Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Həqiqət, ancaq həqiqət (Məqalə)
HƏQİQƏT, ANCAQ HƏQİQƏT
(Bir daha keçmişə olan münasibət barədə)

     Mətbuatda İ.A.Buninin ömrünün son illərində onunla dostluq etmiş fransız yazıçısı, bizim keçmiş həmyerlimiz, azərbaycanlı, bakılı Üm-əl-Bənin haqda ötəri bir xəbər işardı. Sovet mədəniyyət fondu məlumat verirdi ki, Üm-əl-Bənin Buninin indiyə qədər çap olunmamış otuz üç məktubunun kserosurətini fonda təqdim etmək niyyətindədir.
     Buninin otuz üç məktubu! Özü də ki, qadına yazılmış məktublar! Əlbəttə, bu, olduqca maraqlı və əhəmiyyətli hadisədir. Əgər məktublar çapa yarayırsa, çox istərdik ki, onları tezliklə oxuyaq. Olsun ki, bu, xüsusilə, biz azərbaycanlılar üçün maraqlıdır.
     Amma bütün məlumatlarda Üm-əl-Bəninin özü barədə eləcə atüstü, ötəri danışılır. Halbuki burada - Bakıda bizim nəşriyyat işçiləri, alimlər fransız yazıçısı - azərbaycanlı qadınla maraqlansaydılar, əlbəttə, təbii görünərdi. Budur, «İzvestiya»nın xüsusi müxbiri Kovalenko Parisdən «Nedelya»ya yazır ki, Üm-əl-Bənin doqquz kitabın, o çümlədən, Azərbaycanda inqilabi illərdən rəğbətlə söhbət açan «Qafqaz günləri»nin müəllifidir. Əgər bu, doğrudan da, belədirsə, həmin «Qafqaz günləri»lə tanış olmaq, onu Azərbaycan dilinə çevirib Bakıda çap etmək fövqəladə maraqlı olardı! Bəlkə də, ançaq bir «Qafqaz günləri»ni yox...
     Əvvəllər yasaq edilmiş bir sıra yazıçıların və əsərlərin (ələlxüsus, rus yazıçılannın və rusça yazılmış əsərlərin) ədəbiyyata qayıtmasının bəxtəvər şahidləri olmağımız bir ildən bir az çoxdur. Mübaliğəsiz demək olar ki, onların arasında böyük yazıçılar və epoxal əsərlər vardır. Məsələn, Andrey Platonovun «Yuvenil dənizi» və «Kotlovan»ı, Bulqakovun «İt ürəyi», Axmatovanın «Rekviyem»i, Tvardovskinin «Yaddaşın hökmüylə»si. B. Pastemakın «Doktor Jivaqo» romanı dərc olunmağa başlayıb; onun Yazıçılar İttifaqından xaric edilməsi barədəki bədnam qərar ləğv olunub. Yazda mühacirlərin şerinə və nəsrinə yeni gözlə baxılır, onların irsindən nümunələr çap edilir. «Nabokovşina» sözcüyünün atüstü (vıyıltıyla) səslənməsinə baxmayaraq, «Lujin müdafiəsi» və ya
     Qoqol haqqında essenin, Xodaseviçin və Georgi İvanovun şerlərinin çapı məgər ədalətli deyilmi?..
     Konkret tərçümeyi-hallar və nəşrlər barədə detallara vararaq mühakimə yürütmək istəməzdim və mən tezliklə daha yaxşı bildiyim milli mövzuya qayıdacağam. Lakin burada iki məqamı həllediçi hesab edirəm. Söhbətin böyük istedadlardan getdiyi barədə məndə heç bir şübhə yoxdur. Hətta rus olmayan yazıçıya, ziyalı oxucuya belə, xüsusi izahsız da aydındır ki, Blokdan sonra Qumilyov rus poeziyası üçün nə deməkdir. Və o, üzərinə götürdüyü missiyanı - rus lirikasına əyaniliyi və konkretliyi qaytarmağı - neçə parlaqlıqla yerinə yetirmişdir. Aydındır ki, Pasternakda romanındakı müəllif mövqelərindən və qəhrəmanlıq münasibətindən asılı olmayaraq, epoxanın obyektiv ziddiyyətlərini əks edib və həm də parlaqcasına, özünəməxsus, ürəkdən gələn səmimiyyətlə və humanizmlə əks edib, Xodaseviçin və ya Q. İvanovun yaradıcılığındakı əzablı ikiləşmə prosesini görmək üçün xüsusi bir lupayla silahlanmaq lazım deyil. Eləçə də Nabokovun necə böyük, mən deyərdim ki, ehtişamlı bir istedad olduğunu görmək üçün...
     Digər tərəfdənsə, başa düşmək və haqq qazandırmaq mümkün deyil ki, nə üçün müharibə dövründə qanıyla, əmin-amanlıq zamanı alın təriylə Lenin partiyasına, ölkəyə, sosializmə sədaqətini sübut etmiş xalqımızı, ziyalılarımızı Pastemakın bir dəfə dediyi kimi «ancaq-nüfuzlu yaltaqlara bəlli» sosioloji sxemlərə sığmayan yazıçıların, rəssamların, kinematoqrafların yaradıcılığından məhrum etmişlər? Və biz sadədillər də onlardan - həmin «nüfuzlu yaltaqlar»ın şəhadət barmağının göstərişi olmadan, elə bil ki, heç nədən söz açmağa qadir deyildik... Bununla belə, böyük yazıçı və sənətkarların taleyini həll edən məhz həmin adamlar orta əsr zahidləri kimi inanırdılar ki, hər hansı əşya, şəxs və ya hadisə öz adı ilə adlandırılmırsa, guya həqiqətdə də bunlar mövcud deyil. 30-çu illərin çinayətlərini xatırlama - deməli, onlar yox imiş... Mükafat alanlar var imiş, güllələnənlər isə - yoxmuş...
     Mənə elə gəlir ki, uzaq, yaxın lap yaxın, keçmişdə sənətə tətbiq olunan ifrat sosioloji sxemlər və normativ qurğular, sadəcə olaraq yalnız aşağı əyarlı və bəsit deyildi. Həm də şəxsi mənfəət hissindən doğurdu. Belə sxemlər və qurğular arxasında adətən, ya səriştəsizlik, ya da viçdansızlıq daldalanırdı. Bu sxemlərlə bağlı ədəbiyyatımızda əcaib hadisələr baş verirdi.
     Məsələn, gözəl Azərbaycan dramaturqu Hüseyn Çavidin 1922-ci ildə yazdığı «Peyğəmbər» adlı maraqlı mənzum dramı var. Bu parlaq pyes işıq üzü görər-görməz, müəllif guya baş qəhrəmanını «idealizə» etmirdi» - deyə hüçumlara məruz qaldı. Görünür, yazıçıdan tələb olunurdu ki, karikatura, nəsə pamfletvari bir şey yazsın. Lakin o, Məhəmmədi, yəqin ki, əslinda, necə olubsa, yəni nəhəng bir sima kimi təsvir etmişdi.
     Bəraət almış «Peyğəmbər» Cavidin yüzillik yubileyində təkrar nəşr edildi. Lakin nəsə xəlvəti, yazıçının «xətaları» haqda üstüörtülü eyhamlarla və belə bir gümanla ki, guya «Peyğəmbər» gələcək yaradıçılıq zirvələrinə yüksəliş üçün mərhələ idi... Lakin bu sonuncu fikir də, əslində, doğru deyil, çünki «hamı» kimi, «başqaları» kimi yazmaq cəhdi onda böyük yaradıcı və insani gərginlik doğururdu. Və açıq demək lazımdır ki, Cavidin yaradıcılıq zirvəsi - «Şeyx Sənan» - «İblis» - «Peyğəmbər» trilogiyasının yarandığı onunçu illər və iyirminci illərin başlanğıcıdır. Bakılı şair-tərçüməçi V. S. Portnovun həmin trilogiyanı rus dilinə çevirmək və nəşr etmək qayğıları hələlik müzakirələr və vədlər mərhələsindədir. Yəqin indiki halda əlamətdar çəhətdir ki, bu nəşrin əziyyətini azərbaycanlı yazıçı və tənqidçilar yox, onsuz da işi başından aşan rus tərçüməçisi öz üzərinə götürüb...
     Cavidin «panislamizmdə» ittiham edilməsi təxminən İsanın Bulqakovdakı «apologiya»sı kimi bir şey idi. Cavid bir filosof, bir sənətkar kimi bilmək istəyirdi, İslam nədir ki, yüzilliklər ərzində insanların, millətlərin zehnini və qəlbini məşğul etmişdir...
     Və bizim ədəbiyyatda da imzalar vardır ki, yaxın vaxtlara qədər tamamilə birmənalı qəbul edilirdi: xoşagəlməz və qəbulolunmaz; halbuki onlar məhz birmənalı deyillər, nə özləri, nə tərcümeyi-halları, nə də yaradıcılıqları.
     Məsələn, Əhməd bəy Ağayev Parisdə Renanın yanında təhsil almış, ötən əsrin sonunda doğma Şuşaya qayıtdıqdan sonra dərs deməyə başlamış, şəhərdə o illər üçün görünməmiş hadisə olan azərbaycanca qiraət zalı açmışdı. Cəhalətpərəstlər bu tipli ziyalıların təhsilindən, vətəndaşlığından qorxur və qəzəblənirdilər. Maşa Troyekurovaya fransız dilindən dərs deyən Dubrovski kimi, Əhməd bəy də özü ilə həmişə tapança gəzdirirdi. Bakıda realnı məktəbdə fransız dili müəllimliyini davam etdirən Əhməd bəy artıq görkəmli bir publisist kimi məşhurlaşır. Paris təhsili onu nəinki qərbçi etmədi, əksinə, onda hədsiz milli-dini ideyalar doğurdu. O alışıb-yanırdı sübut etsin ki, - biz - türklər, müsəlmanlar necə deyərlər, başqalarından əskik deyilik. Və həmin ideyanı müdafiə etmək üçün, dilşünaslığa və şərqşünaslığa dair, habelə, tarixi, ədəbi-tənqid, publisist mövzularda, rus ədəbiyyatını da, Tolstoy və Qorkini də ehtiva edən, fakt və problemlərinə görə həqiqətən ensiklopedik vüsətə malik cild-cild əsərlər yazırdı, dünya görüşü nəinki bizim, eləcə də Cəlil Məmmədquluzadə və Ə.Haqverdiyevin, xüsusilə, Nəriman Nərimanovun dünyagörüşündən uzaqdır, lakin onun sahilsiz tənqid və estetika dənizindən öz əhəmiyyətini itirməmiş əsərləri seçmək olar və lazımdır. Bu, heç az deyil. Çünki Əhməd bəy Ağayevin irsi olduqca zəngindir.
     Başqa bir nümunə - Əlibəy Hüseynzadə Peterburq Universitetinin təbiət elmləri fakültəsində oxumuş, Mendeleyev və Vaqnerin mühazirələrini dinləmiş, fars, ərəb, rus dilləri ilə yanaşı, bir neçə Avropa dilinə də yiyələnmiş, Dante və Şekspirdən Bayron və Puşkinə qədər Avropa klassiklərini mütaliə etmişdi. Aleksandr Ulyanova yaxın olmuş, hətta onunla dostluq etmiş, sonralar, 1926- cı ildə onu mərhəm bir istiqanlıqla «rəhmətlik Leninin böyük qardaşı Saşa Ulyanov» adlandırmışdı. Əli bəy az və çox dərəcədə - indi bunu təyin etmək çətindir - tələbə inqilabi-demokratik hərəkatı ilə bağlı olmuş, təzyiq kəskinləşəndə universiteti buraxıb, təhsilini İstanbulda davam etdirmişdir.
     Sonradansa, hər şey hələ Vətəndə olarkən birləşib dostluq və əməkdaşlıq etdiyi Əhməd bəy Ağayevin taleyini xatırladır: şair, yazıçı, publisist, tənqidçi var, XII əsrdən başlayaraq bütün qələm sahibləri ifşa edir, qamçılayır, hamısı humanistdir, azadlıqsevərdir, kor-koranə və hətta şüurlu demokratlardır, materialistlərdir. Əgər dindardılarsa, «baxmayaraq», «istəkləri xilafına», əgər onların yaradıcılığında sufi azadfikirliliyi motivləri güclüdürsə, bunu ateizmin astanası kimi də qələmə vermək olar. Bizim məşhur maarifçi Bakıxanov haqda demək olar ki, həmişə belə yazmışlar. Osa Məkkə yolunda Həccə gedərkən vəfat etmişdir. Hamını boğaza yığan bu vəziyyət daha, çətin ki, gülməli görünsün: çünki o, gənc mütəxəssislərin mükəmməl, həqiqi təhsilinə mane olur, keçmiş yazıçıların obyektiv təhlilinə və qiymətləndirilməsinə də eləcə. Budur, XIV əsrdə bizdə Əhməd Bürhanəddin adlı ecazkar şair olub. Qaziydi (müsəlman hakimi) və ümumiyyətlə, namuslu adamıydı. Buna görə də yaşadığı Türkiyə ərazisinin iki böyük vilayətində az nüfuz və hakimiyyət qazanmamışdı. O, çox döyüşlər aparmış, 1398-ci ildə döyüşdə də həlak olmuşdu. Belə bir döyüşkən tərcümeyi-hala malik olmasına baxmayaraq, əsasən, məhəbbət lirikası yaradırdı ki, həmin lirikanın da hərdən dini vəcdlə qovuşduğunun şahidi oluruq. Qazi Bürhanəddin Azərbaycanın erkən şairlərindən, həm də birinci dərəcəli şairlərindəndir. Yadımdadır, 70-ci illərdə bizim ədəbiyyatçılar toplaşıb onun hansı tarixinisə - deyəsən, anadan olmasının 625 illiyini - bayram etmək istəyirdilər. Toplaşdılar, götür-qoy etdilər və fikirlərini dəyişdilər. Qazi hökmdardır, fatehdir, demək olar ki, ancaq məhəbbətdən yazıb, hələ bir dini vəcd əhval-ruhiyyəsi ilə qovuşduqda yazıb... Qazinin yubileyini qeyd etməyi lazım bilmədilər. Onu bir o qədər nəşr də eləmirlər. Bununla belə, onun azərbaycanca divanı - nadir təsadüfdür! - bütünlüklə saxlanılır və Britaniya muzeyindədir.
     Həqiqət! Ədəbiyyat tarixində həqiqət, bütün sosial və mənəvi yanılmaları ilə bərabər, ədəbi qiymətləndirmədə də həqiqət, o həqiqət ki, hər bir insanı öz zəmanəsinin övladı, istedadı isə bütün dövrlərə məxsus bir keyfiyyət kimi qiymətləndirir - bax, belə həqiqət bizi ancaq zənginləşdirir. O bizə işimizdə kömək edir, hələ üstəlik ədəbiyyatşünaslığımızı, tənqidimizi, mənəvi mühitimizi və nəşriyyat təsərrüfatımızı uzun illik yalana, anlaşılmazlığa görə çəkilən xəcalətdən xilas edir.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (23.07.2014) | Müəllif: R.C E W
Baxış: 577 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more