Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı- Həmişə yolda olan adam
HƏMİŞƏ YOLDA OLAN ADAM
(Polad Bülbüloğlu haqqında dost sözü)

     Polad Bülbüloğlunun əlli beş yaşı tamam olur.
     Bu yubiley (yaxud bir az zarafatla desəm, yarım yubiley!), əl bəttə, müasir mədəniyyətimiz üçün əlamətdar bir faktdır, çünki qırxillik istedadlı yaradıcılıq fəaliyyəti olan Polad Bülbüloğlunu müasir Azərbaycan mədəniyyətinin simasını müəyyənləşdirən sənətkarlardan və mədəniyyət xadimlərindən birinə çevirib və Poladla bağlı bu 55 rəqəmində mənim üçün şəxsi hissiyyatdan gə lən məqamlar, uzun illər boyu şəxsi münasibətlərimizin, birgə xatirələrimizin doğurduğu bir hərarət, bir ilıqlıq da var.
     Bu sətirləri yazarkən fikirləşirəm ki, mən Poladı ilk dəfə hacan görmüşəm?
     Bu suala cavab vermək mənim üçün çətindir, amma Bülbülün Opera Teatrında keçirilən 60 illik yubileyi və yubileydə on iki yaşlı Poladın səhnəyə çıxması indiki kimi mənim hafizəmdədir.
     Bəlkə əvvəllər haradasa Bakıdamı, Şuşadamı, hansısa bir məclisdəmi? görüşmüşük, çox güman ki, elə -belə də olub, çünki aralarındakı yaş fərqinə baxmayaraq, Ilyas Əfəndiyev ilə Bülbül həmişə çox istiqanlı, mehriban, təəssübkeş bir münasibətdə olublar və əlbəttə, onları milli mədəniyyətə xidmətlə bərabər, doğma Qarabağın ab -havası da birləşdirirdi, yəqin çox məclislərdə, görüşlərdə bir yerdə olublar. Amma mənim Poladla bağlı fikrimə gələn ilk xatirə Bülbülün həmin 60 illik yubileyi ilə bağlıdır.
     1957-ci il idi, mən orta məktəbin səkkizinci sinfində oxuyurdum və öz aləmimdə (bir yeniyetmə əminliyi və qətiyyəti ilə!) müstəqil həyata qədəm qoymuşdum (!), özümü yaşca məndən xeyli böyüklərlə tay-tuş bilirdim, məndən hətta bir-iki ay kiçiklə rə isə yuxarıdan aşağı bu qoca və riyakar dünyadan xəbərsiz məxluqlar kimi baxırdım, içimdə bir yeniyetməlik nihilizmi yaranmışdı və ədəbiyyata, sənətə də belə bir münasibətdəydim.
     Ancaq Bülbülün mənim daxilimdəki çox hissiyyatlı, kövrək, doğma yerinə o yeniyetməlik nihilizmi heç cürə həmlə edə bilmirdi və mən elə o doğmalıq hissi ilə də Bülbülün o altmış illik yubileyinə getmişdim.
     Bülbül səhnənin bir kənarındakı kresloda əyləşmişdi və mə nim üçün Opera Teatrının səhnəsində Bülbülü beləcə müasir kostyumda görmək çox qeyri -adi bir iş idi, çünki mən bu səhnədə Bülbülü həmişə Koroğlu qiyafəsində görmüşdüm.
     Bülbülün Koroğlunun Qıratın belində səhnəyə çıxması mənim həyatımda, ümumiyyətlə, teatrla, sənətlə bağlı ən parlaq və heç zaman unutmayacağım xatirələrdən biridir və bu barədə mən Bülbülün 90 illiyində 1987ci ildə onun haqqında yazdığım geniş essedə danışmışam.
     O uzaq altmışillik yubileyində isə Bülbül, dediyim kimi, səh nədə əyləşmişdi və həmkarları, məşhur mədəniyyət xadimləri bir-bir səhnəyə cıxıb onu təbrik edirdi.
     Və gözəl bir sürpriz baş verdi: Bülbülün on iki yaşlı oğlu Po lad səhnəyə çıxdı və Çingiz Sadıqovun fortepianoda müşayiətilə atasının 60 yaşlı Bülbülün şərəfinə «Evləri var xana-xana» xalq mahnısını oxudu.
     O zaman altmış yaş bizim üçün çox yaş və mücərrəd bir şey idi: bəli, haçansa insanların dünyanın qocaman insanlarının altmış yaşı tamam olur, amma o «haçansa» tamam görünməz, heç vaxtda yaxınlaşmayacaq bir uzaqlıqda idi.
     İndi isə Polad özü altmışın yolçusudur...
     Xeyli sonralar Bülbülün yubileyindəki o epizodu xatırlayanda Polad mənə dedi ki, bu, onun səhnədə ilk çıxışı olub və bu çı xışı Bülbüldən xəbərsiz unudulmaz Fikrət Əmirovla hazırlayıblarmış.
     On iki yaşlı Polad uşaq səsiylə ən gözəl xalq mahnılarımızdan birini oxuyurdu.
     Bülbülün isə gözləri heyrət və nigarançılıqla işıldayırdı.
     Heyrət ona görə ki, Poladın səhnəyə çıxacağından və belə cə oxuyacağından tamam xəbərsiz idi.
     Nigarançılıq yəqin ona görə ki, on iki yaşlı o uşaq məktəb klubunda, uşaq musiqi festivalında yox, Bülbülün doğma teatrının - böyük, nüfuzlu bir mədəniyyət ocağının səhnəsində oxuyurdu...
     Polad o gözəl mahnını bitirəndən sonra, camaatın alqışı (Po ladın qazandığı ilk tamaşaçı alqışı!), aydın məsələdir ki, Bülbülün içindəki həmin nigarançılığı yuyub apardı. Bu epizodda Poladla bağlı mənim üçün bir əlamətdar cəhət də var və onu xüsusi qeyd etmək istəyirəm.
     1957-ci il Sovet İttifaqında hakim ideologiyanın və KQB vahiməsinin tüğyan etdiyi dövrlərdən biri idi. Düzdür, XX partiya qurultayı keçirilmişdir, Xruşşov Stalinin şəxsiyyətinə pərəstişi ifşa edirdi, amma, əslində, həyat tərzimizin modeli elə həmin mo del idi, maskalanmağa başlayan stalinizm yenə də hakimi -mütləq idi (təkcə eləcə Macarıstan hadisələrini xatırlamaq kifayətdir!).
     Və Xruşşovun özünün şəxsiyyətinə pərəstiş kompaniyası sürətlə start götürmüşdü. Təntənəli pioner mahnıları, komsomol marşları, «Şən həyat», «Sevimli azad ölkə» haqqında nəğmələr aləmi başına götürmüşdü və belə bir şəraitdə 12 yaşlı Polad (pio ner Polad) Opera Teatrının səhnəsində ilkin olaraq hansısa süni bir pioner mahnısını, yalançı «dünyanın ən xoşbəxt uşaqları» tə rənnümünü yox, əslində, siyasi (və inzibati!) konyukturaya zidd olan qədim xalq mahnısını ifa etdi.
     Əlbəttə, yəqin ki, o zaman balaca Polad da, maestro Fikrət Əmirov da bunu məqsədli şəkildə etməmişdi, bu genlərlə gələn bir sövq-təbii idi və mənim üçün də əlamətdar cəhət məhz elə burasındadır: Poladın milli mədəniyyətə bağlılığında.
     Onun simfonik əsərlərinin, kamera instrumental musiqisi nin teatr tamaşalarına və iyirmidən artıq filmə bəstələdiyi musiqi nin məğzində məhz milli özünüifadə dayanıb. Hətta Poladın altmışıncı illərin ikinci yarısı, yetmişinci -səksəninci illərdə yazdı ğı və özünün də ifa etdiyi, bütün keçmiş SSRİ məkanına səs salan estrada mahnıları da kosmopolit, gəldi-gedər yox, milli bünövrə üzərində yaranmışdı və onların uğurunun, populyarlığının bu gün də yaşamasının və bu gün də Azərbaycanda da, Türkiyədə də sevilməsinin səbəbi elə burasındadır.
     Polad lap gənc yaşlarından Moskvada yaşadı, oturub -durduğu, yaradıcı təmasda olduğu sənətkarlar çox zaman başqa xalqların nümayəndələri (və layiqli nümayəndələr), rus və Qərb təmayüllü adamlar idi, onun yazıb -yaratdığı mühit Azərbaycan milli mədəniyyət ənənələrindən tamam kənarda formalaşmışdı, yəni millinin unudulması, kosmopolit bir dünyagorüşünün yaranması və inkişafı üçün bir zəmin, əlverişli bir şərait var idi və bura Po ladın gəncliyini də əlavə etsək, deməli, şimikləndirici bir sövq də var idi.
     Ancaq Bülbülün sayəsində Azərbaycanı, doğma Şuşanı, oranın suyunu, ab -havasmı, koloritini ifadə edən o genlər Poladı, onun hisslər aləmini, duyumunu, qavrayışmı həmişə milli olaraq da saxladı, onu məhz Azərbaycan bəstəkarı, Azərbaycan estrada ustası etdi.
     Poladla bağlı bir əlamətdar epizod da mənim yaxşı yadımdadır: 1959cu ilin sonları idi, mən artıq 10 -cu sinifdə oxuyurdum, mətbuatda yazılarım dərc edilməyə başlamışdı (sübh tezdən durub gedib köşkdən aldığım o qəzetlərin içimə bir gənclik həvəsi, şövqü dolduran o mətbəə qoxusu indi də mənimlədir!) və böyük bir iş başlamışdım: gecələr daxili bir həyəcan və coşğunluqla və dünyamiqyaslı şedevr olacağına qətiyyən şübhə etmədən «Bəşər ovladı Həsən» adlı roman yazırdım (Andersen Niksenin məşhur romanının «Bəşər övladı Ditte» adının təsirilə belə bir ad qoymuşdum), ədəbi məclislərə, toplantılara xüsusi həvəsim var idi.
     O günlərdən birində Akademik Dram Teatrının (indiki Musi qili Komediya Teatrının) binasında Cəfər Cabbarlının altmış illik yubileyi keçirilirdi və mən də ora getmişdim.
     Indi bu sətirləri yaza-yaza, rəsmi hissədən sonra, Bülbülün səhnəyə çıxmasını və onun arıq, hündürboylu bir yeniyetmə olan Poladı tamaşaçılara təqdim etməsini bütün təfərrüatı ilə xatırlayı ram və o zaman Polad fortepianoda atasını müşayiət etdi, Bülbül isə təkrarsız ifası ilə Asəf Zeynallının Cəfər Cabbarlının sözləri nə bəstələdiyi «Olkəm» romansını oxudu.
     Mən atamla birlikdə həmişəki kimi, direktorun lojasında (o lojanın personal və məşhur adı var idi: «Ədil Isgəndərovun lojası») oturub o ifaya qulaq asırdım və o zaman Ilyas Əfəndiyevin dediyi sözləri də olduğu kimi xatırlayıram:
     -Bülbülün çırağı sönməyəcək!..
     Əlbəttə, onda heç kimin ağlına gəlməzdi ki, Cəfər Cabbarlı nın o yubileyindən düz qırx il keçəcəkdi, bu dəfə Cəfərin yüzillik yubileyinə hazırlıq başlayacaqdı, mən o zamankı onuncu sinif şagirdi Yubiley Komissiyasının sədri olacaqdım, Bülbülü müşayiət edən o yeniyetmə isə Polad müstəqil Azərbaycan Respub likasının mədəniyyət naziri kimi, bu yubiley tədbirlərinin əsas təşkilatcılarından biri olacaqdı.
     Sonralar bu epizodu da xatırlayanda Polad mənə dedi ki, hə min Cəfər Cabbarlı yubileyindəki ifası onun professional bir musiqiçi (Bülbülün müşayiətçisi!) kimi, ilk səhnə çıxışı olub və be ləliklə də, iş elə gətirib ki, mən, Poladın hər iki səhnə debütünün şahidi olmuşam.
     Ancaq bu yerdə mənim üçün yenə də əlamətdar cəhət odur ki, Poladı ilk dəfə tamaşaçıya təqdim edən diktor yox, konfransye, başqa bir aparıcı yox, məhz Bülbül olub.
     Sənətkarın və şəxsiyyətin formalaşmasında, əlbəttə, keçdiyi məktəbin rolu böyükdür sən kimsən? Hansı elin, hansı diyarın, hansı xalqın oğlusan? Nəyə və kimə xidmət edirsən? Sənin sənə tin kimdən deyir? Kimə deyir? bütün bu sualların cavabı o məktəbin mündəricatından, daxili kütləsindən asılıdır və bu mənada Polad həm bir insan, həm də bir sənətkar kimi, Bülbül məktəbi nin şagirdi olub, Konservatoriyada böyük Qara Qarayevin kompo zisiyası sinfini bitirməklə bərabər, həmin Bülbül məktəbini də bi tirib və görkəmli bir sənətkar kimi nüfuz qazanıb.
     Poladın yaradıcılığında da, şəxsiyyətində də koloritli bir mil li ilə Qərb mədəniyyətinin, dünyagörüşünün üzvi vəhdəti var, o, sənətdə də, həyatda da azərbaycanlıdır, amma eyni zamanda, özünə qapanmış, məhdud bir dairədə olan adam deyil və buna görə də o, sənəti ilə, xasiyyəti ilə, təəssübkeşliyi ilə, nəhayət, şəxsi əlaqələri ilə Azərbaycanı Azərbaycandan kənara çıxarmağı və təbliğ etməyi, tanıtmağı bacaranlardan biri olub. Müasir Azərbaycan mədəniyyəti həm sovet dövründə, həm də sonrakı illərdə belə bir yaradıcı və vətəndaş fəaliyyətindən çox qazanıb.
     Bu, şübhəsiz ki, mühüm bir cəhətdir və Poladdakı bu xüsusiyyətin də ailəvi ənənəsi var, başlanğıc, şübhəsiz ki, Bülbüldən gəlir, azərbaycançılıqdan gəlir, Bülbül dünyasındakı Qarabağ ab havasından gəlir.
     Muğamat ilə sənətə gəlmiş Bülbül cavan bir qarabağlı xanəndə istedadı, çalışması, bünövrəni unutmamaq şərtilə daima yeniyə can atması sayəsində gedib Italiyada təhsil aldı və Azərbaycan xalq mahnılarının dahiyanə ifaçısı oldu, Azərbaycan xalq musiqisinin nota salınmasında, öyrənilməsində və öyrədilməsində, onların Lenin Stalin inzibati rejiminin, ideologiyasından yaratdığı anti -milli, vulqarsosioloji bir dövrdə və şəraitdə milli yaddaşa həkk olunmasında böyük xidmətlər göstərdi. Eyni zamanda, Bülbül Azərbaycan opera səhnəsinin ən yüksək Avropa səviyyə li Koroğlusu (U.Hacıbəyov «Koroğlu»), Hersoqu (C.Verdi, «Ri qoletto»), Verteri (C.Massne, «Verter») oldu.
     Neopolitan mahnılarından tutmuş Şumanın, Şubertin, Uzeyir bəyin romanslarınacan Bülbül ifası milli mədəniyyətimizin mərhələ xarakterli faktlarına çevrildi.
     Bu cəhət nəinki bir sənətkar kimi, həm də ictimai və dövlət xadimi kimi, Poladın fəaliyyətini səciyyələndirən bir xüsusiyyətdir.
     Misal üçün, neçə ildir ki, o, müstəqil və muxtar türk dövlətlərinin mədəniyyət nazirlərinin ümumtürk mədəniyyəti kontekstində fəaliyyətini özündə birləşdirən TURKSOY a rəhbərlik edir: bir tərəfdə Türkiyə, o biri tərəfdə Qazaxıstan, o birisində deyək ki, Y akutiya və aydın məsələdir ki, köklər, bünövrə eyni ol sa da, günümüzün gerçəkliyi elədir ki, onları bir araya gətirmək və ümumtürk mədəniyyəti mənafeyini güdərək effektli işlər görmək üçün, təcrübə ilə, təpərlə, nüfuzla bərabər, rus təmayülü ilə də, sırf türk təmayülü ilə də dil tapmağı, onların arasında ünsiyyət yaratmağı bacarmalısan və neçə illərdir ki, Polad bu mühüm işin öhdəsindən bacarıqla gəlir.
     Mən dəfələrlə bunun şahidi olmuşam ki, Türkiyədə də, başqa türk dövlətlərində də mədəniyyət xadimləri Poladla hesablaşır və onu bir avtoritet kimi qəbul edirlər.
     ... Artıq uzun müddətdir ki, Polad mühüm dövlət işindədir, Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsində çalı şır və əlbəttə, bu neçə illər ərzində o, neçə -neçə mahnı, simfonik əsərlər, bəlkə də operalar, baletlər yaza bilərdi, yəqin həyatı qatqat rahat keçərdi, indikindən də az əsəbiləşərdi, şəkərə də tutulmazdı.
     Amma nə etmək olar? Bu da bir ömür yoludur. Onsuz da hər iki halda söhbət doğma mədəniyyətə xidmətdən gedir.
     Mən Polad haqqında bu yazıda uşaqlıq və yeniyetməlik çağları ilə bağlı bir-iki epizod xatırladım, indi isə, acı da olsa, günümüzün bir epizodunu, həm də həmişəlik mənim hafizəmə hopmuş bir epizodu xatırlayıram.
     Ilyas Əfəndiyev vəfat etdiyi gün 1996cı il oktyabrın 3-ü, mənim həyatımın çox ağrılı -acılı bir günü idi və sabah dəfn mə rasimi olacaqdı, Polad eşidəndə ki, Ilyas Əfəndiyev Bülbülün lap yaxınlığında torpağa tapşırılacaq, bütün daxilini bürümüş kədər və həsrətlə mənə dedi:
     -Bir yerdə gedib atalarımıza baş çəkərik...
     Ilyas Əfəndiyev də, Bülbül də qəbir qonşusudu və dünyadakı qonşuluqların ən təmizi, təmənnasızı, umu-küsüsüz qəbir qonşuluğudur qəmli qəbir qonşuluğu. Bülbül də, Ilyas Əfəndiyev də haqq dünyasındadır, həyat isə davam edir. Və bu həyat da həmi şə yolda olan bir insandır. Həm müstəqim, birbaşa mənada, həm də məcazi mənada. Burada da Bülbüllə bağlı bir hadisə mənim yadıma düşür. Keçən əsrin sonlarında Şuşa qalasına qalxan cürbə cür cığırlar, yollar var idi və bu yolların ən gəliş gedişlisi Xankən dinin üzüyuxarı qalxan fayton yolu idi. Faytonla Şuşaya gedənlər yolun üstündəki Xanbağı deyilən və başdan-başa tut ağaclarmdan ibarət olan səfalı bir yerdə dayanıb dincini alırdı. 1897-ci ilin yay günlərindən birində (sonralar həmin yay günü 22 iyun Azərbaycanm mədəniyyət tarixinə daxil oldu) Bülbülün atası Dabbaq Məşədi Rza hamilə arvadı Gövhər xanımla bərabər həmin fayton yolu ilə Şuşaya qalxırdı və fayton Xanbağmda dayananda Məşədi Rza yaxınlıqdakı Malıbəyli kəndindən mamaca çağırtdırmalı olmuşdu.
     Və Bülbül beləcə dünyaya gəlmişdi: Şuşaya gedən yolda. Eyni zamanda, Bülbül bütün ömrü boyu həmişə böyük sənətə aparan yolda olub.
     Polad həyatmda nə qədər təyyarədə uçub, gəmidə üzüb, avtomobildə gedib?
     Hansı ölkələrdə, hansı uzaq diyarlarda olub? bunu təkcə Allah bilir və Polad o insanlardan, sənətkarlardan, mədəniyyət xadimlərindən biridir ki, fiziki mənada qət etdiyi yol, onun mənə vi dünyasının ifadəsidir. Başqası yorulub əldən düşərdi, usanardı, bir bəhanə tapıb yola çıxmazdı.
     Başqası, amma Polad yox.
     Polad həmişə hərəkətdədir.
     Polad üçün yol fəaliyyət göstərmək, iş görməkdir.
3 fevral 2000.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (01.09.2014) | Müəllif: R.C E W
Baxış: 625 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more