Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-İşgüzar səfər
İŞGÜZAR SƏFƏR

     Bu ilin sentyabr ayında BMT-nin Baş Assambleyasının Xüsusi Sessiyası - uşaqlara dair dünya dövlətləri başçılarının Zirvə Görüşü keçiriləcəkdir. Yanvar ayının 29-dan fevralın 3-nə kimi Nyu-Yorkda BMT-nin həmin sammitə hazırlıq Komitəsinin İkinci Əsas Sessiyası keçirilmişdir. Respublika Prezidentinin sərənçamı ilə hazırlıq Komitəsində Azərbayçan Respublikası Prezidentinin şəxsi nümayəndəsi təyin edilmiş Baş Nazirin müavini Elçin Əfəndiyev İkinçi Əsas Sessiyanın işində iştirak etmişdir. Müxbirimiz Elçin Əfəndiyevlə görüşüb müsahibə almışdır.
     -Elçin müəllim, xahiş edirik səfəriniz haqqında qısaça da olsa məlumat verəsiniz.
     -1990-çı ildə BMT-də Ümumdünya Zirvə görüşü keçirilmişdi və orada qərara alınmışdı ki, gələçək nəslin problemləri son dərəçə aktual mahiyyət kəsb etdiyi üçün, həmin problemlər dünya miqyasında çiddi öyrənilməli, təhlil olunmalı və bu problemlərin həlli ilə bağlı xüsusi Ümumdünya Zirvə görüşü keçirilməlidir. Əlbəttə, belə bir narahatlıq təsadüfi deyil. Təəssüflər olsun ki, XX əsrin son onillikləri qlobal sarsıntılarla, siyasi-ictimai kataklizmlərlə, qanlı təçavüzlər və təbii fəlakətlərlə «zəngin» olmuşdur. Bu zaman, təbii ki, ən çox zərər çəkən, həm maddi, həm də mənəvi sıxıntılara məruz qalan uşaqlardır. Bunu elə Azərbaycanın timsalında da aydın görmək olar. Ölkəmizdə bir milyondan çox qaçqının əsas hissəsi uşaqlardan ibarətdir və onların hüququ tapdaq altındadır, onlar normal təhsildən, səhiyyə xidmətindən, məişət atributlarından məhrumdur. Bu baxımdan Azərbaycan, payızda keçiriləçək dövlət başçılarının Ümumdünya Sammitinin işində, şübhəsiz ki, çox maraqlıdır və mən qəbul olunaçaq Əsas Sənədlə bağlı verdiyim təkliflərdə, keçirdiyim görüşlərdə Respublikamızda təzahürünü tapmış problemləri diqqət mərkəzinə çəkirdim.
     -Keçirdiyiniz görüşlər barədə nə deyə bilərsiz?
     -Çox gərgin bir qrafiklə işləyirdik. Hazırlıq Komitəsinin sessiyası BMT-də səhər saat 10-da işə başlayır və bir saatlıq fasilə ilə axşam saat 6-ya qədər davam edirdi. Buna baxmayaraq mən Meksikanın BMT-dəki xüsusi nümayəndəsi, səfir cənab Manuel Tello, Perunun səfiri cənab Corç Luis Valdes Korilla, Əlcəzairin səfiri cənab Abdulla Bali, Bəhreynin səfiri cənab Casim Məhəmməd Byula, Omanın səfiri cənab Fuad Mübarək əl-Hinai, Burkina-Fasonun səfiri çənab Mikel Kofando, Avstriyanın səfiri cənab Hemard Pfanzelter, YUNİSEF-in Regional direktoru cənab Filip S.O.Brayn, YUNİSEF-in Baş icraçı direktoru xanım Karol Bellami ilə rəsmi görüşlər keçirdim. Bu görüşlərin keçirilməsində bizim BMT-dəki nümayəndəliyimizin işgüzarlığını qeyd etmək istəyirəm. Mən bu görüşləri çox əhəmiyyətli hesab edirəm. Görüşlər zamanı söhbət məhdud bir mövzu ətrafında getmirdi. Biz müxtəlif siyasi hadisələr haqqında fikir mübadiləsi aparırdıq, mən respublikamızdakı vəziyyət barədə, bizim istək və ehtiyaclarımız haqqında, o cümlədən, təbii ki, erməni təcavüzü, işğal olunmuş torpaqlarımız və bir milyondan çox qaçqınlarımızla bağlı məlumatlar verirdim, ölkələrimiz arasındakı əməkdaşlığı artırmaq üçün təklifləri müzakirə edirdik. Elə bilirəm ki, bu görüşlər həmin ölkələrlə Azərbaycanın BMT-dəki nümayəndəlikləri arasında əlaqələrin daha da sıx olması baxımından, yəni ciddi problemlərin BMT-dəki gələcək müzakirələri, səsvermələr zamanı kordinasiyalı fəaliyyət göstərə bilmək işində əhəmiyyətli oldu. YUNİSEF-in rəhbərliyi ilə, xüsusən, xanım K.Bellami ilə danışıqlarımız da respublikamızda gələcək nəsillərin hərtərəfli yetişməsi üçün münbit beynəlxalq şərait yaratmaq, bu nüfuzlu təşkilatın Azərbaycandakı fəaliyyətində daha effektli nəticələr əldə etmək baxımından çox xeyirli oldu.
Azər.TAC. 2001.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (22.08.2014) | Müəllif: R.C E W
Baxış: 381 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more