Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Həm ədəbiyyat, həm də ədəbi ictimaiyyət!(Məqalə)
HƏM ƏDƏBİYYAT,
HƏM DƏ ƏDƏBİ İC TİMAİYYƏT!
(Əkrəm Əylisliyə məktub)

     Əzizim Əkrəm!
     «Ya ədəbiyyat, ya ədəbi ictimaiyyət: olum, ya ölüm?» adıyla çap etdirdiyin («Azadlıq», 10 sentyabr 1992.) ədəbi düşüncələrini oxuduqdan sonra, yazıçı narahatçılığı, bir az qədimi təbirlə desəm (elə biz özümüz də, deyəsən, bir az qədimləşmişik!), əhli- qələmin «pəjmürdeyi-hal»lığı, düz yetmiş il baş alıb gedən, bir tərəfdən yüksək xitabət kürsülərinə, Qızıl ulduzlara, dünyada misli-bərabəri görünməmiş orden və medallar kolleksiyasına, Stalin və Lenin mükafatlarına, akademikliyə aparan, o biri tərəfdən isə güllələdən (Müşfiqi!), Sibirin buzlu çöllərində ölümə göndərən (Cavidi!), işıq üzü görməmiş əlyazmalarını sobada yandırıb istisində qızınmağa məcbur edən (Mirzə Cəlili!) ədəbi- ictimai əxlaqsızlığa yazıçı nifrəti barışmazlığı baxımından səninlə tam müttəfiq olmaqla bərabər, bir məsələ ətrafında fikir mübadiləsi aparmaq istəyirəm.
     Söhbət «ədəbi ictimaiyyət» məfhumundan gedir, həm də, sənin dediyin kimi, «bu baş-qulaqda söz birləşməsi»ndən yox, həmin anlayışın, ədəbiyyatın və ümumiyyətlə, sənətin taleyindəki yerindən və rolundan.
     Əvvəla orasını deyim ki, ədəbi prosesin tamam ölgünləşdiyi və biz az da beləcə getsə, lap can verəcəyi, millətin mənəvi sərvəti kimi, ədəbiyyatın və ədəbiyyat təəssübkeşliyinin artıq həmin millətə dəxli olmayan doxsanıncı dərəcəli bir şey kimi ən arxa planlara atıldığı indiki məqamda qələm sahibinin ədəbiyyat haqqında, ədəbi mühit, ədəbi əxlaq, ədəbi zövq barədə soz deməsi, əgər insan kimi yaşamaq istəyiriksə, yəni istiqlalımızın təntənəsi eyni zamanda milli mədəniyyətimizin təntənəsi olacaqsa, gün işığı kimi vacibdir.
     O söz deyilməyəndə, ədəbiyyatın təəssübü çəkilməyəndə yalançı qələm sahibinin səsi daha da gur eşidiləcək, antiədəbiyyat yenə əsl ədəbiyyatı üstələyəcək, ədəbi zövqün korlaşma prosesi daha artıq bir sürətlə inkişaf edəcək.
     Bu barədə mən son vaxtlar çox yazmışam, dediklərimi təzədən təkrar etmək istəmirəm. Sadəcə olaraq, sənin dediyin sözün - hər bir söz kimi, sənin sözünü də qəbul edənlər və etməyənlər olacaq - vaxtlı-vaxtında deyildiyini qeyd edirəm. Elə buna görə də qorxuram ki, ədəbi ictimaiyyətlə bağlı fikirlərin yanlış anlaşılsın, onsuz da, gözümçıxdıya salınmış «yazıçı» məfhumunun yenə haqsız tənələrə (haqlısında işimiz yoxdu!) məruz qalması üçün istifadə edilsin.
     Məsələ burasındadır ki, «ədəbi ictimaiyyət» cəmiyyətin təkmənalı, eyni rəngli bir hissəsi deyil, əksinə, çoxmənalı və çoxrənglidir, bir küll halında sənin dediyin kimi qorxunc yox, faciəvidir. Ədəbi ictimaiyyət sadə desək, yaxşı ilə pisin toplusudur, yəni orada istedadın da öz yeri var, qrafomanın da, ədəbi əxlaq da orada öz təcəssümünü tapır, ədəbi həyasızlıq və əxlaqsızlıq da. Həmişə də belə olub, bütün zamanlarda və ictimai quruluşlarda. O başqa məsələ ki, çox zaman və xüsusən, son yetmiş ildə sovet ədəbi ictimaiyyətində ədəbiyyat yaratmaq əvəzinə gündəlik ədəbiyyat məlumatı istehsal eləyən ədəbi həyasızlıq, ikiüzlülük, riyakarlıq istedadı və əbədi vicdanı üstələmiş olub..
     Sən sual verirsən ki, «yazıçı (şair, nasir, tənqidçi və s.) ədəbi ictimaiyyətin mənafeyinin keşiyində duranda düz iş görür, yoxsa bunun əksini eləyəndə - yəni ədəbi ictimaiyyətə qarşı çıxanda onunla (bir az kobud desəm) kəllə-kəlləyə gələndə?..»
     Sən bu sualı «ilk baxışda şübhəli, hətta məntiqsiz görünən» adlandırırsan, mənim üçün isə burada şübhəli bir şey yoxdur, çünki hər şey asılıdır həmin yazıçının, (şairin, nasirin, tənqidçinin və s.) kimliyindən.
     O yazıçı da bütün başqa yazıçılar (və yazıçı olmayıb özünə yazıçı deyənlər) kimi, ədəbi ictimaiyyətin nümayəndəsidir (istəsə də, istəməsə də, bu onun şəxsi arzusunun fovqündədir) və hərgah o sənin «Ədəbi ictimaiyyət dediyin bu qansız, rəngsiz, Allahsız və ürəksiz heçliyin» ifadəçisi deyilsə, deməli, ümumiyyətlə, ədəbi ictimaiyyətə yox, həmin heçliklə «kəllə-kəlləyə» gəlir, yəni əsl ədəbiyyatın, sənətin təəssübünü çəkir və belə bir qoç davası, şübhəsiz ki, təqdir olunmalıdır. Əgər sənin dediyin yazıçı ədəbi ictimaiyyətdəki «heçliyin» ifadəçisidirsə, o zaman söhbət sənin və mənim nifrət etdiyimiz və əlindən dad elədiyimiz antiyazıcıdan - qrafomandan, Sistemin yazıcı vəzifəsinə (!) təyin etdiyi anti-qələm - sahibindən hakim ideolojinin tənzim etdiyi siyasi-ictimai həyatın bulanıq suyundan qələm qarmağı ilə balıq tutmağa çalışan (və çox zaman da tutan!) ədəbi komformistdən gedir.
     Bu həmin qrafoman, həmin anti-qələm sahibi, həmin ədəbi komformistdir ki, son 70 ildə öz şəxsi firavanlığı müqabilində ədəbiyyat dediyimiz mənəvi sərvətə öldürücü zərbələr vurub, yəni bəşər tarixində bəlkə də misli görünməmiş qara vüsətdə antiədəbiyyat hadisəsini meydana çıxarıb. Elə məhz buna görə də Sistem ona sərkərdə səlahiyyəti verib və sən olduğunu yazırsan ki, «Azərbaycan sovet ədəbiyyatının tarixi belə sərkərdələrlə doludur». Tez-tez çəkdiyim misalı yenə təkrar edirəm: Sov. İKP MK, deyək ki, camışçılığın inkişaf etdirilməsi haqqında qərar qəbul edirdi və o sərkərdə - yazıçı (yaxud sərkərdəlik ehtirası, arzusu ilə canfəşanlıq edən sıravi) dərhal o qərardan ilhamlanaraq roman (povest, poema, pyes) yazmağa başlayırdı, sərkərdə - tənqidçi (yaxud bayaqkı qorxunc sıravi) bədii ədəbiyyatdan Sov. İKP MK-nın həmin qərarının inikasını tələb edirdi, həmin əsər nəşr edilirdi, mükafatlandırılırdı, dərsliklərə salınırdı, orada bir camışdan hər dəfə «iki» bala alan əmək adamı «müsbət» qəhrəman kimi öyrədilirdi, camışçılığın inkişafının əhəmiyyətini anlamayan o birisi isə «mənfi» qəhrəman kimi siyasi damğalar hədəfinə çevrilirdi və bütün bunlar «sovet ədəbiyyatının bədii-estetik nailiyyətləri» kimi qələmə verilirdi.
     Bəli, bu sürrealist mənzərə ədəbi ictimaiyyətimizin dünənki günü üçün səciyyəvi idi. Lakin o da bizim ədəbi ictimaiyyətimiz üçün səciyyəvi idi ki, onun bütün nümayəndələri «ədəbiyyat generalları olmaq odu ilə alışıb yanmırdı, yoxsa ki, nə Müşfiq güllələnərdi, nə də Cavid Sibirin çöllərində minbir məşəqqətlə dünyasını dəyişərdi, nə də Mirzə Cəlil millətin mənəvi sərvətini sobaya atıb yandırardı...
     Ədəbi ictimaiyyət bir tərəfdən sərkərdəlik uğrunda müharibə aparırdı, digər tərəfdən isə faciələrlə, göz yaşları, iztirablar və sıxıntılar içində həqiqi ədəbiyyat yaradırdı. Və sən haqlısan: bəzən eyni müəllif öz-özü ilə kompromisə gedirdi. Bulqakov «Ustad və Marqarita» yaza-yaza Koba haqqında pyes quraşdırırdı, Pastemak gizlində «Doktor Jivaqo»nu yazır, əyanidə isə hərdən Stalini vəsf edirdi... Bütün bu mürəkkəbliklər, ziddiyyətlər yaradıcılıq psixolojisinin sarsıntıları - hamısı məhz ədəbi ictimaiyyətin həyatının tərkib hissəsi idi.
     Ədəbi ictimaiyyət iki yerə - rəyasət heyətinə və parterə bolünmüşdü və bu bölgünü müəyyənləşdirən qüvvə istedad yox, hakimi ideolojinin inzibati tədbirləri idi. Bunu sən də, mən də, görə-görə gəlmişik, lakin bir məsələ var, necə deyərlər, qara bir təskinlik var: bir az çox dərəcədə, bir az az dərəcədə, yuxarıda dediyim kimi, həmişə belə olub, ədəbiyyat ilə anti-ədəbiyyat həmişə qoşa addımlayıb.
     Ədəbi ictimaiyyətlə bağlı sən yazırsan ki, bu «dünyanın heç bir azad məmləkətində olmayıb, yoxdur, heç ola da bilməzdi, çünki kiminsə, nəyinsə adından yazıçıya dərs vermək, onu tərbiyə eləmək, «düz yola» çəkmək qədərində cında və cahil bir niyyəti yalnız - Allahsız və Axirətsiz - «yeni dünya» quran bir məmləkətdə insan şüuruna yetirmək mümkün idi».
     Bu emosional mülahizənin arxasında, əlbəttə, o «yeni dünya»nın ədəbi və əxlaqi eybəcərliklərinə nifrət dayanıb və bu mənada təbii ki, mən səninlə müttəfiqəm, lakin dərd də burasındadır ki, qardaşım, bu cəhət yalnız «yeni dünya» zamanında yox, tarix boyu, ibtidadan bu tərəfə əsl ədəbiyyatın, əsl yazıçının boyuna biçilmiş acı bir tale yüküdür. «Yazıçıya dərs vermək, onu tərbiyə eləmək «düz yola» çəkmək qədərində cında və cahil bir niyyət» həmişə mövcud olub, Apuleydən tutmuş, rüşvət olmadığı üçün salamı alınmayan qoca Füzulidən keçmiş, Sabirəcən, Mirzə Cəliləcən tarixin bütün yüzilliklərində, bütün ictimai quruluşlarda yazıçıya dərs vermək istəyən hökmdarlar, onu tərbiyə eləmək istəyən nadanlar, «düz yola» çəkmək istəyən yalançı əxlaq mücəssəmələri mövcud olub. Buna görə də əsl yazıçı, sənətkar həmişə öz dövründə hakimiyyətdən narazı olmuşdur.
     Sən təbii bir qürurla Sabirin, Mirzə Cəlilin, Hadinin, Cavidin, başqalarının adını çəkirsən. Mən də yeri düşəndə o işıqlı adları eyni qürurla - həm milli qürur, həm də ədəbi qürur! - çəkirəm. Və indi fikir verək: o mötəbər qələm sahibləri ilə eyni vaxtda nə qədər cahil və nadanlar, yalançı millət qəhrəmanları, «dil pəhləvanları», «boynu kraxmallılar» cızma-qara ilə məşğul olublar. İndi onlar haradadır? Ədəbiyyat tariximizin ağzı əbədi (və haqlı!) qapanmış quyusunun dibində.
     Deyirlər ki, bir nəfər gənc proletar şairi küçədə Cavidin yolunu kəsib və Orcenikidzenin ölümünə həsr elədiyi şeri ona oxumağa başlayıb. Qurtardıqdan sonra bir müddət gözləyib, amma Caviddən bir səs çıxmayıb. Gənc proletar şairi hiddətlənib: «- Niyə bir söz demirsiniz?»
     Cavid əfəndi soruşub: «- Bəs Kalininin ölümünə şer yazmamısan?» Proletar şairi təəccüb edib: «- Axı, Kalinin ölməyib!?» Cavid əfəndi: «- Nə olsun? - deyib, - öləcək də!».
     Bilmirəm sən bu gözəl (bu səciyyəvi!) əhvalatı eşitmisən, ya yox, bu əhvalat ona görə mənim yadıma düşdü ki, həm Cavid, həm də o bədbəxt gənc proletar şair eyni ədəbi ictimaiyyətin nümayəndələri idi. Ədəbi ictimaiyyət bu cür mürəkkəb və təzadlı bir qurumdur.
     Sən yazırsan ki, «Yalnız ədəbi ictimaiyyətlə ölüm-dirim savaşında biz ədəbiyyat naminə nəsə bir iş görə bilmişik!».
     Mən bu fikri bir az başqa cürə demək istəyirəm: «Ədəbi ictimaiyyətdəki qaragüruhla ölüm-dirim savaşında biz ədəbiyyat naminə nəsə bir iş görə bilmişik». Və elə bilirəm ki, əzizim Əkrəm, hələ bundan sonra da nəsə bir iş görə biləcəyik. İllah da ədəbi təəssübkeşsizliyin və meyarsızlığın baş alıb getdiyi indiki çətin zamanda...
20 sentyabr 1992.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (24.07.2014) | Müəllif: R.C E W
Baxış: 604 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more