Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Mən gedirəm, ağlama
MƏN GEDİRƏM, AĞLAMA..

Rəşiddən yox idi...
Və olmayacaq!..
İlyas Əfəndiyev
     Rəşid Behbudovla qohumluğumuz, yaxud yaş fərqinə görə şəxsi dostluğumuz, yaxud da ənənəvi ailəvi bir yaxınlığımız yox idi, amma nə olsun, mənə elə gəlir ki, hər hansı bir azərbaycanlı şəxsən tanış olsa da, olmasa da Rəşid haqqında xatirə yaza bilər və hərgah xatirə həyatın bir hissəsidirsə, Rəşid öz sənəti ilə xalqın həyatına daxil olub və hər birimizin həyatının bir parçasıdır...
     Bizim aramızda xoş bir ünsiyyət, səmimi və mehriban bir tanışlıq var idi...
     Və mən makina arxasında oturub bu kiçik yazını başlamaq is təyəndə heç cürə xatirimə gətirə bilmədim ki, ilk dəfə onu nə zaman görmüşəm, onunla şəxsən nə vaxt tanış olmuşam?.. Rəşid Behbudov, elə bil, nağıllarımız kimi, mahnılarımız kimi, tarımız, kamançamız, sazımız kimi, həmişə mənimlə bir yerdə olub və ilk mahnıları nə vaxt eşitdiyimi xatırlaya bilmədiyim kimi, Rəşid Behbudovu da nə zamandan xatırladığımı xatırlamaq mümkün de yil.
     Bir dəfə, əgər səhv etmirəmsə, 80 ci ilin soyuq bir dekabr günündə Moskvada, «Moskva» mehmanxanasında səhər-səhər şəhərə çıxarkən foyedə Rəşid Behbudovla rastlaşdıq. Umumiyyətlə, «Moskva» mehmanxanasının birinci mərtəbəsi, o geniş foye tez-tez səfərlərə çıxan, o cümlədən, həftə səkkiz, mən doqquz Moskvada olan və həmişə də «Moskva» mehmanxanasına düşən bir adam kimi, mənim üçün doğma bir yer idi və təkcə ona gö rə yox ki, ayaqqabısilən assur Arkadidən, əynindəki formada keç miş çar generallarına oxşayan şveysar, tatardandönmə Dimitri Fuadoviçdən tutmuş, tənbəki köşkünün satıcısı Lyusyayacan orada hamı məni tanıyırdı, ən əsası ona görə ki, burada həmişə gözlənil məz, soyuq Moskvada adamın ürəyinə bir doğmalıq gətirən görüşlər olurdu və həmin xoş, doğma görüşlərdən biri də o qış səhə ri oldu.
     «Boy, Elçin, qadan alım, tı toje zdes?»
     O mənimlə görüşəndə, hərdən mənə zəng eləyəndə (xüsusən, mən «Vətən»i yaradıb orada işə başlayandan sonra tez -tez zəngləşirdik) «qadan alım» ifadəsini işlədərdi və doğrusunu deyim ki, onun səsilə, şirin nəfəsiylə hərdən öz ünvanıma bu idio matik ifadəni eşidəndə, mənə elə gəlirdi ki, o «qadan alım» bizim misilsiz el mahnılarmdan qopub gəlir...
     Həmin qış səhəri maestro ilə həmişəki kimi, səmimi görüşdük, haləhval tutduq, həmişəki kimi də, atamı soruşdu («Ilyas nətərdi? Yaxşı kişidi, ondan muğayat ol!»), Imranı soruşdu («İm ran nə qayırır?»). Rəhmətlik Imran Qasımovla dost idilər, hər də fə məni görəndə bir yerdə işlədiyimizə görə onu soruşurdu, hərdənbir Y azıçılar İttifaqına, Imran müəllimin yanma gələrdi, bəzən repertuarma saldığı təzə mahnıların mətnini Yazıçılar Ittifaqmm makinaçıları Sona xanıma, yaxud Tutu xanıma verib yazdırardı (onun öz əli ilə yazdığı bəzi mahnı mətnlərini yadigar kimi ondan alıb saxlamışam).
     Soyuqdan şikayətləndi:
     «Sənə nə var e, cavan oğlansan, dedi. Dərd mənim dərdimdi, qocalıf getmişəm... Amma baxma, nə qədər qoca olsam da, yüz cavana dəyərəm!».
     Məlum oldu ki, səhəri günü ikimiz də eyni reyslə Bakıya uçuruq.
     «Ə, nə yaxşı oldu, konyak vurarığ deputatskidə!» (Həqiqə tən, səhəri günü Vnukovo aeroportundakı Deputat otağmda birlikdə konyak içdik.)
     Sonra boz karakul papağını başma qoydu və mənim o papağa baxdığımı görüb (mən əşya yox, elə bil ki, doğma bir məxluq ki mi, arşmmalçı Əsgərin papağına baxırdım!) dedi:
     «Bu papaq maa rəhmtlik dədəmdən yadigar qalıf!».
     Sonra sağollaşdıq və maestro əvvəlcədən üşüyürmüş kimi, dəri kürkün içində büzüşdü və mehmanxanadan çıxdı, mən isə, doğrusu, bir az təəccüb içində qaldım, çünki onun «rəhmətlik də dəsindən yadigar qalmış» boz karakul papağı təzə tikilmiş papağa oxşayırdı (ümumiyyətlə, Rəşid Behbudov dəblə və zövqlə geyi nən bir adam idi) və göz görəti Nuh əyyamından qalma bir şey tə siri bağışlamırdı.
     Səhəri günü bərabər Bakıya uçarkən (kiçik konyak dəsgahmdan sonra):
     «Maestro, dedim (mən həmişə ona belə müraciət edirdim; əksərən hörmət əlaməti olaraq ona «Rəşid Məcidoviç»deyə müraciət edirdilər, amma mən belə deyə bilmirdim, şuşalı xanəndə Məcidi «Məcidoviç» eləyəndə, mənə elə gəlirdi ki, misal üçün, Qaçaq Nəbinin başına şlyapa qoyursan, yaxud Koroğlu sə dəfli saz əvəzinə gitara çalır...), dünən dediniz ki, bu papaq sizə atanızdan yadigar qalıb...»
     «Elədi...»
     «Axı, bu, təzə tikilmiş papağa oxşayır. Qədimi deyil...»
     «Elədi... Amma nə olsun təzədi?..»
     Və onda Rəşid Behbudov mənə öz uşaqlıq illəri ilə bağlı heç vaxt yadımdan çıxmayacaq gözəl bir əhvalat danışdı.
     Onda Tiflisdə yaşayırdılar və yay vaxtları məhəllə uşaqları böyüklərdən xəlvətcə sandıqları ələk-vələk eləyib köhnə dəbli pal-paltar tapıb çıxarırdılar, həyətdə özləri «Arşın mal alan»ı tamaşaya qoyurdular. Rəşid atasının karakul papağını başına qoyub, əlinə də bir ağac alıb Əsgərin rolunu oynayırmış...
     «Bax, Elçin, qadan alım, dədəmin həmin papağıdı başımda!.. Nolsun ki, təzə tikilif... Həmin papağıdı ki, var!..»
     Rəşid Behbudovun həyatında, həm də zəngin hadisələrlə do lu həyatında, olsun ki, kiçik bir epizod təsiri bağışlayan bu hadisə ona görə heç zaman mənim yadımdan çıxmır ki, (hətta bəzən o balaca küçə alverçisi Əsgər gəlib gözlərimin qabağında dayanır, elə bil, özüm də Tiflisin azərbaycanlı məhəlləsində o uşaqlardan biri kimi, o tamaşanı göstərənlərdən olmuşam...), həqiqətən, çox rəmzi məna daşıyır.
     Bəli, karakul papaq xanəndə Məcidin həmin papağıdı, illər keçir, o papağı müxtəlif dərzilər tikir, amma həmin papaqdı ki, Rəşidin başındadı...
     Rəşidin ifasında «Yar bizə qonaq gələcək», «Güləbatın», «Gül oğlan», «Gözəlim sənsən», «Qalalı», «Kəklik», «Evləri var xana -xana», «Qubanın ağ alması» və başqaları kimi mən bu dəm onun səsi ilə qulağıma gələnlərin adını çəkirəm Azərbaycan xalq mahnılarının duzu da bundadı, Tiflisdə anadan olub, uşaqlı ğını Tiflisdə keçirmiş Rəşidin mahnılarındakı Şuşa ab -havası da bundadı və Rəşid sənətini bizim hər birimizin həyatının bir parçasına çevirmiş sehr də onun Tanrıdan gəlmə səsi, istedadı ilə bərabər, bundadı...
     Bu sözləri yazıram, yenə fikrimdə Rəşidin səsi ilə misralar eşidirəm:
     Indi mənə elə gəlir ki, elə bil, Rəşidin lap gənc yaşlarında addımlayıb girdiyi o bağça təkcə yarın, sevgilinin, məşuqənin bağçası deyildi, sənətin bağçası idi, həm də əbədi sənətin bağçası idi və nə qədər ki, Rəşid Behbudov o bağçada oxudu, o çiçəklər payız, qış bilmədi, qar, boran bilmədi, heç vaxt solmadı və nə qədər ki, Rəşidin səsi bizimlə olacaq — deməli, həmişə, daima, nəsillər bir-birini əvəz edəcək, o səs isə bizimlə olacaq! — o qədər də tə zə tər qalacaqlar.
     Rəşid Behbudovun milli sənət duyğusu o qədər hərarətli və qadirdir ki, o yalnız xalq mahnılarının, estradamızın klassiki yox, professional klassik musiqimizin də həmişə canlı olacaq klassiki dir. Üzeyir Hacıbəyovu Koroğlu — Bülbülsüz təsəvvür etmək mümkün olmadığı kimi, arşınmalçı Əsgəri — Rəşid Behbudovsuz da təsəvvür etmək mümkün deyil.
     Üzeyir Hacıbəyov — Bülbül — Rəşid Behbudov üçbucağı Azərbaycan musiqi sənətinin şah zirvələridir. Üzeyir bəy «Arşın mal alan»ı 1913cü ildə yazmışdı və o zaman Rəşid Behbudov hə lə dünyaya gəlməmişdi, amma elə bil ki, bu əsər məhz Rəşid üçün yazılmışdı, elə bil, Üzeyir bəy Rəşidin səsini, nəfəsini, hətta görkəmini («Arşın mal alan» filmini yadınıza salın!) gözlərinin qabağına gətirib Əsgərin ariyalarını, ümumiyyətlə, bu rolu yaradıb.
     Yaxşı yadıma gəlir, 1953-cü ilin yayında dördüncü sinfə keç mişdim və biz Şuşada, camaatın «Yazıçılar Evi» dediyi gözəl bir məkanda istirahət edirdik. Böyüklərin məclisində iştirak etməyə, söhbətlərinə qulaq asmağa mənim xüsusi azarım var idi və Şuşada o yay zamanı uşaq kimi iştirak etdiyim böyüklərin məclislərində, söhbətlərdə tez-tez söz düşürdü ki, Fikrət Əmirov Cəfər Cab barlının pyesi əsasında «Sevil» operasını yazıb və Rəşid Behbudov Balaşın rolunu ifa edəcək. Bu söhbət o günlərin siyasi söz-söhbətləri (Stalin yeni vəfat etmişdi və hamı bir siyasi nigarançılıq içində idi: necə olacaq, Melankov nə edəcək, ölkəni hansı istiqamətə aparacaq, Mir Cəfər Bağırov respublikanın rəhbəri qalacaq, yoxsa yox, getsə, yerinə kim gələcək və s.) kontekstində çox cazibədar, hətta füsunkar görünürdü və Bakıya qayıtdıqdan sonra mən səbrsizliklə həmin tamaşanı gözləyirdim, tez-tez atamdan soruşurdum ki, tamaşa nə vaxt olacaq, atam da rəhmətlik (və unudulmaz) Fikrət Əmirova telefonla zəng çalıb premyeranın vaxtını soruşurdu.
     Nəhayət, də qiq günü yadımda deyil, amma Yeni il qabağı idi, M.F.Axundov adına Opera və Balet Teatrında «Sevil»in böyük müvəffəqiyyətlə, təntənə ilə premyerası göstərildi. Quruluşçu rejissor Mehdi Məmmədov, dirijor Əfrasiyab Bədəlbəyli idi. Yadımda qalanlardan Firuzə Muradova Sevili, Ağababa Bünyadzadə Atakişini oynayırdı. Rəşid Behbudov da Balaş idi. Məhz Balaş idi, çünki rol oynamırdı, səhnədə Balaş kimi yaşayırdı.
     Rəşidin ağarmış saçları pəjmürdə (qrim onu o qədər tuturdu ki, elə bil, saçları, həqiqətən, səhnədə yaşadığı Balaşın həyatı bo yu ağarmışdı), əynində ev xalatı «Gör nə günə qaldın, öz cəzandı, çək, Balaş» ariyasını oxumağı, zalın dərin sükutu və birdən-birə qopan alqış sədaları indiki kimi xatirimdədir və hər dəfə də bu xatirə mənim içimə bir ilıqlıq, eyni zamanda, bir nisgil, bir nostalgi ya gətirir.
     Mən həmişə (və elə indi də) sidq-ürəkdən heyfslənmişəm ki, Rəşid Behbudov estrada ilə bərabər, opera solisti kimi də, yaradı cılıq yolunu davam etdirmədi, yalnız Balaşla kifayətləndi və Azərbaycan səhnəsində tamaşaya qoyulan (və qoyulmayan) Qərb və rus opera klassikası Rəşidsiz qaldı...
     Bir dəfə indiki Səttarxan klubundakı bir iclasdan bərabər çıxdıq, sərin bir payız axşamı idi və beş saatlıq iclasdan sonra hava adama ləzzət eləyirdi. Maestro dedi:
     «— Ə, lap Cıdır düzüdü ki!..».
     Həmin payız axşamı bir xeyli gedə -gedə onu evlərinəcən ötürdüm və opera solistliyi ilə bağlı heyfsilənməyimi ona da dedim. Zarafata saldı:
     «— Qadan alım, onsuz da, mən Rəşidəm də!..».
     Rəşidin ifasında Qara Qarayevin, Fikrət Əmirovun, Səid Rüstəmovun, Cahangir Cahangirovun, Arif Məlikovun, Süleyman Ələsgərovun, Əşrəf Abbasovun, Ağabacı Rzayevanın, Vasif Adı gözəlovun, Polad Bülbüloğlunun, Telman Hacıyevin, Ruhəngiz Qasımovanın mahnıları xalqın mənəviyyatından xəbər verdiyi üçün, yəni belə bir doğmalığa görə xalqın ürəyinə də yol tapıb. Rauf Hacıyev və xüsusən, Tofiq Quliyev ilə Rəşid Behbudovun yaradıcılıq əməkdaşlığı xalqın hiss -həyəcanlarının ifadəsi və bə dii-estetik səviyyəsi baxımından Azərbaycan estradasında və ümumiyyətlə, Azərbaycan musiqisində «Uzüyümün qaşı», «Sənə də qalmaz», «Sevgilim» kimi dahiyanə (bu sözün böyüklüyündən çəkinməyək) mahnılar meydana çıxartdı.
     Rəşidlə Azərbaycan bəstəkarlarının yaradıcılıq əməkdaşlığı bir də o baxımdan son dərəcə böyük əhəmiyyətə malik oldu ki, bu böyük sənət meyarları müəyyənləşdirdi və bu cəhət Azərbaycan mədəniyyətinin inkişafında ədəbi mərhələ vüsətinə malik bir hadisəyə çevrildi.
     Rəşid Behbudov bütün hissiyyatı ilə milli sənətkar idi və buna görə də onun sənəti milli sərhədlər tanımırdı. Bu fikirdə heç bir paradoks yoxdur, əksinə, milli və beynəlmiləlin arasındakı di alektik bir qanunauyğunluq var. Rəşidin sənəti ən sıx tellərlə Azərbaycan mənəviyyatına, doğma xalqının hisslər aləminə bağlı olmasaydı, o nə italyan mahnılarını o cürə hiss edib oxuya bilərdi, nə də, deyək ki, ərəb mahnılarını. Hərdənbir televiziya ilə Rə şidin Hindistan qastrollarından fraqmentlər göstərirlər və o fraqmentlərə baxmaq kifayətdir ki, hindli dinləyicilərin onun ifasındakı hind mahnılarını necə səmimiyyət və hərarətlə qəbul etdikləri ni, yüksək dərəcədə bəyəndiklərini görürsən.
     Və mən fikirləşirəm: hərgah Rəşid «Küçələrə su səpmi şəm»i, yaxud «Qoy gülüm gəlsin, ay nənə»ni hisslərin milli ifadəsi baxımından o dərəcədə dəruni şəkildə duymasaydı, hindlinin də mahnısını, italyanın da mahnısını, farsın, ərəbin də mahnısını o cürə duyub, o cürə də ürəkdən oxuya bilməzdi.
     Müharibədən sonrakı ilk illərdə «Arşın mal alan»ın sovet və dünya ekranlarında parlaq sənət nümayişi başladı, Rəşidin repertuarı keçmiş sovet və xarici ölkə xalqlarının mahnıları ilə zənginləşdi, onun böyük müvəffəqiyyətlə keçən qastrollarının coğrafi sərhədləri o zamankı sovet imkanlarına və yazılmamış qanunları na nisbətən qatqat yüksək dərəcədə vüsət əldə etdi və sənət alə mində çox nadir bir hadisə baş verdi: Rəşid Behbudovun adı Azərbaycanın sinoniminə çevrildi.
     Rəşidin yaratdığı və rəhbərlik etdiyi estrada orkestri onunla birlikdə Azərbaycanın səlahiyyətli nümayəndələrinə çevrilmişdi lər və onlar, eləcə də ayrıca Rəşid Həbəşistandan, Hindistandan, Sudandan tutmuş Finlandiyayacan dünya səyahətlərində yalnız özünü yox, bütün Azərbaycanı ifadə edirdi.
     Bizim nə qədərimiz xarici səfərlərdə sadə camaatla belə bir sual-cavabın şahidi olmuşuq:
     -Hardan gəlmisiniz?
     -Azərbaycandan.
     -Hardan? Azərbaycandan? A-aa!... Rəşid Behbudov!..
     Ozü də illər keçir, amma xarici aləmlə bu tanışlığın bünövrəsi elə qoyulub ki, hətta nəsillər bir-birini əvəz edir, Rəşid isə unudulmur.
     1995-ci ildə Səttar Bəhlulzadənin fərdi sərgisinin açılışı münasibətilə mən Çin Xalq Respublikasına getmişdim və orada qaldığım günlər ərzində tərcüməçilərimdən tutmuş görüşdüyüm müxtəlif adamlaracan, bir qismi köhnə tanışlar kimi gülümsəyir, bəzən bizim üçün gülməli tələffüzüylə Əsgərin məşhur ariyasını («Elə bənd oldum...») zümzümə edir və:
     -Rəşid Behbudov! deyirdilər.
     Bu iki kəlmə yeganə sözlərdən idi ki, biz tərcüməsiz bir-bi rimizi anlayırdıq və həmin iki kəlmə hər iki tərəfdə xoş bir ovqat, doğmalıq hissiyatı yaradırdı...
     Yer üzündəki bütün sənətkarlar kimi, ümumiyyətlə, bütün in sanlar kimi, Rəşid Behbudovun ölümü gözlənilməz oldu. Hətta bu ölümlə barışmaq istəməyən millət arasında cürbəcür şayiələr də yayıldı, amma bu şayiələrin, əlbəttə, əsası yox idi, 9 iyun 1989-cu ildə (mədəniyyətimiz üçün həmişəlik bir matəm günündə...) Moskvada, xəstəxanada Rəşidi xəstəlik apardı.
     Mən onun (eləcə də unudulmaz Süleyman Rüstəmin) ölüm xəbərini Almaniyada, kiçik Herten şəhərində eşitdim... Ancaq o zaman da sarsıntı içində mən elə düşündüm və elə indi də düşünürəm ki, Rəşidi Qarabağ dərdi apardı. Qarabağ dərdi bir xərçəng kimi, bəlkə heç maestronun özünün də xəbəri olmadan, içəridən onun canını yeyib məhv etdi.
     Səksəninci illərin sonunda, o siyasi -ictimai fırtınalar içində müxtəlif böyük və kiçik toplantılarda, görüşlərdə, şəxsi söhbətlərdə mən Ermənistanın təcavüzkar Qarabağ iddialarının onu necə dəruni bir sarsıntı ilə həyəcanlandırdığını, nigarançılıq içində necə yandırıb -yaxdığını gördüm. O zaman Rəşid Behbudov SSRInin xalq deputatı idi və Qarabağla bağlı əlindən gələni edirdi...
     Rəşid Behbudovun böyük yaradıcılıq planları var idi. Omrünün son illərində Mahnı Teatrı yaradırdı, rəhmətlik Rafiq Babayev ilə birlikdə yeni repertuar işləyirdi və həmin teatrın, əgər belə demək olarsa, bənnası da özü idi, dülgəri də.
     Polad Bülbüloğlu mənə danışır ki, nazir təyin olunandan son ra, bir gün yaradılmaqda olan Mahnı Teatrına gedir. Görür ki, Rə şid Behbudov, Rafiq Babayev və Teatrın təsərrüfat işlərinə baxan, bir yerdə oturublar, qarşılarında da müxtəlif ölçülü dörd mismar var. Polad soruşur ki, bu mismarlar nədi belə? Rəşid deyir ki, rekviziti yığmaq üçün yeşiklər hazırlanır, indi məsləhət eləyirəm gö rüm, o yeşikləri hansı mismarlarla vurub düzəltsinlər. Polad təəccüblənir ki, ay Rəşid müəllim, bu nə olan şeydir ki, siz özünüz bununla məşğul olursunuz? Rəşid deyir ki, yox, sən bilmirsən, bu çox mühüm məsələdir, əgər kiçik mismarlarla vurulsa, qastrola gedəndə yeşiklər açılıb dağılar, böyük mismarlarla düzəltsələr, içəridən taxtanı partladıb pal-paltara ilişə bilər, bunu əməlli-başlı fikirləşmək lazımdı...
     Belə bir yaradıcılıq təəssübkeşliyi, vasvasılığı və səliqə səhmanı Rəşid Behbudova xas olan bir cəhət idi və o öz mahnılarını gecə -gündüz nəinki bəstəkarlarla, eləcə də mahnı mətninin müəllifi olan şairlərlə işləyirdi. Rəşid də böyük sələfi Bülbül kimi, o sənətkarlardandır ki, oxuduğu mahnının sözlərini dəqiq şəkildə dinləyicilərə çatdırır.
     Həyatının son çağlarında arasıra, təsadüfdən təsadüfə görüşüb hal -əhval tutanda deyirdi:
      «— Görəssiz də nə teatr olajağ mənim teatrım!..»
     Bu teatrı («mənim teatrımı»!) açmağı, bu teatrda dinləyicilə ri qəbul etməyi tale Rəşid Behbudova qismət eləmədi, amma Tan rı ona daha böyük bir nemət qismət elədi: nə qədər ki, Azərbaycan musiqisi yaşayacaq, nə qədər ki, Qarabağ bülbülləri «Qarabağ şikəstəsi»ni cəhcəh vuracaq, o qədər də «Rəşid teatrı» yaşayacaq. Xalqın qəlbində yaşayacaq.
     Bakının yazın əvvəllərindəki sakit bir gecəsidi, bu yazını tə zədən gözdən keçirirəm və elə bil, kədərli bir mehmiş kimi, bütün içimi bir kədər bürüyür: burada adı çəkilən sənət adamlarımı zın bir çoxu artıq dünyasını dəyişib: Qara Qarayev, Fikrət Əmi rov, Süleyman Rüstəm, Rauf Hacıyev, Cahangir Cahangirov, Mehdi Məmmədov, Imran Qasımov, Rafiq Babayev... Başqaları...
     Yaxın keçmişdə bizimlə bir yerdə yaşayan, bir yerdə işləyən, hə yatımızın bir hissəsi olan adamlar...
     Və elə bil ki, uzaq bir dalğa ilə Rəşid Behbudovun səsi gəlir:
Pəncərəni bağlama, ay bəri bax, bəri bax.
Mən gedirəm, ağlama, ay bəri bax, bəri bax.
Gedib yenə gələrəm, ay bəri bax, bəri bax.
Özgəyə bel bağlama, ay bəri bax, bəri bax...
11 aprel 1996.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (30.08.2014) | Müəllif: R.C E W
Baxış: 591 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more