Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-«Həqiqət sonra məlum olacaq...»
«HƏQİQƏT SONRA MƏLUM OLACAQ...»


     -Elçin müəlllim, biz bilirik ki, Siz ədəbiyyatla bağlı bütün yazıları oxuyursunuz. «Yol» qəzetinin artıq 26 nömrəsi çıxıb. Oxumadığınız nömrə olubmu?
     -Elə bilirəm ki, bütün nömrələri oxumuşam. Hətta mən Bakıda olmayanda da, evdə «Yol»u da, başqa qəzetləri də (abunədən əlavə) alıb yığırlar və qayıdanda bir neçə gecə qəzet oxumaqla məşğul oluram. Qəzet də ki, Allaha şükür, həddən artıq... Unudulmaz dostum - Allah min rəhmət eləsin! - Araz Dadaşzadə cavanlıq vaxtlarında səhər tezdən köşkdən qəzetləri alırdı, evə qayıdıb onları oxuyanacan səbri çatmırdı, küçədə ayaq saxlayıb divardan asılmış elə həmin qəzetləri tələsik gözdən keçirirdi... Mən də uzun illərin eləcə «qəzetçisiyəm». Yaxşı yadıma gəlir, lap uşaqlıqdan köşkdə oturub qəzet-jumal satanlara həsədlə baxırdım: bu adamlar istədikləri vaxt istədikləri jurnalları oxuya bilirlər, şəkillərinə baxırlar... 7 nömrəli məktəbin birinci sinfində oxuyurdum. Umra müəlliməmizin sinifdə apardığı «Böyüyəndə kim harda işləmək istəyir?» - sorğusuna mən, «Qəzet köşkündə işləmək istəyirəm!» - cavabını vermişdim.
     -Bir çox yazıçılar siyasi azadlığa münasibətlərini bildiriblər. Onlardan bir qrupu (məsələn, L.Tolstoy) siyasi azadlıq ideyasını, ümumiyyətlə, qəbul etmir və bəşəriyyətin xilasını mənəvi təkmilləşmədə görürdülər. Siyasi azadlığa Sizin münasibətiniz?
     -Siyasi azadlıq Sizin dediyiniz həmin «mənəvi təkmilləşməyə» ucaldan pillələrdən biridir və bu mənada onları bir-birindən ayırmaq, təcrid etmək, elə bilirəm ki, düz deyil. Elə qoca Tolstoyun özünün nəhəng irsi bunu sübut edir. Əlbəttə, siyasi əsarət altında da hər hansı bir şəxsin mənəvi təkmillik əldə etməsi mümkündür (tarixi təcrübəsi göz qabağındadır!), amma məsələ burasındadır ki, siyasi azadlıq mənəvi təkmilləşməyə aparan yolda münbit zəmin yaradır, faciələri, sarsıntıları, əzabları azaldır ki, artırmır. Adətən deyirlər ki, siyasət və mənəvi yüksəklik bir-birlərinə zidd anlayışlardır və olsun ki, bu iddiada bir həqiqət də var. Amma o biri həqiqət də var ki, bəzən siyasət də, mənəvi yetkinlik də eyni şəxsiyyətin timsalında təcəssümünü tapır.
     Misal üçün?
     -Misal üçün elə XX əsr tarixinin M.Handi hadisəsi!
     -Elçin müəllim, Siz hələ Ayaz Mütəllimovun dövründə AMİP-in yaradıcılarından biri, hazırda isə onun Siyasi Şurasının üzvüsünüz. Bütün bunlar yazıçı kimi sizə mane olmurmu?
     -Dərd burasındadır ki, dünyada çox az şey tapmaq olar ki, yazıçıya mane olmasın: eyş-işrətdən, firavanlıqdan tutmuş kasıbçılığacan, işsizlikdən tutmuş vəzifəyəcən!.. Dərindən fikirləşsən görərsən ki, dünyada az qala hər şey yazıçıya maneçilik edir. Amma, eyni zamanda, o hər şey» yazıçıya lazımdı və yazıçıya kömək edir. Burada təhtəlşüur məsələsi də var ki, yazı-pozu işinin mühüm xüsusiyyətlərindən biridir.
     -Hər halda Sizin AMİP-də olmağınız oxucuların da, xüsusən, sənət adamlarının da diqqətini cəlb etdi, ümumi maraqla qarşılandı.
     -Olabilər...
     -Sutkamız 24 saatdır. Bu 24 saat içərisində nisbəti nəzərə alsaq, daxilən özünüzü daha çox siyasətçi hesab edirsiniz, yoxsa yazıçı?
     -Əlbəttə yazıçı!
     -Elçin müəllim, biz bilirik ki, Siz ən çox mütaliə edən sənətkarlarımızdan birisiniz. Bu gün ən çox haqqında fikirləşdiyiniz, əsərlərini yenidən vərəqlədiyiniz, yaşamağa Sizə kömək edən, dadınıza çatan bir Azərbaycan yazıçısının, dünya ədəbiyyatı nümayəndələrindən birinin və bir də rus yazıçısının adını çəkin.
     -Cəlil Məmmədquluzadə (və Sabir!). Rus ədəbiyyatından beş il bundan əvvəl yəqin ki, Dostoyevskinin adını çəkərdim, bu gün isə Lev Tolstoy. İkinci bir ad çəkmək lazım olsaydı - Çexov (amma ilk növbədə dramaturq Çexov!). Dünya ədəbiyyatından da beş il bundan əvvəl çox güman ki, başqa ad çəkərdim, amma bu gün üçün: Şekspir.
     -Siz bu vaxta qədər bədii əsərlərinizlə «Yol»da çıxış etməmisiniz - baxmayaraq ki, haqqınızda yazılar gedib - bu nədən irəli gəlib? Ümumiyyətlə, bu Sizi narahat edirmi?
     -Bu suala ən düzgün cavab yəqin o olar ki, son zamanlar yazdıqlarımdan birini sizə təqdim edim və mən də bunu çox həvəslə edirəm. Özü də indi fikirləşirəm ki, «Su» adlı bu yazı mətbuatımızda, elə bil, elə «Yol» üçün nəzərdə tutulub.
     -Çox sağ olun, məmnuniyyətlə çap edəcəyik. İndi isə belə bir sual: Sizcə mövzu nə deməkdi? Sizi ən çox narahat eləmiş və hal-hazırda narahat edən mövzu haqqında nə deyə bilərsiniz? Bu gün Azərbaycan ədəbiyyatında Sizin yazdığınız mövzuya daha çox kim toxunur?
     -Sualınıza sualla cavab verirəm: yazıçı kimdir? Mən bu suala dəfələrlə cavab vermişəm və təbii ki, heç bir yeni Amerika kəşf etməmişəm: yazıçı o bədbəxt insandır ki, ağ vərəqlə üzbəüz oturub qələmi ilə özünü ifadə edir. Mənim üçün kənd mövzusu, şəhər mövzusu, məhəbbət, qəhrəmanlıq, nə bilim, pambıq mövzusu, neft mövzusu, tarixi mövzu yoxdur, həmin özünüifadə var. Yaxın keçmişimizdə o qədər «sahə mövzusu» arxasında gizlənib bədii-estetik cəhətdən bərbad yazıları nəşr və təbliğ ediblər ki!.. Eləcə mövzu arxasında gizlənməyin nəticəsiydi ki, «əsərin» qəhrəmanı insan yox, traktor olurdu, dəzgah olurdu, plan olurdu, Sov.İK MK-nın deyək ki, camışçılığı inkişaf elətdirmək üçün qərarı olurdu... Və o əsərlər sosializm-realizm ədəbiyyatının parlaq nümunəsi kimi, dərsliklərə salınırdı, Stalin mükafatları alırdı, haqqında doktorluq (!!) dissertasiyası yazılırdı... Bu mənada mənim mövzumda məndən başqa heç kim yaza bilməz. Necə ki, mən də başqasının yazdığı yazını yaza bilmərəm, çünki mən o deyiləm, özüməm və onu heç zaman ifadə edə bilmərəm. Bir sözlə, mənim üçün mövzu fərdi yazıçı özünüifadəsinin bir hissəsidir.
     -İndicə Siz yazıçıya «bədbəxt insan» dediniz. Bunu təsadüfən belə dediniz? Şəxsən siz özünüz necə, bədbəxt insansınız?
     -Hər halda yəqin ki, xoşbəxtlik səmalarında üzən adam deyiləm... Ümumiyyətlə, məncə, xoşbəxtlik, bədbəxtlik məfhumları və bu qəbildən olan başqa məfhumlar (yaxşılıq, pislik, xəyanət, sədaqət və s.) tamam nisbi səciyyə daşıyır və bu həqiqətə olan bir nisbətdir. Həqiqəti bilmədən, həqiqəti dərk etmədən, bu məfhumların da cavabı yoxdur.
     -Hansı həqiqəti?
     -Biz kimik, yaxud nəyik? Həyat nədir? Dünya nədir? Həm də söhbət poetik suallardan getmir, yoxsa ki, bu cürə poetik sualları Nəsimidən tutmuş Bəxtiyar Vahabzadəyəcən bizim poeziyamızda çox veriblər. Söhbət sırf realist, hətta mən deyərdim ki, praqmatik suallardan gedir. Bu suallara cavab verəcək həqiqət bizə yəqin ki, sonra məlum olacaq.
     -Sonra, yəni nə vaxt?
     -Biz öləndən sonra. Bu dünyada elm nə qədər inkişaf edir, etsin, sənət gəlib Şekspir, Füzuli, Rafael zirvəsinə çatsın, fərqi yoxdur, həmin suallar cavabsızdır. Mənim gənclik dostum var idi, Rafiq Qurbanov, mərhum Osman Sarıvəllinin oğlu. Universitetin fizika fakültəsində oxuyurdu və onunla söhbətlərimiz əsnasında mənim həyat, varlıq haqqındakı suallarımı fizika teoremləri ilə çox sadə izah edirdi, o suallara fizikamn dili ilə cavab verirdi. Sonra Rafiq Moskvaya aspiranturaya getdi, müvəffəqiyyətlə müdafiə edib orada qaldı, istedadlı bir alim kimi fizikamn fəlsəfəsi ilə məşğul olmağa başladı və bir dəfə görüşümüz, həmişəki söhbətlərimiz zamanı etiraf etdi ki, fizika fəlsəfəsinin dərinliklərinə getdikcə başa düşürsən ki, əslində, fizika heç nəyi izah etmir və acizdir. Mən tamam əminəm ki, həyat sadəsi ilə, mürəkkəbi ilə bərabər, başdan-başa bir sirri-xudadır! Və bu sirr açıldıqca (mən inanıram ki, açılacaq!), yalnız o biri dünyada açılacaq...
     -Elçin müəllim, bəs, dövrlə bağlı yazılara necə baxırsmız? 80-ci illərin əvvəllərində mifik dünyaya maraqla paralel Sizin «Mahmud və Məryəm» romanmız meydana çıxdı. Sonra «Ağ dəvə» romanmız yarandı. Son zamanlar isə «Ölüm hökmü» romanmız nəşr edildi və oxucular tərəfindən də, tənqidçilər tərəfindən də yüksək qiymətləndirildi. Bu əsərlər daxili ehtiyacdanmı, yoxsa dövrün tələbindən meydana gəlib?
     -Mənə elə gəlir ki, bu iki cəhəti də bir-birindən ayırmaq lazım deyil. Daxili ehtiyac yoxdursa və əsər yalnız dövrün tələblərindən irəli gəlirsə, bu - konyukturadır. Konyuktura nə sosializmə baxıb, nə kapitalizmə, nə də feodalizmə, həmişə olub, var və təəssüf ki, həmişə də olacaq. Yox, əgər əsər yalnız təcrid olunmuş bir daxili ehtiyacm nəticəsidirsə, dediyiniz «dövrün tələbləri» tamam sərf-nəzər edilibsə, burada da yəqin nəsə çatışmayacaq. Çox güman ki, ilk növbədə canlı nəfəs...
     -Şelli deyirdi: «Şairlər dünyanm qeyri-rəsmi qanun yazanlarıdır». Sizcə bu gün yer kürəsində kim gələcəyin qanunlarını yazır?
     -Hər halda Azərbaycan parlamenti deyil!.. Əgər ciddi cavab versəm, o qanunları yazanın yer üzündə kim olduğunu deyə bilmərəm, amma göydə Allahdı.
     -Sizin İlyas Əfəndiyev yaradıcılığına münasibətiniz?
     -İlyas Əfəndiyev yaradıcılığına münasibətim çox müsbətdir və mən həmişə o yaradıcılıqdan öyrənirəm.
     -Klassik Azərbaycan poeziyasında ən çox sevdiyiniz və tez- tez xatırladığınız ilk misra?
     -Aşıq Bəstinin qoşmasından iki misra:
Qoca cadugərdir, aldadar səni,
Cavanlıq donunda qalan bu dünya!..

     -Bəs bizim gənc şairlərimizin son vaxtlar çap etdirdikləri şerlərdən yadınızda qalan misralar varmı?
     -Lap elə Sizin qəzetin builki birinci nömrəsində Tofiq Qaraqayanın şerindəki bu iki misra xoşuma gəldi:
Qəfəsdən sonra da torlar, tələlər,
Açarlar, kilidlər, nə bilim, nələr...

     -Uşaqlıqda ən çox sevdiyiniz əsər?
     -Azərbaycan nağılları, «Robinzon Kruzo», bir də Mark Tvenin «Şahzadə və dilənçi» romanı. İndi dedikcə, başqaları da yada düşür.
     -Misal üçün?
     -Misal üçün, «Başsız atlı» romanı. Yadıma gəlir, bu romanı həm rusca, həm də rəhmətlik Cabbar Məcnunbəyovun gözəl tərcüməsində, azərbaycanca azı on beş-iyirmi dəfə oxumuşam... Qəhrəmanlarının adı, epizodlar, indiyə qədər təfərrüatı ilə yadımdadı. Bu yaxınlarda təzədən götürüb oxumaq istədim, amma o uşaqlıq, yeniyetməlik təəssüratına qayıtmadım və kitabı bir kənara qoydum.
     -Sizin yaradıcılıq dairəniz çox genişdir. Romanlar, povestlər, hekayələr, ssenarilər, elmi monoqrafiyalar, yüzlərlə məqalə, tərcümələr... Amma yenə də maraqlıdır, necə oldu ki, birdən-birə klassik yapon poeziyasından tərcümələr etdiniz və onları elmi şərhlərlə ilk dəfə Azərbaycan dilində nəşr etdirdiniz?
     -Bizim hörmətli alimlərimizdən biri deyirdi ki, filan romanı oxudum, birtəhər romandı, heç özüm də bilmirəm ki, nə təhər romandı... İndi o rəhmətliyin sözü olmasın, mən heç özüm də bilmədim ki, nə təhər oldu? Təkcə onu deyə bilərəm ki, səhv etmirəmsə, 1978-ci il idi, bərk soyuqlamışdım, yüksək hərarətlə yorğan- döşəkdə yatırdım və «Nərgizin bircə ləçəyi» adlı o kitabı yorğan- döşəkdə başladım və 11 gündən sonra, yorğan-döşəkdə də bitirdim. Əlyazmasını ilk dəfə unudulmaz Teymur Elçin oxudu. İstifadə etdiyim məxəzlərin də çoxunu onun şəxsi kitabxanasından götürmüşdüm...
     -Elçin müəllim, biz bilirik ki, bu il Sizin əlli illiyiniz olacaq. Belə bir ərəfədə keçirdiyiniz hissi yazıçı Elçin bir sözlə ifadə edə bilərmi?
     -Heyrət! Bu mənada ki, doğrudanmı söhbət artıq mənim əlli yaşımdan gedir?!.
     -Siz çox işgüzar bir yazıçısınız. Oxucularımız üçün maraqlıdır, yeni nə yazmısınız?
     -Keçən ilin lap son günlərində iki yazı bitirdim: «Ah Paris, Paris!..» adlı bir komediya. Akademik Milli Dram teatrımızın bədii Soveti əsəri artıq tamaşa üçün qəbul edib və görkəmli rejissorumuz Vaqif İbrahimoğlu yaxın günlərdə məşqlərə başlayacaq. İkinci yazı isə «Klassik aşıq poeziyasında «Dünya» obrazı» adlı bir işdir və Allah qoysa, bir az başım açılan kimi, nəzərdən keçirib çapa verəcəyəm.
     -Elçin müəllim, nəhayət sonuncu sual: Sizinlə bu müsahibəyə hazırlaşarkən məlum oldu ki, «Yol» qəzetinin altı əməkdaşından dördünə Siz bu və ya başqa şəkildə kömək etmisiniz, «uğurlu yol» yazmısınız və s. Belə yazıçılar arasında yetmişinci illərdə də ədəbiyyata gələnlər var, səksəninci illərdə də. Arıq tamam yeni imzalara rast gəlirik və onlar yeni bir nəslin gəlməsindən xəbər verir. Bu barədə düşünəndə hansı hissləri keçirirsiniz?
     -Bu gün bir tərəfdən min bir fitnə-fəsadlı qəsbkar irticasına məruz qalmışıq, işğallara düçar oluruq, millət övladının günahsız qanı axır... O biri tərəfdən də... Qorxuram bu müsahibəni çox bədbin qurtaraq, amma soruşursunuz, mən də hissiyyatımı deyirəm: elə bil ki, ədəbi yetimlik dövrü başlayıb...
     -Müsahibə üçün Sizə təşəkkürümüzü bildiririk.

Müsahibəni Fəxri Uğurlu apardı.
1993.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (16.08.2014) | Müəllif: R.C E W
Baxış: 561 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more