Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-İslam sivilizasiyası bəşər mədəniyyətinin tərkib hissəsidir
İSLAM SİVİLİZASİYASI BƏŞƏR MƏDƏNİYYƏTİNİN TƏRKİB HİSSƏSİDİR

     Məlum olduğu kimi, bu ilin fevralında Azərbaycan prezidenti Heydər Əliyev Bakıda «İslam sivilizasiyası Qafqazda» mövzusunda beynəlxalq simpozium keçirilməsi haqqında sərəncam imzalamışdır.
     Dekabrın 9-da paytaxtımızda həmin tədbirin açılışı olacaqdır. Bununla əlaqədar Azər.TAC-ın müxbiri simpoziumun hazırlanması və keçirilməsi üzrə təşkilat komitəsinin sədri, baş nazirin müavini Elçin Əfəndiyevdən bu beynəlxalq elmi məclis barədə oxuculara məlumat verməyi xahiş etmiş, onunla müsahibə aparmışdır.
     SUAL: Elçin müəllim, bildiyimiz kimi, Qafqaz və ilk növbədə Azərbaycan tarixən İslam mədəniyyətinin yayıldığı bölgələrdən biri olmuş və onun formalaşmasına öz töhfəsini vermişdir. Bu baxımdan sabah Bakıda açılacaq beynəlxalq simpoziumun əhəmiyyətini necə qiymətləndirirsiniz?
     CAVAB: İslam və sivilizasiya, İslam mədəniyyətinin mənbələri, dəyərləri və prinsipləri, bu dəyərlərin İslam dünyasının ayrı-ayrı regionlarında inkişaf yolları və spesifik xüsusiyyətləri əsrlər boyu geniş tədqiqat, araşdırma mövzusu olmuşdur. Lakin cəsarətlə demək olar ki, İslam sivilizasiyasının inkişaf sürəti, əhatə dairəsi heç bir tədqiqat çərçivəsinə sığmır və bu mövzu bəşər durduqca aktual olacaqdır.
     İslam təkcə iman və əqidə deyil, həm də dünyagörüşü, həyat tərzidir, vacib əxlaq və hüquq normaları məcmusu, dünya mədəniyyətinin böyük və güclü tərkib hissəsidir.
     Azərbaycan İslam dünyasının bir parçası olduğundan, onun mədəniyyətində ərəb-islam ünsürləri daha qabarıq gözə çarpır. Lakin İslama qədərki mədəni ənənələrin bu və ya digər şəkildə saxlanılması, habelə XIX əsrin əvvəllərində rus mədəniyyətinin güclü təsirinə məruz qalması hesabına Azərbaycan spesifik xüsusiyyətlərə malik milli mədəniyyət yarada bilmişdir. Beləliklə, ölkəmizdə təşəkkül tapan mədəniyyət İslam mədəniyyəti kimi tanınsa da, onu Azərbaycan İslam mədəniyyəti kimi səciyyələndirmək daha düzgün olardı. Qərb və Şərq mədəniyyətlərinin qovuşduğu, sintez olunduğu bu məkanda formalaşan Azərbaycan mədəniyyəti eyni zamanda Şərq və Avropa xüsusiyyətlərini özündə birləşdirir.
     İslam sivilizasiyasının Qafqazda yaradılması tarixi məsələlərinin elmi şəkildə öyrənilməsinin və bu tarixi aktual problemlərin obyektiv araşdırılmasının elmi-praktik əhəmiyyətini, habelə beynəlxalq və regional təşkilatların, respublikamızın elmi müəssisələrinin müraciətlərini nəzərə alaraq Azərbaycan Respublikasının prezidenti cənab Heydər Əliyev Bakıda «İslam sivilizasiyası Qafqazda» mövzusunda beynəlxalq simpozium keçirilməsi haqqında sərəncam imzalamışdır. Bu tədbir müstəqil Azərbaycanın həyatında son dərəcə əhəmiyyətli və aktualdır, müasir dövrdə dünya mədəniyyətinin tərkib hissəsi olan İslam svilizasiyasının Qafqazda təşəkkülü, yeri, rolu və faydasını öyrənmək, təbliğ etmək baxımından mühüm məna kəsb edir.
     Dövlət müstəqilliyini əldə etdikdən sonra demokratik, hüquqi və dünyəvi dövlətini qurmaq əzmində olan Azərbaycan xalqının öz mədəni-mənəvi irsinə, dininə, əsrlərdən bəri bəhrələndiyi, eyni zamanda zənginləşdirdiyi İslam sivilizasiyasına böyük maraq göstərməsi və sahib çıxması təbiidir.
     Müstəqillik milli-mədəni ənənələrin dirçəldilməsi üçün nəinki şərait yaradır, həm də onu zəruri edir. Bu isə ümumbəşəri mədəniyyətin tərkib hissəsi sayılan İslam sivilizasiyasında ayrılıqda mümkün deyildir. Bu mənada möhtərəm prezidentimiz cənab Heydər Əliyevin dediyi sözlər olduqca dəyərlidir: «Milli ideologiyamız tarixi keçmişimizlə, millətimizin adət-ənənələri ilə, xüsusiyyətləri ilə, xalqımızın, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır.» Beləliklə, müstəqil Azərbaycanın milli ideologiyasının xalqın tarixi keçmişi, milli adət-ənənələri, deməli, İslam sivilizasiyası ilə bağlılığı tarixi gerçəklikdir. Odur ki, İslam mədəniyyətinin, ədəbiyyatının, tarixinin, islami ənənələrin və əxlaq prinsiplərinin dirçəlişi və bərpası son dərəcə aktualdır. Heç şübhəsiz ki, simpozium bu mənada böyük tarixi əhəmiyyət kəsb edir.
     İslam sivilizasiyasına həsr olunmuş beynəlxalq simpozium Azərbaycan tarixi üçün yaddaqalan dövrdə keçirilir. Bir tərəfdən, müstəqilliyə qədəm qoymuş respublikamız dünya ölkələri cərgəsində öz mövqelərini möhkəmləndirir, xalqımız demokratik, dünyəvi, sülhpərvər dövlətin sarsılmaz əsaslarını qoyur, yeni ictimaiiqtisadi münasibətlər, bazar iqtisadiyyatı bərqərar olur. Digər tərəfdən, Azərbaycan xalqı və dövləti tarixin ağır sınağı qarşısındadır. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş, bir milyondan çox azərbaycanlı doğma yurd-yuvasından didərgin salınmış, qaçqın-köçgün vəziyyətinə düşmüşdür. İslam sivilizasiyasının, dünya mədəniyyət xəzinəsinin incilərindən sayılan Şuşa, Qarabağın digər tarixi, mədəni abidələri, ibadətgahları indi düşmən tapdağı altındadır. Əlbəttə, bütün bu ağrılı-acılı problemlər xalqımızın müstəqil dövlət qurmaq, respublikanın ərazi bütövlüyünü bərpa etmək əzmini nəinki qıra bilməz, əksinə, həmin əzmkarlıq getdikcə daha da artır.
     İnsan haqlarının, vicdan, söz və etiqad azadlığının təmin olunması üçün respublikamızda sivil qanunlar mövcuddur və həmin dəyərlərin həyata keçirilməsinə xüsusi diqqət yetirilir. Azərbaycan ərazi və tarixi inkişaf baxımından Şərqlə Qərbin qovuşuğunda qərar tutmuşdu. Bu amil respublikamızda hər iki sivilizasiyanın sintezini zəruri edir. Biz Şərq sivilizasiyasının tərkibindəyik, amma özümüzü Qərbdən ayırmırıq. Biz Nizamini və Füzulini çox sevirik, amma Şekspir və Pasternak da bizim üçün çox dəyərlidir. Möhtərəm Prezidentimiz Heydər Əliyevin dediyi kimi, ümumbəşəri, dünyəvi dəyərlərdən səmərəli istifadə etmək, onları öz mənəvi dəyərlərimizlə birləşdirmək və xalqımızın mənəviyyatını zənginləşdirmək bizim əsas vəzifələrimizdən biridir.
     SUAL: Simpoziumun iştirakçıları və gündəliyi barədə məlumat oxucularımız üçün maraqlı olardı.
     CAVAB: Simpoziumda dünyanın bir sıra ölkələrinin, o cümlədən, Türkiyənin, İranın, Misirin, Rusiyanın, ABŞ-ın, Almaniynın, Hollandiyanın, Fransanın görkəmli islamşünas alimləri iştirak edəcəklər. Simpoziumun açılışı dekabrın 9-da saat 11.00-da, iştirakçılar Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra, respublika EA-nın Rəyasət Heyətinin binasında olacaqdır.
     Həmin gün və dekabrın 10-da simpozium bölmə iclaslarında öz işini davam etdirəcəkdir. Üç bölmədə «Qafqazda İslam svilizasiyasının təşəkkülü», «Qafqazda İslam maddi-mədəniyyət abidələri» və «İslam svilizasiyası və müasirlik» mövzuları ətra-
     10 15 fında məruzələr dinləniləcəkdir. Simpozium dekabrın 11-də yekun iclası ilə başa çatacaqdır.
     MÜXBİR: Müsahibə üçün sağ olun.
Azər.Tac
1998
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (20.08.2014) | Müəllif: R.C E W
Baxış: 557 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more