Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-"Mən özüm Azərbaycandanam..."
«MƏN ÖZÜM AZƏRBAYCANDANAM...»
(Unudulmaz Banin)

     Hərdən Umm-ül-Banudan taleyin hökmü ilə fransız yazıçı sı olmuş Banindən məktub almaq və ona məktub yazmaq mənim üçün çox uzaq (və eyni zamanda çox da yaxm!) bir möcüzə ilə ün siyyətdə olmaq deməkdir.
     Məktublarmdan birində Banin mənim «Mahmud və Məryəm» romanımdan bəhs edərək yazır: «Mahmud və Məryəm» mənim çox sevdiyim və dəfələrlə oxuduğum kitablardan birini «Min bir gecə»ni yadıma saldı».
     Və bu sözləri oxuyarkən mən fikirləşdim ki, Umm -ül -Banunun özünün həyatı XX əsrin acılı şirinli «Min bir gecə» nağıllarından biridir...
     Banin haqqmda mən ilk dəfə yetmişinci illərin əvvəllərində eşitmişdim və o dumanlı məlumat o zaman o qədər nəhəng beton sədlərin arxasmda idi ki, haçansa həmin sədləri dəf etmək, o can sız betonu yarıb keçmək heç kimin ağlma gəlməzdi, yəni belə bir hadisə baş versəydi, bu da Baninin özünün həyatı kimi bir möcüzə olardı.
     O möcüzə baş verdi.
     Əsrin əvvəllərində var-dövləti yalnız Azərbaycana, yalnız Rusiya imperiyasına yox, elə bil ki, bütün dünyaya sığışmayan (və o zaman yəqin ki, daimi, əbədi görünən!..) böyük Bakı neft inhi sarçıları Musa Nağıyev və Şəmsi Əsədullayev Baninin XX əs rin sonlarma doğru yenidən Vətənlə ünsiyyət üçün imkan tapmış bu görkəmli fransız yazıçısının babalarıdır. Əsədullayevin oğlu ilə Nağıyevni qızı evlənmişdi və indinin özündə də Bakının qoca sakinləri o milyonçular toyu haqqmda əfsanələr danışır və əlbəttə, o zaman o əfsanənin iştirakçıları da, o əfsanəyə həsrətlə tamaşa edənlər də fikirləşməzdilər ki, həmin əfsanə ilə, əslində, acı tale yollarmm başlanğıcı qoyulur...
     O izdivacdan 1905ci ildə Bakıda bir qız dünyaya gəldi və o azərbaycanlı qıza qədim bir ad qoydular: Umm-ül-Banu, amma illər keçdi və o ad da dəyişdi...
     Banin bir məktubunda o vaxt mənim hələ oxumadığım «Qafqaz günləri» (1943) adlı avtobioqrafik romanından bəhs edirdi: «Mən o kitabda onların (yəni müasir Azərbaycan oxucularının — E.) yəqin ki, dumanlı təsəvvür etdikləri keçmiş bir dünyanı təsvir edirəm: Azərbaycan milyonçularının dünyasını, o dünyanı ki, mə ni orada Avropa dayələri tərbiyə edirdi. Bir də ki, inqilab dünyasını və kapitalist aləminin tarmarını ki, indi o barədə heç təəssüf etmirəm...».
     Bax, beləcə...
     Dünyagörmüş Ümm-ül-Banu Parisdə, operetta butaforiyasını xatırladan səliqəli Loriston küçəsindəki birotaqlı mənzilində təktənha bir həyat sürərkən də itirilmiş milyonlarının təəssüfünü çəkmir və burada heç bir yalançı ürəyigenişlik yoxdu: söhbət dünyanı dərk etmiş bir müdriklikdən gedir.
     Azərbaycanda sovet hakimiyyəti qurulanda və milyonlarla bərabər o «Avropa dayələri»nin də dünyanın heç bir qanununa, heç bir vicdana sığmayan zorakılıqla keçmişin «Min bir gecə» nağıllarına çevrildiyi zaman Ümm-ül-Banunun on beş yaşı var idi. Həmin «Qafqaz günləri» romanının fransız dilindəki sonuncu nəşrində (1985) isə on səkkiz yaşlı gözəl bir qızın taleyin qov haqovu ilə Parisə gəlib çıxmış tənha və pulsuz Ümm-ül-Banunun fotoşəkili çap olunmuşdur.
     Mən bu fotoya baxıram...
     Paris və on səkkiz yaşlı kimsəsiz bir qız...
     Mən Parisin tanınmaz -bilinməz küçələri ilə addımlayan o qı zı görürəm və birdən -birə qulaqlarımda «Internasional» səslənir — inqilab mahnısı və o inqilab mahnısı bu dəm qüdrətdən, qələbə dən yox, dünyanın acısından, dərdindən, aləmindən xəbər verir...
     Tərcüməçi, mağaza satıcısı, katibə, iyirminci illərin zərif, Avropa təkəbbürlü və eyni zamanda, Şərq ədalı manekençisi...
     Bunlar hamısı, əlbəttə, taleyin oyunu idi və artıq «Min bir ge cə» nağılları yox, real həyat idi və o həyat yolları o qızı gətirib yazı mizinin arxasına çıxardı: Ümm -ül -Banu fransız dilində yazmağa başladı və qısa müddətdə bu azərbaycanlı qız Fransada gözəl bir üslubçu (!) kimi ədəbi ictimaiyyətin hörmətini qazandı.
     Taleyin qəribə oyunları var...
     Şəmsi Əsədullayevin üç qız nəvəsini tanıyıram, üçünün də yaşı səksəni adlayıb və üçü də dünyanın müxtəlif ölkəsindəki şə hərlərdə yaşayır: Ümm-ül-Banu Parisdə, Züleyxa Əsədullayeva Viver Vaşinqtonda, Məryəm xanım Əsədullayeva Moskvada...
     1990-cı ilin axırlarında Züleyxa xanımı «Vətən» Cəmiyyəti xətti ilə Bakıya dəvət etdik və ABŞ konqresmeni Cim Mudi ilə birlikdə, az qala, yetmiş illik ayrılıqdan sonra Azərbaycana gəldi.
     Züleyxa xanım Bakını küçə -küçə gəzdi, son dərəcə iti və sağlam yaddaşı onu bu binanın qabağından o biri binanın qabağı na apardı («Bax, ordan dönəcəyik, Hacı əminin (H. 3. Tağıyevin.) evinin qabağına çıxacağıq!..» « Bax, bura ilə düz gedək, in di Murtuza (M. Muxtarovun E.) əminin binasını görəcəyik!..»). Hər şeyi öz gözü ilə gördü və görüşlərdən birində üzünü ictimai xadimlərə, görkəmli elm və mədəniyyət adamlarına tutub dedi:
     -Diqqətlə sizə qulaq asıram. Ağıllı adamlarsız. Bəs necə oldu ki, bu yetmiş ildə bu məmləkəti bu günə saldız?!
     Mənə elə gəlir ki, bu sualın cavabı zəmanənin qəddarlığındadır və o qəddarlığı azçox duymaq üçün, istəyirəm bu dəfə də Məryəm xanımın xatirələrindən kiçik bir parçanı yada salım: «Uç qardaşım 1920ci ildən sonra başlanan terrordan canlarını qurtarmaq üçün anamla birlikdə İstanbula qaçdılar. Mən Bakıda xalamla birlikdə qaldım. Azdan-çoxdan təhsil almışam. Alman, ingilis, fransız, rus, türk, bir də təbii ki, ana dilimi mükəmməl bilirdim və bu bilgi məndə gələcək həyatımın heç də pis olmaması üçün arxayınçılıq yaradırdı. Mülkümüz əlimizdən alınmışdı. Biz xalamla kiçik bir daxmada yaşayırdıq. Amma hardan biləydim ki, milyonçu qızı olmaq başımıza hələ çox bəlalar gətirəcək. Hamı kimi mən də oxumaq istədim. Hara getdimsə, dedilər, milyonçu qızı san, sənə aramızda yer yoxdur. İşləmək istədim. Dedilər, sənə xalqın malını etibar edə bilmərik. Sobotaj edərsən. Beləliklə, qaldım ac. Məhəlləmizdə bir halvasatan arvad var idi. Günlərlə ac qaldığım vaxtlar halvasatana yalvarıb bir tikə halva istəyərdim. Arvad da halvanı verməzdən qabaq deyərdi:
     –Hə, milyonçu qızı, oyna, oxu, sənə halva verim. Mən də acından ölməmək üçün küçədəcə qol götürüb oynayar, bildiyim mahnıları oxuyardım, halvasatan dəli bir qəhqəhə ilə gülüb çığı rardı:
     -Ay camaat, baxın, baxın, görün bu cəmiyyət milyonçu qızı nı nə günə qoyub, bir tikə halva üçün küçədə qol götürüb oynayır!..».
     O dəli qəhqəhə ilə gülən, əslində, halvasatan arvad deyildi, zəmanə idi.
     Ağa Şəmsi Nobel qardaşları kimi, Finlandiyada, İranda, Türküstanda, Rusiyanın bir çox şəhərlərində neft kontorları açmışdı,
     Bakıdan başqa, Moskvada, Peterburqda iri mülklər tikdirmişdi, Baxçasarayda türk qızları məktəbi açmışdı, Moskvada «Tatar evi» inşa etmişdi, hətta Kaluqada ona müraciət edən kasıb din xadimlərinə xaçpərəstlərə belə külli vəsaitlə yardım edib kilsə tikintisinə kömək etmişdi...
     Nəvəsini isə zəmanə bir tikə halvadan ötrü küçələrdə oynadırdı...
     Və zəmanə öz oyununu davam etdirir...
     Budur, Məryəm xanım Züleyxa xanımın ABŞ-dan gəlməsi xəbərini eşidən kimi, Moskvadan çıxıb Bakıya yola düşür.
      «Uç gündən sonra gəlib Bakıya çatdım, amma bilmədim hara gedim, bacımı bu boyda şəhərdə necə tapım. Evə gəldim, qızım dedi ki, Züleyxa xala zəng edib bizə gələcəyini bildirdi. Xəcalət təri məni basdı: altı nəfərin yaşadığı balaca bir otağa bacımı necə dəvət edim? Yadımdadır, 20 -ci illərdə bizim indiki «Qoqol» küçəsi ilə «Nizami» küçəsinin tinindəki evimizi müsadirə edəndə dedilər ki, bir ailə on yeddi otaqlı evdə yaşayır, yüzlərlə ailənin isə yaşamağa yeri yoxdur.
     70 il sonra biz 6 nəfərdən ibarət üç ailə bir otaqda yaşayırıq. Görəsən, günahkar kimdir? Nə isə...»
     Lakin mən yenə uzaq Parisə, Loristan küçəsində Umm-ülBanunun evinə qayıdıram, onun söhbətlərini xatırlayıram...
     Bunini yadına salır...
     Mən onun «Ivan Buninin son höcəti» romanının rus dilində Izrail nəşrini oxumuşdum və Banin o povesti bu sözlərlə başlayır: «Mən Ivan Buninlə 1946cı ildə görüşmüşəm».
     1946-cı ildə artıq Buninin «Qafqaz günləri», «Paris günləri» kimi romanları çap olunmuşdu və Paris də daha dostların yaşadı ğı bir şəhər idi: Araqon, Elyuar, Sartr, Monterlan, Triole, K. Roy...
     Paris, eyni zamanda, mühacir dostların da yaşadığı şəhər idi: Bunin, A. Tolstoy, Şalyapin, Gippius, Teffi...
     Nadejda Aleksandrovna Teffi Umm-ül-Banudan otuz yaş böyük idi, amma bu yaş fərqinə baxmayaraq, onlar Parisdə ən yaxm adamlar olmuşdular. Umm-ül-Banu «Ivan Buninin son höcəti»ndə «Mən özüm Azərbaycandanam» deyə Parisdəki mühacirətdən bəhs edir: «Ədəbiyyat, heç olmasa, ona görə yaxşı bir şeydi ki, adamları bir-biri ilə tanış edir. Ədəbiyyat bir çox qapıları mənim üzümə açdı, məni müxtəlif yazıçılarla yaxınlaşdırdı. Ədəbiyyatın sayəsində mən ilk görüşdən sevdiyim Teffi ilə rəfiqə oldum.
     Onun çox iti və acı dili var idi. Həm də ağıllı idi, onunla keçirilən vaxt həmişə adamı valeh edirdi».
     Bunini də Umm -ül -Banu ilə Teffı tanış etmişdi. O zaman Buninin 76, Baninin isə 41 yaşı var idi və yenə də bu yaş fərqinə baxmayaraq (bəlkə də elə buna görə!), biz bu gün parlaq Bunin qələminin Baninə yazdığı otuzdan artıq məktubu oxumaq imkanı na malikik. O məktubların orijinalı Baninin arxivindədir, böyük bir qismi də «Ivan Buninin sonuncu höcəti» povestində çap olunub.
     O məktublar incə, kövrək insani hisslərin əbədiliyindən xə bər verir və Baninin həmin məktublar əsasında yazdığı sənədli povesti də Bunin qələminin ifadə etdiyi o incə, o kövrək hisslərə layiq bir əsərdir.
     Bunin Baninə «Djanum!», «Doroqaya, prekrasnaya, Maqo metanka», «Çernaya roza nebesnıx sadov Allaxa», «Doroqaya qazel» deyə müraciət edirdi və bu müraciətlərdə, əlbəttə, 76 yaş lı dünyagörmüş ustadın xəfif bir təbəssümü var idi. Bəzən məktublarını «Vaş pokornıy sluqa Aşik-Kerib» deyə imzalayırdı və bizim məhəbbət dastanımızın o məşhur qəhrəmanı elə bil ki, Lermontovun qələmindən adlayıb, Astafyevin «Aşıq Qərib» operasından, Qliyerin «Şahsənəm»indən keçib gəlib Umm-ül-Banuya çatırdı.
     Şahsənəm gözəl və zəngin bir qız idi.
     Umm -ül -Banu Şahsənəm kimi gözəl idi, amma Şahsənəm ki mi zəngin deyildi: əksinə, yoxsul idi.
     Bəlkə bu, çox çeynənmiş səslənir, amma həqiqət beləydi: zənginlik mənəviyyatda, hisslər aləmində idi.
     Bu o zənginlik idi ki, halvasatan arvadın o dəli qəhqəhəsi qarşısında mənəvi bir dayağa çevrilirdi.
     O zənginlik bu gün də davam edir və bu gün də heyran edir...
     Ilk dəfə evində Umm-ül-Banu ilə görüşəndə bir gənclik şövqü ilə gülə gülə balaca otağındakı yumşaq kürsünü göstərib:
     -Burada Bunin əyləşib!.. dedi. Siz də əyləşin!..
     Və o gənclik şövqü, o yumor ilk dəqiqədən bir məhrəmlik yaratdı: mən əfsanəvi Baninlə deyil, hətta «Min bir gecə» nağıllarının səhifələrindən gəlmiş Umm-ül-Banu ilə də yox, Bakıda böyümüş, Azərbaycanın mənim üçün doğma olan ab -havası ilə nəfəs almış, həyatın bütün keşməkeşlərinə baxmayaraq, o ab -havanı damarlarında axan qanında saxlamış, iddiasız bir ağbirçəklə danışırdım.
     Amma bu mənim təəssüratımdır, özü isə «Qafqazlı günlər»də yazır: «Hər dəfə xatirələrin qanadında uşaqlıq çağlarına qayıdanda heyrət məni bürüyür... Uşaqlıq çağlarının yaddaşımın dərinliklərindən baş qaldıran səhnələri sanki mənə aid deyil, sanki onları kimdənsə borc almışam: heç cürə inana bilmirəm ki, bu xatirələr mənə məxsusdur. Elə bil, bu hadisələr mənim başıma gəlməyib, mən onların arasında yad bir səyyaham...»
     «Son ümidin çağırışı», «Ernest Yunkerlə görüş»,, «Mən tiryəki seçdim», «Sonra», «Yad Fransa», «Ernest Yunkerin portreti» əsərlərini də Parisdəki o «yad səyyah» yazıb... F. Dostoyevskinin «Ozgə arvadı»nı da rus dilindən fransız dilinə o «yad səyyah» tərcümə edib. E. Yunkerin «Sülh» romanını da «yad səyyah» çevi rib...
     Taleyinin müqabilində özünü beləcə «yad səyyah» hiss edən Banin Parisdəki o balaca otağında gülə -gülə mənə dedi:
     -Hayıf babamın o milyonlarından!.. Indi mənə lazım olardı!..
     O gülüşdə heç bir kin-küdurət, hətta yüngülcə bir təəssüf də yox idi.
     Umm-ül-Banu öz -özü ilə zarafat edirdi...
     Banin taleyinin qəribəlikləri isə davam edir: az qala, yetmiş illik ayrılıqdan sonra Banin öz kitabları ilə yenidən Azərbaycana qayıdır.
     Bu, Umm-ül-Banu ömrünün yeni bir başlanğıcıdır.
     Mən onun «Ivan Buninin son höcəti» əsərindən ilk cümləni xatırladım. Həmin povestdəki son cümləni də xatırlamaq istəyi rəm. Bu, Hötenin məşhur kəlamıdır: «Aller Anfang ist schon».
8 noyabr 1988, 23 mart 1991.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (30.08.2014) | Müəllif: R.C E W
Baxış: 617 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more