki Moskvada iki Ümumittifaq nəşriyyatı Elçinin yaradıcılığını, demək olar, eyni vaxtda təqdim etmişdir. Lenin komsomolu mükafatı laureatı olan yazıçının çoxdan dostluq etdiyi «Molodaya qvardiya» nəşriyyatı «Parisdə avtomobil qəzası» adı altında onun nəsr məcmuəsini buraxmışdır. Məcmuəyə «Abşeron motivləri» bölməsində birləşdirilən povestlər, müxtəlif illərdə yazılmış hekayələr və «Mahmud və Məryəm» tarixi romanı daxil edilmişdir. «Sovetski pisatel» nəşriyyatı isə «Cazibə sahəsi» kitabını çapdan buraxmışdır. Kitabın «Tənqid: problemlər və düşüncələr» kimi yarımbaşlığı müəllifin maraq dairəsini əks etdirir. Burada müasir sovet çoxmillətli ədəbiyyatı haqqında məqalələr, dialoqlar, düşüncələr verilmiş, Azərbaycan klassiklərinə isə xüsusi bölmə ayrılmışdır.
     Şəxsiyyətin belə «haçalanması» Elçinin bədii praktikasına illərdən bəri xas olan bir cəhətdir və söhbətimiz də elə bundan başlandı. Söhbətə başlayarkən mən onun yaradıcılığında nəsrlə ədəbi tənqidin necə əlaqələndirildiyini soruşdum. Bu, iki sahənin «ahəngdarlığını yoxlayıb sınamaqdırmı», yoxsa vahid prosesin bir-birini tamamlayan tərkib hissəsidir?
     -Bu barədə mən özüm də çox fikirləşmişəm. Mənə elə gəlir ki, nəsr dünyanın obrazlı qavranılması deməkdir. Tənqid isə obrazların obrazlı təfsirinə cəhd etmək deməkdir. Əslinə baxanda bunlar başqa-başqa şeylərdir. Lakin mənim üçün bunların hər ikisi özünüifadə vasitəsidir. Nəsr əsəri üzərində işləyəndə, ancaq nasir kimi qalıram. Öz əsərimi tənqidçi mövqeyindən o vaxt qiymətləndirə bilirəm ki, əsər bitmiş, hələ bəlkə çap olunmuş olsun. Vaxtilə yazdığım əsərlərə qayıdıb tənqidçi kimi oxuyanda onlarda nəyisə qəbul etmirəm, haradasa müəlliflə razılaşmıram. Halbuki çox hallarda burada nasirlə tənqidçi bir-birini tamamlayır. Eyni zamanda, yəqin ki, yazıçılıq təcrübəsi başqasının yaradıcılığının xüsusiyyətlərini dərindən başa düşməkdə, hiss etməkdə tənqidi fəaliyyətə kömək edir. Bir neçə il əvvəl mən Azərbaycan ədəbi tənqidinin tarixinə aid kitabın tərtibçisi, elmi redatoru və müəlliflərindən biri idim. Milli tənqidi fikrin, onun bədii ədəbiyyatla əlaqəsinin xülasəsindən çıxardığım əsas nəticə budur: yazıçı, tənqidçi xalqın bir hissəsidir və o yazıçı xoşbəxtdir ki, yaradıcılığında özünü ifadə edərkən, xalqını ifadə edir.
     -Siz, adətən, müasir mövzuları qələmə alırsınız. Elə isə «Mahmud və Məryəm» romanında keçmişə müraciət etməyinizi nə ilə izah etmək olar? Milli tarixə maraqlarımı, yoxsa keçmişin materialı əsasında müasir problemlər haqqında fikir yürütmək meyli ilə?
     -«Mahmud və Məryəm» kitabı tarixi romandır, burada XVI əsrin - Azərbaycan Səfəvilər dövlətinin yaranmasının və formalaşmasının mürəkkəb dövrünün hadisələrindən bəhs edilir, milli və dini ayrı-seçkiliyin qurbanı olmuş iki sevgilinin faciəli taleyi bu fonda təqdim olunur. Bununla belə, kitabda bir çox hadisələr zəmanəmizlə səsləşir, siyasi və mənəvi təcrübəmizin mövqelərindən işıqlandırılır. Bu, hər şeydən öncə, mahiyyət etibarilə insan təbiətinə zidd olan müharibəyə, hüdudsuz hakimiyyətin despotizminə aiddir; Mahmud və Məryəm əhvalatının əsasında böyük «Əsli və Kərəm» dastanı dayanır, xalq eposu isə həmişə müasirdir, bu cür müasirlik romanın mövzusunda da əksini tapır.
     Bir məsələni də deyim: tarixi reallıqlara müraciət edərkən çalışmışam ki, öz problematikasına görə də, estetik quruluşuna görə də roman oxucuya yaxın olsun. Yeri gəlmişkən deyim ki, kitabın ADR-dəki naşirləri də əsərin bu xüsusiyyətlərinə diqqəti cəlb etmişlər.
     -Bir növ əvvəlki sualın davamı kimi soruşum: tənqidi əsərlərinizdə, düşüncələrinizdə ədəbiyyatın gündəlik problemləri ilə yanaşı, klassik irs məsələləri də tədqiq edilir. Bu nə ilə əlaqədardır, keçmişə ancaq maraqlamı?
     -«Cazibə sahəsi» kitabındakı klassik irsə aid bölmə «Bu işıq əsla sönməz...» adlanır.
     Bəllidir ki, keçmişsiz indi də yoxdur və tarixi. O cümlədən, mədəniyyəti bilmədən bu indinin özünü obyektiv dərk etmək mümkün deyildir. Biz xalqın əsrlər boyu yaranan mənəvi sərvətinin varisi olmalıyıq. Bu sərvətlərin yaradıcıları «keçmişə» aid edilsələr də, fərqi yoxdur, onlar müasirlərimiz kimi qalırlar. Ona görə də bu kitabda tarixilik və müasirlik bərabər səviyyədə, bir- birləri ilə vəhdətdə çıxış edir.
     -Ədəbiyyat cəmiyyət həyatının yeniləşməsinin get-gedə sürətlənən prosesində fəal iştirak edir. Bu mübarizədə mövqeyinizi konkret olaraq nədə görürsünüz?
     -Yeniləşmə hər şeydən əvvəl, bütün həyatın demokratikləşməsi deməkdir, aşkarlıq deməkdir və hər kəsin mütləq şəxsi məsuliyyəti deməkdir. Əsl ədəbiyyatın kökünü də məhz bu anlayışlar təşkil edir və bunlar olmadan ədəbiyyat sadəcə olaraq yaşaya bilməz.
     Öz yaradıcılığımda, əvvəllər olduğu kimi, yenə də, həm ədəbi tənqidə, ədəbiyyatşünaslığa, həm də nəsrə fikir verirəm. Üzeyir Hacıbəyovun bədii publisistikası haqqında monoqarfiyam yazıb qurtarmışam. Azərbaycan ədəbiyyatının çoxəsrlik tarixinə, onun şanlı simalarına aid kollektiv əsərin tərtibçisi və elmi redaktoruyam. Bu əsər üçün qədim zamanlardan bu günədək ədəbiyyatımızda mövcud terminlərin, janrların, estetik anlayışların tutumlu- izahlı lüğətini hazırlamışam. «Azərbaycanfilm» studiyası üçün nəsr əsərlərimin motivləri əsasında iki ssenari yazmışam...
     Lakin «Ölüm hökmü» romanı üzərindəki işimi əsas hesab edirəm. Bu iş, beş ildir ki, gedir. Romanda cəmiyyətin müxtəlif təbəqələrinin son onillikdə ki, həyatı şəhər materialında təqdim olunur, eyni zamanda, yeri gəldikcə keçmişə də müraciət ediləcək. O şeylər ki, yazılma mərhələsindədir, onlar barədə müfəssəl danışmaq yəqin ki, düzgün deyil. Ancaq bir məsələni mütləq qeyd edəcəyəm: ictimai problematika heç bir əsərimdə məni buradakı qədər həyəcanlandırmamış, hislərimə bu qədər hakim olmamışdır. Şübhəsiz, burası qanunauyğundur: bu gün başqa cür ola bilməz...
Söhbəti apardı: L.Qoldşteyn
1987.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (07.08.2014) | Müəllif: R.C E W
Baxış: 559 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more