Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Mədəniyyət. Bu gün və sabah
MƏDƏNİYYƏT. BU GÜN VƏ SABAH

     Mən Azərbaycan mədəniyyətinin müasir vəziyyəti və gələcək inkişafı ilə bağlı bəzi mülahizələrimi oxucularla bölüşmək istərkən fikirləşirəm ki, bu gün Azərbaycanda müharibə gedir, günahsız qanlar tökülür, torpaqlarımız zəbt olunur, soyqırımına məruz qalırıq və təbii ki, məntiqi bir sual doğa bilər: indi mədəniyyət məsələlərini ön plana çəkməyin vaxtıdırmı?
     Mən qətiyyən şübhə etmirəm ki, məhz o qanı tökülənlərin ruhu naminə, gələcək o tam müstəqil, bütöv Azərbaycan naminə bu gün təxirə salınmadan milli mədəniyyətimizin də vətəndaş təəssübü çəkilməlidir. Mədəniyyətə ən ekstremal, ən gərgin zamanlarda belə, indi olduğu kimi, ikinci dərəcəli bir şey kimi baxmaq olmaz. Bu gün milli mədəniyyət uğrundakı, mübarizə xalqımızın müstəqillik uğrundakı, demokratiya uğrundakı, ərazi bütövlüyü uğrundakı mübarizəsinin tərkib hissəsi olmalıdır.
     Müasir Azərbaycan mədəniyyətinin ümumi mənzərəsinə onun gələcək inkişafı baxımından nəzər saldıqda iki əsas naqis cəhətlə üzləşirik: milli köklərlə bağlılığın zəifliyi, milli-mədəni mənsubiyyət baxımından özünü göstərən kosmopolitçilik, digər tərəfdən isə tarix boyu mədəniyyətin əldə etdiyi bəşəri dəyərlərə yiyələnmək prosesindəki çatışmazlıqlar, müasir bədii-estetik səviyyədə özünü göstərən məhəlliçilik.
     Bu iki cəhət ilk baxışda bəlkə də bir-biri ilə uzlaşmır, lakin mahiyyət etibarilə onların arasında dialektik əlaqə mövcuddur və Azərbaycan mədəniyyətinin gələcək hərtərəfli inkişafı həmin dialektik əlaqəni üzvi vəhdət şəklində həyata tətbiq etmək bacarığı ilə müəyyənləşir.
     Belə bir bacarıq, iqtidar XIX yüzilin sonu, XX yüzilin ilk iki onilliyində Azərbaycan mədəniyyət xadimləri üçün, yəni maarifdən tutmuş sənətə, ədəbiyyatacan Azərbaycan mədəniyyətinin inkişafı üçün səciyyəvi olmuşdur, lakin siyasi-ictimai kataklizmlər nəticəsində həmin inkişafın metodoloji prinsipləri pozulmuş, təbii axar qarşısında süni yollarla sədd çəkilmişdir.
     Həmin dövr Şimali Azərbaycan mədəni quruculuğunda, ictimai fikrinin inkişafında aparıcı rol oynayan güclü ziyalı zümrəsi yaranmışdı. Bu zümrə üçün səciyyəvi cəhət ondan ibarət idi ki, onlar bir tərəfdən ən dəruni köklərlə mənsub olduqları xalqm tarixinə, mədəniyyətinə, dilinə, ədəbiyyatma, folkloruna, güzəranına, məişətinə, psixolojisinə bələd idilər, digər tərəfdən isə belə bir bələdçiliyin, milli məhrəmliyin nəticələrini dünya sivilizasiyasının əldə etdiyi yüksək bədii-estetik səviyyədə ifadə etməyi bacarırdılar.
     Onların yaradıcılıq və fəaliyyətlərində milli mədəniyyətin və ictimai fikrin inkişafmı belə bir formula müəyyənləşdirirdi: məzmunca milli, formaca milli-dünyəvi. Bu formuladakı məzmun milliliyi bəşəri mövzulara aparan yolun başlanğıcı idi.
     Lakin bu, uzun çəkmədi və ilk növbədə həmin ziyalı zümrəsi dağıdıldı, ənənələr məhv edildi.
     Xronoloji ardıcıllıqla belə bir təsnifata diqqət edək:
     1.Xalqın maariflənməsi, milli şüurun və həmin zəmində ictimai fikrin inkişafı uğrunda mübarizə aparan müəyyən qism görkəmli ziyalılarımız rus müstəmləkəçiliyi təqibinə məruz qalaraq hələ onuncu illərdə mühacirətə getmək məcburiyyəti ilə üzləşdi (Ə.Hüseynzadə, Ə.Ağayev və b.).
     2.1920-ci il aprel işğalından sonra bir sıra görkəmli ziyalılarımız güllələnib məhv edildi (F.Köçərli, N.Yusifbəyli və b.).
     3.Elə həmin dövrdə digər böyük bir qism ziyalılar total qırğın təhlükəsindən mühacirətə qaçdı (M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, C.Hacıbəyli, M.B.Məmmədzadə və b.).
     4.Milli ziyalı zümrəsinin, hərgah belə demək mümkünsə, milli ziyalı məktəbinin qalan nümayəndələri, Cəlil Məmmədquluzadə kimi, əlyazmalannı yandırıb istisinə qızma-qızma miskin, şövqsüz həyat sürdü və 1937-ci ildə (bir az qabaq, bir az sonra) yox edildi (H.Cavid, Ə.Cavad, Ö.F.Nemanzadə, A.M.Şərifzadə, Y.V.Çəmənzəminli və b.).
     Nəticədə həm bədii-estetik, həm də sənətkar, ziyalı mövqeyi baxımından milli maraqla bir araya sığmayan yaradıcımənəvi boşluq yarandı. Milli ənənələr kökündən baltalandı. Hakim ideoloji tərəfindən fantosmoqorik bir vəziyyət yaradılaraq istedad, ziyalılıq kimi mənəvi dəyərlər vəzifələşdirildi, təyinatlarla müəyyənləşdirildi: X-in milli mədəniyyətdən xəbəri yoxdur, dünya mədəniyyətinin tamam fövqündədir, istedaddan məhrumdur, lakin hakim ideolojinin yaratdığı totalitar dövlət strukturunun bir hissəciyi olduğu üçün, o birdən-birə İSTEDADLI AZƏRBAYCAN YAZIÇISI vəzifəsinə, GÖRKƏMLİ AZƏRBAYCAN ZİYALISI vəzifəsinə təyin olunur.
     Məzmunca milli, formaca milli-dünyəvi formulası antiestetik bir prinsipilə - formaca milli, məzmunca sosialist prinsiplə mənfı inkişaf istiqamətinə yönəldildi və sənət, ədəbiyyat antisənət, antiədəbiyyat səciyyəli ideoloji-inzibati təxribatlara məruz qaldı. Sənətin mahiyyətini təşkil edən insan surəti traktorla, MTS- lə, kolxozla, milli psixologiyanın təsviri partiya qərarlarının təcəssümü ilə, ədəbi-estetik tənqid isə həmin qərarları bədiiyyata tətbiq etmək barədəki tələbnamələrlə əvəz olundu.
     Əlbəttə, sənətdə böyük yaradıcılıq qələbələri var idi və bu şübhəsizdir, lakin məsələ burasındadır ki, musiqimizdə də, rəssamlığımızda da, teatr sənətimizdə, ədəbiyyatımızda da bu və ya digər dərəcədəki nailiyyətlər ümumi inkişaf tendensiyasının məntiqi nəticəsi yox, fərdi istedad təntənəsi idi, kütləvi sənət məmulatı istehsalı müqabilində isə azlıq təşkil edirdi.
     Mədəniyyətin əsas yaradıcısı sənətkardır və sənətkar da o kəsdir ki, öz sənəti ilə mənsub olduğu xalqı ifadə edir. Bu isə yalnız o zaman mümkündür ki, sənətkarın arxasında onun təmsil etdiyi milli məktəb dayansın. Belə bir məktəb isə milli ilə bəşərinin vəhdəti sayəsində mümkündür.
     Otuzuncu illərdən başlayaraq, Azərbaycanda mədəniyyətin inkişafı bir-birindən get-gedə daha artıq dərəcə ayrılan iki xətt üzrə getməyə başladı.
     Tipik mənzərəyə nəzər salaq: orta və ali təhsil rus dilində alınır və bu zaman rus dili ana dilini əvəz edir və çox zaman da onu sıxışdırıb aradan çıxarır; rus mədəniyyəti və onun vasitəsilə Qərb mədəniyyəti mənimsənir və bu da təbii ki, ümumi dünyagörüşünün artmasında rol oynayır; lakin nəticə etibarilə heç nə əldə edilmir, çünki milli yadlıq, milli bünövrədən uzaqlıq sənət, yaradıcılıq vasitəsilə xalqı ifadə etməyə imkan vermir və kosmopolitizm də burada özünü büruzə verir.
     Digər qütb: orta və ali təhsil Azərbaycan dilində alınır və bu zaman ana dili bütün incəliklərinə kimi mənimsənir; milli mədəniyyət, ədəbiyyat, tarix öyrənilir; lakin çox zaman ana dilindən başqa heç bir dil öyrənilmir; bəzən dünya mədəniyyətindən xəbərsizlik sayəsində onun əldə etdiyi müasir bədii-estetik səviyyə haqqında məlumatsızlıq yaranır və nəticə etibarilə də xalqı XX yüzilin estetik tələblərinə müvafiq hərtərəfli ifadə etmək mümkün olmur.
     Belə bir ikili inkişaf tendensiyası Azərbaycan mədəniyyətinin məxsusi milli mədəniyyət kimi kütləvi şəkildə formalaşmasına, yəni xalqın arzu və istəklərini, mənəvi zənginliyini tam şəkildə ifadə etməsinə xələl gətirmişdir. Bir tərəfdən milli ünvanı məlum olmayan sənət nümunələri, digər tərəfdən isə məhəlli səciyyəli, bəşəri bədii-estetik vüsət baxımından məhdud, primitivliyə gətirib çıxaran sənət nümunələri, təbii ki, vahid bir orqanizm təşkil edə bilməz.
     Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə, Səttar Bəhlulzadə yaradıcılığı məhz bu iki cəhətin üzvi vəhdətinin nəticəsi kimi meydana çıxdığı üçün, heç bir coğrafi, siyasi-ictimai, milli sərhəd tanımadan Azərbaycan xalqının mənəvi zənginliyini təsdiq etmişdir. Fikrət Əmirovun muğam-simfoniyaları ona görə dünya şöhrəti qazanmışdır ki, onlar ilk növbədə millidirlər, digər tərəfdən isə həmin millilik zamanın tələblərinə cavab verən yüksək professional səviyyədə təqdim edilmişdir.
     Qara Qarayevin «Yeddi gözəl»indən tutmuş, Toğrul Nərimanbəyovun tablolarınacan, son yetmiş ildə mədəniyyət sahəsində əldə etdiyimiz nailiyyətlərin - bu nailiyyətlər isə şübhəsizdir!- əsasında məhz bu iki cəhətin harmonik birliyi dayanmışdır. Uğursuzluqlarımızın da əsasını həmin cəhətlərin disharmoniyası təşkil etmişdir.
     Əlbəttə, yetmiş ildə bir-birindən uzaqlaşan xətlər üzrə asinxron inkişafın əsas sosial səbəbi hakim ideolojinin yürütdüyü müstəmləkəçilik siyasətində idi. Həmin siyasətin Azərbaycan mədəniyyətinə vurduğu ikinci ciddi ziyan (həm də son 70 ildə yox, 170 ildə) xalqın öz milli mədəni-mənəvi sərvətlərinə sahiblik hüququndan məhrum edilməsidir. Azərbaycan xalqına mənsub olan qiymətsiz arxeoloji abidələr, əlyazmaları, xalılar, zərgərlik, misgərlik və s. nümunələri Sankt-Peterburqun, Moskvanın, eləcə də dünyanın bir çox digər böyük şəhərlərinin muzeylərini bəzəyir, kitabxanalarının zəngin fondunu təşkil edir. Belə bir vəziyyət xalqı mənəvi qarətə məruz qoymuş, eyni zamanda, ölkəşünaslığın, sənətşünaslıq elminin inkişafına xeyli dərəcədə ziyan vurmuşdur və bu da öz növbəsində xalqın qədim tarixinin öyrənilməsi, etnogenezinin müəyyənləşdirilməsi işində mənfı bəhrəsini vermişdir və verir.
     Xalqın öz milli mədəni-mənəvi sərvətlərinə sahiblik hüququnun məhv edilməsi milli psixologiyaya təsir etmişdir və bu gün bunun ağır nəticələri göz qarşısındadır: xalqın mədəni-mənəvi sərvətləri qədim xalçalar, misgərlik, dulusçuluq, ağacişləmə, dəmirçilik, zərgərlik nümunələri, çalğı alətləri və s. xalqın öz nümayəndələri tərəfindən xaricə daşınır və ən ucuz qiymətə satılır.
     Müstəmləkəçilik siyasətinin Azərbaycan mədəniyyəti ilə bağlı bu gün qabarıq şəkildə qarşıya çıxardığı son dərəcə ciddi problemlərdən biri dil problemidir. Bu problem ikili səciyyə daşıyır:
     1.Azərbaycan dilinin vəziyyəti və gələcəyi ilə bağlı problemlər, yəni dilin digər türk dillərindən təcrid edilməsi; onun müasir inkişafının bilavasitə öz mənşəyindən bəhrələnməməsi və bunun da nəticəsində ahəng qanununu qəbul etməyən əcnəbi neologizmlərlə ağırlaşdırılması, oxucular arasında süni təbəqələşdirilmənin yaranması; elmin, texnikanın, istehsalatın inkişafı ilə bağlı terminologiyanın bərbad vəziyyəti; onun idarəetmə sistemində işlədilməməsi; ərəb, fars anaxronizmlərinin saxlanıb dilin inkişafında maneçiliyə çevrilməsi və s.
     2.Əcnəbi dillərdən yalnız rus dilinin geniş öyrədilməsi, təhsil sistemində əsas etibarilə rus dilinin tədrisi ilə bağlı problemlər, yəni rus dilindən başqa digər xarici dillərin, o cümlədən, ingilis, fransız, alman və s. dillərin öyrənilməməsi, mütəxəssislərin məhdudluğu elə bir vəziyyət yaratmışdır ki, bu gün Azərbaycan Respublikası xarici ölkələrlə eynihüquqlu tərəf-müqabil kimi diplomatik, elmi, mədəni əlaqələr yaradarkən dil baxımından köməksiz bir vəziyyətdədir; Azərbaycan xalqının zəngin klassik ədəbiyyatı, folkloru xarici ölkə xalqlarının dillərinə tərcümə edilmir, buna görə də böyük beynəlxalq nəşrlərdən kənarda qalır, tanınmır; dünya ədəbiyyatının, ictimai fikrinin bir çox böyük nümunələri Azərbaycan dilinə tərcümə edilmir, bu da öz növbəsində xalqın hərtərəfli mədəni inkişafına ciddi zərər vurur; xarici dillərlə bağlı Azərbaycan lüğətçiliyi ən acınacaqlı bir vəziyyətdədir; xarici ölkə kitabxanalarında, muzeylərində, mətbuatında Azərbaycanşünaslıqla bağlı elmi məxəzlər öyrənilmir, informasiyalar kənarda qalır və s.
     Dillə bağlı bu ciddi problemləri təcili həll etmək və təcrübədə istifadəyə vermək üçün, mənim fikrimə görə, təxirə salmadan Dil Mərkəzi yaradılmalı və o, mədəniyyət sahəsində idarəetmə strukturlarından birinə çevrilməlidir.
     Azərbaycanın bir dövlət kimi uzun illərdən bəri beynəlxalq təcridi bu gün Azərbaycan mədəniyyətinin dünya mədəniyyəti içində öz nüfuzlu və təsdiqedilmiş yerini tutmaq kimi ciddi bir problem qarşıya çıxarır. Yetmiş ildə ədəbi-mədəni əlaqələr hakim ideolojinin təbliği məqsədini güdmüş və keçmiş SSRİ ərazisi ilə məhdudlaşdırılmışdır. SSRİ-nin xarici ölkələrlə mədəni mübadiləsi, xaricdə mədəni təbliğatı, nümayişi isə, əsas etibarilə rus mədəniyyətinə xidmət etmişdir.
     Azərbaycan mədəniyyətinin beynəlxalq təsdiqi üçün, xarici ölkələrlə bilavasitə ədəbi-mədəni əlaqələr yaradılmalıdır və bu işi indiki özfəaliyyət səviyyəsindən, şəxsi təşəbbüslər səviyyəsindən dövlət icrası səviyyəsinə qaldırmaq vacibdir. Yalnız bu zaman ayrı-ayrı şəxslərin yox, ümumi mədəniyyətin təəssübünü çəkmək mümkündür.
     Bütün bu naqis cəhətlərdən, müstəmləkəçilik siyasətinin yaratdığı təmayüllərdən qurtarmaq və milli mədəniyyətin yüksək bədii-estetik səviyyədə sinxron inkişafına nail olmaq üçün, ilk növbədə, Azərbaycan mədəniyyətinin özündə ciddi inteqrasiyanın tətbiqinə ehtiyac var, çünki bütün deyilən cəhətlər bir-biri ilə bağlı və sıx əlaqədədir. Azərbaycan mədəniyyətinin inkişafı kompleks şəkildə işlənməli və xüsusi yaradılmış dövlət quruculuğu strukturları vasitəsilə həyata tətbiq edilməlidir. Mədəni inkişafda xüsusi rol oynayan ilkin qurumların, mənbələrin bərpasına, dirçəlişinə, dünya miqyasında müasir elmi-texniki tələblərə cavab verə bilməsinə ən mühüm diqqət yetirilməlidir.
     Misal üçün, bu gün Azərbaycan kitabxanaçılığı həm elmi səriştə, həm maddi-texniki təchizat, həm də fondların zənginliyi, səliqə-sahman baxımından ən acınacaqlı bir vəziyyətdədir.
     Yaxud Azərbaycanda tarixi abidələrin bərpası və milli mədəniyyət göstəricilərinə çevrilməsi Cavanşir qalasından tutmuş, qədim və son dərəcə zəngin heykəltəraşlıq nümunələrinin qarın, yağışın altında, nadanlığın sayəsində tamam məhvə məruz qaldığı əski Lerik qəbiristanlıqlarınacan ən yarıtmaz bir vəziyyətdədir və bu sahədə o nadanlığa və ətalətə ki, Azərbaycan mədəniyyəti dözür, onu heç bir ibtidai sivilizasiya belə özünə rəva bilməz. Bir mühüm cəhəti də xüsusi qeyd etmək istəyirəm ki, bu yalnız Azərbaycan Mədəniyyət Nazirliyinin yox, ümumiyyətlə, Azərbaycan hökumətinin, iqtidarın problemidir. Yəni yalnız Mədəniyyət Nazirliyindən tələb etməklə heç nə əldə oluna bilməz, kömək və yanmaq lazımdır.
     Tarixi abidələrə belə bir cinayətkar münasibət, qarşısı almmazsa və tədbirlər görülməzsə, ən yaxın gələcəkdə nəinki Azərbaycan mədəniyyətini öz köklərindən məhrum edəcək, ümumiyyətlə, xalqın tarixini, məişət mənbələrini, etnogenezini sual işarəsi altında qoyacaq; digər tərəfdən isə onsuz da yarıtmaz vəziyyətdə olan turizmin inkişaf etdirilməsinin qarşısında səddə çevriləcəkdir.
     Turizm ilə mədəniyyət arasında ən sıx əlaqə mövcuddur və buna görə də onlar eyni dövlət quruculuğu strukturunda birləşməlidir. Belə bir vəhdət olmasa, turizm ən yaxın gələcəkdə əyləncə mənbəyinə çevriləcək; Azərbaycanın yox, beynəlxalq mafiyaların gəlirini təmin etmək üçün münbit zəmin yaradacaq; xalqı öz mənəvi dəyərlərindən uzaqlaşdıracaq.
     Azərbaycan təbiətinin, tarixinin, mədəniyyətinin zənginliyi, flora və fauna müxtəlifliyi, az qala, bütün iqlim şəraitlərinin mövcudluğu beynəlxalq turizmi iqtisadi baxımdan yalnız mədəni quruculuğun yox, ümumiyyətlə, respublikanm ehtiyaclannı ödəyə biləcək çox mühüm gəlir mənbəyinə çevirə bilər, eyni zamanda, Azərbaycanm təbliğində böyük rol oynayar. Buna görə də dünyanın bir sıra inkişaf etmiş ölkələrində mədəniyyət ilə turizm yuxarıda deyilən dövlət quruculuğu strukturlannda vahid nazirlik kimi fəaliyyət göstərir.
     Bütün bu deyilənlərə yekun olaraq Azərbaycan mədəniyyətinin inkişaf etdirilməsində, mənim fikrimcə, iki prinsip əsas götürülməli, dəqiq işlənməli və həyata tətbiq edilməlidir:
     1.Kökə, bünövrəyə qayıdış, milli mədəni mənbələrdən faydalanmaq.
     2.Məhdudluğa, özünəqapanmaya yol verməmək, dünya sivilizasiyasının mədəni nailiyyətlərindən istifadə etmək.
     Bu iki prinsip mədəni quruculuq siyasətində vahid bir qüvvə kimi özünü göstərərsə, Azərbaycan mədəniyyəti xalqı ifadə edəcək mənəvi bir sərvət kimi hərtərəfli inkişafmı tapmış olar.
İyul, 1992.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (26.08.2014) | Müəllif: R.C E W
Baxış: 385 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more