Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-İşığa səsləyən sənət (Məqalə)
İŞIGA SƏSLƏYƏN SƏNƏT


      «Molla Nəsrəddin» jurnalı bizim yalnız milli mətbuatımızda deyil, hətta yalnız ədəbiyyatımızda və ictimai fikrimizdə yox, ümumiyyətlə, Azərbaycan xalqının mənəvi dünyasında gələcəyə çağıran, işığa səsləyən hərəkətgətirici bir amil rolunu oynamışdır. Bu jumalın nəşri dövrün mürəkkəb, təxirəsalınmaz milli-mənəvi, vətəndaşlıq tələblərinə cavab verən, yüksək bədii-estetik meyarlarla qiymətləndirilən ədəbi məktəb yaratdı və ən başlıcası isə, «Molla Nəsrəddin» ədəbi məktəbi Azərbaycan ictimai fikrində xalqın təəssübünü çəkən nüfuzlu bir ideologiya səviyyəsinə yük- sələ bildi. Geniş xalq kütlələrini «qəflət yuxusundan» oyatmaq, yəni müstəmləkəçiliyin və istismarın meydana çıxardığı cəhalət və nadanlıq girdabından xilas etmək, milli-mənəvi və sosial azadlığa nail olmaq bu inqilabi-demokratik ideologiyanı yaradan bədii- publisist yaradıcılığının əsas qayəsi, məqsədi idi.
     Mollanəsrəddinçilik yalnız «MollaNəsrəddin»də dərc edilən əsərlərlə məhdudlaşmırdı, dövrün qüdrətli ədəbi-ictimai hərəkatına çevrildiyi üçün, onun əhatə dairəsi çox geniş idi. Mollanəsrəddinçilik eyni vətəndaş ehtirası ilə XX əsr Azərbaycan publisistikasına, nəsrinə, dramaturgiyasına, şerinə sirayət etmişdi. Bu mənada ədəbiyyatımızın yorulmaz tədqiqatçısı və təbliğatçısı Abbas Zamanovun və onun istedadlı gənc həmkarı Kamran Əliyevin birlikdə tərtib etdikləri, Abbas müəllimin redaktəsi və ön sözü ilə nəşr edilmiş «Mollanəsrəddinçi şairlər» kitabı (Bakı, «Yazıçı», 1986) «Molla Nəsrəddin» jumalınm 80 illik yubileyini bayram etdiyimiz bu günlərdə mollanəsrəddinçilik mübarizəsinin vüsətini, yüksək bədii-estetik səviyyəsini, M.Ə.Sabirdən tutmuş Ə.Müznibəcən şairlərin əməl və məqsəd birliyini bir daha əyani şəkildə nümayiş etdirir.
     Bu şairlər müxtəlif nəslə mənsub, müxtəlif istedad dərəcəsinə malik qələm sahibləri idilər, lakin belə bir müxtəlifliyi xalq təəssübü baxımından sarsılmaz birlik, ayrılmaz vəhdət səciyyələndirirdi. «Molla Nəsrəddin»in səhifələrində, bu jurnalın təsiri ilə çıxan «Məzəli», «Zənbur», «Tuti», «Babayi-əmir» və digər mətbuat orqanlarının səhifələrində müxtəlif satirik imzalarla yazan M.Ə. Sabir, Əli Nəzmi, Ə. Qəmküsar, M.S. Ordubadi, M.H. Zeynalov, Ə.R. Şəmsizadə və başqaları bir-birinə poetik şəkildə müraciət edirdilər. (Hophop Sijimquluya, Simruğ Kefsizə, Dabanı Çatdaq Xala Məşədi Sijimquluya, Qızdırmalı Hophopa və s.). Belə bir müraciət, ithaf, bənzətmə, nəzirə XX əsrin əvvəllərində Azərbaycan inqilabi - demokratizm hərəkatında yekdilliyin əzəmətli simfoniyası kimi səslənirdi.
     Cəlil Məmmədquluzadə mollanəsrəddinçilik ideologiyasının banisi, eyni zamanda, dahi Sabiri yetişdirən, Azərbaycan satirik poeziyasında yeni ruhlu və yeni formalı bədii-estetik təmayülün yaradıcısı idi. «Molla Nəsrəddin»in nömrəsində C.Məmmədquluzadə «Lisan bəlası» adlı satirik şerini dərc etdi və bu şer Azərbaycan poeziyasının, xüsusən, onun satirik qolunun inkişafında müstəsna rol oynadı. Sonralar Cəlil Məmmədquluzadə yazırdı: «Bu bir nümunə idi ki, bunu birinci nömrədə dərc etməklə biz, «Mol- laNəsrəddin» şairini axtarırdıq. Həyatda varlıqları bizə məlum ol- mayan Sabiri, Əli Nəzmini axtarırdıq».
      «Molla Nəsrəddin» axtardığını tapdı. «Lisan bəlası» şamaxılı şair Sabiri bütün Azərbaycanın Hophopu elədi və «Hophopnamə» xalqın ədəbi və mənəvi sərvəti oldu. C. Məmmədquluzadə bir şerlə gələcək yeni və qüdrətli poeziyanın əsas forma və məzmununu müəyyənləşdirdi. Kim bilir, bəlkə də bu şer, daha geniş mənada isə bu əhval-ruhiyyə, ədəbi-ictimai ehtiras olmasaydı, Sabir yaradıcılığı və Sabir məktəbi indiki vüsəti ilə parlamazdı, eləcə də əksinə, Sabir istedadı olmasaydı, həmin ilk şer - «Lisan bəlası» da ötəri bir hadisə kimi ədəbi tariximizin səhifələrində qapanıb qalardı.
     
     Təsadüfi deyil ki, tərtibçilər «Mollanəsrəddinçi şairlər» kitabını bu şerlə açırlar və xüsusi qeyd etmək istəyirik ki, kitabda bu məşhur şerdən başqa, C.Məmmədquluzadənin geniş oxucu kütləsinə tanış olmayan daha on üç şeri verilmişdir. İlk dəfədir ki, oxucular Cəlil Məmmədquluzadənin şer yaradıcılığı ilə bir küll halında tanış olurlar. 1906-1910-cu illər arasında yazılmış həmin əsərlər böyük ədibin nəsrinə, dramaturgiyasına, publisistikasına daha dərindən nüfuz etmək üçün münbit zəmin yaratmışdı.
     Ümumiyyətlə, kitabın qiymətli cəhətlərindən biri budur ki, indiyə qədər az tanınan, hətta unudulmuş mollanəsrəddinçi şairlərin - Məşədi Həbib Zeynalovun, Mirzə Cabbar Əsgərzadənin, Əli Rəmzi Şəmsizadənin, Mirzə Məhəmməd Hatif Axundovun, Əli Məzhun Rəhimovun, Məmmədəli Manafzadə Sabitin, Səməd Mənsurun, Əliabbas Müznibin yaradıcılığı ilə müasir oxucunu ilk dəfə tanış edir, görkəmli romançı M.S. Ordubadini, yaxud tanınmış ədəbiyyatşünas Salman Mümtazı istedadlı mollanəsrəddinçi şairlər kimi təqdim edir.
      «Lisan bəlası» şeri aşağıdakı misralarla başlayır:
*Ey dil, dəxi dinmə və sükut et, səni tari,
*Lal ol və danışma.
*Sal başını aşağı və heç baxma yuxarı,
*Mal ol və danışma.
     Bu misralar, əlbəttə, müstəmləkəçilk siyasəti ilə, istismarla, sosial təbəqələşmə ilə, cəhalət və nadanlıqla ölüm-dirim mübarizəsi aparan vətəndaşlıq mövqeyinin ifadəsi idi və məhz bu səpkili əsərlər xalqı «sükut etməməyə», «lal olmamağa», «danışmağa» öz haqqını tələb etməyə səsləyirdi. Sözü kinayə ilə demək, tipajın dili ilə söyləmək mollanəsrəddinçi şairlərin yaradıcılığında əsas estetik xüsusiyyətə çevrildi və qələmə alınan mövzu ilə dialektik bir vəhdət təşkil etdi.
     C. Məmmədquluzadə «Molla Nəsrəddin»in üçüncü nömrə- sində dərc etdiyi digər şerində zaman üçün səciyyəvi bir tipin dili ilə «Xoş ol zaman ki, xalq yatıb bizəban idi» - deyir, çünki «Bəzmimiz pilov, çay ilə rəşkianan idi! Millət qulam idi mənə, bəxtim cavan idi! - dedi. Mollanəsrəddinçi şairlərin yaradıcılığında «yuxulamaq», «yatmaq», «mürgüləmək» ifadələri böyük vətəndaş qayələri ilə nəfəs alan rəmzi bir obraz səviyyəsinə qalxdı. M.Ə. Sabir elə həmin 1906-cı ildə tipin dili ilə «-Tərpənmə, amandır, bala, qəflətdən ayılma! Açma gözünü, xabi-cəhalətdən ayılma!» - dedi, M.H. Zeynalov başqabir tipin dili ilə: «Yat, düşmə dəxi zərrə qədər rəncə, təlaşla! Tərpənmə əbəs, çək, balayorğanuvu başə!» - dedi, M.Ə. Sabir: «-Ay mömin olan, yat, dəxi qəflətdən ayılma!» - deyə öldürücü bir sarkazm ilə fəryad qopardı, Səməd Mənsur isə sözü müstəqim şəkildə işlədərək bir vətəndaş dili ilə: «Millət, sən də ayıl bir qeyritək meydana çıx!» - deyə səsləndi.
     Lakin mollanəsrəddinçi şairlər avamların, fanatiklərin, nadanların bu «qəflət yuxusu» ilə bərabər, xalqdakı oyanışı da görür və belə bir oyanma prosesi ilə barışa bilməyən zəmanə qolugüclülərini - çar məmurlarını, istismarçı zümrəni, yalançı dindarları satiranın gücü ilə ifşa edirdilər. Məhz belə bir ümumxalq oyanma, ayılma prosesi getdiyi üçün, deyək ki, fəhlə artıq öz haqqını tələb edirdi və bununla da Sabirin parlaq bədii boyalarla yaratdığı tipi qəzəbləndirirdi: «-Nə soxulmusan arəyə, a başı bəlalı fəhlə?!» Başqa bir tip isə xalqın oyanması ilə bağlı dərin təəssüf hissi ke- çirirdi: «-Ax!.. Necə kef çəkməli əyyam idi, onda ki, övladi-vətən xam idi!».
     Qarşımızdakı bu kitab mollanəsrəddinçi şairlərin yaradıcılığına xas olan mühüm cəhəti bir daha qabarıq şəkildə nəzərə çarpdırır: dünya poeziyasında çox nadir hadisədir ki, hər bir şer öz-özlüyündə, ayrı-ayrılıqda təsəvvürümüzdə bütöv tamamlanmış bir xarakter, tip, psixologiya canlandırır və bu əsərləri bir küll halında götürdükdə isə, saysız-hesabsız rəngarəng xarakterlər qalereyası ilə üz-üzə dayanırıq - yalançı «millət qəhrəmanları», cahil hacılar, nadan qoçular, şorgöz və tamahkar «qırmızısaqqal» məşədilər, «naz ilə gəzən» boşboğaz, «boynu qraxmallı» inteligentlər, «-Küpədə milləti qatıq kimi çalxalaram! Kərəsini işlədərəm, ayranın həm yalaram!» (M.C. Əsgərzadə) - deyə öyünən zəmanə qolugüclüləri, müstəmləkəçilik siyasətini həyata keçirənlər, öz dilinə, məişətinə, adət-ənənəsinə ağız büzən «oxumuşlar»... Bu tiplər, xarakterlər qalereyası o qədər zəngindir ki, onların təsnifatını vermək, psixoloji aləmini açmaq üçün biz hələ çox çalışmalıyıq.
     Mollanəsrəddinçi poeziya, eyni zamanda, parlaq obrazlar sisteminə malikdir və güclü ümumiləşdirmələr yolu ilə yaranmış həmin obrazlar öz-özlüyündə sadə sözlər, sadə anlayışlardır. Misal üçün, eynu mənalı «məktəb», «oxumaq», «dərs» obrazlarını götürərək, M.Ə. Sabirin məşhur şerlərini xatırlayaq: məktəbə münasi- bət psixologiyaları müəyyənləşdirir, xalqın gələcəyinə münasibətin sinoniminə çevrilir. Əli Nəzminin qələmə aldığı tip «-Məktəb demə, ondan sarı qəlbim dolu qandır!» - deyir. Yaxud Ə. Qəmküsarın yaratdığı tip « - Şeytan işidir, düşmə yaxın dərsə, kitaba, əf- sanəyə uyma!» - deyə nəsihət verir . M.S. Ordubadinin seçdiyi tip « - Bir söylə görüm məktəbi-ürfan nəyə lazım?» - deyə yana-yana soruşur. Bütün bu şikayətlər, nəsihətlər, suallar, hədə-qorxular, təkrar təsiri bağışlamır, çünki mollanəsrəddinçi şairlər bir-birini təkrar etmirdilər. Onlar adicə olaraq eyni məqsəd naminə mübarizə aparırdılar.
     Yeri gəlmişkən, bir məsələni də qeyd etmək istəyirik. Mollanəsrəddinçi poeziyasının lideri, ən nüfuzlu nümayəndəsi M.Ə. Sabir idi və onun yaradıcılığı həm böyük emosional təsir, həm də ədəbi təsir gücünə malik idi. Ə.Nəzminin, Ə. Qəmküsarın, Hambalın, M.Ə. Möcüzün və digər görkəmli mollanəsrəddinçi şairlərin yaradıcılığında açıq-aşkar Sabir təsirini görmək çətin deyil, lakin ən əhəmiyyətli cəhət burasıdır ki, onları qətiyyən epiqonçu şairlər kimi qiymətləndirmək olmaz. Epiqonçuluq kor-koranə yamsılamaqdır, mollanəsrəddinçi şairlər isə Sabirin dərin təsirini hiss etsələr də, qələmə aldıqları tipləri özləri görür, özləri həyatdan seçirdilər. Biz hər bir şerdə onların, yaradıcı bir fərd kimi, ürəklərinin ağrısını hiss edirik.
     Mollanəsrəddinçi şairlərin ürək ağrısı pessimizmə, əlacsızlığa gətirib çıxarmırdı, əksinə, onların mübarizliyinə, qorxmazlığı- na daha artıq bir şövq verirdi. Məhz belə bir qorxmazlığın nəticəsi idi ki, M.Ə. Sabir: «-Harda müsəlman görürəm, qorxuram!.» - deyirdi, yaxud Ə.Nəzmi «Molla Nəsrəddin» jurnalına müraciətlə «-Qorxuram, Molla, tökülsün axırı qanın sənin» - deyirdi.
     Bu cür vətəndaş cəsarətinə arxalandığı üçün «Molla Nəsrəddin» ənənələri qalib mübarizəyə və qalib ənənəyə çevrildi.
     Haqqmda danışdığımız kitab bir daha belə bir cəhəti qabarıq şəkildə nəzərə çarpdırır ki, «Molla Nəsrəddin» ədəbi məktəbinin yaratdığı mənəvi sərvət məhz mollanəsrəddinçi təşəbbüskarlığı ilə təqdim edilməli və üzə çıxarılmalı və bu kitabda olduğu kimi, həmin ədəbi məktəbə layiq şəkildə müasir oxuculara çatdırılmalıdır.

1986.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (04.07.2014) | Müəllif: R.C E W
Baxış: 415 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more