Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı- "Heydərbaba, yolum sənnən kəc oldu..."
«HEYDƏRBABA, YOLUM SƏNNƏN KƏC OLDU...»
(Şəhriyar haqqında)

     Yadıma gəlir, 60 cı illərin birinci yarısında mən universitetdə oxuyarkən Şəhriyarın adı və «Heydərbabaya salam» poeması birdən-birə elə bil ki, tərtəmiz göy üzündə şimşək kimi çaxdı, şüurumuzu silkələdi, bütün varlığımızdakı Cənub həsrətini təzədən özümüzə yaşatdı, o tərtəmiz, saf Azərbaycan dili, o poetik ab -hava bizim gənclik eşqi, həvəsi, ehtirası ilə milli hisslər, düşüncələr, qayğılar aləminin içində yaşayan cavanların, ədəbiyyat, sənət hə vəskarlarının arasında əməlli -başlı bir təlatüm yaratdı.
     Mən dünya ədəbiyyatında elə bir nümunə xatırlaya bilmirəm ki, heç bir motivi olmadan, süjeti olmadan, çağırışı şüarı, hansısa ictimai iddiası olmadan «Heydərbabaya salam»ın 60 70-ci illərdə Sovet Azərbaycanında ictimai şüura göstərdiyi qədər vətəndaşlıq təsirinə malik olsun.
Heydərbaba, ildırımlar çaxanda,
Sellər-sular şaqqıldayıb axanda,
Qızlar ona səf bağlayıb baxanda,
Salam olsun şöfkətüzə, elüzə,
Mənim də bir adım gəlsin dilüzə.
     Qazdan ayıq olan sovet (partiya!) senzurası (qlavlit!) bu sadə, şəffaf misralarda hansı siyasi fikir, hansı siyasi eyham, millətçi çağırış tapa bilərdi?
     Əlbəttə, heç nə tapa bilməzdi.
     Çünki bu poemada belə bir fikir, eyham, çağırış, həqiqətən, yoxdur.
     Sadəcə olaraq ona görə ki, «Heydərbabaya salam»ın siyasi ictimai qəhrəmanı onun dilidir, onun xəlqiliyidir.
     Söhbət iki yerə parçalanmış və hər parası da müxtəlif ictimai formasiyalarda, əlçatmaz, ünyetməz, qorxunc sərhədlər arxasında yaşayan bir xalqın ana dilindən və ən səmimi, incə, kövrək tellərlə həmin xalqa bağlılıqdan gedir.
     Söhbət Azərbaycan xalqının taleyi kontekstində poetik icti mai siyasi bir hadisədən gedir.
     Buna görə də bu poema yalnız Azərbaycan poeziyasında və ictimai fıkrində yox, ümumiyyətlə, sənətin və ictimai fıkrin qarşı lıqlı təmasında unikal bir hadisədir.
     «Heydərbabaya salam»a qədər Məhəmmədhüseyn Şəhriyar farsdilli böyük Iran şairi di. Bu poema onun Azərbaycan dilində yazdığı ilk əsərdir və bu poemadan sonra Məhəmmədhüseyn Şəhriyar, eyni zamanda, böyük Azərbaycan şairi oldu.
     Və «Heydərbabaya salam»dan sonra Iranda yazıb -yaradan bir çox istedadlı şairlər bu poemaya ana dilində nəzirələr yazdılar, Azərbaycan şairi oldular.
     Irandakı müasir günlərimizin Azərbaycan poeziyası belə yarandı.
     Şəhriyarın özü də «Heydərbaba»dan sonra fars dili ilə bərabər, Azərbaycan dilində də gözəl şerlər yazdı və ömrünün sonunacan da beləcə davam etdi.
     Mən o uzaq gənclik illərində, təbii ki, Heydərbabanı görmə mişdim, amma heç zaman görmədiyim və Şəhriyarın poemasına qədər adını belə eşitmədiyim o dağ, o dağın ətəklərindəki el-oba, o duz, məzə, o kədər, həsrət elə bil ki, tamam canlı bir varlıq ki mi, qəribə bir məhrəmliklə, mehribanlıqla mənim üçün tamam doğmaya çevrilmişdi.
Mir Mustafa dayı, ucaboy baba,
Heykəlli, saqqallı, Tolstoy baba,
Eylərdi yas məclisini toy baba,
Xoşginabın abrusu, ərdəmi,
Məscidləıin, məclislərin görkəmi...
     Elə bil ki, adını birinci dəfə eşitdiyim o Mir Mustafa babanı, o ucaboy Tolstoy babanı mən elə gözümü açandan eləcə görmüşdüm, o məscidləri də tanıyırdım, o məclislər də mənim üçün çox doğma bir yer idi.
Səhər tezdən naxırçılar gələrdi,
Qoyun-quzu dam-bacada mələrdi,
Əmməcanım körpələrin bələrdi,
Təndirlərin qovzanardı tüstüsü,
Çörəklərin gözəl iyi, istisi...
     Elə bil ki, o naxırçıları da mən lap yaxşı tanıyırdım, o qoyunquzu mələşməsini də aydınca eşidirdim, təndirdən qovzanan o tüstü mənim gözlərimə girib özü ilə qəribə bir sevinc (acı sevinc!) gətirirdi və o çörəklərin də iyini, istisini eləcə hiss edirdim.
     Rübabə Muradova o yanıqlı, təkrarsız səsiylə, nəfəsiylə oxuyanda ki:
Heydərbaba, kəkliklərin uçanda,
Kol dibindən dovşan qalxıb qaçanda,
Bağçaların çiçəklənib açanda,
Bizdən də bir mümkün olsa yad eylə,
Açılmayan ürəkləri şad eylə...
     -elə bil, mən də yaxşı tanıdığım və sevdiyim Mədinə Gülgün və Balaş Azəroğlu kimi, Əli Azəri və Qulamhüseyn Beqdeli, Söhrab Tahir və Həmid Məmmədzadə, Mirzə Pürabbas və Qasım Cahani kimi qələm sahibləritək canımı, qanımı Cənubda qoyub bir də heç zaman geriyə dönə bilməmək məhkumluğu, əlacsızlığı ilə Şimalda yaşayırdım...
     Amma təkcə Cənubda yox, Şimalda da «Heydərbabaya salam»a nəzirələr, Şəhriyara məktublar yazıldı (Şəhriyardan da cavablar alındı və əvvəllər görünməmiş bir hadisə baş verdi: o qorxunc sərhədlərin fovqündə anadilli poetik bir yazışma başladı!), «Heydərbaba»nın şer forması populyarlaşdı.
     Qəribədir, 60 cı illərdə Azərbaycan poeziyasında şerin forması barədə (sərbəst şer, ənənəvi şer) qızğın mübahisələr, hətta ədəbi münaqişələr getdiyi bir vaxtda və biz də bir cavanlıq şövqü ilə yeri gəldi -gəlmədi, sərbəst şerin təəssübünü çəkdiyimiz bir zamanda sadə, tamam ənənəvi «Heydərbabaya salam» hamının ürə yinə yol tapdı və bir daha sübut etdi ki, əsas istedaddır və o istedad sənə nə yazdırırsa, onu da yazmalısan.
     ... Sonralar bizə məlum oldu ki, Heydərbaba, nemətli, məh sullu, möhtəşəm bir dağdır və Şəhriyar da o dağın ətəklərində dünyaya gəlib, uşaqlığı o ətəklərdəki Qayışqurşaq, Xoşginab, Şəngülava kəndlərində keçib və heç şübhəsiz ki, bu poemanın bu dərəcə təbii çıxmasında o el-obanın havasıyla, suyuyla mayalanmış genlərin rolu olub və elə o genlər də ana dilini Şəhriyarın ürə yinin dərinliklərindən çıxarıb qələminin ucuna gətirmişdir.
     Xatirimdədir, 60 -cı illərin ikinci yarısında mən Nizami adı na Ədəbiyyat Institutunun aspirantı, sonra kiçik elmi işçisi olduğum vaxtlar unudulmaz professor Qulamhüseyn Beqdeli xüsusi bir ehtirasla danışırdı ki, Tehranda yaşayan Şəhriyar xəstələnir, anası kənddən onu yoluxmağa gəlir və bu görüşdən sonra «Heydərbabaya salam» yaranır.
     Və mən indi fikirləşirəm ki, əlbəttə, o vaxt Ana özü ilə birlikdə Tehrana Heydərbabanın ab -havasını aparmışdı və kənddən şəhərə oğlunu yoluxmağa gedən o adi Ana səfəri Azərbaycan poeziyasında Şəhriyar hadisəsi yaratdı.
21 may 1999.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (01.09.2014) | Müəllif: R.C E W
Baxış: 718 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more